Dünya: iradə və təsəvvür kimi



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

bilavasitə idrakda deyil, vasitəli (onun öz məxsusi hadisəsi kimi) 

idrakda,  yəni  birtərəfli  olaraq,  yalnız  bir  təsəvvür  olaraq 

verilmişdir. Yalnız öz məxsusi hadisələrinə tamamilə oxşar olan 

hadisələrdə, insanlarda və həm də heyvanlarda o, onların daxili 

mahiyyəti  olan  elə  həmin  iradəni  görəcəkdir,  bitkini  hərəkətə 

gətirən  və  yaşadan  qüvvədə  də,  kristalı  quran,  maqniti  şimala 

yönəldən, müxtəlifcinsli metallarla toqquşma zamanı onu zərbə 

ilə qarşılayan, maddi cisimlərin bir-birini cəzb etməsində və dəf 

etməsində  də,  ayrılması  və  birləşməsində  də  və  nəhayət,  daşı 

yerə  doğru  çəkən  və  yeri  günəşə  doğru  çəkən,  bütün 

materiyaya  xas  olan  qüdrətli  cazibədə  də  tanımağa  gətirib 

çıxaracaqdır,  –  bütün  bunlar  onun  tərəfindən  yalnız  hadisədə 

müxtəlif  olan  kimi,  öz  daxili  mahiyyətində  isə  eyni  olan  kimi 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qəbul ediləcəkdir, bu ona bilavasitə olaraq yaxından məlumdur, 



o  özünü  ən  aydın  bir  şəkildə  aşkarladıqda  iradə  adlanır.  Yalnız 

düşüncənin  təsiri  ilə  biz  daha  hadisədə  dayanmırıq  və  özündə 



şeyə  keçirik.  Hadisə,  təzahür,  təsəvvür  deməkdir  və  başqa  heç 

nə deyildir, hansı qəbildən olursa- olsun, hər hansı təsəvvür, hər 

hansı  obyekt,  təzahür  hadisədir.  Amma  özündə  şey  –  yalnız 

iradədir  və  bu  statusda  o,  əsla  təsəvvür  deyildir,  nəsə  toto 



generedir,  ondan  fərqlidir:  odur  ki,  hər  hansı  bir  təsəvvür,  hər 

hansı  bir  obyekt  onun  təzahürü,  onun  görüntüsü,  onun 

obyektliyi  olaraq  çıxış  edir.  O,  bir  bütöv  kimi  hər  cür  xüsusinin  

əzəli,  nüvəsidir;  o,  təbiətin  hər  bir  kortəbii  fəaliyyət  göstərən 

qüvvəsində təzahür olunur, o, insanın düşünülmüş fəaliyyətində 

də  təzahür  olunur:  onlar  arasında  böyük  fərq  yalnız  təzahür 

dərəcəsinə aiddir, təzahür olunanın mahiyyətinə aid deyildir.  

 

§ 22 



Bu  özündə  şey  (Kant  terminini  sabit  formul  olaraq 

saxlayaq),  bu  statusda  heç  bir  vaxt  obyekt  olmur  (çünki  hər 

hansı  obyekt  artıq  onun  özü deyildir,  yalnız  onun təzahürüdür, 

bu  şey  hər  halda  obyektiv  olaraq  düşünülə  bilən  olmaq  üçün 

hansısa  obyektdən,  obyektiv  olaraq  verilmiş  nədənsə,  deməli, 

öz təzahürlərinin hansındansa özünə ad və anlayış götürməli idi; 

amma  sonuncu  izah  edici  məqam  olmaqdan  ötrü  onun  bütün 

təzahürlərindən  ən  mükəmməli,  yəni  ən  aydını,  ən  çox  inkişaf 

etmişi,  idrakın  gücü  ilə  bilavasitə  olaraq  ən  çox  işıqlandırılmışı 

olmalıdır: belə bir statusda məhz insan iradəsi çıxış edir. Amma 

qeyd  etmək  lazımdır  ki,  biz,  əlbəttə  ki,  yalnız  denominatio  a 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

potiori-dən  istifadə  edirik,  bunun  da  nəticəsində  iradə  anlayışı 



bu vaxta qədər malik olduğundan daha böyük həcm əldə edir.  

Müxtəlif 

hadisələrdə 

eyniyyətin 

və 

oxşarlarda 



müxtəlifliyin  dərk  olunması,  Platonun  tez-tez  qeyd  etdiyi  kimi, 

fəlsəfənin şərtidir. Amma təbiətdə hər bir səy edən və fəaliyyət 

göstərən  qüvvənin  mahiyyətinin  iradə  ilə  eyniyyəti  bu  vaxta 

qədər dərk olunmamışdır və buna görə də eyni qəbildən olanın 

müxtəlif  növlərini  təşkil  edən  cürbəcür  hadisələr  belə  hesab 

edilməmişdir, ayrıcinsli kimi qiymətləndirilmişlər: elə buna görə 

də,  cins  anlayışını  işarə  etmək  üçün  söz  olmamışdır.  Bu 

səbəbdən də, mən bütün cinsi onun növlərinin ən görkəmlisinə 

görə  adlandırıram,  onun  dərk  olunması  bizə  ən  çox  yaxın  və 

bilavasitə olandır, onun bütün digər növlərinin dərk olunmasına 

aparıb  çıxarır.  Beləliklə,  çıxılmaz  anlaşılmazlığın  hakimiyyəti 

altına o kəs düşərdi ki, o, anlayışın burada tələb olunan tərzdə 

genişləndirilməsini  yerinə  yetirə  bilmirdi  və  iradə  sözü  altında 

həmişə  yalnız  bir,  bu  vaxta  qədər  anlaşılan  növü,  yəni  idrakla 

müşayiət  olunan  və  müstəsna  dərəcədə  motivlərin  təsiri  ilə  və 

hətta yalnız abstrakt motivlərin təsiri ilə, yəni zəkanın rəhbərliyi 

altında  aşkar  olan  iradəni  başa  düşmüş  olardı;  halbuki,  artıq 

deyildiyi  kimi,  bu,  iradənin  yalnız  ən  aydın  təzahürüdür.  Məhz 

bu  təzahürün  bizə  bilavasitə  olaraq  məlum  olan  daxili 

mahiyyətini  biz  fikrən  ayırmalıyıq  və  sonra  onu  həmin 

mahiyyətin  getdikcə  daha  zəif,  daha  az  dərəcədə  aşkar  olan 

təzahürlərinə  keçirməliyik  və  bununla  da,  biz  iradə  anlayışının 

tələb olunan genişləndirilməsini yerinə yetirmiş olarıq.  

Əksinə  olaraq,  iradəni  son  nəticədə  şəxssiz  olaraq 

anlayan,  bütün  hadisələrin  bu  daxili  mahiyyətini  iradə  və  ya 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

hansısa başqa sözlə adlandırmağın təfavütü olmadığını düşünən 



kəs də məni səhv başa düşmüş olardı. Həqiqətən də, əgər biz bu 

özündə  şeyin  mövcudluğu  barədə  yalnız  mücərrəd  mühakimə 

yürütsəydik  və  beləliklə,  onu  müstəsna dərəcədə  dolayı olaraq 

və  yalnız  in  abstracto  dərk  etsəydik,  onda  belə  olmuş  olardı: o 

zaman,  əlbəttə  ki,  bu  özündə  şeyi  necə  istəsən  adlandırmaq 

olardı,  bu  halda  ad  sadəcə  olaraq  məchul  kəmiyyətin  işarəsi 

olmuş  olardı.  İndiki  halda  isə  bizə  təbiətdəki  hər  bir  şeyin  gizli 

mahiyyətini  açmalı  olan  iradə  termini  bir  sehrli  söz  olaraq 

qətiyyən,  əsla  məchul  kəmiyyəti  deyil,  əqli  nəticələrlə  əldə 

edilmiş nəyisə deyil, tamamilə bilavasitə olaraq dərk edilmiş və 

bizim  ən  yaxşı  bildiyimizi  və  başa  düşdüyümüzü  bildirir.  Biz  öz 

iradəmizi  hər  hansı  başqa  bir  şeydən  daha  yaxşı  tanıyırıq  və 

daha yaxşı başa düşürük.  

Bu  vaxta  qədər  iradə  anlayışını  qüvvə  anlayışının  altına 

gətirtmişlər, mən isə bunun əksini edirəm və təbiətdəki hər bir 

qüvvəni  iradə  kimi  anlamaq  istəyirəm.  Qoy  düşünməsinlər  ki, 

bu, sözlər barədə mənasız mübahisədir: bütün bunlar ən yüksək 

dərəcədə  vacib  və  mühümdür.  Zira  son  nəticədə  qüvvə 

anlayışının  əsasında,  hər  hansı  digər  anlayışın  əsasında  olduğu 

kimi obyektiv dünyanın əyani olaraq dərk olunması, yəni hadisə, 

təsəvvür  yatır  ki,  bu  anlayış  da  elə  buradan  götürülmüşdür.  O, 

əyani təsəvvür  sahəsindən,  yəni  o  sahədən,  mücərrədləşmişdir 

ki, burada səbəb və təsir hökmrandır və o məhz səbəbin səbəb 

kimi mövcudluğu mənasını verir, – o nöqtədə ki, bu mövcudluq 

orada  sonrakı  etioloji  izaha  qətiyyən  yatmır,  onun  özü  isə  hər 

hansı  etioloji  izahın  müqəddiməsi,  müqəddəm  şərti  kimi  çıxış 

edir.  Əksinə,  iradə  anlayışı  mümkün  olanlardan  yeganəsidir  ki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

öz mənbəyinə, sadəcə olaraq, hadisədə, əyani təsəvvürdə malik 



deyildir,  öz  başlanğıcını  daxildən,  hər  bir  kəsin  bilavasitə 

şüurundan  götürür,  o  şüurdan  ki,  hər  bir  kəs  burada  öz 

fərdiliyini onun varlığında dərk edir, bilavasitə olaraq, hər hansı 

bir  formanın  xaricində,  hətta  subyektin  və  obyektin 

formasından  da  xaricdə,  o  özü  bu  şüurdur,  zira  burada  dərk 

edən və dərk olunan bir-biri ilə uyuşur.  

Buna  görə  də,  qüvvə  anlayışını  iradə  anlayışına  aid 

edərək, biz əslində daha az məlum olanı sonsuz dərəcədə daha 

çox  məlum  olana,  əslində,  bizə  yeganə  olaraq  həqiqətən, 

bilavasitə  və  mükəmməl  olaraq  məlum  olana  aid  edirik  və  öz 

idrakımızı genişləndiririk. 

Bu  vaxta  qədər  edildiyi  kimi  iradə  anlayışını  qüvvə 

anlayışına aid etməklə isə, biz yeganə bilavasitə idrakdan imtina 

edirik,  o  idrakdan  ki,  dünyanın  daxili  mahiyyəti  barədə  biz 

həmən o idraka malikik, onu hadisədən mücərrədləşmiş anlayış 

içərisində əritdikdə isə, belə bir anlayışla biz heç bir vaxt hadisə 

sərhədindən kənara çıxa bilmərik.  

 

§ 23 



İradə  özündə  şey  olaraq  öz  təzahüründən  tamamilə 

fərqlidir  və  onun  bütün  formalarından  tamamilə  azaddır,  bu 

formaları  o,  yalnız  təzahür  olunduğu  zaman  qəbul  edir  ki,  bu 

formalar  elə  buna  görə  də  onun  yalnız  obyektliliyinə  aiddir, 

onun özünə isə yaddır. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Hər hansı bir təsəvvürün ən ümumi formasının, subyekt 



üçün obyekt formasının artıq ona aidiyyəti yoxdur; ona daha az, 

onlar  bu  sonuncuya  tabe  olan  və  öz  ümumi  ifadəsini  əsas 

qanununda tapan, o formaların aidiyyəti vardır; buraya məlum 

olduğu  kimi, həmçinin zaman  və  məkan da  və  deməli, həm də 

yalnız  onların  sayəsində  mövcud  olan  və  mümkün  olan  çoxluq 

da  aiddir.  Bu  sonuncu  münasibətdə  mən  zamanı  və  məkanı 

köhnə,  əsl  sxolastikadan  alınmış  principium  individuationis 

termini  ilə  adlandıracağam  və  xahiş  edirəm  ki,  bunu  həmişəlik 

nəzərə  alasınız.  Zira  yalnız  zamanın  və  məkanın  sayəsində  öz 

mahiyyətinə  və  anlayışına  görə  eyni  və  vahid  olan  müxtəlif  və 

çoxluq  kimi  bir-birinin  yanında  üzə  çıxır:  deməli,  zaman  və 

məkan  Suaresdə  toplanan  bu  qədər  sxolastik  müdriklik  və 

mülahizələrin predmeti- principium individuationisdir,  (Disp. 5, 

sect. 3).    

Deyilənlərə uyğun olaraq, iradə özündə şey kimi özünün 

bütün  şəkillərində  əsas  qanuni  sferasının  xaricində  durur  və  o, 

buna  görə  də,  əsasdan  tamamilə  məhrumdur,  baxmayaraq  ki, 

onun  hər  bir  təzahürü  sözsüz  olaraq  əsas  qanununa  tabedir. 

Bunun  ardınca  qeyd  etmək  lazımdır  ki,  o,  hər  hansı  bir 

çoxluqdan  azaddır,  baxmayaraq  ki,  onun  zamanda  və 

məkandakı  təzahürləri  saysız-hesabsızdır;  onun  özü  vahiddir, 

amma  vahidliyi  yalnız  mümkün  çoxluğun  kontrastından  dərk 

edilən  bir  obyekt  kimi  yox,  yalnız  çoxluqdan  mücərrədləşmə 

vasitəsilə  meydana  çıxan  anlayışının  vahidliyi  kimi  yox:  iradə 

zaman və məkan xaricində olan kimi  principium individuationis-

in,  yəni  çoxluq  imkanının  xaricində  qalan  kimi  vahiddir.  Yalnız 

iradənin təzahürlərinin və müxtəlif manifestasiyalarının sonrakı 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

icmalından  bütün  bunlar  bizim  üçün  tamamilə  aydın  olduqları 



zaman və yalnız o zaman biz Kant təliminin mənasını tamamilə 

başa  düşəcəyik,  biz  başa  düşəcəyik  ki,  zaman,  məkan  və 

səbəbiyyət  özündə  şeyə  məxsus  deyillər,  yalnız  idrak 

formalarıdır. 

İradənin əsasa malik olmamasını o yerdə həqiqətən dərk 

etmişlər  ki,  orada  o,  insan  iradəsi  olaraq  ən  aşkar  bir  şəkildə 

təzahür  olunur  və  orada  onu  azad,  müstəqil  adlandırmışlar. 

Amma  bu  zaman  iradənin  özünün  əsasa  malik  olmaması 

ucbatından  onun  təzahürlərin  hər  yerdə  tabe  olduğu  zərurəti 

gözdən  qaçırmışlar  və  əməlləri  azad  elan  etmişlər,  əslində  isə, 

azad  əməl  yoxdur,  belə  ki,  hər  hansı  bir  ayrıca  əməl  ciddi  bir 

zərurətlə  motivin  xarakterə  təsirindən  irəli  gəlir.  Hər  hansı  bir 

zərurət – artıq deyildiyi kimi, nəticənin əsasa olan münasibətidir 

və qətiyyən bundan başqa bir şey deyildir. Əsas qanunu – bütün 

hadisələrin  ümumi  formasıdır  və  insan  öz  fəaliyyətində  hər 

hansı  başqa  bir  hadisə  kimi  ona  tabe  olmalıdır.  Amma  iradə 

özünüdərkdə bilavasitə olaraq və özlündə dərk olunur, ona görə 

də bu idrakda azadlığın dərki də kök salmışdır. Amma bu zaman 

o diqqətdən kənarda qalır ki, fərd, şəxsiyyət – özündə şey olaraq 

iradə  deyildir,  artıq  iradə  hadisəsidir  və  şəxsiyyət  bu  statusda 

artıq  determinasiya  olunmuşudur  və  hadisə  əsas  qanunu  – 

formasını  almışdır.  Buradan  təəccüb  doğuran  belə  bir  fakt 

meydana çıxır ki, hər bir kəs, hətta öz ayrıca əməllərində belə 

priori  olaraq  özünü  tamamilə  azad  hesab  edir  və  düşünür  ki, 

guya o, istənilən an başqa həyat yolu seçə bilər, yəni başqası ola 

bilər.  Amma  a  posteriori  olaraq,  təcrübədə,  o,  təəccüb 

içərisində əmin olur ki, o, azad deyildir, zərurətə tabedir, o, öz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qərarlarına  və  düşüncələrinə  baxmayaraq,  öz  fəaliyyətini 



dəyişmir  və  həyatının  əvvəlindən  sonuna  kimi  eyni,  onun  özü 

tərəfindən belə bəyənilməyən xarakter nümayiş etdirməli, sanki 

bir  dəfə  öz  üzərinə  götürdüyü  rolu  sona  qədər  oynamalıdır. 

Mən  burada  bu  mülahizə  üzərində  bundan  daha  çox  dayana 

bilmərəm,  ona  görə  ki, o,  etik  xarakterə malikdir  və  bu  kitabın 

başqa  bir  yerinə  aiddir.  Burada  mən  hələ  ki  yalnız  onu 

göstərmək  istəyirəm  ki,  özlüyündə  əsasdan  məhrum  olan 

iradənin  təzahüri  hər  halda  bu  statusda  zərurətə,  yəni  əsas 

qanununa  tabedir,  –  ona  görə  ki,  təbiət  hadisələrində  özünü 

göstərən  zərurət  onlarda  iradənin  nümayişini  görməkdə  bizə 

mane olmasın.  

Bu  vaxta  qədər  yalnız  o  dəyişiklikləri  iradə  təzahürləri  

hesab  etmişlər  ki,  onlar  motivdən,  yəni  təsəvvürdən  savayı 

başqa bir əsasa malik deyillər və buna görə də iradəni təbiətdə 

yalnız  insana  və  nadir  halda  isə  heyvanlara  aid  etmişlər,  artıq 

başqa bir yerdə mənim xatırlatdığım kimi, zira idrak, təsəvvür – 

əlbəttə  ki,  həyatiliyin  həqiqi  və  həm  də  müstəsna  xarakteridir. 

Amma  iradənin  ona  rəhbərlik  etmədiyi      yerlərdə  də  fəaliyyət 

göstərməsini  daha  yaxşı  heyvanların  instinkti  və  bədii  şövqlə 

göstərir


*

Sonuncuların  təsəvvürlərə  və  idraka  malik  olmaları 



burada  hesaba  alınmır,  zira  onların  yaxınlaşdıqları  və    şüurlu 

motiv  ola  bilən  məqsəd    onlara  tamamilə  naməlum  qalır; 

onların  əməlləri  motivlər  üzrə  baş  vermir,  təsəvvür  tərəfindən 

idarə  olunmur,  və  buradan  hər  şeydən  öncə  və  hər  şeydən 

                                                           

*

 Bu barədə xüsusi olaraq II cildin 27-ci fəslində danışılır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

aydın  bir  şəkildə  görünür  ki,  iradə  hər  hansı  bir  idrak  olmadan 



da  fəaliyyət  göstərir.  Biryaşlı  quş  yumurtalar  barədə  təsəvvürə 

malik deyildir, amma onlar üçün yuva qurur, gənc hörümçək isə 

şikarı  barədə  təsəvvürə  malik  deyildir,  amma  onun  üçün  tor 

qurur;  mirmelion  ilk  dəfə  qarışqa  üçün  çuxur  qazıdığı  zaman 

qarışqa  barədə  təsəvvürə  malik  deyildir;  erkək  böcəyə 

çevriləcək  böcək  sürfəsi  ağacda  bu  çevrilmənin  baş  verməsi 

üçün sanki  deşik açır və bu deşiyin ölçüsü dişi böcəyə çevriləcək 

böcək  sürfəsinin  ağacda  açdığı  deşikdən  iki  dəfə  böyük  olur: 

birinci  halda  o,  bunu    buynuzlar  üçün  yer  hazırlamaqdan  ötrü 

edir,  o  buynuzlar  üçün  ki,  onların  barəsində  heç  bir  təsəvvürə 

malik deyildir. Aşkardır ki,  heyvanların, bu və həmçinin də digər 

belə  əməllərində  iradə  özünü  göstərir,  amma  onun  fəaliyyəti 

kordur  və  idrakla  müşayiət  olunmasına  baxmayaraq,  onun 

tərəfindən  idarə  olunmur.  Təsəvvürün  iradənin  fəaliyyəti  üçün 

bir motiv olaraq zəruri və mühüm şərt olmadığına biz əmin olan 

kimi,  onun  təsirinin  daha  az  dərəcədə  aşkar  göründüyü 

hallarda,  bu  iradəni  dərk  etmək  bizə  daha  asan  olur:  məsələn, 

biz  ilbizin  genini  ona  yad  olan,  amma  idrakla  idarə  olunan 

iradənin məhsulu hesab etməyəcəyik, eləcə də bizim tikdiyimiz 

evi  öz məxsusi iradəmizin nəticəsi deyil, hansısa digər iradənin 

nəticəsi  hesab  etməyəcəyik;  yox,  biz  həm  bu,  həm  də  digər 

məskəni hər iki hadisədə obyektivləşən iradənin yaradıcılığı kimi 

tanıyırıq, bu iradə bizə motivlər üzrə, ilbizdə isə hələ ki, kortəbii, 

kənara  yönələn  qurucu  instinkti  kimi  təsir  göstərir.  Bəli  bizim 

özümüzdə  də  həmin  eyni  iradə  çox  cəhətdən  kortəbii  təsir 

göstərir;  bizim  bədənimizin  idrakla  idarə  olunmayan  bütün 

funksiyalarında,  onun  bütün  heyvani  və  bitkisəl  proseslərində, 

həzmdə,  qan  dövranında,  ifrazatda,  artımında,  yenidən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

yaratmasında.  Bədənin  yalnız  hərəkətləri  deyil,  onun  özü  də, 



yuxarıda  göstərildiyi  kimi,  bütövlükdə  iradənin  təzahürü, 

obyektivləşdirilmiş  iradə,  konkret  iradədir;  buna  görə  də  onda 

baş verən hər bir şey iradə tərəfindən törədilir, baxmayaraq ki, 

verilmiş  halda  o,  idrakla  idarə  olunmur  və  kortəbii  fəaliyyət 

göstərərək,  motivlərlə  deyil,  bu  halda  qıcıqlandırıcılar  adlanan 

səbəblərlə müəyyənləşir.  

Mən  sözün  dar  mənasında  materiyanın  o  halını  səbəb 

adlandırıram  ki,  o,  zəruri  olaraq  digər  bir  halı  doğurur,  özü  də 

həmin,  yaratdığı  dəyişikliyə  məruz  qalır;  bu,  qanunla  ifadə 

olunur:  təsir  əks-təsirə  bərabərdir.  Bunun  ardınca  qeyd  etmək 

lazımdır  ki,  məxsusi  mənada  səbəb  halında  təsir  səbəbə  ciddi 

mütənasib olaraq  artır; eləcə  də,  deməli,  əks-təsir  də  artır, elə 

buna  görə  də,  əgər  təsirin  növü  məlumdursa,  onda  səbəbin 

intensivlik  dərəcəsinə  görə  təsirin  dərəcəsini  də  ölçmək 

mümkündür  və  əksinə.  Bu  məxsusi  mənada  səbəb 

adlandırılanlar  mexanikiliyin,  kimyəviliyin  və  i.a.  bütün 

təzahürlərində  –  bir  sözlə  qeyri-üzvi  maddələrin  bütün 

dəyişiklikərində  fəaliyyət  göstərirlər.  Əksinə,  mən  o  səbəbi 

qıcıqlandırıcı  adlandırıram  ki,  özü  onun  təsirinə  uyğun  gələn 

əks-təsirə məruz qalmır və onun intensivliyi öz dərəcəsinə görə 

əsla təsirin dərəcəsi ilə paralel baş vermir, bu səbəbdən də onu 

sonuncu  ilə  ölçmək  olmaz;  əksinə,  qıcıqlandırıcının  bir  qədər 

gücləndirilməsi ya təsiri əhəmiyyətli dərəcədə artıra, ya əvvəlki 

təsir  tamamilə  məhv  edilə  bilər  və  s.  Üzvi  cisimlərə  göstərilən 

hər  hansı  bir  təsir  özlüyündə  belə  bir  xarakterə  malikdir. 

Deməli,  heyvani  bədəndə  və  bitkisəl  əslində  bütün  üzvi 

dəyişikliklər  sadəcə  olaraq  səbəblərin  deyil,  qıcıqlandırıcıların 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

sayəsində  baş  verir.  Amma,  ümumiyyətlə,  hər  hansı  başqa  bir 



səbəb  kimi,  qəcıqlandırıcı  həm  də  motiv  kimi  hər  bir  qüvvənin 

zamanda  və  məkanda  təzahürünün  yalnız  başlanğıc  nöqtəsini 

müəyyənləşdirir,  təzahür  olunan  qüvvənin  məğzinin  özünü 

müəyyənləşdirmir,  biz  bu  mahiyyətin  özünü  əvvəlki  nəticələrə 

uyğun  olaraq,  bədənin  həm  şüursuz,  həm  də  şüurla  müşayiət 

olunan  dəyişikliklərini  ona  aid  edərək,  iradə  hesab  edirik. 

Qıcıqlandırıcı  ortanı,  kauzallıqla  dərkdən  keçən  motivdən  dar 

mənada  səbəbə  keçidi  təşkil  edir.  Ayrı-ayrı  hallarda  o,  gah 

motivə,  gah  da  səbəbə  yaxındır,  amma  onu  hələ  ki,  onlardan 

fərqləndirmək  mümkündür,  məsələn,  bitkilərdə  şirələr 

qıcıqlandırıcının  sayəsində  yuxarı  yüksəlir  və  bunu  sadəcə 

olaraq səbəblərlə, hidravlikanın və ya kapillyarlığın qanunlarına 

uyğun  olaraq  izah  etmək  olmaz,  amma  onun  təzahürü 

səbəblərlə  dəstəklənir  və  ümumiyyətlə,  artıq  sırf  səbəbiyyət 

dəyişikliklərinə çox yaxındır. Digər tərəfdən, Hedysarum gyrans 

və  Mimosa  pudicanın  hərəkətləri,  hələ  ki,  qıcıqlandırıcıların 

sayəsində  baş  verməsinə  baxmayaraq,  motivləşdirilmiş 

hərəkətlərə  artıq  çox  bənzəyirlər  və  onlar  arasında  sanki  bir 

keçiddirlər.  

Gücləndirilmiş  işıq  zamanı  göz  bəbəyinin  daralması 

qıcıqlandırıcının 

sayəsində 

baş 

verir, 


amma 

artıq 


motivləşdirilmiş hərəkətlərə keçir: axı o, ona görə meydana çıxır 

ki,  həddindən  artıq  güclü  işıq  göz  torunu  ağrılı  bir  tərzdə 

zədələyə  bilərdi  və  bundan  qaçmaq  üçün,  biz  göz  bəbəyini 

daraldırıq.  Ereksiyanın  səbəbi  kimi  motiv  çıxış  edir,  belə  ki,  bu 

səbəb – təsəvvürdür; amma o, qıcıqlandırıcının zərurəti ilə təsir 

göstərir,  yəni    ona  müqavimət  göstərmək  mümkün  deyildir  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

onu  qüvvədən  məhrum  etmək  üçün  onu  aradan  qaldırmaq 



lazımdır.  İnsanı  qusduran  iyrənc  predmetlərlə  də  məsələ 

belədir.  Qıcıqlandırıcılar  və  şüurlu  motivlər  üzrə  əməllər 

sayəsində  tamamilə  başqa  qəbildən  olan  hərəkətlər  arasında 

real  aralıq  həlqə  kimi  biz  indi  o  heyvanların  instinktlərini 

nəzərdən  keçirmişik.  Elə  bu  qəbildən  olan  başqa  aralıq  həlqə 

olaraq  tənəffüsü  nəzərdən  keçirməyə  səy  etmək  mümkündür: 

axı  bu prosesin ixtiyari və ya qeyri-ixtiyari hərəkətlərə məxsus 

olması,  yəni  o,  əslində  motivə  görə    və  ya  qıcıqlandırıcının 

sayəsindəmi;  baş  verməsi  barədə  mübahisə  edirdilər,  yəqin, 

ona görə ki, o, onların hər ikisinin arasında orta mövqeni tutur. 

Marşall  Holl  (Marshall  Hall.  On  the  diseases  of  the  nervous 

system, § 293.) tənəffüsü qarışıq funksiya kimi nəzərdən keçirir, 

belə  ki,  o,  sinirlərin–  qismən  baş  beyninin  ixtiyari,  qismən  də 

onurğa  beyninin  qeyri-ixtiyari  təsiri  altındadır.  Amma  son 

nəticədə  biz  bu  prosesi  iradənin  motivləşdirilmiş  təzahürlərinə 

aid etməliyik, zira başqa motivlər, yəni xalis təsəvvürlər iradəni 

tənəffüsü  ləngitməyə  və  ya  sürətləndirməyə  meylləndirə  bilər 

və  bizə,  hətta  elə  gəlir  ki,  onu  hər  hansı  bir  ixtiyari  əməl  kimi 

tamamilə  ləngitmək  olar,  yəni  könüllü  olaraq  boğulmaq 

mümkündür.  Və    əgər  başqa  bir  motiv  iradəyə  elə  güclü  təsir 

etsəydi  ki,  o,  havaya  olan  inadlı  tələbatdan  daha  üstün  olmuş 

olsun  bu,  əslində  mümkün  olardı.  Deyirlər  ki,  guya  Diogen 

həyatını həqiqətən də belə bir tərzdə bitirmişdir (Diogen Laertli. 

VI,  76).  Və  zəncilər  də  guya  belə  edirdilər  (Ф.Е.Осиандер. "О 

самоубийстве", 1813, стр. 170-180). Bu, bizim üçün mücərrəd 

motivlərin  təsirinin,  yəni  əslində  zəkavi  iradənin  xalis  heyvani 

iradə  üzərində  üstünlüyünün  parlaq  nümunəsi  kimi  çıxış  etmiş 

olardı. Tənəffüsün ən azı qismən beyin fəaliyyəti ilə şərtlənməsi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

aşağıdakı  faktdan  görünür:  sianid  turşusu  əsasən  onunla 



öldürür ki, beyni iflic edir və bununla da, dolayı olaraq tənəffüsü 

ləngidir,  amma  əgər  o,  beynin  zəhərlənməsi  baş  verincəyə 

qədər  süni  olaraq  saxlanılsa,  onda  ölüm  baş  verməyəcək.  Yeri 

gəlmişkən, tənəffüs bizim üçün burada onun aşkar nümunəsidir 

ki, motivlər və qıcıqlandırıcılar dar mənada səbəblər kimi zəruri 

olaraq  təsir  göstərir  və  onlar  yalnız  əks  motivlərlə 

neytrallaşdırıla bilər, necə ki təsir əks-təsirlə neytrallaşdırılır: axı 

nəfəs  alma  zamanı  onun  ləngidilmə  imkanı  motivlərdən  irəli 

gələn  başqa  hərəkətlər  zamanı  olduğundan  müqayisə  olunmaz 

dərəcədə  daha  zəifdir,  zira  birinci  halda  motiv  çox  israrlı  və 

yaxındır,  onun  ödənilməsi  isə,  onu  yerinə  yetirən  əzələlərin 

yorulmazlığı ucbatından, çox asandır; bu zaman ona adətən, bir 

qayda  olaraq  heç  nə  mane  olmur  və  bütövlükdə  hər  bir  şey 

fərdin çoxdankı vərdişi ilə saxlanılır. 

Və bununla  belə, bütün motivlər  əslində,  eyni zərurətlə 

fəaliyyət  göstərir.  Həm  motivləşdirilmiş  hərəkətlərə,  həm  də 

qıcıqlandırıcıların  sayəsində  baş  verən  hərəkətlərə  zəruriliyin 

eyni  dərəcədə  xas  olmasının  qəbul  edilməsi  bizə  aşağıdakıları 

daha  asan  anlamağa  imkan  verir:  hətta  orqanizmdə 

qıcıqlandırıcıların  sayəsində tamamilə  qanunauyğun  olaraq baş 

verənlər  hər  halda  öz  daxili  mahiyyətinə  görə  iradədir,  o  iradə 

ki,  doğrudur,  özlüyündə  olmasa  da,  amma  özünün  bütün 

təzahürlərində əsas qanununa, yəni zərurətə tabedir

*



                                                           

*

  Bu  fikir  mənim  iradə  azadlığı  haqqında  müsabiqə  əsərimdə 



(«Etikanın  əsas  problemləri»)  tamamilə  açılmışdır,  və  buna  görə  də, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Buna  görə  də biz  heyvanların həm hərəkətlərində,  həm 



də  bütün  mövcudluğunda,  fiziki  quruluşunda  və  təşkilində 

iradənin təzahürünü qəbul etməklə məhdudlaşmayacağıq; yox, 

şeylərin  daxili  mahiyyətinin  bizə  bilavasitə  olaraq  verilmiş  bu 

yeganə  idrakını  biz  bitkilərə  də  aid  edirik,  bitkilərin  bütün 

hərəkətləri  qıcıqlandırıcılar  sayəsində  baş  verir:  axı  idrakın  və 

onunla  şərtlənən  motivlər  üzrə  hərəkətin  olmaması  heyvan  və 

bitki arasında yeganə mühüm fərqi təşkil edir. Elə buna görə də, 

təsəvvür üçün, sadəcə olaraq. bitki, vegetativ proses, kor qüvvə 

olanı  biz  öz  daxili  mahiyyətinə  uyğun  olaraq  iradə  kimi  dərk 

edəcəyik, bütövlükdə burada məhz onu axtaracağıq ki, o, bizim 

öz məxsusi  təzahürümüzün əsasını təşkil edir ki,  bu təzahür də 

bizim 


fəaliyyətimizdə 

və 


hətta 

bizim 


bədənimizin 

mövcudluğunda ifadə olunur.  

Bizə yalnız sonuncu addımı atmaq - bizim nöqteyi-nəzəri 

təbiətdə  ümumi,  dəyişməz  qanunlara  uyğun  olaraq  fəaliyyət 

göstərən  bütün  qüvvələrə  tətbiq  etmək  qalır,  bütün  cisimlərin 

hərəkətləri bu qanunlara tabedir, o cümlədən o cisimlərin də ki, 

onlar  uyğun  orqanlara  -  qıcıqlandırıcılar  üçün  qavrayışa, 

motivlər üçün isə idraka - malik deyillər. Beləliklə, şeylərin daxili 

mahiyyətinin  anlaşılması  üçün  açarı  bizə  yalnız  bizim  öz 

varlığımızın  bilavasitə  dərk  olunması  verə  bilər  və  biz  bu  açarı 

indi qeyri-üzvi dünyanın bizdən ən uzaq olan hadisələrinə tətbiq 

etməliyik. Və budur,  biz sınayıcı baxışımızı onlara yönəldəndə,  

                                                                                                                             

səbəb, qıcıqlandırıcı və motiv arasındakı münasibət təfsilatları ilə izah 

olunmuşdur. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

biz suların dərinliyə doğru qüdrətli daimi canatmasını, maqnitin 



dəyişməz olaraq şimala dönməsini, dəmirin ona doğru meylini, 

elektrik  qütblərinin  qovuşma  meylinin  gərginliyini  və  insan 

arzularının  gərginliyini  görürük,  bu  gərginlik  müqavimətlə 

rastlaşdıqca,  daha  da  artır:  o  zaman  ki  biz  kristalın  sürətlə  və 

gözlənilmədən  çökdüyünü,  donuq  və  fiksəli  düzgün  forma 

olaraq,  bu  zaman  müxtəlif  istiqamətlərə  doğru  qəti  və  dəqiq 

müəyyən  meylliliyini  görürük,  bu  zaman  bizim  nəzərimizi  o 

seçim cəlb edir ki, cisimlər maye halında azadlıq əldə edərək və 

ətalətdən qurtularaq bir-birini axtarırlar və bir-birinə qarşı gəlir, 

birləşir  və  ayrılırlar;    nəhayət,  biz    bədənimizin  yeganə  şövqə 

mübtəla  ağırlığının  yer  kütləsinə  doğru  meylinə    bədənimiz 

tərəfindən  göstərilən  müqavimətin   bədənimizə  fasiləsiz təzyiq 

göstərdiyini  və  ona  əzab  verdiyini  biz  bilavasitə  olaraq  bütün 

şiddəti  ilə  hiss  edəndə,  hətta  belə  uzaqlıqda  da  biz  öz 

mahiyyətimizi idrakın işığında, öz məqsədlərini güdən buradasa 

özünün  zəif  təzahürlərində  yalnız  kortəbii,  karsayağı,  birtərəfli 

olaraq  səy  edən  və  bu,  hər  iki  halda  eyni  adı,  iradə  adını 

daşımalı  olan  mahiyyətimizi  ayırd  edirik.  Bu  ad  dünyada  dan 

yerinin işartısı ilə günortanın parlaq şüalarının eyni ada – günəş 

şüası adına malik olmasına oxşar olaraq hər bir şeyin özülündə 

varlığını  və hər bir  hadisənin hər  yerdə eyni  olan  vahid  özəyini 

bildirir. 

 Qeyri-üzvi  təbiətin  hadisələri  ilə  varlığımızın  daxili 

başlanğıcı  kimi  dərk  etdiyimiz  iradə  arasında    ilk  baxışdakı 

bənzərsizlik və hətta tam fərqlilik isə başlıca olaraq hadisələrin 

bir sahəsindəki bütövlükdə müəyyən qanunauyğunluqla  başqa 

sahədəki  özbaşnalıq  arasında  kontrastdan  meydana  çıxır.  Zira 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

insanda  şiddətli  surətdə  fərdilik  irəli  çıxır:  hər  kəsin  öz  xüsusi 



xarakteri  var  və  buna  görə  də  eyni  motiv  hər    kəsə  eyni  təsir 

göstərmir  və  verilmiş  fərdin  geniş  ardıcıl  sferasında  yer  alan 

minlərlə  əlavə  şərtlər  vardır  ki,  bunlar  başqaları  üçün 

naməlumdur, bu şərtlər motivin təsirinin şəklini dəyişir, belə ki, 

əməli  yalnız  onun  əsasında  qabaqcadan  müəyyənləşdirmək 

olmaz,  zira  başqa  faktor  –  fərdi  xarakterlə  və  onu  müşayiət 

edən  idrakla  dəqiq  tanışlıq  yoxdur.  Əksinə,  təbiət  qüvvələrinin 

hadisələri,  təzahürləri  bu  münasibətdə  başqa  bir  ifratı  aşkara 

çıxarır:  onlar  ümumi  qanunlar  üzrə,  kənaraçıxmalar,  fərdilik 

olmadan, aşkar şəraitdə baş verir, qabaqcadan -ən layiq şəkildə 

təyin olunandırlar və eyni bir təbiət qüvvəsi özünün milyonlarla 

təzahürlərində  tamamilə  eyni  dərəcədə  ifadə  olunur.  Bu 

məqamı izah etmək üçün, özünün bütün müxtəlif həm ən zəif, 

həm  də  ən  güclü  təzahürlərində  vahid  və  bölünməz  iradənin 

eyniyyətini göstərmək üçün biz öncə özündə şey olaraq iradənin 

öz təzahürünə münasibətini, yəni iradə kimi dünyanın təsəvvür 

kimi  dünyaya  münasibətini  nəzərdən  keçirməliyik;  bu,  ikinci 

kitabın  bütün  predmetinin  daha  dərin  tədqiqatına  aparan  ən 

yaxşı yolu  qarşımızda açacaqdır

*

.  



 

§ 24 


Böyük  Kant  bizi  öyrədirdi  ki,  zaman,  məkan  və 

səbəbiyyət    bütün  qanunauyğunluğunda  və  özünün  bütün 

formalarının  mümkünlüyündə  onlarda  üzə  çıxan  və  onların 

məzmununu təşkil edən obyektlərdən qətiyyən asılı olmayaraq 

                                                           

*

 Bu barədə xüsusi olaraq II cildin 27-ci fəslində danışılır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

bizim  şüurumuzdadır;  və  ya,  başqa  sözlə,  subyektdən  və  ya 



obyektdən  çıxış  edərək  onlara  eyni  cür  gəlib  çıxmaq 

mümkündür;  buna  görə  də,  onları  bərabər  hüquqla  həm 

subyektin seyr üsulları,  həm də obyektin xassələri adlandırmaq 

mümkündür, çünki sonuncu - obyekt (Kantda: hadisə, təzahür), 

yəni  təsəvvürdür.  Bu  formaları  həmçinin  subyekt  və  obyekt 

arasında şərikli sərhəd kimi də nəzərdən keçirmək mümkündür; 

buna  görə  də,  hər  bir  obyektin  onlarda  üzə  çıxmalı  olmasına 

baxmayaraq,  subyekt  üzə  çıxan  obyektdən  asılı  olmayaraq 

onlara  tam  sahib  olur  və  onları  nəzərdən  keçirir.  Amma  əgər 

yalnız  bu  formalarda  üzə  çıxan  obyektlər  boş  kabuslar 

deyildirlərsə,  real  mənaya  malikdirlərsə,  onda  onlar  nəyisə 

göstəriş  etməli,  elə  bir  şeyin  ifadəçisi  olmalıdırlar  ki,  o,  artıq 

onların  özləri  kimi  obyekt,  təsəvvür  deyildir,  nəsə  yalnız  nisbi 

olan, yəni subyekt üçün mövcud olan deyildir, ona  qarşı duran  

əsas  şəraitdən  və  onun  formalarından  belə  bir  asılılığın 

xaricində  qalandır,  yəni  təsəvvür  deyildir,  özündə  şeydir.  Elə 

buna  görə  də,  ən  azı,  aşağıdakı  sual    mümkündür:  bu 

təsəvvürlər,  bu  obyektlər  subyektin  obyektləri  təsəvvürlər 

olmaqdan  savayı  və  ondan  asılı  olmayaraq  başqa  da 

nəsədirlərmi?  Və  əgər  –  hə,  onda  onlar  bu  mənada  nədirlər? 

Onların  başqa,  toto  genere  təsəvvürdən  fərqli  tərəfi  nədir? 

Özündə şey nədir? – İradə: bizim cavabımız belə idi, amma mən 

onu hələ ki, kənarda saxlayıram.  



Özündə  şey  nə  olursa-  olsun,  Kant  hər  halda  düzgün 

olaraq  belə  bir  nəticəyə  gəlmişdir  ki,  zaman,  məkan  və 

səbəbiyyət  (bunları  biz  əsas  qanununun  növləri  kimi,  bu 

qanunun özünü isə hadisə, təzahür formalarının ümumi ifadəsi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

kimi qəbul etmişik) onun tərifləri ola bilməzlər, onlar ona yalnız 



o zaman və o ölçüdə qoşulmuşlar ki, bu zaman və bu ölçüdə o, 

təsəvvürə  çevrilmişdir,–  yəni  onlar  onun  özünə  deyil,  onun 

yalnız  hadisəsinə,  təzahürünə  aiddirlər.  Doğrudan  da,  subyekt 

onları  hər  hansı  bir  obyektdən  asılı  olmayaraq,  tamamilə 

özündən  çıxış  edərək  dərk  etdiyi  və  qurduğu  üçün,  onlar 

təsəvvürə  çevrilənə  deyil,  təsəvvür  olunanı  bilməyə  xas 

olmalıdır.  Onlar  özlüyündə  təsəvvürün  forması  olmalıdırlar,  bu 

formanı  qəbul  edənin  xassələri  olmamalıdırlar.  Onlar  artıq 

subyektin  və  obyektin  əksliyinin  özündə  verilməlidirlər 

(anlayışda  deyil,  gerçəklikdə),  yəni,  ümumiyyətlə,  idrak 

formasının yalnız  ən yaxın təyini kimi çıxış etməlidir, bunun isə 

ən  ümumi  təyini  bu  əksliyin  özüdür.  Hadisədə,  obyektdə  olan 

bütün  hər  şey  yəni,  –  yanaşılıqdan  və  bir-birinin  ardınca 

gəlmədən  doğulan  çoxluq,  səbəbiyyət  qanunundan  doğulan 

dəyişkənlik və irəligəlmə; bundan sonra, yalnız səbəbiyyət şərti 

ilə,  təsəvvür  olunan  materiya;  nəhayət,  öz  növbəsində  yalnız 

onlar  təsəvvür oluna bilən bütün hər şey zamanla, məkanla və 

səbəbiyyətlə  şərtlənmişdir  və  yalnız  onların  vasitəsilə  təsəvvür 

oluna bilər, –bütün bunlar mahiyyəti etibarı ilə burada təzahür 

olana,  təsəvvür  formasına  düşənə  xas  deyildir,  yalnız  bu 

formanın  özü  ilə  bağlıdır.  Əksinə,  təzahürdə  zamanla,  məkanla 

və səbəbiyyətlə şərtlənməyən və onlara müncər edilə bilməyən, 

onlardan  çıxış  edilərək  izah  oluna  bilməyən  məhz    təzahür 

edənin  bilavasitə  olaraq  onda  ifadə  olunduğu  şey,  özündə  şey 

olacaqdır.  Bunun  nəticəsində  də,  mükəmməllik,  yəni  ali 

aydınlıq,  dəqiqlik  və  qəti  olaraq  sübuta  yetirilmə  zəruri  olaraq, 

özlüyündə  idraka  xas  olana  aiddir,  yəni  idrakın  formasına, 

özlüyündə təsəvvür, obyekt olmayan, yalnız bu formaları qəbul 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

etdikdən  sonra  dərk  olunan,  yəni  təsəvvür,  obyektə  çevrilənə 



aid  deyildir.  Beləliklə,  yalnız  yeganə  olaraq,  dərk  olunanlıqdan 

özlüyündə  ümumiyyətlə  təsəvvür  olunanlıqdan  asılı  olan  (dərk 

olunandan və yalnız təsəvvür olandan yox), buna görə də bütün 

dərkə gələnlərə fərq qoymadan xas olan və bunun nəticəsində 

də, öz başlanğıcını həm subyektdən, həm də obyektdən götürən 

yolda eyni dərəcədə əldə oluna bilən şey və yalnız təkcə o, qane 

edici, tamamilə qəti olan, sonuncu  əsaslarına qədər aydın olan 

idrakı verə bilər. İdrak isə hər hansı bir hadisənin a priori olaraq 

bizə  məlum  formalarından  ibarətdir;  onların  ümumi  ifadəçisi 

olaraq  isə  əsas  qanunu  çıxış  edə  bilər,  onun  əyani  idraka 

(burada biz yalnız onunla iş görürük) aid olan növləri isə zaman, 

məkan  və  səbəbiyyətdir.  Bütün  xalis  riyaziyyat  və  xalis 

təbiətşünaslıq  a  priori  olaraq  yalnız  onlara  əsaslanır.  Elə  buna 

görə  də,  idrak  yalnız  bu  elmlərdə  zülmətlə  qarşılaşmır,  dərk 

olunmayanla (əsasdan məhrum olanla, yəni iradə ilə) rastlaşmır, 

o  şeylə  ki,  o,  artıq  başqasına  gətirilib  çıxarılmır;  bu  baxımdan, 

həmçinin  Kant  da  məntiqlə  birgə  bu  bilikləri,  əsasən,  artıq 

deyildiyi  kimi,  hətta  müstəsna  dərəcədə    elmlər  adlandırmaq 

istəmişdi. Lakin, digər tərəfdən, bu fənlər bizə sadəcə olaraq bir 

təsəvvürün  digər  təsəvvürə  münasibətlərindən  savayı  başqa 

heç nə vermirlər, hər hansı bir məzmun olmadan forma verirlər. 

Onların aldıqları hər bir məzmun, bu formaları dolduran hər bir 

hadisə, onu ehtiva edir ki, o, artıq özünün bütün mahiyyətində 

dərk  olunan  ,  artıq  bütövlükdə  başqasından  çıxış  edilərək  izah 

olunan deyildir, o, deməli ki, əsasdan məhrum olandır: buradan 

da idrak dərhal öz aşkarlığını itirir və tam şəffaflıqdan məhrum 

olur.  Amma  əsaslanmaya  gəlməyən  bu  şey  -  məhz  özündə 

şeydir, odur ki, o, mahiyyəti etibarı ilə təsəvvür, idrakın obyekti 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

deyildir, o, yalnız dərk edilən formalar aldıqda dərk olunan olur. 



Forma  ilkin  olaraq  ona  yaddır,  və  o,  heç  bir  vaxt  bütövlükdə 

onunla  vəhdət təşkil  edə    bilməz,  heç  bir  vaxt formaya  sadəcə 

olaraq aid edilə və – belə ki, sonuncu əsas qanunudur – heç bir 

vaxt  tam  tədqiq  oluna  bilməz.  Əgər,  buna  görə  də,  bütün 

riyaziyyat  bizə  hadisələrdə  kəmiyyət,  vəziyyət,  ədəd  olanın  – 

qısaca  olaraq  deyilsə,  məkan  və  zaman  münasibətlərinin  qəti 

idrakını  verirsə;  əgər  bütün  etiologiya  bizi  o  qanunauyğun 

şərtlərlə  bütövlükdə  tanış  edirsə  ki,  bu  zaman  hadisələr, 

təzahürlər özlərinin bütün tərifləri ilə zamanda və məkanda baş 

verirlər,  amma  bütün  bunlar,  bizə  yalnız  onu  izah  edir  ki,  niyə 

hər  bir  müəyyən  hadisə,  təzahür  məhz  indi  və  məhz  burada 

aşkara çıxmalıdır, – onların köməyi ilə biz hər halda heç bir vaxt 

şeylərin  daxili  mahiyyətinə  nüfuz  etməyəcəyik,  hər  halda 

həmişə nəsə elə bir şey qalacaqdır ki, onu aşkara çıxarmağa heç 

bir  izah  cəsarət  etməyəcək  və  o,  onun  tərəfindən  həmişə 

güman  olunacaqdır;  yəni  təbiət  qüvvələri,  şeylərin  təsirinin 

müəyyən  növü,  hər  bir  hadisənin  keyfiyyəti,  xarakteri,- 

hadisənin formasından, əsas qanunundan asılı olmayan,  amma 

bu  formanın  özünə  yad  olan  indi  ona  daxil  olmuş  və  onun 

qanunu  ilə  aşkar  olan,  əsasdan  məhrum  olan  bu  qanun  hər 

halda  məzmunu  deyil,  yalnız  hadisələri,  yalnız  formanı 

müəyyənləşdirir. 

Mexanika, fizika, kimya o qaydaları və qanunları öyrədir 

ki, bu qaydalara və qanunlara uyğun olaraq  keçirməzlik, ağırlıq, 

ətalət,  axıcılıq,  sürtünmə,  elastiklik,  istilik,  işıq,  kimyəvi 

oxşarlıq


4

,  maqnetizm, elektrik və bu kimi i.a. qüvvələr fəaliyyət 

göstərir, bu qüvvələr zamanda və məkanda onların hər hansı bir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

təzahürünə  münasibətdə  həmin  elmlərin  öyrətdikləri  qanuna, 



prinsipə  tabedirlər;  bu  zaman  qüvvələrin  özləri  isə  nə  edirsən 

et,  qualitates  occultae  olaraq  qalırlar.  Zira  təzahür  olunaraq 

xatırlanan  fenomenləri  üzə  çıxaran  şey,–  özündə  şeydir, 

onlardan  tamamilə  fərqli  olandır;  baxmayaraq  ki,  o,  öz 

təzahüründə  təsəvvür  forması  kimi  əsas  qanununa  tabedir, 

amma  onun  özü  heç  bir  vaxt  bu  formaya  müncər  edilə  bilməz 

və buna görə də etioloji izaha sona qədər yatmır və heç bir vaxt 

öz əsasında bütövlükdə aşkara çıxarıla bilməz. O, tamamilə dərk 

olunandır,  çünki  o,  göstərilən  formanı  qəbul  etmişdir,  çünki  o, 

təzahürdür,  özündə  şey  isə  öz  daxili  varlığına  görə  bu  dərk 

olunanla  kiçicik  dərəcədə  belə  aydınlaşmır.  Elə  buna  görə  də, 

idrak    nə  qədər  çox  zəruriliyi  özündə  ehtiva  edirsə,  onun 

içərisində  başqa  cür  hətta  düşünülməsi  və  təsəvvür  edilməsi 

mümkün  olmayan  –    məsələn,  məkan  münasibətləri, 

belələrindəndir – obyektiv reallıq daha çoxdursa, beləliklə, xalis 

obyektiv  məzmun  onun  daxilində  bir  o  qədər  azdır,  o,  bir  o 

qədər  də  aydın  və  qane  edicidir;  və  əksinə,  xalis  təsadüfi 

elementlər  onun  daxilində  nə  qədər  çoxdursa,  o,  bizə  o  bir  o 

qədər çox xalis empirik bilgilər verirsə, əslində belə bir idrakda 

obyektiv  olanlar  və  həqiqi  real  olanlar    bir  o  qədər  çoxdur, 

amma  eyni  zamanda  izah  edilə  bilməyən,  yəni  bundan  sonra 

başqa  birisinə  gətirilə  bilməyən  də  onun  daxilində  bir  o  qədər 

çoxdur. 

Əlbəttə  ki,  öz  məqsədini  başa  düşməyən  etiologiya 

bütün  zamanlarda  ona  səy  etmişdir  ki,  bütün  üzvi  həyatı 

kimyəviliyə və elektrikə, hər hansı bir kimyəviliyi, yəni keyfiyyəti 

isə,  öz  növbəsində  mexanikliliyə  (atom  formalarının  təsiri  ilə), 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

sonuncunu  isə  –  qismən  foronomiyanın  predmetinə,  yəni 



hərəkət imkanında birləşən zamana və məkana, qismənsə xalis 

həndəsənin  predmetinə,  yəni  məkan  daxilindəki  vəziyyətə  aid 

etsin; həndəsə, nəhayət, hesabın daxilində əriyərək həll olunur, 

hesab  ölçmənin  vahidliyi  sayəsində  əsas  qanununun  ən  çox 

anlaşıqlı,  görüntülü,  sona  qədər  izah  oluna  bilən  forması  olur. 

Burada  ümumi  cizgilərdə  qeyd  olunan  metodun    nümunələri 

olaraq  Demokrit  atomları,  Dekart  burulğanları,  Lesajın

5

 



mexaniki fizikası çıxış edir, Lesaj təxminən ötən əsrin sonlarında 

həm kimyəvi oxşarlığa, həm də cazibəni mexaniki olaraq, təkan 

və təzyiq vasitəsilə izah etməyə səy etmişdir (bununla "Lucrece 

Neutonien"-də  yaxından  tanış  olmaq  mümkündür).  Heyvani 

həyatın  səbəbi  kimi  Reye  forması  və  tərkibi  də  eyni  təmayülə 

malikdir.  Nəhayət,  məhz  indi,  19-cu  əsrin  ortalarında  yenidən 

qızışdırılmış,  öz  nadanlığına  görə  özünə  orijinal  baxan  kobud 

materializm  də  tamamilə  belə  bir  xarakter  daşıyır.  Həyati 

qüvvəni  kütcəsinə  inkar  edərək,  o,  hər  şeydən  öncə  həyatın 

hadisələrini  fiziki  və  kimyəvi  qüvvələrdən  çıxış  edərək  izah 

etmək,  onları  isə  öz  növbəsində  materiyanın,  vəziyyətin, 

formanın 

mexaniki 

təsirindən, 

uydurulmuş 

atomların 

hərəkətindən  çıxarmaq  və  beləliklə  təbiətin  bütün  qüvvələrini 

təkana və cavab zərbəsinə aid etmək istəyir və bunlar da onun 

üçün  "özündə  şey"  olaraq  çıxış  edir.  Buna  uyğun  olaraq,  hətta 

işıq  da  uydurulmuş  və  bu  məqsəd  üçün  postulə  edilmiş  efirin 

mexaniki vibrasiyası və ya dalğavarı hərəkəti olur, o, gözün tor 

qişasına çataraq onu döyəcləyir, məsələn, saniyədə 483 milyard 

zərbə  qırmızı  işığı,    727  milyard  zərbə  –  bənövşəyi  işığı  və 

i.a.yaradır, (deməli, rənglərə münasibətdə kor olmaq – zərbələri 

saya bilməmək deməkdir, belə deyilmi?). Belə kobud, mexaniki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

demokritsayağı  və  həqiqətən  də  yöndəmsiz  nəzəriyyələr 



tamamilə  o  cənablara  layiqdir  ki,  onlar  rənglər  barədə  Höte 

təliminin  meydana  çıxmasından  əlli  il  keçdikdən  sonra  da  hələ 

Nyutonun bircinsli şüalarına inanırlar və bunu deməkdən, ifadə 

etməkdən  utanmırlar.  Onlar  öz  məxsusi  təcrübələrindən 

öyrənirlər ki, uşaq (Demokrit) üçün bağışlanıla bilən böyük üçün 

cəzasız qalmır. Bir zaman keçdikdən sonra onları biabırçı sonluq 

gözləyə bilər; özü də, o zaman onların hamısı aradan çıxacaqlar 

və özlərini elə göstərəcəklər ki,  bunların onlara heç dəxili belə 

yoxdur.  Təbiətin  ilkin  qüvvələrinin  bir-birinə  beləcə  qeyri-

düzgün olaraq müncər edilməsi ilə bağlı daha bir hal barədə də 

biz  tezliklə  danışmalı  olacağıq;  hələ  ki  deyilənlərlə 

məhdudlaşaq.  Əgər  belə  nəzəriyyələrin  düzgünlüyünü  güman 

etsək, onda, əlbəttə ki, bütün hər bir şey izah edilmiş və aşkara 

çıxarılmış  və  son  nəticədə  hesabı  məsələyə  müncər  edilmiş 

olardı  ki,  bu  da  müdriklik  məbədində  ən  müqəddəs  olana 

çevrilərdi,  əsas  qanunu  ən  sonda  bizi  buraya  gətirib  çıxarmış 

olardı.  Amma  o  zaman  təzahürün  hər  hansı  bir  məzmunu  yox 

olmuş  və yalnız forma qalmış olardı: təzahür olunan hər bir şey, 

necə  təzahür  olunduğuna  gətirilib  çıxarılmış  və  bu,  haradasa 

dərkolunan  və  a  priori  olmuş,  buna  görə  də  subyektdən  tam 

asılı olmuş, yalnız onun üçün mövcud olmuş olardı və nəhayət, 

sadəcə  olaraq  fenomen,  bütövlükdə  təsəvvür  və  təsəvvürün 

forması olmuş olardı: hər hansı bir özündə şey barədə soruşmaq 

belə  olmazdı.  Əgər  güman  etsək  ki,  bu,  belədir,  onda  bütün 

dünya  həqiqətən  də  subyektdən  çıxarıla  bilərdi  və  əslində,   

Fixtenin  öz boşboğazlığı ilə  ona  nail  olduğunu  bəyan  etdiyi  şey 

əldə edilmiş olardı.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Lakin  bu,  belə  deyildir:  belə  qaydada  elm  deyil, 



fantasmaqoriyalar,  sofizmlər,  səma  qəsrləri  qurulmuşdur.  Ona 

müvəffəq  olunmuşdur  ki,  təbiət  hadisələrinin  çoxluğu  və 

müxtəlifliyi ayrı-ayrı əzəli qüvvələrə müncər edilmişdi; və hər bir 

uğur  həqiqi  tərəqqiyə  təkan  vermişdir;  əvvəlcə  müxtəlif  hesab 

olunan  bir  çox  qüvvələr  və  xassələr  bir-birindən  çıxarılmışdır 

(məsələn, maqnetizm elektrikdən) və beləliklə, onların miqdarı 

azaldılmışdır.  Etiologiya  öz  son  məqsədinə  o  zaman  çatacaqdır 

ki,  bu  zaman  təbiətin  özlüyündə  bütün  əzəli  qüvvələrini  dərk 

edəcək və onların təsir üsulunu aydınlaşdıracaq, yəni o qanunu 

müəyyənləşdirəcək  ki,  ona  görə  onların,  bütün    təzahürləri 

səbəbiyyəti əldə əsas tutaraq zamanda və məkanda baş verir və 

bir-birinə  münasibətdə  öz  yerini  müəyyənləşdirirlər,–  amma 

həmişə əzəli qüvvələr, hadisənin formaya aid edilə bilməyən və 

buna  görə  də  əsas  qanununa  görə  nədənsə  çıxış  edilərək  izah 

edilə  bilməyən  məzmunu  həmişə  həll  olunmayan  bir  çöküntü 

olaraq qalırlar. Zira təbiətdə hər bir şeydə nəsə elə bir şey vardır 

ki,  onun  üçün  heç  bir  vaxt  əsas  tapmaq,  sonrakı  səbəbini 

göstərmək,  onu  izah  etmək  olmaz;  bu,  onun  fəaliyyətinin, 

təsirinin  spesifik  üsulu,  yəni  onun  mövcudolma  tərzi,  onun 

mahiyyətidir.  Doğrudur,  şeyin  hər  bir  ayrıca  təsiri  üçün  səbəb 

göstərmək  mümkündür  ki,  bunun  da  nəticəsində  bu  şey  öz 

təsirini  məhz  indi,  məhz  burada  göstərməlidir,  amma  heç  bir 

vaxt izah etmək olmaz ki, o, ümumiyyətlə, niyə təsir göstərir və 

nədən  məhz  belə  təsir  göstərir.  Əgər  onda  başqa  xassələr 

yoxdursa, əgər o, günəş şüalarında bir zərrədirsə, onda, ən azı, 

öz  ağırlığında  və  keçirməzliyində  o,  bu  izah  edilə  bilməyən 

nəyisə  aşkara  çıxarır  ki,  bu,  da  mən  deyirəm  ki,  onun  üçün  o, 

insan  üçün  iradə  nədirsə,–  ona  oxşar  olaraq  o  öz  daxili 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

varlığında  izaha  gəlmir  və  onunla  eynidir.  Əlbəttə  ki,  iradənin 



hər  hansı  bir  təzahürü  üçün,  onun  verilmiş  zamanda,  verilmiş 

yerdə  hər  hansı  bir  ayrıca  aktı  üçün  elə  bir  motiv  göstərmək 

mümkündür  ki,  onun  təsiri  ilə  bu  akt  insanın  məlum  xarakteri 

olması  şərti  ilə  zəruri  olaraq  baş  verməli  idi.  Amma  onun 

verilmiş  xarakterə  malik  olmasını,  onun  ümumiyyətlə  nə 

istədiyini,  onun  iradəsini  çoxsaylı  motivlərdən  başqası  deyil, 

niyə  məhz  bu  motivin  idarə  etməsini  heç  bir  vaxt  izah  etmək 

olmaz.  Və  insan  üçün  onun  dərkəgəlməz  xarakteri  nədir  ki, 

onun motivləşdirilmiş əməllərinin hər hansı bir izahı zamanı biz 

bu  xarakteri  nəzərdə  tuturuq,  belə  ki,  hər  bir  qeyri-üzvi  cisim 

üçün onun mühüm keyfiyyəti, onun fəaliyyət üsulu mövcuddur 

ki,  onun  da  təzahürləri  xarici  təsirlərlə  törədilir,  halbuki,  bu 

üsulun  özü  xarici  heç  nə  ilə  müəyyənləşmir,  və  buna  görə  də 

izah oluna da bilməz: onun yalnız vasitəsilə aşkara çıxdığı ayrıca 

təzahürləri  əsas  qanununa  tabedir,  onun  özü  isə  əsasdan 

məhrumdur.  Artıq  sxolastiklər    mahiyyəti  etibarı  ilə  bunu 

düzgün  anlamış  və  forma  substantial  [substansial  forma] 

adlandırmışdılar  (bu  barədə  baxın:  Suares,  Disput.  Metaph., 

disp. XV, sect. 1). 

Belə  bir  adi  yanılma  da  o  qədər  böyükdür  ki,  guya  biz 

bütün hər şeydən daha yaxşı ən çoxsaylı, ən ümumi və ən sadə 

hadisələri  başa  düşürük,  halbuki,  biz  görməyə  daha  çox 

alışdığımız  hadisələri daha çox başa düşməməyə vərdiş etmişik. 

Bizim üçün daşın yerə düşməsi heyvanın hərəkət etməsi qədər 

izah  olunmazdır.  Yuxarıda  söylənildiyi  kimi,  düşünürdülər  ki, 

guya  təbiətin  ən  ümumi  qüvvələrindən  (məsələn,  cazibədən, 

sürtünmədən, keçirməzlikdən) çıxış edərək onların içərisində bir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

o  qədər  də  tez-tez  təsir  göstərməyən  və  mürəkkəb  şəraitdə 



(məsələn,  kimyıvi  xassələr,elektrik,  maqnetizm)özünə  yer  alan 

qüvvələri də izah etmək və nəhayət, heyvanların orqanizmini və 

həyatını,  hətta  insanın  idrakı  və  iradəsini  belə  anlamaq 

mümkündür. Xalis qualitates occultae-dən çıxış etməyə sükutla 

razılaşırdılar,  onların  izahından  isə  tamamilə  imtina  etmişlər, 

ona görə ki, onların altını qazmaq yox, onların üzərində qurmaq 

niyyətinə  malik  idilər.  Buna,  deyildiyi  kimi,  nail  olmaq  olmaz. 

Amma  əgər  buna  müvəffəq  olmaq  olardısa  da,  onda  belə  bir 

bina həmişə havadan asılı olaraq qalmış olardı. O izahların hansı 

faydası  vardır  ki,  onlar  nəticədə  elə birinci  problem  kimi qeyri-

məlumluğa  gətirib  çıxarır?  Və  məgər  biz  son  nəticədə  təbiətin 

yuxarıda xatırlanan ümumi qüvvələrinin daxili mahiyyəti barədə 

heyvanın  daxili  mahiyyəti  barədə  bildiyimizdən  daha  çoxmu 

bilirik?  Məgər  birinci  elə  ikinci  qədər  tədqiqatdan  kənarda 

qalmayıbmı? Mahiyyəti tədqiq etmək  və əsaslandırmaq olmaz, 

ona görə ki, o, əsasdan məhrumdur, ona görə ki, o, heç bir vaxt 

formaya,  əsas  qanununa  müncər  edilə  bilməyən  məzmundur. 

Biz  isə,  burada  bir  məqsəd  olaraq  etiologiyaya  deyil,  fəlsəfəyə, 

yəni  dünyanın  dərk  olunmasının  nisbi  deyil,  şərtsiz  idrakı 

məqsədində,  bizə  yalnız  uzaqdan,  birtərəfli  və  vasitəli,  dolayı 

olaraq  məlum  olanı  dərk  etmək  üçün  əks  yolu  seçirik  və  bizə 

bilavasitə  və  tam  olaraq  məlum  olandan,  bizə  bütün  hər  bir 

şeydən  yaxın  və  doğma  olandan  çıxış  edirik;  biz  ən  güclü,  ən 

əhəmiyyətli  və  ən  aydın  hadisəyə  əsasən  daha  az  mükəmməl 

olan,  daha  zəif  olan  hadisəni,  təzahürü  anlamaq  istəyirik. 

Mənim  öz  məxsusi  bədənim  istisna  olunmaqla  bütün  şeylərdə 

mənə  yalnız  bir tərəf - təsəvvür tərəfi  –  məlumdur; hətta  əgər 

mən  onların  dəyişikliklərinin  hansı  səbəblərə  görə  baş 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

verdiklərini  bilirəmsə  də  onların  daxili  mahiyyəti  mənim  üçün 



bağlıdır və dərin sirdir. Yalnız motiv məni hərəkətə gətirdiyi və 

mənim bədənim məlum əməli yerinə yetirdiyi zaman daxilimdə 

baş  verənlə  müqayisədən  çıxış  edərək,  yalnız  məndə  müəyyən 

xarici  əsaslarla  müəyyənləşən  dəyişikliklərin  mahiyyətini  təşkil 

edənlə  müqayisədən  mən  o  üsula  nüfuz  edə bilərəm  ki,  cansız 

cisimlər  səbəblər  sayəsində  ona  uyğun  olaraq  dəyişilirlər  və 

onların  daxili  mahiyyətini  dərk  edə  bilərəm,  halbuki,  bu 

mahiyyətin  təzahürlərinin  səbəbi  haqqında  biliyi  (bundan  artıq 

heç nəyi) mənə yalnız onların zamanda və məkanda vaqe olması 

qanunu verir. Bu, mənim üçün ona görə mümkündür ki, mənim 

bədənim  yeganə  obyektdir  ki,  burada  mən  onun  yalnız  bir 

tərəfini,  təsəvvür  tərəfini  deyil,  həm  də  başqa  tərəfini,  iradə 

adlandırılan  tərəfini  də  bilirəm.  Beləliklə,  mənim  öz  məxsusi 

quruluşumu,  öz  idrakımı  və  iradəmi,  öz  hərəkət  motivlərimi 

daha  yaxşı  baş  düşdüyümü  düşünmək  əvəzinə,  əgər  mənə 

onları elektrikin, kimyəviliyin, mexanizmin qüvvəsi ilə, səbəblər 

üzrə hərəkətə müncər  etmək nəsib olsa – bunun əvəzinə, mən 

etiologiyaya  deyil,  fəlsəfəyə  səy  etdiyimə  görə,  mən,  əksinə, 

qeyri-üzvi  cisimlərin  mənim  baxışıma  görə  səbəblər  üzrə  baş 

verən ən sadə və adi hərəkətlərini belə mənim motivlər üzrə öz 

məxsusi hərəkətlərimdən çıxış edərək, hər şeydən öncə onların 

daxili  mahiyyətində  başa  düşməyi  öyrənməliyəm,  təbiətin 

bütün  cisimlərində  təzahür  olunan,  izah  edilə  bilməyən 

qüvvələri isə xarakterinə görə məndəki iradə ilə tamamilə eyni 

və  ondan  yalnız  dərəcəsinə  görə  fərqlənən  kimi  qəbul 

etməliyəm.  Bu,  o  deməkdir  ki,  təsəvvürlərin  əsas  qanunu 

haqqında traktatda müəyyənləşmiş dördüncü sinfi birinci sinfin 

daxili  mahiyyətinin  idrakı  üçün  açara  çevrilməlidir  və  mən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

səbəbiyyət  qanununu  onun  daxili  mənasında  motivasiya 



qanunundan başa düşməyi öyrənməliyəm.  

Spinoza  deyir  (62-ci  məktub):  əgər  təkan  nəticəsində 

havaya  qalxan  daş  şüura  malik  olsaydı,  o,  düşünərdi  ki,  öz 

məxsusi iradəsi ilə uçur. Mən yalnız onu əlavə edirəm ki, daş bu 

halda haqlı olardı. Onun üçün təkan olan mənim üçün motivdir, 

və  onun  üçün  sürtünmə,  ağırlıq  və  verilmiş  vəziyyətin 

dayanıqlılığı  kimi  təzahür  olunanlar  mənim  özümdə  iradə  kimi 

dərk  etdiyimdir  və  o  da,  əgər  idraka  malik  olsaydı,  bunu  iradə 

kimi  dərk  edərdi.  Spinoza  göstərilən  yerdə  o  zərurəti  nəzərdə 

tutur  ki,  daş  ona  görə,  o  zərurətlə  uçur  və  o,  haqlı  olaraq  onu 

şəxsin  təkcəli  iradə  aktının  zəruriliyinə  keçirmək  istəyir.  Mən 

isə,  əksinə,  o  daxili  mahiyyəti  nəzərdən  keçirirəm  ki,  yalnız  o, 

hər  hansı  bir  real  zərurətə  (yəni,  səbəbdən  törəyən  təsirə, 

hərəkətə)  onun  müqəddiməsi  olaraq  məna  və  qüvvə  verir,  bu 

müqəddimə  insanda  xarakter,  daşda  isə  xassə  adlanır,  amma 

hər  ikisində  eyni  şeydir  və    bilavasitə  olaraq  dərk  olunduğu 

yerdə, iradə adını daşıyır və o, görünənin, obyektliyin daşda ən 

zəif,  insanda  isə  ən  güclü  dərəcəsinə  malikdir.  Bizim  iradə  ilə 

tamamilə  oxşar  olan,  bütün  şeylərin  canatmasında  olan  bu 

başlanğıcı, hətta müqəddəs Avqustin də özünün doğru duyğusu 

ilə  dərk  etmişdir  və  mən  burada  o  sadəlövh  sözləri 

xatırlamaqdan  özümü  saxlaya  bilmərəm  ki,  o,  fikrini  həmin 

sözlərlə  ifadə  etmişdir:  "Əgər  biz  heyvan  olsaydıq,  biz  cismani 

həyatı  və  onun  duyğularına  uyğun  olanı  sevərdik  və  bu,  bizim 

üçün kafi nemət olardı və əgər bu cəhətdən biz özümüzü yaxşı 

hiss  etsəydik,  onda  biz  başqa  heç  nə  axtarmazdıq.  Eləcə  də, 

əgər  biz  ağac  olsaydıq  və  hətta  zərrəcə  duyğu  ilə  də  heç  nəyi 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

sevə  bilməsəydik,  onda  hər  halda  bizə  elə  gələrdi  ki,  biz  sanki 



ona can atırıq (appetere) ki, bizim məhsul vermə qabiliyyətimiz 

zəngin və bol olmuş olsun. Əgər biz daş və ya dalğa, və ya külək 

və ya alov və ya bu qəbildən olan, hər hansı bir hissi və həyatı 

olmayan başqa bir şey olsaydıq, bizdə hər halda öz yerimizə və 

nizama  yönümlü  nəsə  bir  canatma  olmuş  olardı.  Zira  cazibə 

cisimlərin sanki bir məhəbbətidir, – məgər onlar öz ağırlıqları ilə 

aşağıya və ya öz yüngüllükləri ilə yuxarıya doğru can atmırlarmı? 

Bədən  öz  çəkisi  ilə,  ruh  isə  öz  məhəbbəti  ilə  hara  gəldi  cəzb 

olunmurmu?" ("İlahi Şəhər barədə", 11, 28).  

O da diqqətə layiqdir ki, Eylerə görə, cazibənin mahiyyəti 

son  nəticədə  cisimlərə  xas  olan  "meylə  və  canatmaya"  (yəni, 

iradəyə)  müncər  edilməlidir  (şahzadəyə  ünvanlandığı  68-ci 

məktub).  Məhz  buna  görə  də  Nyutondan  gələn  cazibə  anlayışı 

onun  xoşuna  gəlmir  və  o,  onu  əvvəlki  kartezian  nəzəriyyə 

ruhunda  modifikasiya  etməyə,  yəni  cazibəni  efir  tərəfindən 

cismə edilmiş təkandan çıxarmağa səy edir: bu, "ağla daha çox 

uyğundur  və  aydın  və  anlaşıqlı  prinsipləri  sevənlər  üçün"  daha 

çox  yararlıdır.  O,  cazibəni  bir  qualitas  occulta  olaraq  fizikadan 

qovmaq  istəyir.  Belə  bir  baxış  təbiətin  o  ölü  anlamına  uyğun 

gəlir ki, o, Eylerin zamanında immaterial ruhun korrelyatı olaraq  

hakim  idi.  Amma  diqqətəlayiqdir  ki,  mənim  tərəfimdən 

müəyyənləşmiş  əsas  həqiqətə  münasibətdə,  onun  uzaq 

parıltılarını  o  zaman  bu  incə  zəka  sahibi  artıq  görmüşdü;  o, 

ondan  vaxtında  yayınmağa  tələsmişdi  və  o  zamanın  bütün 

dünyaduyumunun  sanki  darmadağın  olmasından  qorxaraq,  o, 

hətta  köhnə,  baxtı  keçmiş  cəfəngiyyatda  özünə  müdafiə 

axtarmağa hazır idi.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin