“Yeni qon şuluq” siyasətinə qoşulmuşdur. Respublikamız Cənubi Qafqaz bölgəsində
və strateji əhəmiyyətli Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasında və
regionun hərtərəfli şəkildə inkişafı naminə əməkdaşlığın genişləndirilməsində
maraqlı olan Avropa dövlətləri ilə daha geniş münasibətlər qurulması üçün
gərəkən bütün addımları atmışdır.
Azərbaycan Respublikası
xaricdə yaşayan soydaşlarımızla əlaqələrin ildən - ilə daha da genişləndirilməsinə və onlann arasmda birlik və həmrəyliyin
təmin edilməsinə xüsusi diqqət yetirir. 2006-cı ilin mart ayında Bakıda keçirilən
Dünya Azərbaycanlılarının II
qurultayı bu məqsədin həyata keçirilməsində
irəliyə doğru atılmış mühüm bir addrnı oldu.
383
2011-ci il iyulun 5-də Bakıda Dünya azərbaycanlılarının III qurultayı
keçirildi. 42 ölkədən 1272 nümayəndənin iştirak etdiyi qurultayda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycan- lılarımn
Əlaqələndirmə Şurasının sədri seçilmişdir.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin üzvü
olan 155 ölkənin səsini toplayaraq tarixində ilk dəfə olaraq bu nüfuzlu
beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçildi.
2012-
ci ilin yanvanndan Respublikamız iki il müddətinə BMT-nin
Təhlükəsizlik Şurasmm 10 qeyri - daimi üzvlərindən biri kimi ona verilmiş
səlahiyyətləri uğurla icra etmişdir.
Azərbaycan Prezidenti ilham Əliyev 2014-cü və 2015-ci ilin yanvar
ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak
etmişdir.
2014-cü il sentyabr ayının 29-da Xəzəryanı ölkələrin (Azərbaycan,
Rusiya, Türkmənistan, Qazaxıstan, İran) Həştərxanda keçirilən sammiti Xəzər
dənizinin statusunun müəyyən edilməsində mühüm addımlardan biri kimi
qiymətləndirilir.
XXI
əsrin ilk onilliklərində Azərbaycan Respublikası hərbi - siyasi
qüdrətinə və sosial - iqtisadi inkişaf səviyyəsinə görə Cənubi Qafqazın aparıcı
və lider dövlətinə çevrilmişdir. Respublikamızın əhali resurslanna görə bir çox
bölgə dövlətlərindən qat - qat üstün olması, yüksək səviyyədə inkişaf etmiş
iqtisadiyyata və güclü orduya malik olması Ermənistanm işğal etdiyi
Azərbaycan torpaqlarının istənilən yolla azad edilməsini artıq tarixi zərurətə
çevirmişdir.
384
Tarixi yaddaşımız xəritələrdə
Kitabın bu bölümündə yalnız tarixi xəritələr danışır.
Əziz oxucu! Tariximizin bu qara səhifələrini unutmayaq!
1.1828-ci il Türkmənçay müqaviləsi və Azərbaycanın
iki hissəyə bölünməsi