Əlillərin hüquqlarının müdafiəsi üzrə konvensiya insan hüquqları sahəsində olan



Yüklə 29,35 Kb.
Pdf görüntüsü
tarix02.03.2017
ölçüsü29,35 Kb.
#9914

 

 

 



 

Əlavə məlumat  

 

 

Əlillərin hüquqlarının müdafiəsi üzrə konvensiya insan hüquqları sahəsində olan 



boşluğu aradan qaldırır 

 

Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən  qadınların,  uşaqların,  miqrant  işçilərin  və  əhalinin  



digər təbəqələrinin hüquqlarının müdafiəsi üzrə yeddi konvensiya qəbul  edilmişdir. Lakin, 3 

may 2008-ci il tarixində qəbul edilmiş əlil şəxslərin hüquqları haqda Konvensiyanın qəbuluna 

qədər, dünya əhalisinin ən az hissəsini təşkil edən məhdud imkanları olan insanların üçün heç 

bir xüsusi beynəlxalq müqavilə yox idi. 

 

Əksər  insanlar  belə  hesab  edirdilər  ki,  mövcud  konvensiyalar  digər  insanların  hüquqları  ilə 



yanaşı əlil şəxslərin də hüquqlarını müdafiə edir. Lakin, buna baxmayaraq aydın olurdu ki, bu 

hüquqları  təsdiq  etmək  üçün  hüquqi  əhəmiyyət  daşıyan  müqavilələr  olmadan  əlil  insanlar 

qanunda  yaşadıqları  cəmiyyətdə  və  beynəlxalq  səviyyədə  “gözəgörünməz”  olaraq  qalırdılar. 

Bunun nəticəsində bir çox əlil şəxslər gündəlik həyatlarında böyük çətinliklər və ayrı-seçkilik 

ilə qarşılaşırdılar.  

 

Ümumdünya  Səhiyyə  Təşkilatının  məlumatlarına  əsasən  dünyada  təqribən  650  milyon  nəfər 



insan (dünya əhalisinin təqribən 10% - ) müxtəlif dərəcəli əlillikdən əziyyət çəkirlər. Əlillərin 

8%-ı  (təqribən  400  milyon  insan)  onların  ehtiyaclarının  qarşılanması  üçün  imkanların  az 

olduğu  yoxsul  ölkələrdə  yaşayırlar.  Dünya  üzrə  əlillər  cəmiyyətə  inteqrasiya  etməkdə 

çətinliklə üzləşir, eyni zamanda, aşağı həyat səviyyəsindən əziyyət çəkirlər.  

 

Əgər  əlil  insanların  ətrafında  olan  yaxın  insanlarını  da  nəzərdə  tutsaq,  əlilliklə  əlaqədar 



problemlərlə üzləşən insanların sayı milyardı aşır. Əlilliyin, yoxsulluq göstəricilərinə təsirini, 

təhsildən  və  səhiyyə  vasitələrindən  istifadəni  məhdudlaşdırmasını,  həmçinin  əlillərin  və 

onların ailələrinin ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını nəzərdə tutsaq, onda bu məsələnin 

nə dərəcədə mühüm olduğunu başa düşmək olar.  

 

Maddə  1-də  göstərildiyi  kimi,  Konvensiyanın  əsas  məqsədi  “əlil  insanlara  insan 



hüquqlarından  və  əsas  azadlıqlarından  tam  və  bərabər  imkanlarla  yararlanmalarına  təkan 

vermək,  bunu  müdafiə  və  təmin  etmək,  habelə  onların  ləyaqətinə  hörmətlə  yanaşılmasını 

dəstəkləməsi”-dir.  

 

Konvensiya  əlillərin  ictimaiyyət  tərəfindən  qəbul  edilməsində  mühüm  irəliləyişi  nəzərdə 



tutur, belə ki, hər bir şəxs öz həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul insandır. 

Bunun əsasında əlil insanlar özlərinə aidiyyatı olan plan və siyasətin tərtib olunması və həyata 

keçirilməsi  üçün  tam  hüquqla  təmin  olunaraq,  “hüquq  daşıyıcıları”  və  “hüquqi  subyektə” 

çevrilirlər.  

 

Əlillik – cəmiyyət tərəfindən yaradılan problemdir 



Konvensiya, əsas diqqəti maddi rifahdan, əlillərin fərd kimi ictimai həyatda iştirakı, səhiyyə, 

təhsil,  məşğulluq  və  inkişaf  resurslarından  istifadəsini  məhdudlaşdıran  bərabərlik  və  sosial 

baryerlərin müəyyənləşdirilməsi probleminə yönəldir.  

 


Konvensiyanı  ratifikasiya  edən  ölkələr  əlillərə  təkcə  zərər  çəkmiş  ictimai  azlıq  kimi  yox, 

dəqiq  müəyyənləşdirilmiş  hüquqlara  malik  olan  hüquq  subyektləri  kimi  davranmağa  hüquqi 

məsuliyyət  daşıyırlar.  Bu  ölkələr,  eyni  zamanda  yerli  qanunvericiliklər  müqavilədə  nəzərdə 

tutulan beynəlxalq standartlar ilə uyğunlaşdırmaq üçün öhdəlik daşıyırlar.  

 

Uzun  illər  davam  edən  ayrı-seçkilikdən  sonra  Konvensiya,  “əlil  insanların  problemlərinin 



nəzərdə  tutulduğu”  və  bütün  vətəndaşların  bərabərliyinin  təbliğ  edildiyi  insan  hüquqları 

standartlarını müəyyən edilməsi və onların cəmiyyətdə tətbiqini təsdiqləyir.  

 

Konvensiya,  əlilliyi  insana  məxsus  keyfiyyət  kimi  yox,  fərdin  və  uyğun  olmayan  mühitin 



qarşılıqlı təsirinin nəticəsi kimi göstərir. Bu halda əlilliyin köhnə “tibbi modeli” məhdud fiziki 

imkanları  olan  insanların  öz  hüquqlarını  həyata  keçirməkdə  imkanlarının  ətraf  mühit 

tərəfindən  məhdudlaşdırılmasını  nəzərə  alaraq  insan  hüquqlarının  müdafiəsi  prinsiplərinə 

əsaslanan sosial model ilə əvəz olunur.  

 

ÜST-nın  tərkibində  Beynəlxalq  təsnifatın  əlilliyi  müəyyən  etməyinin  sosial  rakursdan 



göstərən  yanaşmada  əlliliyi  müəyyən  azlığın  deyil,  ümumilikdə  cəmiyyətin  problemi  kimi 

müəyyən edir: hər kəs sonda əlilliklə nəticələnən sağlamlığı ilə problemləri ola bilər.  

 

Konvensiya əlillərin hüquqları sahəsində ümumdünya standartlarını müəyyən edir.  



ÜST-ün müəyyən etdiyi kimi, əlilliyi olan şəxslərin sayı getdikcə artır. Bu növ artımı dünya 

əhalisinin  sayının  artması,  səhiyyənin  inkişafı  və  dünya  əhalisinin  qocalması  ilə  də 

əlaqələndirmək  olar.  Orta  yaş  həddi  70  yaş  olan  ölkələrdə  təqribən  8  il  müddətində  insanlar 

əlillikdən əziyyət çəkirlər, bu da onların həyatının 11,5%-ni təşkil edir.  

 

Bir  sıra  ölkələrdə  hələ  də  əlillik  barədə  qanun  yoxdur.  Parlamentlərarası  birliyin 



məlumatlarına əsasən yalnız ölkələrin üçdə-birində əlillərin hüquqlarını müdafiə edən xüsusi 

qanunlar  mövcuddur.  Konvensiya,  müəyyən  olunmuş  standartlara  cavab  vermək  üçün, 

hökumətləri  oxşar  hüquq  normaları  yaratmağa  və  ya  mövcud  qanunvericiliyə  dəyişikliklər 

etməyə çağırır.  

 

Konvensiyanın  əlavə  müsbət  tərəfləri  də  mövcuddur.  Konvensiya,  əlillərin  hüquqları 



sahəsində  universal  hüquqi  standartları  müəyyən  edir;  insan  hüquqlarının  əsas  prinsiplərinin 

mahiyyətini  və  əlillərə  aid  olan  vəziyyətlərdə  onların  tətbiqini  aydınlaşdırır;  milli 

qanunvericilik və dövlət siyasəti üçün dayaq rolunu oynayır; uyğun ekspert orqanı tərəfindən 

aparılan  nəzarət,  eyni  zamanda  dövlətlərin  hökumətləri  və    qeyri-hökumət  təşkilatları 

tərəfindən  konvensiyanın  şərtlərinin  həyata  keçirilməsi  barədə  hesabatların  hazırlanmasını 

nəzərdə  tutan  effektiv  monitorinq  mexanizmi  təklif  edir;  eyni  zamanda,  beynəlxalq 

əməkdaşlıq  üçün  zəmin  yaradır.  Bu,  həmçinin,  Konvensiyanı  ratifikasiya  etməmiş  ölkələrdə 

uyğun ictimai fikrin formalaşdırılmasına yardım edir.  

 

Bu Konvensiya  əlillərin  reproduktiv sağlamlığını da nəzərdə tutur.  Bu  cəhətdən Konvensiya 



cinsi  və  reproduktiv  sağlamlığı  nəzərdə  tutan  insan  hüquqları  sahəsində  ilk  beynəlxalq 

müqavilədir.  Aparılan  tədqiqatların  nəticələrinə  əsasən,  əlillər  cinsi  və  fiziki  zorakılıq  hallar 

ilə üç dəfə çox qarşılaşırlar, eyni zamanda, onlar HĐVAĐDS riski ilə daha tez-tez qarşılaşırlar.  

 

Danışıqlarda  əlil  təşkilatların  nümayəndələri  iştirak  etmişdirlər  və  Konvensiyanın  layihəsinə 



öz  əhəmiyyətli  töhfələrini  vermişdirlər.  Konvensiya  müqavilənin  şərtlərinin  həyata 

keçirilməsi  və  bu  prosesin  monitorinqini  həyata  keçirən  müstəqil  dövlət  strukturlarının 

yaradılmasını  nəzərdə  tutur.  Əlillər  və    əlil  təşkilatların  nümayəndələri  bu  strukturların 

tərkibinə daxil olmalıdırlar.  

 


Əlillər müdafiə vasitəsi əldə edirlər  

Könüllü  protokolu  ratifikasiya  etmiş  ölkələr  üçün  ekspertlərdən  ibarət  qrup  məsələnin  həll 

olunması  üçün  ölkə  daxilində  bütün  imkanların  tükəndiyi  halda    müqavilənin  şərtlərinin 

uyğun  şəkildə  həyata  keçirilməməyi  barədə  fərdi  və  ya  qrup  adından  təqdim  edilmiş 

şikayətlərə baxacaq.  

 

Konvensiyaya  əsasən  əlillər  hüquqlarının  müdafiələri  üçün  güclü  vasitə  əldə  edirlər.  “Təkcə 



Konvensiyanın  mövcudluğu  əlillərə,  onların  təşkilatlarına  öz  ölkələrinin  Konvensiyanın 

şərtlərinə  əməl  etmək,  onun  həyata  keçirilməsini  xatırlatmaq  məqsədi  ilə  müraciət  etməyə 

şərait  yaradır”  –  deyə  müqavilənin  tərtib  olunması  ilə  məşğul  olan  komitənin  sədri  Don 

Makey bildirdi.  

 

Lakin, Konvensiyada göstərilən hüquqların həyata keçirilməsi üçün ictimai fikrin əsaslı 



dəyişdirilməsinə ehtiyac var. Konvensiyada əlillik – zədəli insanlar və ətrafdakı maneələr 

arasında bu insanların digərləri ilə eyni əsaslarla cəmiyyətdə tam və effektiv iştirakına mane 

olan qarşılıqlı münasibətin nəticəsi kimi müəyyən olunur. Konvensiyada müəyyən olunmuş 

məqsədlərin həyata keçirilməsi üçün, əlillərə olan münasibətin dəyişdirilməsi çox vacibdir.  

 

“Əsas  mahiyyət  neqativ  fikrin  aradan  qaldırılmasıdır”  –  deyə  Merrill  Lynch  bankının  vitse-



prezidenti  və  anadangəlmə  əlil  olan  Kris  Sallivan  bildirdi.  “Đnsanda  əlil  deyil,  şəxsiyyəti 

görmək çox vacibdir. Bunun üçün bizim hə” birimizin düşüncəsinin dəyişdirilməsi lazımdır” 

 

Bu  barədə  əlavə  məlumatı  http://www.un.org/disabilities  veb  saytında  və  ya  BMT-nin 



Đnformasiya  və    Nəşr  Şöbəsində  məlumat  ala  bilərsiniz.  Bunun  üçün  bu  adresə  email 

göndərməniz tələb olunur: mediainfo@un.org. 



 

Yüklə 29,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin