Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 13,01 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix02.01.2022
ölçüsü13,01 Mb.
#1350
1   2   3   4   5   6   7   8   9   ...   31
Tibb Universitetində elmi-

praktik konfrans

Tibb  Universitetinin  Tədris  Terapevtik 

Klinikasında  Azərbaycan  Tibb  Universitetinin 

Kardioloji  Akademiyasının  (ATUKA)  növbəti 

toplantısı keçirilib.

Toplantını  giriş  sözü  ilə  açan 

Tədris  Terapevtik  Klinikanın  di-

rektoru,  professor  Surxay  Mu-

sayev zala toplaşmış və kardio-

logiya sahəsində müvəffəqiyyət 

qazanmış  hər  kəsi  salamla-

yaraq  tədbirə  olan  böyük  ma-

rağı  yüksək  qiymətləndirdi. 

O,  ATUKA­nın  qısa  zamanda 

cəmiyyətdə  özünə  mühüm  yer 

tutduğunu vurğuladı, həkimlərin 

tibb sahəsinin yeniliklərinə qar-

şı  böyük  marağını  alqışladığını 

söylədi.  Surxay  Musayev  bu 

günlərdə ölkəmizə səfərə gələn 

və əslən azərbaycanlı olan, ha-

zırda Amerika Birləşmiş Ştatlarında fəaliyyət 

göstərən  pulmonoloq,  professor  Əmir 

Şərəfxanini tədbir iştirakçılarına təqdim etdi. 

Tədris  Terapevtik  Klinikanın  Ürək­Damar 

Mərkəzinin  rəhbəri  dosent  Fərid  Əliyev  də 

çıxış  edərək  Azərbaycan  Tibb  Universite-

tinin  Kardioloji  Akademiyasının  yaranma 

tarixindən  və  yaradılma  məqsədindən  da-

nışdı. “Birlikdə müzakirə edək “ devizi altın-

da bu günədək 3 görüşün uğurla baş tutdu-

ğunu və günbəgün ATUKA­ya kardioloqların 

marağınının  artdığını  söylədi.  O,  bu  günkü 

toplantının “Yuxu apnesi” mövzusunda ola-

cağını, noyabr ayından etibarən isə 3 aylıq 

“aritmologiya 

məktəbinə” 

start veriləcəyini bildirdi.

    Məktəbdə  52  ayrı  möv-

zuda  dərslərin  keçiriləcəyini 

və  bu  günədək  keçirilmiş 

ən  uzun  müddətli  kurs  ola-

cağını  vurğuladı.  ATU­nun 

beynəlxalq  əlaqələr  üzrə 

prorektoru  dosent  Rəhimə 

Qabulova  da  tədbirə  böyük 

marağı  Tibb  Universitetinin 

uğuru adlandırdı və ölkəmizə 

ilk dəfə səfər edən professor 

Əmir Şərəfxaniyə uğurlar ar-

zuladı.

Əmir  Şərəfxani  də  öz  növbəsində 

Azərbaycana səfərindən çox məmnun oldu-

ğunu,  bu  cür  görüşlərin  davamlı  olmasının 

vacıbliyini  vurğuladı.    Qonaq  öz  çıxışında 

yuxu pozğunluqlarını pasiyentlərin müayinə 

nəticələri  üzərində  aparılmış  araşdırmalar-

la  diqqətə  çatdırdı.  Yuxu  pozğunluqlarının 

səbəblərini,  əlavə  risk  faktorlarını  açıqladı. 

Toplantı  yerli  həkimlərin  sualları  və  diskus-

siyaları ilə davam etdi.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin