Ədim Aərbaycan dövlətləri(Atropatena və Albaniya). Atropatena



Yüklə 19,7 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü19,7 Kb.
#46378
  1   2   3   4
2.Qədim Aərbaycan dövlətləri


Qədim Aərbaycan dövlətləri(Atropatena və Albaniya).

Atropatena er.əv. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunanca adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyətı, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin ölkə idi. Atropatın adı tarixi mənbələrdə ilk dəfə er.əv. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu döyüşdə atlı kəşfiyyat dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının zəiflədiyi dövrdə Atropat Bütün Cənubi Azərbaycan ərazisinin, həmçinin Şimali Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. İskəndər başqa torpaqları ışğal etməklə məşğul olan zaman Atropat öz hakimıyyətini möhkəmləndirir. Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil olmamışdır. Atropat makedoniyalılarla qohum olur. O öz qizini İskəndərin yaxın sərkərdələrdən birinə Perdikaya verir.Er.əv.324-cu il yayın sonunda Midyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər özünü İran və Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. Atropat öz qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və onlar da onu edam edirlər. Bundan sonra Atropatın makedoniyalılarla münasibəti daha da yaxşılaşır.Er.əv. 323-cu ilin iyununda İskəndər ölür. İskəndərdən sonra onun varisi Atropatın yeznəsi Perdika olur. Er.əv. 321-ci ildə Perdikanın ölümündən sonra satraplıqlar ikinçi dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölğüyə daxil olmur. Görünür bu dövrdən kiçik Mıdiya müstəqil dövlət olur.Kiçik Midiya Şərqdə makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün “Coğrafiya” əsərində yazırdı - Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya adlanır. İkinci Atropat Midiyasıdır. Öz adını o, hərbi rəis Atropatdan ğötürmüşdür. O, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına imkan vermiədi. Strabonun məlumatına görə Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi. Manna dövlətinin süqutundan sonra Azərbaycanda ilk müstəqil dövlət meydana gəldi. Bu dövlətin yaranmasının bir neçə şərtləri var idi. Ən mühüm şərtlərdən biri dövlətin meydana gəldiyi regionun yüksək iqtisadi – sosial, mədəni və siyasi inkişaf yüksəlişinə malik olması idi. İkinci mühüm cəhət o dövrün siyasi şəraiti idi. İskəndərin ölümündən sonra onun sərkərdələrinin başının hakimyyət uğrunda mübarizəyə qarışması yeni dövlətin yaranmasına şərait yaratdı. Həmçinin burada Atropatın şəxsi keyfiyyətləri və onun qohumluq əlaqələri mühüm rol oynadı.Azərbaycan ərazisində döyüşən kadusi və skif tayfalarının olması da Atropata öz dövlətinin müstəqilliyini qorumağa imkan verdi. İskəndərin ölümündən sonra taxta onun ögey qardaşı Arridey III Filipp adı ilə çıxdı. İskəndərin oğlu İskəndər həddi-quluğa çatandan sonra taxta sahib olmalı idi. Əslində dövlətə qoşun başçısı xəzinədar Perdikka başçılıq edirdi. Er.əv. IV əsrin sonunda selevkilər dövlətinin yaranmasının əsası qoyuldu. Selevk (er.əv.305-280) və onun oğlu Antioxun (er.əv.280-261) səylərinə baxmayaraq er.əv. III əsrin ortalarına yaxın selevkilər dövləti tənəzzül qarşısında idi. Baktriya, Soqdiana və Parfiya ondan ayrılır. Tezliklə Parfiya müstəqil dövlətə çevrilir. Atropatena dövlətinin adına biz er.əv. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə Artabazanın çarlığı xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi və Ermənistan və İberiya və onun tərkibinə daxil idi. Selevki çarı III Antioxun dövründə (er.əv.223-187) Selevkilər Atropatena dövlətinin daxili işlərinə qarışmağa cəhd edir. III Antioxun Artabazanla müharibəsi sülh yolu ilə başa çatır. Atropatena bir müddət Selevkilərin ali hakimyyətini tanımağa məcbur olur. Er.əv.III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq er.əv.190-cı ildə III Antiox romalılarla müharibədə məğlub olandan sonra selevkilər dövlətinin tənəzülü dövrü başlayır. Artıq er.əv. II əsrin 60-cı illərində Atropatena tam müstəqil dövlət olur. Selevkilərin tərkibinə daxil olan bir sıra ərazilər ondan ayrılır və müstəqil dövlətə çevrilir. Er.əv. II əsrin 50-ci illərində parfiyalılar həllediçi siyasi qüvvəyə çevrilir. Təqribən er.əv.148-147-ci ildə Parfiya çarı I Mitridat Midiyanı tutur. Selevkilərin İranda hakimyyətinə son qoyulur. Er.əv. 130-cu ildə Selevkilərin öz hakimyyətlərini bərpa etmək çəhdləri məğlubiyyətə uğrayır.Er. əv II əsrin sonu I əsrin əvvəllərində Parfiya dövləti ən qüdrətli dövlətə çevrilir. Parfiya dövlətinin Atropatenaya da təsiri güclənir. Ancaq Parfiyanın Atropatenanı işğal etməsi barədə fakt yoxdur. Er. əv. I əsrdə Atropatena Roma işğalçılarına qarşı müharibədə iştirak etmişdir. Er.əv I əsrin ortalarında dünya xəritəsi Parfiya və Roma arasında bölünmüşdür. Er.əv. 53-cü ildə Parfiya Romalıları ciddi məğlubiyyətə uğradır. Bu döyüşdə Atropatena Parfiyalıların müttəfiqi olmuşdur. Er. əv. 36-cı ildə Roma dövlətinin başçısı Antoninin də Atropatena və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatır. Ancaq tezliklə Atropatena ilə Parfiya arasında narazılıq başlayır. Atropatenanın köməyinə arxalanan Antoni er.əv. 34-cu ildə Ermənistana hücüm üdərək onu özünə tabe edir. Ancaq onun Parfiyaya qarşı hücümü təxirə salınır. Belə ki, Antoni ilə 2-ci triumviratın üzvü Oktavian arasında başlanan hakimyyət uğrunda mübarizə buna mane olur. Romalılar tərəfə keçmiş Atropatena tezliklə Roma qoşunlarının ölkədən çıxıb getməsi ilə əlaqədar olaraq Parfiya tərəfindən tutulur. Ancaq bu üzün çəkmir. Eramızın təqribən 20-ci ilində Atropatilər sülaləsinin Atropatenada hakimyyətinə son qoyulur. Atropatenada hakimiyyəti Parfiyalıların kiçik qolu olan Arşakilərin əlinə keçir. Atropatenanın tarixində Roma təmayülünə son qoyulur və beləliklə Atropatena yenidən Parfiyanın təsiri altına kecir.


Yüklə 19,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin