Əl-maiDƏ (SÜFRƏ)


(6.32) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”



Yüklə 2,51 Mb.
səhifə79/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   75   76   77   78   79   80   81   82   ...   317
(6.32) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
Dünya həyatı, mahiyyət etibarı ilə, oyun və kefdir: bədən üçün – oyun, qəlb üçün isə kefdir. O, insanları başlarını itirməyə məcbur edir, onların qəlbi kefə-işrətə bəslə­dik­ləri məhəbbətdən dolub daşır və onların bütün fikirləri təkcə onun haqqında düşünməklə məşğul olur. Balaca uşaqları oyuncaqlar əyləndirdiyi kimi, insanları da kef çəkmək cəlb edir. Əgər insan təqvalıdırsa, Axirət həyatı onun üçün bu dünya həyatından öz keyfiy­yət­lərinə və uzunmüddətliliyinə görə daha gözəl olacaqdır. Sonuncuda insanın qəlbinin arzuladığı bütün mümkün nemətlər bir yerə toplanacaqdır ki, insan onları gördükdə heyran olacaq və onlar insana hədsiz sevinc və ləzzət bəxş edəcəkdir. Amma bu nemətlər heç də hamıya nəsib olmayacaqdır – o nemətlər təkcə Allahın hökmlərini yerinə yetirən və Onun haramlarından çəkinən təqvalı möminlərə nəsib olacaqdır. Doğrudanmı insanlar bu iki həyatdan hansına üstünlük vermək lazım olduğu haqqında düşünmək və onu anlamaq qabiliyyətinə malik deyillər?
              
(6.33) “Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədər­lən­dirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
Ey Muhəmməd! Bizə məlumdur ki, kafirlərin sənin haqqında dedikləri səni kədərləndirir və incidir. Biz sənə layiqincə səbir etməyi tapşırmışıq və bunu ona görə etmişik ki, sən uca yüksəkliklərə nail olasan və böyük uğur qazanasan. Elə düşünmə ki, imansızlar belə dəhşətli sözləri sənə sənin peyğəmbərliyinin haqq olmasına şübhə etdikləri üçün deyirlər. Onlar səni yalançı saymırlar. Əksinə, onlar sənin haqlı olduğuna inanırlar, sənin əməllərin və rəftarın haqqında bilirlər. Sənə peyğəmbərlik verilənə qədər onlar səni əbəs yerə “əmin” və “etibara layiq olan” adı ilə adlandırmırdılar. Onların sözləri sənin vasitənlə Allahın onlara göstərdiyi ayələrini inkar etmələri izah olunur.
                      

(6.34) “Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət veril­dikləri şeylərə dözdülər. Nəhayət, Bizim kömə­yimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı”.
Sənə qədər də kafirlər Allahın elçilərini yalançı adlandırar­dılar, onlar isə kafirlərin etdikləri haqsızlığa və təhqirlərə səbirlə dözürdülər. Sən də onlar kimi səbirli ol və sən hökmən, onlar kimi, qələbə çalarsan. Sənə elçilərimiz haqqında hekayətlər artıq məlumdur, onlar sənin qəlbini möhkəmlətməli və sənə inam verməlidir.

                            
(6.35) “Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmələrini istədiyini) bilməyənlərdən olma!”
Sən onları düz yola gətirməyə səy göstərir və onları haqq dinə döndərmək istə­yirsən, lakin onların dinə qarşı nifrəti səni çətinliyə salmaqda davam edirsə, onda sən bütün imkanlarından istifadə et ki, Allahın düz yola gətirmək istəmədiklərini düz yola gətirəsən. Əgər sən yerdə bir lağım tapıb və ya göyə nərdivanla çıxıb onlara möcüzə gətirə bilsən, gətir, hətta bu da onlara fayda verməz. İnadkarlıq edən allahsızları doğru yola gətirə biləcəyinə ümid bəsləmə. Allah istəsəydi, onları düz cığıra salardı, lakin Allahın hikməti tələb edir ki, onlar azğın halda qalsınlar. Sənə isə, bunun mahiyyətini anlamayan və hər şeyi öz yerində qoymayan cahillər arasında olmaq yaraşmır.
           

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin