Seçmə aşıq şeirləri
88
AġIQ BƏSTĠ
(Bəsti Kərbəlayi Bayramalı qızı – 1836-1936)
EYLƏR-EYLƏR
Ay camaat, xəstə düşüb ölürəm,
Dərdimə dərmanı yar eylər-eylər.
Həsrət qaldım yarın uca boyuna,
Yanar canım ahu-zar eylər-eylər.
Anam gəlib kəsdirəydi yanımı,
Yar demərəm, şaxta vurar canımı.
Yay dolusu döyər bağ-bostanımı,
Alçaq dağlarımı qar eylər-eylər.
Fələk, sənlə çox eylərəm savaşı,
Ahımdan dumandı dağların başı.
Üzümü yandırır gözümün yaşı,
Ağlamaq Bəstini kor eylər-eylər.
89
TAPILMAZ
Üzülübdü canım el tənəsindən,
Hamı deyər: Bəsti öydə tapılmaz.
Bir sazıdı, bir sözüdü, bir özü,
Bir beləsi daha Löydə tapılmaz.
Bu qınağa vallah mənəm dözürəm,
Usanmışam, ölməyə də hazıram.
Dərdimi deməyə divan gəzirəm,
Yerdə axtarıram, göydə tapılmaz.
Hanı Xançobanım, a qoca dağlar,
Tutulub gözlərim, görməyir, ağlar.
Nə tez viran oldu bağçalar, bağlar,
Barlı bağlarımda meyvə tapılmaz.
|