EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə7/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   2   3   4   5   6   7   8   9   10   ...   95
Hörmətli oxucular!

Hörmətli ATİB üzvləri!

ATİB-in nəşrləri ilə bağlı da məlumat vermək istərdim. 

Bildiyiniz kimi, ATİB-in korporativ dərgisi olan “EcoVisi-

on” jurnalı vasitəsilə ölkə və dünya iqtisadiyyatı ilə bağlı 

məlumatlar, biznes sahəsində uğur qazanmış iş adamla-

rının tövsiyələri oxucuların diqqətinə çatdırılır. “EcoVisi-

on” jurnalında iqtisadiyyatın müxtəlif sektorları ilə bağlı 

araşdırmalar,  müsahibələr,  hüquqşünas  məsləhətləri, 

ölkə  qanunvericiliyinə  əlavə  və  dəyişikliklər  haqqın-

da məlumatlar öz əksini tapır. Bununla yanaşı, jurnalda 

yaxın  gələcəkdə  həyata  keçirilməsi  nəzərdə  tutulan  iq-

tisadi  tədbirlər  və  biznes  təklifləri  də  dərc  olunur.  ATİB 

Türkiyə  səfirliyinin  fəaliyyətini  də  hər  zaman  diqqət 

məkəzində  saxlayır.  Jurnal  dövlət  təşkilatları,  hökumət 

orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici 

ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə 

pulsuz  yayılır.  Elektron  ticarətin  inkişafına  dəstək 

vermək  məqsədilə  “EcoVision”  jurnalının  23-cü  sayının 

Azərbaycanda  elektron  ticarət  sektorunun  vəziyyətinə  

həsr olunması xüsusi önəm daşıyır. 

Hörmətli  oxucular,  əminəm  ki,  2015-ci  ili  ATİB 

üzvlərinin və əməkdaşlıq etdiyimiz təşkilatların köməkliyi 

və dəstəyi ilə uğurla başa vuracağıq.  Qarşıdakı dövrlərdə 

də  davamlı  olaraq  inkişaf  edən  fəaliyyətimizlə  iki  qar-

daş ölkə və xalq arasında hərtərəfli əlaqələrin daha da 

güclənməsinə xidmət edəcəyik. 





Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin