Economy: problems and practical issues



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17168
1   ...   6   7   8   9   10   11   12   13   14
4.

 

Siyasət tövsiyəsi 

Aşağıdakı  praqraflarda  yalnız  bu  məqalədə  apardığımız  təhlillər  və  qiymətləndirmələr 

zamanı  qarşılaşdığımız  problemlər  və  onlarla  bağlı  görüləcək  işlər  sadalanmır.  Biz  statistik 

məlumatların keyfiyyəti ilə bağlı məsələləri bir bütöv olaraq görürür və bu prizmadan mövzuya 

yanaşmaq  istəyirik.  Belə  ki,  bu  fəsildə  əvvəlki  bölmələrdə  qeyd  olunan  problemlərdən  və 

gündəlik  təcrübəmizdən  yola  çıxaraq  bu  məsələni  daha  geniş  kontekstə  qoymaq  və  müzakirə 

etmək məqsədi güdürük. 

İlk öncə, biznes fəaliyyəti ilə məşğul olan subyektlərin hesabatlılıq məsələlərinə və bu zaman 

ortaya  çıxan  problemlərə  nəzər  yetirək.  Bazar  fəaliyyəti  ilə  məşğul  olan  iqtisadi  və  biznes 

subyektləri  bir  sıra  hesabatlar  hazırlamağa  və  təqdim  etməyə  qanunla  borcludurlar.  Onlar 

Vergilər  Nazirliyinə,  Dövlət  Statistika  Komitəsinə,  Dövlət  Sosial  Müdafiə  Fonduna,  əgər 

subyekt kommersiya bankdırsa əlavə olaraq Mərkəzi Banka, və s. müxtəlif hesabatlar hazırlamalı 

və  təqdim  etməlidir.  Hesabatların  sayının  çoxluğu  həm  subyektlər  üçün  əlavə  məsrəf  və  xərc, 

həm də vaxt itkisidir. Bu həm də hesabatlar arasında eyni göstəricilərlə bağlı ziddiyətlərin ortaya 

çıxmasına  da  qapı  açan  praktikadır.  Qeyd  etmək  yerinə  düşərdi  ki,  əksər  hallarda  hesabatların 

təftiş  olunması  və  yoxlanılması  yalnız  Vergilər  Nazirliyi  tərəfindən  həyata  keçirilir.  Təcrübə 

göstərir ki, hesabatlar üzrə təftiş imkanının olması subyektləri göstərilən məlumatları düzgün və 

səhih  təqdim  etməyə  məcbur  edən  əsas  faktordur.  Əgər  nəzərə  alsaq  ki,  təftiş  rıçaqı  nə  Dövlət 

Statistika  Komitəsinin,  nə  də  digər  qurumların  əlində  mövcuddur  (VN  istisna  olmaqla),  bu 

zaman  həmin  qurumlara  təqdim  olunan  məlumatların  kefiyyətində  problemlər  olması  təbiidir. 

Həm  tədqim  olunan  hesabatların  sayının  azaldılması,  həm  də  onların  təftiş  imkanının  (VN 

tərəfindən)  əldə  əsas  vasitə  kimi  saxlanılması  üçün  iqtisadi  subyektlərin  vahid  hesabat  forması 

yaradıla  bilər.  Bu  zaman  iqtisadi  subyektlər  vahid  hesabat  formasını  hazırlayar  və  dövlət 

portalından həmin məlumatları sistemə yükləyə bilərlər. Belə olduqda müvafiq qurumlar həmin 

portaldan  zəruri  məlumatları  qəbul  edə,  onları  icmallaşdıra  və  emal  edə  bilərlər.  Qeyd  etmək 

lazımdır ki, belə praktikadan beynəlxalq təcrübədə geniş istifadə olunur. 

Digər  bir  məsələ  iqtisadi  və  maliyyə  fəaliyyətinin  uçota  alınması  ilə  bağlıdır.  Büdcənin 

kapital xərcləri də daxil olmaqla bir sıra göstəricilərin dinamikasının təhlili göstərdi ki, onların il 

ərzində volatilliyi yüksəkdir. Məqalədə rüblük göstəricilərdən istifadə etsək də, bu göstəricilərə 

xas  olan  yüksək  volatilliyi  azaltmaq  xeyli  çətindir.  Bunu  yalnız  ölkə  iqtisadiyyatının  gənc  və 

nisbətən  doymamış  iqtisadiyyat  olmasına  bağlamaq  xeyli  nikbin  səslənir.  Hesab  edirik  ki,  bu 

problem daha çox biznes subyektləri tərəfindən həyata keçirilən iqtisadi və maliyyə fəaliyyətinin 

uçota  alınması  ilə  bağlıdır.  Məsələn,  bununla  bağlı  bir  faktı  qeyd  etmək  kifayətdir  -  müvafiq 

göstəricilərin  aylıq  dinamikasında  daha  kəskin  volatillik  müşahidə  olunur  və  elə  təkcə  bu  fakt 

fəaliyyətin  uçota  alınmasında  problemlər  olduğunu  nümayiş  etdirir.  Çox  vaxt  aylıq  hesabat 

təqdim  edən  subyektlər  biznes  fəaliyyətinin  rübün  sonuncu  ayında,  rüblük  hesabat  verənlər  isə 

ilin  sonuncu  rübündə  baş  verdiyini  göstərirlər.  Bu  əksər  hallarda  onunla  bağlı  olur  ki,  biznes 

subyektləri  arasında  pul  və  maliyyə  hesablaşmaları  həmin  dövrlərə  təsadüf  edir.  Lakin  qeyd 

etmək  lazımdır  ki,  satılan  mal  və  xidmətlərin  uçota  alınma  dövrü  pul  və  maliyyə 



hesablaşmalarının  baş  verdiyi  tarixlər  kimi  yox,  onların  təqdim  edildiyi  tarixlər  kimi 

göstərilməlidir. Bütövlükdə, bu problem yalnız biznes fəaliyyəti ilə məşğul olan subyektlər üçün 

xarakterik  deyil,  eyni  problemi  hətta  büdcə  təşkilatlarının  hesabatlarından  da  görmək 

mümkündür (məsələn, büdcə xərcləri).  

Qeyd  etmək  yerində  düşərdi  ki,  əksər  hallarda  iqtisadi  subyektlər  öz  biznes  fəaliyyəti  ilə 

bağlı statistik məlumatların əhəmiyyətini tam qavramırlar. Ümumiyyətlə, sorğulardan da məlum 

olur  ki,  ölkədə  tanınmış  şirkətlər  nadir  hallarda  öz  iqtisadi  fəaliyyətini  əhatə  edən  əsas 

göstəricilər  üzrə  zaman  sıraları  formalaşdırır  və  onlar  üzrə  dinamik  yenilənən  və  müntəzəm 

istifadə olunan statistik məlumat bazası  yaradırlar. Hesab edirik ki, bu həm də biznes fəaliyyəti 

ilə məşğul olan şirkətlərin ictimai hesabatlılıq məsələsi ilə də əlaqəlidir. Qanunvericiliklə, birjada 

iştirak  edən  şirkətlər,  səhmdar  cəmiyyətlər,  kommerisya  bankları  və  dövlət  təşkilatları,  və  s. 

müntəzəm  hesabat  verməklə  mükəlləfdir.  Lakin  düşünürük  ki,  qanunvericiliklə  bütün  hüquqi 

şəxslərə  rüblük  hesabat  vermək  mükəlləfiyyəti  müəyyən  olunması  həm  onların  fəaliyyəti    ilə 

bağlı  şəffaflığı  artıracaq,  həm  də  onların  “qara  qutu”  olmaqdan  çıxmasına  və 

rəqabətqabiliyyətliliyini  yaxşılaşıdırmasına  təkan  verəcəkdir.  Digər  tərəfdən  bu  addım  həm  də 

onların  biznes  hesabatı  hazırlamaq,  göstəricilər  üzrə  zaman  sıraları  qurmaq,  biznes  faəliyyətini 

standard  hesabat  formasına  salmaq,  o  cümlədən,  göstəriciləri  dövr  ərzində  analiz  etmək 

vərdişlərini püxtələşdirəcəkdir. 

Yuxarıdakı  paraqraflarda  statistik  məlumlatlarla  bağlı  keyfiyyət  məsələsi  daha  geniş 

perspektivdən  təqdim  olunur.  Bununla  birlikdə,  biz  bu  məqalədə  apardığımız  təhlillər  və 

qiymətləndirmələr  zamanı  qarşılaşdığımız  məsələlərdən  də  söhbət  açmaq,  problemləri  bir  az 

spesifikləşdirmək  istəyirik.  Lakin  bizim  bu  addımımız  yuxarıda  sadalanan  məsələlərin 

əhəmiyyətini  azaltmaq  və  ya  onlara  xələl  gətirmək  məqsədi  güdmür.  Aydındır  ki,  biz  burada 

bütün statistik göstəriciləri təhlil edə, onlarla bağlı problemləri araşdıra bilmərik. Hesab edirik ki, 

bizim bir sıra  spesifik  nümunələrlə  üstündə  duracağımız məsələləri digər göstəricilərə  də  şamil 

etmək mümkündür. 

Əvvəlki fəsillərdə də bəhs olunduğu kimi bir sıra göstəricilərin dinamikasına nəzər saldıqda 

onların təməl iqtisadi proseslərlə bağlılığının zəif olduğu ortaya çıxır. Belə ki, bəzi göstəricilərin 

dinamikasından  dövr  ərzində  baş  verən  iqtisadi  prosesləri  oxumaq  xeyli  müşkül  məsələyə 

çevrilir. Qeyd edək ki, müxtəlif göstəricilər üzrə zaman  sıralarının qurulması həmin göstəricinin 

dinamikasında  mövcud  olan  anomaliyaları  və  ekstrim  qiymətləri  aşkarlamağa  xeyli  yardım 

göstərir.  Belə  zaman  sıralarının  qurulması  vasitəsi  ilə  bir  sıra  göstəricilərin,  məsələn,  sənaye 

istehsalı və ÜDM-in aylıq həcmlərində, həmçinin büdcə xərclərinin rüblük və aylıq həcmlərində, 

və  s.  mövcud  olan  anomaliyaları  görmək  mümkündür.  Yuxarıda  da  qeyd  olunduğu  kimi 

göstəricilərin  dinamikasındakı  belə  anomaliyalar  çox  vaxt  şirkətlərin  uçota  alma  təcrübəsi  və 

biznes  fəaliyyətinin  baş  vermə  dövrünün  rəsmiləşdirməsi  ilə  birbaşa  bağlılıq  göstərir.  Məsələn, 

sənaye  istehsalının  həcminin  hesabatlılığı  elektron  formada  portal  üzərindən  həyata  keçirilir. 

Şirkətlər aylıq hesabatlarını portal üzərindən təqdim etsə də, əvvəlki aylarda verdiyi hesabatlara 




düzəliş etmək imkanları yoxdur. Lakin düşünürük ki, şirkətlərin düzəliş və ya reviziya imkanının 

olması həmin göstəricilərin aylıq volatilliyini azaltmağa kömək edərdi.  

Ümumiyyətlə,  öncəki  illərin  təcrübəsi  göstərir  ki,  DSK-nın  düzəliş  və  reviziya  praktikası 

nadir hallarda müşahidə olunur.  Məsələn, ÜMD-in artım tempi ilə bağlı açıqlanan məlumatlara 

çox az düzəliş olunur. Belə praktika, ola bilər ki, ictimaiyyətdə müvafiq düzəlişlərə tolerantlığın 

aşağı  olması  ilə  bağlıdır  və  ya  ictimai  çaşqınlığın  qarşısını  almaq  məqsədi  güdür.  Lakin 

beynəlxalq  təcrübədə  statistik  göstəricilərə  reviziya  praktikası  çox  normal  hal  hesab  olunur. 

Məsələn,  ABŞ  təcrübəsinə  görə,  əsas  statistik  göstəricilərdən  biri  olan  ÜDM  rüblük  əsasda 

açıqlanır. Belə ki,  əvvəlki rübün ÜDM-i üzrə ilkin  göstərici  həmin rübdən sonrakı  birinci  ayın 

sonunda,  birinci  dəqiqləşdirmə  ikinci  ayın  sonunda,  ikinci  dəqiqləşdirmə  isə  üçüncü  ayın 

sonunda həyata keçirilir. Bundan başqa altı ay sonra bu göstərici bir daha reviziya olunur və bu 

proses bir də beş ildən sonra təkrarlanır. 

 Statistik  məlumatların  hazırlanması  zamanı  heç  də  az  əhəmiyyətli  məsələ  olmayan 

metodologiya məsələsini də qeyd etmək zəruridir. Həmin məlumatları hazırlayarkən DSK əksər 

hallarda  beynəlxalq  praktikanı  meyar  kimi  qəbul  edir  və  göstəriciləri  müvafiq  metodologiyalar 

əsasında  hesablayır.  Statistika  komitələrinin  istifadə  etdikləri  metodologiyaların  belə 

harmonizasiyası ölkələr arasında qarşılıqlı müqayisələrin və təhlilərin aparılmasına xidmət edir. 

BVF, Dünya Bankı, İİƏT və digər beynəlxalq təşkilatlar metodologiyaların belə harmonizasiyanı 

təşviq  edir  və  dəstəkləyirlər,  həmçinin  onlara  təqdim  olunacaq  hesabatların  həmin 

metodologiyalar  əsasında  hazırlanmasını  tələb  edirlər.  Məsələn,  DSK  bir  sıra  göstəricilərin 

(ÜDM, sənaye istehsalı, və s.) real artım tempini hesablayarkən beynəlxalq praktikada az təsadüf 

edilən metodologiyaya müraciət edir. DSK göstəricinin “dövrün dövrə” artım tempini göstərir və 

bu zaman baza dövrü bəzən sürüşərək aylara görə dəyişir, bəzən də illərə görə fərqlilik nümayiş 

etdirir.  Lakin  DSK  BVF-yə  hesabat  təqdim  edərkən  onun  tələbi  əsasında  ÜDM-i,  sənaye 

istehsalını,  və  s.  sabit  qiymətlərlə  (məsələn,  2005-ci  ilin  orta  qiymətləri  ilə)  hesablayır.

9

  Qeyd 



etmək  lazımdır  ki,  “dövrün  dövrə”  statistikası  və  müvafiq  metodologiya  bu  göstəricilər  üzrə 

kumulyativ  sıraların  qurulmasına  imkan  vermir.  Belə  olan  hallarda  həmin  göstəriciləri 

ekonometrik  modellərə  daxil  etmək  və  ya  beynəlxalq  müqayisələr  üçün  istifadə  etmək  xeyli 

çətinləşir.   

Hesab  edirik  ki,  DSK-nın  beynəlxalq  təcrübəyə  əsaslanaraq  sabit  qiymətlərlə  və  ya  sabit 

çəkilərlə indeks hesablamaq praktikasına tədricən keçid etməsi təqdirəlayiq haldır. Aydındır ki, 

köhnə  praktika  beynəlxalq  təşkilatlar,  həmçinin  model  qurucular,  empirik  tədqiqatlarçı  və 

təhlilçilər  üçün  çətinliklər  törədir.  Məsələn,  İQİ  göstəricisinin  hesablanması  Laspeyres  indeksi 

                                                           

9

  BVF-nin  ölkə  üzrə  2014-cü  il  oktyabr  hesabatında  milli  hesablar  sisteminin  harmonizasiyası  ilə  bağlı  hələ 



görüləcək bir sıra işlərin mövcud olduğu qeyd olunur: “Statistik məlumatların beynəlxalq standardlara uyğun olaraq 

toplanması  siyasət  qurucuları  və  investorların  daha  informativ  qərarlar  verməsinə  imkan  verəcəkdir.  BVF-nin 

texniki  yardımına  söykənən  müştərək  səylər  statistik  məlumatların  generasiyasını,  xüsusilə  milli  hesablar,  fiskal 

statistika  və  beynəlxalq  investisiya  vəziyyəti  ilə  bağlı  məlumatların  hazırlanmasını  yaxşılaşdırmağa  yardım 

edəcəkdir.” 



əsasında  həyata  keçirilir.  Lakin  istehlak  səbətinə  daxil  olan  mal  və  xidmətlərin  çəkiləri 

müntəzəm olaraq (ən azı illik əsasda) dəyişir. Belə olan halda İQİ-də baş verən dəyişmələr təkcə 

qiymət dəyişmələrini deyil, həm də çəki dəyişmələrini də əks etdirir. DSK çəki dəyişmələrini ev 

təsərrüfatları  sorğuları  əsasında  müəyyənləşdirdiyini  qeyd  etsə  də,  hesab  edirik  ki,  belə  çəki 

dəyişmələrinə müntəzəm müraciət olunması praktikası yenidən nəzərədən keçirilməlidir.   

Problemlər  yalnız  aqqreqatlaşımış  göstəriciləri  təhlil  etdikdə  ortaya  çıxmır.  Tam  tərsinə, 

həmin göstəricilərin alt komponentlərinin təhlili digər problemləri də işıqlandırmağa xidmət edir. 

Məsələn, ÜDM-in xərc metodu əsasında hesablanması BVF-nin tələbi əsasında həyata keçirilir. 

Bu  zaman  onun  alt  komponentlərinin  cari  qiymətlərlə  müvafiq  həcmi  göstərilir.  Həmçinin,  ev 

təsərrüfatlarının  istehlakı  da  müvafiq  metodologiya  əsasında  qiymətləndirilir.  Dünya  Bankı  ev 

təsərrüfatları  sorğusu  metodologiyasında  bir  sıra  problemlərin  mövcud  olduğunu  qeyd  edir. 

Məsələn,  müvafiq  hesabata  görə  ev  təsərrüfatlarının  istehlak  üzrə  Cini  əmsalı  “...  ölkələr  üzrə 

müşahidə  olunan  ən  kiçik  Cini  əmsallarından  biridir”.  Hesabatda  ev  təsərrüfatları  sorğusunda 

mövcud olan problemlər daha çox istifadə olunan metodologiyalara bağlanır. Qeyd etmək yerinə 

düşərdi ki, DSK ev təsərrüfatları ilə bağlı sorğuları təfsilatı ilə ictimaiyyətə açıqlamır. Belə ki, 

çox nadir hallarda tədqiqatçılar hər bir ev təsərrüfatı səviyyəsində məlumat bazasına çıxış imkanı 

əldə edirlər.

10

    



Qeyd etmək lazımdır ki, BVF-nin tələbi əsasında hesablanan göstəricilər müntəzəm qaydada 

təqdim  olunmur.  Düzdür,  DSK  daha  çox  köhnə  metodologiya  ilə  məlumatları  müntəzəm 

qaydada  təqdim  edir  və  daha  çox  buna  məsuldur.  Lakin  nəzərə  alsaq  ki,  beynəlxalq  qurumlar, 

tədqiqatçılar  və  model  qurucuları  bu  göstəricilərdən  müntəzəm  istifadə  edir,  bu  zaman  həmin 

göstəricilərin  nəşr  qrafiki  xüsusi  əhəmiyyət  kəsb  edir.  Xüsusilə,  siyasət  qurucularına 

əvəzolunmaz material təqdim edən proqnozlaşdırma işi məlumatların müntəzəm yenilənməsi və 

nəşr olunmasından əhəmiyyətli asılıdır.   

Ümumiyyətlə,  bu  məqalədə  apardığımız  müxətlif  qiymətləndirmələr  göstərdi  ki,  statistik 

göstərcilər  arasında  qarşılıqlı  asılılıqlar  zəifdir.  Həmçinin,  qeyd  olunduğu  kimi,  istifadə  olunan 

göstəricilərin  volatilliyinin  böyük  olması  proqnoz  intervallarının  da  əhəmiyyətli  genişləməsinə 

gətirib  çıxarır.  Təhlillər  göstərir  ki,  xüsusilə  son  dövrlərdə  bir  sıra  əsas  göstəricilərin 

proqnozlaşdırılabilmə  qabiliyyəti    xeyli  pisləşmişdir  (məsələn,  q/n  ÜDM,  inflyasiya,  və  s.). 

Bütün  bunlar  statistik məlumatlarla bağlı keyfiyyət  problemlərinə  işarə  edir və  göstərir ki,  belə 

əhəmiyyətli sahədə ciddi irəliləyişlərin əldə olunması üçün xeyli iş görülməlidir. 

Burada  xüsusilə  büdcəni  gəlir  və  xərc  göstəricilərini  vurğulamaq  yerinə  düşərdi. 

Gözləntilərin  əksinə,  qiymətləndirmələr  göstərir  ki,  bu  göstəricilərin  iqtisadi  fəaliyyətlə  əlaqəsi 

                                                           

10

  İlk  əvvəllər  DSK  və  Dünya  Bankı  ev  təsərrüfatları  sorğusunu  birgə  keçirirdi.  Bu  zaman  həmin  sorğuları  ev 



təsərrüfatları səviyyəsində və təfsilatlı əldə etmək imkanı mövcud idi. Son dövrlərdə DSK həmin sorğuları artıq özü 

təşkil  edir  və  ev  təsərrüfatları  səviyyəsində  məlumatları  ictimaiyyətə  açıqlamır.  Hesab  edirik  ki,  bu  məlumatlar 

konfidensial hesab oluna bilməz. Belə ki, həmin sorğuda iştirak edən hər bir ev təsərrüfatı kodlaşdırılır və bu zaman 

istifadəçilərin hər hansı şəxsi məlumatı əldə etmək imkanı yoxdur. 




zəifdir.  Buna  misal  olaraq  yuxarıda  da  qeyd  olunduğu  kimi  q/n  ÜDM-i  ilə  büdcənin  kapital 

xərcləri  arasında  qarşılıqlı  asılılıqların  olmamasını  göstərmək  olar.  Çox  təəccüblüdür  ki, 

büdcənin  kapital  xərclərinin  q/n  sektorunun  əsas  lokomativi  olmasını  güman  etməyimizə 

baxmayaraq  belə  nəzəri  asılılıqlar  müvafiq  statistik  göstəricilər  arasındakı  əlaqələrdə  öz  əksini 

tapmır.  Digər  tərəfdən  büdcə  xərclərinin  q/n  ÜDM-dən  asılılığı  da  zəifdir.  Belə  ki,  büdcə 

xərclərinin əsas gəlir mənbələrindən biri olan büdcənin vergi gəlirləri q/n ÜDM-dən zəif asılılıq 

nümayiş etdirir. Halbuki büdcə gəlirlərinin vergi bazası elə məhz q/n iqtisadi fəaliyyət sahəsini 

əhatə edən q/n ÜDM-dir. 

Hesab edirik ki,  statistik məlumatların  əhəmiyyətinin ictimaiyyət  tərəfindən anlaşılmasında, 

həmçinin  müvafiq  qurumlar  tərəfindən  onların  əhəmiyyətinin  anlatılmasında  da  problemlər 

mövcuddur.  Bu  nöqsanların  aradan  qaldırılması  üçün  hazırlanan  tədbirlər  paketi  subyektlərə 

statistik məlumat bazası ilə işləmək, hesabat hazırlamaq, müxtəlif göstəricilər üzrə zaman sıraları 

qurmaq,  və  s.  kimi  vərdişlərin  öyrədilməsi  və  onların  bu  sahədə  savadlılığının  artırılmasını 

qarşısına  məqsəd  qoymalıdır.  Ümumiyyətlə,  cəmiyyətdə  hesabatlılıq  vərdişlərinin  yaradılması, 

statistik  məlumatların  əhəmiyyətinin  və  şəffaflığın  təbliğ  olunması  statistika  qurumlarının 

qarşısında duran mühim vəzifələrdən biri hesab oluna bilər. 

Qeyd etmək istərdik ki, yuxarıda bəhs olunan məsələlər müvafiq qurumlar üçün göstəricilərin 

keyfiyyətinin  yaxşılaşdırılması  və  mövcud  metodologiyatların  təkmilləşdirilməsi  istiqamətində 

atılacaq addımlar və görüləcək işlər üçün ilkin çərçivə rolunu oynaya bilər. Lakin sonralar ölkə 

üzrə  statistik  məlumatların  keyfiyyətinin  yaxşılaşdırılması  üçün  geniş  platformada,  statistik 

hesabat  təqdim  edən  subyektlərin  və  qəbul  edən  qurumların  iştirakı  ilə  təfsilatlı  yol  xəritəsi 

hazırlana bilər. 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin