Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   2   3   4   5   6   7   8   9   ...   55

37

böyük  qızı  Tiflisdə  rus  qızlar gimnaziyasında təhsil  alan  ilk  azərbaycanlı  qadın 

Pən xanımın həyat yoldaşı, parlamentin birinci sədri  Əlimərdan bəy Topçubaşov 

(1865-1934) olmuşdur.

Əliyev Həsən Əlirza oğlu

(1907-1993)

Dünya  şöhrətli  korıfey  alim,  Azərbaycanda 

ekologiya  elminin  banisi,  akademik  Həsən 

Əlirza  oğlu  Əliyevin  ölkəmizin  milli,  endemik 

flora  və  fauna  növlərinin  öyrənilməsində  və 

onların 


genefondunun 

qorunub 


saxlanması 

sahəsində  müqayisə  olunmaz  dərəcədə  və  misil­

siz  xidmətləri  olmuşdur.  H.Əliyev  olduqca 

zəngin,  yaradıcı,  səmərəli  və  məzmunlu  ömrü­

nün  sonunadək milli  flora və  faunamızın genetik 

fondunun  saxlanmasının  ən  sadiq  və  zəhmətkeş 

keşikçisi  olmuş,  təbiətin  mühafizəsi  sahəsində  olduqca  geniş  diapozonlu  elmi- 

tədqiqat  işləri  aparmış  və  böyük  alimlər  ordusunun  yaranmasında  misilsiz 

xidmətlər göstərmişdir.  O,  1907-ci  ildə  Zəngəzur  qəzasının  Comərdli  kəndində 

anadan  olmuş,  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  ona  şərəf gətirən  ilk 

məzunlardandır.  H.Əliyevin  həyatının  ilk  dövrü  Gəncə  ilə  bağlıdır,  11  vaşmda 

Gəncədə  Şah  Abbas  məscidinin  həyətindəki  məktəbdə  5-ci  sinifdə  oxumuş, 

sonra ADAU-nun  aqronomluq  fakültəsində  təhsil almış,  burada işləmiş  və  elmi 

fəaliyyətlə  məşğul  olmuşdur.  Akademik,  Əməkdar  Elm  Xadimi  H.Əliyevin 

həyatı,  onun  çoxşaxoli  elmi  fəaliyyəti  ekologiya,  torpaqşünaslıq,  təbiəti 

mühafizə, coğrafiya, biologiya üzrə müxtəlif məsələlərin  həllinə həsr edilmişdir. 

H.Əliyev  500-dən  artıq  elmi  əsərin,  o  cümlədən  bir  çox  monoqrafiyanın, 

“Həyəcan  təbili ’,  «Təbiətin  keşiyində»  və  s.  adlı  monoqrafik  əsərin  və  yüzlərlə 

elmi-kütləvi  məqalənin  müəllifidir.  Azərbaycanın  təbii  ehtiyatlarından  səmərəli 

istifadə  sahəsində  kompleks  işlər  silsiləsinə  görə  H.Əliyev  Dövlət  Mükafatına 

layiq  görülmüşdür.  H.Əliyev  Azərbaycan  KP  MK-nın  katibi  işləmiş.  Coğrafiya 

və  Botanika İnstitutuna  və  bir  sıra elm  müəssisələrə  başçılıq  etmişdir.  H.Əliye­

vin təşəbbüsü  ilə  1963-cü  ildə  Respublika Təbiəti  Mühafizə  Cəmiyyəti  yarandı. 

Onun  1975-ci  ildə  yaratdığı  və  baş  redaktoru olduğu  “Azərbaycan təbiəti” elmi- 

kütləvi  jurnalı  xalqın  ekoloji  təfəkkürünün  genişlənməsi,  ətraf  mühitin 

mühafizəsində  fəal  iştirakı,  təbii  ehtiyatların  qorunması  və  bərpası  sahəsində 

geniş  elmi  və  təbliğat  işləri  apanrdı.  Akademik  H.Əliyevin  adını  daşıyan 

ADAU-nun  ekologiya  mühəndisliyi  və  meşəçilik  kafedrasının  nəzdində  ekolo­

giya  və  meşəçilik  muzeyi  fəaliyyət  göstərir,  H.Əliyev  adma  əlaçı  tələbə  üçün 

adlı  təqaüd  də  təsis  edilmişdir.  Gəncədə  H.Əliyevin  adını  daşıyan  küçədə  vaxtı 

ilə onun yaşadığı binaya xatirə lövhəsi və barelyefi  vurulmuşdur.

38


Məlikov Firuz Əli oğlu 

(1902-1965)

Azərbaycanın  milli  zootexniya,  heyvandarlıq, 

xüsusilə  qoyunçuluq  elminin  inkişafında  əvəzsiz 

rolu  olmuş,  konfey  alım,  genetik,  seleksıyaçı, 

akademik  Firuz  Əli  oğlu  Məlikovun  xidmətləri 

olduqca  təqdirəlayiq  hesab  edilməlidir.  O,  1948-ci 

ildə  kənd  təsərrüfatı  elmləri  doktoru  elmi  dərəcəsi, 

1949-cu ildə  isə  professor elmi  adını almışdır  Alım 

ADAU-da 


kafedra  müdiri, 

fakültə 


dekanı

vəzifələrində  çalışmış.  1948-cı  ildə  Ümumittifaq 

Kənd  Təsərrüfatı  Elmlər  Akademiyasına  Azərbay­

candan  ilk  həqiqi  üzv  seçilmiş,  Azərbaycan  Kənd 

Təsərrüfatı 

Elmlər 


Akademiyasının 

prezidenti 

olmaqla  3  dəfə  Azərbaycan  SSR  Ali  Sovetinin  deputatı  seçilmişdir.  Akademik 

F.Məlikov  Azərbaycan  aqrar elminə  böyük  töhfələr vermişdir.  O,  bır  neçə  alim 

və  mütəxəssislərlə  birgə  seleksiya və  fərdi  seçmə  yolu  ilə  1935-1947-ci  illərdə 

Gədəbəy  dövlət  damazlıq  qoyunçuluq  təsərrüfatında  “Azərbaycan  dağ 

merinosu”  qoyun  cinsini  yaratdıqlarına  görə  1947-cı  ildə  SSRİ  Dövlət 

mükafatına  layiq  görülmüşdür.  Onun  elmi  tədqiqatlarının  əsas  istiqamətim 

heyvıandarlıqda  seleksiya  işlərinin  respublikanın  iqlim  şəraitinə,  ekoloji  və 

genetik durumuna uyğun  olaraq  aparılması  təşkil  etmiş  və  bır qayda olaraq yeni 

cins  yetişdirilərkən  genetik  aspektlərə  çox  önəmli  yer  vermişdir.  Alim 

heyvandarlıqda  damazlıq  seleksiya  işlərinin  səmərəliliyi  və  məhsuldarlığın 

artırılmasında  yeni  mütərəqqi  üsullardan  (qarabağ  qoyunlarında  farac  döl  və  s.) 

geniş  istifadə  olunmasına  böyük  üstünlük  vermişdir.  F.Məlikov  150-dən  çox 

əsərin müəllifidir.  Ölkədə heyvandarlığın  inkişafındakı nailiyyətlərinə görə  SSRİ 

Alı  Sovetinin  Rəyasət  Heyətinin  fərmanı  ilə  F Məlikov  Lenin,  Qırmızı  Əmək 

Bayrağı  ordenləri  və  bir  çox  medallarla  təltif  olunmuşdur  Azərbaycan  Elmi 

Tədqiqat Heyvandarlıq İnstitutu hazırda onun adını daşıyır.

39


Sadıqov M irza Hiiseyn oğlu 

(1896-1970)

Ölkəmizdə 

zootexniya  elminin 

inkişafında 

böyük  rolu  olmuş,  qoyunçuluq  şahəsində  tanınmış 

seleksıyaçı  alimlərimizdən  biri  də  akademik  Mirzə 

Hüseyn  oğlu  Sadıqov  olmuşdur.  1935-ci  1947-ci 

illərdə  M.Sadıqovun  akademik  F.Məlikovla birlikdə 

Gədəbəy  rayonunda  zərif yunlu  merinos  qoyunlann 

Dövlət Damazlıq  Ocağı təşkil  edilmişdir.  O,  burada 

seleksiya 

damazlıq 

işlərinin 

planının 

tərtib 


olunmasına,  Azərbaycan  Elmi-Tədqiqat  Zootexniki 

təcrübə  stansiyasının  dayaq  məntəqəsinin  apardığı  elmi-tədqiqat  işlərinə 

rəhbərlik etmişdir  M  Sadıqovun gərgin əməyi nəticəsində  1947-ci ildə Gədəbəy 

dağ  merinosu  cinsinin  yaradılması  işi  başa  çatdı  və  təsdiq  edildi.  Beləliklə, 

Gədəbəy  zərifyunlu  qoyun  cinsində  yerli  yaşayış  şəraitinə  yüksək  səviyyədə 

davamlılıq təmin edildi.  Həmin cinsin yaradılmasının üsulu və genetik aspektləri 

M.Sadıqovun  adı  ilə  bağlıdır.  Bu  cinsin  yaradılmasında əsas  müəlliflərdən  bin 

kiıııi  o,  SSRİ  Dövlət mükafatı laureatı  adma layiq görülmüşdür  O,  1953-cü  ildə 

doktorluq  dissertasiyasını  müdafiə  edərək  kənd  təsərrüfatı  elmləri  doktoru 

alimlik  dərəcəsi,  həmin  ildə  də professor elmi  adını  almış,  1955-1957-cı  illərdə 

Dağıstan  Kənd  Təsərrüfatı  İnstitutunun  «Xüsusi 

zootexniya»  kafedrasının 

müdiri vəzifəsində çalışmışdır.

M ustafayev İmam Daşdəmir oğlu 

(1910-1997)

Ш

fi

Ölkəmizdə  taxılçılıq  sahəsində  seleksiya  işlərinin 

apanlmasında,  yeni  sortların  yaradılmasında,  onlann 

genetik 

xüsusiyyətlərinin 

və 

genefondunun 



öyrənilməsində  korifey  alimimiz,  akademik  İ.D.Mus­

tafayevin  misilsiz  xidmətləri  olmuşdur.  O,  elmi 

fəaliyyətinin səmərəsinə və bu sahədəki  nailiyyətlərinə 

görə  1950-ci  ildə  AMEA-nın  həqiqi  üzvü  seçilmişdir.

İ.  Mustafayev  1940-1954-cü  illərdə  Azərbaycan 

Dövlət Nəzarət  Komissiyası  sədrinin,  Azərbaycan  Xalq Torpaq Komissarının  1- 

ci  müavini,  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Naziri,  Gəncə  Vilayət  Partiya 

Komitəsinin  1-ci katibi, Azərbaycan KP MK-nın katibi.  1954-1959-cu illərdə isə 

onun  1-ci  katibi  olmuşdur.  Onun  təşəbbüsü  ilə  1950-ci  ildə  Azərbaycan  Elmi 

Tədqiqat  Əkinçilik  və  AMEA-nın  Genetika və  Seleksiya  İnstitutları  yaradılmış, 

1954-cü  ildən  ömrünün  sonuna  qədər  Genetika  və  Seleksiya  İnstitutunda  şöbə 

müdiri  və  direktor  işləmişdir.  İ.Mustafayevın  elmi-tədqiqat  işləri  yerli  buğda, 

arpa,  çovdar  və  egilopslann  toplanması  və  onlann  genetik,  seleksiya  və 

təsərrüfat 

xüsusiyyətlərinin 

öyrənilməsinə, 

yeni 

məhsuldar 



sortların

40


yaradılmasmına  həsr  olunmuşdur.  Seleksiya  və  hibrid  materiallarının  ekoloji 

zonal  yoxlanması  üsulları  da  ilk  dəfə  İ.Mustafayev  tərəfindən  işlənib 

hazırlanmışdır.  O,  bır  sıra bol  məhsul  verən  yüksək  keyfiyyətli  buğda  sortlan  -  

"Sevinc",  "Cəfəri",  "Zoğal  buğda",  "Turanikum-186",  "Turgidum-7",  "Qızıl 

buğda",  "Bol  buğda",  "Arzu"  və  s.  yaratmışdır.  Alim  bir  sıra  elmi  əsərlərin,  o 

cümlədən 6 monoqrafiyanın müəllifidir,  SSRİ və Azərbaycan  SSR Ali  Sovetinin 

deputatı  olmuşdur.  Elmi  yaradıcılıq  fəaliyyətinə  görə  N.İ.Vavilov  adına  qızıl 

medal,  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  3  böyük  qızıl  medalı,  "Qırmızı 

Əmək Bayrağı",  "Şərəf nişanı"  ordenləri ilə təltif edilmişdir.

Quliyev Ələkbər Məmməd oğlu 

(1911-1983)

Məşhur  botanik,  genetik  və  seleksiyaçı  alim, 

akademik,  Əməkdar Elm Xadimi  Ələkbər Məmməd 

oğlu  Quliyevin  Azərbaycanda  botanika,  bitkilərin 

genetikası, 

fiziologiyası, 

genefondunun 

dəyişkənliyi, 

ümumilikdə 

biologiya 

və 

kənd 


təsərrüfatı elmlərinin öyrənilməsi,  inkişafı sahəsində 

elmi-praktiki  və  nəzəri  cəhətdən  olduqca  böyük 

əhəmiyyət  kəsb  edən  fundamental-tətbiqi  xarakterli 

tədqiqatların  aparılmasında  və  ölkəmizdə  aqrar 

sahənin  mütəxəssislərinin  hazırlanmasında  xüsusi  xidmətləri  olmuşdur.  Alimin 

rəhbərliyi  ilə  ölkəmizin  bitki  örtüyünün  genefondu,  bitkilərin  anatomiyası, 

fiziologiyası, 

genetikası, 

seleksiyasının 

öyrənilməsi 

sahəsində 

aparılan 

təcrübələr  çox  uğurlu  nəticələr  vermiş  və  elmi  yeniliklərə  nail  olunmuş,  çoxlu 

sayda  elmlər  namizədləri  və  doktorlan  hazırlanmışdır.  Alim,  aqronomluq, 

bitkiçilik  və  biologiya  elmləri  üzrə  çoxlu  sayda  ali  məktəb  dərslikləri,  dərs 

vəsaitləri,  kitab  və  monoqrafiyaların  müəllifi  olmuşdur.  Ə.M.Qulıyevin 

təbiətşünaslıq  elmləri  üzrə  apardığı  elmi  axtarışlar  sanki  genetik  olaraq  öz 

övladlarına  da  sirayət  edərək  onlara  biologiya  elmi  sahəsində  böyük  uğurlar 

nəsib  etmişdir.  Oğlu  biologiya  elmləri  doktoru,  professor  Akif  Quliyev  Bakı 

Dövlət  Universitetinin  «Biologiya»  fakültəsinin  dekanı,  «Biokimya  və  bitki 

fiziologiyası»  kafedrasının  müdiri,  biologiya  elmləri  doktoru,  professor  Rauf 

Quliyev BDU-nun «Genetika və darvinizm» kafedrasının müdiri.  Savad  Quliyev 

isə  ADAU-nun  «Bitkilərin  genetikası  və  seleksiyası»  kafedrasının  dosenti 

vəzifəsində  işləyir.  Ə.M.Quliyevin  ölkəmizdə  yüksək  ixtisaslı  kənd  təsərrüfatı 

kadrlarının-  aqronom,  baytarlıq  təbabəti  həkimi,  zootexnik  və  bioloqlann 

yetişdirilməsi  sahəsində çox böyük xidmətləri  olmuşdur.

41


Tutayuk Validə Xaspolad qızı 

(1914-1980)

1934-cü  ildə  Azərbaycan  Dövlət  Aqrar Univer­

sitetinin  “Bağçılıq  və  bostançı lıq"  fakültəsini  bitir­

miş,  1949-cu  ildə  doktorluq  dissertasiyası  müdafiə 

edərək  35  yaşında  biologiya  elmləri  doktoru  elmi 

dərəcəsini  alan  ilk  azərbaycanlı  qadın  akademik.

“Şərəf Nişanı”,  “Oktyabr İnqilabı” ordenli,  Əməkdar 

Elm Xadimi  Tutayuk Validə  Xaspolad qızının Azər­

baycanın  bütün  bölgələrində  təbii  bitki  örtüyünün 

genefondunun,  anatomik-morfoloji  və  genetik xüsu­

siyyətlərinin  öyrənilməsində  misilsiz  xidmətləri  olmuşdur.  O,  1934-cü  ildə 

aspiranturaya  qəbul  olunaraq,  K.A.Timiryazev  adma  Moskva  Kənd  Təsərrüfatı 

Akademiyasına  ezam  edilir,  sonralar  doğma  universitetə  qayıdaraq  1939-cu 

ildən  ADAU-nun  botanika  kafedrasına  başçılıq  edir.  Alim  1957-ci  ildə 

Azərbaycan  EA  Botanika  İnstitutuna  direktor  təyin  olunur.  O,  geniş  profilli 

botanika,  aqronomluq,  bitkiçilik  və  biologiya  elmləri  üzrə  milli  kadrların 

hazırlanması  üçün  Azərbaycan  dilində  ilk  fundamental  dərsliklərin  müəllifidir. 

1968-1972-ci  illərdə  V.Tutayukun  rəhbərliyi  ilə  Azərbaycanın  qış  və  yay 

otlaqlarının  geniş  geobotaniki  və  genetik  tədqiqi  aparılmış  və  bu  sahədə 

müfəssəl  məlumatlar  əldə  edilmişdir.  V.Tutayuk  250-dən  artıq  elmi  əsərin,  o 

cümlədən,  10  ali  məktəb  dərsliyinin,  9  monoqrafiyanın,  çoxlu  sayda  dərs 

vəsaitlərinin  müəllifidir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər namizədləri  və 

doktorları hazırlanmışdır.  O, Azərbaycan KP  MK-nın üzvü olmuşdur.

Ağabəyli  Ağaxan  Ələsgər oğlu

(1904-1980)

Genetika,  seleksiya,  zootexniya və  biologiya 

sahəsində 

tanınmış, 

dünya 


şöhrətli 

alim, 


akademik,  Əməkdar  Elm  Xadimi,  «Qırmızı 

Əmək  Bayrağı»  ordenli,  4  medalla  təltif  oluan,

«Qafqaz»  yeni 

yağlı-südlü  camış 

cinsinin 

yaradıcısı,  elmin  yeni  sahəsinin  -   «Camışann 

genetikası 

və 


seleksiyası»mn 

və 


dünyada 

camışçılıq  elminin  banisi  Ağaxan  Ələsgər  oğlu 

Ağabəylinin  kənd  təsərrüfatı  kadrlanmn  -  

zootexnik,  baytarlıq  təbabəti  həkimi,  aqroom  və 

bioloqların  hazırlanmasında  böyük  xidmətləri 

olmuşdur.  Alim ölkəmizdə  və onun  hüdudlarından  kənarlarda  dərc edilmiş  260- 

dan  artıq  elmi  əsərin,  14  mooqrafiya,  kitab  və  dərsliyin,  14  təlimatın  müəllifi 

olmuş,  onlann  130-dan  çoxu  məhz  camışlann  genetikası  və  seleksiyasına  həsr 

edilmişdir.  O, 36 il ADAU-nun  «Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və

42


genetikası»  kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  Onun  1978-ci  ildə 

Dehlido  keirilən  beynəlxalq  simpoziumdakı  Hindistanın  «Murrah»  və 

Azərbaycanın  «Qafqaz»  camış cinslərinin çarpazlaşdırılmasının nəticələrinə həsr 

olunmuş  məruzəsi  böyük  bir  sensasiya  törətmişdir.  Alimin  yaradıcılığının  əsas 

qayəsini  müxtəlif növə  malik  olan genefondlann  (qaramal,  zebu,  camış,  dovşan, 

qunduz  və  s.)  seleksiya  ilə  yaxşılaşdırılması  və  yüksək  məhsullar  cinslərin 

yaradılması  təşkil  etmişdir.  O,  həm  də  yeni  yüksək  yağlı-südlü  «Azərbaycan 

camışı»  cinsini  yaratmış,  yerli  zebu,  onun  hibridləri,  cersey  qaramal  cinsinin 

müxtəlif cinslər ilə  dönmələri  üzərində tədqiqatlar aparmış,  onların məhsuldarlıq 

keyfiyyətlərinin  genetik  xüsusiyyətlərini  öyrənməklə  məhsuldarlığı  artırmaq 

üçün proqnoz-diaqnostik tədbirlər hazırlamışdır.  Onun  rəhbərliyi  ilə  50-dən  çox 

namizədlik və onlarla doktorluq dısserasiyası müdafiə  edilmişdir.  A.Ağabəylinin 

elmi-pedaqoji  irsi  sanki  genetik  olaraq  öz  övladlarına da bəxş  olunmuşdur.  Qızı 

Rəna  Ağabəylı  biologiya  elmləri  doktoru,  professordur,  atasının  biologiya 

sahəsindəki  elmi  irsinin  davamçısıdır,  onun  həyat  yoldaşı  Urxan  Ələkbərov  isə 

biologiya elmləri  doktoru, professor və akademikdir.

Qəniyev M əmmədtağı Qasım  oğlu 

(1907-1979)

Azərbaycanda 

baytarlıq 

təbabəti 

mikro­


biologiyası  elminin  banisi,  korifey  alim,  Əməkar 

Elm  Xadimi,  bir  neçə  orden  və  medallarla  təltif 

edilmiş,  akademik  Məmmədtağı  Qasım  oğlu 

Qəniyevin  milli  elmimizin  inkişafında çox  böyük 

xidmətləri  olmuşdur. 

O,  300-ə  qədər  monoq­

rafiya,  dərslik,  dərs  vəsaiti,  fundamental  məlumat 

mənbələri  hazırlayıb  çap  etdirmişdir.  Onun  bütün 

elmi tədqiqat  işlərində mikroorqanizmlərin heyvan 

və  quşların  patologiyasında  roluna, 

onlann 

genetik, 



morfoloji, 

həssaslıq, 

davamlılıq, 

dəyişkənlik  və  s.  xüsusiyyətlərinin  öyrənilməsinə  xüsusi  önəm  verilmişdir.  O, 

1932-ci  ildə  İrəvan  şəhərində  Zaqafqaziya  Zoobaytarlıq  İnstitutunu  bitirmiş, 

1936-cı  ildə  namizədlik,  1944-cü  ildə  isə  doktorluq  dissertasiyaları  müdafiə 

etmiş.  1938-1959-cu  illərdə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 

təbabəti  fakültəsinin  "Mikrobiologiya”  kafedrasının  rəhbəri  olmuş,  1962-ci  ildə 

isə Azərbaycan Milli  Elmlər Akademiyasının həqiqi  üzv seçilmişdir.  M.Qəniyev 

milli  baytarlıq  təbabəti  elmimizin  inkişafına  böyük  töhfələr  verən  ilk  milli 

kadrlardan  biri  olmuşdur.  Alim  uzun  müddət  Elmi-Tədqiqat  Baytarlıq 

İnstitutunun  direktoru  vəzifəsində  çalışmaqla,  baytarlıq  təbabətinin  aktual 

problemlərinin öyrənilməsi  sahəsində fundamental elmi-tədqiqat işlərinin həyata 

keçirilməsinə  rəhbərlik  etmişdir.  Milli  baytarlıq  təbabəti  və  mikrobiologiya 

elmimizin  banisi.  ƏEX,  dünya  şöhrətli  alim,  akademik  Məmmədtağı  Qəniyev

43


əsil  zəhmətkeş,  vətənpərvər elm  fədaisi  olmuşdur.  M.Qəniyev  300-ə  qədər elmi 

əsərin,  dərslik  və  dərs  vəsaitlərinin  müəllifi,  20  nəfər  elmlər  doktoru  və  80-ə 

qədər  elmlər  namizədinin  elmi  rəhbəri  olmuş  və  ölkəmizdə  mikrobioloqlar 

ordusunun əsil yaradıcısı olmuşdur.

Cəfərov M əmmədtağı İbrahim   oğlu

(1936-2007)

Ölkəmizdə  aqrar  sahə  üzrə  yüksək  ixtisaslı 

kadrların  hazırlanmasında  qədim  tarixə  malik 

olan,milli  elmimizin  yaradıcıları  -   dünya  şöhrətli 

alimlərimizi  yetişdirən,  müqəddəs  təhsil  ocağı 

ADAU-nun  formalaşmasında,  inkişafında,  tərəqqi 

və  təşəkkülündə  böyük  işlər  görən,  məşhur  alim, 

elm  xadimi,  AMEA-nın  həqiqi  üzvü  akademiki 

Məmmədtağı  İbrahim  oğlu  Cəfərovun  olduqca 

misilsiz  xidmətləri  olmuşdur.  O,  1954-1959-cu 

illərdə  ADAU-nun aqronomluq  fakültəsində təhsil 

almış,  1964-cü ildə namizədlik dissertasiyasını  müdafiə  etmiş,  1965-cı  ildə kənd 

təsərrüfatı elmləri namizədi  alimlik dərəcəsi  almışdır. Alim  1964-1973-cü  illərdə 

ADAU-da assistent,  dosent,  professor  1973-1983-cü  illərdə  isə  «Torpaqşünaslıq 

və  kənd  təsərrüfatının  meliorasiyası»  kafedrasının  müdiri  vəzifələrində 

işləmişdir.  M.Cəfərov  1973-cü  ildə  doktorluq  dissertasiyasını  müdafiə  edərək 

kənd  təsərrüfatı  elmləri  doktoru  alimlik  dərəcəsi  almış,  1975-ci  ildə  isə  ona 

professor  elmi  adı  verilmişdir.  O,  1989-cu  ildə  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  müxbir üzvü  seçilmişdir.  Alim  150-yə  qədər elmi  əsərin,  çoxlu 

sayda  kitabın,  o  cümlədən  monoqrafiya  və  dərsliklərin,  dərs  vəsaitlərinin 

müəllifidir.  M.Cəfərov  1983-1987  və  1995-2007-ci  illərdə  Azərbaycan  Aqrar 

Universitetinin  rektoru  vəzifəsində  işləmiş,  1992-ci  ildə  Yeni  Azərbaycan  Par­

tiyası  Sivası  Şurasının  üzvü,  YAP  Gəncə  Şəhər Təşkilatının  sədn  olmuşdur.  O, 

1994-cü  ildə  Azərbaycan  Elmlər  Akademiyası  Torpaqşünaslıq  və  Aqrokımya 

İnstitutunda  doktorluq  dissertasiyasının  müdafiəsi  üzrə  ixtisaslaşmış  Elmi 

Şuranın  həmsədri  olmuşdur.  M.Cəfərov  2002-ci  ildə  Azərbaycan  MEA-nın 

həqiqi  üzvü  seçilmiş,  səmərəli  elmi  fəaliyyətinə  görə  Azərbaycan  Respublikası 

Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanına  layıq  görülmüş,  «Şərəf nişanı» 

ordeni  və  «Maarif  əlaçısı»  döş  nişanı  ilə  təltif  olunmuşdur.  O,  uzun  illər 

Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  sədri,  Yeni  Azərbaycan  Partiyası  Siyasi 

Şurasının  üzvü  olmuşdur.Böyük alim,  xeyirxah və tarixi  şəxsiyyət  M.Cəfərovun 

milli  kənd  təsərrüfatı  və  torpaqşünaslıq  elmlərinin  inkişafındakı  xidmətləri  elm 

və təhsilimizin tarixinə qızıl hərflərlə həkk olunub.

44


Musayev M usa Ə bdürəhm an oğlu 

(1921-2010)

Baytarlıq təbabəti,  zoologiya  və  parazitologiya 

elmilərinin  inkişafında  tanınmış  akademik  Musa 

Əbdürəhman  oğlu  Musayevin  xidmətləri  olduqca 

təqdirəlayiqdir  O,  ADAU-nun  baytarlıq  təbabəti 

fakültəsini  bitirmişdir.  1959-cu  ildən  Azərbaycan 

MEA-nın  müxbir üzvü.  1967-cı ildə  isə həqiqi  üzvü 

seçilmişdir.  M.Musayev  350-dən  çox elmi  əsərin,  o 

cümlədən, 

onlarla  dərslik,  dərs  vəsaiti,  10 

müəlliflik  şıhadətnaməsı  və  patentin  müəllifidir. 

Alım 

1976-1001-ci 



illərdə 

SSRİ 


Elmlər 

Akademiyası  nəzdındə  Ümumıttıfaq  Protozooloqlar 

Cəmiyyətinin  vitse-prezidenti,  1967-1988-ci  illərdə  «Parazitologiya»  jurnalının 

redaksiya  heyətinin  üzvü,  Ukrayna  Parazıtoloqlar  Cəmiyyətinin  fəxri  üzvü 

seçilmiş,  1991-ci  ildə  Azərbaycan  SSR  Dövlət  mükafatına,  1996-cı  ildə  Həsən 

Əliyev adma «Ekologiya sahəsindəki  nailiyyətlərə  görə»  medala və  mükafatlara 

layiq görülmüşdür.  Baytarlıq elmləri doktoru, professor M.Musayev Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  Biologiya  elmləri  bölməsinin  akademik-katibi. 

AMEA  Zoologiya  İnstitutunun  direktoru  olmuşdur.  Onun  rəhbərliyi  ilə  çoxlu 

sayda elmlər namizədi və doktorları hazırlanmışdır.

Q arayev A bdulla İsmayıl  oğlu 

(1910-1968)

Azərbaycan  fiziologiya  elminin  banisi,  tibb 

elmləri  doktoru,  akademik,  Əməkdar  Elm  Xadimi 

Abdulla  İsmayıl  oğlu  Qarayevin  milli  elmimizin 

inkişafında  çox  böyük  xidmətləri  olmuşdur.  O, 

ölkəmizdə  eksperimental  fiziologiya  laboratoriya­

sının  ilk  təşkilatçısı  olmaqla  onun  əsas  elmi 

tədqiqatları  bioelektrik  hadisələn,  orqanizmin 

mütəhərrik  karbohidrat  deposu,  subliminal  qıcıq­

ların  dekrementli  ötürülməsi,  Naftalan  neftinin 

müalicəvi təsir mexanizmi və  interoseptik mübadilə reflekslərinin öyrənilməsinə 

həsr  edilmişdir.  Naftalan  neftində  boy  maddəsini  də  fizioloji  tədqiqatlarda  o, 

tətbiq  etmişdir.  A.Qarayev  AKP  MK-nin  üzvü  (1962-64),  BDU-nun  rektoru 

(1944-50), AMEA-nın biologiya və  kənd təsərrüfatı  bölməsinin  akademik katibi 

(1952-56),  Ali  və  Orta İxtisas  Təhsili  Komitəsinin  sədri  (1961-63),  AMEA-nın 

Fiziologiya bölməsinin  rəhbəri  və  Fiziologiya  İnstitutunun  direktoru  (1953-68), 

İ.P.Pavlov  adma  Ümumittifaq  Fizioloqlar  Cəmiyyəti  Azərbaycan  bölməsinin 

sədri  (1951-68)  vəzifələrində  çalışmışdır.  Alim  15-ci  (Sankt-Peterburq,  1935  ,

45


21-cı  (Buenos-Ayres,  1959),  22-ci  (Leyden,  1962),  23-cü  (Tokio,  1965) 

Beynəlxalq  fizioloqlar  konqresində  iştirak  etmişdir.  Onun  “Analızatorlann 

fiziologiyası” 

(1947),  “Mərkəzi  sinir  sisteminin  fiziologiyası”  (1951), 

"Faqosıfozun fiziologiyası” (1960),  “Boş beyin süfununun torabənzər törəmələri 

və  vegetativ  funksiyaları”  (1965),  “Sulukarbonlar  mübadiləsinin  hipotenniya 

şəraitində  vəziyyəti”  (1967),  “İnteroreseptorlar  və  maddələr mübadiləsi”  (1965, 

rus dilində) və  s.  əsərləri nəzəri və praktiki cəhətdən çox qiymətli əsərlər sayılır. 

A.Qarayev  Lenin  ordeni,  3  dəfə  Qırmızı  Əmək  Bayrağı  ordeni,  Qırmızı  Ulduz 

ordeni  və  medallarla  təltif edilmişdir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər 

namizədləri və doktorları hazırlanmışdır.

Həsənov Hüseyn H eydər oğlu 

(1932)

AMEA-nın 



akademiki, 

biologiya 

elmləri 

doktoru,  professor,  Nyu-York  Akademiyasının 

üzvü,  əməkdar  elm  xadimi,  A.  İ.  Qarayev  adma 

Fiziologiya  institutunun  sabiq  direktoru,  «Beyin  və 

davranış»  şöbəsinin  müdiri  Həsənov  Hüseyn  Hey­

dər  oğlunun  elmi,  pedaqoji  və  ictimai  fəaliyyəti 

milli  elmimizin tarixində  ən önəmli  yerlərdən birini 

tutur.  H   Həsənov  elmi-tədqiqat  fəaliyyətinə  1954- 

cü  ildə  Fiziologiya  institutunda  əvvəlcə  laborant. 

sonra aspirant,  1957-cı  ildən  isə  kiçik  elmi  ışçı  kımı 

başlamışdır.  O,  1958-ci  ildə  dissertasiya  müdafiə  edərək,  biologiya  elmləri 

namizədi  alimlik  dərəcəsi  almış,  1961-cı  ildən  baş  elmi  işçi  vəzifəsinə 

keçirilmiş,  1967-ci  ildə  isə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir  Alim 

1968-ci  ildə  elmi  işlər  üzrə  direktor  müavini  təyin  edilmiş  və  1969-cu  ildən 

etibarən  Azərbaycan  Elmlər  Akademiyasının  A.İ Qarayev  adma  Fiziologiya 

institutunun  direktoru,  eyni  zamanda  Beyin  və  davranış  şöbəsinin  davranış  və 

təlim  laboratoriyasının  rəhbəri  təyin  edilmişdir.  O,  1972-ci  ildə  AMEA-nın 

müxbir  üzvü,  1976-cı  ildə  isə  həqiqi  üzvü  seçilmişdir  Onun  elmi-tədqiqat 

fəaliyyəti  akademik  A.İ.Qarayevin  rəhbərliyi  altında  başlamış  və  bu 

tədqiqatların  böyük hissəsini mərkəzi  sinir  sisteminin  tənzimlənmə mexanizm­

lərinin  vegetativ  funksiyalarının  öyrənilməsi  və  onların  orqanizmin  daxili 

mühitinin(homeostazın)  tənzim  edilməsində  rolu  kımı  mühüm  məsələlərin 

tədqiqi  təşkil  edir.  Bu  problem  üzənndə  işləyərkən  o,  interoreseptorlann 

qlıkemik  reaksiyalara  təsiri,  baş  beyin  qabığı  strukturaları,  limbik  retikulyar 

kompleksinin 

qlikohomeostazın 

tənzim 

edilməsində 



rolu,  ontogenezdə 

qlikohomeostazın  tənzim  edilməsinin  sınır  mexanizmləri,  interoreseptiv 

siqnalların  öyrənilməsinin  neyrofızıolojı  və  neyrokimyəvı  mexanizmləri, 

inteqrasiya,  eləcə  də  qabıq  və  qabıqaltı  əlaqələr  və  funksiyaların  lokalizasiyası 

kimi  elmi  tədqiqat  istiqamətlən  yaratmışdır.  Həmin  çoxcəhətli  tədqiqatların

46


nəticələrində  daxili  analizator sistemin qabıq morfo-funksional  struktudan  haqqmda 

məlumatlar toplanmış,  hippokamp,  amıqdala,  hipotalamus  kimi  lımbık  strukturlann 

beyin  qabığmda visseral  təsirlərin  formalaşması  və  interoreseptıv  qlıkemik  reaksiya- 

lann tənzimlənməsində  mühüm  rolu  aydınlaşdınlmışdır.  H.  Həsənovun  bu  sahədəki 

tədqiqatlarının nəticələri,  eləcə də onun rəhbərliyi  altında aparılan  işlər interoreseptıv 

mübadilə reflekslərinin sinir tənziminin qanunauyğunluqlarım müəyyən etməyə imkan 

vermişdir.  Onun 

fəaliyyəti  fundamental  problem  olan  analizator  funksiyaların 

təkamülü,  inteqrasiya,  mürəkkəb  davranış  formalarının  fizioloji  və  bıokımyəvi 

əlaqələrin izah edilməsinə  yönəldilmişdir.  Məhz elmi  fəaliyyət çərçivəsinin  hərtərəfli 

sayı  nəticəsində  H.Həsənov  nəinki  fiziologiya  sahəsində,  eləcə  də  Azərbaycanda 

səhiyyə  və fizika sahəsindəki  alimlərlə  elmi əməkdaşlıq edir ki. bu da alı  sinir fəaliy­

yətinin patologiyası və psixi  sinir pozğunluqlarının müalicə olunması üçün kompleks 

tədqiqatlar  apanlmasina  imkan  yaradır.  .H.  Həsənovun  adı  fiziologiyanın  mühüm 

problemlərinin  böyük  tədqiqatçısı  kimi  təkcə  Azərbaycanda  deyil,  həm  də 

respublikadan  kənarda  da  məşhurdur.  Onun  işləri  respublika,  mərkəzi  və  xancı 

mətbuatda  nəşr  olunur.  O,  özünün  elmi  məlumatlan  və  ümumi  nəticələn  ilə 

Ümumdünya  konqressləri.  qurultaydan  və  sımpozıumlannda  iştirak  etmişdir.  Onun 

işləri  xarici  konfrans  və 

konqreslərə  (Macanstan,  Rumıniya),  Ümumdünya 

fizioloqlar  konqreslərə  (Münhen,  Dehli),  ali  sınır  fəaaliyyətinə  həsr  olunmuş 

Ümumdünya  konqresinə  (Praqa),  Ekspenmental  nevroz  simpoziumuna  (Bcdın)  və 

beynin  İnteqrativ  fəaliyyəti  (Veymar).  XVII  Beynəlxalq  fizioloji  elmlər  konqresinə 

(Pans),  Beynəlxalq  fizioloji  elmlər konqresinə  (Budapeşt).  «İnterbeyin»  xətti  nlə  III 

Beynəlxalq simpoziumuna, YUNESKO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş 

I Ümumdünya konqressinə  (İsveçrə, Lozanna)  və s. təqdim olunmuşdur.

Şirinov Nəriman Mikayıl oğlu 

(1929-2006)

Azərbaycanda  baytarlıq  təbabəti,  xüsusilə 

parazitologıya  elminin  inkişafında  böyük  xid­

mətləri  olan  alimlərimizdən  bırı  də  akademik 

Şirinov  Nənman  Mikayıl  oğlu  olmuşdur.  Alim 

1949-cu  ildə  ADAU-nun  baytarlıq  təbabəti 

fakültəsinə  daxil  olmuş,  1950-cı  ildə  Moskva 

Baytarlıq  Akademiyasının  baytarlıq  fakültəsinə 

köçürülmüş və  1954-cü ildə  oranı bitirərək  1962- 

ci  ildə  namizədlik.  1970-cı  ildə  isə  doktorluq 

dissertasiyalarını  müdafiə  etmişdir.  O,  1974-cü 

ildə  professor adını  almış,  1991-ci  ildə  SSRİ  Kənd  Təsərrüfatı Akademiyasının. 

1992-ci  ildə  Rusiya  Kənd Təsərrüfatı  Elmləri  Akademiyasının,  2001-ci  ildə  isə 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü  seçilmişdir.  N.Şirinov 

1957-1960-cı illərdə Azərbaycanda suda üzən ev quşlarının helmint və helmintozlannı 

öyrənərək  helmıntologiya elmini  yem  məlumatlarla  zənginləşdirmişdir.  O,  quşlarda

47


(qaz və ördəkdə) 46 helmiııt növü, o cümlədən elm üçün  10 yeni növ,  ördəklərdə  38, 

qazlarda 25  növ müəyyən etmişdir ki, onlardan da  13-ü keçmiş  SSRİ-də, 39 növü isə 

Azərbaycanda ilk dəfə olaraq qeydə alınmışdır. Alim  1971-ci  ildə Moskvada keçirilən 

Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  bürünc  medalına və  fəxri  diplomuna  layiq 

görülmüşdür.  O,  SSRİ-də  ilk dəfə  neft tullantilan yə neft-kimya sintezi  məhsullarının 

baytarlıqda  və  heyvandarlıqda  istifadə  etmək  üçün  öyrənilməsinə  dair  yaranmış 

problemin öyrənilməsinin vacibliyini sübut etmiş, 35  ildən çox qeyd olunan problemin 

öyrənilməsi  ilə  məşğul  olmuş və  bir elmi  məktəb  yaratmışdır. N.Şirinov  6 müəlliflik 

şəhadətnaməsinin,  175  elmi  əsərin,  2  monoqrafiyanın,  3  kitabın,  4  kitabçanın 

müəllifidir.  Onun  əsərlərindən  4-ü  Polşa,  Bolqarıstan və  Macarıstanda dərc  edilmiş, 

tərtib  etdiyi  "Baytarlıqda  neft  mənşəli  preparatlar"  monoqrafiyası  isə  1970-ci  ildə 

Moskvada "Kolos" nəşriyyatı tərəfindən buraxılmışdır.  O,  1981-ci  ildə «Şərəf nişanı» 

ordeni ilə təltif edilmiş,  1990-cı  ildə ona Azərbaycan Respublikasının dövlət mükafatı 

laureatı adı verilmiş, 2001-ci  ildə elmin inkişafinda yüksək əməyinə görə Ümumittifaq 

Kənd  Təsərrüfatı  Elmləri  Akademiyasının  akademikləri  K.İ.Skryabin  və  N.S. 

Vışelesskinin  100  illiklərinə  həsr  edilmiş  xatirə  medalları  ilə  təltif  edilmişdir.  N. 

Şirinov  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunda  direktor  olduğu  34  ıl 

müddətdə  11 elmlər doktoru, 62 elmlər namizədi hazırlamışdır.

Hacıyev Yaqub Hüseyn  oğlu

(1929-2009)

Ölkəmizdə  baytarlıq  təbabəti  elminin  inki­

şafında  akademik  Y.H.Hacıyevin  çox  böyük 

xidmətləri  olmuşdur.  O,  1946-cı  ildə  ADAU- 

nun  baytarlıq  təbabəti  fakültəsinə  daxil  olmuş 

1949-cu 

ildə 


Sankt-Peterburq 

Baytarlıq 

institutuna köçürülərək,  1951-ci  ildə  burada  ali 

təhsilini  uğurla  başa  vurmuş,  1957-ci  ildə 

Moskvada 

Skryabin 

adma 

Ümumittifaq 



Helmıntologiya 

İnstitutunun 

aspiranturasını 

bitirmişdir.  Y.  Hacıyev  əmək  fəaliyyətinə 

Zaqatala Kənd  Təsərrüfatı  texnikumunda müəllim kimi  başlamış,  1951-1952-ci 

illərdə  Şəmkir  rayonu  mərkəzi  baytarlıq  müalicəxanasmda  baytar  həkimi 

işləmişdir. O,  1952-1956-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə 

Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi,  1956-1958-ci illərdə 

Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  Naxçıvan  Kənd  Təsərrüfatı 

Zona  təcrübə  stansiyasında  baytarlıq  şöbəsinin  müdiri,  1958-1959-cu  illərdə 

Azərbaycan 

Kənd 


Təsərrüfatı 

Nazirliyinin 

Respublika 

Baytarlıq 

Laboratoriyasında  baş  baytar  həkimi  vəzifələrində  çalışmışdır.  Alimin  elmi 

fəaliyyəti  1959-cu  ildən  etibarən  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutu 

ilə  bağlı  olmuşdur.  O,  1959-1968-ci  illərdə  bu  institutda  müxtəlif  vəzifələrdə 

çalışmış,  1968-ci  ildən  ömrünün  sonuna  qədər  burada  laboratoriya  müdiri

48


işləmişdir,  1957-ci  il-də  namizədlik  və  1968-ci  ildə  doktorluq  dissertasiyalarını 

müdafiə  etmiş,  1972-ci  ildə  professor  elmi  adını  almışdır.  0 .  1972-ci  ildə 

Ümumittifaq  Kənd  Təsərrüfatı  Elmləri  Akademiyasının  müxbir  üzvü  seçilərək 

akademiyanın  heyvandarlıq  və  baytarlıq  üzrə  Zaqafqaziya  bölməsinin  sədri 

vəzifəsini  tutmuş,  1991-ci  ildə  isə  akademiyanın  həqiqi  üzvü  seçilmişdir.  Y. 

Hacıyev  2001  -cı  ildən  AMEA-nın  həqiqi  üzvü  idi.  Onun  elmi  tədqiqatlarının 

başlıca istiqaməti  baytarlıq helmintologiyası  ilə  bağlıdır.  O, təbiətdə  və  heyvan 

orqanizmində  mikroelementlərin  miqdarından  asılı  olaraq,  helmintozlann 

yayılma qanunauyğunluğunu  öyrənmiş və  ən  geniş  yayılmış  helmintozlara  qarşı 

müalicə-profilaktika  tədbirləri  hazırlamış,  onların  tətbiqini  təşkil  etmişdir. 

Y.Hacıyev helmintozlara qarşı  orqanizmin müqavimətinin artınlmasi  və terapiya 

məqsədi  ilə  mikroelementlərin  tətbiqinin  elmi  əsaslarını  işləmişdir.  Onun  bu 

istiqamətdə  aldığı  nəticələr  mütəxəssislər tərəfindən  yüksək  qiymətləndirilərək 

onların  keçmiş  Sovetlər  İttifaqının  cənub  regionlarında  istifadəsi  tövsiyə 

edilmişdir.  Alim  20-dən  artıq  dərman  bitkilərinin  xassələrini  araşdırmış,  bəzi 

bitkilərin  helmintozlara  qarşı  işlədilməsinə  dair  səmərəli  təkliflər  irəli 

sürmüşdür.  Onun  respublika  şəraitində  normativ  sənəd  kimi  istifadə  üçün  nəşr 

etdirdiyi  təlimatlar toplusundan  baytarlıq  idarələrində  və  tədris  müəssisələrində 

geniş 

istifadə 



edilməkdədir. 

Azərbaycanda 

helmmtoloqlar 

məktəbinin 

yaradıcılarından  biri  olan  Y.Hacıyevin  yüksək  ixtisaslı  kadr  hazırlığı  işində 

böyük  xidmətləri  olmuş  və  onun  rəhbərliyi  ilə  onlarca namizədlik  dissertasiyası 

müdafiə  olunmuşdur.  Alimin  tədqiqatları  180-dək  elmi  əsərdə,  o  cümlədən  10 

kitabda öz əksini  tapmışdır.  O,  "Azərbaycan  aqrar elmi" jurnalının baş redaktoru 

idi  Yaqub  Hacıyev  baytarlıq  üzrə  bır  çox  mötəbər  beynəlxalq  konfrans  və 

simpoziumlardakı  çıxışları  ilə  Azərbaycan  eımını  layiqincə  təmsil  etmişdir. 

Alimin  xidmətləri  yüksək  qiymətləndirilmiş,  o,  bir  sıra  fəxri  adlara  layiq 

görülmüş, orden və mükafatlarla təltif edilmişdir

Axundov Mirəli A bdulla oğlu 

(1902-1992)

Milli  biologiya,  xüsusilə  genetika  elmimizin 

banilərindən  bin.  tanınmış,  korıfcy  alim,  biologiya 

elmləri  doktoru,  professor,  Əməkdar  Elm  Xadimi 

Mirəli  Abdulla  oğlu  Axundov  məşhur  genetıklər 

A.S.Serobrovskı  və  N.K.Koltsovun  rəhbərliyi  ilə 

xromosomlarda 

krossmqover 

hadisəsinin 

öyrənilməsi  ilə  məşğul  olmuş  və  elmi-praktıkı 

əhəmiyyətli  nəticələrə  nail  olmuşdur.  Onun  sonrakı 

elmı-tədqıqat  işləri  ev  quşlannın  növ  və  cins 

tərkibinin  genetik  cəhətdən  öyrənilməsinə,  ontogenczdə  dififerensıasıya 

olunmasına,  bioloji  aktiv  maddələrin  təsirinin  araşdınlmasına  həsr  edilmişdir 

Alim  1937-ci ildə  BDU-da ilk  «Genetika və darvinizm» kafedrasım təşkil  etmiş,

49


1988-ci ilədək onun rəhbəri olmuş və həmin kafedranın nəzdində Zaqafqaziyada 

yeganə  olan  «Təkamül  təlimi»  muzeyini  yaratmışdır.  Onun  elmi  yaradıcılığının 

əsas  incisi  Xl-XIX-əsrlərdə  Azərbaycanda bioloji  fikrin  inkişafı tarixinin tədqiq 

edilməsidir.  Müəllif faktlara əsaslanaraq  sübut etmişdir ki, N.Gəncəvi.  M.Fizuli. 

Ə.  Xaqani,  H.Zərdabi,  M.F.Axundov  kimi  klassiklər  bir  sıra  tibbi  və  bioloji 

fikirləri  ilə  zamanı  qabaqlamışlar.  Bu  sahədə  onun  20  məqaləsi  və  2 

monoqrafiyası  çap  edilmişdir.  M.Axundov  «Genetika»,  «Təkamül  təlimi», 

«Biologiyaya  giriş»,  «Darvinizm»,  «Darvin  təliminin  əsaslan»,  «Yer  üzərində 

həyatın  mənşəyi  və  inkişafı»  kimi  dərslik və  dərs  vəsaitlərinin,  «Gənc quşçulara 

məsləhət»,  «Okeanda  bir  damla»,  «Nəğməli  və  bəzəkli  quşlar»  kitablannm, 

ümumilikdə  isə  200-dən  çox  elmi  əsər  və  məqalələrin  müəllifidir.  Alimin  elmi 

irsi  genetik  olaraq  övladlarına  da  sirayət  etmişdir.  Oğlu  Fuad  Axundov  və  qızı 

Ellada  Axundova  da  professor  elmi  adı  almış  və  atalarının  elmi  irsini  davam 

etdirmişlər.  M.  Axundovun  rəhbərliyi  ilə  ölkəmizdə  genetika  elmi  sahəsində 

çoxlu  sayda elmlər namizədi və doktoru hazırlanmışdır.

Səfərov Yunis Baxşəli  oğlu

(1926-1994)

Baytarlıq  təbabəti  elmləri  doktoru,  professor, 

tanınmış  mikrobioloq,  epizootoloq,  «Şərəf nişanı» 

ordenli  Yunis  Baxşəli  oğlu  Səfərov  ıızıın  müddət 

ADAU-nun  baytarlıq təbabəti  fakültəsinin  dekanı,

«Epizootologiya,  mikrobiologiya və  vinısologıya» 

kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  O,

«Epizootologiya»,  «Baytarlıq  mikrobiologiyası»,

«Baytarlıq 

virusologiyası», 

«Baytarlıq 

ışının 


təşkili  və  iqtisadiyyatı»,  «Anların  infeksion 

xəstəlikləri», 

«Balıqlann 

infeksion

xəstəlikləri»  və  s. 

ali  məktəb  dərsliklərinin və  dərs  vəsaitlərinin  müəllifi 

olmuşdur.  Alimin  elmi tədqiqatlannın  əsas  istiqamətini  heyvan və  quşlann  bəzi 

infeksion 

xəstəliklərinin 

epizootoloji, 

patogenetik-patomorfoloji 

xüsusiyyətlərinin,  diaqnostikası  və  profilaktikasının  öyrənilməsinə  həsr  olunan 

fundamental-tətbiqi xarakterli axtanşlar təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 

qoyunların 

anaerob 

infeksiyaları 

törədicilərinin 

(qoyunların 

infeksion 

entcrotokscmıya, 

bradzot, 

quzuların 

anaerob 

dizenteriyası) 

həssaslığı, 

davamlılığı,  yaşama  müddəti  və  dəyişkənliyi  məhz  onun  tərəfindən 

öyrənilmişdir.  Alimin  rəhbərliyi  ilə  mikrobiologiya,  epizootologiya  və 

virusologiyanın  ən  aktual  problemlərinə  həsr  edilmiş  12  namizədlik  və  1 

doktorluq dissertasiyası hazırlanmışdır.  Y. Səfərovun rəhbərliyi ilə onun xələfləri 

(S.Culfayev, 

RQədimov, 

Ş.Ələsgərov, 

E.Hüseynov, 

Ə.Məmmədov, 

İ.Məmmədov,  M.Qurbanova,  N.Əbdülhəlimov,  R.Əliyev,  S.Canməmmədov, 

A.Abbasov,  İ.Nağıyev  və  b.)  qaramal,  qoyun,  donuz  və  quşlann  bəzi  yoluxucu

50


xəstəliklərinin  (qaramalın,  donuzların pastcrcllyoz,  qoyunların  infeksion  mastit, 

bradzot,  quzuların  anaerob  dizenteriya,  quşlann  kolibakterioz,  salmonellyoz) 

törədicilərinin  torpaqda,  suda,  peyində,  binalarda,  xidmət  əşyalarında  və  s. 

yaşama  müddətim,  Günəş  şüalarının,  temperaturun,  dezinfeksiya  maddələrinin, 

antibiotiklərin,  sulfanilamid  və  nitrofuran  qrupu  preparatlarının  təsirinə 

davamlılığını,  həssaslığını,  genetik  əlamət  və  xassələrinin  dəyişkənliyini  ətraflı 

öyrənmişlər.  Baytarlıq təbabəti tarixində  ilk dəfə  olaraq Y.  Səfərovun rəhbərliyi 

ilə  kənd təsərrüfatı  heyvanlarının  və  quşlann bəzi  infeksion xəstəliklərinə  qarşı 

assosiasiya olunmuş və kompleks vaksinasiya üsulu tətbiq edilmiş  və  eyni  adlı 

(rus  dilində)  monoqrafiya  hazırlanmışdır.  Alimin  rəhbərliyi  ilə  heyvan  və 

quşlann  bəzi  yoluxucu  xəstəliklərinin  törədicilərinin  əsas  genetik  əlamətləri  və 

xassələrinin (morfoloji, fizioloji, kultural, biokimyəvi,  patogenetik, antigenlik və 

s.)  dəyişilməsi  mexanizmi  və  dinamikasını  öyrənmək  üçün  təcrübə  heyvanları 

(ağ  siçan,  hind  donuzu,  göyərçin,  toyuq,  ada  dovşanı,  qoyun)  üzərində  bioloji 

sınaq  qoyulmasından,  mikroorqanızmlərin  onların  orqanizmindən  passaj 

olunmasından və attenuasiyasından geniş istifadə edilmişdi

Səfərov K əbutər M irzəbala Oğlu

(1911-1981)

Azərbaycanda  ilk  dəfə  olaraq  kənd  təsərrüfatı  heyvanlarının  (qaramal, 

camış,  qoyun,keçi)  ən  təhlükəli  zooantroponoz  sayılan  leptospiroz-infeksion 

sarılıq xəstəliyinin etioloji,  epızootoloji,  epidemioloji.  klınıkı,  patoloji-anatomıkı 

xüsusiyyətlərinin,  patogenezi,  diaqnostika  və 

profilaktikasının, 

onun 


törədicisinin

patogenlik,  virulentlik  xassələrinin,  eləcə  də 

heyvanların  həmin  törədiciyə  həssaslığının, 

davamlılığının  öyrənilməsi  ilə  məşğul  olan 

professor,  baytarlıq  təbabəti  elmləri  doktoru 

Kəbutər  Mirzəbala  oğlu  Səfərovun  ölkəmizdə 

baytarlıq 

təbabəti 

elminin 

tərəqqisində,

inkişafında  və  yüksək  ixtisaslı  heyvandarlıq 

(zootexnik,  baytarlıq  təbabəti  həkimləri  və  s.) 

kadrlarının  hazırlanmasında  olduqca  böyük 

xidmətləri  olmuşdur.  O,  1933-cü  ildə  Moskva 

Zoobaytarlıq  İnstitutunun  baytarlıq  təbabəti 

fakültəsinə  daxil  olmuş.  1937-ci  ildə  həmin  institutu  bitirmiş,  1937-1938-ci 

illərdə Azərbaycan  SSR Dövlət Sığorta İdarəsində baş  baytar həkimi  vəzifəsində 

işləmişdir.  Alim  1938-1940-cı  illərdə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

«Epizootologıya  və  mikrobiologiya»  kafedrasında  assistent,  1940-1963-cü 

illərdə  kafedra  müdiri, 

1954-1963-cü  illərdə  isə  «Epizootologiya  və 

zoogigiyena»  kafedrasının  müdiri  vəzifəsində  işləmiş,  1945-ci  ildə  namizədlik. 

1953-cü  ildə  isə  Moskvada  Ümumittifaq  Elmi  Tədqiqat  Baytarlıq  İnstitutunda

51


doktorluq dissertasiyasını  müdafiə  etmişdir.  O,  1947-ci  ildə  «Epizootologiya və 

zoogıgıycna»  kafedrasının  dosenti,  1954-cü  ildən  isə  «Epizootologiya»  kafed­

rasının  professoru təsdiq edilmişdir.  K. Səfərovun  50-dən  artıq  elmi  əsəri  vardır, 

cümlədən 



Azərbaycan 

dilində 


"Ümumi 

epizootologiya", 

"Xüsusi 

epizootologiya”  dərsliklərinin  və  çoxlu  sayda  dərs  vəsaitlərinin  ilk  müəlliflə- 

rindəndır.  Alim  1963-cü  ildən  1989-cu  ilə  qədər  respublika  Kənd  Təsərrüfatı 

Nazirliyində  elmi  işlər  üzrə  baş  idarənin  rəisi  vəzifəsində  işləmiş,  baytarlıq 

təbabəti  mikrobiologiyası  və  epizootologiya  üzrə  çoxlu  sayda  namizədlik  və 

doktorluq dissertasiyalarına rəhbərlik etmişdir.

Axundov C ahangir  Mehdi oğlu 

(1906-1978)

Heyvandarlıq  və  südçülük  elmləri  sahəsində  tanınmış,  nıəhşur  və 

görkəmli  alim professor  Cahangir Mehdi  oğlu  Axundov  1916-cı  ildə  birpilləli, 

1925-ci ildə  isə  ikipilləli  məktəbi bitirərək,  elə 

həmin 


ildə 

Azərbaycan 

Respublikası 

Politexnik 

İnstitutunun 

kənd 


təsərrüfatı 

fakültəsinə  qəbul  olunmuş  və  1930-cu  ildə 

institutu  müvəffəqiyyətlə  bitirmişdir.  İnstitutu 

bitirdikdən  sonra  C.Axundov  hazırlıqlı  və 

istedadlı  məzun  kimi  Moskva  şəhərində 

Ümumittıfaq 

Elmi-Tədqiqat 

Südçülük 

Sənayesi  institutunun  aspiranturasına  qəbul 

olunmuşdur. 

1933-cü 

ildə 


aspiranturanı 

bitirdikdən  sonra  yüksək  ixtisaslı  mütəxəssis 

kimi,  o,  ADAU-nun  “Südçülük”  kafedrasına 

dosent  vəzifəsinə  seçilir  və  1937-ci  ildən  isə 

həmin  kafedranın  müdin  vəzifəsinə  irəli  çəkilir.  C.Axundov  1938-cı  ildə  kənd 

təsərrüfatı  elmləri namizədi.  1939-cu ildə isə dosent elmi  adma layiq görülür.  O, 

Azərbaycanda südçülük elminin əsasım qoyan, onu inkişaf etdirən  ilk  və  yeganə 

alimlərdən  biridir.  Alim  Respublikamızda  camış  südünün  kimyəvi  tərkibini, 

fiziki,  bioloji  və  texnoloji  xüsusiyyətlərini  dərindən  öyrənmiş  və  1960-cı  ildə 

müvəffəqiyyətlə elmi işi müdafiə  edərək kənd təsərrüfatı elmləri  doktoru alimlik 

dərəcəsinə  layiq  görülmüşdür.  Ümumittifaq  Ali  Attestasiya  Komissiyası 

tərəfindən  1961-ci  ildə  ona  professor  adı  verilmişdir.  C.  Axundov  ölkəmizdə 

aqrar  elmi  kadrlannm  hazırlanmasında  fəal  iştirak  etmişdir.  Onun  rəhbərliyi 

altında  12  aspirant  və  dissertant  namizədlik  dissertasiyalarını  müdafiə  etmiş,  2 

doktorluq  dissertasiyasına  məsləhətçi  olmuşdur.  C.Axundov  120-dən  artıq  elmi 

məqalə,  tədris-metodiki,  kütləvi  kitabçaların,  o  cümlədən  7  dərslik  və  dərs 

vəsaitinin  müəllifidir.  Keçmiş  Sovetlər  Birliyinin  şəhərlənndə  ixtisası  üzrə 

keçirilmiş  müşavirə  və  konfranslarda  fəal  iştirak  etmişdir.  1959-cu  ildə 

Londonda keçirilən  XV  Beynəlxalq  Südçülük  Konqresinin  iştirakçısı  olmuş  və

52


"Camış  südündən  pendırçilik  sənayesində  səmərəli  istifadə  edilməsi  yollan" 

mövzusunda  məruzə  etmişdir  Professor  C  Axundov  “Qafqaz”  camış  cinsinin 

yaradılmasında  fəal  iştirak  etmiş  müəlliflərindən  biri  kimi  SSRİ  Kənd 

Təsərrüfatı Nazirliyi tərəfindən mükafatlandırılmışdır  Tədris, tədris-metodiki və 

elmi-tədqiqat  işləri  ilə  yanaşı,  1933-cü  ildən  başlayaraq  fədakarlıqla  çalışan  və 

öz  mənalı  həyatını  belə  bir  şərəfli  sahəyə  həsr  edən  C.Axundov  1934-1935  və 

1949-1951-ci  illərdə  ADAU-nun zootexniklik  fakültəsinin  dekanı,  1938-1941-cı 

illərdə  isə  həmin universitetin aspirantura şöbəsinin  müdiri.  1944-1947-cı illərdə 

Azərbaycan  Heyvandarlıq-Təcrübə  Stansiyasında  baş  elmi  ışçı,  1942-1975-cı 

illərdə  33  il  müddətində  "Kənd  təsərrüfatı  heyvanlarının  yemləndirilməsi  və 

südçülük  işi"  kafedrasının  müdiri,  1962-1963-cü  illərdə  Tədris  İşləri  üzrə  pro­

rektor  vəzifələrində  işləmişdir.  C.Axundovun  elmi-pedaqoji  fəaliyyəti  və 

Respublikanın  aqrar  elminin  inkişaf  etdirilməsındəki  xidmətləri  Azərbaycan 

Dövləti  tərəfindən  yüksək  qiymətləndirilərək  ona  1966-cı  ildə  Azərbaycan 

Respublikasının  "Əməkdar  Elm  Xadimi"  adı  verilmişdir.  O,  orden,  medal  və 

fəxri fərmanlarla mükafatlandırılmışdır.

Verdiyev Z ülfüqar Q urban  oğlu 

(1907-1992)

Ölkəmizdə  qaramal  və  zebulann  yetişdirilməsi,  onların  genetik,  seleksiya, 

bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, yüksək  ixtisaslı zootexniya və

baytarlıq 

təbabəti 

kadrlarının 

hazırlanması 

sahəsində  150-dən çox elmi əsənn, o cümlədən bır 

neçə  dərsliyin,  monoqrafiyaların,  kitabların  və 

dərs  vəsaitlərinin  müəllifi,  ' Şərəf Nişanı"  ordeni, 

“Əməkdə  fərqlənməyə  görə”,  “İ.V.Miçurinin  100 

illiyi”  medalları  ilə  təltif  edilmiş,  professor, 

Əməkdar  Elm  Xadimi  Zülfüqar  Qurban  oğlu 

Verdiyevin xüsusi xidmətləri  olmuşdur.  O,  1955- 

1959-cu  illərdə  Azərbaycan  Elmi-Tədqiqat  Hey­

vandarlıq 

İnstitutunun 

direktoru 

vəzifəsində 

çalışmış, 

sonralar 

isə 

ADAU-nun 



«Kənd 

təsərrüfatı 

heyvanlarının 

yetişdirilməsi 

və 

genetikası» 



kafedrasının 

müdiri 


vəzifəsinə 

seçilmiş,  ömrünün sonuna qədər bu vəzifədə işləmişdir.  Z. Verdiyev  1966-cı  ildə 

«Kənd  təsərrüfatı  heyvanlarının  yetişdirilməsi  və  genetikası»  kafedrasının 

nəzdində  “Zebuçuluq elmi-tədqiqat problem laboratoriyası” yaratmış  və  1990-cı 

ilə qədər onun  rəhbəri  olmuşdur.  Alimin rəhbərliyi  ilə  genetika, heyvandarlıq  və 

zootexniya  üzrə  bir  neçə  elmlər  namizədi  və  doktoru  hazırlanmışdır  Fərəhli 

haldır ki,  Z.Verdiyevin  zubuçuluğa  və  camışçılığa dair  elmi  məqaləsi  BMT-nın 

«Azalmaqda  və  aradan  çıxmaqla  olan  heyvan  növləri»  adlı  külliyatında  nəşr 

olunmuşdur.

53


Hacıyev Hacı M əm m ədbağır oğlu 

(1919-1989)

Azərbaycanda  baytarlıq  təbabətinin  təşəkkül  tapmasında,  müstəqil  elm 

sahəsi  kimi  formalaşmasında,  dinamik  inkişafında 

və  bu  bəşəri  əhəmiyyətli  elm  sahəsində  milli 

kadrların  və  alimlər  ordusunun  hazırlanmasında 

baytarlıq  təbabəti  elmləri  doktoru,  professor  Hacı 

Məmmədbağır  oğlu  Hacıyevin  olduqca  böyük  və 

misilsiz 

xidmətləri 

olmuşdur. 

H. Hacıyevin 

tələbələri,  aspirantları  və  elmi-pedaqoji  kollektiv 

onu 


ədəbiyyatçı 

alim, 


yüksək 

erudisiyalı. 

intellektual  səviyyəli  pedaqoq,  həssas,  qayğıkeş  bır 

insan  və  pedaqoq  kimi  dəyərləndirmiş,  özləri  üçün 

örnək  hesab  etmişlər.  H.Hacıyev  1941-ci  ildə 

ADAU-nun Baytarlıq təbabəti  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  həmin 

universitetdə  ordinatorluqdan  başlayaraq  qəzet  redaktoru,  kafedra  müdiri,  elmi 

işlər üzrə prorektor vəzifələrində  çalışmışdır.  Alim çoxsaylı  dərslik,  dərs vəsaiti, 

monoqrafiya,  elmi  və  publisistik  məqalələrin  müəllifi  olmuşdur  Ölkəmizin 

əvəzsiz  təbii  sərvəti  sayılan  naftalan  neftinin  baytarlıq  təbabətində  ilk  dəfə 

olaraq  geniş  tətbiq  olunması  məhz  onun  səyi  və  təşəbbüsü nəticəsində mümkün 

olmuşdur.  O,  1947-ci  ildə  “Naftalan  neftinin  mədə  önlüklərinin  təqəllüsünə 

təsiıi”  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş,  1948-ci  ildə  isə 

dosent elmi  adı  almış,  1951-ci  ildə  baytarlıq təbabəti  fakültəsinin  “Yoluxmayan 

xəstəliklər və kimik diaqnostika” kafedrasına müdir təyin edilmişdir. Alim  1962- 

ci  ildə  həmin  kafedranın  nəzdində  “Naftalan  nefti  problem  laboratoriyası” 

yaratmış  və  ona  rəhbərlik  etmişdir.  O,  1967-ci  ildə  doktorluq  dissertasiyası 

müdafiə  etmiş  və  professor  alimlik  rütbəsi  almışdır.  Alim  İlk  dəfə  “Klinik 

diaqnostika”  və  "Kənd təsərrüfatı  heyvanlarının  yoluxmayan  daxili  xəstəlikləri” 

fənnindən  Azərbaycan  dilində  dərsliklərin  və  dərs  vəsaitlərinin  müəllifi 

olmuşdur. 

H.Hacıyevin 

rəhbərliyi 

ilə 


çoxlu 

sayda  elmlər  namizədi 

hazırlanmışdır

Rüstəmov Rüstəm  Bəhram  oğlu 

(1925-2007)

54


Azərbaycanda kənd təsərrüfatı  heyvanlarının  anatomiyasının  və  morfologi­

yasının öyrənilməsi  sahəsində ilk elmlər doktoru, professor Rüstəm  Bəhram oğlu 

Rüstəmovun  baytarlıq təbabəti həkimləri  və  zootexniklərin hazırlanmasında çox 

böyük  xidmətləri  olmuşdur  R.B.Rüstəmov  sabiq  SSRİ  məkanında görkəmli an- 

atom  və  morfoloq  kimi  tanınmış  və  şöhrətlənmiş  bir  alim,  elm  xadimi  idi.  O, 

1949-cu  ildə  ADAU-nm  baytarlıq  təbabəti  fakültəsini  bitirib,  Sankt-Peterburq 

Ba}tarlıq  institutunun  "Cərrahiyyə" kafedrasının aspiranturasına daxil olmuşdur. 

Alim  1953-cü  ildə  "Atların  çanaq-bud  oynağının  arterial  qan  təchizatı  və 

çanaqətrafı  oynaqlarının  toxumlarının  onurğa  beynin  novokaın  blokadası 

fonunda  keçiriciliyi"  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş, 

1953-1962-ci  illərdə  "Anatomiya"  kafedrasında  əvvəlcə  assistent,  soma  isə 

dosent  vəzifəsində  çalışmışdır.  R.Rüstəmov  1962-ci 

ildə 

Sankt-Peterburq 



Baytarlıq  İnstitutunun  doktoranturasına  daxil  olmuş  və  1965-ci  ildə  "Camış, 

qaramal  və  qovunların  çanaqətrafı  əzələlərin  arterial  qan  təchizatı  və  onların 

damar-sinir  zonaları”  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 

1968-ci  ildə  sabiq  SSRİ  Ali  Attestasiya Komissiyasınm  qərarı  ilə  ona professor 

elmi  rütbəsi  verilmişdir.  O,  1967-1972-ci  illərdə  ADAU-nin  elmi  işlər  üzrə 

prorektoru,  1997-ci  ilədək kafedra müdiri  vəzifələrində  işləmişdir.  Alim  100-don 

çox elmi əsərin müəllifidir. R. Rüstəmov  1975-ci  ildə  "İşində əla nailiyyətlərə görə" 

medalı  ilə təltif olunmuş,  2003-cü  üdə  "Vektor"  Beynəlxalq Elm Mərkəzi  Mükafat 

Komissiyasının  qəran  ilə  "Azərbaycanın tanınmış  alimləri"  Beynəlxalq  layihəsinin 

qalibi  olmuş və XXI əsnn tanınmış alımı" Beynəlxalq Diplomu ilə təltif edilmişdir. 

Onun  rəhbərliyi  ilə  hazırlanmış  və  «Ev  heyvanlarının  anatomiyası»  adlı  ilk  ali 

məktəb dərslikləri, çoxlu sayda metodiki  vəsaitlər və  s. hazırlanmışdır.  R.Rüstəmov 

həm  yüksək  intellektual  səviyyəyə  və  crudisıyaya  malik  alım,  həm  də  qayğıkeş, 

həssas,  humanist,  hamı  tərəfindən  sevilən  bir  şəxsiyyət  kımı  bütün  elmi 

ictimaiyyətin  rəğbətini  qazanmış  pedaqoq  idi. 

O,  elmi-pedaqoji  fəaliyyəti  ilə 

bərabər,  həm  də  mahir  tarzən  kimi  tanınırdı.  Onun  atası  məşhur  tarzən  Quzanlı 

Bəhrəm  milli  muğam  sənətinin  banilərindən  biri  Seyid  Şuşinskini  (Ağanı)  uzun 

müddət tarda müşayət etmişdir.

Rüstəm müəllimin ən böyük xidmətlərindən biri onun uzun müddət rəhbərlik etdiyi 

anatomiya və fiziologiya kafedrasında öz yetirməsi professor Adil  Ramazanovla birlikdə 

kənd təsərrüfatı heyvanlarının və quşlann heç bir universitetdə analoqu olmayan, olduqca 

zəngin və nadir eksponatlara malik olan anatomiya muzeyini təşkil etməsidir. Rüstəmovlar 

ailəsi həm də təbabətə və baytarlıq təbabətinə irsən sadiq qalmasr ilə səcıyyələnrr. Alımın 

oğlu Etibar tibbi həkim, Daşqın və onun həyat yoldaşı Siyala xanım və qızı Rəna xanım 

baytarlıq  təbabəti  həkimidir.  Siyala  xanım  Rüstəmova  hazırda  Respublika  Baytarlıq 

Xidməti  İdarəsinin  rəisi  vəzifəsində  işləyir,  həmin  sahənin tərəqqisi,  inkişafı  və  qlobal 

problemlərinin həlli üçün təqdirəlayiq, geniş  diapozonlu fəaliyyət növlərinə rəhbərlik edir

Qədimov Raul Abdulla oğlu 

(1939-2000)



Baytarlıq təbabəti  elmlən  doktoru, professor, Əməkdar Elm Xadimi. Qədımov Raul 

Abdulla oğlu  1966-cı  ildə ADAU-nun «Epizootologiya və  mikrobiologiya» kaferdasmm 

assıstenti,  1967-cı ildə isə dosenti seçilmiş,  1970-1972-cı  illərdə  elmi katib.  1972-1978-cı 

illərdə  elmi  işlər  üzrə  prorektor  vəzifələrində  işləmişdir  O,  "Qoyunların  ınfeksıon 

xəstəliklərinə  qarşı  kompleks  assosiasiyalı  vaksınasıyanın  effektivliyinin  öyrə- 

nilməsıfnəzəri  əsaslarla)"  mövzusunda  elmi-tədqiqat  ışını  yekunlaşdıraraq  1976-cı  ildə 

doktorluq dissertasiyasını müdafiə edib baytarlıq elimlən doktoru alimlik dərəcəsi almışdır. 

R.  Qədımov  1978-cı  ildə  keçmiş  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyi  yarımda  Tədris- 

Metodika  Şurasının  üzvü  seçilmiş  və  həmin  il  ADAU-nun  «Epızootologiya  və 

mikrobiologiya»  kafedrasının  müdiri  təyin  edilmiş.  1990-1995-cı  illərdə  onun  rektoru 

vəzifəsində  çalışmışdır.  Alimin  işlədiyi  tədqiqat  əsərlərindən  "Kənd  təsərrüfatı 

heyvanlarının  infeksıon  xəstəliyinə  qarşı  müqavimətin  artırılması"  (1964),  "Baytarlıqda 

toxuma  biostimulyatorunun  tətbiqi"  (1972),  "Heyvanlann  ınfeksıon  xəstəliklərinə  qarşı 

immunobioloji  reaktivlıyinə  antibiotiklərin  təsiri"  (1977).  "Heyvanlann  immunoloji 

reaktivliyinə  naflalanın  təsiri"  (1979),  "Qoyunların  immunobioloji  reaktivliyinə  selenin 

təsiri,  «Klostridioza qarşı peyvəndləmə"  (1982,  1988).  "Zebu və  onun hibridlərinin təbii 

müqavimətinin öyrənilməsi"  (1983) və s. göstərmək olar.  O, anaerob  infeksiyalar zamanı 

yüksək  temperaturun,  rütubətli  havanın  immunitetə  təsirim  öyrənmiş  və  yüksək tempe- 

raturlu  regionlarda  qoyunların  peyvəndlənməsının  sxemini  hazıdamışdır.  Alimin  bu 

sahədə  yazdığı  elmi  əsərlər içərisində  "Anaerob  ınfeksıya zamanı  yüksək temperaturlu, 

rütubətli  havanm  immunitetə  təsın"  (1979),  "Qoyunlann  immunobioloji  reaktivliyinə 

temperaturun  təsiri"  (1982),  "Ətraf  şəraitdə  yüksək  temperaturun  qanın  biokimyəvi 

xüsusiyyətlərinə  təsiri"  (1987),  "Ətraf  mühitin  yüksək  temperaturunun  quşlarda 

immunitetin formalaşmasına təsiri"  və  s.  göstərmək olar.  R.  Qədimov  400-ə  yaxın  elmi 

əsərin,  o  cümlədən 22  dərslik  və  dərs vəsaitinin,  xeyli  metodik tövsiyələrin,  monoqrafi­

yaların müəllifi olmuşdur. Alimin əsərləri ABŞ, Türkiyə, Almanıya, Meksika, Argentina, 

Fransa,  Polşa  və  Macanstan  kimi  ölkələrin  elmi  ictimaiyyəti  arasında  geniş  maıaq 

doğurmuşdur. 0.1979-cu ildə XXI Beynəlxalq Baytarlıq Konqresində iştirak etmiş,  1984- 

cü ildə Azərbay can Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi-Texniki Şuranın,  1985-ci ildə 

elmi  adlann  venlməsi  üzrə  Cənubi  Qafqaz  Şurasının,  1987-ci  ildə  Ümumittiläq  Kənd 

Təsərrüfatı  Akademiyasının  üzvü,  1995-ci  ildə  Rusiya  Aqrar  Elm  və  Təhsil 

Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.

Məmmədov Abbasəli Qasım  oğlu

(1925-1990)

Biologiya  elmləri  doktoru,  professor  Abbasəli 

Qasım  oğlu  Məmmədov  helmintologiya  elmi  sahə­

sində  görkəmli  alim  olmuşdur.  O,  özünün  elmi  və 

elmi-praktiki  əhəmiyyətli  əsərləri  və  baytarlıq 

praktikasında  geniş  tətbiq  olunan  tövsiyələri, 

tədbirləri  ilə  Azərbaycanda,  keçmiş  SSRI-də  və  bır 

çox  xarici  ölkələrdə  görkəmli  tədqiqatçı  kimi 

tanınmışdır. 

A.Məmmədov 

1955-58-ci 

illərdə 

Azər.ETBI-nun  aspirantı  olmuş,  "Camış  və  zebuların  helmint  faunasının

56


öyrənilməsinə  aid"  tədqiqat  işləri  aparmış  və  1959-cu  ildə  Azərbaycan  Dövlət 

Universitetində  namizədlik  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etmişdir. 

A.Məmmədovun  tədqiqatları  əsasında  qaramal,  camış  və  zebularda  92  növ 

helmint  aşkar  edilmişdir.  Qaramalda  tapılan  83  növün  36-sı  camışlarda,  50 

növün  28-i  zebularda,  50  növün  23-ü  Azərbaycanda  ilk  dəfə  qeydə  alınmışdır. 

Qaramalda  tapılan  3,  camışda-  24,  zebuda  isə  23  növ  helmint  keçmiş  SSRİ 

ərazisində  ilk  dəfə  olaraq  müəyyən  edilmişdir.  Qaramalda  aşkar edilmiş  5  növ 

Kooperiya  azərbaycanika,  Nematodirus  aznivi,  Setariya  Assaqovi,  S.Qaqarini, 

Trixosefalus  yerşovi,  camışda isə  I növ  Parakoperiya retri  helmintləri  elmdə  ilk 

dəfə qeydə  alınmışdır. A.Məmmədovun tədqiqatları  əsasında qaramal  12, camış 

16,  zebu  isə  15  növ  helmint  üçün  yeni  sahib  kimi  müəyyən  edilmişdir.  A. 

Məmmədov  1969-cu  ildə  "Azərbaycanda  qaramalın,  camışların  və  zebunun 

helmint  faunası  komplekslərinin  ekoloji-coğrafi  təhlili  və  bu  heyvanların 

helmintozlan  ilə  mübarizənin  gələcək  perspektivləri"  mövzusunda  Azərbaycan 

Dövlət  Universitetində  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  O,  1968-ci 

ildə balıq xəstəliklərini öyrənən şöbəyə müdir təyin edilmişdir.  A.Məmmədovun 

təşəbbüsü  ilə  balıqların  parazitar  xəstəliklərinin,  xüsusilə  respublikanın 

balıqçılıq  təsərrüfatında,  zavodlarında  və  su  hövzələrində  öyrənilməsinə  aid 

məqsədyönlü  tədqiqatların  aparılması  təşkil  edildi.  Onun  rəhbərliyi  ilə 

monogenetik  və  dinegetik  sorucu  qurdlann  -   daktilokiroz,  kirodaktioloz, 

postdıplamatoz,  kematozlann  törətdiyi  -   filometriozoz  tıkaııbaşlı  qurdlann 

törətdiyi  xəstəliklərin  törədicilərinin  bioekoloji  xüsusiyyətlərinin  öyrənilməsi, 

epizootoloji  vəziyyətin  araşdınlmasına həsr  edilmiş  eksperimental  və  istehsalat 

şəraitində  tədqiqat  və  təcrübələr  apanlmışdır.  Göstərilən  xəstəliklərə  qarşı 

kimyəvi  preparatların  işlədilməsi  qaydalan  öyrənilmiş,  ümumi  profilaktiki 

tədbirlər  hazırlanmışdır.  A.Məmmədovun  laboratoriya  əməkdaşlan  ilə  birlikdə 

tərtib  etdiyi  "Azərbaycanın balıqçılıq su hövzələrində balıqlann başlıca parazitar 

xəstəliklərinin  yayılması,  kartoqran  və  onlarla  mübarizə  üsullan"  icmalannda 

on  illik  tədqiqat  və  təcrübələrin  nəticələri  verilmiş  və  bunlar  böyük  elmi  və 

praktiki  əhəmiyyət daşıyır.  Sonralar o, laboratoriyada xəzdərili heyvanlann, əsas 

qunduzlann 

xəstəliklərinin  öyrənilməsini  təşkil  etmişdir.  A.Məmmədov 

əməkdaşları ilə birlikdə balıq və nutri xəstəliklərinin Azərbaycanda bioekoioji və 

epizootoloji  xüsusiyyətləri  və  onlarla  mübarizəyə  aid  çox  dəyərli  tövsiyələr 

hazırlamış,  onlar  elmi-texniki  şurada  təsdiq  edilmiş  və  hazırda  həmin 

xəstəliklərlə 

mübarizə  işində  geniş  istifadə 

olunur. 


O,  respublikada 

helmintozlara qarşı  kompleks tədbirlər planının hazırlanmasında digər alimlərlə 

birlikdə  (S.M.Əsədov,  H.H.Hacıyev,  İ.Ə.Sadıxov)  iştirak  etmişdir.  "Qaramalın 

fippozunun və kənd təsərrüfatı heyvanlarının paramfıtomozunun ləğv edilməsinə 

aid kompleks tədbirləri"  Ümumittifaq xalq təsərrüfatı sərgisində bürünc medala 

layiq görülmüşdür.

A.Məmmədov  elmi-texniki  şurada təsdiq edilmiş  14  işin  hazırlanmasın-  da 

və tətbiq edilməsində də iştirak etmişdir.  Onun  181  elmi məqalə və digər əsərləri 

dərc edilmişdir.  Bunlardan  "Kənd təsərrüfatı heyvanlann fassiolyozu və  onlarla 

mübarizə"  (A.C.Qayıbovla birlikdə),  "Camış və zebulann helmintozlan",  "Azər-



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin