DƏrslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 03. 06. 2016-cı IL tarixli 369 №-li əmri ilə təsdiq olunmuşdur



Yüklə 5.54 Mb.
Pdf просмотр
səhifə1/10
tarix26.07.2017
ölçüsü5.54 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   10

TƏSVİRİ İNCƏSƏNƏT
KƏMALƏ CƏFƏRZADƏ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Təsviri incəsənət” fənni üzrə
DƏRSLİK
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəllifl ik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Yaz nəşriyyatı” MMC
Dərsliklə bağlı rəy, irad və təklifl ərin yazneshr@mail.ru və
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!

HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri

HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
Elmi redaktor: R.Әliquliyev, АМЕА-nın həqiqi üzvü, t.е.d., professor
yazneshr@mail.ru
Bədii redaktor: T.Məlikov
Texniki redaktor: Z.İsayev
Kompüter tərtibatçısı: T.Məlikov
Ofset kağızı. Qarnituru: məktəb və arial. Ofset çapı.
İnformatika – 7. Ümumtəhsil məktəbləri üçün dərslik.  
R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva.  Bakı. “Yaznəşr”, 2016, 96 səh. 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər 
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya 
vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
 və derslik@edu.gov.az 
e-mail ünvanlarına göndərilməsi xahiş olunur. Öncədən təşəkkür edirik!
Dil redaktoru: S.Hüseynov
Korrektor: 
Rəssamlar: M.Hüseynov, E.Məmmədov
1
Kağız formatı 70ґ100 /
1

 
6
Fiziki çap vərəqi 6. Tiraj 49 500. Pulsuz.
A.Məsimov

İÇİNDƏKİLƏR
 1. XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
1-2.
Pol Sezann: kompozisiya, forma və rəng
8
3-4.
Pablo Pikasso: fərqli üslublarda işləyən rəssam
13
5.
Vasili Kandinski: abstrakt sənətdə axtarışlar
21
6.
Henri Spenser Mur: heykəltəraşlıqda təbiət fəlsəfəsi
27
7.
Pol Kli: rəngkarlıqda xətlərin hərəkəti
31
8.
Naum Qabo: heykəltəraşlıqda xətlərin həndəsəsi
35
9-10.  Salvador Dali: dahinin sürrealist kainatı
39
11.
Xuan Miro: realizmdən rəmzlərə
44
12.
Alberto Cakometti: heykəlin zərif silueti
49
 2. AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
13.
Mikayıl Useynov: memarlıqda konstruktivizmin prinsipləri
58
14.
Mircavad Mircavadov: miqyas, rəng və forma
63
15.
Ömər Eldarov: gözəllik və harmoniya
67
16.
Tahir Salahov: neft mövzusu
71
17.
Fazil Nəcəfov: insan təsvirində forma axtarışları
75
18.
Arif Hüseynov: Azərbaycan nağılı
79
19.
Fərhad Xəlilov: Abşeron motivləri
83
20.
Sakit Məmmədov: klassik və müasir üslubun sintezi
86
 
 3. ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
21.
Rəssam və teatr sənəti
94
22.
Rəsm əsərindən fotoşəklə qədər
100
23.
Fotoqrafiya və kompüter
106
24.
Rəssam və kino sənəti
110
25.
Animasiya sənəti
116
26.
Karikatura və şarj: şəkilli əhvalatlar
122
27.
Televiziya: rəssam və ekran
129

D Ə R S L İ K L Ə   TA N I Ş L I Q
Dərslikdəki mövzular üzrə təlim materialları aşağıdakı ardıcıl-
lıqla verilmişdir:
1.  “İncəsənət haqqında dialoq” və “Xatırlayın” – mövzuya ma-
raq oyadan sual, şəkil, anlayışların çıxarılması əvvəllər qaza-
nılmış biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.
2.  “Tanış olun” – tədris materialı üzərində müstəqil iş və müza-
kirə üçün verilən məzmun. Burada təsviri sənətin tarixi, onun
cəmiyyətdə rolu haqqında məlumatlar, müxtəlif sxem və cəd-
vəllər əks olunur.
3.  “Görkəmli sənətkarlar” – Azərbaycanın və dünyanın görkəmli
təs viri sənət xadimlərinin həyat və yaradıcılığı ilə tanışlıq.
4.  “Təsviri sənət qalereyası” – estetik münasibət bildirmək üçün
Azərbaycan və dünya rəssamlarının qrafika, rəngkarlıq, hey-
kəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərindən nümunələr.
5.  “Düşünün və izah edin” – məzmunun mənimsənilməsinə xid-
mət göstərən və təfək kürü fəal laş dır maq üçün düşünməyə və
izah etməyə vadar edən zəruri müzakirə sualları, fikirlər.
6.  “Bu maraqlıdır”  “Bilirsinizmi?” – mövzu ilə bağlı, habelə
dünyagörüşünü genişləndirməyə xidmət edən maraqlı faktlar
və hadisələr öz əksini tapır.
7.  “Sənətkar məsləhəti” – yeni üsul və vasitələrə, təcrübi və ya-
radıcı tapşırıqlarda əməl edilməsi vacib sayılan qaydalara dair
tövsiyələr.
8.  “Sərbəst iş üçün tapşırıqlar” – mövzu ilə bağlı nəzəri və təc-
rübi tapşırıqlar; yeni qazanılmış bacarıqların tətbiqi, onların
izahı və rəsmin çəkilməsinə yardım edən təsvir ardıcıllığı.
9.  “Müəyyən edin” və “Yaradıcı fəaliyyət” – maraq və bacarığa
görə seçim imkanı verən tapşırıqlar.
10.  “Özünüzü yoxlayın” və “Ümumiləşdirici tapşırıqlar” – özü-
nüqiymətləndirmə  və  qazanılmış  nəticələri  ümumiləşdirmək
məqsədilə verilən sual və tapşırıqlar.

XX əsrin təsviri sənəti bir sıra cərəyan və üslublar əsasında 
inkişaf etmişdir: fovizm, kubizm, abstraksionizm, sürrealizm… 
Lakin  heç  bir  cərəyan  bir-birindən  yaranmamış,  heç  biri 
yenisinin  formalaşmasına  səbəb  olmamış,  heç  biri  təsviri 
sənəti  bütövlükdə  əhatə  etməmişdir.  Hər  bir  cərəyanın 
taleyi müxtəlif olsa da, onlar yalnız bir-birinə qarşılıqlı təsir 
göstərməklə XX əsr təsviri sənətinin tarixini yaratmışdır.
XX ƏSRİN
TƏSVİRİ SƏNƏTİ 

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
8
Təsviri sənət qalereyası
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG
Tanış olun
XX əsr təsviri sənətinin əsas səciyyəvi xüsusiyyətləri rəssam axta-
rışlarının  çoxşaxəli  və  ziddiyyətli  olması  idi. Yeni  forma  və  obraz  ax-
tarışları  ilə  seçilən  fransız  rəssamı  Pol  Sezann  postimpressionizmin
görkəmli nümayəndələrindən biridir. O, impressionistlərin sərgilərində
iştirak etmiş, onların təsvir üslububdan çox şey öyrənmişdir. Lakin im-
pressionistlərdən fərqli olaraq Sezann təsvirlərə ümumiləşdirici xarak-
ter verməyə səy göstərirdi.
“Şaftalılar və armudlar”. 1880-ci illərin sonu.
A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi. 
Moskva, Rusiya 
“Marna sahili”. 1888. Ermitaj. Sankt-
Peterburq, Rusiya 
1
Təmiz rəng – rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları.
Sezann mənzərələr, portretlər, müxtəlif həyat səhnələri çəkirdi. La kin
onun yaradıcılıq prinsipləri natürmortlarda daha dolğun əks olun muşdur.
Rəssam sabit kompozisiyadakı təmiz rəng

ardıcıllığının kö məyi ilə təbiə-
tin  əzəmətini  və  onun  formalarının  üzvi  bütövlüyünü  ay dınlaşdırmağa
çalışırdı.
Postimpressionistlərin yaradıcılığında fərqli xüsusiyyətlər hansılar idi?
Postimpressionizm cərəyanına hansı məşhur rəssamları aid edirlər?
Pol Sezannın əsərlərində rəngin təravəti, formaların ümumiliyi
Nəyə görə postimpressionist rəssamlar öz əsərlərində hər bir detalı re-
allıqdakı kimi deyil, ümumiləşdirərək verməyi üstün tuturdular?
İncəsənətə dair dialoq
Xatırlayın
1-2

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
9
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG 
ROMANTİK DÖVR (1860–1872)
Sezannın  erkən  yaradıcılığında  tünd,
dolğun qara rənglər üstünlük təşkil edirdi.
Rəssam öz duyğu, hiss və bədbin fi kirlərini
ifadə etməyə cəhd göstərirdi. İlk zaman-
lar Sezann rəng, işıq, forma və yaxmalarla
mükəmməl işləyə bilmədiyi üçün fi kirlərini
sona qədər ifadə etməkdə çətinlik çəkir-
di. Onun həmin vaxtlar yaratdığı əsərlər-
də deformasiyaya uğramış fi qurlar qeyri-
sabit tarazlığı ilə fərqlənirdi.
“Piano  çalan  qız”.  1868.  Rəssamın  bacısı 
Mari və anasının portreti. Ermitaj. Sankt-
Peterburq, Rusiya 
Pol Sezann yaradıcılığını bir neçə mərhələyə bölmək olar.
İMPRESSİONİST DÖVR
(1872–1879)
Bu dövrdə Sezann impres sio nist lə rin
yaradıcılığı ilə ta nış olur, onun əsərlərin-
də rəngin təravəti, ke çid lərin yumşaqlığı
hiss olunur. Bu dövr üçün işıq-hava mü-
hitinin  zərif  keçidi  və  daha  işıq lı  rəng
qamması xarakterikdir. Onun yaradıcı-
lığında mənzərə və çiçəkli natürmortlar
əsas janra çevrilir. Əşyaların yerləşməsi
ba xımından  əsərlər  də  hələ  qəliz  de yil.
Onlarda rəssamın öz bənzərsiz rəng ça-
larlarını  –  tünd  gö yümtül-mavi  və  sa-
rım tıl-narıncının uyğunluğunu görmək
mümkündür.
KONSTRUKTİV DÖVR
(1879–1888)
Sezann yaradıcılığının kamilliyi ilə
seçilən bu dövr sənətkarlıq zirvəsi olub
iri  formaların  və  ciddi  kompozisiyala-
rın  harmonik  uyğunluğu  ilə  fərqlənir.
Bu  onun  rəngkarlığın  dahi  qurucula-
rından  biri  olmasını  şərtləndirmişdir.
Sezann öz əsərlərində həndəsi formalar-
dan daha çox istifadə edir və harmoni-
yanın məğzini vurğulayırdı.
“Alma, şaftalı, armud və üzüm”. 1879–
1880. Ermitaj. Sankt-Peterburq, Rusiya 
“Vazada gül dəs tə si”. 1873–1875. Ermi-
taj. Sankt- Peterburq, Rusiya 

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
10
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG
“Parça və bardaq ilə natürmort”. 
Təxminən 1899-cu il. Ermitaj.
Sankt-Peterburq, Rusiya
SİNTETİK DÖVR
(1888–1899)
Bu  dövrdə  mənzərə  və  natür-
mort onu uydur ma süjetlərdən daha
çox  cəlb  edirdi.  Sezannın  natür-
mortları  qəlizliyi,  müx təlifölçülü
ləvazimat və meyvə lər lə yük lən mə-
si ilə diqqət çəkir.
“Mavi mənzərə”. 1900.
Ermitaj, Sankt-Peterburq, Rusiya
ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏN
RƏNGKARLIQ DÖVRÜ
(1900-cü illər)
Bu  dövrdə  rəssamın  əsərləri-
nin  kompozisiyası  əvvəlcədən  dü-
şünülmür, bilavasitə iş prosesində
öz-özü nə peyda olur. Rəssamın cə-
sarətli sərt palitrasında lirik çalar-
lar görünməyə başlayır.
Rəssamın öz natürmortlarında istifadə etdiyi əşyalar nə qeyri-adi, nə də təmtə-
raqlı idi. Zinət, bəzək əşyaları, zərif ipək onu cəlb etmirdi. O daha çox meyvə, tərəvəz,
qab-qacaq çəkirdi. Pol Sezann natürmort janrında təxminən 200 əsər yaratmışdır.
Fransa təsviri sənətinin XIX əsrin əsas janrı olan mənzərədən tədricən imtina
edərək natürmorta keçməsində, heç şübhəsiz, Sezannın böyük rolu olmuşdur.
Bilirsinizmi?
Sezann  dünyanı  yeniləşdirməyi  arzulayırdı.  Rəssamı  ətraf  mühitin
dinamikası, atmosferdə rəngin dəyişkənliyi, məkan planları maraqlan-
dırmırdı.  Əsərlərində  dəqiq  düz  xətlərə  az  rast  gəlinir:  onlar  gah  qat-
lanır, gah da əyilir. Sezannın boyaları üç rəngin – yaşıl, mavi, noxudu
(oxra) və eləcə də bəyaz rənglərin uyarlığıdır.

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
11
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG 
Pol Sezann
(fr. Paul Cézanne)
Həyat xronologiyası
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
19.01.1839 – 22.10.1906
Eks-an-Provans, Cənubi Fransa
Eks-an-Provansda bələdiyyə rəssamlıq məktəbi (1858–
1860), Parisdə Süis Akademiyası (1861)
postimpressionizm; rəngkarlıq
mənzərə, natürmort, portret
“Viktor Şokenin portreti” (1875), “Küçə boyunca ev-
lər” (1881), “Estak körfəzi” (1886), “Qırmızı jiletli
oğlan” (təxminən 1890), “Kart oynayanlar” (1890–
1892),  “İri  şamağacı”  (1892–1896),  “Sent-Viktuar
dağı” (1902–1904) və s.
Nə xətlər, nə də formalar mövcuddur, yalnız ziddiyyətlər 
var.  Bu ziddiyyətlər qara və ağ deyil, rəng duyumu ilə əmələ 
gəlir. Forma çalarların dəqiq nisbəti ilə yaranır. Çalarlar 
harmonik və ardıcıl düzüldükdə əsər öz-özünə yaranır.
GÖRKƏMLİ SƏNƏTKARLAR
Pol Sezannın yaradıcılığı haqqında sayt:
http://paulcezanne.tumblr.com/
Sezann özünün oxşar düzbucaqlı yaxma siste-
mini icad etmişdi: yaxma lövhənin diaqonalı üzrə
yuxarı sağ küncdən aşağı sol küncə enir və bütün
kətanı bürüyürdü. Zaman keçdikcə o, yaxmanın
istiqamətini təkcə müxtəlif əsərlərdə deyil, həm
də  eyni  əsərin  müxtəlif  hissələrində  dəyişirdi.
Amma hər sahənin içində yaxmanın eyni formanı
saxlamasına və eyni paralel istiqamətdə yayılma-
sına ciddi diqqət yetirirdi. Yaxmanın bu cür ya-
yılması Sezann rəngkarlığına parça, hətta xalça
səthi ilə oxşarlıq, “Medan qəsri” kimi əsərlərə isə
ritmik hərəkət hissi bəxş edir.
Bu maraqlıdır
“Medan qəsri”. 1881.
Kunsthauz muzeyi. Sürix, İsveçrə
Pol Sezanndan fərqli olaraq postimpressionist üslubunda fəaliyyət göstərən 
hansı rəssam özünəməxsus yaxma sistemi yaratmışdı? O öz əsərlərində bunu 
necə əks etdirirdi?
Düşünün və izah edin

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
12
POL SEZANN: KOMPOZİSİYA, FORMA və RƏNG 
3. 
P.Sezannın yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim
edin.
1. Karandaşla eskiz
2. Rəngləmə
Müəyyən edin
1. 
P.Sezannın müxtəlif yaradıcılıq dövrlərinin əsas xüsusiyyətləri han-
sılardır?
Yaradıcı fəaliyyət
2. 
P.Sezannın natürmortlarından birini təkrarlamağa çalışın.
Sənətkar məsləhəti
Sezannın əsərini təkrarlayarkən əvvəlcə onun sadə karandaşla eskizini çəkin.
Masa, stul və qatlanmış parçanın yerlərini müəyyən edin. Meyvə və bardağı
rəngləyərkən təmiz rənglərdən istifadə edin.
Təchizat: pastel təbaşirlər, quaş, akvarel

P.Sezannın əsərləri impressionistlərin əsərlərindən nə ilə fərqlənir?

Təsviri sənətin inkişafında P.Sezannın rolu nədən ibarətdir?
Sərbəst iş üçün tapşırıqlar
Özünüzü yoxlayın
2
Kubizm (fr. cubisme, cube – kub) – XX əsrin əvvəllərində ilk nəhəng formalist cərəyan.
Klassik incəsənətin böhran keçirməsi kubizmin yaranmasını şərtləndirmişdi. Rəssamlar
naturanın əsasını sadə həndəsi formaların təşkil etdiyini əsas götürürdülər.
Rəngkarlığa  özünəməxsus  baxış  Sezannı  müasirlərindən  fərq lən-
dirdi. O, XIX əsrin sonuna xas olan impressionizm üslubu ilə XX əsrin
əvvəllərinin yeni bədii istiqaməti – kubizm
2
arasında körpü saldı. Təsvi-
ri sənətdə yeniliyin əsasını qoyan Sezannın rolu gələcək nəsillər tərəfin-
dən layiqincə qiymətləndirildi.
Pol Sezann təkcə dahi kompozisiya deyil, həm də böyük kolorit ustası
idi. Klassisizm və romantizm ənənələrini əsas götürən Sezann onları tam
qovuşdurmaqla bütöv bir dövrü başa vurdu. Sonrakı nəsillər bu həqiqəti
etiraf etdilər ki, Sezann sənət aləmində yeni yol açmışdır.

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
13
“Yelpikli xanım”. 1907. 
Dövlət Ermitaj Muzeyi. 
Sankt-Peterburq, Rusiya
“Masada çörək və meyvə qabı”. 
1909. Bazel Təsviri Sənət Muze-
yinin kolleksiyası. İsveçrə
“Kraliça İzabo”. 1909. A.S.Puş-
kin adına Dövlət Təsviri Sənət 
Muzeyi. Moskva, Rusiya
Təsviri sənət qalereyası
Tanış olun
Dünyanı həndəsi fi qur formaları vasitəsilə dərk edən primitivizm, əs-
lində, elə kubizmdir. Bu cərəyanın mənbəyi öz əksini yalnız Pol Sezannın
rəngkarlıq əsərlərində tapmamışdır. Kubizmin ən məşhur nümayəndələ-
rindən biri dünya şöhrətli Pablo Pikassodur. O, müxtəlif həndəsi forma-
ların birləşməsindən tamamilə yeni və qeyri-adi sənət əsərləri yaradırdı.
Pablo Pikassonun yaradıcılığı çox zəngindir. O, dünya təsviri sənət
tarixinə kubizmin yaradıcısı kimi daxil olsa da, kubizm onun yaradıcılı-
ğındakı dövrlərdən birini (on ilini) təşkil edir.
Primitivizm üslubunda yaradılan əsərlər haqqında nə demək olar? Bu
cərəyanın əsas ideyası nədən ibarət idi?
Pikassonun əsərlərində sadə həndəsi formalar
İncəsənətə dair dialoq
Əşyaların formalarının dəyişdirilməsi, onların sadələşdirilməsi, müx-
tə lif həndəsi fi qurlardan təşkil olunması hansı üsluba işarədir?
Xatırlayın
PABLO PİKASSO:  FƏRQLİ ÜSLUBLARDA 
 
İŞLƏYƏN RƏSSAM
3-4
Təsviri sənətin elə bir janrı yoxdur ki, Pikasso orada özünü sınamasın.
Onun əsərlərinin rəngkarlıq janrlarına bölünməsi tamamilə şərtidir. Rəs-
samın əsərləri janra görə deyil, onun yaradıcılığının bu və ya digər mər-
hələsini müəyyən edən üslub və rənglərin üstünlüyünə görə fərqlənir.

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
14
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
ERKƏN İLLƏR (1889–1901)
Balaca  Pablo  artıq  üç  ya şın dan
rəsm çəkməyə hə vəs göstərməyə baş-
layır.  “Sarı  pikador”  Pi kassonun
öküz  döyüşünün  təə ssüratı  altında
yağlı boya ilə çək diyi ilk rəsmlərin-
dən biri hesab edilir.
MAVİ DÖVR (1901–1904)
1901-ci  ilin  payızında  Pikasso  öz
fərdi  üslubuna  doğru  sıçrayış  edir.
Həmin vax tadək o, impressionistlə rin
istedadlı şa gir di və təqlidçisi olmuş-
dur. 1901-ci il dən mavi dövr başlayır.
“Ana və uşaq”. 1901 (20 ya şında). Foqqa 
Mu ze yi, Harvard İncəsənət Mu zeyi. ABŞ
“Sarı pikador”. 1889 (8 yaşında). Rəssa-
mın oğlu Klod Pikasso nun şəxsi kolleksi-
yası 
“Şar üzərində qızcığaz”. 1905 (24 yaşında). 
A.S. Puşkin adına Dövlət Təsviri Sənət 
Muzeyi. Moskva, Rusiya 
ÇƏHRAYI DÖVR (1905–1906)
Çəhrayı dövrü çox zaman həm də sirk
döv rü adlandırırlar. Pi kas sonun yeni rəng-
karlığının  sevimli  motivlərindən  biri  sirk
mövzusudur. O, sonsuz sayda arlekin-təlxək
və ak ro batların şəkillərini çəkmişdir.
Ənənəvi olaraq Pikassonun yaradıcılığını 11 dövrə ayırmaq olar:

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
15
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
AFRİKA DÖVRÜ (1907–1909)
Bu  dövrdə  Pikasso  özü  üçün  arxaik  (köh-
nə) Afrika incəsənətini kəşf edir və onu öz ya-
radıcılıq  üslubuna  uyğunlaşdırmaq  zərurətini
hiss  edir.  O,  təsvir  etdiyi  əşyaların  formasını
sadələşdirməyə,  onları  monumental  və  ifadəli
etməyə başlayır. Bu qısa dövrü bəzən “sezann-
sayağı” adlandırırlar, çünki həmin vaxtlar Pi-
kasso  təsvirdə  Sezann  metodunu  –  formaları
şar, silindr, konus formasınadək sadələşdirmə-
yi sınayır. Afrika dövrü kubizmin “ixtirasına”
gətirib  çıxardı.  “Avinyon  qızları”  Pikassonun
kubizm üslubunda yaradılmış ilk əsəri sayılır.
“Avinyon  qızları”.  1907  (26  yaşın-
da). Müasir İncə
 
sənət Muzeyi. Nyu-
York, ABŞ
ANALİTİK KUBİZM (1909–1912)
Analitik  kubizm  dövrü  rəngkarlığının
fərqli  xüsusiyyətlərindən  biri  –  monoxrom-
luqdur
1
. İkincisi, hər bir detalın dəqiq ifadə-
sindən  imtina  etməkdir.  Digər  fərqləndirici
xüsusiyyət  –  kubizmdə  perspektiv  və  onun
qanunları  yoxa  çıxır.  Nəyin təsvir  edildiyi-
ni yalnız tək-tək detalların əlamətinə əsasən
anlamaq  olar.  Pikasso  onları  “atribut”  ad-
landırırdı. Rəssamlar dünyanın necə görün-
düyünü  deyil,  necə  qurulduğunu  öyrənmək
və analiz – “təhlil” etmək istəyirdilər.
“Mandolinalı qız”. 1910 (29 yaşında).
 Müasir İncəsənət Muzeyi. Nyu-York, ABŞ
1
Monoxrom (yun. – birrəngli) – bir rənglə işlənilmiş; bir rəng daşıyan.
2
Kollaj (fr. collage) – təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə fərqlənən hər
hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar.
SİNTETİK KUBİZM (1912–1917)
Kubizmin  bu  dövrü  təsadüfən  sintetik
adlandırılmayıb. Pikasso öz dekorativ kollaj-
larını
2
 yaradaraq  onları  sanki  “sintez  edir”.
Kompozisiyalar rəngli olur və dekorativləşir.
Həmin  dövr də  onun  tablolarında  şriftlər  və
tək-tək hərfl ər görünür.
“Masada meyvələrlə natürmort”. 1915 (34 yaşın-
da). Kolumbus İncəsənət Muzeyi. ABŞ

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
16
PABLO PİKASSO: FƏRQLİ ÜSLUBLARDA İŞLƏYƏN RƏSSAM
3
Sürrealizm (fr. surrealisme – realizmdən üstün) – XX əsrin birinci yarısında dünya in-
cəsənətindəki bədii istiqamət. Sürrealizm qəribəliyi, ağıla ziddiliyi, ümumi qəbul olun-
muş  standartlara  uğunsuzluğu  ilə  xarakterizə  edilir.  Hərəkatın  özü  müxtəlif  olsa  da,
ümumi  məqsəd  –  şüuraltı  yaradıcı  qüvvənin  azadlığı  və  ağıl  üzərində  üstünlüyündən
ibarət idi.
“Olqanın kresloda portreti”. 1917 (36 yaşında).
 Pikasso Muzeyi. Paris, Fransa

Каталог: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə