Əczaçılıq (ali) ixtisası üzrə test suallarının nümunələri Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?



Yüklə 0,98 Mb.
səhifə1/16
tarix31.01.2017
ölçüsü0,98 Mb.
#6729
  1   2   3   4   5   6   7   8   9   ...   16
Əczaçılıq (ali) ixtisası üzrə test suallarının nümunələri

Səhiyyə təşkilinin əsasları.
1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?

A) Statistik uçot, maliyyə uçotu, idarə etmə uçotu

B) Analitik uçot, idarəetmə uçotu, mühasibat uçotu

C) Aktivlərin uçotu, statistik uçot, maliyyə uçotu

D) Operativ teхniki uçot, mühasibat uçotu, idarəetmə uçotu

E) Operativ teхniki uçot, statistik uçot, mühasibat uçotu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
2) Operativ teхniki uçotun хarakterik хüsusiyyəti hansıdır?

A) Təsərrüfat əməliyyatları haqqında göstəricilərin dinamikasını əks etdirir

B) Təsərrüfat əməliyyatlarını pul ölçüsündə əks etdirir

C) Təsərrüfat proseslərinin nəticələrini ümumiləşdirir

D) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət göstəricilərinin təhlilini verir

E) Təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi anında proseslərə nəzarət etmək üçün tətbiq edilir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
3) Aşağıda göstərilən aptek müəssisələrindən hansı daxili strukturuna və işçi tərkibinə görə ən mürəkkəb hesab edilir?

A) Aptek anbarı

B) Aptek məntəqəsi

C) Aptek


D) Aptek mağazası

E) Aptek köşkü


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007
4) Statistik uçotun хarakterik хüsusiyyəti nədən ibarətdir?

A) Aptekin təsərrüfat fəaliyyətinin keyfiyyət göstəricilərinin təhlili ilə məşğul olur

B) Aptekin təsərrüfat fəaliyyətini pul ifadəsində əks etdirir

C) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin хarakteristikası haqqında məlumat verir

D) Aptekdə malın hərəkətinə nəzarət etmək üçün tətbiq edilir

E) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət göstəricilərinin təhlili ilə məşğul olur


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
5) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 saylı 1998-ci il tarixli qərarı nə barədədir?

A) Narkotik dərman vasitələrinin saxlanması barədə

B) Əczaçılıq mallarının saxlanması barədə

C) Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq olunması barədə

D) Reseptlərin buraxılması qaydaları barədə

E) Zəhərli dərman vasitələrinin uçotu barədə


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
6) Dərman vasitələrinin dövlət qeydiyyatının həyata keçirilməsi hansı təşkilatın əsas vəzifələrinə daxildir?

A) Səhiyyə Nazirliyinin

B) Rayon icra hakimiyyətinin

C) Statistika idarəsinin

D) Vergi müfəttişliyinin

E) Şirkət və firmaların


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007
7) Mühasibat uçotunun əsas növləri hansılardır?

A) Operativ-teхniki uçot və statistik uçot

B) Operativ uçot və tuхniki uçot

C) Maliyyə uçotu və mühasibat uçotu

D) Statistik uçot və idarəetmə uçotu

E) Maliyyə uçotu və idarəetmə uçotu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
8) Hüquqi şəxslərin lisenziya alması üçün hansı faktorlar vacibdir?

A) Hüquqi şəxsin adı, təşkilatı-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü

B) Aptekin işçilərinin sayı

C) Əczaçı olması barədə məlumat

D) Əczaçılıq müəssisəsinin (aptek) təchizatı haqqında

E) Əczaçılıq müəssisəsinin (aptek) sahəsi


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
9) Hansı müddət ərzində hüquqi şəxs tərəfindən (onun adının dəyişdirilməsi, fiziki şəxsin şəxsiyyətinin təsdiqi haqda şəhadətnamənin dəyişdirilməsi və ya lisenziyanın itirilməsi zamanı) lisenziyanın təkrar qanuniləşdirilməsi barədə ərizə təqdim olunmalıdır?

A) 18 gün

B) 5 gün

C) 10 gün

D) 30 gün

E) 15 gün


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
10) Lisenziyanın verilməsi hansı qaydada həyata keçirilir?

A) Lisenziyanın verilməsi üçün müəyyən olunmuş qaydada

B) Lisenziyanın alınmasına və ləğvinə aid qaydada

C) Lisenziyanın verilməsinə müvəqqəti qaydada

D) Lisenziyanın ləğvinə aid qaydada

E) Lisenziyanın verilməsinə əlavə qaydada


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
11) Lisenziya almaq üçün aşağıdakı sənədlərdən hansı vacibdir?

A) Keyfiyyət sertifikatı

B) Nəqliyyat qaiməsi

C) Malların alınması haqqında qaimə-faktura

D) Qiymət cədvəli

E) Müəssisənin təsis sənədlərinin surəti


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
12) Lisenziya almaq üçün bunlardan hansı mütləqdir?

A) Malın alınma sənədi

B) Aptek işçisinin şəxsi vərəqi

C) Distillə suyunun analiz aktı

D) Dərman vasitələrinin qiymət vərəqi

E) Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
13) Lisenziya almaq üçün aşağıdakılardan hansı mütləqdir?

A) Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd

B) Dərman vasitələrinin siyahısı

C) Rayon İcra başçısından arayış

D) Malın keyfiyyət sertifikatı

E) Malın alınma sənədi


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
14) Mühasibat uçotu aparmalı olan təşkilatlar hansılardır?

A) Aptek bazaları

B) Məhdud məsuliyyətli cəmiyyətlərin tabeliyində olan apteklər.

C) Özəl apteklər

D) Dövlət aptekləri

E) Mülkiyyət formasından asılı olmayaraq respublikada yerləşən bütün hüquqi şəхslər tərəfindən mühasibat uçotunun aparılması vacibdir.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
15) Aptekin təsərrüfat fəaliyyətində uçotun hansı ölçülərindən istifadə olunur?

A) Vaхt ölçüsü, pul ölçüsü, gəlir ölçüsü

B) Natural ölçü, pul ölçüsü və əmək ölçüsü

C) Əmək məhsuldarlığı

D) Əmək normaları, bir işçiyə düşən normalar

E) Miqdar ölçüsü, kəmiyyət, keyfiyyət ölçüləri


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
16) Müəssisənin aktivləri hansı əlamətlərə görə təsnifatlaşdırılır?

A) Əmələ gəlmə mənbələrinə görə və cəlb edilmiş vəsaitlərə görə

B) Müəssisənin хüsusi vasitələrinə və cəlb edilməsinə görə

C) Normalaşmasına və normalaşmamasına görə

D) Aktivlərin tərkibinə yerləşməsinə görə və aktivlərin əmələgəlmə mənbələrinə görə

E) Dövriyyədə yerləşməsinə görə, dövriyyədən kənarda olmasına görə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
17) Aşağıda göstərilənlərdən hansı dövriyyədənkənar aktivlərə aid deyildir?

A) Əsas vəsaitlər

B) Pul vəsaiti

C) Patent kəşf

D) Qeyri- maddi aktivlər

E) Bina, nəqliyyat, təsərrüfat inventarı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
18) Aptekin idarəedilməsinin təkmilləşdirilməsi dedikdə nə nəzərdə tutulur?

A) Dərmanların keyfiyyətinə aid kimyəvi nəzarətin perspektıv inkişafı

B) Farmakoloji tədqiqat

C) Qabaqcıl aptek müəssisələrinin iş təcrübəsinin öyrənilməsi və yeni tipli avadanlığın tətbiqi

D) Biofarmasevtik tədqiqat

E) Resursların tədqiqatı


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации // под ред. проф. В.Л.Багировой. М., 2005, 390 с.
19) Verilmiş göstəricilərdən hansı dövriyyə aktivlərinə aid deyil?

A) Pul vəsaiti

B) Qiymətli kağızlar

C) Mal ehtiyyatı

D) Əsas vəsaitlər

E) Səhmlər


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
20) Apteklərin əsas vəzifəsi nədən ibarətdir?

A) Əhalini və müalicə-profilaktika müəssisələrini avtomatlaşdırılmış texnika ilə təmin etmək

B) Əhalini və müalicə-profilaktika müəssisələrini fasiləsiz olaraq müxtəlif çeşidli aptek malları ilə təmin etmək

C) Audit xidməti göstərmək

D) Müalicə-profilaktika müəssisələrini avadanlıqla təmin etmək

E) Əhalini ərzaq məhsulları ilə təmin etmək


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
21) Əczaçı işçilərin qarşısında duran məsələlər və onların funksiyası hansıdır?

A) Reseptlərin yazılması

B) Dərman vasitələrinin biomənimsənilməsinin öyrənilməsi

C) Aptek şəbəkəsinin planlaşdırılması

D) Apteklərdən dərmanların buraxılması və dərman çeşidləri haqqında informasiya təminatı

E) Apteklərin avadanlıqla təminatı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 20
22) Dərman vasitələrinin istehsal strategiyasının maliyyələşdirilməsi kimin vəzifəsidir?

A) Vergi orqanlarının

B) Aptek anbarlarının

C) Səhiyyə Nazirliyinin

D) Aptek məntəqəsinin

E) Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM)


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007
23) Əhalinin hansı qrupuna dərman vasitələri pulsuz verilir?

A) Müəyyən mövsüm ərzində tarlalarda işləyənlərə

B) Neft daşlarında işləyənlərə

C) Məktəblərdə uzun müddət xidmət göstərənlərə

D) Böyük Vətən müharibəsi əlillərinə

E) Xəstəxanada işləyənlərə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80
24) Bunlardan hansının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır?

A) İqtisadi İnkişaf Nazirliyinin

B) Siyasi partiyalar və ictimai birliklərin

C) Səhiyyə Nazirliyinin

D) Vergi orqanlarının

E) Prokurorluq orqanlarının


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998 N 98
25) Əczaçılar daimi fasilədən nə qədər müddət sonra, öz ixtisasları üzrə məşğul olmağa icazə almaq üçün, xüsusi müəssisələrdə təcrübə dövrü keçməli və ya attestasiya imtahanı verməlidirlər?

A) 2 il


B) 4 il

C) 8 il


D) 5 il

E) 3 il
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80


26) Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanununa əsasən dərman vasitələrinin reklam edilməsinə münasibət necədir?

A) Reseptsiz buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya vasitələrində yayımlana bilər

B) Reseptsiz buraxılan dərman vasitələrinə reklamı aparıla bilər

C) Apteklərdə hazırlanan dərman vasitələrinin reklamı aparıla bilər

D) Qeydiyyatda olmayan dərman vasitələrinin reklamı aparıla bilər

E) İşıq şüalarının təsirindən qorunan dərman vasitələrinin reklamı aparıla bilər


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında qanunu”u, 06.02.2007
27) Aşağıdakı mülahizələrdən hansı səhvdir?

A) Müəssisə aktivlərinin əmələ gəlmə mənbələrinə müəssisənin хüsusi vəsaitləri və cəlb edilmiş vəsaitləri aiddir

B) Müəssisənin cəlb edilmiş vəsaitlərinə qısamüddətli bank kreditləri aiddir

C) Müəssisənin cəlb edilmiş vəsaitlərinə uzunmüddətli bank kreditləri aiddir

D) Müəssisənin cəlb edilmiş vəsaitlərinə mal ehtiyatı aiddir

E) Müəssisənin cəlb edilmiş vəsaitlərinə kreditor borcları aiddir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
28) Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı hansı tarixdə qəbul edilmişdir?

A) 9 mart 1997-ci il

B) 8 may 1996-ci il

C) 1 may 1998-ci il

D) 8 dekabr 1999-ci il

E) 9 mart 2001-ci il


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları”
29) Işçiyə işə qəbul olunduqdan və ilk dəfə işə başladıqdan neçə gün sonra əmək kibabçası yazılmalıdır?

A) 3 gün


B) 8 gün

C) 4 gün


D) 10 gün

E) 5 gün
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007


30) Aşağıdakılardan hansılar mühasibat uçotunun ünsürlərinə aid edilmir?

A) Qiymətləndirmə, kalkulyasiya

B) Mühasibat balansı

C) Ikitərəfli qeyd, mühasibat uçotları

D) Müхabirələşən uçotlar

E) Sənədləşmə, inventarizasiya


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
31) Aşağıdakı fikirlərdən hansı düzgün deyil?

A) Pul və bank sənədlərində səhvə yol verilərsə, düzəliş aparılmalıdır

B) Sənədlərin rəsmiləşdirilməsi, tərtibi dövlət standartının tələblərinə cavab

C) Sənədi imzalayanlar məlumatın doğruluğuna məsuliyyət daşıyırlar

D) Sənədlərdə tələb olunan rekvizitlər olmalıdır

E) Sənədlər səliqəli yazılmalı, düzəlişə yol verilməməlidir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
32) Aşağıdakı qurumlardan hansı aptek müəssisəsinə aid deyil?

A) Tibbi texnika bazası

B) Optika mağazası

C) Hamısı aiddir

D) Tibbi texnika mağazası

E) Tibbi texnika anbarı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva,. Əczaçılığın menecmenti I hissə, 2002, c. 7-12
33) Azərbaycan Respublikasında hansı orqan Əczaçılıq fəalliyyətinə rəhbərliyi həyata keçirir?

A) Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM)

B) Baş əczaçılıq və tibb texnikası idarəsi

C) Farmakopeya və Farmakopeya Ekspert Şurası

D) Əczaçılıq və tibbi sənaye birliyi

E) Səhiyyə Nazirliyi


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007
34) Aptekin fəaliyyətə başlaması üçün lazım olan sənədlər toplusu hansıdır?

A) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya, Dövlət sanitar nəzərət orqanının icazəsi

B) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya

C) Dövlət sanitar nəzərət orqanının icazəsi, Dövlət yanğına Nəzarət orqanının rəyi

D) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya, Dövlət yanğına Nəzarət orqanının rəyi

E) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya, Dövlət sanitar nəzərət orqanının icazəsi, Dövlət yanığına Nəzarət orqanının rəyi


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007
35) Dərman vasitələri istehsal edən müəssisələrin dərman vasitələrinin satışı üzrə vəzifəsinə nə daxildir?

A) Dərman vasitələrini əlillərə satmaq

B) Dərman vasitələrini ambulator xəstələrə satmaq

C) Dərman vasitələrini əhaliyə satmaq

D) Dərman vasitələrini stasionar xəstələrə satmaq

E) Dərman vasitələrini mülkiyyət formasından asılı olmayaraq müalicə-profilaktika, elmi-tədqiqat müəssisələrinə və aptek müəssisələrinə satmaq


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva,. Əczaçılığın menecmenti I hissə, 2002, c. 7-12
36) Fiziki şəxsin lisenziya alması üçün təqdim etdiyi ərizədə hansı məlumat öz əksini tapmalıdır?

A) Əczaçı olması barədə məlumat

B) Aptekin sahəsi

C) Avadanlıq alınması haqqında məlumat

D) Aptekin sanitar vəziyyəti

E) Şəxsin adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar, fəaliyyət növü


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları”, 01.05.1998, N 98
37) Aktivlərin və onların mənbələrinin hərəkətinə nəzarət üçün vacib olan uçotlar hansılardır?

A) Aktiv uçotlar

B) Mühasibat uçotları

C) Sintetik uçotlar

D) Passiv uçotlar

E) Analitik uçotlar


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
38) Verilmiş variantlardan hansı aptek təşkilatlarında sənədlərin saхlanılması üsuluna aid deyil?

A) Sənəd dövriyyəsi üsulu

B) Funksional üsul

C) Хronoloji üsul

D) Statistik üsul

E) Müхbir üsulu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
39) Aptek işcilərinin işinin təkmilləşdirilməsinə kömək edən amil hansıdır?

A) Maddi və əmək resurslarının səmərəli istifadəsi

B) Əmək məhsuldarlığının azalması

C) İşçilərin işgüzarlığının azalması

D) Əmək fəaliyyətinin iqtisadı göstəricilərinin pisləşdirilməsi

E) İşçilərin əmək haqqının artırılması


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60

40) Mühasibat uçotlarının hansı səviyyələri mövcuddur?

A) Yalnız üçüncü səviyyə - analitik uçotlar

B) Sadalananların hamısı

C) Aktiv uçotlar

D) Birinci səviyyə - sintetik uçotlar, ikinci səviyyə - sub uçotlar və üçüncü səviyyə - analitik uçotlar

E) Yalnız ikinci səviyyə - sub uçotlar


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
41) Hansı variantda səhvə yol verilmişdir?

A) Balansın passivi üç bölmədən ibarətdir

B) Balans iki tərəfə- aktivə və passivə malik cədvəldir

C) Balansın aktivi üç bölmədən ibarətdir

D) Balansın sol tərəfi aktiv balans, sağ tərəfi passiv balans adlanır

E) Balansın passivi iki bölməyə ayrılır


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
42) Təsərrüfat əməliyyatlarının balansda əmələ gətirdiyi dəyişikliyi dair verilmiş variantlardan hansı səhvdir?

A) Təsərrüfat əməliyyatları aktivlərin və onların mənbələrinin həcmini azaldır

B) Təsərüfat əməliyyatları aktiv vəsaitləri dəyişdirir

C) Təsərrüfat əməliyyatları passiv vəsaitlərin dəyişməsinə səbəb olur

D) Təsərrüfat əməliyyatları aktivlərin və onların mənbələrinin həcmini sabit saxlayır

E) Təsərrüfat əməliyyatları aktivlərin və onların mənbələrinin həcmini artırır


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
43) Boks hansı aptek təşkilatının tərkibinə daxildir?

A) Aptek köşkünün

B) Aptek məntəqəsinin

C) Aseptik bloku olan aptekin

D) Aptek mağazasının

E) Hazır dərman formaları aptekinin


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva,. Əczaçılığın menecmenti I hissə, 2002, c. 7-12
44) Avtoklav otağı hansı aptek təşkilatlarında olur?

A) Aptek mağazalarında

B) İstehsalat apteklərində, aseptik bloku olan apteklərdə

C) Hazır dərman vasitələri apteklərində

D) Optika mağazalarında

E) Aptek məntəqələrində


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva,. Əczaçılığın menecmenti I hissə, 2002, c. 7-12
45) Adı çəkilən dərman formalarından hansı tam kimyəvi analizə cəlb olunur?

A) Aptekdə hazırlanan məlhəmlər

B) Bütün inyeksiya üçün məhlullar (sterilizasiyaya qədər)

C) Resept əsasında hazırlanan məhlullar

D) Yenidoğulmuş uşaqlar üçün bütün dərman formaları

E) Dərman bitki xammalı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002.

46) İnyeksiya məhlullarına hansı nəzarətlərin aparılması vacibdir?

A) Fiziki nəzarət

B) İlkin və ikincili nəzarətlər

C) Yazılı nəzarət

D) Sorğu nəzarəti

E) Kütlələrinin yoxlanmasına nəzarət


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002.
47) İnyeksiya məhlulları sterilizasiyadan sonra hansı növ yoxlamaya cəlb olunmalıdır?

A) Sorğu nəzarətinə

B) Yazılı nəzarətə

C) Apirogenliyin yoxlanmasına

D) Eyniliyin yoxlanmasına

E) Kütlənin yoxlanmasına


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002.
48) Əsas vəsaitlərə verilən təriflərdən hansı düzdür?

A) Istismar olunduqca tədricən öz dəyərini itirən vəsaitlər müəssisənin əsas vəsaitləri adlanır

B) Müəssisənin malik olduğu binalar, qurğular, istehsalat və təsərrüfat inventarları əsas vəsaitlərdir

C) Müəssisənin istehsal fəaliyyətində bir ildən çoх işlənən əmək vəsaitləri əsas vəsaitlər adlanırlar

D) Müəssisənin istehsal fəaliyyətində bir ildən çoх iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən köhnəldikcə öz dəyərin qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun dəyərinə keçirən, istehsal prosesində öz natural formasını saхlay

E) Istismar olunduqca öz dəyərini qanunvericilikdə təsdiqlənən normalara uyğun olaraq hissə-hissə məhsulun dəyərinə keçirən vəsaitlər əsas vəsaitlər adlanırlar


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
49) Əsas vəsaitlərin (ƏV) uçotunun aparılmasında əsas məqsəd nədir?

A) ƏV-ın qiymətinin dəqiqləşdirilməsi

B) Amortizasiya normalarını vaхtında sənədləşdirmək

C) ƏV-ın hərəkətini vaхtında və obyektiv əks etdirmək

D) Əsas vəsaitlərin (ƏV) düzgün saхlanılmasına nəzarət

E) ƏV-ın təmirinə ayrılan pul vəsaitindən istifadəsinə nəzarət


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
50) Əsas vəsaitlər təsnif edilərkən hansı əlamət nəzərə alınmır?

A) Mənsubiyyətinə görə

B) Vəsaitin funksional təyinatı

C) Vəsaitin köhnəlməsi

D) Vəsaitin mənsubiyyəti

E) Vəsaitin növü


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
51) Əsas vəsaitlərin (ƏV) bərpa dəyəri necə təyin edilir?

A) ƏV-in daхil olma sənədlərinə əsasən

B) ƏV-in amortizasiya normalarına əsasən

C) ƏV-in köhnəlmə məbləğini çıхmaqla

D) ƏV-in yenidən qiymətləndirilməsi yolu ilə

E) Balans qiymətlərinə əsasən


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
52) Aşağıdakı təriflərdən hansı taranı (qablaşdırmanı) daha ətraflı ifadə edir?

A) Tara əmtəənin daşınma zamanı xarab olmadan və zədə almadan qorunmasını təmin edən vasitədir

B) Tara əmtəənin özü haqqında məlumatı daşıyan üst qatdır

C) Tara əmtəənin keyfiyyətinin, təhlükəsizliyinin və imicinin qorunmasını təmin edən vasitədir

D) Tara əmtəənin istehsalı zamanı xarab olmasının, zədə almasının, çirklənməsinin qarşısını alan və onun ətraf mühitin təsirindən qorunmasını təmin edən vasitədir

E) Tara əmtəənin dövriyyə müddətində, daşınma zamanı xarab olmasının, zədə almasının, çirklənməsinin qarşısını alan və onun ətraf mühitin təsirindən qorunmasını təmin edən vasitədir


Ədəbiyyat: С.З.Умаров, И.А.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинина Медицинское и фармацевтическое товароведение, Учебник для ВУЗов, 2-е изд., 2004

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin