92
məqsədləri tədris proqramının məqsədlərinə,
tədris proqra-
mının məqsədi məktəbin məqsədinə və məktəbin məqsədi
ümumi təhsil sisteminin hədəflərinə zidd ola bilməz. Hə-
dəflər əsasında hazırlanmış planlar arasında eyni xəttin təbii
olaraq davam etməsinin müşahidə olunması gözlənilən və
arzu olunandır.
Tədrisin təşkili və idarə olunmasında
məktəb direktoru-
nun rolu aşağıdakılardır (Şişman, 2004):
• Tədris proqramlarının formalaşdırılması;
• Tədris proqramlarında gözləntilərin nəzərə alınması:
• Tədrisdəki proqramlar arasında koordinasiyanın tə-
min edilməsi;
• Tədrislə əlaqəli materialların təmin edilməsi;
• Tədrisdə əsas bacarıqlara
diqqət yetirilməsi;
• Təhsilalanların inkişafı ilə bağlı müəllimlərlə görüş;
• Tədrisin inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi;
• Tədrisin qiymətləndirilməsi və inkişafı;
• Məktəbdəki vaxtın səmərəli idarə olunması;
• Sinif vaxtının planlaşdırılması və səmərəli istifadəsi;
• Tədris prosesinə nəzarət
və qiymətləndirmə;
• Təhsilalanlarla sıx təmasda olmaq;
• Təhsilalan inkişafının və müvəffəqiyyətinin davamlı
izlənməsi;
• Təhsilalanlar üçün ümumi standartların yaradılması;
93
• Təhsilalanların vəziyyətləri ilə bağlı statistik məlumat-
ların toplanması;
• Məktəbdəki müvəffəqiyyət barədə maraqlı tərəfləri
məlumatlandırmaq;
• Təhsilalanların müvəffəqiyyətlərinin qiymətləndiril-
məsi və mükafatlandırılması;
Təhsildə kurikulum prosesi təhsil proqramının məqsə-
di, məzmunu, öyrənmə-öyrətmə prosesi
və qiymətləndir-
mə elementləri arasındakı dinamik əlaqələr məcmusudur.
Tədris proqramındakı məqsədlər (nailiyyətlər) fərddən arzu
olunan davranışlardır və “niyə öyrətməliyik?” sualına ca-
vab verir. Məzmun tədris ediləcək mövzulardır və “nəyi
öyrədəcəyik?» sualına cavab verir. Öyrənmə-öyrətmə pro-
sesi öyrənmə təcrübələrinin mütəşəkkil olmasını tələb edir
və “necə öyrədəcəyik?” sualına cavab verir.
Monitorinq və
qiymətləndirmə, arzu olunan davranışların əldə edilib-edil-
məməsi barədə qərar verir və “nə qədər öyrətdik?” sualı-
na cavab verir. Beləliklə, tədrisin təşkilində təhsilalanlar
tərəfindən əldə edilməsi gərəkən keyfiyyətlər aydın şəkildə
müəyyənləşdirilməlidir (Tan, 2014;
Komisyon, 2010).
Dostları ilə paylaş: