DÜnyani bəSİRƏt göZÜ İLƏ GÖRƏn aşiq veysəL



Yüklə 62.29 Kb.
Pdf просмотр
tarix15.05.2017
ölçüsü62.29 Kb.

102 

 

AŞIQ YARADICILIĞI. АШУГСКОЕ ТВОРЧЕСТВО. ASHIG CREATIVE WORKS 



 

Maarifə Hacıyeva 

Azərbaycan Dövlət İqtisad Universiteti(Azərbaycan) 

 

DÜNYANI BƏSİRƏT GÖZÜ İLƏ 

GÖRƏN AŞIQ  VEYSƏL 

 

Açar sözlər:  Aşıq Veysəl, saz, söz, könül, məhəbbət 

 

XX əsr türk xalq poeziyasının böyük saz-söz sənətkarı Aşıq Veysəl 1894-cü ildə Sivasın 

Sarıkışla ilçəsinin Sırvalan kəndində anadan olmuşdur. Atasının adı  Əhməd, anasının adı  

Gülzar, soyadı isə Şatıroğludur. Erkən yaşlarında anasını itirən Veysəl 7 yaşında çiçək xəstəli-

yinə tutulur. Bu xəstəlikdən sol gözü görmür, sağ gözünə isə yavaş-yavaş pərdə gəlir. Bir gün az-

çox görən sağ gözünü bir ağacın budağı zədələyir və o, dünya işığından ömürlük məhrum olur. 

 

Gənc yaşımda fələk vurdu başıma



Aldırdı əlimdən iki gözümü. 



Yenicə çatmışdım yeddi yaşıma, 

Qeyb elədim baharımı, yazımı. 

 

Üç yüz onda



 gəlmiş idim cahana, 

Dünyanı görmədim mən qana-qana. 

Qədər böylə imiş çiçək bəhanə, 

Lövhü qələm qara yazmış yazımı. 

 

Veysələm, dünyaya mən niyə gəldim? 



Elə hey ağladım, nə zaman güldüm? 

Qəlbə təsəllimi özümdə buldum, 

Öz səbrimlə təskin etdim özümü. 

 

Veysəlin əkinçiliklə məşğul olan atası sazı-sözü sevən bir insan imiş. Onun evinə el sənət-



karları gəlirmiş. Əhməd kimi el aşıqlarının şeirlərini əzbər bilirmiş. Bu şeirləri oğluna da əzbər-

lətməyə, onu bu yolla ovundurmağa çalışır. Və günlərin birində oğluna saz alır. Bu saz onun hə-

yatının ən böyük sirdaşına çevrilir. Beləliklə, kiçik Veysəl dərdi-sərini bu sehrli sazla bölüşdürür

bütün varlığı ilə ona bağlanır. O, Əli ağadan saz dərsi almağa başlayır. 1919-cu ildə Aşıq Veysəl 

25 yaşında evlənir, lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Bir neçə il sonra həyat yoldaşı Əs-

ma altı aylıq bir qız uşağını da onun üstünə atıb gedir. 

Şeirlərinin birində aşıq bu etinasızlığı belə ifadə etmişdir: 

 

Məmləkətə dastan oldum, 



Qarım məni bəyənmədi. 

                                                 

 Məqalədəki şeirlər Aşıq Veysəlin Türkiyədə çap olunmuş “Deyişlər” (1944), “Sazımda səslər” (1950), “Dostlar məni xatırlasın” (1971) 



kitablarından götürülmüşdür. 

 1894 



103 

 

Yardan oldum, dostdan oldum, 



Yarım məni bəyənmədi. 

 

Nə söyləsəm «dəli» dedi, 



«Meyvə verməz çəli» dedi. 

Açma mənə qolu dedi, 

Sarım məni bəyənmədi. 

 

Bir müddət sonra aşıq 2-ci dəfə evlənir və bu evlilikdən 2 oğlu, 1 qızı dünyaya gəlir. 1933-



cü ildə Türkiyə Cümhuriyyətinin 10 illiyi münasibətilə aşıq Sıvasdan Ankaraya piyada gələrək, 

Ankarada bir müddət qəhvəxanalarda sazı və şeiri ilə tanınmağa başladı. 

1933-cü ildə onun şeirə, sənətə  dərindən bələd olan ziyalı Ahmet Kutsi Tecerlə tanışlığı 

həyatını bir növ dəyişdirir. Aşığın sonralar kənddə saz müəllimliyi etməsi, həyatına optimist 

əhval-ruhiyyə  gətirir. Bu vaxta qədər yalnız el aşıqlarının  şeirlərini oxuyan aşıq 1933-cü il 29 

oktyabrda ilk şeirini yazır. Bu şeir Türkiyə Cümhuriyyətinin 10 illiyi münasibətilə söylədiyi 

«Atatürkdür  Türkiyənin əhyası» şeiridir. 

Onun ilk şeir kitabı olan «Deyişlər» 1944-cü ildə  çap edilmişdir. Sonralar «Sazımda 

səslər» (1950), «Dostlar məni xatırlasın» (1971) adlı kitabları  nəşr olunur. Hələ sağlığında 

(1963-cü ildə) onun haqqında «Aşıq Veysəlin həyatı və şeirləri» adlı kitab da yazılır. 

1965-ci ildə Türkiyə Böyük Millət Məjlisi Aşıq Veysələ «Ana dilinə  və Milli Birliyə etdiyi 

xidmətlərinə görə» özəl bir qanunla maaş kəsir. 

Aşıq Veysəlin tədqiqatçılarının yazdığına görə, ömrünün sonlarına doğru həkimlər onun 

gözlərində  cərrahi  əməliyyat aparmaq istəmişlər. Aşıq Veysəl «Mən qəlbimin evində bütün 

qurğu-büsatı yerli-yerində olan möhtəşəm bir dünya yaratmışam. Gözümü açsanız, qorxuram o 

gözəl dünyadan əsər-əlamət görməyəm.  İstəmirəm, öz dünyamla məni baş-başa buraxın» - 

demişdi. Aşıq həmin düşüncəsini aşağıdakı şeirində də ifadə emişdir. 

 

Bir kiçik dünyam var içimdə mənim, 



Möhnətim, ziynətim mənə kafidir. 

Baxanlar dar görür, genişdir mənə, 

Söhbətim, ülfətim mənə kafidir. 

 

Artıq cəmiyyətin diqqət mərkəzində olan aşığın oxuduğu havalar sağlığında plastinkaya 



yazıldı, həyatı haqqında film də çəkildi. 

Aşıq 21 mart 1973-cü ildə doğulduğu Sıvralan kəndində  vəfat etmişdir. Məzarı  və ev 

muzeyi həmin kənddədir. Türkiyədə hər il Aşıq Veysəli anma törəni keçirilir. 

Gənc yaşlarında türk aşıqlarının şeirlərindən əzbər söyləyərək ad qazanan Aşıq Veysəl ilk 

şeirini 29 oktyabr 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 ili münasibətilə yazmışdır. 

«Atatürkdür Türkiyənin əhyası» misrası ilə başlanan bu şeirlə aşıq Türkiyə Cümhuriyyətinin 10 

ili münasibətilə    Sıvazdan Ankaraya qədər xalqla birlikdə piyada getmiş,  şeiri Ankarada 

söyləmiş, ondan sonra daha məşhurlaşmış, yeni şeirlər yazmışdır. 

1938-ci ildə «Atatürkün ölümünə» adlı  şeirində  də Atatürkün ölümünün böyük bir itki 

olduğunu, onun Türkiyə üçün etdiyi böyük işləri dilə  gətirmiş bu böyük insanın ölümünə 

dünyanın matəm tutduğunu ifadə etmişdir: 


104 

 

Ağlamayım Atatürkə, 



Bütün dünya qan ağladı. 

Süleyman olmuşdu mülkə, 

Gəldi əcəl, can ağladı. 

 

…Zənn etmə ağlayan gülməz, 



Aslan yatağı boş qalmaz. 

Yalnız gedən bir də gəlməz, 

Hər gələn insan ağladı. 

 

7 yaşından dünya işığına həsrət qalan Aşıq Veysəlin daxili aləmi heyrət  ediləcək dərəcədə 



zəngin və rəngarəng olmuşdur. Bir söhbətində «Gözlərimin işığını itirməsəydim saza və şeirə bu 

qədər həvəsim ola biləcəyini düşünmürəm» - demişdir. 

Gözləri görməsə də aşıq aydın və işıqlı bir könül dünyasının içindən dünyaya baxmışdır. 

Aşıq Veysəl təbiətdə  və  cəmiyyətdə olan gerçəkləri bu könül dünyasında sanki birər-birər 

görmüş və «gördükləri» bu «tapmacaları» bütün gözəllikləri ilə şeirə gətirmişdi. 

 

Dürlü-dürlü irənglərə boyanmış, 



Yaşıl yarpağıyla döşəli dağlar. 

Geyinmiş, qurşanmış gəlin misallı, 

Gülümsər üzünə nəşəli dağlar. 

 

Təbiətə  və onun gözəlliklərinə  ən ülvi münasibəti onun «İnləyər», «Meşə», «Ağaclar», 



«Adalar», «Dağlar», «Yaz səhəri», «Oyanış», «Səhərlər oyanar gülün zarından», «Bəsərək 

dağı», «Qara torpaq» kimi şeirlərində görmək olar. 

Təbiəti fəhmlə duyan Aşıq Veysəl şeirlərinin birində çiçəklərin dili ilə onların gözəlliyini 

və  təbiətdən olan «narazılığı»nı ifadə edir, təbiətin gözəlliyini gözləri ilə görən  şairlər qədər 

çiçəklərin səsini duyur, çiçəklərlə söhbətləşir: 

 

«…Sünbül der ki,mən əlayam, 



Yigit başına bəlayam». 

Məndən əla çiçək varmı? 

 

Lalə isə boynu əyri olduğundan şikayətçidir:  



 

Lalə der ki, be hey Tanrı, 

Mənim boynum nədər əyri? 

Yardan ayrı düşdüm qayrı, 

Məndən əla çiçək varmı? 

 

Təbiəti bütün qurğu-büsatı ilə iç dünyasında yaşadan Aşıq Veysəlin «Səs verir» adlı şeirində 



təbiətin nizamında sanki təbiətin hər bir varlığı digərini dinləyir, biri o birinin sədasına səs verir: 

Səhərdə açılır güllərin xası, 

Sarı çiçək yaylaların libası. 

Yarpaq səsi, qavul səsi, su səsi, 

Sellər səda verir, çağlar səs verir. 


105 

 

 



Aşıq Veysəl «Qara torpaq» şeiri ilə türk xalq ədəbiyyatında «torpaq şairi» kimi qiymət-

ləndirilib. Türkiyənin Avropadakı İnsan Haqları Komisyonunun hakimi professor Kamal Fikrət 

Arık 1965-ji ildə Londondan  xəstəxanadan Aşıq Veysələ məktubunda belə yazırdı: «Fəqət bil 

ki, sən bu yalnız, qaranlıq xəstəxana odalarında məni səsinlə, deyişlərinlə ümidləndirirsən. Səndə 

yurdumun havasını, yelini, ümidini, gücünü tapıram. Çıl-çılpaq, boz dağlar, boş odalar, kasıb 

kəndlərinin iç zənginliyini, əxlaq üstünlüyünü, bütün çarəsizliklərlə savaşaraq yaşama əzmini – 

sən bütün bunları «Qara torpaq»da nə ustalıqla, nə üzdən anlatdın». 

Təbiətin ən böyük möcüzələrindən olan torpaq Aşıq Veysələ görə, ən sadiq dost, ən vəfalı 

gözəl, ən bərəkətli parça,  insanlara Haqdan  verilmiş comərdliyə sahib gizli xəzinədir. İnsanların 

yaralarına məlhəm olan, onların bütün ehtiyaclarını qarşılayan, ona bütün maddi nemətləri verən, 

yeri gələndə qüsurlarını gizlədərək onu sədaqətlə bağrına basan da qara torpaqdır: 

 

… Qoyun verdi, quzu verdi, süd verdi, 



Yemək verdi, çörək verdi, ət verdi. 

Qazma ilə döyməyincə qıt verdi, 

Mənim sadiq yarım qara torpaqdı. 

 

…Qarnın yardım qazmayınan, belinən, 



Üzün yırtdım dırnağınan, əlinən. 

Yenə məni qarşıladı gülünən, 

Mənim sadiq yarım qara torpaqdı. 

 

…Havaya baxarsam – hava alaram, 



Torpağa baxarsam – dua alaram. 

Torpaqdan ayrılsam, harda qalaram? 

Mənim sadiq yarım qara torpaqdı. 

 

…Bütün qüsurumu torpaq gizləyir, 



Məlhəm qılıb yaralarım düzləyir. 

Qolun açmış yollarımı gözləyir, 

Mənim sadiq yarım qara torpaqdı. 

 

Aşıq Veysəl qan-qada saçan müharibələrə qarşı olmuş, insanları sülhə, əmin-amanlığa ça-



ğıran şeirlər yazmışdır. O, İkinci Dünya müharibəsinin dəhşətlərini fəhmlə hiss edir, müharibə-

nin dünyanın məcrasını dəyişdiyinə qarşı etirazını bildirən şeirlər yazırdı: 

 

Ey dünya, kimsəyə yar olman, yürü, 



Gedənlər gediyor, gəlmiyor geri. 

Göylərdə bəklərdik yağmuru, qarı, 

İndi göydən yerə atəş eniyor. 

 

Aşıq Veysəlin poeziyasında möhtac insanlara yardım etmək, oxumağa ehtiyacı olan gənc-



lərin təhsil almasına çalışmaq kimi xeyirxah işlərə qoşulmaq kimi humanist fikirlər mövcuddur: 

 


106 

 

Dəstəklə fağırı, oxut yetimi, 



Bu xeyirlər dinimizə kötümü? 

 

Aşıq Veysəl poeziyasında məhəbbət mövzusunda söylənmiş poetik nümunələr çoxdur. 



«Əgər görsə idim, göz ilə səni», «Ala gözlü xalı dilbər», «Neylərəm», «Xəyal mənə yaxın, yar 

mənə uzaq», «Sənin yolunda», «Bu məndəki eşq olmasa», «Sən olmasan», «Mənim», «Olamma-

dım» kimi şeirləri onun məhəbbət dünyasının bir gülüstanıdır. Aşıq bu şeirlərində  məhəbbəti 

özünə xas meyar, bir başqa incəlik, özəllik və duyğu ilə dilə gətirir: 

 

Gözəlliyin on para etməz, 



Bu məndəki eşq olmasa. 

Əylənəcək yer bulaman, 

Könlümdəki köşk olmasa. 

 

Gözəl üzün görülməzdi, 



Məndə bu eşq dirilməzdi. 

Gülə qiymət verilməzdi, 

Aşiq və məşuq olmasa. 

 

Səndən aldım bu fəryadı, 



Bu imiş dünyanın dadı. 

Anılmazdı Veysəl adı,  

O sənə aşiq olmasa. 

 

Aşıq Veysəl də görən, danışan, vüsala yetmək istəyən bütün aşiqlərə bənzəyir: 



 

Əlindən bir badə içdim, 

Dürlü-dürlü dərdə düşdüm. 

Cümlə varlığımdan keçdim, 

Sənin yolunda-yolunda. 

 

Sənə uzanan əl oldum, 



Gah aqil, gah dəli oldum. 

Acizanə Veysəl oldum, 

Sənin yolunda-yolunda. 

 

Aşığın gözü görməsə  də insan oğlunda yaşayan təmiz bəşəri duyğuları bütün təlatümü, 



əzabı və çətinliyi ilə yaşayır: 

 

…Quş olsan da qurtulmazdın əlimdən, 



Əgər görsə idim göz ilə səni. 

 

Aşığın könlü onun qaranlıq dünyası üzərində  qələbə çalır. Gözələ tamaşa üçün gözünə 



deyil, sazının telinə vurub könlünə müraciət edir: 

 

 



107 

 

Dəli könül, nə gəzirsən, 



Gəzə-gəzə yorulmanmı? 

 

Aşıq Veysəlin şeirlərində könül insanın ən böyük sarayıdır. Bu sarayın min bir qapısı var. 



Bu qapılar hər zaman açılmaz və çağrılmayanlar bu sarayda gəzə bilməz. Ona görə  də  Aşıq 

könlünə nəsihət etməyə, könlünü ovundurmağa başlayır. 

 

Könül, sənə nəsihətim, 



Çağrılmazsan varma, könül. 

Səni sevməzsə bir gözəl

Bağlanıb da durma, könül. 

 

Aşıq Veysəlin  şeirləri Türk dilinin şəhd-şəkərini özündə  əks etdirən canlı xalq dilində 



yazılmışdır. Canlı danışıq dilinin hər cür poetik imkanları onun misralarına süzülüb gəlmişdir: 

 

Məni xor görmə qardaşım, 



Sən altunsan, mən tuncmuyam?! 

Eyni vardan var olmuşuq, 

Sən gümüşsən, mən sacmıyam?! 

Nə var isə səndə, məndə, 

Eyni varlıq bir bədəndə. 

Yarın məzara gedəndə, 

Sən toxsan da, mən acmıyam?! 

və ya 


Söylər Veysəl dediyindən vaz keçməz, 

Bulanıq çeşmədən kimsə su içməz. 

Qanadı olmasa, quşlar da uçmaz, 

Hamımız bir yurdun övladlarıyıq. 

 

…Tülkü kölgəsində Aslan gizlənməz, 



İgidin kölgəsi özündən olar. 

 

Səni görsəm qırılmazmı, 



Dillərimin bağı mənim?! 

 

Məlumdur ki, tarixin ən qədim dövrlərindən dünyanın bir sıra  əraziləri kimi Anadolu  



coğrafiyası da bir çox zəlzələlərə məruz qalmışdır. 1939-cu ildə Ərzincanda baş verən və 32 min 

insanın həyatını itirdiyi bu zəlzələ Aşıq Veysəlin də yaradıcılığında iz buraxmış, «Ərzincan» adlı 

şeirində bu zəlzələnin ağrı-acısını dilə gətirmişdir: 

 

Sam dəymiş də bağlar tökmüş xəzəli, 



Hanı xarab olmuş Keşan, Ərzincan. 

Neçə igidləri, neçə gözəli, 

Fələyin toruna düşən Ərzincan. 

 

 



108 

 

Bahar gəlir güllər açmaz bağında, 



Kainat uykuda hər yatağında. 

Bir səhər vaxtında, uyku çağında, 

Fəryadı dağlardan aşan Ərzincan. 

 

Onun  şeirlərində taledən  şikayət motivləri də çox güclüdür. Hər nə  qədər özü üçün 



yaratdığı bir kiçik dünyasından razı olsa da, taleyin yazısına etirazını,  şikayətini «fələk məni 

qəmlə  doyurdu» şəklində ifadə edir: 

 

Zalım fələk məni qəmlə doyurdu, 



Dost-aşnadan, nazlı yardan ayırdı. 

 

Aşıq fələyin qeyri-bərabər bölgüsünə də etiraz edərək: 



 

Kiminə at verib etdirər gəzər, 

Kiminə eş verib coşdurar gəzər. 

Kiminə mal verib, qoşdurar gəzər, 

Sanki məni zəngin etmək zor kimi. 

 

Bir qisminə yayla vermiş, köy vermiş. 



Bir qisminə böyük-böyük pay vermiş. 

Sevdiyinə gözəllikdə boy vermiş, 

Al yanaqlar şölə verir nur kimi. 

 

Birinin ağlı yox, dəli-divanə, 



Bir qismi möhtacdır acı soğana. 

Bir qismini zəngin etmiş yan-yana, 

Kimisinin qəlbi yanır qor kimi. 

 

Kiminə saz vermiş çalar, əylənər, 



Kimi zövq içində gülər, əylənər. 

Veysəl göz yaşını silər, əylənər, 

Yetər daha yumma gözün kor kimi. 

 

Aşıq Veysəl Məmməd Aslanın təbiri ilə desək «Türk xalq şeirinin indilik sonuncu azman 



sənətkarıdır». Onun şeirlərində vətəndaşlıq düşüncələri, türkçülük ideyaları çox yüksəkdir. Vətən 

torpağı uğrunda şəhidliyi ən yüksək zirvə bilən Aşıq Veysəl: 

 

İstərdim dünyada düşmənlə savaş



Millətimə qurban gedəydi bu baş. 

Nəsibim deyilmiş şəhidlik, qardaş, 

İmanım, niyyətim mənə kafidir. 

 

Türk olduğu, türk adını daşıdığı üçün «Türk adı babamdan mənə mirasdır» - deyən aşıq bu 



adı  dünyanın səltənətinə belə  dəyişmədiyini, vətənin, millətin ona ən böyük miras olduğunu 

iftixarla dilə gətirir: 



109 

 

İstəməm dünyanın səltənətini, 



Süslü geyimini, ərəb atını. 

Bilirsən türklüyün var qiymətini, 

Vətənim, millətim mənə mirasdır. 

 

«Türkük, türkü çağırınız» şeiri də eyni düyğu və düşüncə ilə yazılmışdır: 



 

Dünya dolsa şarkı ilə, 

Türküz, türkü çağırırız. 

Yola getmək korkuyulan, 

Türküz, türkü çağırırız. 

 

Su başında, sulaqlarda, 



Türkün səsi qulaqlarda. 

Beşiklərdə, bələklərdə, 

Türküz, türkü çağırırız. 

 

İman sahibi olan Aşıq Veysəlin aşağıdakı anlamlı misraları da çox diqqətəlayiqdir: 



 

…Yezit nədir, nə qızılbaş, 

Deyilmiyik biz bir qardaş? 

Bizi yaxar bizim atəş, 

Söndürməkdir tək çarəsi. 

 

Başqa bir şeirində isə: 



 

Bu aləmi yaradan bir, 

Odur külli şeyə qadir. 

Alevi, sünnilik nədir? 

Mənfəətdir varvarası- demişdir. 

 

Milli birlik, bərabərliyi ən böyük amalı bilən aşıq «Hamımız bir yurdun övladlarıyıq» deyə 



türklərin arasında çaxnaşma salmaq istəyənlərin yanlış yolda olduğunu ifadə edir: 

 

…Birləşirik bir bayrağın altında, 



Biz türklərin ikilik yox zatında. 

Yanıb tutuşuruq doğma vətəndə, 

Hamımız bu yurdun övladlarıyıq. 

 

Göründüyü kimi, «dünyanı görmədim mən qana-qana» deyən aşıq onu bəsirət gözü ilə 



görmüş, qəlbində bütün qurğu büsatı yerli-yerində olan bir kiçik dünya yaratmışdır. 

 

 



 

110 

 

Маарифа Гаджиева 



АГЭУ(Азербайджан) 

 

АШУГ ВЕЙСАЛ, ВИДЯЩИЙ МИР ВООЧИЮ 

 

РЕЗЮМЕ 

 

В  статье  говорится  о  жизни  и  творчестве  выдающегося  турецкого  творца  Ашуга  Вейсала 

Шатыроглу. Будучи слепым, он своим внутренним миром внес вклад  в искусство саза и слова и 

сумел  завоевать  сердца  поклонников  его  творчества.  Также  здесь  изучаются  стихи  ашуга  с 

нескольких позиций.    

Ключевые слова:Ашуг Вейсал, саз, слово, душа, любовь 

 

 

Maarifa Hajiyeva 

 Azerbaijan State Economic University(Azerbaijan) 

 

ASHUG VEYSAL, THE SEEING WORLD PERSONALLY 

 

SUMMARY 

 

In the article has spoken about a life and creativity of outstanding Turkish creator Ashug Veysal 

Shatyroglu. Being blind, he with the private world has brought the contribution to art of saz and words 

and has managed to win hearts of admirers of its creativity. In addition, here are studied verses of ashug 

from several positions.  

Keywords: Ashug Veysal, saz, a word, soul, love 

 

 



 

              

 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə