Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 05. 2016-cı il tarixli 354 №-li əmri ilə təsdiq olunmuşdur



Yüklə 5.7 Mb.
Pdf просмотр
səhifə1/15
tarix07.07.2017
ölçüsü5.7 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
 
Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün “Ədəbiyyat” fənni üzrə 
dərslik 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.05.2016-cı il tarixli 
354 №-li əmri ilə təsdiq olunmuşdur. 
Soltan  Əliyev, Bilal  Həsənov, 
Əminə Səfərova, Əsgər Quliyev
Çap üçün deyil

 
 

 
 
 
Elmi r
edaktor: Yeganə İsmayılova, filologiya üzrə elmlər doktoru, professor. 
 
S.Əliyev, B.Həsənov, Ə.Səfərova, Ə.Quliyev. Ümumtəhsil məktəblərinin 5-ci 
sinfi üçün “Ədəbiyyat” fənni üzrə dərslik. Bakı. “Bakınəşr”, 2016, 208 səh.  
 
Dil redaktoru: K.Cəfərli 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər 
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya 
vasitələri ilə yaymaq qanuna ziddir. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2016 
 
Dərsliklə bağlı rəy, irad və təkliflərin bn@bakineshr.az və derslik@edu.gov.az  
e-mail ünvanlarına göndərilməsi xahiş olunur. Öncədən təşəkkür edirik! 
Çap üçün deyil

 
 

 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
 
Çap üçün deyil

 
 

 
 
 
 
 
 
Çap üçün deyil

 
 

 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
 
 
 
Dәrsliklә necә işlәmәli?  . . . . . . . . . . . . . . . .      6 
Bәdii әdәbiyyat söz sәnәtidir  . . . . . . . . . . . . . . .    9 
 
ŞİFAHİ XALQ ӘDӘBİYYATI İNCİLӘRİ 
Ana maral (әfsanә)  . . . . . . . . . . . . . . . . .    12 
Xalq öz vәtәnini necә tapdı (Şimali Amerika әfsanәsi)  . . . . . . .    18 
Yetim İbrahimin nağılı  . . . . . . . . . . . . . . . .    23 
Üç qardaş (özbәk nağılı) . . . . . . . . . . . . . . . .    33 
 
YURD SEVGİSİ, ANA MӘHӘBBӘTİ 
Әhmәd Cavad.  Azәrbaycan! Azәrbaycan!  . . . . . . . . . .    44 
Әli Tudә. Yaşayanlar görәcәkdir  . . . . . . . . . . . . .    49 
Hüseyn Arif. Analar  . . . . . . . . . . . . . . . . .    53 
 
MӘNӘVİ DӘYӘRLӘR, HӘMİŞӘYAŞAR HİKMӘTLӘR 
Әnvәr Әlibәyli. İlan vә Qurbağa   . . . . . . . . . . . . .    60 
Cek London. Kiş haqqında hekayәt   . . . . . . . . . . . .    64 
 
MÜHARİBӘ VӘ İNSAN HAQQI 
Xәlil Rza Ulutürk. Oğul hәsrәti   . . . . . . . . . . . . . .    78 
Maqsud İbrahimbәyov. Püstә ağacı   . . . . . . . . . . . . .  82 
Elçin Hüseynbәyli. Firuzә qaşlı xәncәr   . . . . . . . . . . .    89 
 
UŞAQ DÜNYASI, UŞAQ TALEYİ 
Әhmәd Cәmil. Can nәnә, bir nağıl de  . . . . . . . . . . . .   102 
Mark Tven. Fәrasәtli oğlan  . . . . . . . . . . . . . . .   106 
 
ӘMӘYӘ MӘHӘBBӘT, ZӘHMӘTӘ ÇAĞIRIŞ 
Nizami Gәncәvi. Kәrpickәsәn kişinin dastanı . . . . . . . . . .   116 
Süleyman Rәhimov. Qara torpaq vә sarı qızıl   . . . . . . . . .   120 
 
TӘBİӘTİN GÖZӘLLİYİ, TӘBİӘTӘ QAYĞI 
Abdulla Şaiq. Köç  . . . . . . . . . . . . . . . . . .   130 
Sәmәd Vurğun. Çinarin şikayәti   . . . . . . . . . . . . .   141 
Fikrәt Qoca. Şuşa  . . . . . . . . . . . . . . . . . .   145 
 
-------------------------------------------------------------------------- 
Layihәlәr   . . . . . . . . . . . . . . . . . . . .   149 
İfadәli oxuda istifadә edilәn şәrti işarәlәr . . . . . . . . . . .   199 
Lüğәt   . . . . . . . . . . . . . . . . . . . . .   200  
Dәrslikdәki bәzi terminlәrin izahı  . . . . . . . . . . . . .   206 
Oxumağı mәslәhәt görürük  . . . . . . . . . . . . . . .   207 
 
 
Çap üçün deyil

 
 

 
 
 
Yada salın – mövzu ilə bağlı bildik-
lərinizi xatırlatmağa, maraq və istək-
lərinizi ifadə etməyə istiqamətləndirə-
cəkdir. 
Düşünün – ilkin fərziyyələr söyləməyə, 
araşdırmalar aparmağa yönəldəcəkdir.
Oxuda aydınlaşdırın – tanış olmayan 
sözlərin mənasını aydınlaşdırmaq, 
bədii təsvir və ifadə vasitələrini müəy-
yənləşdirmək üçün nəzərdə tutulmuş-
dur. 
Məzmun üzrə iş – məzmunu necə 
mənimsədiyinizi aşkara çıxarmaq və 
dərinləşdirmək üçün nəzərdə tutulan 
suallardır. 
Təhlil üzrə iş – əsərin 
ədəbiyyatımızda yeri, əhəmiyyəti, 
onunla bağlı tarixi faktlar və s. əks 
olunur. 
Bu açıqlamalar əsərin bədii 
xüsusiyyətlərini anlamağa, 
öyrəndiklərinizi sonrakı mərhələlərdə 
tətbiq etməyə istiqamətləndirəcəkdir. 
Araşdırın. Fikirləşin. Cavab verin – 
əsərin mövzusuna, ideyasına, qəhrə-
manlarına münasibət bildirməyiniz 
üçün nəzərdə tutulan sual və tapşırıq-
lardır. 
Tətbiq. Müzakirə. Yaradıcı iş – fərdi, 
eləcə də qrup şəklində tədqiqat apar-
mağınıza, yaradıcı işlərə qoşulmaqla 
bilik və bacarıqlarınızı tətbiq etməyə 
istiqamət verəcəkdir. 
Çap üçün deyil

 
 

 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
 
Bölməni yekunlaşdırarkən – hər bölmənin 
sonunda təklif edilmiş suallar, tapşırıqlar 
qazandığınız bilik və bacarıqları özünüzün 
dəyərləndirməyiniz üçün nəzərdə tutulub. 
Qiymətləndirmə materialları – 
bölmənin sonundakı oxu mate-
rialları kiçik summativ qiymətlən-
dirmə üçün nəzərdə tutulmuşdur. 
Layihələr – I və II yarımil 
ərzində fərdi, yaxud qruplarla 
yerinə yetirilməsi nəzərdə 
tutulur. Layihə mövzuları 
müstəqil seçilir. Layihələri 
işləyərkən dərslikdə verilmiş 
müvafiq materiallardan, yaxud 
digər mənbələrdən faydalana 
bilərsiniz. Bu layihələr bilik və 
bacarıqlarınızın tətbiqinə, 
yaradıcı təfəkkürünüzün inki-
şafına xidmət edir. 
Çap üçün deyil

 
 

 
  
 
Sizə uğurlar arzulayırıq!  
 
 
 
 
 
 
Dərs  
ilinin  
sonunda  
nail 
olacağınız 
nəticələr 
 
– bədii əsərləri məzmununa uyğun ifadəli 
oxumaq, hissələrə ayırmaq, plan tərtib 
etmək;  
– bədii əsərlərin məzmununu müxtəlif for-
malarda (yığcam və geniş) nağıl etmək; 
– şifahi və yazılı ədəbiyyat nümunələrini janr-
larına görə fərqləndirmək, bədii təsvir vasi-
tələrini müəyyənləşdirmək; 
– bədii əsərlərin mövzusunu, ideyasını aydın-
laşdırmaq, baş qəhrəmanları səciyyələndir-
mək; 
– öyrənilən yeni sözlərdən, obrazlı ifadələrdən 
istifadə etməklə bədii əsərlərlə bağlı fikirləri 
şərh etmək, müzakirələrdə dinlənilənlərə 
münasibət bildirmək; 
– müxtəlif səciyyəli yazılarda mövzuya müna-
sibəti ardıcıl şərh etmək.  
Çap üçün deyil

 
 

 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
Əziz şagirdlər!
 
 
Beşinci sinifdə öyrənəcəyiniz yeni fənlərdən biri də 
ədəbiyyatdır. Amma ədəbiyyat sizin üçün tamamilə 
yeni fənn deyil. Siz əvvəlki siniflərdə müxtəlif bədii 
nümunələrlə tanış olmusunuz. İndi isə ədəbiyyatı da-
ha dərindən öyrənəcək, ayrı-ayrı  sənətkarların ya-
radıcılığı ilə tanış olacaq, müxtəlif janrlarda (əfsanə, 
nağıl, hekayə və s.) əsərlər oxuyacaq və onları müza-
kirə edəcəksiniz.  
“Ədəbiyyat” geniş anlayışdır. “Ədəbiyyat” ərəb sö-
züdür – ədəb, mərifət, əxlaq, incəlik, elm, bilik mə-
nalarında işlənir. Bədii ədəbiyyatda yazıçının hiss və 
həyəcanları, həyatın bədii mənzərəsi sözün köməyi ilə 
təsvir olunur.  
Ədəbiyyat incəsənətin bir növüdür. İncəsənətin 
növləri çoxdur: musiqi, rəssamlıq, kino, heykəltəraş-
lıq və s. Yazıçı da bəstəkar, rəssam, heykəltəraş kimi 
həyatı obrazlı  şəkildə  əks etdirir. Lakin onlar bunun 
üçün müxtəlif vasitələrdən istifadə edirlər; məsələn, 
musiqiçi əsərini səslərin ahəngi, rəssam boyalar, hey-
kəltəraş daş, gil və s. vasitəsilə yaradır. Yazıçı isə bə-
dii əsəri yaradarkən sözlərdən istifadə edir.  
Ədəbiyyat  şifahi və yazılı olmaqla iki yerə ayrılır. 
Şifahi xalq ədəbiyyatına folklor da deyilir. Folklor 
(ingiliscə “folk” – xalq, “lore” – müdriklik) şifahi xalq 
yaradıcılığı deməkdir. Folklor nümunəsi olan bayatı, 
atalar sözləri,  əfsanə  və nağıllarda xalqın adət-ənə-
nələri, dünya və insan haqqında təsəvvürləri öz əksini 
tapıb.  Şifahi  ədəbiyyat nümunələrinin özünəməxsus 
xüsusiyyətləri, dili olur. Məsələn, nağıllarda hadisə-
lər sürətlə baş verir, əhvalatlar şirin, axıcı dillə təsvir 
edilir.  
Yazılı ədəbiyyat nümunələri (təmsil, hekayə və s.) 
isə ayrı-ayrı şairlər, yazıçılar tərəfindən yaradılır. Siz 
Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Abdulla 
Şaiq, Səməd Vurğun və digər sənətkarların  əsərlərini 
oxumusunuz. Onların əsərləri yazılı ədəbiyyat nümu-
nələri sayılır. Bu əsərlərdə daha çox həyat hadisə-
lərindən, insan taleyindən söz açılır. 
Siz  ədəbiyyat dərslərində  bədii  əsərlərlə daha ət-
raflı tanış olacaqsınız. 
 
Bədii 
ədəbİyyat 
söz 
sənətidir 
Çap üçün deyil

 
 
10 
 
Bədii ədəbiyyatda keçmişdə və indi baş verənlər, gələcəkdə ola biləcək 
hadisələr, insanın mənəvi dünyası, təbiət, heyvanlar aləmi, qeyri-adi, 
fantastik sərgüzəştlər və s. əks olunur. Ədəbiyyatın başlıca mövzusu 
insan, onun həyatı, düşüncələri ilə bağlı olur. Yazıçı  nədən danışırsa 
danışsın, nəyi təsvir edirsə etsin, ona insanın münasibətini ifadə edir:  
“Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, təpələrə, 
çöllərə xalı kimi döşənmiş yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır, 
yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü”. 
Bu təsvirdə doğma təbiətin gözəlliyindən heyrətə  gəlmiş yazıçının 
hisləri, düşüncələri əks olunub. 
Yazıçı söz seçiminə, onun yerində işlədilməsinə böyük həssaslıqla ya-
naşır. Yazıçının ixtiyarında zəngin xəzinə olan dil və söz var. Kamil bə-
dii əsərdə artıq olan, yerinə düşməyən sözə rast gəlmək mümkün deyil. 
Mütaliə edərkən oxucu hər sözün, cümlənin mənasını başa düşməyə ça-
lışmalı, oxuduqlarını dərk etmək üçün düşünməlidir.  
Çox vaxt əsəri ilk dəfə oxuyanda təsvir edilən bəzi mətləbləri başa düş-
mək və “gizli” fikirləri anlamaq çətin olur. Buna görə də bədii əsəri dü-
şünərək, anlayaraq oxumaq vacibdir. Bu halda əsər oxucunun qəlbinə 
güclü təsir edir və o, ətrafında baş verənlərə daha ayıq gözlə baxır.  
Ədəbiyyat dərslərində öyrənəcəyiniz əsərlər Vətənimiz, onun gözəl tə-
biəti, insan taleyi, həyatda baş verən hadisələr, valideynləriniz, onların 
sizin üçün çəkdikləri zəhmət barədə daha ciddi düşünməyə yönəldəcək.  
Beləliklə, bədii ədəbiyyatın – söz sənətinin gözəlliyini duyacaq, ondan 
zövq alacaq, zərif hiss, geniş düşüncə sahibi olacaqsınız. Mütaliə  mə-
dəniyyətiniz yüksələcək, oxuduğunuz  əsərlər barədə müstəqil fikir yü-
rüdəcəksiniz, nitqiniz zənginləşəcəkdir. 
 
 
1. Bədii əsərlərdə nədən danışılır? 
2. Yazıçı sözdən necə istifadə edir? 
3. Əsəri diqqətlə, düşünərək oxumaq nə üçün vacibdir? 
4. Bədii ədəbiyyat digər sənət sahələrindən (rəssamlıq, heykəltəraşlıq, teatr və s.) 
hansı cəhətlərinə görə fərqlənir? 
5. Şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətləri hansılardır? 
 
 
“Bədii ədəbiyyatla incəsənətin digər növlərinin (rəssamlıq, musiqi, teatr, kino) 
əlaqəsi” mövzusunda müzakirə aparın. 
 
Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə tanınmış yazıçı 
və şairlərin bədii ədəbiyyatla bağlı fikirlərinə aid nümunələr toplayın. 
 
 
Fikirlәşin. Cavab verin 
T ә t b i q .   M ü z a k i r ә .   Y a r a d ı c ı   i ş
 
E v d ә   i ş  
Çap üçün deyil

 
 
11 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞİFAHİ  
XALQ ƏDƏBİYYATI 
İNCİLƏRİ 
1
Bədii ədəbiyyat iki yerə ayrılır: şifahi, yazılı. 
Şifahi ədəbiyyatın tarixi daha qədimdir. O, yazı yaranmamışdan əv-
vəl meydana gəlmişdir.  Şifahi  ədəbiyyat nümunələrini kimin yarat-
dığı da məlum deyil. Əlbəttə, bu nümunələri vaxtilə ayrı-ayrı şəxslər 
yaradıb, lakin zaman keçdikcə onların adı unudulub. Dildən-dilə, 
ağızdan-ağıza keçərək yaşayıb, zaman ötdükcə onlar həm də dəyişib,  
daha da zənginləşib.  
Bu bölmədə əfsanə və nağıllarla tanış olacaqsınız.
 
••• 
••• 
Çap üçün deyil

 
 
12 
 
 
 
 
 
Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi meşədən 
çox pərişan qayıtdı. Arvadı Fatimə, oğlu Bəhruz onu qar-
şılamağa çıxdılar. Kişi fikir dəryasına qərq olmuşdu. Fatimə bir 
addım irəli atıb ərinin çiynindən lüləsi aşağı sallanan tüfəngi gö-
türmək istədi. Nurəli kişi ona mane oldu. Ağır addımlarla evin 
arxasına keçdi. Tüfəngi çiynindən aşırdı. Arvadının və  oğlunun 
gözləri qabağında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub 
onu daşa çaxdı. 
– Daha günaha batmaq istəmirəm!.. Oğlum, Bəhruz, bundan 
sonra sənin qazancını yeməli olacağıq. Bir də  əlimə tüfəng alma-
ram. Meşədən elə utanıram, elə xəcalət çəkirəm ki, bir də ora dön-
məyə üzüm gəlməz. Sən isə, ay bala, çörəyi tüfəngdən yox, torpaq-
dan çıxartmalısan. 
Bəhruz atasının dərdinə şərik olmaq istədi: 
– Atacan, sənin qərarın səbəbsiz deyil, sən hər saat fikrindən 
dönən adam deyilsən.  
Ata dərindən nəfəs alıb başına gələn əhvalatı danışmağa başladı: 
– Altmış ildir, ovçuluq eləyirəm. Altmış ildir, marala, ceyrana, 
turaca, kəkliyə – meşənin sərvətinə, dövlətinə güllə atıram. Hamı 
bilir ki, kefimdən yox, sizi yaşatmaq üçün güllə atıram. Altmış 
ildə bir dəfə də olsun, meşə mənim xətrimə dəyməyib, məni əliboş 
qaytarmayıb. Bu gün isə... 
 
 
Y a d a   s a l ı n  
– Öyrəndiyiniz hansı əfsanələri xatırlayır-
sınız? 
–  Əfsanələrin nağıllarla oxşar və fərqli cə-
hətləri hansılardır? 
D ü ş ü n ü n  
– İnsanın təbiətə, təbiətdəki canlılara qəddar münasi-
bəti nə ilə nəticələnər? 
O x u d a   a y d ı n l a ş d ı r ı n  
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, 
sorğu kitablarının köməyi ilə aydınlaşdırın. 
ANA MARAL 
(Əfsanə) 
 
Çap üçün deyil

 
 
13 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
 
 
Çap üçün deyil

 
 
14 
 
Fatimə hövsələsini basa bilmədi: 
– A kişi, tez ol, mətləb üstə gəl! 
– Arvad, bu gün bir ana maralı xallı bəbir qova-qova mənə tuş 
etdi. Bəbirə güllə atdım, aralandı. Onun ovuna özüm yiyələndim. 
Maral qaçdı, mən qovdum, mən atdım, o sindi, nişangahdan ya-
yındı. Yalnız bir səmtə can atırdı. Hiss edirdim ki, körpə balaları 
var, özünü onlara çatdırmaq istəyir. İkimiz də üzülüb əldən düş-
müşdük. Nə o qaçıb canını qurtara bilirdi, nə də mən əl çəkirdim...  
Axırda yazığı qovub çıxılmaz bir qayalığa saldım. Lap yaxına 
gəlib xeyli tamaşa etdim. Gördüm yox, maral heç özündə deyil, tez-
tez həmin səmtə boylanır. Tüfəngi gözümün tuşuna qaldırdım, 
niyyətimi başa düşən maral yanıqlı bir mələrti ilə mənə yalvardı. 
Tüfəng gözlərimdən enmədi. Birdən möcüzə baş verdi. Maralın 
soyuq daşlara fışqıran isti südü   gözlərimi tutdu. Peşmançılıq var 
gücüylə  əllərimi vurdu. Tüfəngi çiynimə keçirib marala yol gös-
tərdim. Yazıq heyvan məni anladı. Qabağıma düşdü, yola düzəldik. 
Amma gözlərindəki təlaş  çəkilib getmirdi. Bilirdim ki, xallı  bə-
birin zəhmi onu titrədir. Ana maralı bu məskəndə tək qoymaq ol-
mazdı. Birdən  şaqqıltı qopdu. Qayanın arasında pusquda duran 
xallı bəbir ox kimi süzüb maralı süpürlədi. Tüfəngin nə vaxt açıl-
masından xəbərim olmadı. Onu gördüm ki, xallı bəbir qorxunc bir 
nərilti ilə yerdə, maralın ayaqları altında qıvrılır. Maralı düz bala-
larının yanına qədər ötürdüm. Geri döndüm. Bundan sonra acın-
dan ölsəm də, ovçuluq eləmərəm, nahaq qan tökmərəm. 
Fatimə ərinə təsəlli verdi: 
– Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmisən, day niyə qəm 
dəryasına batırsan? 
– Bəs indiyə kimi?.. 
Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düş-
dü. Nə  qədər dava-dərman elədilər, nə  qədər çiçəklərdən məlhəm 
düzəltdilər, xeyri olmadı, kişi şəfa tapmadı. Bir gün Bəhruz loğ-
man kimi bir el həkiminin sorağını aldı. Çətinliklə olsa da, həkimi 
tapıb atasının üstünə gətirdi. Həkim qoca ovçuya baxan kimi dər-
dinə aşina oldu: 
– Ay bala, heç bilmirəm, necə deyim, xəstənin davası    əlacsız 
yerdədir. O, bir kasa maral qatığı içsə, anadangəlmə olar. 
– Həkim, maralın südünü tapmaq müşkül məsələdir, o ki qatığı 
ola... 
Həkim hamını ümidsiz vəziyyətdə qoyub getdi. 
Xəstə lap ağırlaşmışdı, dinib-danışmırdı. Ana-bala onun yastı-
ğının qırağından çəkilmirdilər. Gecə vaxtı xəstə dil açdı: 
– Arvad, qab götür eşiyə çıx, maral mənə süd gətirib. 
Fatimə elə bildi, ərinin son nəfəsidir, sayıqlayır. Ancaq özünü 
sındırmadı, sərnici götürüb bayıra çıxdı. Təəccübdən yerində 
Çap üçün deyil

 
 
15 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

dondu. İribuynuzlu, qumral ana maral astanada dayanmışdı. Onun 
yelinindən süd axırdı. Fatimə tez sərnici bulaq kimi qaynayan 
südün altına tutdu. Sərnic ağappaq köpüklü südlə doldu. Arvad 
baxıb-baxıb ah çəkdi: 
– Həkim qatıq demişdi, ay maral, sən süd verirsən... 
Fatimə südlə dolu sərnici götürüb içəri keçmək istəyəndə maral 
ona mane oldu. İsti südün içinə hər gözündən bir damla yaş saldı. 
Süd o saat qatığa çevrildi. Fatimə maralın üzünü, gözünü tu-
marlayıb yola saldı. 
 
 
 
 
1.
 Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. 
şəkildə yerinə yetirə bilərsiniz). 
2.
 Aşağıdakı suallara cavab hazırlayın: 
a)
  Nurəli kişi marala niyə güllə atmadı? 
b)
  Ovçu maralı necə xilas etdi? 
c)
  Nurəli kişinin xəstəlikdən sağalmasına səbəb nə oldu? 
d)
 Əsərdə əfsanəyə aid olan xüsusiyyətləri müəyyənləşdirin. 
3.
 Parta yoldaşınızla birlikdə əsərin məzmununa aid üçdən az olmayaraq 
sual və onlara cavab yazın. 
4.
 Kiçik qruplarda birləşib, hazırladıqlarınız da daxil olmaqla, bütün 
sualların  cavablarını dəqiqləşdirin. 
5.
 Çıxardığınız nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və 
müzakirə aparın. 
6.
 Əfsanədən seçdiyiniz hissəyə  ad  verin,  məzmununu hazırladığınız 
plan əsasında geniş nağıl edin. 
 
 
 
I   d ә r s
 
M ә z m u n   ü z r ә   i ş  
· 
Geniş nağıletmə
Kənddə məşhur ovçu kimi tanınan, hamının hörmət etdiyi Nurəli 
kişi bir gün meşədən çox pərişan qayıtdı. Həmişə olduğu kimi, bu 
dəfə də arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxdı. Kişi 
fikir dəryasına qərq olmuşdu, heç kimin üzünə baxmaq istəmirdi. 
Fatimə irəli gəlib  ərinin çiynindən lüləsi aşağı sallanan tüfəngi 
götürmək istədi. Amma Nurəli kişi ona mane oldu. Hiss olunurdu 
ki, o, nə isə mühüm qərar qəbul etmək istəyir. Nurəli kişi tələs-
mədən evin arxasına keçdi. Tüfəngi çiynindən aşırdı, diqqətlə 
ona baxdı.  Əlini yavaş-yavaş lüləsində, qundağında gəzdirdi. 
Sonra arvadının və oğlunun gözləri qabağında uzun illər yoldaş-
lıq etdiyi tüfəngin lüləsindən tutub onu daşlara çaxdı. 
N ü m u n ә
 
 
Çap üçün deyil

 
 
16 
 
 
Mövzulardan birini seçib yerinə yetirin: 
a)
   Əfsanə ilə səsləşən atalar sözləri müəyyənləşdirin. 
b)
   Əfsanədən seçdiyiniz bir hissəni geniş nağıletməyə hazırlaşın. 
 
 
· Əsərlə bağlı açıqlamalar. 
  
Siz  əfsanələrlə tanışsınız. Bilirsiniz ki, möcüzəli hadisələrin  əks 
olunduğu əfsanələr şifahi xalq ədəbiyyatına aiddir. Yaranma tarixi çox 
qədim olan əfsanələr müxtəlif mövzularda olur; heyvanlar və quşlar 
haqqında, yer adları və tarixi hadisələr barədə çoxlu əfsanələrimiz var. 
“Ana maral” əfsanəsinin maraqla oxunmasının bir mühüm səbəbi onun 
bədii gözəlliyidir. Bu gözəlliyi yaradan vasitələr isə çoxdur, rənga-
rəngdir. Onlardan biri bədii sözdür. Hər gün eşitdiyimiz adi sözlər 
bədii əsərdə fərqli mənalarda işlədilməklə bizdə güclü hislərin, duyğu-
ların yaranmasına səbəb olur, bu sözlərin köməyi ilə təsirli, yaddaqalan 
səhnələr yaradılır.  
Əfsanədə oxuyuruq: “Tüfəngi gözümün tuşuna qaldırdım, niyyəti-
mi başa düşən maral yanıqlı bir mələrti ilə  mənə yalvardı”. Maralın 
mələrtisinin “yanıqlı” olması, onda yalvarışın duyulması bizi həyəcan-
landırır, gözümüzün qarşısında canlanan mənzərəni unuda bilmirik... 
Əsərin üzərində müşahidələrinizi davam etdirin, onda bədii gözəlliyi 
yaradan vasitələri müəyyənləşdirməyə çalışın. 
 

Каталог: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə