Dünya həyatında bütün zövqləri tükədənlər



Yüklə 2.01 Mb.
səhifə2/22
tarix29.05.2017
ölçüsü2.01 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Giriş

Dünyanın hər yeri saymaqla qurtarıla bilməyəcək gözəlliklərlə doludur. Lakin bir çox insan bu gözəlliklərdən xəbərsizdir. Öz dərdlərinə, sıxıntılarına qərq olmuş, bunların ağırlığından ötrü, ətraflarında olub bitən seviniləcək, zövq alınacaq hadisələri, gözəllikləri görə bilməyəcək vəziyyətə gəliblər. Özlərindən soruşsanız; həyatın "sərt və çətin yoxuş" olduğundan, özlərinin də bu sərt yoxuşu aşmaq üçün böyük "həyat mübarizəsi" apardıqlarından bəhs edərlər. Həyatı həmişə "çətinlik və mübarizə meydanı" kimi ifadələrlə təsvir edərlər. Apardıqları bu həyat mübarizəsinin səbəb olduğu bezginlikdən və yorğunluqdan danışarlar. "Artıq yaşamaqdan bezdim", "artıq heç nədən zövq ala bilmirəm" kimi cümlələri demək olar ki, hər gün, hər söhbətlərində işlədərlər. Hətta bu bezginlikdən ötrü bəziləri həyatın heç bir mənası qalmadığını söyləyib bu vəziyyətdən xilas olmaq üçün ölməyi istəyir, intihara qədər aparan hərəkətlər edirlər.

Halbuki əslində dünya həyatı, bu insanların təsvir etdikləri və yaşadıqları şəkildə olmaq məcburiyyətində deyil. Əlbəttə ki, dünya həyatı bir çox çatışmazlıq, insanlar isə, bir çox acizliklə yaradılmışdır. Lakin bu çatışmazlıqlar və acizliklərə etiraz etməyin yolu "həyat mübarizəsi aparmaq" deyil. Allah insanlara çıxış yolunu Quranla bildirmişdir. Çıxış yolu yalnız iman gətirməkdir. Allah: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (Nəhl surəsi, 97) ayəsiylə "iman gətirən insanlar üçün" dünyada "gözəl həyat" olduğunu bildirir.

Belə ki, dünya, çatışmazlıqlarla yanaşı, saymaqla qurtarıla bilməyəcək qədər çox nemətlə doludur. İman gözüylə baxanlar üçün dünya həyatının maddi və mənəvi zövqləri bitib-tükənmək; hər şəraitdə, hər mühitdə yüzlərlə gözəllik görülə bilər və bütün bunlardan böyük zövq alına bilər.

Allahdan uzaq yaşayan insanlar, bu zövqlərin bir çoxunu yaşamırlar. Çünki görə bildikləri gözəlliklərin və əllərindəki nemətlərin zövqünü, inkar ruhunun qaranlığıyla çoxdan tükədiblər. İmandan uzaq yaşamağa davam etdikcə, ömürlərinin geri qalan hissəsini də, bu itki içində keçirəcəklər. Həyatlarına həmişə bezginlik, boşluq və məhrumluq hakim olacaq. Günlər, aylar, illər keçəcək, lakin onlar ətraflarındakı saysız gözəlliyi ya görə bilməyəcək, ya da görsələr belə bunlardan lazımınca zövq ala bilməyəcəklər. Həmçinin yaşadıqları sıxıntı dünya həyatıyla da məhdudlaşmayacaq.

Allahın Quranda: "İnkarçılar Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda bütün gözəl nemətlərinizi və zövqlərinizi tükətdiniz onlarla yaşayıb zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və fasiqlik etdiyinizə görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20) ayəsiylə bildirdiyi kimi, dünyada olarkən zövqlərini tükətdikləri kimi, axirətdə də sonsuza qədər bu zövqlərdən məhrum qalacaqlar

Halbuki heç bir insan, nə dünyada, nə də axirətdə belə vəziyyətdə qalmaq, belə qarşılıq almaq istəməz. Tam əksinə, Allahın özünə dünyada və axirətdə verdiyi imkanları ən gözəliylə, ən çox zövqü alaraq yaşamaq istəyər. Həmçinin əslində insanların bu istəklərinə nail olmaları da (Allah istədiyi təqdirdə) olduqca asandır.

Bu kitabın məqsədi, din əxlaqı yaşanmadıqda necə məhrumiyyət, nemət itkisi və sıxıntılı həyat yaşandığını göstərmək, bu insanlara düşdükləri vəziyyəti tam açıq şəkildə göstərərək, onları dünyada yaşadıqları nemət itkisindən və axirətdə qarşılaşacaqları əzablı aqibətdən qurtarmağa çağırmaqdır. Onlara dünya həyatının çoxlu nemət və gözəlliklə dolu olduğunu, bütün bu nemətlərdən, təkcə iman gətirməklə zövq ala biləcəklərini xatırladaraq, bütün insanları Allah yoluna, Qurana təslim olmağa, imanla yaşamağa dəvət etməkdir.


"Dünya həyatındakı bütün zövqləri mənimsəyənlər" kimlərdir?


Keçmişdən bu günədək yaşadıqlarınızı sürətlə nəzərdən keçirdiyiniz vaxt, qarşılaşdığınız insanların bir çoxunun ortaq bir xüsusiyyətə sahib olduqlarını görərsiniz: Gənc və ya yaşlı, varlı və ya kasıb olmağından asılı olmayaraq, insanların bir hissəsi yaşadıqları həyatdan gileylənməyi həyatlarının mühüm parçası halına gətiriblər. Demək olar ki, hər hadisə haqqında gileylənəcək, xoşlanmadıqlarını dilə gətirəcək bir şeylər taparlar. Qarşılaşdıqları hadisənin yüz gözəl, seviniləcək, zövq alınacaq tərəfi varsa da, onlar bunları görüb bunlarla xoşbəxt olmaqdansa, bir neçə qüsurlu təfərrüatda ilişib qalıb bunların verdiyi sıxıntını yaşayarlar. Bu anlayış, onlarda elə vərdiş halını almışdır ki, hələ yaşamadıqları, sınamadıqları hadisələr haqqında belə eyni rəftarı göstərə bilərlər. Hələ bir hadisəni yaşamadan, qarşılaşa biləcəkləri mümkün çatışmazlıqları düşünər və bu xəyali çatışmazlıqlardan ötrü bədbəxt ola bilərlər.

Bütün bunlardan savayı, bütün səylərinə baxmayaraq, özlərinin də səbəbini tam olaraq tapa bilmədikləri səbəbsiz bezginlik və heç nədən lazımınca razı qala bilməmə hissini yaşayarlar. Diqqətli şəkildə düşündüyünüz təqdirdə, bu cür insanların; "içimdə səbəbsiz sıxıntı var", "ürəyim çox sıxılır", "artıq bu həyatdan bezdim", "ürəyim heç nə etmək istəmir" kimi sözləri tez-tez dilə gətirdiklərini xatırlayarsınız. Üstəlik, bu insanları, ürəklərində yaşadıqları bu böyük bezginlik və məmnunsuzluq hissindən qurtarmağa çalışsanız da, çox vaxt bunu bacara bilməzsiniz.

Belə ki, onları dünyanın ən gözəl yerinə aparsanız, ən gözəl, ən mükəmməl nemətləri önlərinə qoysanız, arzulaya biləcəkləri hər cür rahatlıq və lüksü təmin etsəniz, yenə də bu insanların gözəlliklərdən lazımınca zövq ala bilmələrini təmin edə bilməzsiniz. Bu gözəlliklərin həmişə ruhlarına təsir etməsini və onları tam mənasıyla xoşbəxt etməsini təmin edə bilməzsiniz.

Halbuki səmadan dənizin dərinliklərinə qədər hər yer saymaqla qurtara bilməyəcəyimiz mükəmməllikdəki təfərüatlarla doludur. Hər biri bir-birindən gözəl olan canlılar; quşlar, dovşanlar, sincablar, aslanlar, zebrlər, pələnglər, pişiklər, itlər, balıqlar... Min bir növ meyvələr; çiyələklər, portağallar, qovunlar, əriklər, şaftalılar... Ürəkaçan bitkilər; güllər, səhləblər, çobanyastığılar, bənövşələr, sünbüllər, qərənfillər, yüzlərlə illik ağaclar və daha milyonlarla gözəllik insanda çox böyük coşğu yaradar. Gözəl bir mənzərə, gözəl bir insan üzü və ya gözəl bir ziyafət süfrəsi insan ruhuna çox böyük zövq verər.

Allah, Quran ayələrində dünya həyatında insanlara təqdim etdiyi gözəlliklərə diqqət çəkmiş və bu nemətləri insanların; "ümumiləşdirib saysalar da qurtara bilməyəcəkləri qədər çox və müxtəlif" olduğunu xatırlatmışdır.

Allah ayələrdə belə buyurur:



O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 32-34)

Əgər Allahın nemətlərini saymalı olsanız, onları ümumiləşdirməklə də sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)

Əslində sırf bu gözəlliklərdən biri belə insan ruhuna böyük zövq və həzz verə bilər. Bundan ötrü də, bəzi insanların bu gözəlliklərin minlərləsiylə iç-içə yaşadıqları halda bunları görə bilməmələri, bunların heç birindən coşğu və həyəcan duya bilməmələri, zövq alıb xoşbəxt ola bilməmələri, şübhəsiz ki, ortada qeyri-adi bir vəziyyət olduğunu göstərir. Hər şeydən əvvəl bu böyük nemət itkisi və böyük çatışmazlıqdır. Çox aydındır ki bu insanlar, dünya həyatındakı bütün zövqləri tükədərək, artıq bunlardan ləzzət ala bilməyəcək hala gəliblər.

Halbuki nə böyük ziddiyyətdir ki, bir çox əsassız bəhanə ortaya ataraq dindən qaçan insanlar dünya həyatını çox zövq alacaqları, həmişə gülüb əylənəcəkləri bir yer kimi görmək istəyərlər. Həyatdakı ən böyük məqsədləri dünya həyatından sonsuz şəkildə faydalanmaq, burada ala biləcəkləri bütün zövqləri almaqdır. Bu, dünyanın hər yerində və hər dövrdə dəyişməyən bir qanun olmuşdur. Tarix boyu həyatın həqiqi mənasını qavraya bilməmiş bəzi insanlar dünyadan zövq alma barəsində fəlsəfi fikirlər irəli sürmüş, öz deyimləriylə desək; "arsız" insanlara təriflər yağdırıblar.

Tanınmış latın lirik şairi və yazıçı Horatiusun (e.ə. 65-8) bir sözündən ilham alınaraq ortaya çıxan və 17-ci əsr avropasından bəri işlədilən bir deyim olan; "anı yaşa" (“karpe diem”) ifadəsi, yalnız dünya həyatı üzərində qurulan bu həyat tərzinin batil fəlsəfəsini yekunlaşdırır. Bu sözlə: "İnsanın sabahı düşünmədən, yalnız içində olduğu anı yaşayıb, arsız olması" ifadə edilir. "Anı yaşa" fikri ilə, insanlara hər an ölümlə qarşılaşa biləcəkləri, bundan ötrü də, ölümü və sonrasını düşünməkdənsə, bu həqiqətləri qəti ağıllarına gətirmədən yalnız içində olduqları anı qiymətləndirərək yaşamaları nəsihət edilir.

Eynilə intibah dövrünə damğasını vuran ləcəyini xatırla" (“memento mori”) məhfumu da insanlara, öləcəklərini xatırlayaraq, dünyaya daha çox sarılmağı nəsihət edir. Bu yanlış düşüncəyə görə, insan, ölümdən qorxaraq yaşamaqdansa, yaşadığı zamanı, ölümün yaxın olduğunu bilərək, yalnız istəklərinə uyğun keçirməli, heç bir sərhəd tanımadan, ürəyinin istədiyi kimi yaşamalıdır.

Xoşbəxtliyin və gözəl həyat yaşamağın yolunu, Allahın ayələrindən kənarda axtaran cəmiyyətlər tarix boyu bir çox azğın fikir və fəlsəfə meydana gətiriblər. Ortaya atdıqları bütün yanlış düşüncələrin ortaq nöqtəsi isə, dünya həyatının nemətlərindən maksimum səviyyədə, hərisliklə faydalana bilməkdir.

Allah, Quranda belə insanların bu hərisliyinə; "Sən də Bizim Zikrimizdən üz döndərib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!" (Nəcm surəsi, 29) ayəsiylə diqqət çəkir. Digər bir ayədə isə, Allah, bu insanların qapıldıqları dünya hərisliyindən ötrü özlərinə verilən saysız imkan və nemətlərə şükür etmək əvəzinə, hərislik içində yaşadıqlarını bildirir:

Məni yaratdığım kimsə ilə tək burax; Mən ona bolluca var-dövlət bağışladım, göz qabağında olan uşaqlar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır. (Müddəssir surəsi, 11-15)

O zaman bütün bu sonsuz istəklərinə baxmayaraq, bu insanların dünya həyatından, insanlardan, təbiətdən, canlılardan zövq ala bilməmələrinin səbəbi nədir? Tək məqsədləri dünya həyatının zövqlərindən istifadə etmək olduğu halda, necə olur ki, bütün zövqlərdən məhrum qalırlar? Niyə bu qədər nemət içində olduqları halda böyük sıxıntı, qəmginlik, depressiya və bezginlik içində yaşayırlar? Necə olur ki, dünya həyatının gözəlliklərini və nemətlərini görə bilməyəcək və ya bunlardan zövq ala bilməyəcək ruh halına sahib olurlar? Dünya həyatındakı bütün zövqləri necə tükədir, bütün arzularına və səylərinə baxmayaraq, bu zövqlərdən necə məhrum qalırlar?

Bütün bu sualların tək cavabı və bütün bu halların tək izahı var: Bu insanlar insanlar inkar edirlər. Özlərinə bütün bu nemətləri verənin Rəbbimiz olduğunu unutmalarına və nankorluq etmələrinə qarşılıq dünya həyatında bu insanların qəlblərinə sıxıntı verilir. Allah Quranda bu həqiqəti belə bildirir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)

Digər bir ayədə isə: "Allah, iman edənlərin vəlisi (dostu və dəstəkçisi)dir, onları zülmətlərdən nura çıxarır. İnkarçıların vəliləri isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar” (Bəqərə surəsi, 257) şəklində bildirildiyi kimi, Allah, inkarlarından ötrü gözəlliklər içində yaşadıqları halda bu insanları qaranlıq və zülmət bir dünyaya salır.

Halbuki Allah dünya həyatını insanlar üçün, imtahan mühiti kimi yaratmışdır. Bundan ötrü də, dünya həyatının bəzəklərinə qapılmaq böyük yanılmadır. Peyğəmbərimiz (s.ə.v) bir hədisində dünya həyatı ilə əlaqədar belə buyurur:

Dünya şirin və xoşdur. AIIah sizi ona varis edəcək və necə hərəkət edəcəyinizə baxacaq. O zaman, dünyadan çəkinin. (Kütüb-i Sitte, Müslim, Zikr 99, (2742); Tirmizi, Fiten 26, (2192))

Allahın razı qalacağı gözlənilən rəftar, bütün dünya nemətlərinin Rəbbimizin lütfü olaraq bizə çatdığını qavramaq və şüküredici əxlaqa sahib olmaqdır. Bu gözəl əxlaqı yaşayan insan, ətrafında həmişə Rəbbimizdən gələn gözəlliklərin, nemətlərin və xeyirlərin olduğunu hər an hiss edəcək.

İnkarçılar isə, bu həqiqəti görmək əvəzinə, Allahı unudaraq, yalnız əllərindəki nemətlərdən hərisliklə faydalanmağa çalışacaqlar. Bu hərisliyin dərəcəsi artdıqca, onlardakı məmnunsuzluq da artar. Bu böyük ziddiyyətin səbəbi, bu insanların hər şeyə sahib olmaq üçün, sanki dəlicəsinə hərisliyə qapılmalarıdır. Sahib olduqlarıyla xoşbəxt olmaq, əllərindəkinin qiymətini bilib bunlara sevinmək əvəzinə, həmişə daha çoxuna sahib ola bilməməyin bədbəxtliyini yaşayarlar. Bundan ötrü də, əllərindəki imkan və nemətlərdən də zövq ala bilməzlər.

Məsələn, gözəl bir avtomobilləri olar, lakin daha yeni bir modeli çıxdığı anda, sahib olduqları avtomobilin onlar üçün heç bir dəyəri qalmaz. İstirahətə çıxaraq bütün problemlərinin öhdəsindən gələcəklərinə inanarlar. Lakin istirahət vaxtı, yaşadıqları kiçik problemlər onlar üçün sıxıntı və əzab səbəbi olar. Səbir və təvəkküllə problemlərin öhdəsindən gəlməyə çalışmaz, pessimist ruh hallarından ötrü daha da sıxıntılı halda istirahətdən qayıdarlar. Bütün bu axtarışları həmişə bədbəxtliklə nəticələnər. Zövq alsalar da, bu, çox qısa davam edər və ardınca çox uzun müddətli sıxıntı gələr.

Əlbəttə ki, dünya həyatı insanlar üçün imtahan mühitidir, bundan ötrü də, o, gözəlliklərlə yanaşı bir çox qüsur və çatışmazlıqla birlikdə yaradılmışdır. Buna görə də, insanlar, həyatlarında, nə qədər istəməsələr də bu çatışmazlıqlarla hökmən qarşılaşacaqlar. Necə ki, varlı olanın var-dövlətini, gözəl olanın gözəlliyini, zəkalı olanın bütün zəkasını bir qəza və ya bir fəlakət nəticəsində tamamilə itirə bilər. Həmçinin belə bir qəza yaşanmasa da, bir gün mütləq hər insanın gəncliyi və sağlamlığı yox olacaq, enerjisi və gücü zamanla əlindən çıxacaq. Maddi-mənəvi cəhətdən özlərindən daha üstün insanlarla qarşılaşma ehtimalı da, din əxlaqından uzaq insanları narahat edən digər bir məsələdir. Özlərindən daha varlı, daha gözəl, daha müvəffəqiyyətli, daha ağıllı, daha geniş ictimai ətrafa sahib insanların varlığı onları böyük depressiyaya sürükləyər.

Məhz inkarçıların həyatları boyu böyük axtarış içində olmalarının, sahib olduqları nemətlərə razı qala bilməmələrinin səbəbi bu azğın anlayışdır. Hərislikləri onlara sıxıntılı həyat yaşadar. Qətiyyən əllərindəki gözəllikləri görə bilməz, bunlardan lazımınca zövq ala bilməzlər.

Ölümlə birlikdə bütün nemətlərin yox olacağına inanan bu insanlar üçün bütün gözəlliklər hələ dünyada olarkən yavaş-yavaş tükənib yox olar; gözəllikləri, gənclikləri, sağlamlıqları həmişə müvəqqətidir. Maddi qazancları isə, nəfslərinin azğın hərisliyindən ötrü onlara kifayət etməz. Məhz bütün bu səbəblərdən ötrü hərisliklə bağlandıqları dünya həyatı, bu insanlar üçün əzaba çevrilər. Allah, inkarçıların cəhənnəm həyatından əvvəl dünyada da əzabla qarşılaşdıqlarını bu sözlərlə bildirir:

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə vaxt olacaq?” deyirlər. De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin (əzabın) bir qismi, artıq sizə yaxınlaşmışdır”. (Nəml surəsi, 71-72)

Allahın ayələrdə bildirdiyi əzabın bir qismi, bu insanların dünya həyatının bütün gözəllikləri və imkanları içində bir növ cəhənnəm həyatı yaşamalarıyla özünü göstərir.

Dünyanın müxtəlif cəmiyyətlərində bir çox insan bu ruh halını yaşayır. Depressiyaların, sıxıntıların, stressin və psixoloji problemlərin bu qədər artması, dünya həyatına olan bu yanlış dünyagörüşünün bir nəticəsidir. "İçimdə səbəbsiz sıxıntı var", "ürəyim çox sıxılır", "artıq bu həyatdan bezdim", "ürəyim heç nə etmək istəmir" kimi sözlər işlədərək yaşamağa davam edən hər insan, təcili qurtulmalı olduğu bir ruh halına sahib olduğunu görməlidir.

Belə sıxıntı içində olan hər insan, dayanıb düşünməli, özündən bunun səbəbini soruşmalı və bu vəziyyətin nədən qaynaqlandığını araşdırıb buna çıxış yolu axtarmalıdır. Allah bu mövzunun da həllini bizə Quran ayələriylə bildirir. Nemətlərdən zövq ala bilmək, gözəllikləri görmək qabiliyyəti ancaq imanla qazanılar.

Sonrakı sətirlərdə bu mühüm həqiqətə toxunulacaq və dünyadakı maddi-mənəvi bütün nemətlərin, ancaq iman gözüylə baxıldığı təqdirdə insan ruhuna tam mənasıyla zövq verə biləcəyindən danışılacaq.



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə