495
Tarixi prosesin izahında marksist tə„lim mühüm yer tutur. Bu tə„lim
cəmiyyətin inkişafına təbii- tarixi proses kimi yanaşır. O üç əsas
kateqoriyanın («ictimai- iqtisadi formasiya», «ictimai münasibətlər» və
«tarixi qanunauyğunluq»)
köməyi ilə ümumdünya tarixini, inkişaf
mərhələlərinin bir- birini əvəz etməsi prosesi kimi səciyyələndirir.
Marksizmə görə bu mərhələlərin (ictimai- iqtisadi formasiyalar)
müəyyənedici əsasını iqtisadi təşkil edir.
Marksizmin irəli sürdüyü formasiya tə„limi tarixi prosesin izahında
iqtisadi münasibətləri xüsusi olaraq seçib götürür. Ictimai münasibətlərin
mürəkkəb məzmununda məhz onlara əsas yer verilir. Marksizm göstərir
ki, tarixi prosesin vəhdəti və varisliyi insanların ictimai varlığı ilə tə„min
olunur. Beləliklə, cəmiyyətin inkişafı maddi amillər ilə şərtlənir.
Tarix
özünün qanunauyğunluqlarına malik olan obyektiv prosesdir. Bu təlimə
görə tarixin məqsədi və mənası istehsal üsulu ilə cəmiyyətin mənəvi
həyatı arasındakı əlaqələri ifadə edən sosial qanunlar ilə müəyyən olunur.
Bu
nəzəriyyə
bəşəriyyətin
əsl
tarixinin
məhz
kommunizm
formasiyasından başlandığını, burada hümanizmin və hərtərəfli inkişaf
etmiş şəxsiyyətin bərqərar olacağını e„lan edirdi. XX əsrin sonlarının ta-
rixi təcrübəsi bu kimi ideyaların əsassızlığını sübut etdi.
Tarixi prosesdə iqtisadi münasibətlərin aparıcı rolu və sosial
qanunların fəaliyyəti haqqında marksizm tə„limi XX əsrin fəlsəfi fikrində
birmə„nalı qarşılanmadı. Buna ən kəskin e„tiraz
edənlərdən biri
zəmanəmizin böyük filosofu K.Popper olmuşdur. O özünün «Açıq
cəmiyyət və onun düşmənləri» əsərində Marksın metodunu sosioloji de-
terminzm kimi səciyyələndirirdi. Onun sosial fəlsəfəsini isə iqtisadi
üstünlük əldə etmək üçün aparılan sinfi mübarizə (tarixisizm) adlandırırdı.
Popper
Marksı geniş miqyaslı tarixi peyğəmbərliyə «cəhd göstərməkdə»
günahlandırırdı. Özünün ona qarşı mövqeyini isə antitarixisizm kimi ifadə
etmişdir. Antitarixisizm tarixdə hər hər hansı universal qanunların, onun
məqsəd və mə„nasının, habelə bəşəriyyətin vahid tarixi olduğunu inkar
edir. Popper göstərir ki, bütövlükdə tarixi
izah edən heç bir qanun ola
bilməz. Onun fikrincə tarixin mə„nası yoxdur, ona bu və ya digər ümumi
müddəanı tətbiq etmək mümkün deyildir.
1
Popperin antitarixsizmi öz ifadəsini tarixi tərəqqinin inkar
edilməsində tapır. Onun fikrincə tarix insanların müəyyən məqsədə doğru
hərəkəti deməkdir. Tərəqqi yalnız insan fərdlərinə aiddir. Onlar azadlığı
müəyyən edən demokratik institutları müdafiə edirlər. Popperə görə bü-
tövlükdə tarixi prosesin tərəqqisindən yalnız köləliyə qarşı mübarizə
1
Бах. Поппер К.Открытое обшество и его враги. Т. II. М.,1992, с.311,
312.
496
mə„nasında danışmaq olar. Onun tənəzzülü isə ağ irqin qara dərililəri
əzməsindən ibarətdir. Bu iki tərəf bir- birini tamamlayır.
Tərəqqi ilə
tənəzzülün bu münasibətindən Popper belə bir nəticə çıxarır ki, tarixi
tərəqqinin obyektiv meyarı yoxdur. Tərəqqinin özü isə providensializm
(cəmiyyətin tərəqisinin ilahi qüvvə tərəfindən irəlicədən müəyyən
olunduğunu iddia edən baxış) deməkdir.
Popper «Tarixisizmin yoxsulluğu» əsərinin müqəddiməsində tarix-
isizm prosesinə qarşı başlıca arqumentini belə ifadə edir. Cəmiyyətin
inkişafı biliklərin inkişafından asılıdır. Onların
xarakterini isə tarixi
keçmişdən çıxış etməklə irəlicədən söyləmək qeyri- mümkündür. Buna
görə də gələcəyi irəlicədən görmək mümkün deyildir. Popper tarixilik
prinsipi ilə tarixisizmi bir- birindən ayırır.
Tarixilik dedikdə
Popper ictimai
təlimlər tərəfindən inkişafın meyllərinin və qanunauyğunluqlarının düzgün
əks etdirilməsini başa düşürdü. Tarixisizm tarixi irəlicədən görmə
deməkdir. Tarixisizmə əsaslanmaqla gələcəyi
irəlidən görmə prosesini
Popper peyğəmbərlik hesab edirdi.
Dostları ilə paylaş: