Ekoloji xarakterli fövqəladə hallar



Yüklə 42,58 Kb.
səhifə5/6
tarix25.04.2023
ölçüsü42,58 Kb.
#102168
1   2   3   4   5   6
489849206-Ekoloji-xarakterli-fovqəladə-hallar-2-docx

Hidrosferdə baş verən dəyişikliklər ilə əlaqədar Fövqəladə Hallar.
Su mühitinin dəyişiklikləri iki istiqamətdə baş verir: su ehtiyatlarının tükənməsi və suyun çirklənməsi. Su mənbələrinin tükənməsi—su hövzələrinin və göllərin quruması, çayların yox olması deməkdir.
Su ehtiatlarının mükənməsinin səbəblər aşagidakilardir;

  • Meşələrin qırılması;

  • Çöllərin şumlanması;

  • Bataqlıqların qurudulması;

  • Mal-qaranın nəzarətsiz otlaması;

  • Su istifadəsinin artması.

Suyun çirklənməsi də 2 səbəbdən- təbii və insan fəvliyyəti ilə əlaqədar baş verir.
Suyun çirklənməsinin təbii səbəbləri:

İnsan fəaliyyəti ilə əlaqədar suyun çirklənməsinin səbəbləri:

  • Sənaye tullantılarının axıdılması;

  • Məişət tullantılarının axıdılması;

  • Kənd təsərrüfatı;

  • Su mənbələrinin tükənməsi və ya çirklənməsi ilə əlaqədar kəskin içməli su çatmamazlığı;

  • Təsərrüfat-məişət məqsədi ücün və texnoloji proseslərin təmin edilməsi üçün su çatmamazlığı;

  • Daxili dəniz-çay və dünya okeanlarının çirklənməsi ilə əlaqədar ekoloji tarazlığın pozulması.

Yeraltı suları çirkləndirən maddələr arasında neft məhsulları, fenollar, ağır metallar (mis, sink, qurğuşun, kadmium, nikel, civə), sulfatlar, xloridlər, azot birləşmələri üstinlük təşkil edir.
Dünya okeanını çirkləndirən mənbələr üç qrupa ayrılır:

  1. Dənizhərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması;

  2. Yerüstü –qrunt suları, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sular, basdırılmış radioaktiv tullantılar və digər xüsusi zərərli maddələr .

  3. Atmosfer – atmosferə zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlər. Radioaktiv məhsullar okeana həmcinin, nüvə silahlarının sınaqdan keçirildiyi, xüsusi konteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verir və suda olduqca geniş əraziləri əhatə edir.

Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına görə hər il dəniz və okeanlara 6-10 milyon ton neft daxil olur. Yalnız 1 ton neft dənizin 12 km2 sahəsini tutur.Əslində neft tədricən buxarlanır və suda yaşayan bakteriyalar tərəfindən parçalanır, lakin bu proses çox yavaş gedir. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir.Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan yetirir. Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş şüalarını buraxmır, suyun oksigenlə zənginləşməsinə mane olur. Hidrosfer və atmosfer arasında qaz mübadiləsi pozulur, bu da ekoloji tarazlıgı pozur, nəticədə dənizdə yaşayan canlıların əsas qida məhsulu olan planktonun çoxalması dayanır.
Çayların ekosistemləri çox həssas və müdafiəsizdir. Əkin sahələrində istifadə edilən böyük miqdarda gübrələrin yuyulub çaylara tökülməsi, heyvandarlıq tullantılarının və kanalizasiya sularının çaylara axıdılması, su hövzələrində azot və fosfor birləşmələrinin konsertrasiyasının artmasına səbəb oldu. Bunun nəticəsində su ekosistemlərində göy-yaşıl yosunların güclü inkişafı balıqların yemi olan yosunları sıxışdırıb aradan çıxardı və balıqlar acından məhv olmağa başladı. Göy-yaşıl yosunlar isə dərinliklərə çökərək çürüyərkən həm suyu zəhərləndirir, həm də oksigen ehtiyatını tükəndirir. Əgər su hövzəsi zəhərlənməyibsə, o zaman suyun hər kvadrat metrində olan 15 mollyuskadan hər biri gün ərzində 50 litr suyu filtrasiya edir. Su hövzələrinə kimyəvi maddələr axıdıldıqda həmin canlılar məhv olur. Suyu çirkləndiricilərə ən dözümlü canlılır zəlilər, cırcırama sürfələridir.

Yüklə 42,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin