MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 22 ____________________________
satışı üçün qərarların hazırlanması və qəbulu məqsədi ilə
şirkətin praktiki olaraq bütün əsas biznes-proseslərini vahid
informasiya mühitində, vahid verilənlər bazası əsasında
avtomatlaşdırmaq imkanı təklif edir (Bu baxımdan,
ERP SSRİ-
dəki
AİS - avtomatlaşdırılmış idarəetmə sistemi anlayışına
yaxındır).
ERP-sistemin əsas məsələləri aşağıdakı sxemdəki kimidir:
İNFORMASİYA SİSTEMLƏRİNDƏ İNTEQRASİYA
Müasir şirkətlərdə işləyən iri informasiya sistemlərinin
müzakirəsi zamanı işlədilən ən vacib anlayış inteqrasiyadır.
Qərarların hazırlanması və qəbulu üçün inteqrasiya edilmiş
yanaşmanı
təmin
etmək
məqsədi
ilə
informasiya
sistemlərindən istifadə edilməsinin vacibliyi informasiya
iqtisadiyyatına aid ilk əsərlərdə də öz əksini tapmışdır. Belə ki,
Y.Q.Yasin göstərirdi ki, “
inteqrasiya ixtiyari saylı qarşılıqlı
əlaqəli məsələlərin həlli və nəzarət edilə bilməyən informasiya
axınlarının emalının təkrarlanmalarını ləğv etmək üçün verilən-
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 23 ____________________________
ləri sistemə bir dəfə daxil etməyi və kompleks şəkildə istifadə
etməyi nəzərdə tutur. Çünki bu halda informasiyanın
saxlanması, ötürülməsi və təqdim edilməsinin forma və
metodlarına vahid tələblər formalaşır, yəni informasiya
prosesləri üçün vahid standart təyin edilir. Bu ona görə
lazımdır ki, informasiya sistemlərinin istənilən yerində iqtisadi
verilənlər birmənalı başa düşülsün”.
QEYD
:
İnteqrasiya (latınca integratio — birləşmə anlamını
verir) dedikdə hissələrin bütöv halında birləşməsi başa
düşülür.
Yevgeniy Qriqoryeviç Yasin (1934-ci ildə anadan
olmuşdur) rusiyalı iqtisadçı-alimi, ictimai xadim, Rusiya
Federasiyasının İqtisadiyyat naziri (1994-1997), “Ali iqtisad
məktəbi”nin elmi rəhbəri, “Liberal missiya” fondunun
prezidenti.
|