Əliyev Elnur Məməti oğlunun Azərbaycan Respublikası cm-nin 177 1, 177 2, 177. 2



Yüklə 240.05 Kb.
Pdf просмотр
səhifə1/2
tarix23.12.2016
ölçüsü240.05 Kb.
  1   2

 

1

 



 

 

 

 



             

 

                                          Q ə r a r 



                                                           Azərbaycan Respublikası adından                                                                                               

                                                                                                                         Surəti:                                                 

           20 iyun 2015-ci il  

                       №1(106)-315/2016                                           Şirvan şəhəri 



 

          Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  hakimlər  Dosiyev  Amil  Qaraxan  oğlu 

(sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət 

tərkibdə,  məhkəmə  iclas  katibi  Mehdiyev  Rahid  Baxşəli  oğlunun,  dövlət  ittihamçısı  Azərbaycan 

Respublikası  Baş  Prokurorluğunun  Dövlət  İttihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və 

kassasiya  instansiyası  məhkəmələrində dövlət ittihamının  müdafiəsi  şöbəsinin prokuroru, kiçik ədliyyə 

müşaviri  Sadıqov  Səyavuş  Köçəri  oğlunun,  məhkum  edilmiş  şəxslər  Əliyev  Elnur  Neməti  oğlu, 

Bayramov  Məhəmməd  Ramiz  oğlu  və  Rəsulov  Nicat  Mehdi  oğlu,  müdafiəçilər    Şirvan  Şəhər  Hüquq 

Məsləhətxanasının  vəkilləri  Fərəcov  Salman  Böyükağa oğlu  və  Əbdurəhmanov  Kənan  Səfər   oğlunun 

iştirakları ilə,  

  Əliyev  Elnur  Məməti  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.2,  177.2.3  və 

177.2.4,  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  və  Rəsulov  Nicat  Mehdi  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələri  ilə  məhkum  edilmələri  barədə  Saatlı 

Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli, 1(055)-02/2016 nömrəli hökmündən məhkum edilmiş 

şəxs Rəsulov Nicat Mehdi oğlunun müdafiəçisi Paşayev Mehman Abdulhüseyn oğlu, məhkum edilmiş 

şəxs  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  müdafiəçisi  Musayev  Ramiz  Əzizulla  oğlu  tərəfindən 

verilmiş  apellyasiya  şikayətləri  və  dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  tərəfindən  verilmiş 

apellyasiya protesti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, 

 

 

 

       M Ü Ə Y Y Ə N   E T D İ: 

 

                                          İşin halları: 

 

İbtidai  istintaq orqanı tərəfindən Əliyev Elnur Məməti oğluna  Azərbaycan Respublikası CM-

nin  177.2.1,  177.2.2,  177.2.3  və  177.2.4-cü  maddələri  ilə  ittiham  elan  olunmuşdur  ona  görə  ki,  o,  31 

iyul  2014-cü  il  tarixdə  saat  00:30  radələrində  İmişli  rayonunun  Mirili  kəndində  yerləşən  Aslanov 

Adıgözəl Qənimət oğluna məxsus saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq oradan hər 

birinin  orta  bazar  qiyməti  1  manat  20  qəpik  olan  180  manat  dəyərində  150  ədəd  «LD»  siqaretini,  hər 

birinin orta bazar qiyməti 1 manat 30 qəpik olan 130 manat dəyərində 100 ədəd «VİCEROY SİLVER» 

siqaretini,  hər  birinin  orta  bazar  qiməti  70  qəpik  olan  119  manat  dəyərində  170  ədəd  «CLASSİC 

BLUE»  siqaretini,  hər  birinin  orta  bazar  qiyməti  1  manat  olan  170  manat  dəyərində  170  ədəd  «Vest 

BLAKO  KOMPACT»  siqaretini,  hər  birinin  otra  bazar  qiyməti  1  manat  70  qəpik  olan  51  manat 

dəyərində  30  ədəd  «KENT4  NANOTİK»  siqaretini,  hər  birinin  orta  bazar  qiyməti  1  manat  50  qəpik 

olan 30 manat dəyərində 20 ədəd «Vinston XSLSS» siqaretini, hər birinin otra bazar qiyməti 1 manat 60 

qəpik olan  32 manat dəyrində 20 ədəd «KENT8 HD» siqaretini, hər birinin orta bazar qiməti 1 manat 

20 qəpik olan 36 manat dəyərində 30 ədəd «VEST Aktiv» siqaretini, hər birinin otra bazar qiyməti 60 

qəpik olan 90 manat dəyərində 150 ədəd «VİCEROY BLUE» siqaretini, hər birinin orta bazar qiyməti 1 

manat  30  qəpik  olan  39  manat  dəyərində  30  ədəd  «VEST  SİLVER»  siqaretini,  hər  birinin  orta  bazar 

qiyməti 1 manat olan 50 manat dəyərində 50 ədəd «VEST COMPACT» siqaretini, hər birinin orta bazar 

qiyməti  1  manat  80  qəpik  olan,  36  manat  dəyərində  20  ədəd  «KENT4  HD»  siqaretini,  60  manat 

dəyərində 60 ədəd 1 manatlıq «Sim-Sim» telefon danışıq kartlarını, hər biri 3 manatlıq olan 120 manat 

dəyərində  40  ədəd  «Sim-Sim»  telefon  danışıq  kartlarını,  2  manatlıq  olan  80  manat  dəyərində  40  ədəd 

«Nar»  telefon  danışıq  kartlarını,  2  manatlıq  olan  60  manat  dəyərində  30  ədəd  «Cin»  telefon  danışıq 

kartlarını, orta bazar qiyməti 20 manat olan 1 ədəd «My Love» ətrini, orta bazar qiyməti 15 manat olan 

1  ədəd  «Royal»  ətrini,  orta  bazar  qiyməti  10  manat  olan  1  ədəd  «Biox»  ətrini,  orta  bazar  qiyməti  40 

qəpik olan 22 manat dəyərində 55 ədəd «Dirol» saqqızını  və 100 manat nəğd pulu, ümumilikdə 1.450 



 

2

manat  dəyərində  əmlakı  və  pulu  gizli  olaraq  talamaqla  oğurlayaraq  A.Aslanova  xeyli  miqdarda  ziyan 



vurmuşdur. 

Bundan  başqa  o,  21  noyabr  2014-cü  il  tarixdə  saat  22:30  radələrində  tanışları  Bayramov 

Məhəmməd  Ramiz  oğlu  və  Rəsulov  Nicat  Mehdi  oğlu  ilə  qabaqcadan  əlbir  olub  qrup  təşkil  edərək 

təkrarən  Şıxəliyev  Aslan  Mehdi  oğluna  məxsus  Saatlı  şəhəri,  M.Kərimov  küçəsi,  3  nömrəli  evə 

qanunsuz  daxil  olaraq  saxlanc  yeri  hesab  edilən  yataq  otağındakı  paltar  yığılmış  siyirmədəki  qabın 

(mücrünün)  içərisinə  yığılmış  1  ədəd  60  qram  çəkidə  Rusiya  istehsalı  olan  585  əyarlı  bazar  qiymətilə 

1.860  manat  dəyərində  döymə  zəncir  formalı  qızılı,  1  dəst  100  qram  arasında  çəkidə  Rusiya  istehsalı 

olan 585 əyarlı bazar qiymətilə 3.100 manat dəyərində imperial formalı  qızıl qolbağı və boyunbağını, 1 

ədəd  15  qram  çəksi  olan  kəpənək  formalı  Rusiya  istehsalı  olan  583  əyarlı  bazar  qiymətilə  465  manat 

dəyərində qızıl üzüyü, 1 ədəd 10 qram çəkidə ortasında 1 karatlıq  briliyant qaşlı Rusiya  istehsalı olan 

585  əyarlı  bazar  qiymətilə  310  manat  dəyərində  qızıl  üzüyü,  1  ədəd  4  qram  arasında  çəkidə  bir  tay 

sırğadan hazırlanmış Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 124 manat dəyərində qızıl üzüyü, 

1 ədəd  2 qram çəkidə Rusiya  istehsalı olan 583 əyarlı  bazar qiymətilə 64 manat dəyərində qızıl  nişan 

üzüyü, 1 ədəd  5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 155 manat dəyərində qızıl 

nişan üzüyü, 1 ədəd 8 qram arasında çəkidə Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 256 manat 

dəyərində  üzərində  sadə  xırda  qaşı  olan  üzüyü,  1 ədəd  6  qram  çəkidə  Rusiya  istehsalı  olan  583  əyarlı 

bazar  qiymətilə  186  manat  dəyərində  qızıl  sırğa,  50  manat  dəyərində  bəzək  əşyalarını  (bujteriyaları), 

ümumilikdə 6.570 manat əmlakı gizli olaraq talamaqla oğurlayaraq A.Şıxəliyevə xeyli miqdarda ziyan 

vurmuşdur. 

İbtidai istintaq orqanı tərəfindən Bayramov Məhəmməd Ramiz oğluna Azərbaycan Respublikası 

CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o, 21 noyabr 

2014-cü  il  tarixdə  saat  22:30  radələrində  tanışları  Əliyev  Elnur  Məməti  oğlu  və  Rəsulov  Nicat  Mehdi 

oğlu  ilə qabağcadan əlbir olub qrup təşkil edərək Şıxəliyev  Aslan Mehdi oğluna  məxsus Saatlı  şəhəri, 

M.Kərimov  küçəsi,  3  nömrəli  evə  qanunsuz  daxil  olaraq  saxlanc  yeri  hesab  edilən  yataq  otağındakı 

paltar yığılmış siyirmədəki qabın (mücrünün) içərisinə yığılmış 1 ədəd 60 qram çəkidə Rusiya istehsalı 

olan  585  əyarlı  bazar  qiymətilə  1.860  manat  dəyərində  döymə  zəncir  formalı  qızılı,  1  dəst  100  qram 

arasında çəkidə Rusiya istehsalı olan 585 əyarlı bazar qiymətilə 3.100 manat dəyərində imperial formalı  

qızıl  qolbağı  və  boyunbağını,  1  ədəd  15  qram  çəkisi  olan  kəpənək  formalı  Rusiya  istehsalı  olan  583 

əyarlı  bazar  qiymətilə  465  manat  dəyərində  qızıl  üzüyü,  1  ədəd  10  qram  çəkidə  ortasında  1  karatlıq 

brilyant qaşlı Rusiya istehsalı olan 585 əyarlı bazar qiymətilə 310 manat dəyərində qızıl üzüyü, 1 ədəd 4 

qram arasında çəkidə bir tay sırğadan hazırlanmış Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 124 

manat dəyərində qızıl üzüyü, 1 ədəd  2 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 64 

manat  dəyərində  qızıl  nişan  üzüyü,  1  ədəd    5  qram  çəkidə  Rusiya  istehsalı  olan  583  əyarlı  bazar 

qiymətilə 155 manat dəyərində qızıl  nişan üzüyü, 1 ədəd 8 qram arasında çəkidə Rusiya  istehsalı olan 

583  əyarlı  bazar  qiymətilə  256  manat  dəyərində  üzərində  sadə  xırda  qaşı  olan  üzüyü,  1  ədəd  6  qram 

çəkidə  Rusiya  istehsalı  olan  583  əyarlı  bazar  qiymətilə  186  manat  dəyərində  qızıl  sırğa,  50  manat 

dəyərində  bəzək  əşyalarını  (bujteriyaları),  ümumilikdə  6.570  manat  əmlakı  gizli  olaraq  talamaqla 

oğurlayaraq A.Şıxəliyevə xeyli miqdarda ziyan vurmuşdur. 

İbtidai  istintaq orqanı tərəfindən Rəsulov Nicat Mehdi oğluna  Azərbaycan  Respublikası CM-nin 

177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o,  21 noyabr 2014-cü 

il  tarixdə  saat  22:30  radələrində  tanışları  Əliyev  Elnur  Məməti  oğlu  və  Bayramov  Məhəmməd  Ramiz 

oğlu  ilə qabağcadan əlbir olub qrup təşkil edərək Şıxəliyev  Aslan Mehdi oğluna  məxsus Saatlı  şəhəri, 

M.Kərimov  küçəsi,  3  nömrəli  evə  qanunsuz  daxil  olaraq  saxlanc  yeri  hesab  edilən  yataq  otağındakı 

paltar yığılmış siyirmədəki qabın (mücrünün) içərisinə yığılmış 1 ədəd 60 qram çəkidə Rusiya istehsalı 

olan  585  əyarlı  bazar  qiymətilə  1.860  manat  dəyərində  döymə  zəncir  formalı  qızılı,  1  dəst  100  qram 

arasında çəkidə Rusiya istehsalı olan 585 əyarlı bazar qiymətilə 3.100 manat dəyərində imperial formalı  

qızıl  qolbağı  və  boyunbağını,  1  ədəd  15  qram  çəksi  olan  kəpənək  formalı  Rusiya  istehsalı  olan  583 

əyarlı  bazar  qiymətilə  465  manat  dəyərində  qızıl  üzüyü,  1  ədəd  10  qram  çəkidə  ortasında  1  karatlıq 

brilyant qaşlı Rusiya istehsalı olan 585 əyarlı bazar qiymətilə 310 manat dəyərində qızıl üzüyü, 1 ədəd 4 

qram arasında çəkidə bir tay sırğadan hazırlanmış Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 124 

manat dəyərində qızıl üzüyü, 1 ədəd  2 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı bazar qiymətilə 64 

manat  dəyərində  qızıl  nişan  üzüyü,  1  ədəd    5  qram  çəkidə  Rusiya  istehsalı  olan  583  əyarlı  bazar 



 

3

qiymətilə 155 manat dəyərində qızıl  nişan üzüyü, 1 ədəd 8 qram arasında çəkidə Rusiya  istehsalı olan 



583  əyarlı  bazar  qiymətilə  256  manat  dəyərində  üzərində  sadə  xırda  qaşı  olan  üzüyü,  1  ədəd  6  qram 

çəkidə  Rusiya  istehsalı  olan  583  əyarlı  bazar  qiymətilə  186  manat  dəyərində  qızıl  sırğa,  50  manat 

dəyərində  bəzək  əşyalarını  (bujteriyaları),  ümumilikdə  6.570  manat  əmlakı  gizli  olaraq  talamaqla 

oğurlayaraq A.Şıxəliyevə xeyli miqdarda ziyan vurmuşdur. 

Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmü  ilə 

(sədrlik edən hakim Quliyev Şahin Cümşüd oğlu) 

 

26  avqust  1996-cı  ildə  Saatlı  şəhərində  anadan  olmuş, 



Azərbaycan  Respublikası  vətəndaşı,  orta  təhsilli,  subay, 

işləməyən,  əvvəllər  məhkum  olunmamış,  Saatlı  şəhəri, 

M.Müşfiq  küçəsi,  ev  15-də  qeydiyyatda  olmaqla  həmin 

ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş 

 

 

Əliyev  Elnur  Məməti  oğlu  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  177.2.1,  177.2.2, 

177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib,  3 (üç) 

il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmiş,  cəzasını  ümumi  rejimli 

cəzaçəkmə  müəssisələrində  çəkməklə  cəzaçəkmə  müddətinin  əvvəli  tutulduğu  gündən,  yəni  21  fevral 

2015-ci il tarixdən hesab edilmiş,     

                         11  sentyabr  1987-ci  ildə  Saatlı  şəhərində  anadan  olmuş, 

Azərbaycan  Respublikası  vətəndaşı,  orta  təhsilli,  subay, 

işləməyən,  əvvəllər  məhkum  olunmamış,  Saatlı  şəhəri, 

Babək  küçəsi,  ev  150-də  qeydiyyatda  olmaqla  həmin 

ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş 

 

 

Bayramov  Məhəmməd  Ramiz  oğlu Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 177.2.1, 



177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib,  4.000 

(dörd  min)  manat  miqdarda  cərimə  cəzasına  məhkum  edilmiş,  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin  69.4-cü  maddəsinə  əsasən  Bayramov  Məhəmməd  Ramiz  oğlunun  23  fevral  2015-ci  il 

tarixdən 24  fevral 2016-cı  il tarixə kimi  həbsdə saxlanılması  nəzərə alınaraq ona təyin olunmuş 4.000 

manat  miqdarda  cərimə  cəzası  yüngülləşdirilib  üzərində  qəti  olaraq  1.000  (bir  min)  manat  miqdarda 

cərimə  cəzası  saxlanılmış,  barəsində  seçilmiş  həbs  qətimkan  tədbiri  ləğv  edilərək  məhkəmə  iclas 

zalından həbsdən dərhal azad edilmiş və  

 

14  yanvar  1986-cı  Saatlı  şəhərində  anadan  olmuş, 



Azərbaycan  Respublikası  vətəndaşı,  orta  təhsilli,  subay, 

işləməyən,  əvvəllər  məhkum  olunmamış,  Saatlı  şəhəri, 

Babək  küçəsi,  ev  158-də  qeydiyyatda  olmaqla  həmin 

ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş 

 

Rəsulov  Nicat  Mehdi  oğlu  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  177.2.1,  177.2.3 

və  177.2.4-cü  maddələri  ilə  nəzərdə  tutulan  cinayət  əməllərini  törətməkdə  təqsirli  bilinib,  4.000  (dörd 

min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 

69.4-cü maddəsinə əsasən Rəsulov Nicat Mehdi oğlunun 23 fevral 2015-ci il tarixdən 24 fevral 2016-cı 

il  tarixə  kimi  həbsdə  saxlanılması  nəzərə  alınaraq  ona  təyin  olunmuş  4.000  manat  miqdarda  cərimə 

cəzası yüngülləşdirilib üzərində qəti olaraq 1.000 (bir min) manat miqdarda cərimə cəzası saxlanılmış, 

barəsində  seçilmiş  həbs  qətimkan  tədbiri  ləğv  edilərək  məhkəmə  iclas  zalından  həbsdən  dərhal  azad 

edilmiş,  iş  üzrə  maddi  sübut  olan  və  Saatlı  Rayon  Məhkəməsində  saxlanılan  bir  ədəd  bıçaq,  bir  ədəd 

üzərində  «Patron»  sözü  yazılmış  fanar  və  bir  ədəd  lingin  məhv  edilməsi,  iş  üzrə  maddi  sübut  olan  və 

Saatlı  Rayon  Məhkəməsində  saxlanılan  bəzək  əşyalarının  (bujteriyaların)  sahibi-zərər  çəkmiş  şəxs 

Şıxəliyev  Aslan  Mehdi  oğluna  qaytarılması,  təqsirləndirilən  şəxslər  Əliyev  Elnur  Məməti  oğlu, 


 

4

Bayramov Məhəmməd Ramiz oğlu və Rəsulov Nicat Mehdi oğlundan bərabər qaydada 117 (bir yüz on 



yeddi)  manat  20  (iyirmi)  qəpik  ekspertiza  xərcinin  tutulub  dövlət  büdcəsinə  köçürülməsi  hökm 

edilmişdir. 

Saatlı  Rayon  Məhkəməsinin  24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli  hökmündən 

narazı  qalan  məhkum  edilmiş  şəxs  Rəsulov  Nicat  Mehdi  oğlunun  müdafiəçisi  Paşayev  Mehman 

Abdulhüseyn oğlu, məhkum edilmiş şəxs Bayramov Məhəmməd Ramiz oğlunun müdafiəçisi Musayev 

Ramiz Əzizulla oğlu ayrı-ayrılıqda həmin hökmdən apellyasiya şikayətləri və dövlət ittihamçısı Əliyev 

Şaiq Allahyar oğlu apellyasiya protesti vermişdir.  

 

                 



   Apellyasiya şikayətləri və apellyasiya  protestinin dəlilləri: 

 

Müdafiəçi Paşayev Mehman Abdulhüseyn oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 



Rəsulov Nicat Mehdi oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək onun məhkəmə 

iclas  zalından  həbsdən  dərhal  azad  edilməsi  hissəsi  istisna  olmaqla  Saatlı  Rayon  Məhkəməsinin 

24.02.2016-cı  il  tarixli  hökmünü  qanunsuz  və  əsassız  hesab  edir.  Cinayət  işinin  istintaqı  zamanı 

təqsirləndirlən  şəxs    Nicat  Rəsulovun  müdafiə  hüququ  kobud  şəkildə  pozulmuş,  bu  hüquqların  real 

olaraq  həyata  keçirilməsi  istintaqçı  və  müdafiəçi  tərəfindən  birmənalı  olaraq  təmin  edilməmişdir. 

Məhkəmə  təqsirləndirilən  şəxsin  müdafiə  hüquqlarının  ona  izah  edilmədiyini,  bunun  formal  xarakter 

daşıdığını, bu hüquqların real olaraq həyata keçirilməsi üçün tədbirlər görülmədiyini aydınlaşdırmamış, 

buna dair vəsatətlərini əsassız olaraq təmin etməmişdir.  Məhkəmə  təqsirləndirilən şəxsin müdafiəçinin 

iştirakı olmadan verdiyi ifadələrin sübut kimi qəbul edilməməsinə dair vəsatətlərini əsassız olaraq təmin 

etməmişdir. Ona görə ki, Rəsulov Nicat Mehdi oğlu məhkəmədə istintaqı dövründə heç bir vaxt oğurluq 

cinayəti  törətdiyinə  dair  ifadə  vermədiyini,  ifadəsində  həmin  cinayət  hadisəsinə  heç  bir  aidiyyətinin 

olmadığını,  onun  adına  yazılmış,  sonunda  «heç  bir  səbəb  göstərmədən  imza  etməkdən  imtina  etdi» 

sərlövhəsi  yazılmış  «ifadələrdən»  xəbəri  olmadığını,  istintaq  zamanı  heç  bir  şəxsi  müdafiəçi  və  vəkil 

olaraq  bircə  dəfə  belə  görmədiyini,  hər  hansı  bir  mütəxəssis  üzü  görmədiyini,  əksinə  istintaq  zamanı 

qeyd  olunan  və  digər  səbəblərdən  fiziki  təzyiqlərə  məruz  qaldığını,  heç  bir  təqsirinin  və  günahının 

olmadığını  bildirmiş,  iş  üzrə  ona  bəraət  verilməsini  xahiş  etmişdir.  Cinayət  işinin  istintaqı  zamanı 

prosessual hüquq normalarının kobud və ciddi şəkildə pozulması hallarının məhkəmə baxışı zamanı öz 

təsdiqini  tapmasına  baxmayaraq  məhkəmə  işin  əlavə  istintaq  aparılması  üçün  qaytarılmasına  dair 

vəsatətlərini  əsassız  olaraq  təmin  etməmiş,  bunu  işin  artıq  bir  dəfə  istintaqa  qaytarılması  səbəbilə 

əsaslandırmağa çalışmışdır. İşin istintaqa qaytarılmasına dair məhkəmənin 2015-ci ilin 21 avqust tarixli 

qərarında işin istintaqı zamanı istintaqçı tərəfindən ciddi qanun pozuntularına yol verildiyi öz təsdiqini 

tapmışdır.  Buna  baxmayaraq  istintaqçının  həmin  işin  istintaqından    kənarlaşdırılması  öz  prosessual 

həllini tapmamışdır. Məhkəmə baxışı zamanı birmənalı şəkildə təsdiq olundu ki, hadisədən zərərçəkmiş 

şəxs Şıxəliyev Aslan Mehdi oğlunun evindən oğurluq edib qaçan bircə  şəxsin boyu təxminən 180-190 

sm olmuşdur. Oğurluq etdiyini etiraf edən yeganə təqsirləndirilən şəxs Elnur Əliyev zərərçəkmiş şəxsin 

onun  oğurluq  etdiyi  evinin  mənzilini  təsvir  etməsinə  və  qızılları  götürdüyü  siyirtmədə  daha  nələrin 

olduğunu təsvir etməsinə dair sualına heç bir cavab verə bilmədikdə, zərərçəkmiş şəxs «bu oğrulardan» 

heç  bir  şikayətinin  olmadığını  bildirmiş,  evindən  olan  oğurluğun  bu  şəxs  (və  ya  şəxslər)  tərəfindən 

törədilmədiyinə işarə vurmuşdur. Nicat Rəsulovun həmin oğurluq hadisəsinə aidiyyətini sübut edən heç 

bir mötəbər sübut yoxdur. İstintaq zamanı faktiki təzyiqlərə məruz qaldığına dair yaxınları tərəfindən ən 

müxtəlif  respublika  orqanlarına  müraciət  olunub.  Təqsirləndirilən  şəxs  istintaq  zamanı  olduğu  kimi 

məhkəmədə də təqsirli olmadığını birmənalı şəkildə bildirmişdir. Nicat Rəsulov əslində xəstəliyi, fiziki 

və  ya  psixi  qüsurları  üzündən  özlərinin  müdafiə  hüququnu  həyata  keçirə  bilməyən  şəxslərdəndir. 

Cinayət  işi  üzrə  Nicat  Rəsulova  qarşı  istinad  olunan  «sübutlar»  subyektiv  və  qərəzli,  qəbul  edilməsi 

yolverilməz olan, ziddiyyətli  ifadələrə əsaslanır ki, belə  ifadələr əsasında şəxsə  ittiham  hökmü çıxarıla 

bilməz.  Göstərilənlər əsasən, Saatlı Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli,  1(055)-02/2016 

nömrəli hökmünü məhkum edilmiş şəxs Rəsulov Nicat Mehdi oğluna münasibətdə ləğv edib, barəsində 

bəraət  hökmünün  çıxarılmasına  dair  qərar  qəbul  edilməsini  apellyasiya  instansiyası  məhkəməsindən 

xahiş etmişdir. 

Müdafiəçi  Musayev  Ramiz  Əzizulla  oğlu  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki, 

Bayramov  Məhəmməd Ramiz oğlu  məhkəmə  istintaqı zamanı dindirilərkən ona elan edilmiş  ittihamla 


 

5

özünü  təqsirli  bilməyərək  ifadəsində  göstərdi  ki,  Rəsulov  Nicat  Mehdi  oğlu  və  Əliyev  Elnur  Məməti 



oğlunu  tanıyır.  İbtidai  istintaq  zamanı  ona  göstərilən  təzyiq  və  təkidlərə  görə  həmin  cinayət  əməlini 

törətməsi barədə ifadə vermişdir. Lakin o, Nicat və Elnurla birlikdə Aslan Şıxəliyevin evindən və digər 

bir  yerdən oğurluq etməmişdir. O, həbs olunandan sonra ona  məlum olmuşdur ki, Elnur Əliyev  Aslan 

Şıxəliyevin  evindən  qızıl  əşyaları  oğurlamışdır.  Ona  görə  də  ona  bəraət  verilməsini  xahiş  etmişdir.  

Məhkəmə  baxışı  zamanı  dindirilərkən  Əliyev  Elnur  Məməti  oğlu  ifadəsində  yuxarıda  qeyd  edilən 

cinayət  əməlini  tək  etməsini,  həmin  vaxt  Nicat  Rəsulovun  və  Məhəmməd  Bayramovun  onun  yanında 

olmamasını və ümumiyyətlə, onlarla birlikdə oğurluq etməməsini göstərmişdir. Məhkəmə baxışı zamanı 

dindirilərkən Rəsulov Nicat Mehdi oğlu ifadəsində yuxarıda qeyd edilən cinayət əməlini törətməməsini, 

o,  həbs  olunandan  sonra  Aslanın  evindən  oğurluq  olması  barədə  məlumatının  olmasını  göstərmişdir. 

Məhkəmə  istintaqı  zamanı  zərərçəkmiş  şəxs  qismində  dindirilmiş  Şıxəliyev  Aslan  Mehdi  oğlu 

ifadəsində  21  noyabr  2014-cü    ildə  saat  22  radələrində  evinə  qayıdarkən  evin  pilləkəninin  ortasında 

pəncərənin açıq olmasını görməsini, evə girib baxarkən küçədə səs eşitməsini və oğlu Mehdinin küçəyə 

çıxmasını,  o  da  küçəyə  çıxıb  Mehdinin  arxasınca  getməsini,  lakin  həmin  şəxsi  tapa  bilməməsini 

göstərmişdir. Müdafiəçisi olduğu Bayramov Məhəmməd Ramiz oğlunun Azərbaycan Respublikası CM-

nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddəsində  nəzərdə  tutulmuş  cinayət  əməlini  törətməsində  təqsiri 

işin  ibtidai  istintaqı  və  məhkəmə  baxışı zamanı  sübuta  yetirilməmişdir. Müdafiəçisi olduğu  Bayramov 

Məhəmməd  Ramiz  oğlunun  barəsində  olan  cinayət  işi  hərtərəfli,  obyektiv,  ədalətli  və  qərəzsiz 

araşdırılmadığından  yuxarıda  qeyd  edilən  maddi,  prosessual  normaların  və  Konvensiyanın  tələbi 

pozulmuşdur.  Göstərilənlərə  əsasən,  müdafiəsi  olduğu  Bayramov  Məhəmməd  Ramiz  oğlunun 

Azərbaycan  Respublikası  CM-nin  177.2.1,  177.2.3  və  177.2.4-cü  maddələrində  nəzərdə  tutulmuş 

cinayət  əməlini  törətməsində  təqsiri  məhkəmə  baxışı  zamanı  sübuta  yetirilmədiyindən  onu  məhkəmə 

baxışında  aşkar  və  təxirə  salınmadan  Azərbaycan  Respublikası  adından  təqsirsiz  elan  edərək  onun 

barəsində bəraət hökmü çıxarılmasını  apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.  

Dövlət  ittihamçısı  Əliyev  Şaiq  Allahyar  oğlu  apellyasiya  protestini  onunla  əsaslandırmışdır  ki, 

hazırkı  iş  üzrə  təqsirləndirilən  şəxslər  tərəfindən  törədilmiş  oğurluq  cinayəti  az  ağır  cinayətlər 

kateqoriyasına aid olmaqla birbaşa qəsdlə, qabaqcadan əlbir olub qrup təşkil etməklə törədilmiş, həmin 

cinayət  əməlləri  nəticəsində  zərərçəkmişə  xeyli  miqdarda  –  6.570  manat  məbləğində  ziyan  dəymiş  və 

həmin  ziyan  ödənilməmişdir.  Qeyd  edilənlər  təqsirləndirlən  şəxslərin  törətdikləri  əməlin  və  onların 

şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən və məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə 

alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan 

hallar  olmasına  baxmayaraq,  məhkəmə  həmin  halları  cəza  təyini  zamanı  nəzərə  almamış,  bununla  da 

qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Məhkəmə M.Bayramov və N.Rəsulov barəsində 

törətdikləri cinayət əməlinə uyğun olmayan, onların islah olunması üçün yetərli sayıla bilməyən yüngül 

cəza növü seçmişdir. Eyni zamanda, məhkəmə M.Bayramov və N.Rəsulova işin qeyd olunan hallarına, 

təqsirləndirilən  şəxslərin  şəxsiyətlərinə  və  onların  törətdikləri  cinayət  əməlinin  ictimai  təhlükəlilik 

dərəcəsinə uyğun olmayan, qanunun  sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan cərimə 

cəzası  təyin  edərək,  Azərbaycan  Respublikası  CM-nin  69.4-cü  maddəsinə  əsasən  üzərində  qəti  olaraq 

1.000  manat  cərimə  cəzası  saxlamaqla,  Azərbaycan  Respublikası  CM-nin  41.2-ci  maddəsində  nəzərdə 

tutulmuş  –  sosial  ədalətin  bərpası,  məhkumun  islah  edilməsi,  həm  məhkumlar,  həm  də  başqa  şəxslər 

tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına dair qanunla müəyyən edilmiş cəzanın 

məqsədini  nəzərə  almamışdır.  Bundan  başqa  təyin  edilmiş  cəzanı  əsaslandırmaq  üçün  məhkəmə 

M.Bayramov  və  N.Rəsulovun  ilk  dəfə  cinayət  əməli  törətmələri,  yaşayış  yeri  üzrə  müsbət  xarakterizə 

olunmalarını  cəzanı  yüngülləşdirən  hallar  qismində  nəzərə  alsa  da,  bu  halların  onlara  təyin  ediləcək 

cəzaya  hansı  formada  təsir  etdiyini  dəqiqləşdirməmiş,  həmin  halların  qəbul  edilməsinin  motivlərini 

hökmdə  əsaslandırmamış,  göstərilən  halları  məhkəmə  istintaqı  zamanı  araşdırmamışdır.  Halbuki, 

Azərbaycan  Respublikası  CM-nin  59.2-ci  maddəsinin  mənasına  görə  cəza  təyin  edilərkən  bu 

Məcəllənin  59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşşindirən hal 

qismində  nəzərə  alınarkən  bunun  motivləri  hökmdə    göstərilməlidir.  İşin  hallarından  görünür  ki, 

M.Bayramov  və  N.Rəsulov  işin  məhkəmə  baxışı  zamanı  özlərini  təqsirli  bilməmiş  və  məhkəmə  də öz 

hökmündə  əsaslı  olaraq  onların  özlərini  təqsirli  bilməməsini  özünümüdafiə  məqsədi  daşıyan  ifadələr 

kimi  qəbul  etmişdir.  Hökmdə  qeyd  olunanlarla  da  müəyyən  edilir  ki,  təqsirləndirilən  şəxslər 


 

6

M.Bayramov  və  N.Rəsulov  məhkəmə  baxışı  zamanı  özlərini  qeyri-səmimi  aparmış,  təqsirlərini  etiraf 



etməmişlər. Həmçinin təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət nəticəsində dəymiş ziyanın 

ödənilməsi  və  ya  vurulmuş  zərərin  başqa  yolla  aradan  qaldırılması,  könüllü  gəlib  təqsirini  boynuna 

alması,  cinayətin  üstünün  açılmasına  fəal  kömək  göstərilməsi  hallarının  heç  biri  olmamışdır.  Cinayət 

Məcəlləsinin  59.1.1-ci  maddəsinə  əsasən  hadisələrin  təsadüfi  axarı  zəminində  ilk  dəfə  olaraq  az  ağır 

cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. İşin hallarından görünür ki, göstərilən cinayət əməli 

hadisələrin  təsadüfi  axarı  zəminində  deyil,  təqsirləndirilən  şəxslər  bir  qrup  təşkil  edərək,  əməllərini 

əvvəlcədən  planlaşdırıb  ölçüb-biçməklə  qəsdən  törətmişlər.  Odur  ki,  məhkəmə  əsassız  olaraq 

təqsirləndirilən şəxslər tərəfindən ilk dəfə olaraq cinayətin törədilməsini onların cəzasını yüngülləşdirən 

hal kimi nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə almamışdır ki, CM-nin 34.8-ci 

maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar 

birlik  (cinayətkar  təşkilat)  tərəfindən  törədilən  əməllər  bu  Məcəllə  ilə  nəzərdə  tutulan  əsaslara  və 

hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Məhkəmə təqsirləndirilən şəxslər M.Bayramov və 

N.Rəsulovun  barəsində  təqsirləndirildikləri    maddələrin  sanksiyasında  nəzərdə    tutulmuş  ən  yüngül  

cəzanı tətbiq edərkən isə belə bir nəticəyə gəlməsinin əsaslarını müzakirə etməmiş və bunun əsaslarını 

ittiham  hökmünün  təsviri-əsaslandırıcı  hissəsində  göstərməmişdir.  Qeyd  olunanlara  əsasən  müəyyən 

edilir  ki,  məhkəmə  törədilmiş  cinayətin  xarakterini  və  ictimai  təhlükəlilik  dərəcəsini  nəzərə  almadan, 

cinayət  qanununun  normalarını  düzgün  tətbiq  etməyərək,  öz  təsdiqini  tapmayan  halları  əsassız  olaraq 

cəzanı  yüngülləşdirən  hal  kimi  qəbul  edib,    törədilmiş  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik 

dərəcəsinə,  onun  törədilməsi  hallarına  və  təqsirləndirən  şəxslər  Bayramov  Məhəmməd  Ramiz  oğlu  və 

Rəsulov  Nicat  Mehdi  oğlunun  şəxsiyyətinə  uyğun  olmayan,  həmçinin  onların  islah  olunması  üçün 

yetərli sayıla bilməyən cəza təyin etmişdir. Bununla da məhkəmə cinayət qanununun normasını düzgün 

tətbiq etməmişdir. Göstərilənlərə əsasən, Əliyev Elnur Məməti oğlunun Azərbaycan Respublikası CM-

nin  177.2.1,  177.2.2,  177.2.3  və  177.2.4,    Bayramov  Məhəmməd  Ramiz  oğlunun  və  Rəsulov  Nicat 

Mehdi oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum 

edilmələri  barədə  Saatlı  Rayon  Məhkəməsinin      24  fevral  2016-cı  il  tarixli,  1(055)-02/2016  nömrəli 

hökmünü  qanunvericiliyin  müddəalarına  uyğun  Bayramov  Məhəmməd  Ramiz  oğlu  və  Rəsulov  Nicat 

Mehdi  oğluna  təqsirləndirildikləri  maddələrin  sanksiyası  həddində  daha  ağır  azadlıqdan  məhrumetmə 

cəzası təyin edilməklə dəyişdirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.  

 

 




Поделитесь с Вашими друзьями:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə