Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


TƏQİYYƏ İLƏ DANIŞMAĞI MƏQBUL SAYANLARA CAVAB



Yüklə 0,94 Mb.
səhifə43/44
tarix28.12.2021
ölçüsü0,94 Mb.
#17072
1   ...   36   37   38   39   40   41   42   43   44
TƏQİYYƏ İLƏ DANIŞMAĞI MƏQBUL SAYANLARA CAVAB
Onların təqiyyənin mümkünlüyünə Quran ayələrin-dən, hədislərdən və rəvayətlərdən dəlillər gətirməyi ağıllı adamlar üçün gülüncdür.

Birincisi, bu məsələdə Allah-təalanın “Öz əli-nizlə... təhlükəyə atmayın...”, “Ulduzlara bir nəzər sal-dı və dedi ki, mən xəstəyəm...”, “Yusifin qardaşları gəldilər və onun yanına girdilər. O onları tanıdı, onlar isə onu tanımadılar...”, “Möminlər kafirləri özlərinə dost götürməzlər”, “O kəsdən başqa ki, onla-rı təhrik etdi, qəlbi isə imanı olduğundan arxayın-dır” və başqa ayələrini, Əbu Cündülün və başqala-rının — Əbuzərin, Əbu Bəkrin əhvalatlarını dəlil gətirmək cəfəng söhbətdir.

Çünki bu ayələrdən heç biri, bu haqda söylənmiş rə-vayətlər yalan və təqiyyəyə icazə verilməsinə dəlalət etmir, belə bir icazənin olduğunu israr etmir. Əksi-nə, çoxlu ayələr və hədislər dində yalana və şiə tə-qiyyəsinə hər hansı halda icazə verilmədiyinə aydın şəkildə dəlalət edir. Allah-təalanın dediyi kimi: “Ey Rəsul, Rəbbindən sənə nazil olanı təbliğ et, belə et-məsən, Onun Risaləsini adamlara çatdıra bilməzsən; Allah səni insanlardan qoruyar.”447; “Allahın Risalə-sini təbliğ edib Ondan qorxanlar Allahdan başqa heç kəsdən qorxmazlar.”448; “Sənə əmr olunana tabe ol və müşriklərdən üz döndər.”449; “Onunla birlikdə çoxlu Allahpərəst döyüşən hər hansı bir peyğəmbər kimi. Onlar Allah yolunda başlarına gələnlərə baxmayaraq, nə güclərini itirmiş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbr edənləri sevir.”450; “Onlar tənə edənin tənəsindən qorxmurlar.”451; “Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla olun.”452; “Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışın.”453 və Peyğəmbər əleyhissəlamın bu sö-zündə olduğu kimi: “Siz doğru danışmağa borclu-sunuz.”454

Peyğəmbər səlləllahü əleyhi və səlləmin belə bir sözü də bunu təsdiq edir: “Əgər sənə inanan qardaşına yalandan bir hədis danışsan, böyük xəyanət etmiş olarsan”.455

Əlinin (Allah ondan razı olsun!) də belə bir sözü var: “Bəndə yalandan əl çəkməyincə imanın ləzzətini bilməz, yalandan əl çəkən kimi bu ləzzəti dadar”.456

O (Əli) həmçinin demişdir: “Iman odur ki, harada zərərin, harada xeyirin olmasından asılı olmayaraq, yalan yox, doğru danışasan”.457

Onların dəlil gətirdikləri ayələrə gəlincə, bu ayələr bir şeyə dəlalət edirsə, o da eyhamdır. Ibrahimin hekayətində gəstərildiyi kimi o onlara deyir: “Mən xəstəyəm”. O, bu sözü ilə onların əməlindən incik olduğunu nəzərdə tutur.

Yusifin hekayətinə gəlincə, orada nə təqiyyə, nə də eyham var. Çünki onun öz qardaşlarını tanıması və bunu onlara deməməsi təqiyyəyə dəlalət etmir.

Allahın “Illa mən əkrəhə” sözü insanlara küfr öy-rətmək, onlara haramın halal olduğu haqqında fitvalar vermək və onları haqqa qarşı qaldırmaq mənasında deyil. Əksinə, onun mənası budur ki, əgər insan məc-bur olub küfr söz işlətməli olsa, o, bunu dediyinə etiqad etməmək və əməl etməmək şərtilə etmə-lidir”.458

Allahın “Möminlər kafirləri özlərinə dost gö-türməz” kəlamına gəlincə, onda təqiyyə məsələsi yox-dur. Həmçinin Onun bu kəlamında: “Özünüzü öz əli-nizlə təhlükəyə atmayın”. Çünki bunun mənası odur ki, müsəlman heç nədə xəsis olmamalıdır ki, bu xəsis-lik onu məhvə aparıb çıxarsın. Şiə alimləri, onla-rın imamları və təfsirçiləri də onu “Xülasət əl-mənhəc”də və digər şiə təfsirlərində olduğu kimi, bu mənada təfsir etmişlər.

Əbu Cündül və Əbuzər hekayətində də təqiyyənin heç bir əlaməti yoxdur. Əbu Bəkrdən qarşısındakı ada-mın kim olduğunu soruşarkən dedikləri də eləcə. O demişdir: “Bu məni düzgün yola yönəldən adamdır”. Bu sözün təqiyyə ilə heç bir əlaqəsi yoxdur. Məgər Rəsu-lullah onu xeyir yoluna, Cənnət yoluna yönəltmirdi?

Şah Əbdüləziz Dəhləvinin “ət-Töhfə”də dediyi kimi: “Təqiyyə ancaq qorxudan işlədilir, qorxu da iki qisim olur. Birincisi, öz canından qorxmaqdır ki, bu da həzrəti-imamlar haqqında danışılanda iki səbəb-dən ola bilməz: biri budur ki, imamların ölümü onla-rın özlərinin ixtiyarında olub, təbii ölüm olur (şiələrin dediyinə görə). Bu məsələyə Küleyni “əl-Kafi”də459 bir fəsil həsr edib, digər imamilər də onunla razılaşıblar. Ikinci səbəb odur ki, imamlar baş verən və baş verəcək hadisələrdən xəbərdar olur-lar.460 Onlar öz əcəllərini, necə və xüsusilə nə vaxt öləcəklərini bilirlər. Ona görə də vaxtından əvvəl canlarından qorxmurlar. Onların öz dinlərində iki-üzlülük etməsinə və avam möminləri aldatmasına heç bir ehtiyac yoxdur.

Ikinci qisim qorxu məşəqqətdən, cismani əziyyət-lərdən, söyüşdən, təhqirdən, hörmətdən salınmaqdan qorxmaqdır. Şübhəsiz, bu işlərə tab gətirmək və səbr etmək alimlərin vəzifəsidir. Imamların özləri də, ola bilər, amansız hökmdarlarla qarşılaşanda daim bəlanı Allahın əmri bilib ona dözmüşlər.

Peyğəmbər ailəsinin üzvləri isə öz babaları Peyğəmbərsəlləllahü əleyhi və səlləmin dininə dayaq ol-maq üçün çətinliklərə dözməkdə birincidirlər. Həm-çinin əgər təqiyyə bir borc idisə, onda imamlar imamı Əli (Allah-təala onun üzünü nurlandırsın!) Rəsulullah səlləllahü əleyhi və səlləmin xəlifəsinə beyət etməkdən nə üçün özünü altı ay saxladı? Onun öz borcunu əvvəldən yerinə yetirməsinə nə mane olurdu?”461

Əli və onun övladları təqiyyə işlədənlərdən olma-mışlar. Çünki adlı-sanlı şiələrdən misal gətirib qeyd etdiyimiz kimi, təqiyyə ancaq öz canından qorxanda və şərdən qorunmaq üçün işlədilir. Şiə imamları isə, şiələrin dediyinə görə, başqalarının malik olmadığı qüvvəyə malik idilər. Bu, bizim bundan əvvəl şiələrin imamlar haqqında etiqadlarına dair qeyd etdiklərimizdən məlumdur. Təbərsi də göstərir ki: “Ömər Salmanla dalaşıb onu döymək istədi, bu vaxt Əmirəlmöminin əleyhissəlam onun üstünə tullanıb yaxasından yapışdı və onu yerə çırpdı”.462

Ravəndi qeyd etmişdir: “Əliyə çatır ki, Ömər onun şiələrinin əleyhinə danışır. Bir dəfə Mədinə bağ-larına gedən yolun yarısında Əli onunla qarşı-qar-şıya çıxır. Əlinin əlində kaman olur. Ömərdən soru-şur ki, eşitmişəm, şiələrimin əleyhinə danışır-san. Sonra deyir: “Rədd ol buradan”. Sonra kamanı yerə atır və birdən kaman dəvə boyda bir ilana dönüb ağzı-nı açaraq Ömərin qabağını kəsir ki, onu udsun. Ömər qışqırır: “Allah, Allah, ya Əbülhəsən, bir də danış-maram!” Belə deyib Əliyə yalvarır. Əli əli ilə ilanı vurur, ilan yenidən kamana dönür. Ömər dəhşət içəri-sində evinə gedir”.463

Guya Əli demişdir: “Allaha and olsun ki, təkba-şına onlarla rastlaşsam, onlar ot kimi göyərib hər yerdən çıxsalar, nə onlara əhəmiyyət verərəm, nə də özümü tək hiss edərəm”.464

Bu təkcə Əlinin (Allah ondan razı olsun!) xüsusiy-yəti deyil, bütün imamlar beləcə başqalarının malik olmadığı şücaətə, qüvvəyə, möcüzələrə malikdirlər. Onların səkkizinci imamı Əbülhəsən Əli ibn Musa-dan rəvayət olunduğu kimi. Guya o demişdir: “Imamın bir çox əlamətləri olur: o, adamların ən çox biləni, ən müdriki, Allahdan ən çox qorxanı, ən yumşaq tə-biətlisi və ən şücaətlisi olur... Onun duası müstəcəb olur. Hətta qayanı qarğısa, qaya iki yerə bölünər. Imamda Rəsulullahın yaraq-əsləhəsi və onun Zülfüqarı olur”.465

Küleyninin rəvayətində isə deyilir: “Imam həmçi-nin Musanın lövhələrinin, əsasının və Süleymanın üzüyünün sahibidir. Həmçinin elə ada (“Ismi əzəm” duasını bilməsi nəzərdə tutulur — tərc.) malik olur ki, ona nizə və ox batmır”. Belə əlamətləri olan adam nə üçün təqiyyə ilə danışmalıdır və kimə qarşısa tə-qiyyə işlətməlidir?

Nəhayət, şiələrdə bu təqiyyə, başqa ifadə ilə deyil-sə, yalan nə vaxtadək vacib olacaq?

Ərədəbili Hüseyn ibn Xaliddən rəvayət edib onun belə dediyini söyləyir: “Rza əleyhissəlam demişdir: “Allahdan qorxmayanın dini olmaz, təqiyyəsi olmayanın imanı. Allahın yanında sizin ən hörmətliniz təqiyyəyə ən çox əməl edəninizdir”. Ondan soruşmuşlar ki, ey Rəsulullah övladı, bu nə vaxtadək belə olacaq? O de-mişdir: “Məlum günədək. O gün — bizim Müdafiəçi-mizin zühur edəcəyi gündür.466 Kim Müdafiəçimizin zühur edəcəyi gündən əvvəl təqiyyədən əl çəksə, o biz-dən deyil”.467

Küleyni Əli ibn Hüseynin belə dediyini rəvayət et-mişdir: “Allah eləməsin ki, hansısa birimiz Müda-fiəçinin zühur etməsindən əvvəl təqiyyədən əl çəksin. Yoxsa qanadları bərkiməmiş yuvadan uçmuş, uşaqların əlinə keçib oyuncağa dönmüş quş balasının gününə düşər”.468

Ibn Babveyh yazmışdır: “Təqiyyə bir borcdur, onu Müdafiəçi zühur edənədək aradan qaldırmaq olmaz. Kim təqiyyəni Müdafiəçinin üzə çıxmasından əvvəl aradan götürsə, Allahın dinindən, imamilik dinindən çıxmış olar və Allaha, onun Rəsuluna və imamlara müxalif olmuş olar”.469

Bu, imamilik dini, şiələrin isna əşəri dini, ya-lan, aldatma, məkr dinidir. Bu, sonu olmayan əbədi bir yalandır.

Qüdrət və Cəlal sahibi Allah Öz Kitabında bizi və onları qeyd edib deyir: “Allaha böhtan deyəndən, eşit-diyi doğru sözə yalan deyəndən zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer tapılmır? Doğru sözü gətirib onu qəbul edənlər Allahdan qorxanlardır. Onlar üçün Rəbblərinin yanında istədikləri hər şey var. Bu, yaxşı iş görənlərin mükafatıdır. Allah on-ların gördükləri ən pis işləri onlara bağışlar və onları gördükləri ən yaxşı işlərə görə mükafatlan-dırar. Məgər Allah öz qulu üçün kifayət etmir? Onlar isə səni ondan gücsüz olanlarla qorxudurlar. Kimi Allah azdırsa, ona doğru yol göstərə bilən olmaz. Kimə Allah doğru yol göstərsə, onu heç kəs yolundan azdıra bilməz. Allah qüvvətli və intiqam alan deyilmi?”470

Biz əzəmətli hökmdarımız Allahın bu sözlərini təsdiq edirik.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin