EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə89/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   85   86   87   88   89   90   91   92   ...   95
Diaqram 2

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi

min manatla



Mənbə: Azərbaycan Respublikasının Dövlət Statis-

tika Komitəsi 

Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 

2014-cü  ilin  1  yanvarına    respublikamızda  elektron 

pərakəndə  ticarət  dövriyyəsinin  həcmi  2  586,0  min 

manat təşkil etmişdir. Həmin dövrdə ölkə üzrə ümumi 

pərakəndə ticarət dövriyyəsi 19 655,9 milyon manat 

olmuşdur ki, bunun da tərkibində elektron pərakəndə 

ticarət dövriyyəsi 0,013% təşkil etmişdir.

Diaqram  2-dəki  statistik  məlumatlarda  gördü-

yümüz  kimi,  elektron  pərakəndə  ticarət  dövriyyəsi 

2012-ci ildə 1 599,0 min manat, o cümlədən hüquqi 

şəxslər tərəfindən aparılan əməliyyatlar 1 278,2 min 

manat, fiziki sahibkarlar üzrə isə 321,6 manat olmuş-

dur. Müvafiq olaraq da həmin göstərici 2013-cü ildə  

2 586,0 min manat,  hüquqi şəxslər tərəfindən aparı-

lan əməliyyatlar 2 137,0 min manat, fiziki sahibkarlar 

üzrə isə 449,0 manat təşkil etmişdir.

Ölkə üzrə elektron pərakəndə ticarət dövriyyəsinin 

fiziki həcmi 2013-cü ildə 2012-ci ilə nisbətən artaraq 

158,6 faiz təşkil etmişdir. 

Azərbaycanda  e-ticarətin  təşkili  və  həyata 

keçirilməsinin  hüquqi  əsaslarını,  onun  iştirakçıları-

nın  hüquq  və  vəzifələrini,  həmçinin  qanunvericiliyin 



63

pozulmasına görə məsuliyyət “Elektron ticarət haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  elek-

tron kommersiya ilə bağlı tənzimləyici müddəalar “Əqdlər 

haqqında ümumi müddəalar”, “Öhdəliklər haqqında ümu-

mi müddəalar” və “Öhdəliklərin icrası” ilə bağlı fəsillərində 

nəzərdə tutulmuşdur. 

Ölkəmizdə e-ticarətin inkişafı fonunda bir sıra çətinliklər 

də mövcuddur. Bunlardan başlıcalarını aşağıdakı kimi sa-

dalamaq olar:

1.  Elektron  ticarət  sahəsində  əməliyyatların 

təhlükəsizliyi. Qeyd edək ki, elektron ticarət əməliyyatları 

əsasən  onlayn  ödəmə  sistemləri  ilə  baş  verdiyindən  və 

məhsullar  xaricdən  əldə  olunduğundan  bir  sıra  hallarda 

istehlakçılar  möhtəkirliklə  qarşılaşırlar.  Bunun  da  aradan 

qaldırılması  istiqamətində  bir  sıra  işlər  aparılır  ki,  bunla-

rın  da  içərisində  Azərbaycan  Mərkəzi  Bankının  elektron 

ticarət  üzrə  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı 

təhlükəsizlik təlimatını göstərmək olar. 

Təlimatda  qeyd  olunduğu  kimi,  internet  üzərindən 

əməliyyat həyata keçirilərkən ilk növbədə emitent bankın 

bu sahə üzrə təhlükəsizlik tələbləri və baş verə biləcək fı-

rıldaqçılıq halları zamanı qarşılıqlı öhdəliklərlə yaxından ta-

nış olmalı; məhsul və xidmətlərini əldə edəcəyiniz internet 

mağaza etibarlı reputasiyaya malik olmalı; internet mağa-

zanın  veb  səhifəsində  müştərilər  haqqında  məlumatların 

ötürülməsi  və  bu  məlumatların  necə  qorunması  üzrə 

təhlükəsizlik məlumatları öz əksini tapmalı; internet mağa-

zasının məxfilik haqqında siyasəti ilə tanış olunmalı və s. bu 

kimi məsələlərə diqqət yetirilməlidir. 

2.  Vergiyə  cəlbolunma  və  gömrük  ödəmələri.  Elek-

tron  ticarətin  virtual  aləmdə  həyata  keçirilməsi  bu  növ 

əməliyyatların vergiyə cəlb olunması işini xeyli çətinləşdirir. 

Elektron ticarət üzrə fəaliyyəti həyata keçirən tərəflərin (is-

tehlakçının  və  satıcının)  fərqli  ölkələrdə  məskunlaşması, 

informasiya  sistemlərinin  (serverlərin)  isə  xarici  ölkə 

ərazisində  yerləşməsi  əmtəə  və  xidmətlərin  təqdim  edil-

diyi yerin, vergi ödəyicisinin və vergi məbləğinin müəyyən 

olunmasını mürəkkəbləşdirir.

Müasir  dövrdə  e-ticarət  bu  sahənin  aparıcı  Qərb 

ölkələrində,  xüsusən  də  ABŞ-da  gömrük  rüsumlarının, 

eləcə  də  hər  hansı  bir  nəzarət  prosedurunun  olmadığı 

azad virtual aləmdə inkişaf edir. Belə qayda, əsasən, inter-

net üzərindən məhsullar ixrac edən və bu bazarda hakim 

mövqe tutan və onların ixracatçıları kimi çıxış edən inkişaf 

etmiş iri sənaye ölkələri üçün sərfəlidir. 

Avropa  İttifaqı  dövlətlərində  ümumiyyətlə  e-ticarətə 

yanaşmada  onun  spesifikliyi  nəzərə  alınmır  və  o,  adi 

ticarətdən  fərqləndirilmədən  eyni  qaydada  vergiyə  cəlb 

olunur. 

ABŞ-da isə e-ticarət əməliyyatlarını həyata keçirən sa-

hibkarlar “İnternetin vergidən azad edilməsi haqqında” (In-

ternet Tax Freedom Act) qanuna əsasən federal səviyyədə 

vergi və ƏDV tətbiq edilmədən fəaliyyət göstərirlər.

Azərbaycanda elektron ticarət əməliyyatlarının vergiyə 

cəlb olunması bir sıra məsələlərin təyinindən asılıdır:

•   e-ticarət  əməliyyatlarını  təqdim  edən  hüquqi  və  fiziki 

şəxslərin yerlərinin müəyyən olunmasındakı çətinliklər;  

•   dünya dövlətlərinin e-ticarət, vergi, informasiya texno-

logiyaları sahəsindəki qanunvericiliyinin fərqli olması; 

•  kiberqaydaların  pozulmasına  görə  qanunvericiliklərin 

müxtəlif olması; 

•   e-ticarət  xidmətləri  təqdim  edən  müəssisələrin  elek-

tron  sistemlərinin  fərqli  ölkələrdə  yerləşməsi  və  s. 

göstərmək olar.

Qeyd  edək  ki,  e-ticarətin  inki-

şaf  etdiyi  bir  dövrdə  ənənəvi  göm-

rük  mexanizmlərinin  tətbiq  olunması 

milli  və  beynəlxalq  səviyyədə  xarici 

ticarətin  tənzimlənməsində  bir  sıra 

problemlər  yaradır.  Bunlar  əmtəənin, 

xidmətin  mənşə  ölkəsinin  təyin 

edilməsindən,  gömrük  hesablaşmala-

rının məbləğindən, idxal məhsullarının 

lisenziyalaşdırılması 

prosedurunun 

və  digər    nəzarət  mexanizmlərinin 

tətbiqindən  asılı  olaraq  bir  sıra 

məsələləri əhatə edir. 

Virtual  aləmdə  biznesin  inkişaf  etdiyi  bir  dövrdə 

Azərbaycan  sahibkarının  həm  ölkə  daxilində,  həm  də 

xaricdə  öz  məhsullarını  istehlakçılara  təqdim  etmək, 

rəqabətqabiliyyətliyinin  yüksəldilməsi,  resurslara  qənaət 

olunması, bazarın əhatə dairəsinin genişləndirilməsi baxı-

mından elektron ticarətin inkişaf etdirilməsində hökumət 

tərəfindən  bir  sıra  islahatların  aparılması  mühüm 

məsələlərdən biridir. Çünki elektron ticarətin inkişafı sa-

hibkarlığın tərəqqisinə dəstək göstərməklə yanaşı, sonda 

ölkəmizin iqtisadiyyatının davamlı yüksəlişinə öz töhfəsini 

verəcəkdir. 

V

irtual  aləmdə  biznesin  inkişaf  etdiyi  bir  dövrdə 



Azərbaycan  sahibkarının  həm  ölkə  daxilində,  həm 

də  xaricdə  öz  məhsullarını  istehlakçılara  təqdim  etmək, 

rəqabətqabiliyyətliyinin yüksəldilməsi, resurslara qənaət olun-

ması, bazarın əhatə dairəsinin genişləndirilməsi baxımından 

elektron ticarətin inkişaf etdirilməsində hökumət tərəfindən 

bir  sıra  islahatların  aparılması  mühüm  məsələlərdən  biridir. 

Çünki  elektron  ticarətin  inkişafı  sahibkarlığın  tərəqqisinə 

dəstək göstərməklə yanaşı, sonda ölkəmizin iqtisadiyyatının 

davamlı yüksəlişinə öz töhfəsini verəcəkdir. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin