DƏyirmi masa 25 dekabr 2007 protokol



Yüklə 50.5 Kb.
tarix16.07.2017
ölçüsü50.5 Kb.
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi

Yoxsulluqla Mübarizə Qlobal Çağırış Azərbaycan

Milli Koalisiyanın çərçivəsində

DƏYIRMI MASA
25 dekabr 2007
PROTOKOL
25 Dekabr 2006-cı ildə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) tərəfindən Böyük Britaniyanın OXFAM təşkilatının maliyyə dəstəyi ilə Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının çərçivəsində “İlkin səhiyyə xidməti, ana və uşaq ölümü; Qanunvericlik və təcrübə” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Görüş AGHB-in seminar zalında təşkil edilmişdir.
Görüşdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, baş məsləhətçi Elgün Səfərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş məsləhətçi hüquqşünası Elxan Əzizov, Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva, Böyük Britaniyanın OXFAM təşkilatının, Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasıının üzvləri, digər QHT nümayəndələri, KİV nümayəndələri iştirak etmişlər.
Görüşü açıq elan edən AGHB sədri Ramil İsgəndərov qeyd etmişdir ki, layihənin məqsədi dövlət və qeyri dövlət strukturları ilə əməkdaşlığa nail olmaqla Azərbaycanda ana və uşaq ölümü səbəblərini qanunvericilik çərçivəsində araşdırmaq, bu sahədə mövcud olan normativ hüquqi aktları analiz etməklə inkişafı istiqamətində tövsiyyələr hazırlamaq, habelə Azərbaycan ilkin səhiyyə xidmətinin təşkilinin hüquqi bazasını dövlət orqanları ilə birlikdə təkmilləşdirməkdən ibarətdir.
Görüşdə layihənin AGHB tərəfindən koordinatoru Elmari Məmişov layihə barədə ətraflı məlumat verdi. OXFAM-ın proqram işçisi Zahir Əhmədov isə Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının fəaliyyəti barədə, ana və uşaq ölümü problemi ilə əlaqədar problem sahəsində OXFAM xəttilə görülən işlər və gələcək planlar barədə məlumat verdi. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, baş məsləhətçi Elgün Səfərov problemin həlli ilə bağlı QHT-lərlə birgə əməkdaşlıq üçün açıq olduqlarını qeyd etdi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş məsləhətçi hüquqşünası Elxan Əzizov təmsil etdiyi qurumun mövzu ilə əlaqədar fəaliyyəti barədə və bu sahədə qəbul edilmiş proqramlar və digər normativ hüquqi baza bərədə iştirakçılara məlumat verdi. Layihənin müstəqil eksperti, uzun illər səhiyyə sistemində çalışmış hüquqşünas Səbuhi Abdullayev iştirakçıların nəzərinə ilkin səhiyyə xidmətinin təşkili sahəsində qanunvericilik və praktikada mövcud olan problemlər barədə danışdı.
Görüşün əsas nəticələrindən biri olaraq qeyd olundu ki, layihə çərçivəsində aparılacaq qanunvericliyin analizi nəticəsində, Koalisiya üzvlərinin birgə səyi nəticəsində qanunvericiliyin inkişafı sahəsində təklif və tövsiyyələr hazırlanacaqdır. İlk addım kimi, hal-hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müzakirə prosesində olan 2007-2010-cu illər üçün nəzərdə tutulan “Azərbaycan Respublikası Ailə və Qadın Problemləri üzrə Fəaliyyət Planına” əlavələr üzrə tövsiyyələrin verilməsi üzrə görüş iştirakçıları arasında razılığa gəlinmişdir.

İştirakçılar:
Nazir Quliyev – Hüquq Dünyası İB Sədr
Zahir Əhmədov – OXFAM /Proqram işçisi
Hüseyn Sultanoğlu – Himayədar Humanitar təşkilatı /İqtisadçı
Şəhla Əbusəttar - Himayədar Humanitar təşkilatı /layihə koordinatoru
Sənubər Həsənova – Azərbaycan Milli Koalisiyası/ koordinator
Murad Miskərli – Səhiyyə Tədqiqatlar Birliyinin Sədri
Azər Mehdiyev – İqtisadi Tədqiqatlar Mərkəzi/ Sədr müavini
Vüsalə Hüseynova – Demokratik İslahatlar Gənclər Birliyinin Sədri
Səfərov Elgün – Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi/ Hüquqşünas Baş məsləhətçi
Səbuhi Abdullayev – BMT /Ekspert
Elxan Əzizov – Səhiyyə Nazirliyi/ Hüquqşünas Baş məsləhətçi
Leyla Seyidəliyeva - Səhiyyə Nazirliyi Tibbi yardım təşkili şöbəsinin məsləhətçisi
Yavər Şahbazov – GTM / Direktor müavini
Nailə Hüseynova – Həkim stomotoloq

Görüşdə səslənən irad və təkliflər

Elmari Məmişov
Layihənin AGHB tərəfindən koordinatoru layihə barədə ətraflı məlumat verdi.


  • Qanunvericilik sistemində işləməyən məsəlləri üzə çıxarmaq və koalisiya ilə birlikdə problemləri araşdırmaq.

  • Əhalinin səhiyyə sahəsində maarifləndirilməsi.

  • Səhiyyə Nazirliyinin statistika rəqəmlərinə daha ciddi nəzarəti.

  • Qadınların hamiləlik dövründə nəzarətə alınması



Zahir Əhmədov

  • İlkin səhiyyə xidməti ilə bağlı xərclər 20% dən 40% qaldırılsın.

  • Ana və uşaq ölümü ilə bağlı qanunvericilikdə ciddi sənədlərin qanunların olmadığı üçün və bu sahdədə lazımi işlərin görülməsi.

  • Səhiyyə mərkəzlərinin özünün hesabı olsun


Səfərov Elgün

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman bu sahədə və digər sahələrdə QHT-lərlə işləməyə hazırdır. Bu yaxınlarad “Gender və Ailə daxili zorakılıq”la bağlı qanun qəbul olunmuşdur komitənin apradığı işlər sayəsində.Ana və uşaq ölümü ilə bağlı statistikada aparılır. Rəsmi statistikada isə Ermənistan və Gürcüstanda ana ölümü bizə nisbətən daha çoxdur.




  • Hal-hazırda 2007-2010-cu illər üçün nəzərdə tutulan “Azərbaycan Respublikası üzrə Fəaliyyət Planı” hazırlanır. Düşünürəmki bu fəalliyət planı ilə koalisiyanın üzvlərini tanış etmək və müzakirələr aparmaq əlavələr və ya dəyişikliklər etmək məqsədə uyğun olar.


Səbuhi Abdullayev

Ana və uşaq ölümünün qarşısını almaq üçün səhiyyədə hamilə qadınlara və yeni doğulan körpələrə pulsuz xidmətin göstərilməsi. Evdə də doğum halları müşahidə olunur bu zaman körpə ölürsə bu qeydiyata alınmır təbiki bu zaman stattistikayada alınmır. Bunu aradan qaldırmaq lazımdır.Xəstəyə poliknikalarda pis baxıldığı üçün pul verilir. Düşünürəmki bununla bağlı nəzarət mexanizmi olmalıdır.


Azər Mehdiyev

Əgər uşaq ev şəratində doğulur və ölürsə qeydiyyata alınmırsa buna görə kim məsulliyət daşıyır bunu araşdırmaq lazımdır. Səhiyyə ayrılan vəsait artıb amma bunun böyük miqdarı əmək haqqına ayrılır.Əgər ana doğum qabağı qeydiyata düşmürsə səbəbi araşdırılmalıdır.


Şəhla Əbusəttar

Uşaqların evdə doğulmasının əsas səbəblərindən biridə poliknikalarda şəraitin pis olması və ya qadıın maddi durumun yaxşı olmamasıdır. Evdə doğum halları şəhərə nisbətən daha çox regionlarda müşahidə olunur. Ölüm faktları ilə cinayət işi açılırsa doğuş zamanı ölən ananın və ya uşağın ölümündə günahkarı aydınlaşdırmaq lazımdır. Bununla bağlı qanunda boşluq var.



Əzizov Elxan

Ana və uşaq ölümü ilə bağlı bir neçə proqramlar hazırlanır. Bu sahədə regionlarda prezidentin fərmanına əsasən inkişaf proqramı keçirilir. Bunlardan biridə yeni doğulan uşaqların doğulduqları andan elektron kartlar açılacaq və bununlada uşaq doğulduğu andan bu karta onun sağlamlığı haqqında məlumat yerləşdiriləcək.Bu kartlar uşaq ölümünün qarşısın tam almasada dolayısı yolla bunu edir.Uşaq hər zaman nəzarətdə olur. Səhiyyə Nazirliyinin bu il apardığı statistikaya əsasən 44 ana ölümü qeydə alınmışdır. Ölüm hallarında yalnız xəstəxanaları günahlandırmaq olmaz. Bəzi hallarda xəstələr həkimin göstərişlərinə əməl etmirlər.


Nazir Quliyev

Doğuş zamanı xəstəxanalarda doğuş hallarının tezləşdirilməsi və ya körpənin göbəyinin tez kəsilməsi bununla bağlı düşünürəmki həkimlər məsulliyətə cəlb olunmalıdırlar. Təcrübədə uşaq ülümü ana ölümünə nisbətən çox olur.


Murad Miskərli

Bizdə tibdə protokol sistemi yoxdur. Xəstəlik və mülicələrə qarşı protokolor var. Bu protokoları həyata keçirmək üçün yetərincə avadanlıqlar yoxdur.



Vüsalə Hüseynova

Bizim xəstəxanaların çoxunda egər xəstə başqa bir xəstəxanada analizdən keçisə bunu başqa xəstəxanalar qəbul etmir. Bunula bağlı məsəlləri ardan qaldırmaq lazımdır.



Hüseyn Sultanoğlu

Biz gələcəkdə işlənəcək qanun strukturları barəsində müzkirələr olunmalıdır bu sahədə. Hökümət təbliğat işlərini dahada gücləndirməlidir. Arzu olunmayan hamiləliliyi aradan qaldırmaq. Yevlaxda son 4-5 il ərzində 422 uşaq potologiyadan ölmüşdür.


Yekun

İlkin olaraq Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2007-2010-cu il üçün nəzərdə tutulan “Azərbaycan Respublikası Ailə və Qadın Problemləri üzrə Fəalliyət Planına” dair koalisiya üzvlərinin birgə müzakirəsi olacaq və Fəalliyət Planına dəyişiklliklər və ya əlavələr edilməsi nəzərdə tutulur.Qanunvericilikdə bu sahədə olan boşluqları aradan qaldırmaq.”Əhalinin Sağlamlığının qorunması haqqında” qanunun milli konsepsiyasının hazırlanması və səhiyyə orqanlarında həyata keçirilməsini təmin etmək.Əhalinin səhiyyə sahəsində maarifləndirmə işlərinin aparılması. Növbəti dəyirmi masa Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçiriləcək.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə