340
nəzərə almaqdır. Bu barədə
təkcə elmi dairələrdə deyil, həm də geniş kütlə
içərisində demokratik müzakirələr və diskusiyalar keçirilməli, əksəriyyətin
rə‟yi əsas götürülməlidir.
Deyilənlər elmi işçinin, tədqiqatçının sosial
mə‟suliyyətini ifadə edir. Bu mə‟suliyyət onun elmi axtarışları cəmiyyətin
ümumi mə‟nafeyinə tabe etməyə, əldə etdiyi elmi
nəticələrin tətbiqindən
törənəcək mənfi meyllərə görə cavab verməsini nəzərdə tutur.
Buradan aydın olur ki, elmi axtarışların mümkün olan həddlər daxilində
azadlığı və sərbəstliyi ilə onun ictimai nəticələrinə görə məsuliyyətin di-
alektik vəhdəti əsas götürülməlidir.
341
IV HISSƏ
SOSIAL FƏLSƏFƏ
I FƏSIL
SOSIAL IDRAKIN SPESIFIKLIYI.
CƏMIYYƏT ÖZÜINKIŞAF EDƏN SISTEMDIR
1. Sosial idrakın özünəməxsusluğu
Ictimai həyat varlığın spesifik sahəsidir. Varlıq formalarını
səciyyələndirən ümumi cəhətlər burada özünəməxsus şəkildə çıxış edir.
Buna görə də sosial idrakı ayrıca xüsusi forma kimi seçib götürmək, ona
xas olan əlamətləri aşkar etmək zəruridir.
Insan cəmiyyəti təbiətin inkişafının müəyyən mərhələsində
yaranmışdır və onun özünə məxsus şəkildə davamıdır. Buradan aydındır
ki, sosial həyatın
öyrənilməsi, sosial idrak ümumilikdə idrak prosesini
səciyyələndirən qanunauyğunluqlara tabedir. Lakin nəzərdə tutulmalıdır
ki, burada sosial mövcudatlar, yə
'
ni şüurlu insanlar yaşayırlar.
Dostları ilə paylaş: