503
qanunauyğun təbii- tarixi proses kimi
yanaşaraq onun mahiyyəti və
istiqamətini açıb göstərir.
Tərəqqi cəmiyyətin yüksələn xətt üzrə inkişafında əsas istiqamətdir.
Ictimai tərəqqinin mahiyyətini açmaq üçün cəmiyyətdə «inkişaf»,
«tərəqqi»,və «tənəzzül» anlayışlarını, onların qarşılıqlı münasibətini
izah etmək lazımdır
.
«Inkişaf» aşağıdan yuxarıya, ibtidaidən aliyə, sadədən mürəkkəbə
doğru yönələn və konkret obyektin yeni keyfiyyət halına keçməsini
şərtləndirən dəyişmə, hərəkət deməkdir. Bu və ya digər maddi sistem ki-
mi, cəmiyyət də məkan və zaman daxilində inkişaf edir və müəyyən
mərhələlərdən (əmələ gəlmə,
yetkinlik, çiçəklənmə, tənəzzül, süqut və
məhv olma) keçir. Cəmiyyətin inkişaf mərhələlərini düzgün
müəyyənləşdirmək üçün məhz hansı tərəfin inkişaf etdiyini (bütövlükdə
cəmiyyət və ya onun ayrı- ayrı tərəfləri), onda hansı keyfiyyət
dəyişmələrinin
baş verdiyini, onun inkişaf mərhələləri və hərəkətverici
qüvvələrini əsas götürmək tələb olunur.
«Tərəqqi» dedikdə həyatda və elmdə sadəcə dəyişmə və hərəkət
nəzərdə tutulmur. Təbiət və cəmiyyətdə hadisələr, proseslər, hərəkət və
dəyişmə tərəqqidən kənarda da baş verə bilər. Tərəqqi inkişaf ilə yaxından
bağlı olub, onun yüksələn xətt üzrə olan istiqamətini göstərir.
Tərəqqi
prosesində əvvəllərdə hadisələrdə olmayan yeni meyllər, cəhətlər,
keyfiyyətlər meydana gəlir. Bu yeniliklər hadisələrin mahiyyətinə tə„sir
göstərir. Elmin vəzifəsi bunları kəşf etməkdən ibarətdir.
«Tənzzül» tərəqqinin əks istiqamətini təşkil edir, yə„ni ictimai
həyatın istiqamətinin irəliyə doğru,
yüksələn xətt üzrə deyil, enmə
istiqamətində, geriyə getdiyini ifadə edir. Tərəqqi və tənəzzül anlayışları
nisbi xarakter daşıyır. Bu o deməkdir ki, varlığın digər sahələrində olduğu
kimi, cəmiyyətdə də mütləq mə„nada tərəqqi və ya tənəzzül yoxdur. Bütün
maddi sistemlərdə olduğu kimi cəmiyyətdə də tərəqqi və ya tənəzzülü
yalnız müəyyən meyara əsaslanaraq, müqayisə yolu ilə aşkara çıxarmaq
olar. Bəşər cəmiyyətinin tarixi inkişafı mürəkkəb və ziddiyyətli prosesdir.
Sosial tərəqqi bu inkişafın baş xəttini, ümumi istiqamətini təşkil edir. Bu-
nunla yanaşı tarixi prosesdə irtica dövrləri, dəhşətli toqquşmalar da
olmuşdur. Bu toqquşmalar bə„zən ayrı- ayrı sivilizasiyaların bütövlükdə
məhvinə gətirib çıxarmışdır.
Ictimai tərəqqi obyektiv və qanunauyğun prosesdir.
Ibtidai icma
quruluşunda insanların fəaliyyəti təbiətə daha yaxın, bir növ onunla
çulğaşmış vəziyyətdə olmuşdur. Bu dövrdə insanlar öz tələbatlarını
təbiətin hazır məhsulları hesabına ödəyirdilər. Buna görə də həmin istehsal
tipi mənimsənilən iqtisadiyyat kimi səciyyələnir. Neolit dövründə ictimai
əmək bölgüsünün baş verməsi- əkinçilik və maldarlığın bir- birindən
504
ayrılması (buna aqrar inqilabı və ya neolit inqilabı da deyilir) nəticəsində
mənimsənilən iqtisadiyyatdan, necə deyərlər istehsal edən iqtisadiyyata
keçid baş verir. Bunun nəticəsində ictimai- iqtisadi həyatda qəbilə- tayfa
kollektivinin yerini insanları torpaq üzərində
mülkiyyətə görə birləşdirən
qonşuluq icması tutdu. Sonradan icma mülkiyyəti ciddi dəyişikliklərə
uğramışdır. Neolit inqilabı və əmək bölgüsü nəticəsində cəmiyyətdə
bilavasitə yaşayış üçün zəruri olandan artıq məhsul, yə„ni izafi məhsul
istehsal olunmağa başladı. Bu isə öz növbəsində kollektiv əməyin əvəzinə
xüsusi mülkiyyəti doğurdu. Bütün bu dəyişikliklərin yekunu kimi isə sinif-
li cəmiyyət, quldarlıq quruluşu meydana gəldi.
Quldarlıq və feodalizm cəmiyyətlərində əqli əməyin fiziki
əməkdən ayrılması, sənətkarlığın əkinçilikdən
və şəhərin kənddən
ayrılması kimi mütərəqqi proseslər baş verdi. Bunlar da ümumi mədəni
inkişafda, mə'nəvi və siyasi mərkəzlərin yaranmasında çox mühüm rol
oynadı. Kapitalizmə qədərki quruluşlarda istehsal bir qayda olaraq əl
əməyi ilə bağlı olmuşdur. Kapitalizmin yaranması, sənaye inqalabı,
maşınlı texnikaya keçid nəticəsində cəmiyyət tarixində yeni keyfiyyət
yarandı. Belə ki, insanların fəaliyyəti əsaslı surətdə dəyişildi. Burada em-
pirik biliklərin yerini getdikcə daha çox təbiətşünaslığın və elmin
nailiyyətləri tutmağa başladı. Bu isə istehsalın texniki əsasının inkişafına
və tərəqqiyə güclü təkan verdi.
Ictimai tərəqqi anlayışı ilk dəfə XVIII əsr fransız materialistləri
tərəfindən işlənilmişdir. Ümumilikdə götürüldükdə
ictimai həyatda
inkişafın, tərəqqinin baş verdiyini hər bir adam öz gündəlik təcrübəsində
hiss edir. Lakin bu hələ tərəqqini dərk etmək demək deyildir. Təsadüfi
deyildir ki, fəlsəfi fikir tarixində tərəqqini qəbul edənlərlə yanaşı onu
tamamilə inkar edənlər, habelə tərəqqini relyativist, yə'ni subyektin ver-
diyi qiymət baxımından izah edənlər də olmuşdur.
Dostları ilə paylaş: