Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının


İnsan alveri ilə mübarizə üzrə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının milli qanunvericiliyinə implementasiya məsələləri



Yüklə 28,55 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü28,55 Kb.
#40840
1   2   3   4
7507 2

3.İnsan alveri ilə mübarizə üzrə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının milli qanunvericiliyinə implementasiya məsələləri.

İnsan alveri cinayəti ilə mübarizədə Azərbaycan Respublikasının milli qanunvericiliyi və praktikası beynəlxalq hüquq normalarına, qabaqcıl xarici ölkələrin təcrübəsinə və bu sahədə müstəqillik dönəmində həyata keçirilən təşkilati tədbirlərə əsaslanır. Bizim araşdırmanın məqsədləri baxımından insan alveri ilə bağlı beynəlxalq hüquq normalarının implementasiyasından danışarkən bu cinayətin tarixi forması olan köləlik və kölə ticarətinə, habelə insan alveri ilə bilavasitə əlaqəli olan qanunsuz miqrasiyaya və seksual istismar və fahişəliklə bağlı məsələlərə də diqqət yetirilməsini zəruri hesab edirik. Müasir beynəlxalq cinayət hüququnda və milli hüquqda bu cinayətlərin hər biri şəxsiyyətin hüquqları və azadlıqları əleyhinə olan cinayətlər hesab edilir. Köləlik və kölə ticarəti. Müasir beynəlxalq hüquqda qlobal mahiyyətinə, insan hüquq və azadlıqlarına daha çox təhlükə yaratdığına görə köləlik və kölə ticarəti ən ağır beynəlxalq xarakterli cinayətlərdən biri hesab olunur. Lakin bu hüquqazidd əməllərin konkret olaraq beynəlxalq cinayətlərə və ya beynəlxalq xarakterli cinayətlərə aid edilməsi elmi cəhətdən bir qədər mübahisəlidir. Ümumiyyətlə, beynəlxalq hüquqa görə köləlik və kölə ticarətinin beynəlxalq xarakterli cinayət kimi tanınmasına baxmayaraq, bəzi ədəbiyyatlarda qeyd olunan cinayətin qlobal ictimai təhlükəliliyinə, digər transmilli cinayətlərlə qarşılıqlı əlaqəsinə, beynəlxalq təşkilatlarda müzakirə predmeti olmasına və hətta müasir dövrdə də öz aktuallığını itirməməsinə daha çox əhəmiyyət verilməklə bu hüquqi termin bəzən beynəlxalq cinayətlərə də aid edilir. Belfast Kral Universitetinin professoru C.Allain qeyd edir ki, köləlik “quldarlığın müasir forması” kimi BMT tərəfindən tanınmış və aparteid, kolonializim, yaxın qohumlar arasında cinsi əlaqə (insest) və insan orqanlarının ticarəti hərəkətlərini özündə ehtiva edir. Akademik V.N. Kudrayvçev vurğulayır ki, köləlik və kölə ticarəti artıq beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq cinayət kimi tanınmışdır. Professor L.V.İnoqamova Xeqay isə köləlik və kölə ticarəti cinayətini beynəlxalq xarakterli cinayət hesab edərək, onu şəxsiyyətin hüquq və azadlığı əleyhinə yönəlmiş cinayətlərə aid edir. Digər alimlər isə ümumiyyətlə, beynəlxalq və beynəlxalq xarakterli cinayətlər arasında dəqiq bölgünün aparılmasına o qədər də diqqət yetirməyərək, bu məsələni bəzi aspektlərdən lüzumsuz hesab edirlər. Köləlik və ya qul ticarəti ilə bağlı hərəkətləri insan ləyaqətinə qarşı yönəlmiş cinayətlərin tərkib hissəsi kimi nəzərdən keçirən hüquq elmləri doktoru, professor L.Hüseynov qeyd edir ki, “bütövlükdə beynəlxalq hüquq üçün beynəlxalq məsuliyyət rejimi baxımından, habelə siyasi nöqteyi-nəzərdən müəyyən əhəmiyyət daşısa da, fiziki şəxslərin beynəlxalq hüquqi məsuliyyətini nəzərdə tutan beynəlxalq cinayət hüququ çərçivəsində bu fərqləndirmə prinsipial əhəmiyyət kəsb etmir.” Bu beynəlxalq xarakterli cinayətin hərtərəfli tədqiq olunması, onun cinayət hüquqi xarakterinin dəqiq analizinin həyata keçirilməsi üçün bəzi mühüm tarixi nüansların və müasir dövrdə bu qeyri-hüquqi hərəkətlərin yayılma coğrafiyasının nəzərdən keçirilməsini zəruri hesab edirik. Köləlik və kölə ticarəti cinayətinin tarixi qədim dövrlərə gedib çıxsa da hazırda bu hüquqazidd əmələ ABŞ, Avropa və dünyanın digər regionlarında da rast gəlinməkdədir. Qədim dövrlərdən bəri müharibədə əsir düşənlər, ağır günah işlədənlər, borcunu ödəməyənlər, dəniz quldurları tərəfindən qaçırılanlar kölə kimi bazarlarda satılmışdır. Mesopotamiyada, Qədim Misirdə, Yunanıstanda, Romada, İslamdan öncə İranda, Mərkəzi Asiyada və Anadoluda kişi kölələrin uşaqları da qul sayılmış, köləlik qeyrihüquqi və qeyri-əxlaqi hərəkət olaraq son dərəcə ciddi sosial problem kimi qəbul edilmişdir. Qeyd edək ki, köləlik və ya qul ticarəti təkcə Şərq ölkələrinə xas olan cinayət əməli kimi çıxış etmir, eyni zamanda, bir çox hallarda Qərb cəmiyyətinin iqtisadi və sosial həyatının ayrılmaz tərkib hissəsi olmuşdur. Müasir dövrdə dünyada təxminən 30 milyon kölə olduğu bildirilir. Kanadanın Saymon Freyzer Universiteti yanında İnsan Təhlükəsizliyi Mərkəzinin göstəricilərinə görə hər il 4 milyona yaxın, BMT-nin rəsmi məlumatlarına görə isə, dünyanın 127 ölkəsində insanlar oğurlanaraq köləliyə cəlb olunurlar. Avropa İttifaqının hesabatına görə, Avropada minlərlə qadın hələ də kölə olaraq işlədilir. Bu gün qlobal iqtisadiyyatın önəmli hissəsini kölələr yerinə yetirir. Qeyd etmək lazımdır ki, köləlik və kölə ticarətinin beynəlxalq xarakterli cinayət olaraq etiraf olunması obyektiv zərurətdən irəli gəlmiş və bu bilavasitə onun fəsadlarının dövlətlərarası mahiyyəti ilə izah olunmalıdır. Kevin Qales və Piter T. Robbins qeyd edirlər ki, beynəlxalq hüquq tarixində bu cinayətlə mübarizə məsələlərinə ilk dəfə 1815-ci il Vyana Konqresi çərçivəsində imzalanmış Kölə ticarətinin universal qaydada ləğvinə dair Bəyannamədə (1815-ci il Bəyannaməsi) rast gəlinir.65 Qeyd etmək lazımdır ki, köləliklə bağlı mühüm nəzəri və praktiki məsələ beynəlxalq sənədlərlə bu cinayətin insan hüquqları pozuntusu kimi etiraf olunması ilə əlaqədardır. Bu baxımdan S. Miers qeyd edir ki, 1815-ci il Bəyannaməsinin qeyd olunan istiqamətdə minimal praktiki səmərəsi olsa da, bu sənəd köləliyin fundamental insan hüquqları pozuntusu kimi tanınması istiqamətində heç də mühüm əhəmiyyət kəsb etməmişdir. Bu beynəlxalq xarakterli cinayətlə mübrizəyə dair Köləlik haqqında 1926-cı il Konvensiyası və ona bir sıra dəyişiklikləri nəzərdə tutan 1953-cü il Protokolu qəbul edilmişdir. Konvensiyaya müvafiq olaraq köləlik dedikdə, insanın elə bir vəziyyəti başa düşülür ki, onun üzərində mülkiyyət hüququnun atributları və ya onlardan bəziləri həyata keçirilir. Bu sənədə əsasən kölə ticarəti insanın əldə olunması, onun köləlik məqsədilə satılması üçün hər cür hərəkət kimi müəyyən olunur. Konvensiyaya uyğun olaraq iştirakçı dövlətlər köləliyin bütün formalarının tam və ya qismən ləğvinə nail olmaq üçün kölə ticarətinin qarşısının alınması və aradan qaldırılması üzrə müvafiq tədbirlər görməlidirlər.

Köləliklə bağlı məsələyə insan hüquqları kontekstində xüsusi əhəmiyyət verən niderlandlı alim Manfred Novak bu cinayətə universal yurisdiksiya prinsipinin tətbiq olunduğunu bildirərək kölə ticarəti cinayətini törədən şəxslərin hərəkətlərinə milli ərazi çərçivəsindən kənarda baxılmasının vacibliyini qeyd edir.69 Eyni zamanda, nəzərə almaq lazımdır ki, müasir dövrdə də hər il yüz minlərlə uşağın qaçırılması, milyonlarla insanın zorla işlədilməsi və köləliyə cəlb olunması faktları bu cinayətə görə yeni beynəlxalq hüquqi baxışların zəruriliyini şərtləndirmişdir. Beynəlxalq hüquqda kölə ticarəti və insan ticarəti arasında paralellər aparılaraq insan ticarətini kölə ticarətinin müasir forması hesab edirlər. Lakin qeyd etmək lazımdır ki, kölə ticarəti insan ticarətindən fərqlidir. Kölə ticarəti cinayətində zor yoxdur, lakin aldatma var. Beynəlxalq hüquqi nöqteyi-nəzərindən köləlik bir insanın başqa birinin malı və ya mülkü olmasında ifadə olunur. Başqa sözlə, ona “mülkiyyət hüququ”nun olması köləlik cinayətinin əsas elementini təşkil edir. BMT Baş Katibi “mülkiyyət hüququna xas səlahiyyətlərə malik olma hüququ”na transferi, şəxs üzərində mütləq nəzarəti, onun əməyini və belə əməyin nəticəsində əldə olunan məhsulu və s. aid edir.Köləliyin, kölə ticarətinin və köləliyə bənzər vərdişlərin və fəaliyyətlərin ləğv edilməsi üzrə əlavə Konvensiyada "borc asılılğı" aşağıdakı kimi təyin edilir: borc alanın şəxsi və ya onun nəzarətində olan şəxsin xidmətlərini borc əvəzində girov olaraq qoymasından yaranan status və vəziyyət, hansı ki, əgər həmin xidmətlərin dəyəri borcun ləğv edilməsinə hesablanmır və ya həmin xidmətlərin təbiəti və davamiyyət müddəti müvafiq olaraq məhdudlaşdırılmır və ya təyin olunmur. Qeyd edək ki, borc asılılığı ilə müddəalar BMT-nin borc asılılığını təyin edən 1956-cı il tarixli Əlavə Konvensiyasında da nəzərdə tutulmuşdur. Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, köləliklə bağlı məsələlər Şərqdə uzun bir dövr ərzində dini normalarla da tənzimlənmişdir. Bu gün dünyanın müsəlman hüquq sistemli ölkələrində bu normalar qüvvədədir. İslamdan çox əvvəlki dövrlərdən bəri bu problem mövcud olmuş, kölələrə olan münasibət, onlara verilən “hüquqlar” və onlarla rəftar formaları da müxtəlif olmuşdur. İslam dininin meydana gəldiyi dövrdə bütün dünyada, o cümlədən Ərəbistanda köləlik geniş yayılmışdı. İslam hüququ yarndığı dövrdən köləliyin tamamilə ortadan qalxması üçün də tədbirlər görmüş və qaydalar müəyyən etmişdir. Qeyd olunmalıdır ki, İslam hüququnda əvvəlki hüquq sistemlərindən fərqli olaraq köləlik məsələsi iki asbektdən tənzimlənir: 1) Köləliyin yaranma səbəblərinin aradan qaldırılması istiqamətində müsbət addımlar atılmışdır. 2) Mövcud kölələrlə qanuni şəkildə yaxşı rəftar edilməsi tövsiyə olunur. 74 Müasir dövrdə də köləliklə bağlı müxtəlif səviyyələrdə və fərqli tərzdə həyata keçirilən bəzi nüanslara rast gəlinir. L.V.İnoqamova Xeqay qeyd edir ki, cəmiyyətdə dəyişən sosialiqtisadi, siyasi, mədəni münasibətlər nəzərə alınarsa, köləliklə bağlı müxtəlif hadisələrə teztez rast gəlinir. 75 Ona görə də fikrimizcə, müasir dövrdə köləliyə hazırki informasiyakommunikasiya texnologiyalarının inkişafı, sosial şəbəklərdə əhəmiyyətli dərəcədə əlaqələrin genişlənməsi, virtual məkanda qanunsuz əməllərin və kibercinayətkarlığın artımı kontekstində yanaşılmalıdır.


Yüklə 28,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin