DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova



Yüklə 134.95 Kb.
Pdf просмотр
tarix10.06.2017
ölçüsü134.95 Kb.

«GEO  STRATEGİYA».-2011.-№5.-14-17.

DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYI: 

Güclü Azərbaycan üçün güclü diaspor

Vüsalə Kərimova 

Telejurnalist

Azərbaycanın  yeni  tarixinə  çox  əlamətdar  bir  hadisə  kimi  həkk  olunan  Dünya  azərbaycanlılarının

qurultaylarının keçirilməsi artıq gözəl ənənəyə çevrilib. Bu ənənənin təməli 2001-ci ildə ulu öndər Heydər Əliyev

tərəfindən qoyulub. Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabrın 9-10-da ulu öndər Heydər Əliyevin

sərəncamı ilə keçirilib. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək

təşkilatlanması  baxımından  tarixi  əhəmiyyət  kəsb  etdi,  milli  diaspor  hərəkatının  inkişafında  yeni  mərhələnin

başlanğıcını  qoydu.  Ulu  öndərin  təşəbbüsü  ilə  Bakıda  ilk  dəfə  olaraq  dünya  azərbaycanlıları  bir  araya  gəldi.

Qurultayda  çıxış  edən  ümummilli  lider  Heydər  Əliyev  bu  tədbirin  əhəmiyyətinə  toxunaraq  bildirdi:  "Dünya

Azərbaycanlılarının I Qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi

hadisədir.  Bütün  dünyada  yaşayan  azərbaycanlıların,  Azərbaycan  icmalarının  nümayəndələri  ilk  dəfə  olaraq

Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin I qurultayını keçirirlər".

2006-cı  il  martın  16-da  isə  Bakıda  Dünya  Azərbaycanlılarının  II  Qurultayı  keçirildi.  Bu  mötəbər  toplantı

xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət

Komitəsinin  əsasında  Diaspor  ilə  İş  üzrə  Dövlət  Komitəsinin  yaradılması  haqqında  Sərəncam  imzaladı.  Bu

Sərəncamın imzalanması xaricdə yaşayan azərbaycanlılarla işin güclənməsinə güclü təkan verdi.

2011-ci  il  iyulun  5-də  isə  dünya  azərbaycanlıları  III  dəfə  Heydər  Əliyev  Sarayına  toplaşdı.  Dünya

Azərbaycanlılarının  III  Qurultayında  dünyanın  42  ölkəsindən  seçilən  600  nümayəndədən  579  nəfəri,  habelə

dünyanın  30  ölkəsindən  211  nəfər  qonaq  qismində  iştirak  etdi.  Qurultayda  Azərbaycan  677  nümayəndə  və  405

nəfər qonaqla təmsil olundu.

AZƏRBAYCAN XALQI ÖZ TALEYİNİN SAHİBİDİR

Bu il müstəqilliyinin 20 illik yubileyini qeyd edən Azərbaycan ötən illər ərzində böyük və şərəfli yol keçdi.

Artıq  bütün  dünyada  Azərbaycan  etibarlı  tərəfdaş  kimi  tanınır,  ölkəmizlə  əməkdaşlıq  və  dostluq  etmək  istəyən

ölkələrin  sayı  artır.  Bu  isə  məlum  məsələdir  ki,  Azərbaycanın  əldə  etdiyi  müstəqilliyinin  bəhrəsidir.  Dünya

Azərbaycanlılarının  III  Qurultayında  çıxış  edən  Azərbaycan  prezidenti  İlham  Əliyev  haqlı  olaraq  qeyd  etdi  ki,

müstəqillik ən böyük sərvətdir, ən böyük uğurumuzdur: "Azərbaycan 20 ildir ki, müstəqil yaşayır, Azərbaycan xalqı

azad  yaşayır.  Azərbaycan  xalqı öz  taleyinin  sahibidir,  Azərbaycan  xalqının  iradəsi  bizim  üçün  ən  vacib  amildir.

Ölkə qarşısında duran sosial-iqtisadi məsələlərin həlli əminəm ki, bundan sonra da uğurla icra ediləcək...".



ERMƏNİSTAN SÜLHƏ HAZIR DEYİL

Qurultaydakı çıxışında  ölkə  qarşısında  duran  ən  ağrılı  problemin  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ

münaqişəsi olduğunu bir daha bəyan edən prezident İlham Əliyev uzun illər danışıqların aparılmasına baxmayaraq,

bu məsələnin həllini tapmamasını təəssüflə qeyd etdi: "Torpaqlarımız işğal altındadır, bütün beynəlxalq təşkilatlar

Azərbaycanın  ərazi  bütövlüyünü  müdafiə  edir,  dəstəkləyir.  Birləşmiş  Millətlər  Təşkilatı,  ATƏT,  Avropa

Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, digər təşkilatlar müvafiq qərar və qətnamələr qəbul edib ki,

Azərbaycanın ərazi bütövlüyü orada müdafiə edilir və işğalçı qüvvələrin işğal edilmiş  torpaqlardan çıxarılması da

orada  nəzərdə  tutulur.  Ancaq  əfsuslar  olsun  ki,  məsələ  həllini  tapmır.  Bunun  yeganə  səbəbi  Ermənistanın

qeyri-konstruktiv  mövqeyi  və  sülhə  hazır  olmamasıdır.  Ancaq  biz  yaxşı  bilirik  ki,  gec-tez  Azərbaycan  ərazi

bütövlüyünü bərpa edəcək".

Rəsmi  Bakı  Dağlıq  Qarabağ  münaqişəsini  sülh  yolu  ilə  və  tezliklə  həll  etmək  istəyindədir.  Bu  arada

Ermənistan  tərəfi  də  artıq  Azərbaycanda  yaradılan  potensialın  Ermənistanın  potensial  imkanlarından  dəfələrlə

yüksək  olduğunu  anlamalıdır.  Hazırda  Azərbaycanın  iqtisadi  potensialı  Ermənistanın  iqtisadi  potensialından  10

dəfə  artıqdır.  Ona  görə  Ermənistan  bu  məsələnin  tezliklə  öz  həllini  tapmasında  maraqlı olmalıdır.  Azərbaycanla

rəqabət  aparmaq  Ermənistanın  gücündə  deyil.  Təkcə  hərbi  xərclərə  nəzər  salsaq  görərik  ki,  Azərbaycanın  hərbi

xərcləri Ermənistanın bütün dövlət büdcəsindən 50 faiz artıqdır.

Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin  tezliklə  həlli  Azərbaycanla  yanaşı Ermənistanın  da

maraqlarına cavab verir. Beynəlxalq birlik də münaqişəyə son qoyulmasını istəyir. Status-kvonun dəyişdirilməsinin

vacibliyini  önə  çəkən  prezident  İlham  Əliyev  danışıqların  nəticə  verəcəyinə  ümidvardır.  Hər  halda,  Azərbaycan

danışıqlarda bütün dövr ərzində konstruktivlik nümayiş etdirib.



ABİDƏLƏR DAĞILSA DA TARİXİ DƏYİŞİRMƏK MÜMKÜN DEYİL

Dağlıq  Qarabağ əzəli  və  tarixi  Azərbaycan  torpağıdır.  1978-ci  ildə  ermənilər  tərəfindən  Dağlıq  Qarabağda

onların Dağlıq Qarabağa  köçürülməsini  əks  etdirən  abidə  ucaldılıb.  Müharibənin  ilk  illərində  ermənilər  o  abidəni

dağıdıb.  Ancaq tarixi dəyişdirmək mümkün deyil. Tarix tarixdir. 1978-ci ildə Qarabağda  məskunlaşmalarının 150

illiyini qeyd edən ermənilər yaxşı bilir ki, onlar bu torpaqlara qonaq kimi gəlib. Nəinki Dağlıq Qarabağ, bugünkü

Ermənistan  tarixi  Azərbaycan  torpaqlarında  formalaşıb.  İrəvan  xanlığı,  Zəngəzur  mahalı  Azərbaycanın  tarixi

ərazisidir.  Vaxtilə  Zəngəzuru  Azərbaycandan  ayırıb  Ermənistana  vermək  nəticəsində  böyük  türk  dünyası coğrafi

cəhətdən parçalandı. Tarix bəllidir...



BİRLİK BİZİ GÜCLƏNDİRİR

Dünyada  fəaliyyət  göstərən  Azərbaycan  diaspor  təşkilatları  artıq  tam  formalaşıb.  5  il  əvvəl  336  diaspor

təşkilatımız var  idisə,  hazırda  onların  sayı 416-ya  çatıb.  Bununla  belə  kəmiyyətin  həlledici  rol  oynamadığını önə

çəkən prezident İlham Əliyev diaspor təşkilatlarımızın keyfiyyət baxımından da gücləndiyini, onların fəaliyyətinin

daha da məqsədyönlü, daha da təsirli olduğunu vurğuladı: "Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən

keçirilən aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini

göstərə  bilər.  Bu,  çox  mühüm amildir.  Mən  çox  şadam  ki,  bu  gün  dünyada  fəaliyyət  göstərən  diaspor  təşkilatları

yeni səviyyəyə qalxıb. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması əlbəttə ki, onların fəaliyyətini daha

da  gücləndirir.  Mən  hesab  edirəm  ki,  diaspor  təşkilatlarımız  fəaliyyət  göstərdikləri  ölkələrdə  bütün  Azərbaycan

icmasını  birləşdirməlidir.  İdeal  variant  ondan  ibarət  ola  bilər  ki,  hər  bir  azərbaycanlı  diaspor  təşkilatlarına  üzv

olsun,  onların  tədbirlərində  iştirak  etsin,  öz  dəstəyini  versin,  öz  köməyini  göstərsin  və  eyni  zamanda,  diaspor

təşkilatları tərəfindən də lazım olanda kömək görsün....".

Diaspor  təşkilatlarının  fəaliyyətinin  inkişafı  üçün  birlik  tam  şəkildə  təmin  edilməlidir.  Eyni  zamanda,

hazırda  Azərbaycanın  dünyadakı  daimi  və  diplomatik  nümayəndəliklərinin  sayı  da  artır.  Hazırda  65  ölkədə

səfirliyimiz və konsulluğumuz fəaliyyət göstərir. Yaxın zamanlarda isə 8 ölkədə yeni səfirlik və konsulluğun açılışı

nəzərdə tutulur. Bu isə onu göstərir ki, Azərbaycan bütün dünya ilə əməkdaşlıq edir.

Dünya azərbaycanlılarını birliyə çağıran prezident İlham Əliyev qeyd etdi ki, səfirliklərlə diaspor təşkilatları

arasındakı əməkdaşlıq  daha  da  güclü,  daha  da  məqsədyönlü  olmalıdır:  "Səfirliklərlə  diaspor  təşkilatları arasında

olan  ziddiyyətlər  məni  çox  incidir.  Biz  buna  yol  verməməliyik.  Səfirlik  Azərbaycan  dövlətinin  bir  parçasıdır,

Azərbaycan  dövlətinin  rəsmi  nümayəndəliyidir,  Azərbaycan  dövlətinin  xarici  ölkələrdə  simvoludur.  Biz  elə

etməliyik ki, səfirliklərlə diaspor təşkilatları arasında daim mehriban münasibətlər olsun... Ona görə də mən sizdən

xahiş  edirəm  ki,  əgər  bu  vaxta  qədər,  indi  kimin  səhvindən  nə  olub  olub,  onu  gərək  qoyaq  kənara,  o  səhifəni

bağlayaq.  Bundan  sonra  diaspor  təşkilatları  və  səfirliklər  bir  komanda  şəklində,  bir  yumruq  kimi  işləməlidir  və

Azərbaycanın nə qədər gözəl ölkə olduğunu yaşadıqları ölkənin vətəndaşlarına birgə çatdırmalıdır".



BİZİM DİPLOMATİYAMIZ HÜCUM DİPLOMATİYASI OLMALIDIR

Qeyd edək ki,  diaspor  təşkilatlarının  fəaliyyəti,  həmçinin,  erməni  lobbisinin  Azərbaycan  əleyhinə  apardığı

çirkin  kampaniyaya  qarşı  tutarlı bir  cavabdır.  Hazırda  bütün  ölkələrdə  diaspor  təşkilatlarımız  erməni  təbliğatına

qarşı Azərbaycan reallıqlarını ortaya qoyur. Lakin yenə də dünya azərbaycanlıları Azərbaycan haqqında reallıqları

bütün dünyaya bildirməyə çalışmalıdır. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Təqdiredici haldır ki,

diaspor  təşkilatlarımız  da  nəinki  erməni  lobbi  təşkilatlarına  tutarlı cavab  verir,  eyni  zamanda,  onlar  özləri  orada

Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulan təbliğat işləri aparır.

Bizim  diplomatiyamız  hücum  diplomatiyası  olmalıdır.  Bizim  diplomatiyamız  müdafiə,  özünümüdafiə

xarakteri  daşımamalıdır.  Hücum  diplomatiyamız  nəticə  verir.  Xüsusilə  nəzərə  alsaq  ki,  Ermənistan-Azərbaycan

münaqişəsində haqlı tərəf və zərərçəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddi, daha da tutarlıdır.

Xaricdə fəaliyyət  göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Bunu

etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Xaricdə azərbaycanlılar nə

qədər  güclü  olsa,  dövlətimizin  maraqları  da  o  qədər  müdafiə  olunacaq.  Nə  qədər  Azərbaycan  güclü  olsa,

soydaşlarımız  özlərini  o  qədər  də  əmin,  rahat  hiss  edəcək.  Bizim  xaricdə  yaşayan  böyük  ailəmiz  var,  bu,

azərbaycanlılardır!

BU DA III...

Görülən işlərin hesabatına dair məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

bildirib  ki,  ikinci  qurultaydan  ötən  dövrdə  xaricdə  yaşayan  soydaşlarımızın  təşkilatlanması  prosesi  daha  da

sürətlənib.

Qırğız  Parlamentinin  sədri  Axmatbek  Keldibekov,  Gürcüstanın  Kvemo  Kartli-Borçalı  bölgəsinin

qubernatoru David Kirkitadze, Türkiyə Nazirlər Kabineti yanında xaricdə yaşayan türklər və qohum topluluqlarla

iş  üzrə  başqanlığın  sədri  Kamal  Yurtnac,  Rusiya  Elmlər  Akademiyasının  akademiki  Vladimir  Kolesnikov,


Moldovanın  Qaqauz  Yeri  Başqanı  Mixail  Formuzal,  Belçika  parlamentinin  senatoru  Ann  Mari  Lizin,  "Aziz"

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal, Türkiyənin Mərmərə qrupu Strateji və Sosial

Araşdırmalar Fondunun sədri Akkan Suver, Şimali Kipr Yaxın Doğu Universitetinin rektoru Suat Günsel, Latviya

Seyminin  deputatı  Aleksandr  Sakovski,  Lüksemburq  parlamentinin  deputatı  Jacques-Yves  Flenckes,  Fransanın

Brazzavil  Universitetinin  rektoru,  beynəlxalq  məsələlər  üzrə  vəkil  Emmanuel  Koliye,  Niderlandın  Əyalət

Parlamentinin  deputatı,  Əmək  Uğrunda  Partiyanın  üzvü  Songül  Akkaya,  Ümumrusiya  Azərbaycan  Konqresinin

prezidenti  Məmmədbağır  Əliyev,  Rumıniya  parlamentinin  üzvü  Aledin  Amet,  Türkiyə  Böyük  Millət  Məclisinin

deputatı, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru

Adil  Bağırov,  Avropa  Azərbaycanlıları  Konqresinin  prezidenti  Başar  Kömür,  Türkiyənin  keçmiş  turizm  naziri

İlhan  Aküzümün  çıxışlarının  dinlənildiyi  qurultayda  Mandat  Komissiyasının  sədri,  Milli  Məclis  sədrinin  birinci

müavini Ziyafət Əsgərov bildirib ki, Dünya Azərbaycanlılarının Qurultayına 1.272 nümayəndə seçilib. Bu mötəbər

mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak edib. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç

Krallığı, Niderland,  İsrail, Özbəkistan,  Fransa,  Böyük  Britaniya,  Kanada  daha  çox  nümayəndə  ilə  təmsil  olunub.

Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılıb.

Ölkəmizin bölgələrindən  olan  nümayəndələrin  də  iştirak  etdiyi  qurultayın işini 21  xarici  ölkədən  37  media  işçisi

işıqlandırıb.

İştirakçılar  qurultayın  qətnaməsini,  qurultay  nümayəndələri  adından  prezident  İlham  Əliyevə  müraciəti,

dünya  azərbaycanlılarına  ünvanlanan  müraciəti  və  qurultay  nümayəndələri  adından  Ermənistan-Azərbaycan,

Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  beynəlxalq  təşkilatlara,  xarici  ölkə  parlamentlərinə,  dövlət  və  hökumət

başçılarına müraciəti yekdilliklə qəbul edib.

Qurultayda,  həmçinin  2001-ci  ildə  yaradılan  Dünya  Azərbaycanlılarının  Əlaqələndirmə  Şurasının

fəaliyyətinin  davam  etdirilməsi  və  Şuranın  icra  katibliyinin  yaradılması  qərara  alınıb.  Qurultay  iştirakçıları

prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçib.

Diasporla  İş  üzrə  Dövlət  Komitəsinin  sədri  Nazim  İbrahimov  isə  şuranın  icra  katibi  vəzifəsinə  seçilib.



Əlaqələndirmə Şurasının tərkibinin 107 nəfərdən 115  nəfərə catdırılması qərara alınıb.

Каталог: docs -> JURNAL
JURNAL -> Roza eyvazova
JURNAL -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
JURNAL -> «Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva
JURNAL -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
JURNAL -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
JURNAL -> AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev
JURNAL -> Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu
JURNAL -> «Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva
JURNAL -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7
JURNAL -> “Qanun”. 2013.№11. S. 58-66. CİNayətkarliq haqqinda


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə