Diş texniki ixtisası üzrə nümunəvi test sualları Bölmə Qarışıq Diş texniki 1 Hansı hallarda çıxan protezlər hazırlanır?


Bölmə 3. Bügel protezlərin hazırlanma texnikası



Yüklə 371,12 Kb.
səhifə9/20
tarix03.02.2017
ölçüsü371,12 Kb.
#7559
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Bölmə 3. Bügel protezlərin hazırlanma texnikası




401) Hidrokolloid kütlədən dublikat qəlib alınmamışdan əvvəl model ilə hansi işləri görülməlidir?
A) Məhlulu turşu məhluluna salınmalıdır

B) Model metil spirtinə qoyulmalıdır

C) Model xüsusi izoləedici vasitə ilə örtülməlidir

D) Model suya qoyulmalıdır

E) Mufel sobasına qoyulmalıdır

Model hidrokolloid kütlədən su çəkməsinin və model səthinin relyefinin pozulmasının qarşısını almaq üçün model suya qoyulur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany səh 81
402) Bügel protezlərin hazırlanmasında əsas şərtlər hansılardır?
A) Ağız boşluğunda 2-3 dayaq diş olmalıdır

B) Ağız dibi dərin olmalı, 4-6 dayaq dişi olmalıdır

C) Ağız dibi dayaz olmalı, 5-6 dayaq dişi olmalıdır

D) Dişsiz çənədə atrofiya olmamalı, dayaq dişin tacı qısa olmalıdır

E) Çox atrofiyalı çənələrdə
Müəlliflərə görə ağız dibi dərin olmalı və 4-6 dayaq dişi olmalıdır, əks təqdirdə bügel protezlərin biofiziki fiksasiyası pozula bilər.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 301
403) Müasir odadavamlı kütlələr hansılardır?
A) Wiropaint plus , Wirofine

B) Hidrokolloid kütlə, silikon

C) Repin, stens

D) Vaynşteyn kütləsi, algilast

E) Eladent, ekzofleks
Müəllifə görə Wiropaint plus, Wirofine müasir odadavamlı kütlələr sayılır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany, səh 249-250
404) Bügel protezlərin hazırlanmasında Ney sisteminin neçə növ əsas klammerlərindən istifadə olunur?
A) 10

B) 2


C) 4

D) 5


E) 12
Ney tipli qarmaqlar ən çox yayılmış və istifadə olunan klammerlərdir. Bu klammerlər Ney tərəfindən əsas 5 növə bölünmüşdür.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техников» səh 153-156
405) Nəyə görə texnik orta damaq tikişini yuxarı çənədə qalaydan olan folqa ilə örtməlidir?
A) Metalın damaqda allergik reaksiyası yaratmasının qarşısını

B) Folqasız mum ilə modelləşmə aparmaq mümkün deyil

C) Qida qalığının yığılmaması üçün

D) Danışıq zamanı dil qüsurunun yaranmaması üçün

E) Tikişə düşən təzyiqi aradan qaldırmaq üçün
Orta damaq xətti daha qabarıq olduğu üçün ona düşən yük o biri hissələrə düşəndən daha artıq ola bilər, bu da sümükdə atrofiyaya gətirib çıxara bilər.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany, səh 81
406) Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni nəyə bərabərdir?
A) Ən qısa yəhərin uzunluğunun 2/3 hissəsinə

B) Ən uzun yəhərin uzunluğunun 1/3 hissəsinə

C) Qısa yəhərin uzunluğuna

D) Ən uzun yəhərin uzunluğuna bərabərdir

E) Ən uzun yəhərin uzunluğunun 2/3 hissəsinə
Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni ən uzun yəhərin uzunluğunun 2/3 hissəsinə bərabərdir
Ədəbiyyat: Ренферт «Техника моделъного литъя» 2008 səh 7
407) Hüdudlanmayan qüsurda hansı klammer tətbiq olunur?
A) Sadə Akker

B) Reyxelman

C) Bonixart

D) Aşırma Cekson

E) Bonivel
Müəllifə istinad edərək Aşırma Cekson klammeri daha böyük dayaq sahəsi əmələ gətirir ki, bu da hüdudlanmayan qüsurda daha əlverişlidir.
Ədəbiyyat: В.С.Погодин. Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
408) Rouç klammerinin Ney sistemininə görə nömrəsi hansıdır?
A) 1

B) 5


C) 2

D) 4


E) 3
Ney bu sistemi yaratdığına görə bu nömrəyə aiddir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
409) Sadə Akker klammerin elementləri hansılardır?
A) Ardıkəsilməz çiyin birləşməsi, cisim, çıxıntı

B) İki çiyin , okklüzion pəncə, cisim, çıxıntı

C) İkili çiyin, okklüzion pəncə, cisim

D) Bir çiyin, okklüzion pəncə, cisim, çıxıntı

E) T-şəkilli çiyin, okklüzion pəncə, çıxıntı
Qarmaqların içində ən sadə quruluşlu qarmaq Sadə Akkerdir. Başqa qarmaqlarda əlavə elementlər var.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
410) Master –model suya salınandan sonra nə ilə qurulanmalıdır?
A) Yumşaq salfetka ilə

B) Turşu məhlulu ilə

C) Fərqi yoxdur

D) Mufel sobasında

E) Təzyiq altında olan hava ilə

Çünki qeyd olunmuş başqa qurutma yolları master –modelin səthinin relyefini pozur.


Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany 2006 səh 82
411) Üst çənədə hansı növ qövslər işlənir?
A) Transversal qövs, skeletşəkilli qövs

B) Vorotnik şəkilli qövs, labial qövs

C) Vestibulyar qövs

D) Dilaltı qövs, vestibulyar qövs

E) Engel qövsü
Başqa qövslər aşağı çənədə istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany 2006 səh 64
412) Hansı metalın bügel protezinin karkasında istifadəsi zamanı ağız boşluğunda allergik reaksiya baş verir?
A) Kobalt xrom ərintisi

B) Xrom


C) Mis

D) Nikel


E) Qızıl
Nikel allergiya verən metallardan biridir. Onun istifadəsi Avropada qadağan edilib.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 264
413) Bügel protezlərinin körpüvari protezlərdən üstün cəhətləri hansılardır?
A) Bu protez xəstə tərəfindən çıxarılıb təmizlənə bilər

B) Bu protezlərdə çox zaman dişlər yonulmur

C) Protezin əsas hissəsi metaldandır

D) Protez qarmaqların köməyi ilə ağız boşluğunda fiksasiya olur

E) Protezlərinistifadəsinə göstəriş çoxdur
Bügel protezlərdə fiksasiya vasitəsi qarmaq olduğuna görə və çıxarıb təmizlənə bildiyi üçün bu protezin körpüvari protezdən üstünlüyüdür.
Ədəbiyyat: Е.И.Гаврилов, Ш.М.Альшиц «Ортопедическая Стоматология» səh 203
414) Bügel protezlərinin mənfi xüsusiyyətləri hansılardır?
A) Dəqiq tökülməsi üçün xüsusi ərintilər lazımdır

B) Çoxçiyinli qarmaqlar estetikanı pozur

C) Qızıldan tökülə bilər

D) Çox möhkəm protezdir

E) Protezləmədə protez konstruksiyasının dəyişilməsi qeyri mümkündür
Xüsusəndə frontal dişlərdə qarmaq tətbiq olunanda danışanda və güləndə qarmağın çiyin hissələri görünür, bu da estetik cəhətdən əlverişli deyil.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 136
415) V tipli Ney qarmaqlarının xarakteristikasına hansılar aiddir?
A) Əks təsir, hüdüdlanan qüsur

B) Rouç qarmağı- hüdudlanan qüsurda istifadə olunur

C) Dairəvi – tək qalmış böyük azıların əyilməsində

D) Əks təsir, hüdudlanmayan qüsur

E) Əks təsir, hüdudlanan və hüdudlanmayan qüsur
Ney bu sistemi yaratdığı üçün V tipli qarmaqlar bu xüsusiyyətlərə malikdirlər.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 156
416) Mərz xətti dayaq dişin səthini hansı sahələrə bölür?
A) Okklüzion və saxlayıcı

B) Sagital və dayaq

C) Sagital və diaqonal

D) Dayaq və retensiya

E) Retensiya və aproksimal
Ona görə ki, dayaq sahədə qarmağın çiyninin dayaq hissəsi , retensiya sahəsində isə qarmaq çiyninin retensiya hissəsi yerləşməlidir.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 290
417) Metal karkasın ağardılmasında hansı turşulardan istifadə olunur?
A) Xlorid, ortofosfat

B) Xlorid, sulfat, nitrat

C) Ortofosfat, sulfat

D) Sulfat, nitrit

E) Nitrat, nitrit turşuları
Texniki laboratoriyalarda bu turşuların istifadəsi geniş yayılıb.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 94-95
418) Aşağıdakılardan hansı bügel protezlərinin kliniki mərhələsinə aiddir?
A) Şablon yastığın hazırlanması

B) Mərkəzi okklüziyanın təyini

C) Süni dişlərin düzülməsi

D) O2 bügel mumunun izolə edilməsi

E) Metalın kimyəvi işlənməsi
Mərkəzi okklüziyanın təyini mərhələsini həkim yerinə yetirir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 35
419) Bügel protezin modelləşdirilməsi nəyin köməyi ilə aparıla bilər?
A) Qalaydan olan folqa ilə

B) Plastik şablon ilə

C) Bügel mumu

D) Bügel mumu ilə, plastmasdan olan şablonlar ilə

E) Vaynşteyn kütləsi
Müəllifə görə modelləşdirmədə istifadə olunan əsas material bügel mumu və hazır plastmasdan olan şablonlardır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 95
420) Odadavamlı modelin alınmasında tətbiq olunan küvet hansıdır?
A) Çıxmayan və çıxan protezlər üçün küvet

B) Xüsusi küvet

C) Çıxan protezlər üçün küvet

D) Çıxmayan protezlər üçün küvet

E) Körpüvari işlər üçün küvet
Bu küvet öz quruluşu ilə texniki laboratoriyada istifadə olunan küvetlərdən fərqlənir.
Ədəbiyyat: Ренферт «Идеи для зубной техники» 2008, səh 14
421) Hansı klammeri kombinəedilmiş bügel protezlərində istifadə edirlər?
A) Ardıkəsilməz klammer

B) Bonixard klammeri

C) Aşırma-Cekson klammeri

D) Teleskopik qapaq

E) Sadə Akker qarmağı
Adları çəkilən digər qarmaqlar qarmaqlı bügel protezində istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 164
422) Bonvil qarmağını hansı qüsür zamanı tətbiq etmək olar?
A) Birtərəfli hüdudlanmayan qüsurda

B) İkitərəfli hüdudlanmayan qüsurda

C) Ön qüsurda

D) İkitərəfli hüdudlanan qüsurda

E) Birtərəfli hüdudlanan qüsurda
Bonivel qarmağı iki cüt çiyindən ibarət olduğuna görə, iki qonşu dişi əhatə edib dayaq sahəsini artırır və belə qüsurda bu qarmaqlardan istifadə olunur.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
423) Bügel protezlərinin hissəvi çıxan protezlərdən fərqli cəhəti hansı maddədə verilmişdir?
A) Xarici estetik görünüş

B) Metal karkas

C) İşlədilən ölçü materialına görə

D) İşlədilən süni dişlərə görə

E) Plastmasın çox sərf olması
Hissəvi çıxan protezlərin içində bügel yeganə protezdir ki, əsas hissəsi metal karkasdır.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
424) Aşağıdakı göstərilən sıralardan hansı Ney sistemi qarmaqlarına aiddir?
A) Sadə kker qarmağı, T-şəkilli Rouç qarmağı, kombinəedilmiş qarmaq, əks istiqamətdə təsir göstərən qarmaq, dairəvi qarmaq

B) Sadə Akker, T-şəkilli armaq, kombinəedilmiş qarmaq, üzükvari qarmaq, əks istiqamətdə təsir göstərən qarmaq

C) Sadə Akker qarmağı, birçiyinli qarmaq, T-şəkilli qarmaq, kombiunəedilmiş qarmaq

D) Çoxşaxəli qarmaq, A-tipik qarmaq, Rouç qarmağı, Bonivel qarmağı, Svenson qarmağı

E) Sadə Akker , T-şəkilli qarmaq, Svenson qarmağı, kombinəedilmiş qarmaq
I tipli Ney sisteminə aiddir: Sadə Akker qarmağı

II tipli Ney sisteminə aiddir:T-şəkilli Rouç qarmağı

III tipli Ney sisteminə aiddir:Kombinəedilmiş qarmaq

IV tipli Ney sisteminə aiddir: Dairəvi qarmaq

V tipli Ney sisteminə aiddir: əks istiqamətdə təsir göstərən qarmaq
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков. Ортопедическая стоматология. «Медицина», Москва, 1984 səh 217
425) T-şəkilli çiyni olan qarmaqlar hansılardır?
A) Sadə Akker qarmağı

B) Kombinəedilmiş və sadə akker qarmağı

C) Reyxelman və aşırma-Cekson qarmağı

D) Dairəvi qarmaq

E) Rouç və Bonixart qarmağı
Rouç və Bonixard qarmağının çiyinləri T-şəkillidir.O biri qarmaqlarda T-şəkilli çiyin yoxdur.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 156-158
426) Bügel protezinin dişsiz metal hissəsi necə adlanır?
A) Qövs

B) Karkas

C) Qarmaq

D) Yəhər


E) Aralıq hissə
Qövs karkasın bir hissəsidir, o yəhər hissələri birləşdirir və bu hissədə diş yoxdur.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
427) Hansı qüsurda ardıkəsilməz klammer tətbiq edilir?
A) Ön qüsurda

B) Birtərəfli hüdudlanmayan

C) İkitərəfli hüdudlanmayan

D) İkitərəfli hüdudlanan

E) Birtərəfli hüdudlanan qarmaq tətbiq edilir
Ona görə ki, birtərəfli hüdudlanmayan qüsurda dayaq sahəsi çox olmalıdır. Ardıkəsilməz qarmaq bir neçə qarmaqlardan ibarət olduğu üçün bu dayağı yaradır.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 157
428) Sadə Akker klammerin çiyni diş səthinin neçə hissəsini tutur?
A) 2/5

B) 3/4


C) 2/4

D) 1/5


E) 1/4
V.S.Poqodin və V.A.Ponomaryovun fikrinə əsaslanaraq biz belə hesab edirik.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарев. «Руководство для зубных техника» səh 153
429) Köpək dişin üzərində okklüzion pəncə hansı hissəyə qoyulmalıdır?
A) Vestibulyar hissədə

B) Diş qabarında

C) Oral səthdə

D) Qabarlar arasında

E) Kəsici kənarlar
Başqa variantda sadalanan yerlərə okklüzion pəncə qoyulsa dişləmin hündürlüyü artır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 71
430) Aşağı çənə üçün biz tökmə sistemini quraşdıranda tökmə qıfını harada yerləşdirə bilərik?
A) Qıf mütləq dişlərin kəsici səthlərinin üstündə olmalıdır

B) Dublikat-modeli hazırlayanda dublikat formanın içinə

C) Qıf dilaltı qövsə birləşikli olmalıdır

D) Qıf mütləq dişlərin çeynəmə səthlərinin üstündə olmalıdır

E) Qıf ilə modelin səthinin arasında 2 mm olmalıdır
Qıfın belə yerləşdirilməsi modeldə tökmə üçün lazımi boş sahə yaradır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 99
431) Hansı qarmaq üçün dayaq diş mütləq qapaq ilə örtülməlidir?
A) Rouç

B) Reyxelman

C) Akker

D) Djekson

E) Bonivel
Reyxelman qarmağı bütün çeynəmə səthi boyu yerləşdiyinə görə dayaq diş mütləq qapaq ilə örtülməlidir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
432) Dairəvi qarmağın neçə okklüzion pəncəsi var?
A) 2

B) 3


C) 4

D) 1


E) 5

Dairəvi qarmağın 2 okklüzion pəncəsi var, böyük azı dişlərin ölçüsü böyük olduğuna görə tətbiq edilir ki, fiksasiya möhkəm olsun.

Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh156
433) Texnik odadavamlı materialı ilk olaraq nə ilə qarışdırmalıdır ?
A) Xüsusi mikser ilə qarışdırılır

B) Katalizator əlavə etməlidir

C) Əl ilə qarışdırılır, sonra vakuum aparatında qarışdırılır

D) Mütləq mufel sobasının içində qarışdırılır

E) Vakuum aparatında qarışdırılır
Vakuum aparatında qarışdırmamışdanq qabaq odadavamlı materialdan həmcins kütlə alınmalıdır və ona görə də ilk olaraq əl ilə qarışdırılmalıdır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 101
434) Bu verilənlərdən hansı qayda kombinəedilmiş qarmağa aid edilə bilməz?
A) O, plastmasdan hazırlanır

B) Uzun çıxıntısı qövsə birləşir

C) Oral tərəfdən ardıkəsilməz qarmağa birləşir

D) T-şəkilli çiyni var

E) O, ikiçiyinli qarmaqdır
Çünki bu xüsusiyyət Bonixard qarmağına aiddir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
435) Bügel protezlərinə aid olan əsas materiallar hansıdır?
A) Silikon

B) Obraziv materiallar

C) Sulfat turşusu

D) Wirofine +, Belowest

E) Kobalt-xrom ərintisi, plastmas, süni dişlər
Kobalt-xrom ərintisi, plastmas, süni dişlər bügel protezlərinə aid olan əsas materiallardır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006 səh 250
436) Bügel protezini lehimləmədən qabaq plastmas səthləri nə ilə örtülməlidir?
A) İzolyasiya kağızı ilə

B) Hidrokolloid kütlə ilə

C) Xüsusi silikon ilə

D) Termoqoruyucu pasta ilə

E) Xüsusi aerozol ilə işlənməlidir
Müəllifə əsaslanaraq bügel protezində lehimləmədən qabaq biz plastmas səthləri termoqoruyucu pasta ilə örtürük.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006 səh 119
437) İşçi modeli almaq üçün qəlib hansı materiallardan hazırlanır?
A) Silikondan

B) Plastmasdan

C) Silamindən

D) Mumdan

E) Alginatdan
Silikondan başqa heç bir sadalanan materialdan qəlib düzəltmək olmaz.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 246
438) Yuxarı çənə gövsü “A” xəttindən nə gədər aralı olmalıdır ?
A) 18 mm

B) 1,002 sm

C) 1,2 sm

D) 12 mm


E) 1,02 mm
V.S.Paqodin və V.A.Ponomaryovun fikrinə əsaslanaraq yuxarı çənə qövsü “A” xəttindən 12 mm aralı olmalıdır.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 145
439) Hidrokolloid kütlənin əsas hissəsi hansıdır?
A) Plastmas

B) Kristobalit

C) Marşalit

D) Rəngləyici maddələr

E) Aqar-aqar
Hidrokolloid kütlənin əsas hissəsi aqar-aqardır.Bu maddə olmasa kütlə öz xüsusiyyətini itirir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 246
440) Bügel protezlərinə aid olan köməkçi materiallar hansıdır?
A) Odadavamlı materiallar

B) Süni dişlər

C) Kobalt-xrom ərintisi

D) Plastmas

E) Attaçmenlər
Çünki başqa variantlar əsas materiallardır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 248
441) Kombinəedilmiş bügel protezinin ağız boşluğunda fiksasiya elementləri hansılardır?
A) Süni dişlər

B) Xüsusi yapışdırıcı maddələr

C) Kappalar

D) Attaçmenlər

E) Pelotlar
Kombinəedilmiş bügel protezi ağız boşluğunda attaçmenlər vasitəsilə fiksasiya olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 136
442) Bügel protezləri hansı növ protezlərə aiddir?
A) Hissəvi çıxan

B) Körpüvari

C) Taxma

D) Çixmayan

E) Tam çıxan
Bu protez dişsiz ağız boşluğunda hazırlana bilməz. Heç olmasa 5-6 dayaq diş olmalıdır və dayaq dişlərə fiksasiya elementləri ilə bərkidilməlidir.Ona görə də hissəvi çıxan protezlərə aiddir.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
443) Karkasın konstruksiyası hansı tökmə üsulunda daha dəqiq tökülür?
A) Model üstündə

B) Həm modelsiz, həm model üstündə

C) Modelsiz

D) Ancaq qiymətli metal istifadə olunanda

E) Metal hissələri töküb, sonra lehimləyəndə
Müəllifə əsaslanaraq karkasın konstruksiyası model üstündə tökmə üsulu ilə daha dəqiq tökülür.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 313
444) Odadavamlı kütlə mumda neçə dəqiqə saxlanılmalıdır?
A) 2 dəq

B) 4 dəq


C) 5 dəq

D) 3 dəq


E) 1 dəq
Müəllifə əsaslanaraq odadavamlı kütləni mumda 3 dəq saxlamaq lazımdır.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 317
445) Kombinəedilmiş bügel protezində hansı fiksasiya vasitələrindən istifadə olunur?
A) Anker-attaçmen

B) Rouç qarmağı

C) Kats qapağı

D) Andrezen-Hoypl aparatı

E) Engl qövsü
Kombinəedilmiş bügel protezində anker attaçmenindən fiksasiya vasitəsi kimi istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 237
446) Hansı qüsurda Reyxelman qarmaq tətbiq edilir?
A) Bir tərəfli hüdudlanmayan

B) Ön qüsurlarda

C) İki tərəfli hüdudlanan

D) İki tərəfli hüdudlanmayan

E) Bir tərəfli hüdudlanan
Reyxelman qarmağı iki dişi əhatə etdiyinə görə dayaq sahəsi artır, bu da belə qüsurda daha əlverişlidir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
447) Kennedi təsnifatının hansı sinfində aşırma-Cekson qarmağı tətbiq edilir?
A) Bu qüsurların heç birində tətbiq edilə bilməz

B) Bir tərəfli hüdudlanmayan

C) İki tərəfli hüdudlanmayan

D) Bir tərəfli hüdudlanan

E) İki tərəfli hüdudlanan
Aşırma Cekson qarmağının ilgək şəkilli çiyni dişi tam əhatə edir, bu da dayağı artırır və belə qüsur da əlverişlidir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
448) Rouç qarmağın okklüzion pəncəsi qarmağın hansı hissələri ilə birləşir?
A) Qövs

B) Cisim


C) Cisim və çiyin

D) Cisim və çıxıntı

E) Yəhər
Rouç qarmağın okklüzion pəncəsi qarmağın cısim və çıxıntı hissələri ilə birləşir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
449) Alt çənədə labial qövs hansı vəziyyətdə tətbiq olunur?
A) Alt çənə dişlərin oral tərəfə əyilməsində

B) Alt çənə dişlərin vestibulyar tərəfə əyilməsində

C) Alt çənə dişlərin sayı az olanda

D) Alt çənə dişlərin medial əyilməsində

E) Alt və çənə dişlərin distal əyilməsində
Alt çənədə labial qövs dişlərin oral tərəfə əyilməsi vəziyyətində tətbiq olunur
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 64
450) Attaçmenli bügel protezinin qarmaqlı bügel protezindən fərqləndirən mənfi cəhət hansıdır?
A) Çeynəmə funksiyasını zəif bərpa edir

B) Fiksasiya zəifdir

C) Mütləq sağlam dişlər yonulmalıdır

D) Estetik cəhətdən xəstəni qane etmir

E) Yalnız qiymətli metallarla hazırlanır
Attaçmenli bügel protezinin qarmaqlı bügel protezindən fərqləndirən mənfi cəhət sağlam dişlərin yonulmasıdır
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 136
451) Bügel protezi qövsünün yuxarı çənədə optimal eni nə qədərdir?
A) 5-10 mm

B) 10-11mm

C) 2-3 mm

D) 3-4 mm

E) 1 mm
Müəllifə görə bügel protezin qövsünün yuxarı çənədə optimal eni 5-10 mm-dir
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 145
452) Paralelometriyanın seçmə üsulunda neçə növ kalibr istifadə olunur?
A) N:1, N:2

B) N:1, N:2, N:3, N:4

C) N:5, N:7

D) N:5, N:6

E) N:1, N:2, N:3
Müəllifə görə paralelometriyanın seçmə üsulunda 3 növ kalibr istifadə olunur. N:1, N:2, N:3
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев «Руководство для зубных техника» səh 150


Yüklə 371,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin