ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Ev şəraitində zeytun yarpaqlarından və yağından istifadə qaydası



Yüklə 1,04 Mb.
səhifə14/65
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#38267
1   ...   10   11   12   13   14   15   16   17   ...   65
HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)

1.9.1. Ev şəraitində zeytun yarpaqlarından və yağından istifadə qaydası
Zeytunun qurudulmuş yarpaqlarından 1:20 nisbətində hazırlanmış isti- sulu çıxarışdan hipotenzif, aritmiyanı götürən və tac damarları genişləndirən maddə kimi istifadə edilir. Alınmış çıxarışdan gündə 3 dəfə, hər dəfə ⅓ hissəsi qəbul edilir. Bu məqsədlə onun öksəotu və digər bitkilərlə qarışığından da istifadə edilir. Mədənin və qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə yemək zamanı və ya ondan sonra zeytun meyvələrindən hazırlanmış konservlərdən istifadə etmək məsləhət görülür.

Xalq təbabəti mənbələrində öd daşlarının orqanizmdən kənar edilməsi üçün zeytun yağından istifadənin müxtəlif qaydaları göstərilir:

1. Güclü öd ifrazına nail olmaq və öd daşlarını orqanizmdən xaric etmək üçün bir neçə gün səhər- səhər acqarina, hər dəfə 60 ml zeytun yağı qəbul edilir. Bu zaman ürəkbulanma və qusmanın qarşısını almaq üçün, qəbul edən kimi üstündən qreypfrut şirəsi içilir.

2. Öd daşlarının orqanizmdən kənar edilməsi məqsədilə zeytun yağının miqdarı tədricən artırılır. Bunun üçün yeməkdən 30 dəqiqə əvvəl zeytun yağı içilir. Yağın miqdarı yarım çay qaşığından başlanır və 15 – 20 gün ərzində tədricən artırılmaqla bir stəkana (200 ml) çatdırılır.

3. Başqa bir reseptə görə öd daşlarını orqanizmdən kənar etmək üçün 24 saat ac qalmaq (bu müddətdə yalnız su içmək olar), sonra bağırsaqları imalə etməklə təmizləmək məsləhət görülür; imalədən bir saat sonra bir stəkan zeytun yağı, onun üstündən isə bir stəkan qreypfrut şirəsi içib uzanmaq lazımdır. Qusma hissi əmələ gələrsə, limon sormaq olar (su içmək olmaz). Yağı içəndən 15 dəqiqə sonra işlədici qəbul edilir. Aclığı davam etdirməklə, yuxarıdakı prosedura 5 gün təkrar edilir.

Amerikanın həftəlik “Times” jurnalı zeytunu dünyanın ən sağlam ərzaqlar qrupuna daxil etmişdir. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını aterosklerozdan qoruyur, o sagıam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. Bu bitkinin yarpaqları oleuropein, oleasterol və olein turşusu; antioksidantlardan: E vitamini və polifenollardan ibarətdir.

Son illərdə zeytun ağacının yarpaqlarından ürək- damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən hipertoniya xəstəliyində dəmləmə və duru spirtli ekstrakt formada daxilə qəbul edilir.

Zeytun yağı – zeytundan əldə edilən ən önəmli məhsuldur. Zeytun yağı dünyada ildə 1,6 – 2,6 milyon ton həcmində istehsal edilir və bunun 75 – 80%- ə qədəri istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20 – 25% qismi isə dünya bazarlarına ixrac edilir.

Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir.

Zeytun yağının üç əsas növü var:




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin