Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli



Yüklə 119.31 Kb.
PDF просмотр
tarix19.06.2017
ölçüsü119.31 Kb.

 

 


 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin  

7-ci sinifləri üçün “Biologiya” dərslik komplekti 

 

 

Müəlliflər: Yaşar Seyidli  

                       Xumar Əhmədbəyli 

         

Nailə  Əliyeva  

 

Bakı: Bakı Nəşr 2014 

 

 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 



müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 



 

YEKUN   RƏY 

 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 



komplektində  verilmiş  materiallar  “Canlıların  quruluşu  və  müxtəlifliyi”,  “Bioloji 

proseslər”, “İnsan və onun sağlamlığı”“Canlılar və ətraf mühit” məzmun xətləri 

üzrə 6 əsas və 14 alt standartın reallaşdırılmasına yönəlmişdir.  

Dərslik  8 fəsil (“Canlı orqanizmlər  və onların öyrənilməsi”“İbtidai  və  ali 

sporlu  bitkilər”,  “Ali  toxumlu  bitkilər”,  “Bakteriyalar,  göbələklər,  şibyələr”, 

“Birhüceyrəlilər və  çoxhüceyrəlilər yarımaləmi”, “Çoxhüceyrəlilər yarımaləmi. 

Molyusklar və buğumayaqlılar”, “Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-

quruda yaşayanlar və sürünənlər”, “Xordalı heyvanlar. Quşlar və məməlilər”)

55  mövzu  və  144  səhifədən  ibarətdir.  Burada  həmçinin  “Başlıqlar”    “Layihə” 

hissəsi,  hər  fəsil  üzrə  “Ümumiləşdirici  tapşırıqlar”,  hər  mövzu  üzrə 

“Maraqoyatma  (motivasiya)”,  “Fəaliyyət”,  “İzahlar”,  “Öyrəndiklərinizi  tətbiq 

edin”,  “Nə  öyrəndiniz”,  “Açar  sözlər”,  “Öyrəndiklərinizi  yoxlayın”  kimi 

bölmələr verilmişdir. 

Dərslik  komplektində  fənn  kurikulumundakı  bütün  məzmun  standartları  əsasən 

reallaşmışdır.  Mövzularda  didaktik  tələblər  əsasən  gözlənilmişdir.  Hər  bir  mövzuda 

interaktiv dərsin bütün mərhələlərinə uyğun materiallar verilmişdir. 

Təlim  materiallarının  seçilməsində  və  faktların  verilməsində  elmi-metodiki 

tələblər nəzərə alınmış və faktların dəqiqliyinə fikir verilmişdir.  

Qeyd  etmək  lazımdır  ki,  Təhsil  Nazirliyinin  rəsmi  müraciətinə  əsasən  dərslik 

komplektinin  qiymətləndirilməsi  ilə  bağlı  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası 

tərəfindən  hazırlanmış  rəydə  göstərilən    irad  və  təkliflərin  xeyli    hissəsi  bu  nəşrdə 

nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı 

isə yeni səhvlərə yol verilmişdir. Bunlar aşağıdakılardır: 



 

Materialların  verilməsində  sadədən  mürəkkəbə  doğru  ardıcıllıq  prinsipinə, 



fənlərarası  və  fəndaxili  inteqrasiyaya  tam  əməl  edilməmişdir.  Dərslikdə  təbii 

sərvətlərdən səmərəli istifadə haqqında az məlumat verilmiş, ictimai və milli-mənəvi 

dəyərlərin təbliğinə çox az yer ayrılmışdır. Mövzuların bəzən qısa və aydın olmayan 

şəkildə  verilməsi  müstəqil  təlimə  imkan  yaratmır.  Örtülütoxumluların  fəsilələrinin 

çiçək  formulunda  bitişik  hissələrin  mötərizə  içərisində  verilməsi  məsləhət  deyil. 

Çünki istənilən fəsilədə istisnalıq təşkil edən bitkilər var. Bu hal şagirdlərdə çaşqınlıq 

yarada  bilər.  Zoologiya  hissəsində  yazılmış  məlumatlar  ənənəvi  dərsliklərdə  olan 

məlumatlarla  oxşarlıq  təşkil  edir.  Həmçinin  həşəratların  və  onurğalıların  ayrı-ayrı 

dəstələrinin  əlamətləri  göstərilməmişdir.  “Mamırların  çoxalması  və  əhəmiyyəti”, 

“Yastı qurdların  həyat fəaliyyəti”,  “Həşəratların  müxtəlifliyi və  təbiətdə  rolu”

“Məməlilər  sinfi”,  “Çoxhüceyrəlilər  yarımaləmi.  Bağırsaqboşluqlular  tipi” 

mövzularında izahların bir qədər geniş verilməsi tövsiyə edilir.  



Səhifə 9. “Motivasiya”da “Məsələn, təyyarənin uçuşu quşları, həşəratları və 

uçan  məməliləri  xatırladır”  cümləsi  verilmişdir.  Təyyarənin  uçma  prinsipi  quşun 

uçma prinsipindən çox fərqlidir. Buna görə cümlənin dəyişdirilməsi tövsiyə edilir. 



Səhifə  12.  “Motivasiya”da  “Məsələn,  münəccimlər  göy  cisimlərinə  baxmaq 

üçün  sadə  teleskoplardan,  dənizçilər  uzaq  məsafələrə  baxmaq  üçün  isə 

durbinlərdən  istifadə  edirdilər”  cümləsində  “münəccimlər”  deyil,  “astronomlar” 

yazılması məqsədəuyğundur. 



Səhifə 15. “Orqanizmlərdə oxşar əlamətlər” yarımbaşlığında bütün canlıların 

hüceyrələrdən  ibarət  olduğu  verilmişdir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  həyatın 

hüceyrəsiz formaları olan viruslar da mövcuddur. 

Yenə həmin səhifədə “Göbələklər” yarımbaşlığına Göbələkdə heyvanlar kimi 

xitinə təsadüf edilir cümləsinin əlavə edilməsi tövsiyə edilir. 

Səhifə  17.  “Yaşıl  yosunların  qidalanması”  yarımbaşlığına  xlamidomonada 

yosununun miksotrof orqanizm olduğunu əlavə etmək tövsiyə edilir. 



Səhifə  19.  “Çoxhüceyrəli  yaşıl  yosunlar”  mövzusunda  ulotriksi  torpağa 

bağlayan hüceyrənin ölü, şəffaf  hüceyrə olmasının göstərilməsi tövsiyə edilir. Çünki 

bu hüceyrənin xromatofor və nüvəsi yoxdur. 

Səhifə  29.  “Qıjıkimilərin  əhəmiyyəti”  yarımbaşlığında  “Ondan,  həmçinin, 

metaləritmədə  istifadə  edilən  koks  qazı,  anilin  boyası,  ətriyyat  sənayesində 

istifadə  olunan  maddələr  və  s.  alınır”  cümləsinə  düzəliş  edilməsi  tövsiyə  edilir. 

Çünki  metaləritmədə koks qazı deyil, bərk koks özü istifadə olunur. 



 

Səhifə  31.  “Çılpaqtoxumlular  şöbəsi”  mövzusunda  “Sibir  şamı”  haqqında 

məlumatın verilməsi tövsiyə edilir. 

Səhifə  34.  “Öyrəndiklərinizi  yoxlayın”  bölməsində  1-ci  tapşırığın  şərtində 

“İynəyarpaqlı  ağacların  budaqlarında  iki 



  üç  cür  dişi  qozalar  inkişaf  edir” 

cümləsində  “İynəyarpaqlı  ağacların”  əvəzinə  “Adi  şam  ağacının”  yazılmalıdır. 

Çünki çılpaqtoxumluların hamısında qozalar olmur və olanlarda da rənglər müxtəlif 

olur. 

Səhifə  35.  “İkiləpəli  bitkilər  sinfi”  yarımbaşlığında  “İkiləpəlilərdə,  adətən, 

mil  kök  sistemi  olur”  əvəzinə  “Toxumla  çoxalan  ikiləpəlilərdə,  adətən,  mil  kök 

sistemi  olur”  yazılması  məqsədəuyğundur.  Çünki  vegetativ  yolla  əmələ  gələn 

ikiləpəli bitkilərdə mil kök sistemi əmələ gəlməyəcək. 



Səhifə 40. Paxlalılar fəsiləsinin çiçək formulunun “K

3+(2)

L

5

E

(9)+1

D

1

 kimi deyil, 

K



(5)

L

5

E

10

D

1

” şəklində verilməsi məqsədəuyğundur. Digər tərəfdən bu formul heç də 

bütün  paxlalılar  üçün  keçərli  deyil.  Belə  ki,  qara  yoncada  beş  ləçəyin  hamısı 

bir-birinə birləşmişdir. Həmçinin bu fəsilənin nümayəndələri arasında erkəkciklərinin 

hamısı bitişik və ya sərbəst olan bitkilərə də rast gəlinir. 

Səhifə 45. 3-cü abzasda “Taxıllarda çiçək qrupu─mürəkkəb sünbül, qıça və 

ya  süpürgədir”  cümləsində  “qıça”  əvəzinə  “mürəkkəb  qıça”  yazılması 

məqsədəuyğundur. 



Səhifə  48.  “Dərman  bitkilərinin  müalicəvi  xüsusiyyətləri  və  onlardan 

istifadə  qaydaları”  mövzusunda  “Şirin  biyan”  ifadəsinin  “biyan  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  53.  4-cü  abzasda  “Qidalanması”  yarımbaşlığında  “Papaqlı  göbələklər 

üzvi  qalıqlarla  qidalandığından  saprofit  göbələklər  hesab  edilir”  cümləsi 

verilmişdir.  Nəzərə  almaq  lazımdır  ki,  papaqlı  göbələklərin  əksəriyyəti  bitkilərin 

kökləri ilə simbioz həyat tərzi keçirir (mikoriza) və özləri torpaqdan üzvi maddələri 

sora bilmir, onları bitkilərdən alır. 



Səhifə  60.  “Qamçılılar  sinfi”  yarımbaşlığında  yaşıl  evqleninin  20-25  ədəd 

xloroplasta malik olduğu verilmişdir.  “Xloroplast” əvəzinə “xromatofor” yazılması 

daha dəqiq olar. 

Səhifə  64.  “Çoxhüceyrəlilər  yarımaləmi.  Bağırsaqboşluqlular  tipi” 

mövzusunda  bağırsaqboşluqluların  əsas  əlamətlərdən  olan  boşluq  daxili  həzmin 

meydana  gəlməsi,  sinir  hüceyrələrinin  yaranması,  refleks  və  s.  göstərilməsi 

məqsədəuyğun hesab edilir. 



 

Yenə  həmin  səhifədə  ektoderma  qatında  hissi  hüceyrələrin  verilməsi  tövsiyə 

edilir. 

Səhifə 

67. 

“Bağırsaqboşluqluların  həyat  fəaliyyəti”  mövzusunda 

bağırsaqboşluqlularda həzm prosesinin 2 mərhələdə getməsi aydın verilməmişdir. 



Səhifə 

68. 

Sonuncu 


abzasda 

“Bədənləri  bel-qarın  istiqamətində 

yastılaşmışdır  və  ektoderma,  entoderma,  mezoderma  adlanan  hüceyrə 

qatlarından  ibarətdir”  cümləsinin  “Yastı  qurdların  toxumaları  və  orqanları  üç 

rüşeym  vərəqindən─ektoderma,  entoderma,  mezodermadan  əmələ  gəlmişdir”  kimi 

yazılması məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “Yastı  qurdlar  tipi”  mövzusunda  4  növ  əzələ  və 

regenerasiya hadisəsi haqqında məlumatın verilməsi tövsiyə edilir. 



Səhifə  73.  “İnsan  askaridinin  həyat  fəaliyyəti”  yarımbaşlığında 2-ci abzasda 

“Eninə  əzələləri  olmadığı  üçün  onu  uzadıb-qısalda  bilmir”  cümləsinə  düzəliş 

edilməsi  tövsiyə  edilir.  Çünki  askaridin  bədənini  uzadıb-qısalda  bilməməsinin  əsas 

səbəbi, onun bədən boşluğunda olan mayenin yüksək təzyiq altında olmasıdır.   

Səhifə 87. 1-ci abzasda “Başın alt hissəsində bir cüt üst çənə, iki cüt alt çənə 

və üç cüt çənə-ayaqlardan ibarət ağız aparatı yerləşir” cümləsinə düzəliş edilməsi 

tövsiyə edilir. Çünki çay xərçəngində çənə-ayaqları bədənin döş hissəsində yerləşir. 



Yenə həmin səhifədə sonuncu abzasda “Xərçəngdə qısa bığcıqlar qoxubilmə, 

uzun bığcıqlar isə lamisə funksiyasını həyata keçirir” cümləsinə düzəliş edilməsi 

tövsiyə edilir. Çünki xərçəngdə qısa bığcıqlar yalnız qoxubilmə deyil, həm də lamisə 

funksiyasını həyata keçirir. 

Səhifə  90.  1-ci  abzasda  “Maye  qidanın  sonrakı  həzmi  sorucu  mədədə  və 

bağırsaqda  gedir”  cümləsinə  düzəliş  edilməsi  məqsədəuyğundur.  Çünki  sorucu 

mədədə həzm getmir. 



Səhifə  95.  “Həşəratların  müxtəlifliyi  və  təbiətdə  rolu”  mövzusunda 

həşəratların dəstələri haqqında verilmiş məlumatın bir qədər genişləndirilməsi tövsiyə 

edilir. 

Səhifə  99.  2-ci abzasda  “Həlqəvi  qurdlarda  olduğu  kimi,  metanefridilərdən 

ibarətdir”  cümləsində  “metanefridilərdən”  deyil,  “nefridilərdən”  yazılması 

məqsədəuyğundur. 



Səhifə  107.  “Suda–quruda  yaşayanlar  sinfi”  mövzusunda  suda-quruda 

yaşayanlarda 3-cü göz qapağının olmasının qeyd olunması tövsiyə edilir. 



 

Səhifə 118. 3-cü abzasda “Sürünənlərin qədim nümayəndələri hazırda məhv 



olmuşdur.  Onların  məhv  olmasının  əsas  səbəbi  kimi  yeni  meydana  gələn  quru 

onurğalıları  ilə  rəqabətə  davam  gətirməmələri  ehtimal  olunur”  fikri  düzgün 

deyil.  Çünki  sürünənlərin  məhv  olmasına  əsas  səbəb  asteroidin  düşməsi  və  vulkan 

püskürməsi ilə əlaqədar olan iqlim dəyişilmələri olmuşdur.  

Səhifə  120.  Sonuncu  abzasda  “Başda  buynuz  maddəsindən  təşkil  olunmuş 

üst və alt dimdik vardır” cümləsi düzgün deyil. Çünki üst və alt dimdik sümükdən 

təşkil olunmuşdur.  



Səhifə 130. 1-ci abzasda “Məməlilərin əksəriyyəti bətndaxili diri bala doğur” 

cümləsinin 

Məməlilərin  əksəriyyəti  diri  bala  doğur”  kimi  yazılması 

məqsədəuyğundur.

 

Səhifə  131.  “Məməlilər  sinfi”  mövzusuna  gövşəyən  məməlilərin  mədəsinin 

hissələri  və  həzm  sistemində  kor  bağırsağın  olması  haqqında  məlumatın  əlavə 

edilməsi tövsiyə edilir. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 

Səhifə  9.  1-ci  abzasda  “Вам  знакомы  ботаника,  изучающая  растения, 

зоология - животных,  микология - грибы и другие” cümləsinin  “Вам знакомы 

ботаника,  изучающая  растения,  зоология-животных,  микология-грибы”  kimi 

yazılması tövsiyə edilir.

  

Səhifə  12.  “Применение  полученных  знаний”  bölməsindəki  sxemdə  

“Описание” əvəzinə “Примеры”  yazılması məqsədəuyğundur. 

Səhifə 

13.  1-ci  abzasda  “В 

биологии  для  микроскопических 

исследований обычно используют препараты с тонким срезом или частью 

живого  объекта”  cümləsinin  “В  биологии  для  микроскопических  исследований 

обычно  используют  препараты  изготовленные  в  виде  тонких  срезов  живых 

объектов или определенной части живого обьекта” kimi yazılması tövsiyə edilir.

 

Səhifə  15.  “Грибы”  yarımbaşlığında  “Грибы  являются  гетеротрофами, 



как  и  животные”  cümləsinin  “Все  грибы  являются  гетеротрофами,  как  и 

большинство животных” kimi yazılması məqsədəuyğundur.  

Yenə həmin səhifədə dərsliyin Azərbaycan dilində olan variantında bakteriyalar 

haqqında verilmiş “Birhüceyrəli  orqanizimlərdir.  Formalaşmış  nüvəsinin  və  bir 



çox  hüceyrə  orqanoidlərinin  olmamasına  görə  bitki  və  heyvan  hüceyrəsindən 

fərqlənir” fikri rus dilində olan variantda verilməmişdir.  

 

Səhifə  17.  Sonuncu  abzasda  “Хламидомонада  в  некоторых  случаях 



использует  в  пищу  готовые  органические  вещества”  cümləsi    dərsliyin  

Azərbaycan  dilində  olan  variantına  uyğun  olaraq  “Хламидомонада  и  некоторые 



другие  водоросли  в  некоторых  случаях  используют  в  пищу  готовые 

органические вещества” kimi yazılmalıdır. 

Səhifə 24.  “Проверьте свои знания” bölməsində 1-ci tapşırığın c) bəndində 

“Cфагнум отличается от кукушкина льна отсутствием листьев / ризоидов” 

cümləsi  “Взрослое  растение  сфагнум  отличается  от  кукушкина  льна 



отсутствием листьев / ризоидов” kimi yazılmalıdır. 

Səhifə 29. “Значение папоротникообразных” yarımbaşlığında 1-ci cümlədə 

“Из  останков  отмерших  папоротников”  ifadəsi  “Из  останков  отмерших 

папоротникообразных”  kimi  yazılmalıdır.  Bu  yarımbaşlıqda  “Помимо  этого, 

папоротникообразные  являются  лекарственными  травами”  cümləsində 

“травами” əvəzinə “растениями” yazılmalıdır.  

Səhifə  30.  “Проверьте  свои  знания”  bölməsində  1-ci  tapşırığın  şərtində 

“отделом”, 2-ci tapşırığın şərtində isə “отделaм” əvəzinə “группой” yazılmalıdır. 

Səhifə  32.  “Применение  полученных  знаний”  bölməsində  1-ci  tapşırığın 

2-ci bəndində “папоротники” əvəzinə “папоротникообразные” yazılmalıdır. 



Səhifə 

37. 

Dərsliyin  Azərbaycan  dilində  variantında  1-ci  abzasda 



“Xaççiçəklilər fəsiləsi. Fəsilənin 3 minə yaxın növü var. Əksəriyyəti ot bitkisidir. 

Bəzilərində əsas kök yoğunlaşaraq meyvəköklər əmələ gətirir. Yarpaqları gövdə 

üzərində növbəli düzülür” fikri dərsliyin rus dilində olan variantında verilməmişdir.  

Səhifə  38.  2-ci  abzasda  “К  дикорастущим  представителям  семейства 

относятся  такие  травянистые  растения,  как  манжетка,  лапчатка, 

гравилат, спаржа  и др.” cümləsində dərsliyin Azərbaycan dilində olan variantına 

uyğun olaraq “спаржа” əvəzinə “лобазник”  yazılması tövsiyə edilir. 



Yenə  həmin  səhifədə  “Применение  полученных  знаний”  bölməsində 

tapşırığın  1-ci  bəndində  “Чашечка  состоит  из  четырех  чашелистиков  и 



четырех  лепестков”  cümləsində  “чашечка”  əvəzinə    “околоцветник” 

yazılmalıdır

.

  

Səhifə  45.  4-cü  abzasda  “У  большинства  злаков  в  цветке  2  цветковые 



чешуи,  2  сросшиеся  цветковые  пленки,  три  тычинки  и  один  пестик  с 

двумя  рыльцами”  cümləsində  “двумя  рыльцами”  əvəzinə  “двухлопастным 

рыльцем yazılmalıdır. 

 

Səhifə  48.  Çərçivənin  daxilində  sonuncu  abzasda  Сладкая  солодка” 

ifadəsinin “солодка” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  60.  “Тип  Инфузории”  yarımbaşlığında  6-cı  cümlədə  “половом 

размножении” əvəzinə “половом процессе” yazılmalıdır. 

Səhifə 64. Sonuncu abzasda “В Тихом и Индийском океанах известковые 

скелеты  погибших  полипов  образуют  коралловые  рифы”  cümləsinə düzəliş 

edilməsi  tövsiyə  edilir.  Çünki  ölmüş  poliplər  mərcan  rifləri  deyil,  mərcan  adaları 

əmələ gətirir. 

Səhifə  73.  3-cü  abzasdakı  1-ci  cümlə  dərsliyin  rus  dilində  olan  variantında 

verilməmişdir.  Buraya  Azərbaycan  dilində  olan  varianta  uyğun  olaraq  “В  переднем 



конце  аскариды  имеется  ротовое  отверстие,  снабженное  тремя  губами” 

cümləsinin  əlavə  edilməsi  tövsiyə  edilir.  2-ci  cümlə  “Изо  рта  пища  попадает  в 



глотку,  в  пищевод,  затем  в  кишку,  оканчивающуюся  анальным  отверствием 

kimi yazılmalıdır. 



Yenə  həmin  səhifədə  6-cı  abzasda  “Нервная  система  состоит  из 

окологлоточного  нервного  кольца,  имеющего  отдельных  нервных  узлов  и 

отходящих  от  него  нервных  разветвлений”  cümləsinin  “Нервная  система 

состоит из окологлоточного нервного кольца, двух нервных узлов и отходящих 

от нервного кольца  нервных стволов” kimi yazılması məqsədəuyğundur. 

Səhifə 88. “Проверьте свои знания” bölməsində 1-ci tapşırığın 6-cı bəndində 

“Глаза сидят на  подвижных стебельках” cümləsi dərsliyin Azərbaycan dilində 

olan  variantına  uyğun  olaraq  “На  стебельках  сидят  подвижные  глаза” 

yazılmalıdır. 

Səhifə  91.  “Применение  полученных  знаний”  bölməsində  tapşırığın 

şərtində  “паукообразным”  əvəzinə  dərsliyin  Azərbaycan  dilində  olan  variantına 

uyğun olaraq “пауку –крестовику”  yazılmalıdır. 

Səhifə  95.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  1-ci  abzasdakı 

“Quruluşuna  görə  həşəratları  bir  çox  dəstələrə  ayırırlar.  Onların  arasında 

faydalı  və  zərərverici  həşəratlara  rast  gəlinir”  fikri  dərsliyin  rus  dilində  olan 

variantında verilməmişdir.



    

Səhifə  103.  “Размножение  и  развитие  рыб”  yarımbaşlığında  sonuncu 

abzasda    “Оплодотворение  происходит  вне  тела  -  в  воде”  cümləsinin  У 



большиниства  рыб  оплодотворение  происходит  вне  тела  -  в  воде”  kimi 

yazılması məqsədəuyğundur.    



10 

 

Səhifə  104.  “Многообразие  рыб.  Охрана  рыбных  запасов”  mövzusunda  



“Численность  костных  рыб  превышает  численность  хрящевых”  cümləsi 

dərsliyin  Azərbaycan  dilində  olan  variantına  uyğun  olaraq  “Численность  видов 



костных рыб превышает численность хрящевых” yazılmalıdır. 

Səhifə  115. “Применение  полученных  знаний” bölməsində tapşırığın 9-cu 

bəndindəki  “Развитие  идет  с  превращением”  cümləsinin  “Развитие  идет  с 



полным превращением

 

kimi yazılması məqsədəuyğundur.



 

 

2. Dil və yazı üslubu baxımından 



 

Dərslik  komplektindəki  materiallar  dil  və  yazı  üslubu  baxımından  şagirdlərin 

yaş  səviyyəsinə  uyğunlaşdırılmışdır.  Dil  qaydalarına  əməl  olunmuşdur.  Nitqin 

inkişafında  önəmli  olan  söz  ehtiyatlarından  daha  səmərəli  istifadə  edilməsi  dil 

qaydası  üçün  əsas  şərtdir.  Dərslik  komplektində  buna  diqqətlə  yanaşılmışdır.  Yeni 

söz və terminlərin izahı da dərslik komplektində kifayət qədər aydın verilmişdir.  

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  18.  “Birhüceyrəli  yaşıl  yosunların  çoxalması”  yarımbaşlığındakı 

“Xlamidomonadanın  möhtəviyyatının  bölünməsinəticəsində  çoxlu  sayda 

ikiqamçılı 

qametlər 

(cinsiyyət 

hüceyrələri

yaranır” 

cümləsində 



“bölünməsinəticəsində” sözü  “bölünməsi nəticəsində” kimi yazılmalıdır. 

Səhifə  86. “Buğumayaqlılar  tipinin  ümumi  əlamətləri” yarımbaşlığında 1-ci 

abzasda “Buğumayaqlılar tipinin xərçəngkimilər, hörümçəkkimilər və həşəratlar 



kimi  3  əsas  sinifləri  var”  cümləsində “3  əsas  sinifləri”  ifadəsi  “3  əsas sinfi” kimi 

yazılmalıdır. 



Səhifə 96. 3-cü abzasda Arılar, qarışqalar və minicilər pərdəqanadlılar və ya 

zərqanadlılar 

dəstəsinə 

aiddir” 

cümləsində 



zərqanadlılar” 

sözünün 


zarqanadlılar” kimi yazılması məqsədəuyğundur. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 

Səhifə  11.  1-ci  abzasda  “Для  познания  биологических  объектов 

используют  различные  методы  (греч.  methodos  –  путь,  исследование, 

способ  познания)”  cümləsində  “познания”  əvəzinə  “изучения”  yazılması 

məqsədəuyğundur. 



Səhifə  12.  “Moтивация”da  “Так,  например,  звездочеты  для  изучения 

небесных тел использoвали телескоп, а моряки, для обозрения отдаленных  

11 

 

предметов  пользовались  биноклем”  cümləsində  “обозрения”  əvəzinə 

наблюдения” yazılması tövsiyə edilir. 

Səhifə 13. “Правила работы со световым  микроскопом” bölməsində 2-ci 

bənddə  “С  помощью  зеркала  направьте  свет  в  отверстие  на  предметном 



столе”  cümləsində    “предметном  столе”  ifadəsinin  əvəzinə  “предметном 

столике” yazılması məqsədəuyğundur. 

Səhifə  21.  Sonuncu  abzasda  “Красные  и  бурые  водоросли  питаются 

автотрофном,  дышат  растворенным  в  воде  кислородом”  cümləsində 

“автотрофном” əvəzinə “автотрофно” yazılması məqsədəuyğundur. 

Səhifə  23. 2-ci abzasda “Корень  у  мхов  отсутствует”  cümləsinin “Корни у 

мхов отсутствуют” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  3-cü  abzasda  “Зеленый  кукушкин  лен”  ifadəsinin 

əvəzinə “Зеленый мох кукушкин лен” yazılması tövsiyə edilir. 



Səhifə 59-143. “Подцарства одноклеточные и многоклеточные” fəslində 

səhifələrin başlıq hissəsinin sağ küncündə “радел” sözü “раздел” kimi yazılmalıdır. 



Səhifə  90.  Sonuncu  abzasda  “Опасными  для  человека  являются 

чесоточный  клещ  и  таежный

 

клещ,  являющиеся  переносчикими 

заболевания 

энцефалит” 

cümləsində 



“переносчикими” 

sözünün 


переносчикaми” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  111. 3-cü abzasda “На  сушу  их  спинной  гребень  не  развивается” 

cümləsində “На сушу” əvəzinə “На суше” yazılması məqsədəuyğundur. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərslik  komplektində  rəsm  və  illüstrasiyalar  orijinal  verilmişdir.  Mətnə  görə 

şəkillər  əsasən  düzgün  yerləşdirilmiş,  həcm  nisbətində uyğunluq  gözlənilmişdir.  Üz 

qabığının tərtibatı dərsliyin məzmununa uyğundur. 

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: 

Səhifə 14. “Canlı orqanizmlərin müxtəlifliyi” mövzusunda “Motivasiya”dakı 

şəkildə  göbələklər  heyvanlarla  bitkilər  arasında  keçid  bir  forma  kimi  başa  düşülə 

bilər.  Bu  isə  şagirdlərdə  səhv  təsəvvürün  yaranmasına  səbəb  olar.  Düzəliş  edilməsi 

məqsədəuyğundur. 



Səhifə  27.  “Qıjının  çoxalması”  sxemində  anteridi  və  arxeqoninin  adlarının 

yazılması tövsiyə edilir. 



12 

 

Səhifə  33.  “Fəaliyyət”  bölməsindəki  şəkillərdə  dişi  qozaların  rəngdəyişmə 

ardıcıllığı düzgün verilməmişdir.  

Səhifə  34.  Şəkildə  “Çılpaqtoxumluların  inkişaf  dövriyyəsi”  əvəzinə  “Adi 

şamın inkişaf dövriyyəsi” yazılması məqsədəuyğundur. 

Səhifə  57“Şibyələrin  müxtəlif  formaları” şəklində qazmaqşəkilli şibyə kimi 

divar  ksantoriyası  göstərilmişdir.  Əslində  isə  divar  ksantoriyası  yarpaq  şəkilli 

şibyədir. Daş xına ilə əvəz olunması məqsədəuyğundur. 

Səhifə  71.  Ağ planarinin  sinir  sisteminə  aid  verilmiş  şəkildə “Sinir  axmaları” 

ifadəsi “Sinir atmaları” kimi yazılmalıdır. 



Səhifə  114.  Kərtənkələnin həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemlərinə aid 

şəkildə “Tpaxeya” sözü “Traxeya” kimi yazılmalıdır. 



Səhifə 137. Şəkildə “Kaşalot” yazılsa da, bığlı balina göstərilmişdir. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 

Səhifə  38.  Şəkildəki  yazıda  “Ложный  плод  шиповника



многоорешек” 

əvəzinə “Ложный плод шиповника



цинародий, а настоящий плод многоорешек” 

yazılması məqsədəuyğundur. 

Səhifə  87.  Səhifənin  sonunda  çay  xərçənginin  qan-damar,  tənəffüs  və  ifrazat 

sisteminə  aid  şəkildə  “брюшной  сосуд”  ifadəsi  “брюшная  артерия”  kimi 

yazılmalıdır.  

Səhifə  99.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  “Neştərçənin  daxili 

quruluşu”  şəklində  “Atrial  dəlik”  göstərilsə  də,    rus  dilində  olan  variantında  bu 

hissə təsvir edilməmişdir. 



Səhifə  102.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  balığın  daxili 

quruluşuna aid şəkildə “Pilorik çıxıntılar” göstərilsə də,  rus dilində olan variantında 

bu hissə təsvir edilməmişdir. 

Səhifə  111.  Şəklin  altında  “обыкновенная  древесная  лягушка”  əvəzinə 

обыкновенная квакша” yazılmalıdır. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Tapşırıq  və  çalışmalarda  şagirdlərin  yaş  səviyyəsinə  uyğunluq, forma  və  tipinə 

görə rəngarənglik gözlənilmişdir. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayında 

və  nəzəri  məlumatlarla  praktik  tapşırıqlar  arasında  mütənasiblik  nəzərə  alınmışdır. 



13 

 

Dərslik  komplektinə  şagirdlər  üçün  özünüqiymətləndirmə  materialları  da  daxil 



edilmişdir. 

Səhifə  32.  “Öyrəndiklərinizi  tətbiq  edin”  hissəsində,  4-cü  bənddə  “Küknar 

meşələri  qaranlıq,  şam  meşələri  isə  işıqlı  olur”  cümləsi  verilsə  də,  bu    barədə 

mövzuda məlumat verilməmişdir. 

Dərsliyin rus dilində olan variantında da qüsura rast gəlinir:  

Səhifə  16.  “Обобщающие  задания”  bölməsində  4-cü  tapşırığın  şərti 

Отличительные  особенности  растений,  животных  и  грибов”  kimi 

yazılmalıdır. Bu tapşırığın  1-ci bəndi “В основном гетеротрофное питание”, 5-ci 

bəndi  “В  основном  автотрофное  питание”  kimi  yazılmalıdır.  6-cı  bənd  (“Həzm 



sistemi”) isə dərsliyin Azərbaycan dilində olan variantında verilsə də rus dilində olan 

variantda verilməmişdir. 



 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından 

 

Müəllim  üçün  metodiki  vəsait  144  səhifədən  ibarətdir.  Burada,  “Kitabın 



içindəkilər”“Dərslik  komplekti  haqqında”“Dərslik  komplektinin  strukturu”

“Biologiya  fənn  kurikulumu  haqqında”,  “Fənn  üzrə  məzmun  standartlarının 

reallaşma  cədvəli”,  İllik  planlaşdırma  nümunəsi”,  “Fənlərarası  inteqrasiya 

cədvəli”,  “Biologiya  dərslərində  müasir  təlim  texnologiyaları”,  “Şagird 

nailiyyətlərinin qiymətləndirilmə  prinsipləri və  üsulları”“Mövzular  üzrə  təlim 

materialları  ilə  iş  texnologiyasının  şərhi”,  “Gündəlik  planlaşdırılmaya  dair 

nümunələr”“Tövsiyə  olunan  mənbələr”  verilmişdir. Həmçinin 7 kiçik summativ 

qiymətləndirmə  nümunəsi,  I  yarımil  üzrə  ümumiləşdirici  dərs  verilmişdir.  Vəsaitdə 

dərsliyin  hazırlanma  prinsipləri  verilmiş  və  əsasən  şərh  edilmişdir.  İnnovativ 

metodların  tətbiqində  şagirdlərin  yaş  xüsusiyyətləri  nəzərə  alınmışdır.  Fənn 

kurikulumunun  tələblərinin  reallaşma  mexanizmləri  verilmiş,  lakin  qismən 

əsaslandırılmışdır. Təlim məqsədlərinin standartlara uyğunluğu, tətbiq olunan metod 

və  üsulların  məzmun  standartlarının  reallaşdırılmasında  rolu  gözlənilmişdir. 

Qruplaşdırılmış  təlim  materialları  üzrə  iş  texnologiyası  əsasən  şərh  olunmuşdur. 

Dərsin gedişi zamanı əlavə vəsaitlərə istiqamətləndirmə aydın verilmişdir.  

 “Fənn  üzrə  məzmun  standartlarının  reallaşma  cədvəli”ndə  II  yarımil  üzrə 

ümumiləşdirici dərs nəzərdə tutulsa da, vəsaitdə bu verilməmişdir.  



14 

 

MMV-də  3-cü  mövzudan  başlayaraq  göstərilən  еlеktron  rеsurslar  yalnız  rus 



bölməsi üçün yararlıdır.  

Səhifə 24. “A” hissəsindəki 1-ci sxem dəqiq deyil.  

Səhifə  37.  “I  və  II  fəsillər  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  1-ci 

tapşırığın  2-ci  cümləsində  “əşya  şüşəsinin  üzərinə....”  əvəzinə  “əşya  şüşəsinin 



üzərindəki...” yazılması məqsədəuyğundur. 

Səhifə  38.  “I  və  II  fəsillər  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  6-cı 

tapşırığın  şərtində  “Açar  sözlərin  hansı  bitkilərə  aid  olduğunu  müəyyən  edin” 

cümləsi  verilmişdir.  Lakin  “Açar  sözlər”də  verilmiş  “tozcuq”  sözü  şəkildəki 

bitkilərdən heç birinə uyğun gəlmir. 



Yenə  həmin  səhifədə  8-ci  tapşırığın  sonuncu  bəndində  “gəmişdir”  sözü 

gəlmişdir” kimi yazılmalıdır. 



Yenə həmin səhifədə 9-cu tapşırığın sxemində 1 rəqəmi göstərilməmişdir. 

Səhifə  54.  “III  fəsil  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  2-ci  tapşırığın 

6-cı  bəndinin

  “

Yarpaqları  iynəşəkilli  olan  nümayəndələri  var”,  7-ci  bəndinin

 



Küləklə,  həşəratlarla  və  öz-özünə  tozlanan  nümayəndələri  var”,  8-ci  bəndinin  isə 

Həmişəyaşıl nümayəndələri var” kimi yazılması məqsədəuyğundur. 



Səhifə  65.  “IV  fəsil  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  8-ci  tapşırığın 

4-cü  bəndinin  “Şibyə  göbələklərdən,  sianobakteriyalardan  və.....ibarətdir”  kimi 

yazılması məqsədəuyğundur. 

Səhifə  85.  “V  fəsil  üzrə  kiçik  summativ  qiymətləndirmə”də  3-cü  tapşırığın 

2-ci  bəndində  “Yastı  qurdların  bədəni  üçqatlıdır”  cümləsinin  “Yastı  qurdların 



bədəni  3  rüşeym  qatından  əmələ  gəlib”  kimi  yazılması  məqsədəuyğundur.  Bu 

tapşırığın  6-cı  bəndində  “Yastı  qurdlar  bütün  bədən  səthi  ilə  tənəffüs  edir” 

cümləsi “Bütün yastı qurdlar bədən səthi ilə tənəffüs edir” kimi yazılmalıdır. Çünki 

yastı qurdların bəziləri bədən səthi ilə tənəffüs etdiyi halda, digərləri bədən səthi ilə 

tənəffüs etmir. 

Səhifə 100. “VI fəsil üzrə kiçik summativ qiymətləndirmə”də 1-ci tapşırığın 

şərtində  “Şəkildə  molyusklar  sinfinin  hansı  nümayəndəsi  göstərilmişdir?” 

cümləsində  “molyusklar  sinfinin”  əvəzinə  “molyusklar  tipinin”  yazılması 

məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  4-cü  tapşırığın 3-cü  bəndində  “Qidalanma  xarakterinə 

görə  hörümçəkkimilər  yırtıcıdırlar”  cümləsində  “hörümçəkkimilər”  əvəzinə 

15 

 

hörümçəklər”  yazılmalıdır.  Çünki  gənələr  hörümçəkkimilərə  aid  olsa  da,  yırtıcı 



heyvan deyil. 

Səhifə 114. “VII fəsil üzrə kiçik summativ qiymətləndirmə” 2-ci tapşırığın 

şərtində  “1-8  rəqəmləri  ilə  nə  işarələnmişdir?”  sualı  verildiyi  halda,  şəkildə 

rəqəmlər 1-dən 7-yə qədər göstərilmişdir. 

Səhifə 142. “Siyənəkkimilər” yarımbaşlığında  “Siyənəklərdə yan xətt orqanı 

və  başda  pulcuq  örtüyü  yoxdur,  üzgəcləri  yumşaqdır”  cümləsinin  “Siyənəklərdə 

yan  xətt  orqanı  zəif  inkişaf  etmişdir,  başda  pulcuq  örtüyü  yoxdur,  üzgəcləri 

yumşaqdır” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  çəkikimilərə  aid  olan  balıqların  arasında    Azərbaycan 

dilində  olan  variantda  “karp”,  rus  dilində  olan  variantda  isə  “dabanbalıq” 

verilmişdir.  Burada  həmçinin  “Siyənəkkimilər”,  “Çəkikimilər”  hissəsində 

Azərbaycan və  rus dilində olan variantlarda fərqlilik vardır. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 



Səhifə 71. Səhifənin sonunda nömrələnmədə “142” əvəzinə “71” yazılmalıdır. 

Səhifə  141.  “Осетрообразные”  hissəsində  “Передняя  часть  головы 

вытянута  в более или  менее  длинный  выступ  - рострум,  чувствительные 

усики”  cümləsinin  “Передняя  часть  головы  вытянута  в  более  или  менее 

длинный  выступ  -  рострум,  по  бокам  рта  расположены  чувствительные 

усики” kimi yazılması məqsədəuyğundur. 

Qeyd:  “Tövsiyə  olunan  mənbələr”  ifadəsi  əvəzinə  “İstifadə  olunmuş 

ədəbiyyat” yazılması məqsədəuyğundur. Bu hissədə istifadədə olan dərsliklərə istinad 

verilmişdir. Beynəlxalq aləmdə qəbul olunmuş qaydalara görə dərslik hazırlanarkən 

istifadədə olan dərsliklərə istinad edilməməlidir.  

1.

 



Учебник под ред. Латюшина В.В., Шапкина В.А. Биология. 7 класс. 

 

 



 

 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə