Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu il tarixli


 Eneolitin sonu - tunc dövründə Qafqazdakı etnomədəni proseslər



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix07.01.2017
ölçüsü4,11 Mb.
#5016
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14

2. Eneolitin sonu - tunc dövründə Qafqazdakı etnomədəni proseslər 
 
Coğrafiyaşünasların  mülahizələrinə  görə,  Qafqaz  Asiyada  yerləşir. 
Ancaq  mədəni  və  siyasi  əlaqələrinə  əsaslanaraq  Qafqazın  bir  hissəsi,  hətta 
bütün Qafqaz ərazisi Avropaya aid edilir. Bu cür hal təsadüfi deyil. Belə ki, 
burada  iki  dünya  Yaxın  Şərq  və  Şərqi  Avropa  mədəniyyətləri  toqquşur. 
Qafqazın  coğrafi  mövqeyi  Yaxın  Şərq  və  Şərqi  Avropanın  kəsişməsində 
çoxsaylı  etno-mədəni  əlaqələrin  yaranmasına  təkan  vermiş,  qeyri-bərabər 
xronoloji  ərazi  mənimsənilməsinə  və  ərazisində  mürəkkəb  etno-mədəni 
proseslərin getməsinə gətirib çıxarmışdır. 
Beləliklə,  Cənubi  Qafqazın  arxeoloji  materiallarına  əsasən,  o 
cümlədən  yeni  abidələrin  də  tədqiqini  əlavə  etməklə,  eneolit  və  tunc  dövrü 
etno-mədəni dəyişikliklərini izləmək mümkündür. 
E.ə.  VI  minilliyin  I  yarısından  -  e.ə.  IV  minilliyin  I  yarısına  qədər 
Cənubi  Qafqazın  mərkəzində  Şomutəpə  və  Kültəpə  etnomədəniyyətləri 
meydana  gəlmişdir.  Qərbi  və  Şimal-Şərqi  Qafqazda  bu  mərhələ  təsərrüfat 
əsaslı  Neolit  mədəniyyəti  şəklində  təzahür  edir.  Burada  Şomutəpə 
mədəniyyəti  daha  böyük  maraq  doğurur.10  m  qalınlığındakı  mədəni  təbəqə 
oturaq əhalinin mədəniyyət qalıqları ilə xarakterizə olunur. E.ə. V minilliyin 
sonu  IV  minilliyin  əvvəlləri  Cənubi  Qafqazın  erkən  eneolit  oturaq  əkinçilik 
mədəniyyəti  -  Şomutəpə  böhran  keçirir.  Güman  ki,  buna  səbəb  iqlim 
dəyişməsi nəticəsində şomutəpəlilərin adət etdikləri təsərrüfat ənənələrinə və 

75 
 
yaşayış  mühitinə  vurulan  zərər  olmuşdur.  Onların  ənənəvi  təsərrüfat 
idarəetmə  metodları  yeni geoiqlim  şəraitinə texniki potensialın  yoxluğundan 
uyğunlaşa bilmirdi. Bununla yanaşı, cənub və qərb qonşuları tərəfindən olan 
təzyiqləri  də  inkar  etmək  olmaz.  Mədəniyyətin  sonrakı  abidələrində  də  bu 
tayfaların  izlərinə  rast  gəlmək  mümkündür.  E.ə.  IV  minilliyin  əvvəlləri 
Qafqazın  cənubunda  yaranmış  yeni  etno-mədəni  cərəyanın  elementləri 
yaranır.  Bu,  daha  çox  Qarabağ  yaylasında  yerləşən  Leylatəpə  mədəniyyət 
abidələrində  izlənilir.  Mədəniyyəti  səciyyələndirən  əsas  amillər  tərkibində 
heç  bir  qarışığı  olmayan  çiy  kərpicdən  tikilmiş  düzbucaqlı  formalı  evlər, 
oturaq əkinçilik, yüksək texnologiyalı sənətkarlıq, keyfiyyətli açıq rəngli, saf 
və  bitki  tərkibli  gildən  bişirilmiş  saxsı  qablar,  dulus  çarxı,  metallurgiyanın 
inkişafı,  yaşayış  məskənində  ölülərin  saxsı  küplərdə  basdırılması  hesab 
olunur.  Bu  mədəniyyətə  aid  adətlər  qısa  müddət  mövcud  olmuşdur.  Buna 
baxmayaraq belə adətlər Cənubi Qafqaz və Dağıstanın yüksəkliklərinə qədər 
yayılmışdı  və  ona  bu  ərazilərdə  tunc  dövrü  son  eneolit  mədəniyyəti 
elementləri  ilə  qarışıq  şəkildə  rast  gəlinir.  E.ə.  IV  minilliyin  III  rübündə 
demək olar ki, bütün son eneolit mədəniyyəti ənənələri Cənubi Qafqazın tarix 
arenasından  silinir.  Leylatəpə  mədəniyyətinin  elementləri,  Şimali  Qafqaza 
yönəlmiş,  yeni  və  daha  mürəkkəb  etnomədəniyyətin  -  Maykop 
mədəniyyətinin  meydana  gəlməsinə  təkan  vermişdir.  Bununla  da  eneolit 
dövrü  başa  çatmışdır.  Cənubi  Qafqazda  ilk  etno-mədəni  dövrləşmə  e.ə.  XI 
minilliyin ortalarından - e.ə. IV minilliyin ortalarına qədər davam etmişdir. 
Tunc dövrü tarixi inkişafın 2,5 min ilini əhatə edir: e.ə. IV nıinilliyin 
II  yarısı  -  I  minilliyin  əvvəllərinə  qədər.  Bu  zaman  Cənubi  Qafqazda  yeni 
etno-mədəni cərəyan, Kür-Araz fenomeni meydana gəlir. E.ə. II minilliyin II 
yarısı Kür-Araz mədəniyyəti böhran keçirir, tarix səhnəsindən silinir və onun 
yayıldığı  ərazilərdə  köçəri  maldarların  bir  sıra  kiçik  bölgə  xarakterli 
mədəniyyətləri formalaşır və orta tunc dövrünün başlanğıcının əsasını qoyur. 
Bu  zaman  yerli  əhali  etno-mədəni  təzyiqlərə  məruz  qalır.  Avrasiya 
məkanında  yaşayan  və  köçəri-əkinçi  mədəniyyətin  daşıyıcıları  olan  maldar 
tayfalar Qafqaz keçidi ilə bu ərazilərə daxil olmuşlar.  Onlar Göyçə gölünün 
qərbində,  Kür-Araz  ovalığında  e.ə.  III-II  minillikdən  e.ə.  XVIII  əsrə  qədər 
mövcud olmuş Təzəkənd mədəniyyətinin yaradıcıları hesab olunurdular. Bu 
mədəniyyət əsas etibarilə enli ornamental fiqurlarla bəzədilmiş boyalı küplər 
və  siklopik  tikililərlə  səciyyələnir.  Lakin  əsas  xarakterik  göstəricisi  üzərinə 
qırmızı  anqob  çəkilmiş  qara  rəngli  enli  ornamental  tərtibata  malik  qab-
qacaqdır. Cənubi Qafqazın cənubla sıx əlaqələrinin olmasını e.ə II minilliyin 
əvvəllərində  mövcud  olmuş  Koban  (Şimali  Osetiya)  mədəniyyət  abidələri 
sübut  edir.  Bu  mədəniyyətin  yayılma  arealı  Naxçıvan  və  Şimal-Qərbi  İran 
ərazisi hesab olunur. Bu abidələrə yaşayış məskənləri və qəbirlər aiddir. Dəfn 
daş  qutularda  və  torpaq  qəbirlərdə  icra  olunur.  Bu  mədəniyyətin  əsas 

76 
 
göstəricisi  -  saxsı  qablar  və  bədii  tərtibatlı  tunc  əşyalardır.  Onların  üzəri 
qırmızı  anqobla  örtülərək  üzəri  qırmızı  və  qara  rəngli  həndəsi  fiqurlar, 
müxtəlif süjetə malik səhnələr, çarpaz və üçbucaq naxışlarla bəzədilmişdir. 
Növbəti  mərhələdə  Kiçik  və  Ön  Asiyanın  genetik  təsirini  qabarıq 
şəkildə özündə biruzə verən Üzərliktəpə (Üzərliktəpə, e.ə. XVIII-XVII əsrlər) 
mədəniyyəti  geniş  vüsət  alır  və  Təzəkənd  mədəniyyətini  əvəz  edir.  Bu 
mədəniyyətin  səciyyəvi  tapıntıları  dağlıq  və  dağətəyi  ərazilərdə  salınmış, 
istehkam  divarları  ilə  əhatə  olunmuş  yaşayış  məskənləri,  daşdan  və  çiy 
kərpicdən  inşa  edilmiş  evlər,  ellips  formalı,  yüksək  divarlı  gil  sobalar, 
kurqanlar, torpaq qəbirlər, qırmızı anqob çəkilmiş saxsı küplər, metallurgiya 
məmulatlardır. 
Beləliklə,  tunc  dövrünün  sonunda  Qafqazda  yerli  əhalinin  etno-
mədəni məskunlaşma prosesi başa çatır. 
İlk  tunc  dövrü  qəbirləri.  İlk  Tunc  dövrünə  aid  qəbir  abidələri 
Azərbaycanda  -  Mingəçevir,  Qəbələ  rayonlarında,  Vardanlıda,  Xaçbulaqda, 
Xankəndində, Gəncə və Xanlar zonalarında, Gürcüstan və Qərbi Azərbaycan 
(indiki Ermənistanda) öyrənilmişdir. 
Mingəçevirdə  üzə  çıxarılan  sadə  torpaq  qəbirlərdə  skeletlər  bükülü 
vəziyyətdə, müxtəlif istiqamətlərdə müşahidə olunur. Hər qəbirdə mərhumun 
baş tərəfinə bir gil qab qoyulmuşdur. Xaçbulaqda isə daş örtüklü kurqanlara 
təsadüf olunmuşdur. Kurqanların altında dördkünc, planlı, küncləri yarımoval 
vəziyyətdə  düzəldilmiş  qəbirlər  yerləşir.  Bu  qəbirlərdə  olan  skeletlər  arxası 
üstə,  oynaqlardan  bükülü  formada,  başı  qərbə  doğrudur.  Belə  qəbirlərdə, 
adətən,  qara  rəngli  üçqulp  qablara  daha  çox  təsadüf  olunur.  Qəbirlərdən 
həmçinin  qızıl,  gümüş  və tuncdan hazırlanmış  bəzək  əşyaları  da tapılmışdır. 
Maraqlıdır ki, bu dövrdə, Azərbaycanın bir çox yerlərində ölü yandırma adəti 
də mövcud olmuşdur. 
Nəhayət,  bu  abidələrdə  tək  qəbirlərlə  yanaşı,  kurqanlarda  kollektiv 
dəfn adətinə də təsadüf olunmuşdur. 
Orta  tunc  dövrü  qəbir  abidələri.  Orta  tunc  dövrünə  aid  qəbir 
abidələri əsasən Xaçbulaqda, Muğanda, Quruçay  və Köndələnçay  vadisində, 
Qobustanda, Naxçıvanda, Gəncə-Qazax zonasında və digər ərazilərdə qeydə 
alınmış və qismən tədqiq edilmişdir. Orta tunc dövrü üçün torpaq, daş qutu 
qəbir abidələri və kurqanlar səciyyəvidir. 
Kurqanlar  torpaq  və  daşdan  tökülmüşdür.  Kurqanaltı  qəbirlər  əsasən 
dördkünc planda olmuş, dəfnetmə isə bükülü vəziyyətdə yerinə yetirilmişdir. 
Son  tunc  -  ilk  dəmir  dövrü  qəbir  abidələri.  Son  tunc  və  ilk  dəmir 
dövrünün qəbir abidələri Cənubi Qafqazda nisbətən geniş tədqiq edilmişdir. 
Zəngin avadanlığa, müxtəlif tikinti formalarına malik qəbir abidələri dövrün 
ictimai  təbəqələşmə  prosesini,  onun  mənəvi  aləmini  və  iqtisadiyyatını 
öyrənmək üçün çox mühüm mənbələrdir. Bu dövrün dəfn abidələri müxtəlif 

77 
 
ölçülü və formalı kurqanlar, daş qutular və həmçinin kromlexli daş qutular, 
sadə torpaq qəbirlərdir. 
Qafqazda,  o  cümlədən  Azərbaycan  ərazisində  torpaqdan,  daşdan, 
həmçinin  bunların  qarışığından  tökülmüş  kurqanlara  təsadüf  olunmuşdur. 
Kurqan  altında  qəbirlər  ya  torpaqda  qazılmış,  ya  iri  daşlardan  və  yaxud  da 
ağac tirlərdən düzəldilmişdir. 
Kurqanlarda  kollektiv  və  tək  dəfn  adətinə  təsadüf  olunmuşdur. 
Azərbaycanın  dağlıq  və  dağətəyi  rayonlarında  geniş  yayılmış  daş  qutu 
qəbirlər  əksər  hallarda  kurqanlarla  eyni  dövrə  aid  edilir.  Adətən,  torpaqda 
qazılan  bu  qəbirlərin  yan  tərəfləri  və  üstü  sal  daşlarla  örtülür  və  qəbirin 
döşəmə hissəsinə xırda daşlar düzülürdü. 
Son  Tunc  və  İlk  Dəmir  dövründə  Azərbaycanın  düzən  rayonlarında 
sadə  torpaq  qəbirləri  daha  geniş  yayılmışdır.  Yalnız  tikinti  materialları  ilə 
fərqlənən bu qəbirlərdə dəfn adəti dəyişilməmişdir. 
Son  Tunc  dövrünə  aid  qəbir  abidələrinin  bir  qisminin  ətrafı 
kromlexlərlə  əhatələnmişdir.  Belə  qəbir  abidələri  Naxçıvanda,  Qarabağda, 
Abşeronda,  Qobustanda  və  Talış  zonasında  izlənilir.  Şahtaxtı  yaxınlığında 
tədqiq  olunmuş  daş  qutulardan  birinin  kromlexinin  diametri  7,7  m-dir, 
kamerasının uzunluğu isə 4,3 m-dir. Qəbirdən 30 gil qab, at skeleti və bəzək 
əşyası tapılmışdır. 
Qəbir 
tiplərinin 
dördündə  də  bir  sıra  ümumi  cəhətlər 
müəyyənləşdirilmişdir.  Skeletlərin  hamısı  bükülü  vəziyyətdə  sağ  və  ya  sol 
böyrü və yaxud arxası üstə müşahidə olunmuşdur. Bəzi qəbirlərdə mərhumu 
oturmuş,  yaxud  bədən  hissələri  parçalanmış  halda  (müxtəlif  istiqamətlərdə) 
dəfn  etmişlər.  Qəbirlərdə  ölüləri  yandırıb  dəfn  etmək  adətinə  də  təsadüf 
olunmuşdur. 
Beləliklə,  tunc  dövründə  Qafqazda  çox  mühüm  dəyişikliklər  baş 
vermişdir.  Yuxarıda  göstərilən  və  analiz  edilən  maddi  mədəniyyət  qalıqları 
bu fikirləri bir daha sübut edir. 
 
 
 

78 
 
VII FƏSİL 
 
QAFQAZIN DƏMİR DÖVRÜ 
ARXEOLOJİ ABİDƏLƏRİ 
 
1. Qafqazda dəmir dövrünə aid arxeoloji abidələrin xüsusiyyətləri 
 
1.  İstehsal  təsərrüfatına  güclü  təkan  vermiş,  insanın  əldə  etdiyi  ən 
böyük nailiyyətlərdən biri dəmirin əldə olunması və ondan əmək alətlərinin, 
silahların hazırlanma üsulunun öyrənilməsidir. Bəzi alimlər belə hesab edirlər 
ki,  ilk  metal  məmulatları  tərkibində  yüksək  miqdarda  nikel  olan  dəmir 
meteorit  mənşəlidir.  Ancaq  demək  olar  ki,  eyni  vaxtda  yerdən  çıxarılmış 
dəmirdən  də  məmulatlar  hazırlanmağa  başlanmışdır.  Hazırda  belə  bir  fikir 
var ki, mədənlərdən  dəmirin  çıxarılması  üsulu  ilk  dəfə  Kiçik  Asiyada  tətbiq 
olunmuşdur.  E.ə.  XXI  əsrə  aid  edilən  Alaca-Huyuk  abidəsindən  tapılmış 
dəmir  xəncərin  son  metodlarla  analizi  göstərmişdir  ki,  o  (sırodut)  dəmirdən 
hazırlanmışdır.  Arxeoloji  tapıntılara  əsaslanaraq dəmirdən  istifadə ilə  dəmir 
dövrünün,  yəni  dəmirdən  kütləvi  halda  geniş  istifadə  olunmağa  başlanması 
arasında kiçik bir zaman fərqi olduğunu söyləmək olar. 
Qafqazda  dəmir  e.ə.  X  əsrdə  istifadə  olunmağa  başlanmışdır.  Dəmir 
istehsalına  keçidin  əsas  səbəbi  mis  mədənlərinin  artıq  tükənməsi,  metal 
məmulatlara  olan  tələbatın  daha  da  artması,  həmçinin  təbiətdə  dəmir 
yataqlarına  daha  çox  təsadüf  olunmasıdır.  Nəzərə  alınmalıdır  ki,  tunc 
dövründən dəmir dövrünə keçid birdən-birə olmamışdır. Hələ tunc dövrünün 
sonlarında artıq xüsusi süni üfürmə yerləri yaradılır və metalın yeni işlənmə 
üsulundan istifadə olunurdu. Dəmirdən əmək alətlərinin hazırlanması maddi 
təsərrüfat  sahəsində  texniki  inqilaba  təkan  verdi.  Dəmir  insanın  istehsalat 
imkanlarını xeyli artırmış oldu. Onun geniş yayılması sənətkarlığın inkişafına 
şərait yaratdı. Dəmir əmək alətlərini əritmə üsulu ilə alındığından dəmirçilik 
ön  plana  çəkilirdi.  Cəmiyyəti  silah  və  əmək  alətləri  ilə  təmin  edən 
dəmirçiliyin  bu  cür  geniş  yayılması  nəticəsində  ağac,  sümük,  dəri  və  rəngli 
metalların  işlənməsində  yeni  nailiyyətlər  əldə  olundu.  Dəmirin  istifadəsi 
döyüşçülərin  əlinə  daha  möhkəm  və  mükəmməl  silah  -  dəmir  xəncərlər, 
müxtəlif  ox  ucluqları  və  uzun  kəsici  qılınclar  verdi.  Yeni  metalın 
mənimsənilməsi  cəmiyyətin  sosial  strukturunda  da  dəyişikliklərə  gətirib 
çıxardı.  Əmək  prosesində  dəmirçilər  və  sənətkarlar  bir-birindən  ayrıldı.  Bu 
mübadilənin inkişafına və dolayısıyla da mülki bərabərsizliyin yaranmasına, 
ilkin icmadaxili münasibətlərin meydana gəlməsinə təkan verdi. 
Xocalı-Gədəbəy  mədəniyyəti  abidələrindən  biri  də  Gədəbəy 
rayonunda  Qalakənd  abidəsidir.  1888-1891-ci  illərdə  Virxovun  tapşırığı  ilə 
«Siemens»  firmasının  misəritmə  zavodunda  kimyaçı  və  elektrotexnik  kimi 

79 
 
çalışan  Valdemar  Belk  Gədəbəydə  (Cənubi  Qafqazın  Yelizavetpol 
quberniyası),  əsasən  zavodun  ətrafında  və  onun  Qalakənddəki  filialı 
ərazisində  (Qalakənd,  Cənnət  qalası,  Göydəyə  abidələrində)  külli  miqdarda 
(274)  qəbir  abidəsi  açmışdır.  Qəbir  abidələrinin  hamısı  son  tunc,  ilk  dəmir 
dövrünə aid edilmişdir. 
Belk  özünün  arxeoloji  tədqiqatları  ilə  bağlı  olan  fəaliyyətinin  qısa 
nəticələri haqqında məruzələr etmişdir. Məruzələrinin birində o, qeyd edirdi: 
«Mənim  Gədəbəydə  aşkar  etdiyim  qəbirlərin  forması  demək  olar  ki, hamısı 
eyni «daş qutu qəbir» tipinə aid olub, müxtəlif ölçülərdədir. Onların uzunluğu 
1  m  40  sm-dən  5 m  50  sm-dək,  eni  0,60 m-dən  2,80  m-ə, dərinliyi  0,40 m-
dən  3,1  m-dək,  qəbrin  içərisindəki  daşların  həcmi  isə  0,4  m
3
-dən  45  m
3
-
dəkdir. Yan divarlar, həmçinin qəbir örtükləri bir və ya bir neçə yonulmuş sal 
daşdan ibarət olub, çəkiləri 8-10 min kq, bəzən isə daha çoxdur. Xüsusi qeyd 
etmək lazımdır ki, qəbirlər səmtlərə görə müxtəlif istiqamətlidirlər. 
«Mənim  cənab  Virxova  göndərdiyim  arxeoloji  tapıntılar  içərisində 
olan  tunc  əşyalar  -  çox  tez-tez  təsadüf  olunan  kəmər  başlıqları  və  s.  xüsusi 
maraq  doğurur.  Kəmər  başlıqları  bu  ərazi  üçün  xarakterik  olan  orijinal 
quruluşa malikdirlər». 
Tamamilə  aydındır  ki,  burada  yüksək  inkişaf  etmiş  istehsal  mövcud 
olmuşdur ki, bu da zəngin əşyalar hazırlamağa imkan vermişdir. 
Buradan  toplanan  kolleksiya  (kəmərlər,  bəzək  əşyaları,  muncuqlar, 
tunc xəncərlər və qılınclar, ox və nizə ucluqları, toppuzlar, əsa başlıqları, qara 
və  boz  rəngli  cilalanmış  qablar  və  s.)  digər  orijinal  və  nadir  tapıntılarla  da 
kifayət  qədər  zəngindir,  metal  əşyalar  tuncdan,  misdən,  gümüşdən  və  hətta 
xalis sinkdən hazırlanmışdır. 
2.  E.ə.  I  minilliyin  ortalarında  erkən  dəmir  dövründə  Ukraynanın 
çöllərindən  Baykal  gölü  ətrafındakı  ərazisinə qədər  Skif-sarmat  adı altında 
tanınan  mədəniyyət  yayılmışdı.  Bu  mədəniyyətin  yaradıcısı  olan  bir  neçə 
xalqın  adı  dəqiq  məlumdur.  Bunlar  skiflər,  savromatlar,  saklardır.  Digər 
tayfaların  adları  isə  yalnız  dini  və  maddi  mədəniyyət  abidələri  əsasında 
müəyyənləşdirilir.  Bu mədəniyyətləri  birləşdirən  əşyalar  üç  qrupa  bölünür  - 
silahlar,  atçılıqla  bağlı  əşyalar  və  sənətkarlıq  məmulatları.  Müəyyən 
olunmuşdur ki, çöllərin geniş ərazilərində skif silahları formasına yaxın olan 
silahlar  yayılmışdı  -  tuncdan  akinakilər,  çoxsaylı  üçkünc  yarpaqşəkilli  nizə 
ucluqları və s. Əlavə etmək lazımdır ki, tunc, yaxud qızıldan hazırlanmış eyni 
formalı  budaq  şəkilli  buynuzları  olan  azca  bükülmüş  ayaqlı  maral 
heykəlcikləri skif qazanı adı ilə tanınan tuncdan tökmə üfüqi qulplu qazanlar 
da bu dövrdə geniş yayılmışdı. 
Dövrə  aid  maddi  və  dini  mədəniyyətləri  birləşdirən  digər  ümumi 
cəhətləri  də  sadalamaq  olar  -  geniş  həcmli  qəbir  kameraları,  bəzək  əşyaları, 
müqəddəs odun yandırılması üçün qurbangahlar və s. 

80 
 
Arxeoloji 
materiallar 
yalnız 
Avrasiya 
çöllərində, 
qədim 
sivilizasiyaların Qədim Yunanıstan, Əhəməni-Fars imperiyasının, daha sonra 
isə  ellin  mədəniyyətinin  şərq  sərhədlərində  yayılmış tarixi hadisələri  özündə 
əks etdirir. Yeni mədəniyyət digərlərindən öz təsərrüfat, mədəni-tarixi, hətta 
ideoloji  istiqamətləri  ilə  kəskin  fərqlənən  bir  dünya  idi.  Mədəni-tarixi  birlik 
bir  sıra  faktorların  bazasında  yaranmışdır.  Bu  işdə  Avrasiya  çöllərində 
maldarlıq  təsərrüfatı  sahəsində  daha  əvvəl  əldə  olunmuş  nailiyyətlər, 
həmçinin  eneolit  dövründən  formalaşmış  iqtisadi  və  mədəni  əlaqələr 
əhəmiyyətli  rol  oynamışdır.  İqtisadi  inkişaf  və  çöllər,  çay  vadilərinin 
əkinçilik  və  maldarlıq  sahəsində  rasional  istifadəsi  Qafqazın  sıx 
məskunlaşmasına  səbəb  olmuşdur.  Vacib  amillərdən  biri  də  erkən  dəmir 
dövründə skif-sarmat mədəniyyətində ümumi ayinlər və xarakterik cəhətlərin 
müşahidə  olunmasıdır.  Müqəddəs  heyvan  ayini,  günəş  ayini,  müqəddəs  od 
ətrafında  günəş  Allahı  ayini,  təbiət  ayini  və  s.  Bu  ayinləri  incəsənət 
məmulatları  -  uçan  maral  fiqurları,  göy  cisimlərinin  təsviri  olan  sancaqlar, 
müqəddəs odun yandırıldığı məbədgahlar özündə əks etdirir. 
Nəzərə  alınmalıdır  ki,  erkən  dəmir  dövründə  bütün  Avrasiya 
çöllərində  yalnız  istehsalat  və  mədəniyyət  baxımından  yaxın  olan  deyil, 
həmçinin  eyni  avropoid  irqinə  mənsub  qədim  hind-ari  tayfaları 
məskunlaşmışdılar.  Avrasiya  çöllərində  yaşayan  qədim  tayfa  və  xalqların 
yüksək  mədəniyyətləri  qarşılıqlı  etno-mədəni  və  siyasi  əlaqələrin  fonunda 
inkişaf  etdirilirdi.  Bu  proseslərdə  qədim  dünyanın  inkişaf  etmiş  ölkələri  - 
Yunanıstan,  daha  sonra  Qərbdə  Roma  və  Şərqdə  Əhəməni  imperiyası  aktiv 
iştirak edirdi. 
Skiflərə aid olan mədəniyyət 800 il mövcud olmuş və tarixin bütöv bir 
mərhələsini  təşkil  etmişdir.  Bu  aləm  daxilində  yüksək  maddi  və  mədəni 
dəyərlər yaradılmışdır. 
Skiflərin adlarına hələ e.ə.VII əsrin I yarısına aid aşşur yazılarında da 
rast gəlinir. Onların Cənubi Qafqazdakı Qara dəniz yolu ilə Ön Asiyaya köç 
etmələri  qeyd  olunur.  Məlumdur  ki,  onlar  28  il  müddətində  Midiyada 
hökmranlıq  etmiş,  Nineviyaya  basqında,  Urartu  dövlətinin  süquta 
uğradılmasında iştirak etmişdilər. E.ə. VII əsrin sonlarında skiflər Qara dəniz 
ətrafına geri dönmüş və yerli tayfaları özlərinə tabe etdirmişdilər. 
Skif  arxeoloji  abidələrinə  maraq  çoxdan  olsa  da,  1918-ci  ilə  qədər 
arxeoloqlar  əsasən  skif  mədəniyyətinə  aid  kurqanları  araşdırırdı.  İlk  kurqan 
1763-cü ildə A.İ.Melqunov tərəfindən Kirovoqrad ətrafında tapılmışdır. Skif 
şəhərlərinin qazıntıları XX əsrdə başlamışdır. 
Azərbaycan  ərazisində  e.ə.  I  minilliyin  I  yarısında  bir  neçə  tayfa 
ittifaqı  mövcud  olmuşdur.  Aşkar  olunmuş  abidələr  iki  tipə  ayrılır: 
istehkamlarla 
möhkəmləndirilmiş 
və 
möhkəmləndirilməmiş. 
Möhkəmləndirilmiş  yaşayış  məskənləri  -  siklopik  tikililər  Kiçik  Qafqaz  və 

81 
 
Naxçıvan  ərazisində  geniş  yayılmışdır.  Siklopik  tikililər  yaşayış 
məskənlərinin  istehkam  divarlarıdır.  Məsələn,  Mağara-dağ,  Xanlar  yaşayış 
məskəni  və  s.  İstehkamlarla  möhkəmləndirilməmiş  yaşayış  məskənləri 
Mingəçevirdə, Qazax rayonu ərazisindəki Sarıtəpə, Qazaxbəyli, Töyrətəpə və 
Şomutəpənin üst təbəqələrində, həmçinin Xanlar, Naxçıvan, Fizuli, Abşeron 
bölgələrində  aşkar  olunmuşdur.  Arxeoloji  araşdırmalar  zamanı  müxtəlif 
formalı evlər, təsərrüfat tikililəri, həyətlər və s. tədqiq olunmuşdur. Dövrünə 
görə evlər həm yarımqazmalar, həm də yerüstü tikililər şəklində inşa edilirdi. 
Onlar əsasən düzbucaqlı formaya malikdirlər. Qaratəpə yaşayış yerinin aşağı 
qatlarından  çoxotaqlı  ev  aşkar  olunmuşdur.  Ehtimal  ki,  bu  ev  icmanın 
başçısına  aid  olmuşdur.  Mingəçevirdən  tapılmış  tunc  baltalar,  toppuzlar 
hazırlamaq üçün daş qəliblər isə həmin dövrdə sənətkarlığın inkişaf dərəcəsi 
barədə  məlumat  verən  önəmli  tapıntılardır.  Bu  dövrdə  dulusçuluq  sənətinin 
də  yüksək  inkişaf  mərhələsində  olduğu  şübhə  doğurmur.  Mingəçevir 
ərazisində  e.ə.  I  minilliyə  aid  edilən  dulus  sobaları  buna  misal  ola  bilər. 
Məhsuldarlığın  keyfiyyətini  abidədən  əldə  olunan  toxuculuq  alətlərinin 
qalıqları,  gil  iynələr  və  s.  göstərir.  Mingəçevir  ərazisində  toxuculuğun 
məhsulu  olan  yun  və  pambıq  parça  qalıqları  da  tapılmışdır.  Arxeoloji 
materiallar  digər  ölkələrlə  sıx  iqtisadi  əlaqələrin  olduğunu  bildirir.  Bu 
materiallara  əsasən  söyləmək  olar  ki,  həmin  dövrdə  Ön  Asiya  ilə  olan 
əlaqələr  daha  önəmli  rol  oynamışdır.  Əldə  olunan  bəzi  əşyalar  bu  dövrdə 
əsasən  uzaq  ölkələrdən  -  Misirdən,  Fələstindən,  Hindistandan,  Assuriyadan 
gətirilirdi. 
Dəmir dövründə əmək alətlərinin hazırlanmasında dəmir, tunc, daş və 
sümükdən  istifadə  olunurdu.  Dəmirdən  oraq,  bıçaq,  qayçı,  ağacişləmədə 
istifadə  olunan  mişar-baltalar  hazırlanırdı.  Silahlardan  qılınc  və  xəncərlər 
əsasən  tuncdan  hazırlanırdı.  Qılınclar  çox  uzun  (72-75  sm)  olub,  üzərində 
keçi, ilan təsvirləri həkk olunur, nadir hallarda inkrustasiya yolu ilə daşlarla 
bəzədilirdi.  Azərbaycan  tayfalarının  silahlanmasında  əsas  yeri  tuncdan 
hazırlanmış  tunc  və  dəmir  ucluqları  olan  ağac  nizələr  və  dəmirdən 
hazırlanmış xəncərlər tuturdu. Abidələrdən çoxlu sayda ox ucluqları da aşkar 
olunmuşdur. Onlar  əsasən iki növdə tapılıb - Cənubi Qafqaz və skif tipli ox 
ucluqları.  Cənubi  Qafqaz  tipli  ox  ucluqları  -  üçbucaq  formalı,  kəskin  batıq 
uclu,  skif  tipli  isə  üçkünc,  kəskin  ucluqludurlar.  Onlardan  e.ə.  II  minilliyin 
sonlarından  I  minilliyin  ortalarına  qədər  istifadə  olunmuşdur.  Gil  qablar 
əsasən dulus çarxlarında, nadir hallarda isə əldə hazırlanırdı. Qablar qara və 
tünd  qəhvəyi  rənglidirlər.  Onlar  ornamentlərin  həkk  olunması  üsuluna  görə 
iki  qrupa  bölünürlər  -  üzərində  ağ naxışlar  (anqob)  olan  və  üzərində  cızma 
ornament  olan  tünd  rəngli  gil  qablar.  Bu  dövrdə  qab-qacaq  təkcə  gildən 
hazırlanmırdı,  bəzən  qabların  hazırlanmasında  daşdan  da  istifadə  olunurdu. 
Abidələrdə daş qabların aşağıdakı formalarına təsadüf olunmuşdu: kiçik kasa 

82 
 
formalı  qapaqlı  qablar,  spiral  ornamentli,  ayaqlı  vazlar,  zoomorf  formalı 
qulpları olan dayaz boşqablar və s. Bəzək əşyaları əsasən tuncdan, sürmədən 
və yarıqiymətli daşlardan hazırlanırdı. Geniş yayılmış bəzək əşyalar nahamar 
səthli  bütöv  tuncdan  tökmə  qolbağlar  idi.  Asma  və  üzüklər  tuncdan 
hazırlanırdı.  Onlar  metal  boyunbağılarla  birlikdə  istifadə  olunurdu.  Başlıca 
qəbirlər  -  kurqanlar,  daş  qutular  və  yeraltı  qəbirlər  hesab  olunur.  Kurqanlar 
Mingəçevirdə,  Gədəbəydə,  Xocalıda  və  s.  yerlərdə  tədqiq  edilmişdir.  Bu 
dövrdə tətbiqi incəsənət də yüksək inkişaf mərhələsində idi. Sənətin ən parlaq 
nümunələri  tunc  kəmərlər  hesab  oluna  bilər.  Tətbiqi  incəsənətin  unikal 
nümunələrindən  heyvan  və  bitki  təsvirli  zoomorf  və  antropomorf  saxsı 
qabları da göstərmək olar. 
Azərbaycan ərazisində dəmir dövrünün yaşayış yerləri, qəbir abidələri 
yaxşı  öyrənilmişdir.  Bu  dövrün  ən  möhtəşəm  yaşayış  yerləri  Qazax  rayonu 
ərazisindəki  Sarıtəpə,  Baba  Dərviş,  Mil  düzündəki  Qaratəpə,  Cəlilabaddakı 
Uzuntəpə və başqalarıdır. 
Bu baxımdan, XX əsrin 50-ci illərində tədqiqinə başlanmış Beyləqan 
rayonu ərazisindəki Qaratəpə yaşayış yeri olduqca maraqlıdır. Hündürlüyü 14 
m olan bu abidə 2 hektara yaxın sahəni əhatə edir. Abidənin altdan I təbəqəsi 
e.ə. VII-VI əsrləri, II təbəqəsi isə e.ə. V-I əsrləri əhatə edir. II təbəqədən çiy 
kərpicdən  hörülmüş  dördkünc  bina  qalıqları  üzə  çıxarılmışdır.  Üst  hissəsi 
uçub  tökülmüş,  alt  hissəsi  isə  36x36x14  sm  biçimli  kərpicdən  hörülmüş 
binanın şimal-qərb divarının dibində ocaq yeri aşkar olunmuşdur. 
Ocağın ətrafında  gildən hazırlanmış  qalın  manqal  qalıqlarına  təsadüf 
olunmuşdur.  II  təbəqədən  xeyli  dən  daşları  (əsasən  qayıqvari  formada),  gil 
qablar,  iri  və  xırda  küplər,  camlar,  kasalar  və  s.  tapılmışdır.  Bu  qabların 
əksəriyyəti qara və boz rəngdədir. Bir hissəsi cilalanmış və üzəri naxışlanmış, 
bəzisi isə qırmızı və açıq çəhrayıdırlar. 
II  təbəqədən  əldə  olunan,  üzərində  yanma  qoyun  başı  əks  edilən 
bəzəkli  qablar,  heyvan  sümükləri,  qoyun  kəlləsi  və  nehrələr  Mil  düzündə 
antik dövrdə maldarlığın yüksək inkişafını göstərir. 
Qaratəpənin ən qədim təbəqəsindən çiy kərpicdən tikilmiş bina qalığı, 
ocaq  yerləri,  toxuculuq  alətləri,  dən  daşı  və  s.  aşkar  olunmuşdur.  Qaratəpə 
e.ə. I minilliyə aid olan çox qiymətli abidədir. 
Mil  düzündə  Qaratəpə  abidəsi  ilə  həmdövr  olan,  eyni  zamanda 
Qaratəpədən  fərqlənməyən  xeyli  abidə  də  qeydə  alınmış,  lakin  hələlik 
onlarda əsaslı tədqiqat işləri aparılmamışdır. 
Azərbaycanın  qərb  zonasındakı  dəmir  dövrünə  aid  ən  möhtəşəm 
abidələrdən  biri  də  Sarıtəpədir.  Abidə  100  m  diametrində  və  10  m 
hündürlüyündə  olan  bir  təpədən  ibarətdir.  Sarıtəpə  yaşayış  yeri  Tunc 
dövrünün  sonu,  Dəmir  dövrünün  əvvəllərində  meydana  gəlmiş  və  e.ə.  I 
minilliyin sonunadək davam etmişdir. 

83 
 
Sarıtəpədə  aşkar  olunan  ev  saray  tipli  tikili  hesab  olunur.  Yaşayış 
məskəninin  qalıqlarına  əsasən  binanın  ilkin  planını  bərpa  etmək  mümkün 
olmuşdur.  Daxili  hissədə  ümumi  sahəsi  300  km
2
  olan  böyük  zal,  zalda 
«Persopol»  (İran)  üslubunda  dirəklər  vardı.  Kompleks  e.ə.  I  minilliyə  aid 
hesab  olunur  və  ona  ən  yaxın  olan  analoji  arxeoloji  abidələr  İran-Əhəməni 
imperiyası  abidələridir.  E.ə.  I  minilliyin  I  yarısı  Azərbaycan  ərazisində 
sənətkarlıq,  xüsusilə  də  metallurgiya  və  metalişləmə  inkişaf  etmişdir. 
Təəssüflər olsun ki, sənətkarlıq texnikası və inkişaf səviyyəsi haqqında yalnız 
dövrə aid tapılmış əşyalara əsaslanaraq məlumat vermək mümkündür. Çünki 
sənətkarlıq  emalatxanaları  hələ  arxeoloqlar  tərəfindən  aşkar  edilib,  tədqiq 
olunmamışdır. 
Tədqiqatçılar  müəyyən  etmişlər  ki,  e.ə.  VII  əsrdə  Sarıtəpədə  güclü 
yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş kül qatından ibarət təbəqənin 
qalınlığı  0,7  m-ə  çatır.  Həmin  təbəqədən  aşkar  olunmuş  yerüstü  binaların 
inşasında çay daşlarından, saman qarışıqlı palçıqdan, həmçinin ağacdan geniş 
istifadə  olunmuşdur.  Binanın  divarları  və  döşəmələri  saman  qarışıqlı  gillə 
suvanmışdır. Arxeoloji qazıntılar zamanı Sarıtəpədən xeyli təsərrüfat və dini 
xarakterli binaların qalıqları aşkar olunmuşdur. Öyrənilmişdir ki, bu abidələr 
öz xarakterləri baxımından bir ailə və ya kiçik bir kollektivə aid deyil, böyük 
icmaya  məxsus  olmuşdur.  Elə  buna  əsaslanaraq  tədqiqatçılar  Sarıtəpəni 
böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. 
Sarıtəpə bina qalıqlarının birinin şimal divarları yaxınlığında 14 ədəd 
təsərrüfat  küpü  aşkara  çıxarılmışdır.  Küplərdə  taxıl  və  çaxır,  həmçinin  un 
saxlanılmışdır.  Sarıtəpənin  gil  qabları  narın  gildən  yanma  üsulu  ilə,  yaxud 
dulus çarxında hazırlanmış, çox sayda qara rəngli küp, bardaq, cam, nehrə və 
s.-dən  ibarətdir.  Qablar  çox  səliqəli  cilalanmış,  üzəri  cızma  və  ya  yapma 
üsulu ilə naxışlanmışdır. Qabların qulpları əsasən zoomorf formalıdır. 
Sarıtəpədən  çox  sayda  dörkünc  və  dairəvi  formalı  möhürlər 
tapılmışdır.  Möhürlərin  işlək  üzündə  çərxi-fələk  (günəş  simvolu)  nişanları 
təsvir olunmuşdur. 
Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlərə də təsadüf 
edilmişdir. Abidədə dən daşları və sümükdən düzəldilmiş iy başlıqları, metal 
əşyalar  üstünlük  təşkil  edir.  Metal  məmulatı  tuncdan  hazırlanmış  Cənubi 
Qafqaz tipli ox ucluqları, at fiquru formalı asma və s.-dən ibarətdir. 
Dəmir  dövrü  abidələrinin  bir  qismi  arxeoloji  ədəbiyyatda  Muğan 
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin