Əliyev Elnur Məməti oğlunun Azərbaycan Respublikası cm-nin 177 1, 177 2, 177. 2


Məhkəmə istintaqı və proses ıştirakçılarının  çıxışları



Yüklə 240.05 Kb.
Pdf просмотр
səhifə2/2
tarix23.12.2016
ölçüsü240.05 Kb.
1   2

Məhkəmə istintaqı və proses ıştirakçılarının  çıxışları: 

 

 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum edilmiş şəxs Əliyev Elnur Məməti oğlu Saatlı Rayon 

Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş 

şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən 

verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini  müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar 

oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə isə etiraz etdiyini bildirdi.  

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz oğlu Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  müdafiəçisi 

Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdiyini, 

dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya  protestinin  dəlillərinə  isə 

etiraz etdiyini bildirdi.  

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum edilmiş şəxs Rəsulov Nicat Mehdi oğlu Saatlı Rayon 



Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən  müdafiəçisi  Paşayev 

Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini 

müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protestinin dəlillərinə isə etiraz etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun 

müdafiəçisi  Fərəcov  Salman  Böyükağa  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli, 

1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi 



 

7

Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 



müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini 

müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protestinin dəlillərinə isə  etiraz etdiyini bildirdi.    

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

müdafiəçisi Əbdurəhmanov  Kənan Səfər oğlu Saatlı Rayon Məhkəməsinin 24  fevral 2016-cı  il tarixli, 

1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi 

Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini 

müdafiə  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protestinin dəlillərinə isə  etiraz etdiyini bildirdi.  

Apellyasiya  məhkəməsi  iclasında  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun  Dövlət 

ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələrində  dövlət 

ittihamının  müdafiəsi  şöbəsinin prokuroru, kiçik ədliyyə  müşaviri Sadıqov Səyavuş Köçəri oğlu Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  və  məhkum 

edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu 

tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərinə  etiraz  etdiyini,  dövlət  ittihamçısı  Əliyev  Şaiq 

Allahyar oğlu tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini isə müdafiə etdiyini bildirdi.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur  Məməti  oğlu  ona  elan 

olunmuş  ittiham  üzrə  özünü  təqsirli  bilərək  göstərdi  ki,  30  iyul  2015-ci  il  tarixdə  siqaret  almağa  pulu 

olmadığı  üçün  oğurluq  etmək  qərarına  gəlmişdir.  Bu  məqsədlə  saat  20  radələrində  evdən  çıxaraq 

rayonun  mərkəzinə  getmiş  və  oradan  da  tanımadığı  «VAZ-21011»  markalı  bir  avtomaşınla  İmişli 

rayonuna getmişdir. İmişli rayonunun Mirili kəndi ərazisindən keçərkən yolun sağında mağaza olmasını 

görüb  həmin  avtomaşından  düşmüş  və  ətrafda  heç  kimin  olmamasını  görüb  mağazanın  arxasından 

mağazanın  üstünə  çıxaraq  dam  örtüyünü  söküb  oradan  mağazanın  içinə  girmişdir.  Mağazadan  siqaret, 

konturlar, 100 manat nəqd pul və digər əşyalar götürüb ağ rəngli torbaya yığaraq mağazadan çıxmışdır. 

Burdan  sonra  yola  çıxaraq  Saatlı  rayon  istqamətində  piyada  gəlməyə  başlamış  və  yoldan  keçən 

traktorun  arxasındakı  qoşquya  minərək  Saatlı  rayonuna  gəlmişdir.  Oğurladığı  əşyaları  yaşadığı  evdə 

gizlətmişdir.  Səhəri  gün  siqaret  və  konturları  özü  istifadə  etmək  üçün  saxlamış,  qalan  əşyaları  isə 

yandırmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin mağazanın sahibi İmişli rayonunun Mirili kənd 

sakini  Aslanov  Adıgözəl  Qənimət  oğludur  və  Adıgözəl  Aslanova  oğurluq  nəticəsində  vurduğu  ziyan 

tam  olaraq  ödənilmişdir.  21  noyabr  2014-cü  il  tarixdə  saat  22:30  radələrində  Saatlı  şəhərinin 

M.Kərimov küçəsi ilə evlərinə gedərkən həmin küçədə yaşayan Şıxəliyev Aslan Mehdi oğlunun evində 

işıq  yanmamasını  görmüş  və  həmin  vaxt  evdə  heç  kim  olmamasını  bilərək  Aslanın  evindən  oğurluq 

etmək qərarına gəlmişdir. Bu məqsədlə evin həyətinə keçmiş və evin plastikdən olan pəncərəsini açaraq 

evə  daxil  olmuşdur.  Əvvəlcə  balkonu,  sonra  isə  otaqları  axtarmış  və  otaqların  birində  olan  plasmas 

şkafdan  qara  qabın  içərisindən  qızıl  əşyaları  tapmışdır.  Həmin  qızılları  götürüb  evdən  çıxarkən  evin 

küçə  qapısında  avtomaşın  dayanmış  və  bunu  görən  kimi  oradan  qaçıb  uzaqlaşmışdır.  Aslanın  evindən 

oğurladığı  qızıl  əşyalarını  Bakı  şəhərində  tanımadığı  şəxslərə  1.500  manata  satmışdır.  İbtidai  istintan 

zamanı  ona  göstərilən  təzyiq  və  təkidlərə  görə  həmin  cinayət  əməlini  Rəsulov  Nicat  Mehdi  oğlu  və 

Bayramov  Məhəmməd  Ramiz  oğlu  ilə  birlikdə  törətdiyini  göstərmişdir.  Lakin  həmin  cinayəti  tək 

törətmiş,  həmin  vaxt  Rəsulov  Nicat  Mehdi  oğlu  və  Bayramov  Məhəmməd  Ramiz  oğlu  onun  yanında 

olmamış və ümumiyyətlə, onlarla birlikdə oğurluq etməmişdir.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlu 

ona  elan  olunmuş  ittiham  üzrə  özünü  təqsirli  bilməyərək  göstərdi  ki,  Rəsulov  Nicat  Mehdi  oğlu  ilə 

Əliyev  Elnur  Məməti  oğlunu  tanıyır  və  onlar  dostluq  edirlər.  İbtidai  istintan  zamanı  ona  göstərilən 

təzyiq və təkidlərə görə həmin cinayət əməlini törətməsini göstərmişdir. Lakin o, Nicat və Elnurla Aslan 

Şıxəliyevin  evindən  və  digər  bir  yerdən  oğurluq  etməmişdir  və  həbs  olunandan  sonra  ona  məlum 

olmuşdur ki, Elnur Əliyev Aslan Şıxəliyevin evindən qızıl əşyaları oğurlamışdır.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəx  Rəsulov  Nicat  Mehdi  oğlu  ona  elan 

olunmuş  ittiham  üzrə  özünü  təqsirli  bilməyərək  göstərdi  ki,  Əliyev  Elnur  Məməti  oğlu  və  Bayramov 

Məhəmməd  Ramiz  oğlu  ilə  bir  məhlədə  yaşayır.  Elnur  Əliyev  və  Məhəmməd  Bayramovla  birlikdə 



 

8

Aslan Şıxəliyevin evindən oğurluq etməsə də ibtidai  istintaq zamanı ona göstərilən təzyiq və təkidlərə 



görə həmin cinayət əməlində iştirakının olmasını göstərmişdir. Yalnız həbs olunandan sonra ona məlum 

olmuşdur ki, Aslanın evindən qızıl əşyaları oğurlanmış və həmçinin də ona məlum olmuşdur ki, həmin 

qızıl əşyalarını Elnur Əliyev tək oğurlamışdır.  

   Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  Azərbaycan  Respublikası  Baş 

prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  Sadıqov 

Səyavuş  Köçəri  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn oğlu, məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz oğlunun müdafiəçisi Musayev 

Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlilləri  ilə  razı  olmadığını, 

törədilmiş  cinayət  hadisəsinin  iş  materialları  ilə  tam  sübuta  yetirildiyini,  törədilmiş  əməllərin  ibtidai 

istintaq  orqanı  və  məhkəmə  tərəfindən  düzgün  tövsif  olunduğunu    bildirdi.  Eyni  zamanda,  dövlət 

ittihamçısı  Sadıqov  Səyavuş  Köçəri  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli, 

1(055)-02/2016 nömrəli  hökmünü qanunvericiliyin müddəalarına uyğun Bayramov Məhəmməd Ramiz 

oğlu  və Rəsulov Nicat Mehdi oğluna qanunun sanksiyası  həddində daha ağır azadlıqdan  məhrumetmə 

cəzası  təyin  edilməklə  dəyişdirilməsini,    həmçinin  cinayət  qanunvericiliyinə  olunmuş  dəyişikliklərlə 

əlaqədar  olaraq  Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinə  əsasən  məhkum  edilmiş  şəxs 

Əliyev Elnur Məməti oğluna elan edilmiş ittihamdan və hökmdən  onun 1.450 manat dəyərində əmlakı 

və  pulu  gizli  olaraq  talaması  epizodu  üzrə  talanmış  əmlakın  xeyli  miqdar  olmasına  dair  müddəaların 

xaric edilməsini  məhkəmə kollegiyasından xahiş etdi. 

 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  müdafiəçi  Fərəcov  Salman 



Böyükağa  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin  edilməsini,  Saatlı  Rayon 

Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmünü  məhkum  edilmiş  şəxs 

Rəsulov  Nicat  Mehdi  oğluna  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmünün  çıxarılmasına 

dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

  Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  müdafiəçi  Əbdurəhmanov  Kənan 

Səfər oğlu Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən 

məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla 

oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin  edilməsini,  Bayramov  Məhəmməd  Ramiz 

oğlunun  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrində  nəzərdə 

tutulmuş cinayət əməllərini törətməsində təqsiri  məhkəmə  baxışı zamanı sübuta  yetirilmədiyindən onu 

məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edərək 

onun barəsində bəraət hökmü çıxarılmasını  məhkəmə kollegiyasından xahiş etdi.  

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur 

Məməti  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn  oğlu  və  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi 

Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  təmin  edilməsini,    dövlət 

ittihamçısı Əliyev Şaiq Allahyar oğlu tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini  

məhkəmə kollegiyasından xahiş etdi. 

Apellyasiya  məhkəməsi  iclasında  son  sözündə  məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd 

Ramiz  oğlu  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmündən  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu    tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin 

təmin  edilməsini,  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrində 

nəzərdə  tutulmuş  cinayət  əməllərini  törətməsində  təqsiri  məhkəmə  baxışı  zamanı  sübuta 

yetirilmədiyindən  onu  məhkəmə  baxışında  aşkar  və  təxirə  salınmadan  Azərbaycan  Respublikası 

adından təqsirsiz elan edərək barəsində bəraət hökmünün çıxarılmasını  məhkəmə kollegiyasından xahiş 

etdi.  

Apellyasiya  məhkəməsi  iclasında  son  sözündə  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlu 



Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən 

 

9

müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  təmin 



edilməsini,  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmünü 

ona  münasibətdə  ləğv  edib,  barəsində  bəraət  hökmünün  çıxarılmasını  məhkəmə  kollegiyasından  xahiş 

etdi.  

   


     

                  

        Hüquqi məsələlər: 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  72-ci  maddəsində  göstərilir  ki,  dövlət  və  cəmiyyət 

qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin 

üzərinə  vəzifələr  yalnız  bu  Konstitusiya  ilə  və  ya  qanunla  qoyula  bilər.  Hər  bir  şəxs  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  və  qanunlarına  əməl  etməli,  başqa  şəxslərin  hüquq  və  azadlıqlarına 

hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.  

Konstitusiyanın  60-cı  maddəsində  isə  qeyd  olunur  ki,  hər  kəsin  hüquq  və  azadlıqlarının 

məhkəmədə müdafiəsinə təminat verilir. 



  Konstitusiyanın 65-ci  maddəsinə əsasən, məhkəmənin  məhkum etdiyi  hər bir şəxsin öz barəsində 

çıxarılmış  hökmə  qanunla  nəzərdə  tutulan  qaydada  yuxarı  məhkəmədə  yenidən  baxılması,  habelə 

özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.  

İnsan  Hüquqlarının  və  Əsas  Azadlıqların  Müdafiəsi  Haqqında  Konvensiyanın  6-cı    maddəsinin 

(«Ədalətli məhkəmə araşdırması hüququ»)  1-ci hissəsində göstərilir ki,  hər kəs, onun mülki hüquq və 

vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında 

yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsilə,  ağlabatan  müddətdə  işinin  ədalətli  və  açıq 

araşdırılması hüququna malikdir.  

Həmin Konvensiyaya dair 22 noyabr 1984-cü il tarixli 7 nömrəli Protokolun 2-ci maddəsinin 1-ci 

bəndində  isə  qeyd  olunur  ki,  cinayət  törətməyə  görə  məhkəmə  tərəfindən  məhkum  edilmiş  hər  kəsin, 

barəsində  çıxarılmış  hökmə  və  ya  təyin  olunmuş  cəzaya  yuxarı  məhkəmə  instansiyasında  yenidən 

baxılması  hüququ  vardır.  Bu  hüququn  həyata  keçirilməsi  və  onun  həyata  keçirilə  biləcəyi  əsaslar 

qanunla tənzimlənir. 

Azərbaycan  Respublikası  CPM-nin  1.3-cü  maddəsində  qeyd  olunur  ki,  Azərbaycan 

Respublikasının  cinayət-prosessual  qanunvericiliyi  qanunçuluğun,  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. 

Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları 

Azərbaycan  Respublikası  Konstitusiyasının,  bu  Məcəllənin,  Azərbaycan  Respublikasının  digər 

qanunlarının,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin 

müddəalarına ciddi əməl etməlidirlər. 

Həmin  Məcəllənin  12.1-ci  maddəsində  isə  qeyd  olunur  ki,  cinayət  prosesini  həyata  keçirən 

orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş 

hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 

Həmin  Məcəllənin  397.1-ci  maddəsinə  əsasən,  apellyasiya  instansiyası  məhkəməsi  birinci 

instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun 

və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 

Həmin Məcəllənin 397.2-ci  maddəsinə əsasən,  birinci  instansiya  məhkəməsi tərəfindən  müəyyən 

edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya 

apellyasiya  protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət 

qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən 

apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. 

 Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  cinayət  işinin  materiallarını  araşdırıb, 

apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısının  protestinin  dəlilləri  barədə  proses  iştirakçılarının 

mövqeyini dinləyərək, habelə qismən məhkəmə istintaqı apararaq hesab edir ki,  Əliyev Elnur Məməti 

oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Bayramov Məhəmməd 

Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 

177.2.4-cü  maddələri  ilə  məhkum  edilmələri  barədə  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il 

tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun 

müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz 

oğlunun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət 



 

10

ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş  apellyasiya  protesti  təmin  edilməməli,  lakin 



Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmü  Azərbaycan 

Respublikası  CPM-nin  397-ci  maddəsinin  tələblərinə  əsasən  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur 

Məməti oğluna münasibətdə dəyişdirilməlidir. 

Belə  ki,  birinci  instansiya  məhkəməsinin  hökmündən  görünür  ki,  məhkum  edilmiş  şəxslər 

Bayramov  Məhəmməd  Ramiz  oğlu  və  Rəsulov  Nicat  Mehdi  oğlunun  törətdiyi,  qərarın  təsviri-

əsaslandırıcı  hissəsinin  «İşin  halları»  bölməsində  göstərilən  cinayət  əməlləri  onların  özlərinin  və 

təqsirləndirilən  şəxs  Əliyev  Elnur  Məməti  oğlunun  ibtidai  istintaq  zamanı  verdikləri  ifadələri, 

zərərçəkmiş şəxs qismində dindirilmiş Aslanov Adıgızəl Qənimət oğlu və Şıxaliyev Aslan Mehdi oğlu, 

şahidlər  Şıxalıyev  Mehdi  Aslan  oğlu,  Mirzəyev  Qorxmaz  Tahir  oğlu,  Zahidov  Əhməd  İnqilab  oğlu, 

Şükürov  Amid  Qaraş  oğlu,  Abdıyev  Telman  Səməd  oğlu,  Bayramov  Ramiz  Bəylər  oğlu,  İsmayılov 

Qərib Rəhim oğlu, Əhmədov Hacı Əbil oğlu,  Məmmədov Əvəzağa Əlisafa oğlunun  ifadələri, ekspert 

rəyləri,  fotoşəkillər,  protokollar  və  işdə  olan  digər  sənədlərlə  tam  sübuta  yetirilmiş,  Bayramov 

Məhəmməd  Ramiz  oğlunun  və  Rəsulov  Nicat  Mehdi  oğlunun  əməlləri  birinci  instansiya  məhkəməsi 

tərəfindən  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələri  ilə  tövsif 

edilmişdir.  

İş  materiallarında  olan,  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  Məhkəmə  Ekspertiza 

Mərkəzinin  Şirvan  Regional  bölməsinin  06  mart  2015-ci  il  tarixli  82  nömrəli  rəyindən  görünür  ki, 

tədqiqata  təqdim  olunmuş  bir  ədəd  bıçaq  kustar  üsulla  hazırlanmış,  təsərrüfatda  və  məişətdə  istifadə 

edilən  kəsici  xassəli  bıçaqdır,  üzərində  təyinatını  dəyişdirən  əlavə  və  dəyişiklik  edilməmişdir,  soyuq 

silah hesab edilmir. 

İş  materiallarında  olan,  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  Məhkəmə  Ekspertiza 

Mərkəzinin  16  sentyabr  2015-ci  il  tarixli  18440  nömrəli  rəyindən  görünür  ki,  nəzəri  qaydada  faktiki 

ortada olmayan  qızıl-zinyət  əşyalarının  əmtəə-keyfiyyət  göstəricilərini  nəzərə  alaraq  nəzəri  hesablama 

yolu ilə 2014-cü ilin noyabr ayına ümumi qiyməti 6.520 manat müəyyən olunur. 

İş  materiallarından  görünür  ki,  iş  üzrə  təqsirləndirilən  şəxslər  Rəsulov  Nicat  Mehdi  oğlu  və 

Bayramov  Məhəmməd  Ramiz  oğlunun  Saatlı  RPŞ-də  onlara  zor  tətbiq  etməklə  etirafedici  ifadə 

verməyə  məcbur  edilmələri  barədə  müraciətlər  etmiş  və  Saatlı  rayon  prokurorluğunda  qeyd  olunan 

xüsusatlarla  bağlı  araşdırma  aparılaraq  19  iyun  2015-ci  il  tarixdə  cinayət  işinin  başlanması  rədd 

edilmişdir. 

“Oğurluq,  soyğunçuluq  və  quldurluğa  dair  işlər  üzrə  məhkəmə  təcrübəsi  haqqında”  Azərbaycan 

Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində 

göstərilir ki,  mülkiyyətçinin  və  ya əmlakın digər sahibinin  və  ya kənar şəxslərin olmadığı  vaxt, yaxud 

həmin şəxslər olsa da, onların  hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın 

gizli  talanması  (oğurluq)  kimi  tövsif  edilməlidir.  Yaranmış  konkret  şəraitdə  təqsirkar  gizli  hərəkət 

etdiyini  güman  edirsə,  həmin  şəxslər  talama  hadisəsini  görmüş  olsalar  belə  təqsirkarın  əməli  özgə 

əmlakının gizli talanması hesab edilməlidir. 

Həmin Qərarın 7-ci bəndində isə qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək 

və  ya  onun  üzərində  istədiyi  kimi  sərəncam  vermək  üçün  real  imkan  əldə  etdiyi  vaxtdan  (məsələn, 

talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada 

onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir.  

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  125-ci  maddəsinin  VII  hissəsinə  görə,  məhkəmə 



icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 

Konstitusiyanın  129-cu  maddəsinin  III  hissəsinə  görə,  məhkəmə  qərarı  qanuna  və  sübutlara 

əsaslanmalıdır. 

Azərbaycan  Respublikasının  CPM-nin  28.5-ci  maddəsinə  əsasən,  şəxsin  cinayət  törətməkdə 

təqsirli  olmasına  dair  məhkəmə  qərarı  mülahizələrə  əsaslana  bilməz  və  işə  aid  biri  digərinə  kifayət 

qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 

Həmin  Məcəllənin  144-cü  maddəsinə  görə,  cinayət təqibi  üzrə  toplanmış  sübutlar tam,  hərtərəfli 

və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-

biri  ilə  müqayisə  edilir,  yeni  sübutlar  toplanır,  əldə  olunmuş  sübutların  mənbəyinin  mötəbərliliyi 

müəyyənləşdirilir. 



 

11 


Həmin  Məcəllənin  145.1-ci  maddəsinə  əsasən,  hər  bir  sübut  mənsubiyyəti,  mümkünlüyü, 

mötəbərliyi  üzrə  qiymətləndirilməlidir.  Cinayət təqibi  üzrə  toplanmış  bütün  sübutların  məcmusuna  isə 

ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 

Həmin Məcəllənin 145.2-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların 

məcmusunu  hərtərəfli,  tam  və  obyektiv  baxılmasına  əsaslanmaqla  öz  daxili  inamına  görə  sübutları 

qiymətləndirir. 

         Həmin  Məcəllənin  146.1-ci  maddəsinə  əsasən,  cinayət  təqibi  üzrə  toplanmış  sübutların  kifayət 

etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar 

sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 

Həmin  Məcəllənin  318.1-ci  maddəsinə  görə,  məhkəmə  baxışı  zamanı  cinayət  işinə, 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə  yalnız 

təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.  

Həmin  Məcəllənin  349.5.1-ci  maddəsinə  əsasən,  məhkəmənin  gəldiyi  nəticələr  yalnız  məhkəmə 

istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 

«Məhkəmə  hökmü  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  27  dekabr 

1996-cı  il  tarixli  4  №-li  Qərarının  2-ci  bəndində  qeyd  olunur  ki,  izah  edilsin  ki,    məhkəmənin  hökmü 

yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, 

məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və 

məhkəmə  iclas  protokolunda  öz  əksini  tapmayan  sübutlara  istinad  edə  bilməz.  Müttəhimin, 

zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o 

vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli 

şəkildə təhqiq edilmiş olsun. 

  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumunun  «Azərbaycan  Respublikası 

Cinayət  Məcəlləsinin  244.1-ci  maddəsinin  şərh  edilməsinə  dair»  17  mart  2011-ci  il  tarixli  Qərarında 

qeyd  edilmişdir  ki,  cinayətin  tövsifi  törədilən  konkret  cinayət  əməlinin  cəhətləri  ilə  cinayət-hüquq 

normasının  dispozisiyasında  nəzərdə  tutulan  tərkib  əlamətləri  arasında  uyğunluğu  müəyyən  etməklə, 

müvafiq  prosessual  sənəddə  öz  əksini  tapan  və  cinayət-hüquqi  nəticələrə  səbəb  olan  əmələ  verilən 

cinayət hüquqi qiymətdir. 

Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların 

əldə  olunması,  həmçinin  həmin  sübutların  birinci  instansiya  məhkəməsi  tərəfindən  tam,  hərtərəfli  və 

obyektiv  araşdırılması  zamanı  hər  hansı  bir  qanun  pozuntusuna  yol  verilməmiş,  işə  Saatlı  Rayon 

Məhkəməsi tərəfindən ağlabatan  müddətdə baxılmış,  məhkəmə  baxışı zamanı  yolverilməz sübutlardan 

istifadə  olunmamış,  cinayət  prosesinin  iştirakçıları  tərəfindən  təqdim  edilmiş  sübutların  tədqiqindən 

əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxs Bayramov 

Məhəmməd  Ramiz  oğlu    və  Rəsulov  Nicat  Mehdi  oğlunun    Azərbaycan  Respublikası  Cinayət-

Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş 

və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. 

         Məhkəmə  kollegiyası  birinci  instansiya  məhkəməsinin  “Məhkum  edilmiş  şəxslər    Bayramov 

Məhəmməd Ramiz oğlu  və Rəsulov Nicat Mehdi oğlunun  oğlunun oğurluq hadisəsindən  xəbərlərinin 

olmaması,  ittihamda  göstərilən  cinayət  əməllərini  polislərin  təzyiq  və  təsiri  nəticəsində  öz  üzərinə 

götürmələri kimi  ifadələrinə  məhkəmə tənqidi  yanaşaraq bu  ifadələri  iş  materiallarına uyğun olmayan, 

özlərini  müdafiə  məqsədi  ilə  uydurulmuş  və  işin  faktiki  halları  ilə  təkzib  edilən  xüsusatlar  kimi 

qiymətləndirir  və  onun  ifadələrinin  bu  hissələrini  inandırıcı  hesab  etmir.  ...təqsirləndirilən  şəxslər 

Əliyev  Elnur  Məməti  oğlu,  Bayramov  Məhəmməd  Ramiz  oğlu  və  Rəsulov  Nicat  Mehdi  oğlu 

zərərçəkmiş şəxs Şıxəliyev  Aslan Mehdi oğlunun yaşadığı  evdən qızıl  əşyalarını 21 noyabr 2014-cü il 

tarixdə  saat  22:30  radələrində  birlikdə  oğurlamaları  barədə  ibtidai  istintaq  zamanı  vermiş  olduqları 

ifadələrində  tam  etiraf  etmişlər  və  məhkəmə  təqsirləndirilən  şəxslərin  ibtidai  istintaq  zamanı  vermiş 

olduqları ifadələrini iş üzrə sübut növü kimi qəbul edir” qənaətini də qanuni və əsaslı hesab edir. 

Beləliklə,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  cinayət  hadisəsi  baş  vermişdir  və  Bayramov 

Məhəmməd  Ramiz  oğlunun  və  Rəsulov  Nicat  Mehdi  oğlunun  əməllərində  Azərbaycan  Respublikası 

CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrinin  tərkib  əlamətləri  vardır.  İbtidai  istintaq  orqanı 

tərəfindən  M.R.Bayramov  və  N.M.Rəsulovun    əməlləri  Azərbaycan  Respublikasının  CM-nin  177.2.1, 



 

12

177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, işə baxan birinci instansiya məhkəməsi də 



haqlı olaraq onları həmin maddələr ilə təqsirli bilmişdir.  

Məhkum edilmiş şəxslər Məhəmməd Bayramova və Nicat Rəsulova birinci instansiya məhkəməsi 

tərəfindən təyin  edilmiş  cəzaların cinayətlərin  ağırlığına  və  məhkum edilmiş  şəxslərin  şəxsiyyətlərinə 

uyğun  olub-olmaması  məsələsini  də  müzakirə  edərək,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci 

instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-

ci  maddəsinin  tələblərinə  əməl  etməklə,  törədilmiş  cinayətlərin  xarakterini  və  ictimai  təhlükəlilik 

dərəcələrini,  təqsirkar  şəxslərin  şəxsiyyətlərini,  habelə  cəzalarnı  yüngülləşdirən  və  ağırlaşdıran  halları 

nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci  maddəsinin tələblərinə uyğun qanuni  və ədalətli cəza təyin 

etmişdir. 

     Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Bayramov 

Məhəmməd  Ramiz  oğlu  və  Rəsulov  Nicat  Mehdi  oğlunun    cəzalarını  ağırlaşdıran  hallar  müəyyən 

edilməmiş,  təqsirləndirilən  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  yaşayış  yeri  üzrə  müsbət 

xarakterizə olunması  və  ilk dəfə cinayət törətməsi, təqsirləndirilən şəxs Rəsulov Nicat Mehdi oğlunun 

yaşayış  yeri  üzrə  müsbət  xarakterizə  olunması,  ilk  dəfə  cinayət  törətməsi  və  sol  ağ  ciyərin  yuxarı 

payının  ocaqlı  vərəmi  xəstəliyindən  əziyyət  çəkməklə  mütəmadi  olaraq  müalicəyə  ehtiyacının  olması 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzanı yüngülləşdirən 

hallar kimi nəzərə alınmışdır. 

İş materiallarında olan, sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 1075 nömrəli aktdan 

görünür  ki,  Rəsulov  Nicat  Mehdi  oğlu  sol  ağ  ciyərin  yuxarı  payının  ocaqlı  vərəmi,  sorulma  mərhələsi 

xəstəliyindən əziyyət çəkir.  

Təqdim olunmuş qəbzin surətindən görünür ki, 20 iyun 2016-cı il tarixdə məhkum edilmiş şəxs 

Rəsulov  Nicat  Mehdi  oğlu  zərərçəkmiş  şəxs  Şıxəliyev  Aslan  Mehdi  oğlunun  hesabına  400  manat 

məbləğində pul köçürmüşdür. 

Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən 

şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin  müddəaları  nəzərə  alınmaqla  Xüsusi  hissəsinin  müvafiq 

maddələrində  nəzərdə  tutulmuş  hədlərdə  ədalətli  cəza  təyin  edilir.  Törədilmiş  cinayətə  görə  nəzərdə 

tutulmuş  cəzalardan  daha  ciddi  cəza  növü  yalnız  o  halda  təyin  edilir  ki,  az  ciddi  cəza  növü  cəzanın 

məqsədlərini təmin edə bilmir. 

Həmin Məcəllənin 58.3-cü  maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və  ictimai 

təhlükəlilik  dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallar, 

habelə  təyin  olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və  onun  ailəsinin  həyat  şəraitinə  təsiri  nəzərə 

alınır

Həmin  Məcəllənin  2.1-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin 

vəzifələri  sülhü  və  bəşəriyyətin  təhlükəsizliyini  təmin  etməkdən,  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarını,  mülkiyyəti,  iqtisadi  fəaliyyəti,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi,  ətraf  mühiti, 

Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunu  cinayətkar  qəsdlərdən  qorumaqdan,  habelə 

cinayətlərin qarşısını almaqdan ibarətdir. 

Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən 

cəza  və  ya  cinayət-hüquqi  xarakterli  tədbirlər  ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və  ictimai 

təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  hallarına  və  cinayəti  törətməkdə  təqsirli  bilinən  şəxsin 

şəxsiyyətinə uyğun olmalıdır. 

Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun 

islah  edilməsi  və  həm  məhkumlar,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni  cinayətlərin  törədilməsinin 

qarşısını almaq məqsədi ilə tətbiq edilir. 

Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-

cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 

«Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında»  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsi  Plenumunun  25  iyun  2003-cü  il  tarixli  4  nömrəli    Qərarının  1-ci 

maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların 

təyin  edilməsinə  fərdi  yanaşılmalı,  cinayət  qanununun  vəzifələri  və  cəzanın  məqsədindən  bəhs  edən 

CM-in  2  və  41-ci  maddələrinin  müddəalarının  həyata  keçirilməsini  sözsüz  təmin  etməlidirlər.  Cinayət 


 

13 


qanununun ədalət prinsipindən  bəhs edən CM-nin 8-ci  maddəsinə görə cinayət törətmiş şəxs haqqında 

tətbiq  edilən  cəza  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  şəraitinə, 

təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. 

 Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın 

növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin 

islah olunmasına xidmət etməlidir. 

Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsi  ilə cəzanı  yüngülləşdirən halların sayı 

məhdudlaşdırılmadığından  cəza  təyini  zamanı  həmin  maddədə  nəzərdə  tutulmamış  hallar  da  cəzanı 

yüngülləşdirici hal kimi nəzərə alına bilər. 

Həmin  Qərarın  5-ci  bəndinə  görə,  cəzanı  ağırlaşdıran  hallar  dedikdə  CM-nin  61-ci  maddəsində 

sadalanan hallar başa düşülməlidir. 

 «Məhkəmə  hökmü  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  27  dekabr 

1996-cı  il  tarixli  4  №-li  Qərarının  13-cü  bəndində  qeyd  olunur  ki,  məhkəmələr  cəza  təyini  zamanı 

təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına 

yol  verməməlidirlər...Məhkəmə  cəza  təyin  edərkən  törədilmiş  cinayətin  xarakterini  və  ictimai 

təhlükəlilik  dərəcəsini,  təqsirkarın  şəxsiyyətini,  məsuliyyətini  yüngülləşdirən  və  ağırlaşdıran  halları 

nəzərə  almalıdır.  Məhkəmə  tərəfindən  cəza  tədbiri  seçilərkən  hökmdə  cinayətin  xarakteri  və  ictimai 

təhlükəlilik    dərəcəsini,  habelə  təqsirkarın  şəxsiyyətini  göstərən  hansı  konkret  halların  nəzərə  alındığı 

göstərilməlidir. 

Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 

17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De 

Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: 

«Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin  bərqərar  edildiyi  də  aydın 

görünməlidir».  

Bundan  başqa,  «Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və 

dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  nömrəli  Azərbaycan  Respublikası 

Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin  Azərbaycan  Respublikası 

Konstitusiyasının  130-cu  maddəsinin  9-cu  hissəsinə  uyğunluğunun  yoxlanılmasına  dair»  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  25  yanvar  2005-ci  il  tarixli  Qərarının  izahına 

əsasən,  «istənilən  məhkəmə  aktının  qanuni  və  əsaslı  hesab  edilməsi  üçün  mütləq  şərtlərdən  biri  onun 

ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi 

də aydın görünməlidir». 

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 14 dekabr 1990-cı il 

tarixli 45/110 saylı qətnaməsi ilə qəbul edilmiş «BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair 

standart minimal qaydaları (Tokio qaydaları)»nın 2.3-cü maddəsinin tələbinə görə hüquq pozuntusunun 

xarakterinə  və  ağırlıq  dərəcəsinə,  hüquq  pozucusunun  şəxsiyyətinə  və  tərcümeyi-halına,  habelə 

cəmiyyətin  müdafiəsinin  mənafelərinə  uyğun  olaraq  və  həbs  edilmənin  haqsız  tətbiqindən  yaxa 

qurtarmaq  üçün  daha  çox  çevikliyi  təmin  etmək  məqsədi  ilə,  cinayət  üzrə  ədalət  mühakiməsi  sistemi 

məhkəməyəqədərki  tədbirlərdən  tutmuş  məhkəmədən  sonrakı  tədbirlərə  qədər  həbs  edilmə  ilə  bağlı 

olmayan geniş çeşidli təbirlər nəzərdə tutmalıdır. 

Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrinin  sanksiyasında  üç 

min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan 

məhrum  etmə  cəzası  nəzərdə  tutulmuşdur.  Bayramov  Məhəmməd  Ramiz  oğluna  və  Rəsulov  Nicat 

Mehdi oğluna  birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 

177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələri  ilə  4.000  (dörd  min)  manat  miqdarda  cərimə  cəzası  təyin 

edilmiş,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  69.4-cü  maddəsinə  əsasən  həbsdə 

saxlanıldıqları  müddət  nəzərə  alınaraq  onlara  təyin  olunmuş  4.000  manat  miqdarda  cərimə  cəzası 

yüngülləşdirilib  üzərlərində  qəti  olaraq  1.000  (bir  min)  manat  miqdarda  cərimə  cəzası  saxlanılmışdır. 

Yəni  M.R.Bayramova  və  N.M.Rəsulova  birinci  instansiya  məhkəməsi  tərəfindən  təqsirli  bilindikləri 

Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrinin  sanksiyası  həddində 

Azərbaycan  Respublikası  CM-nin  41.2-ci  maddəsinin  tələblərinə  uyğun  qanuni  və  ədalətli  cəza  təyin 

edilmişdir. 



 

14

Odur  ki,  məhkəmə  kollegiyası  apellyasiya  şikayətlərinin    dəlillərini  əsassız  sayır  və  hesab  edir 



ki,  apellyasiya  şikayətində  göstərilən  xüsusatlar  özünümüdafiə  xarakterlidir  və  təyin  edilmiş  cəzanı 

yüngülləşdirmək    məqsədi  daşıyır.  Öz  növbəsində  məhkəmə  kollegiyası  apellyasiya  protestinin 

dəlillərini  məqbul  hesab  etmir.  Məhkəmə  kollegiyası  eyni  zamanda  dövlət  itthamçısının  apellyasiya 

protestinin  “Məhkəmə  təqsirləndirilən  şəxslər  Bayramov  Məhəmməd  Ramiz  oğluna  və  Rəsulov  Nicat 

Mehdi oğluna cəza təyin edərkən cinayətin qabaqcadan əlbir olan qrup tərəfindən törədilməsini nəzərə 

almamış, CM-nin 34.8-ci maddəsinin tələbinə məhəl qoymamışdır” dəlillərini qeyri-məqbul hesab edir 

və  bununla  bağlı  olaraq  qeyd  edir  ki,  hazırda  qüvvədə  olan  Azərbaycan  Respublikası  CM-nin  34.8-ci 

maddəsinin  mahiyyətindən  görünür  ki,    “cinayətin  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən 

törədilməsi daha ciddi cəzalara səbəb olur” müddəası bütün hallarda deyil, yalnız Cinayət Məcəlləsində 

nəzərdə  tutulan  əsaslara  və  hədlərə  uyğun  olduqda  tətbiq  edilir.  Odur  ki,  həmin  müddəa  hazırkı  işə 

tətbiq  edilə  bilməz.  Çünki  cinayətin  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  törədilməsi 

Azərbaycan  Respublikası  CM-nin  177-ci  maddəsində  tövsifedici  əlamət  kimi  nəzərdə  tutulmuşdur 

(CM-nin  177.2.1-ci  maddəsi).  Cinayətin  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  törədilməsi 

yalnız  Azərbaycan  Respublikası  CM-nin  61.1.3-cü  maddəsinə  əsasən  cəzanı  ağırlaşdıran  hal  kimi 

müəyyən edildikdə, Azərbaycan Respublikası CM-nin 34.8-ci  maddəsinin “cinayətin qabaqcadan əlbir 

olan bir qrup şəxs tərəfindən törədilməsi daha ciddi cəzalara səbəb olur” müddəası tətbiq edilir.  

Beləliklə,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  hazırkı  iş  üzrə  birinci  instansiya  məhkəməsi 

Azərbaycan  Respublikası  CM-nin  və  Azərbaycan  Respublikası  CPM-nin  normalarının  tələblərini,  

“Oğurluq,  soyğunçuluq  və  quldurluğa  dair  işlər  üzrə  məhkəmə  təcrübəsi  haqqında”  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsi  Plenumunun  03  mart  2005-ci  il  tarixli  1  nömrəli  Qərarının  tövsiyələrini 

nəzərə  almaqla  işin  faktiki    halları  ilə  bağlı  düzgün  hüquqi  nəticəyə  gəlmiş,  Azərbaycan  Respublikası 

CM-nin,  Azərbaycan  Respublikası  CPM-nin,  Azərbaycan    Respublikası  Ali  Məhkəməsi  Plenumunun 

«Məhkəmə  hökmü  haqqında»  27  dekabr  1996-cı  il  tarixli  4  №-li,  «Məhkəmələr  tərəfindən  cinayət 

cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında»  25  iyun  2003-cü  il  tarixli  4  №-li,  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  «Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 

aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  nömrəli 

Azərbaycan  Respublikası  Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin 

Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  9-cu  hissəsinə  uyğunluğunun 

yoxlanılmasına  dair»  25  yanvar  2005-ci  il  tarixli  qərarlarının  yuxarıda  sadalanan  normalarının 

tələblərini, eləcə də Avropa İnsan Hüquqları  Məhkəməsinin  yuxarıda göstərilən presedentlərini  nəzərə 

almaqla  məhkum  edilmiş  şəxslərin  şəxsiyyətləri  ilə  bağlı  ədalətli  nəticəyə  gəlmiş  və  qanunamüvafiq 

ittiham hökmü çıxarmışdır. 

       Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi 

birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarını  dəyişdirmədən,  apellyasiya  şikayətini  və  ya 

apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. 

Bununla da, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə 

iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, 

həmçinin  apellyasiya  şikayəti  üzrə  apellyasiya  instansiyasında  aparılmış  qismən  məhkəmə  istintaqının 

nəticələrinə  əsaslanıb,  eyni  zamanda  onlara  obyektiv  hüquqi  qiymət  verərək  Əliyev  Elnur  Məməti 

oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, Bayramov Məhəmməd 

Ramiz oğlunun və Rəsulov Nicat Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 

177.2.4-cü  maddələri  ilə  məhkum  edilmələri  barədə  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il 

tarixli,  1(055)-02/2016  nömrəli  hökmünü  Məhəmməd  Bayramov  və  Nicat  Rəsulova  münasibətdə  ləğv 

edərək onlara münasibətdə yeni hökm, o cümlədən bəraət hökmü çıxarmağı, yaxud həmin  hökmü ləğv 

edərək  onlara  münasibətdə  cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  barədə  qərar  qəbul  etməyi,  yaxud 

Məhəmməd  Bayramov  və  Nicat  Rəsulovun  cinayət  əməllərini  Azərbaycan  Respublikası  CM-nin 

177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrindən  həmin  Məcəllənin  digər  maddəsinə(maddələrinə)  tövsif 

etməyi,  yaxud  da  Məhəmməd  Bayramov  və  Nicat  Rəsulova  təyin  edilmiş  cəzanı  yüngülləşdirməklə, 

yaxud da ağırlaşdırmaqla həmin hökmü dəyişdirməyi məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə 

kollegiyası  Əliyev  Elnur  Məməti  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.2,  177.2.3 

və  177.2.4,  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  və  Rəsulov  Nicat  Mehdi  oğlunun  Azərbaycan 


 

15 


Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələri  ilə  məhkum  edilmələri  barədə  Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs Rəsulov Nicat Mehdi oğlunun müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş 

şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən 

verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş 

apellyasiya  protestinin  təmin  edilməməsini  və  hökmün  apellyasiya  şikayətləri  və  protestinə  əsasən 

dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun sayır. 

Eyni  zamanda  məhkəmə  kollegiyası  Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli, 

1(055)-02/2016  nömrəli  hökmünü  Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinin  tələblərinə 

əsasən  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur  Məməti  oğluna  münasibətdə  dəyişdirməyi  məqsədəuyğun 

hesab edir. Çünki “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 

6  may  2016-cı  il  tarixli  Azərbaycan  Respublikasının  Qanununun  1.7.5-ci  maddəsinə  əsasən  CM-nin 

177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində “min manatdan yeddi min manatadək olan məbləğ, 

“külli  miqdar”  dedikdə  isə  yeddi”  sözləri  “üç  min  manatdan  yuxarı,  lakin  on  min  manatdan  artıq 

olmayan  məbləğ,  “külli  miqdar”  dedikdə  on”  sözləri  ilə  əvəz  edilmişdir.  Yəni  Cinayət  Məcəlləsinin 

177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə üç min manatdan yuxarı, lakin on min 

manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkum edilmiş şəxs Əliyev Elnur Məməti oğluna  elan 

olunmuş ittihamın birinci epizodundan görünür ki,  o, 31 iyul 2014-cü il tarixdə saat 00:30 radələrində 

İmişli  rayonunun  Mirili  kəndində  yerləşən  Aslanov  Adıgözəl  Qənimət  oğluna  məxsus  saxlanc  yeri 

hesab  edilən  mağazaya  qanunsuz  daxil  olaraq  oradan  hər  birinin  orta  bazar  qiyməti  1  manat  20  qəpik 

olan  180  manat  dəyərində  150  ədəd  «LD»  siqaretini,  hər  birinin  orta  bazar  qiyməti  1  manat  30  qəpik 

olan 130  manat dəyərində 100 ədəd  «VİCEROY  SİLVER» siqaretini,  hər birinin orta bazar qiməti 70 

qəpik olan 119 manat dəyərində 170 ədəd «CLASSİC BLUE» siqaretini, hər birinin orta bazar qiyməti 

1  manat  olan  170  manat  dəyərində  170  ədəd  «Vest  BLAKO  KOMPACT»  siqaretini,  hər  birinin  otra 

bazar qiyməti 1 manat 70 qəpik olan 51 manat dəyərində 30 ədəd «KENT4 NANOTİK» siqaretini, hər 

birinin  orta  bazar  qiyməti  1  manat  50  qəpik  olan  30  manat  dəyərində  20  ədəd  «Vinston  XSLSS» 

siqaretini, hər birinin otra bazar qiyməti 1  manat 60 qəpik olan  32  manat dəyrində 20 ədəd «KENT8 

HD» siqaretini, hər birinin orta bazar qiməti 1 manat 20 qəpik olan 36 manat dəyərində 30 ədəd «VEST 

Aktiv»  siqaretini,  hər  birinin  otra  bazar  qiyməti  60  qəpik  olan  90  manat  dəyərində  150  ədəd 

«VİCEROY BLUE» siqaretini, hər birinin orta bazar qiyməti 1 manat 30 qəpik olan 39 manat dəyərində 

30 ədəd «VEST SİLVER» siqaretini, hər birinin orta bazar qiyməti 1 manat olan 50 manat dəyərində 50 

ədəd  «VEST  COMPACT»  siqaretini,  hər  birinin  orta  bazar  qiyməti  1  manat  80  qəpik  olan,  36  manat 

dəyərində 20 ədəd «KENT4 HD» siqaretini, 60 manat dəyərində 60 ədəd 1 manatlıq «Sim-Sim» telefon 

danışıq  kartlarını,  hər  biri  3  manatlıq  olan  120  manat  dəyərində  40  ədəd  «Sim-Sim»  telefon  danışıq 

kartlarını, 2 manatlıq olan 80 manat dəyərində 40 ədəd «Nar» telefon danışıq kartlarını, 2 manatlıq olan 

60 manat dəyərində 30 ədəd «Cin» telefon danışıq kartlarını, orta bazar qiyməti 20 manat olan 1 ədəd 

«My Love» ətrini, orta bazar qiyməti 15 manat olan 1 ədəd «Royal» ətrini, orta bazar qiyməti 10 manat 

olan  1  ədəd  «Biox»  ətrini,  orta  bazar  qiyməti  40  qəpik  olan  22  manat  dəyərində  55  ədəd  «Dirol» 

saqqızını  və  100  manat  nəğd  pulu,  ümumilikdə  1.450  manat  dəyərində  əmlakı  və  pulu  gizli  olaraq 

talamaqla oğurlayaraq A.Aslanova xeyli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-nin 

10.3-cü  maddəsinə  görə,  əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin)  cinayət  sayılmasını  və  bu  əmələ  görə 

cəzanı  aradan  qaldıran,  cəzanı  yüngülləşdirən,  yaxud  cinayət  etmiş  şəxsin  vəziyyətini  başqa  cür 

yaxşılaşdıran  cinayət  qanununun  geriyə  qüvvəsi  vardır,  yəni  həmin  qanunun  qüvvəyə  minməsindən 

əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını 

çəkmiş,  lakin  məhkumluğu  üstündən  götürülməmiş  və  ya  ödənilməmiş  şəxslərə  şamil  edilir.  Odur  ki, 

Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinə  əsasən  məhkum  edilmiş  şəxs  Əliyev  Elnur 

Məməti oğluna elan edilmiş ittihamdan və hökmdən  onun 1.450 manat dəyərində əmlakı və pulu gizli 

olaraq talaması epizodu üzrə talanmış əmlakın xeyli miqdar olmasına dair müddəalar xaric edilməlidir. 

 

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  397-399,  407-410  və  412-ci 



maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 

 

 



 

16

      Q Ə R A R A    A L D I : 



 

 

 

 

 

Əliyev  Elnur  Məməti  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.2,  177.2.3  və 

177.2.4,  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  və  Rəsulov  Nicat  Mehdi  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələri  ilə  məhkum  edilmələri  barədə  Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs Rəsulov Nicat Mehdi oğlunun müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş 

şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən 

verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş 

apellyasiya protesti təmin edilməsin. 

Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmü məhkum 

edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman  Abdulhüseyn  oğlunun, 

məhkum  edilmiş  şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla 

oğlunun  apellyasiya  şikayətlərinə  və  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlunun  apellyasiya 

protestinə əsasən dəyişdirilməsin. 

Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinə  əsasən,  Saatlı  Rayon  Məhkəməsinin  24 

fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmü  dəyişdirilsin.  Məhkum  edilmiş  şəxs  Əliyev 

Elnur Məməti oğluna elan edilmiş ittihamdan və hökmdən  onun 1.450 manat dəyərində əmlakı və pulu 

gizli  olaraq  talaması  epizodu  üzrə  talanmış  əmlakın  “xeyli  miqdar  “  olmasına  dair  müddəalar  xaric 

edilsin. 

Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  410-cu  maddəsində 

nəzərdə  tutulmuş  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Cinayət  Kollegiyasına 

kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 



           Sədrlik edən: İmza var. 

  Hakimlər:     İmzalar var. 

  Əsli ilə düzdür. Sədrlik edən:              

                              Amil Dosiyev 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Поделитесь с Вашими друзьями:
1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə