Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   48
Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.  Estetik tərbiyə ilə bədii tərbiyənin  müqayisəsi. 

2.  Estetik təlim və estetik  tərbiyə. 

3.  Mədəniyyət müəssisələrində estetik təlim və estetik tərbiyə.      



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


FİZİKİ  TƏRBİYƏ 

 

Fiziki tərbiyə də başqa ictimai hadisələr kimi cəmiyyətin iqtisadi siyasi və mədəni inkişafı ilə əlaqədar 



olaraq dəyişir şəxsiyyətin hərtərəfli inkişafı və formalaşmasına xidmət edir. 

Fiziki  tərbiyə  şəxsiyyətin  sağlamlığının  möhkəmləndirilməsi,  fiziki  cəhətdən  düzgün  inkişafının, 

çevikliliyinin,  gümrahlığının  təmin  edilməsi  və  onlarda  fiziki  bacarıq  tərbiyə  edilməsi  prosesidir.  Bu  isə 

fiziki  mədəniyyətin  müasir  səviyyəsinə  uyğun  olmalı  və  fiziki  kamilliyə  gətirib  çıxarmalıdır.  Göründüyü 

kimi  şəxsiyyətin  hərtərəfliliyini  sübüt  edən  dəlillərdən  biri  də  şəxsiyyətin  fiziki  inkişafı,  fiziki  cəhətdən 

kamilliyə malik olmasıdır. 

Fiziki  tərbiyənin  məqsədi  sağlam,  fiziki  cəhətdən  kamil,  ictimai  baxımdan  fəal,  gümrah  şəxsiyyətlər 

yetişdirməkdən ibarətdir. Bu məqsədə uyğun olaraq fiziki tərbiyənin qarşısında aşağıdakı vəzifələr durur: 

-  böyüyən nəslin bədəncə sağlamlığının təmin edilməsi; 

-  fiziki sağlamlığa və inkişafa xidmət edən bacarıq və vərdişlər formalaşdırılması; 

-  fiziki inkişafa dair zəruri anlayışlar formalaşdırılması. 

Fiziki  inkişaf    və  fiziki  tərbiyə  kanar  təsirlər  nəticəsində  orqanizmin  morfoloji  funksiyasının  fiziki 

keyfiyyət və qabiliyyətlərinin dəyişməsi və formalaşması prosesidir. 

Fiziki  kamillik  isə  şəxsiyətin  fəaliyyətə  fiziki  cəhətdən  hazır  olması  deməkdir.  Yəni  şəxsiyyət  fiziki 

mədəniyyətə  maksimum  yiyələnir  və  özünü  fəaliyyətə  fiziki  cəhətdən  günün  tələbləri  səviyyəsində  hesab 

edir. 


Demokratik fikirli pelaqoqlar idmanı şəxsiyyətin ahəngdar inkişafı üçün əsas şərt hesab etmişlər. 

Fiziki tərbiyə həmçinin insanları əməyə və vətənin müdafiəsinə hazırlayır. Bu isə həm sistemli təlim 

müəssisələrində,  məktəbdənkənar  tərbiyə  müəssisələrində,  həm  də  mədəniyyət  müəssisələri,  idman 

kompleksləri,  istehsal  və  digər  müəssisələrdə  həyəta  keçirilir.  Belə  müəssisələrdə  aparılan  fiziki  tərbiyə 

işləri insanların həm əmək qabiliyyətlərini inkişaf etdirir,həm də onlarda yeni əmək bacarıq və vərdişlərinin 

yaranmasına  imkan  yaradır.  Mədəniyət  və  digər  müəssisələrdə  aparılın  fiziki  tərbiyə  məşğələləri  və 

tədbirləri  zamanı  iştirakçıların  fiziki  sağlamlığı  təmin  edilir,  fiziki  mədəniyyət  formalaşdırılır,  onlarda 

estetik əxlaqi görüşlər daha da cilalanır, möhkəmlənir. İnsanlarda kollektivçilik münasibətləri möhkəmlənir. 

Məsələn,  keçirilən  idman  yarışlarına  hazırlıq  mərhələlərində  və  yarışların  keçirilməsi  prosesində 

kollektivçilik  münasibətləri  daha  da  inkişaf  edir.  Qarşıya  çıxan  çətinliklərin  aradan  qaldırılması 

müvəffəqiyyətin  təmin  edilməsi  üçün  kollektivin  tələblərinin  yerinə  yetirilməsi  qarşılıqlı  yardım,  kömək, 

qarşılıqlı anlaşma kimi kollektivçilik münasibətlərini daha da inkişaf etdirib möhkəmləndirilir. Yarışlar və 

müxtəlif fiziki tədbirlər prosesində yaranmış vəziyyətdən asılı olaraq müstəqil seçim, vəziyyəti də meydana 

çıxır ki, bu da tərbiyə olunanlarda həm müstəqillik həm də məsuliyyət tərbiyə edir. Beləki, müstəqil hərəkət 

seçimi  zamanı  həm  də  bu  icra  ediləcək  hərəkətin  nəticəsi  və  onun  ümumi  işə  təsiri  də  düşünülür.  Bu 

vəziyyət özü həmçinin insanlarda qorxaqlığın qarşısını alır, onları cəsarətli edir. 

Müxtəlif  müəssisələrin  funksiyasından  asılı  olaraq  fiziki  tərbiyənin  təşkili    formaları  müxtəlifdir. 

Sistemli  təlim-tərbiyə  müəssisələrində  fiziki  tərbiyə  xüsusi  dərslərdə  aparılır,  yəni  ibtidai  siniflərdə  –  1-ci 

sinifdən başlayaraq bütün təhsil müəssisələrində idman dərslərində uşaq, yeniyetmə və gənclərə həyat üçün 

zəruri  olan  idman  bacarıq  və  vərdişləri  formalaşdırılır,  fiziki  inkişaf  üçün  zəruri  biliklər  verilir.  Həmin 

dərslərdə aşılanacaq bilik, bacarıq və vərdişlər təhsil nazirliyinin təsdiq etdiyi proqram əsasında aparılır. Bu 

dərslərdə  təhsil  vəzifələri  həll  edilməklə  yanaşı  orqanizmin  funksional  imkanlarının  artırılması  da  nəzərdə 

tutulur.  İdman  dərsləri  vasitəsilə  ƏMH  kompleksinin  normativləri  həyata  keçirilir.  Fiziki  tərbiyə 

məşğələlərinə aşağıdakı tələblər verilir.  

1. 

Bədən tərbiyəsi məşğələləri sağlamlaşdırıcı xarakter daşımalı, gigiyenik     



  tələblərə cavab verməlidir. 

 2.Tərbiyə olunanların fiziki imkanları, hazırlığı öyrənilməli, fərdi       

    xüsusiyyətlərinə istinad edilməlidir. 

       3.Məşğələlərdə idman hərəkəiləri, onların insanlarda formalaşdırılması tərbiyənin digər tərkib hissələri 

ilə əlaqəli şəkildə aparılmalıdır. 

       4.Gün rejiminin təşkili də insanların fiziki inkişafı, sağlamlığının təmini  istiqamətində qurulmalıdır. 

       5.Bədən  tərbiyəsi,  məşğələləri,  müəyyən  idman  bacarığı  və  ya  vərdişi    formalaşdırılması  ilə 

nəticələnməlidir. 

Sistemli  təlim  müəssisələrində  idman  dərslərində  əsası  qoyulmuş  fiziki  tərbiyə  işi  sinifdən  və 

məktəbdənkanar  tərbiyə  işlərinədə  davam  etdirilir.  Bunlara  misal  olaraq  tədris  müəssisələrinədə  məşqlər, 

əməli  gimnastikalar,  böyük  tənəffüzlərdə  təşkil  olunan  oyunlar,  idman  əyləncələri  və  s.  göstərmək  olar. 

Sinifdənkanar  idman  məşğələləri  idman  dərslərinin  davamı  olub,  ümumi  fiziki  hazırlığın  artırılmasına, 

idmana  aid  marağın  inkişaf  etdirilməsinə  xidmət  edir.  Bu  bütün  tədris  müəssisələrində  idman  fəaliyyəti 



əsasında qurulur. Bu işə idman müəllimləri, təlimatçılar pedaqoji rəhbərlik edir, fəal idmançıların, gənclərin 

gücündən  istifadə  edilir.  Sinifdənkanar  tədbirlərin  təşkil  edilməsində  əsas  məqsəd  uşaq,  yeniyetmə  və 

gəncləri  bədən  tərbiyəsi  və  idman  işlərinə  cəlb  etmək,  bu  sahədə  bacarıq  və  vərdişlərini  daha  da 

möhkəmləndirmək,  insanlarda  təşkilatçılıq  bacarığı  formalaşdırmaqdan  ibarətdir.  Sinifdənkanar  idman 

tədbirləri  içərisində  kütləvi  idman  yarışları,  idman  bayramları  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  yarışlar  və 

bayramlar zamanı idman, bacarıq və vərdişləri nümayiş etdirilməklə yanaşı tərbiyənin digər tərkib hissələri 

insanların malik olduğu əqli və əxlaqi keyfiyyətləri də nümayiş etdirilir. 

Müxtəlif tip yay istirahəti düşərgələrində təşkil edilən idman işləri də bədən tərbiyəsində əhəmiyyətli rol 

oynayır. Bu düşərgələrdə uşaq, yeniyetmə və gənclərin səhhəti, hərəki bacarıq və vərdişləri möhkəmləndirilir. 

Bu düşərgələrdə fiziki tərbiyənin bütün növləri və imkanlarından istifadə olunur: səhər gimnastikası, müxtəlif 

idman oyunları, ƏMH normalarının yerinə yetirilməsi və s.  

Bədən  tərbiyəsi  işində  mədəniyyət  müəssisələri,  idman  komplekslərinin  rolu  xüsusidir.  Bu 

müəssisələrdə  idmanın  bütün  növləri  üzrə  müxtəlif  yaşlı  insanlar  spartakiadalara,  idman  yarışlarına, 

olimpiadalara hazırlanırlar. Bu hazırlıq əsasən idmanın bir sahəsi üzrə aparılır. Yəni idmançı bir sahə üzrə 

yarışa,  olimpiadaya,  bayrama  və  s.  hazırlanır,  həm  də  bu  prosesdə  qarşıya  qoyulan  məqsədin 

müvəffəqiyyətini  təmin  edən  digər  idman  təmrinləri  də  yerinə  yetirilir.  Bu  terminlərdə  idmanın  bir  neçə 

növünə  aid  mövcud  bacarıq  və  vərdişlərdən  formalaşdırılır.  Beləliklə,  bir  neçə  idman  vərdişləri  kompleks 

şəkildə  də  istifadə  edilir,  bu  isə  idmançını  fiziki  cəhətdən  daha  da  kamilləşdirir,  həmçinin  onda  əxlaqi 

saflığın əsasını qoyur. Yarışlar zamanı hər kəsin ictimai mənafeyi ilə şəxsi mənafeyi çuğlaşır. O, başa düşür 

ki,  qalib  gəlməklə  həm  öz  şəxsi  həm  də  aid  olduğu  ölkənin,  millətin  mənafeyini  müdafiə  edir.  Qələbə 

zamanı ölkəsinin dövlət himninin səsləndirilməsi, bayrağının qaldırılması həm idmançıda həm də onu əhatə 

edənlərdə  milli  iftixar  hissi  yaradır,  ideya-siyasi  cəhətdən  mətinləşdirir.  İdman  hazırlığı  prosesində 

məsuliyyət hiss, iradə, dözümlülük, mətin olmaq, çətinliyə dözüm, özünü məcbur etmə kimi keyfiyyətlər də 

inkişaf edib, möhkəmlənir.  

Mədəniyyət  müəssisələri  və  idman  komplekslərində  sistemli  təlim  müəssisələrindən  fərqli  olaraq  hər 

kəs  yaşından,  cinsindən,  peşəsindən  asılı  olmayaraq,  fiziki  tərbiyə  çalışmalarında  iştirak  edə  bilərlər.  Bu 

zaman  iştirakçıların  fiziki  və  digər  imkanları  nəzərə  alınır,  bədən  tərbiyəsi  və  fiziki  hazırlığa  verilən 

gigiyenik-pedaqoji  tələblərə  riayət  edilir.  Bu  müəssisələrdə  həmçinin  fiziki  tərbiyə  müəyyən  mənada 

özüntərbiyə xarakteri  alır. Hər kəs özündə istədiyi fiziki qabiliyyəti, bacarıq və vərdişi formalaşdırır. Ona 

görə  də  özüntərbiyə  prinsipləri  stimul  və  motivləri  idman  tapşırıqlarının  yerinə  yetirilməsində  özünü 

göstərir. 

Ümumiyyətlə mədəniyyət  müəssisələri, idman  kompleksləri, səhiyyə və digər  müəssisələrdə idmana 

aid  məşğələlər iki  məqsədlə təşkil edilir: 

1.  Sağlamlığı bərpa və  təmin  edən məşğələlər. 

2.  Xüsusi məqsədli məşğələlər. 

Bu  məşğələlərin  xüsusi  məqsədi    olduğu  üçün  ayrı  –  ayrı  proqramlar  əsasında  aparılır.  Belə  tip 

məşğələlər  orta    ümumtəhsil      məktəblərindəki  dərslər  və  əlavə  məşğələlərdən  fərqli  şəkildə  aparılır,  ona 

daha çox vaxt  ayrılır. Amma təlim və tərbiyənin bütün qanunlarına tabe edilir. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin