Sənayenin fəaliyyət növlərinə və mülkiyyət formalarına görə təsnifləş
dirilməsi, təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı məhsulları isteh
salı, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, mal-qaranın sayı və məh
suldarlığı, tikintinin, nəqliyyat və qeyri-nəqliyyat sektorunun, rabitənin,
ticarətin, regionların işini səciyyələndirən göstəricilər müvafiq şöbələr
tərəfindən hazırlanan məlumatlarda öz əksini tapır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi beynəlxalq mü
qayisə aparır ki, bu da dünyada ölkəmizin mövqeyini müəyyən etməyə
imkan verir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli orqan
larına şəhər statistika idarələri və rayon statistika şöbələri aiddir. Onların
əsas vəzifəsi fəaliyyət göstərdikləri ərazilərdəki dövlət və qeyri-dövlət
müəssisələrinin işini səciyyələndirən göstəriciləri toplamaqdan, sistem
ləşdirməkdən və aidiyyatı orqanlara, birinci növbədə Azərbaycan Res
publikası Dövlət Statistika Komitəsinə təqdim etməkdən ibarətdir.
Statistik uçotla yanaşı, mühasibat və operativ - texniki uçot da vardır.
Bunlar birlikdə vahid uçot və statistika sistemini əmələ gətirir.
Dostları ilə paylaş: