Ə. Q. Abbasov



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə97/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   93   94   95   96   97   98   99   100   ...   104
Yanma və partlayış. Yanma maddənin havanın oksigeni 
ilə birləşərək sürətlə gedən kimyəvi reaksiya olub, ətrafa istilik 
və  işığın  saçması  ilə  müşahidə  olunur.  Yanma  həmçinin  bir 
sıra  maddələrin  təkcə  oksigenlə  yox,  digər  reagentlərlə 
(məsələn, bromun, kükürdün, xlorun buxarları) birləşməsindən 
baş verə bilər. 
Yanma  prosesi  başlayandan  sonra,  alışmanın  daimi 
mənbəyi  bilavasitə  yanma  zonası  olub,  ordan  istilik  və  şüa 
formasında enerji ayrılır. 
Yanan  maddələr  kimi  müxtəlif  bərk  maddələr  (kömür, 
ağac,  kağız,  kauçuk,  kükürd,  steorin  və  s.,  mayelər  (neft, 
mazut,  kerosin,  benzin,  benzol,  toluol  və  s.)  və  qazlar 
(hidrogen, metan, propan və s.) tətbiq olunur. 
Bəzi  yanan    bərk  maddələr  qızdırıldıqda  buxarlanırlar 


153 
 
(kükürd,  stearin,  kauçuk).  Daş  kömür,  ağac,  kağız,  parçalar 
kimi  bərk  maddələr  qızdırıldıqda  qaz  halında  məhsullara  və 
bərk  maddəyə  (kömür)  parçalanır.  Bəzi  yanan  bərk  maddələr 
qızdırıldıqda ərimir və parçalanmır. Maye halında olan yanan 
maddələr qızdırıldıqda buxarlanır və yanma prosesində onların 
buxarları iştirak edir. 
Beləliklə,  yanar  maddələrin  əksəriyyəti  qızdırıldıqda 
qaz  və  ya  buxar  halına  keçir  və  hava  ilə  yanar  qarışıq  əmələ 
gətirir.  Yanar  qarışıqlar,  maye  və  bərk  halında  olan  yanar 
maddələrin  (benzin,  kerosin  və  s.)  havada  tozlanması  zamanı 
da yarana bilər. Yuxarıda qeyd etmişdik ki, yanar maddələrin 
əksəriyyəti  qaz  və  buxar  fazalarında  alınır.  Ona  görə  də 
maddələrin yanması alışma halından başlanır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin