250
Fəlsəfi antropologiyada, mahiyyət və mövcudluq məsələləri ilə
yanaşı qeyri- şüuri ilə şüurun nisbəti problemi də mühüm yer tutur.
Fəlsəfədə uzun müddət antropoloji rasionalizm hökm sürmüşdür.
Bu prinsipə görə insanın varlığı və davranışı yalnız onun şüurlu həyatının
ifadəsidir. Belə yanaşdıqda insan yalnız zəkalı mövcudat kimi təsəvvür
edilir. Lakin bir qədər sonralar insan problemini
izah edən filosoflar
(Kant, Leybnis, Şopenhauer, Nitcşe, Qartman və başqaları) qeyri-şüuri
problemini ön plana çəkdilər. Onlar insanın zəkasından kənar psixiki
proseslərin mühüm rolunu və əhəmiyyətini qeyd edirdilər. Keçən mövzu-
da geniş bəhs olunan Z.Freydin psixoanaliz tə‟limi
bu münasibətdə
səciyyəvidir.
Amerkan sosial-psixoloqu və sosioloqu E.Fromun insanda qeyri -
şüurinin xarakteri ilə bağlı mülahizələri də maraqlıdır. O qeyri -şüurinin
biolojiləşdirilməsinə və erotikləşdirilməsinə qarşı çıxır. Insanın mahiyyəti
ilə mədəniyyəti arasında barışmaz ziddiyyətlər yaratdığı üçün Freydi
tənqid edirdi. Lakin o insana sosioloji yanaşmanı qəbul etmirdi. Beləliklə
From özünün dediyi
kimi nə bioloji, nə də sosial olmayan yeni nöqteyi-
nəzər irəli sürür
. Onun fikrincə insanın
inkişafının ən mühüm amili
«ekzistensial dixotomiya» adlanan ziddiyyətdir
. Bu ziddiyyət insanın
ikili təbiətindən irəli gəlir (bir tərəfdən təbiətin hissəsi kimi, digər tərəfdən
isə sosial varlıq olması). O göstərirdi ki, heyvanın həyatına
kömək edən
güclü instinktlər insanda yoxdur. Buna görə də o öz şüuru əsasında
hərəkət edir. Lakin Froma görə belə hərəkətlər heç də həmişə müsbət
nəticə vermir. Bu isə insanda narahatlıq və həyəcan doğurur. Beləliklə
insanın şüurlu hərəkəti ona baha başa gəlir, yə‟ni onda inamsızlıq yaradır.
Ümumi mə‟nada götürdükdə insanın təkrarolunmazlığı
onun bir
sıra qeyri adi xassələrində təzahür edir. Insan öz şüurunda ətraf mühitin
sonsuz sayda rangarəngliyini əks etdirir. O zəngin və çoxtərəfli
mədəniyyət dünyası yaradır. Insanda son dərəcə müxtəlif keyfiyyətlər qey-
ri -adi formada bir-birilə çulğalaşır. Bir sözlə
insan mürəkkəb və tükənməz
mövcudatdır. Lakin insanın çoxlu spesifik keyfiyyətlərə malik olması,
həm də müəyyən çətinliklər yaradır. Belə ki, bu və ya digər heyvanın
unikallığından danışarkən biz onun bioloji təşkilinin özünəməxsuzluğunu
göstərə bilirik. Insanın təkrarolunmaz mahiyyətini açarkən isə onun malik
olduğu xassələr çoxluğu çətinlik törədir. Çünki həmin xassələrin hər biri
əlahiddə hesab oluna bilər. Insanın zəkası, vicdanı, mə‟nəvi borcu,
ünsiyyəti və sair çoxlu keyfiyyətləri vardır. Onlardan hansına üstünlük
verilməlidir.
Müxtəlif
dövrlərin
filosofları
insan
təbiətinin
özünəməxsuzluğunu birmə‟nalı izah etmirlər. Onların bir çoxu bunu
insanın xüsusi bədən quruluşuna, bioloji
növ kimi yüksək dərəcədə
251
mütəşəkilliyə malik olmasında görürlər. Bu keyfiyyəti hələ qədimdən
yüksək qiymətləndirirdilər. Bununla belə müasir fəlsəfi fikir və elmlərin
inkişafı həmin keyfiyyəti şübhə altına alır. Eynilə də canlı materiyanın
daxili dəyişmələrinin ruhun yaranmasına doğru yönəldiyi və şüurun canlı
aləmin inkişafının zirvəsi olduğu fikrini aksioma kimi qəbul etmək
mübahisəlidir. Məsələ bundadır ki,
Dostları ilə paylaş: