Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


İRANDA ŞİƏLİYİN YAYILMASININ VƏ İRANLILARIN ƏSHABƏLƏRƏ NİFRƏTİNİN SƏBƏBLƏRİ



Yüklə 0,94 Mb.
səhifə16/44
tarix28.12.2021
ölçüsü0,94 Mb.
#17072
1   ...   12   13   14   15   16   17   18   19   ...   44
İRANDA ŞİƏLİYİN YAYILMASININ VƏ İRANLILARIN ƏSHABƏLƏRƏ NİFRƏTİNİN SƏBƏBLƏRİ
Ömər Faruq Iranı fəth edib parçalayanda, əzəmətini qıranda, hökmranlarının mütləqiyyətini devirəndə öz imperiyalarını sevən Iran əhli Ömərdən, onun yaxın adamlarından və əsgərlərindən incik düşdülər. Fars yəhudiləri bundan fitnə toxumu səpmək üçün münbit zəmin kimi istifadə etdilər. Təsadüfən Hüseyn ibn Əli (Allah onların hər ikisindən razı olsun!) iranlı əsirlərlə birlikdə gətirilmiş Iran şahı Yəzdigərdin qızı Şəhrəbanu ilə evləndi. Yəhudilər Əmirəlmöminin və müsəlmanların xəlifəsi Osman ibn Əffana (Allah ondan razı olsun!) qarşı tədbir tökəndə Əlidən (Allah ondan razı olsun!) icazə almadan və onun xəbəri olmadan ondan bir qalxan kimi istifadə edib vilayətin və xilafətin Əliyə və onun övladlarına aid olduğunu iddia etdilər. Iran əhli Iranı fəth etmiş Ömərdən, onun yoldaşlarından, Rəsulun əshabələrindən və islam fütuhatının hüdudlarını genişləndirmiş, onların əyrilərini düzəltmiş, zülmkarlarını sürgün etmiş Osmandan intiqam almaq üçün onlarla əməkdaşlıq etdilər və bu yəhudi tayfasına, zülmkar dəstəyə kömək etməyə hazır olduqlarını bildirdilər. Xüsusilə Zeynalabidin ləqəbli Əli ibn Hüseynin və onun övladlarının damarlarında onun anası, iranlılar arasında müqəddəs sayılan sasani sülaləsindən olan Iran şahı Yəzdigərdin qızı Şəhrəbanu tərəfindən iranlı qanı axdığını biləndə onlar bu əməkdaşlığa daha ürəklə razılıq verdilər.

Buna görə də farsların əksəriyyəti əshabələri, Iranı fəth etmiş və orada atəşpərəstliyin odunu söndürmüş Öməri və Osmanı söyməklə təsəlli tapmaq üçün şiələrin sırasına daxil oldu. Elə buna görə də onlar hiyləgər yəhudilərlə ittifaqa girdilər və birləşdilər. Onların məsləkini qəbul edib yolları ilə getdilər. Budur uzun müddət Iranda yaşamış, onun tarixini ətraflı və əsaslı öyrənmiş ingilis şərqşünası aşkarca deyir: "Iranlıların ikinci raşidi xəlifə Ömərlə ədavətlərinin ən mühüm səbəblərindən biri budur ki, Ömər Əcəm ölkəsini fəth etmiş, onun şan-şövkətini sındırmışdır. Lakin onlar (yəni Iran əhli — tərc.) öz düşmənçiliklərinə din və məzhəb rəngi vermişlər. Burada həqiqətdən bir şey yoxdur".108

O, başqa bir yerdə məsələni daha da aydınlaşdırıb deyir: "Iranın və onun əhlinin Ömər ibn Xəttabla ədavəti onunla əlaqədar deyil ki, o (Ömər), Əlinin və Fatimənin hüququnu əlindən almışdır; əslində bu onunla əlaqədardır ki, o, Iranı fəth etmiş, sasanilər sülaləsini məhv etmişdir". O sonra bir iranlı şairin farsca beytlərini misal gətirir və onun farsca mətnini verir:
Beşekest Omər poşte-hezberani əcəm ra,

Bərbad fəna dad rəgü rişeyi - Cəm ra.

In ərbəde bər ğəsbi-xilafət ze Əli nist,

Ba ale-Omər kine qədim əst əcəm ra.
Yəni: Ömər yırtıcı şirlərin belini qırdı, Cəmşid (farsların ən böyük hökmdarlarından biri) sülaləsinin kökünü kəsdi.

Dava Ömərin xilafəti Əlinin əlindən almağı üstündə deyil; məsələ çox qədimdir, məsələ Iranın fəthi məsələsidir.109
O daha sonra deyir: "Iran əhli Əli ibn Hüseynin övladlarından onun anasının Iran hökmdarı Yəzdigərdin qızı olduğunu bildikləri üçün təskinlik tapır və arxayın olurdular. Onlar onun övladlarına dini hüquqla birləşmiş hökmdar hüququ aid edirdilər. Elə buradan da onların arasında siyasi bir əlaqə nəşət etmişdir. Onlar (Iran əhli) hökmdarın yalnız Səmadan, Allahdan gəldiyinə inandıqları üçün öz hökmdarlarını müqəddəs tutur, buna görə də onlara həddən ziyadə bağlanırdılar".110



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin