217
Nümunəvi missiya:
“Biz dövrün tələblərinə uyğun təhsil mühitində, elmi üsul və
yollarla, müstəqil düşünən, özü və cəmiyyətlə barışmış, milli və
ümumbəşəri dəyərləri mənimsəmiş, elm yaradan və insanları növ bəti
təhsil səviyyəsinə və həyata hazırlayan bir qurum olaraq va rıq”.
Digər mərhələ isə baxışın elanı mərhələsidir. Baxış gə-
ləcəyə baxışı, uzaqgörən düşüncəni ifadə edir. Baxış müəs-
sisənin gələcəyini simvolizə edir və gələcəkdə müəssisənin
nə etmək istədiyinin ifadəsidir. Baxış müəssisənin müxtəlif
departamentləri, şöbələri, sektorları arasında birləşdirici bir
ünsürdür. Baxış aşağıdakı ifadələrlə izah oluna bilər:
• Çatılmaq istənilən zirvə
• İdealist, özünəməxsus, çəkici, həyəcan verən
• İddialı / real
Güclü bir baxış idealist olmalı, ürəkdən gəlməli, hisse-
dilən olmalıdır. Baxış özünəməxsus olmalı, müəssisəyə aid
olduğu hiss olunmalıdır. Baxış müəssisəni fərqləndirməlidir.
O, nəzərəçarpan olmalı, məktəbin daxilindəki və xaricində-
ki insanların diqqətini çəkməli, sinerji əmələ gətirməlidir.
Bu anlayışda səhv və düz yoxdur. O, reallaşmaq məcburiy-
yətində deyil və insanlara həyəcan aşılamalıdır. Baxış “xəyal
edilən, amma fantaziya olmayan” bir gələcəyin fotoşəklidir.
Dostları ilə paylaş: