Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin 23 may 2012-ci il tarixli



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix31.01.2017
ölçüsü2,21 Mb.
#6887
  1   2   3   4   5   6   7

ARİF HÜSEYNOV 

NAMİQ HÜSEYNOV 

 

 

 



 

 

TORPAQ KİMYASI 



Ali  məktəblər üçün dərslik 

 

 

 

 

Azərbaycan Respublikası Təhsil 

Nazirinin  23 may 2012-ci il tarixli 

902 saylı əmri ilə ali məktəb 

tələbələri üçün dərslik  kimi təsdiq 

edilmişdir. 

 

 

 

 

 

    

 

Bakı – 2012 


Elmi redaktor: ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji 

kənd təsərrüfatı kafedrasının müdiri, k.t.e.d., 

professor A.H.Babayev 

 

Rəyçilər:  AMEA Torpaqşünaslıq və aqrokimya institutu, üzvi 

gübrələr və örtülü qruntun aqrokimyası 

laboratoriyasının müdiri, k.t.e.d., prof. P.B.Zamanov. 

 

GDU-nin tədris işləri üzrə prorektoru, k.e.d., prof. Y.Ə.Yusifov 

 

ADAU-nun Aqrotexnologiya fakültəsinin dekanı, k.e.d., prof. 

E.M.Mövsümov

 

ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji lənd təsərrüfatı 

kafedrasının professoru, k.t.e.d.. F.H.Axundov 

 

Arif Hüseynov, Namiq Hüseynov. 

TORPAQ KİMYASI. (Ali  məktəblər üçün dərslik). 

Bakı – 2012. 582 səh. 



 

Dərslikdə  torpaq  kimyasının  kənd    təsərrüfatında  istifadə  olun-

malı  məsələləri  açıqlanıb,  xam  və  mədəniləşdirilmiş  torpaqlarda  vacib 

olan  kimyəvi  reaksiyalar  xarakterizə  edilmiş,  torpaqda  ion  mübadiləsinin 

fundamental qanunları, turşuluğu və qələviliyi, oksidləşmə-reduksiya pro-

sesləri və rejimi, spesifik və qeyri-spesifik maddələri və gilli mineralların 

formalaşması kifayət qədər işıqlandırılmışdır. 

Torpaq kimyasının tətbiqi məsələləri və torpağın kimyəvi çirklən-

mədən mühafizə problemləri araşdırılaraq, mövcud ədəbiyyat məlumatları 

əsasında  torpaq  proseslərinin  termodinamika  məsələləri  xeyli  genişlən-

dirilmiş, torpaq humusunun vəziyyəti haqqında qayda və prinsiplər forma-

laşdırılmışdır.  Torpağın  kimyəvi  xüsusiyyətlərinin  və  monitorinqin  qiy-

mətləndirilməsində  onun  rənginin  göstəricilərindən  istifadə  imkanları 

müəyyənləşdirilibdir. 

Dərslik  universitetlərin  “Aqrokimya  və  torpaqşünaslıq”,  “Aqro-

nomluq”,  “Meliorasiya”,  “Biologiya”,  “Ekologiya”  və  digər  uyğun  gələn 

ixtisasların  tələbələri  üçün,  eləcə  də  magistrantlar,  doktorantlar  və  elmi 

işçilər üçün nəzərdə tutulmuşdur. 



 

 

Yerdə ol, göydə ol, fərqi yox bunun

Torpaqsan yenə də torpaqdır sonun. 

N.Gəncəvi 

 

 

ÖN SÖZ 

 

Ta  qədim  zamanlardan  müasir  dövrümüzədək  bəşər  si-



vilizasiyasının  əsaslarını  formalaşdıran  amillərdən  biri  torpaq 

və onunla bağlı münasibətlər sistemi olmuşdur. Xalqların for-

malaşması,  cəmiyyətin  ictimai  sifarişi  əsasında  sosial-siyasi 

təsisat olaraq dövlətlərin yaranması, başqa sözlə, müasir bey-

nəlxalq sistemin qurulması kimi məsələlər də bilavasitə torpaq 

amili ilə bağlı olmuşdur. 

Əgər  belə  demək  mümkünsə,  torpağa  münasıbət  fakto-

runun  tarixin  ən  mühüm  hadisə  və  proseslərində,  dövlətlərin 

yaranmasında və çökməsində, hətta ictimai formasiyaların də-

yişməsində  belə  həlledici  rolu  olmuş,  bəşəriyyətin  torpağa 

verdiyi qiymət bütün tarix boyu dəyişməyərək müasir zamana 

qədər gəlib çıxmışdır. 

Lakin  son  yüz  illikdə  respublikamızın  əhalisinin  sürətli 

artımı, yaşayış məntəqələrinin hədsiz genişlənməsi, böyük su-

varma  massivlərinin  yaranması,  dağ-mədən,  energetika,  nəq-

liyyat  və  s.  sənayenin  digər  sahələrinin  intensif  inkişafı  ətraf 

mühitə, təbii ekosistemlərə, o cümlədən torpağın kimyəvi xas-

sələrinə neqativ antropogen təsirlərin dəfələrlə artmasına gəti-

rib  çıxarmışdır.  Nəticədə  əkinəyararlı  və  digər  kateqoriyalar-

dan  olan  torpaqların  sahəcə  azalması  və  onların  münbitlik 

göstəricilərinin,  xüsusilə  kimyəvi  tərkibinin  keyfiyyətcə  pis-

ləşməsi səbəbindən biopotensialın azalması baş vermişdir. 

3


Qeyd  edək  ki,  respublikamız  dünya  ölkələri  arasında 

kənd təsərrüfatına yararlı torpaq sahələri ilə təmin olunmasına 

görə sonuncu  yerlərdə durur. Belə ki, hazırda bu kateqoriya-

dan olan torpaqların hər adama düşən miqdarı respublikamız-

da 0,12-0,14 ha arasında dəyişir ki, bu da olduqca zəif göstəri-

ci hesab olunur. Bu vəziyyət torpaq örtüyünün hər qarışından 

səmərəli istifadənin vacibliyini bizə bir daha diktə edir. 

Uzun müddət «Yeni dünya» jurnalının baş redaktoru iş-

ləmiş, yazıçı, publisist, ixtisasca meliorator, professor S.P.Za-

lıginin təbirincə desək «torpaq qatı cəmi 30, 40 və ya tutaq ki, 



50  sm  qalınlığa  malikdir.  Hər  şey  –  heyvanların,  bitkilərin 

yaşayışı,  bəşəriyyətin  təkamülü  və  həyatın  özü  –  yalnız  bu 

nazik  təbəqədə  baş  verir».  Bəli,  məhz  bu  nazik  təbəqə 

qorunub gələcək nəsillərə yararlı halda təhvil verilməlidir. 

Müqəddəs kitabımız Qurani-Kərimin Əraf surəsinin 58-

ci ayəsində deyilir: «Pak torpağın bitkisi öz Rəbbinin izni ilə 



firavan və bol çıxar. Pis olan torpağın bitkisi isə yalnız az və 

xeyirsiz  çıxar.  Pak  insanın  təbiətindən  gözəl  əqidələr  və 

işlər,  pis  insanın  təbiətindən  pis  əqidə,  sifət  və  əməllər  baş 

qaldırar».  Mən  sözümün  əvvəlində  dahi  Azərbaycan  şairi 

N.Gəncəvinin  beytini  təsadüfən  işlətməmişəm.  Dinimizlə  ya-

naşı  artıq  elmi  surətdə  də  sübut  olunmuşdur  ki, insan torpaq-

dan yaranmışdır və kimyəvi tərkibcə eynilik təşkil edir. 

Bir  dəfə  o  zamanın  populyar  jurnalı  sayılan  «Zdorov-

ye»də  tibb  üzrə  məşhur  alimin  məqaləsindən  götürdüyüm 

parçanın nöqtəsinə, vergülünə toxunmadan, tərcümə etmədən 

Sizin  nəzərinizə  çatdırıram.    «Ева  не  была  первой  женой 



Адама. Сначала бог сотворил ему из огня красавицу Ли-

лит.  Но  запах  глины,  из  которой  был  создан  Адам, 

достиг тонкого обоняния огнедышащей Лилит. Супруг 

стал  ей  неприятен,  и  она  покинула  его.  И  тогда-то, 

4


увидев  глубоко  удрученного  Адама,  бог  решил  сотво-

рить  ему  более  подходящую  жену.  Он  усыпил  Адама, 

вынул у него ребро и из этого ребра создал прекрасную 

Еву.  Вот  эта  жена  «плоть  от  плоти  и  кость  от 

кости», и стала его верной подругой»

Oddan  yaradılmış  Iblisin  nəslindən  olan  Lilit  torpağın 

müqəddəsliyini qəbul edə bilmədi. 

Folklorumuza müraciət etsək bizim xalqın da belə atalar 

sözləri  çoxdur.  «Ərlə  arvadın  torpağı  bir  yerdən  götürülüb», 

yaxud «Əti-ətindən, sümüyü-sümüyündən» və s. 

Məşhur  vətənpərvər  alim,  akademik  Ziya  Bünyadovun 

qələminin  son  məhsulu  olan  «Dinlər,  təriqətlər,  məzhəblər» 

kitabında Adəm – qədim yəhudicə «torpaq» deməkdir fikrinə 

rast gəlirik (səh.10). 

Onu  da  qeyd  edim  ki,  torpaq  da  ana  qədər  müqəddəs 

varlıqdır və başqa bir varlıq tanımıram ki, ana və torpaq qədər 

şeirlərdə bu dərəcədə vəsf edilsin. Ən məşhur nizamişünaslar 

hələ də N.Gəncəvinin bu qıfılbəndini aça bilməyiblər: 

 

«Dünyada Yer kimi ağır dolansan, 

Üç gövhər arxanda qalacaq, inan! 

Bütün gövhərlərin rəngi parlaqdır, 

Hamısından xoş gələn yenə torpaqdır. 

Torpaqda gizlidir o üç yoldaş da, 

Yenə də torpaq var o üç yoldaşda». 

 

(N.Gəncəvi “Leyli və Məcnun” səh.56) 



 

Bəli, təbii tarixi cisim, bizim əcdadımız olan torpaq əsas 

və əvəzsiz sərvətimizdir. Ondan nə dərəcədə səmərəli istifadə 

olunmasından cəmiyyətin taleyi və xalq təsərrüfatının gələcək 

inkişafı  asılıdır.  Torpaq  bütün  ictimai  formasiyalarda  insana 

5


qüdrət,  ölkəyə  bərəkət  və  cəmiyyətin  inkişafına  mütərəqqi 

istiqamət vermişdir. 

FAO-nun məlumatına  görə hər il 8,76 milyard ton qida 

istehlak edilir. Bu enerji ekvivalenti ilə 1,510

20

 ton coul kalo-



ridir. Bunun  90%-i  bitkiçilik, 10%-i  isə heyvandarlıq məhsu-

ludur.  Nəzərə  alsaq  ki,  hər  iki  məhsulu  torpaq  verir,  bu  təbii 

tarixi  cisimin  əhəmiyyəti  daha  parlaq  görünər.  Ona  görə  də 

torpağı  qorumaq,  onun  kimyəvi  tərkibini  daimi  olaraq  nəza-

rətdə saxlamaq, münbitliyinin azalmasının qarşısını almaq hər 

bir  vətəndaşın  müqəddəs  borcudur.  Bu  baxımdan  respubli-

kamizda  ilk  dəfə  nəşr  olunan  «Torpaq  kimyası»  dərsliyi  və 

onun  tədrisi  də  diqqət  mərkəzində  olmalıdır.  Dünyanın  bir 

nömrəli  müəllimi  Aristotel  deyirdi:  «Adi  müəllim  danışır, 

yaxşı müəllim göstərir, əla müəllim başa salır, dahi müəllim 

ruhlandırır».  Torpaq  kimyasını  tədris  etmək  üçün  ən  azı 

yaxşı müəllim olmaq lazımdır. 

Hazırda  respublikamızda  ekoloji  tarazlığın  pozulması, 

kənd  təsərrüfatına  yararlı  torpaqların  azalması,  bəzi  yerlərdə 

tamamilə sıradan  çıxması,  torpağın  əsas  xassəsi  olan  münbit-

liyin potensial və effektiv göstəricilərinin pisləşməsi bizə çox 

ciddi  xəbərdarlıqdır,  torpağın  ekoloji  böhranı  və  ya  deqra-

dasiyası kimi qarşılanmalıdır.  Bütün bunlar  «Torpaq kimya-

sı» dərsliyinə böyük ehtiyac olduğunu sübut edir. 

Müəlliflərin  belə  vacib  və  məsuliyyətli  bir  problemin 

həlli üçün çəkdikləri zəhmət təqdirə layiqdir. 

 

Prof. N.M.Xudiyev 



ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri,  

 filologiya elmləri doktoru,  Əməkdar Elm Xadimi. 

 

6



 

GİRİŞ 

 

Təbii-coğrafi  xüsusiyyətlərinin  müxtəlifliyi  ilə  seçilən 



Respublikamızın  ərazisi,  tropik  meşə  və  savanna  tipli  land-

şaftlar istisna olmaqla,  Yer kürəsində  yayılmış bütün  torpaq-

iqlim zonalarının mövcudluğu ilə səciyələnir. Bununla yanaşı, 

hər zona daxilində torpaqəmələgətirici ana süxurların, çökün-

tülərin,  bioloji  amillərin  və  insanın  təsərrüfat  fəaliyyətinin 

müxtəlifliyi  burada  çoxsaylı  torpaq  tipi  və  növlərinin  forma-

laşmasına səbəb olmuşdur. Ərazidə relyefin morfogenetik və 

morfometrik  xüsusiyyətlərin  mürəkkəbliyi  geosistemlərdə 

hidrotermik  rejimin,  maddələr  mübadiləsinin  və  başqa  amil-

lərin  kəskin  dəyişilməsinə,  beləliklə  də  torpağın  zonallıq  qa-

nunauyğunluqlarının  yaranmasına  və  bir-birini  əvəz  edən 

müxtəlif  torpaq  tiplərinin  formalaşmasına,  onların  kimyəvi, 

fiziki-kimyəvi və mineraloji xassələrinin müxtəlifliyinə səbəb 

olmuşdur. 

Bu gün Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb 

edən məsələlərdən biri də kənd təsərrüfatı təyinatlı torpaqların 

münbitliyinin  qorunması  və  yüksəldilməsidir.  Yeni  iqtisadi 

sistemə  keçidlə  əlaqədar  xırda  və  pərakəndə  torpaq  istifadə-

çiliyi şəraitində torpaqlarımızın münbitliyi son vaxtlar sürətlə 

azalır,  ölkə  ərazisində  səhralaşma  prosesi  intensivləşir.  Belə 

bir  şəraitdə  baş  verən  neqativ  proseslərin  qarşısını  almaq  və 

pozulmuş  ekoloji  tarazlığı  bərpa  etmək  üçün  «Torpaq  kim-

yası» dərsliyinin yazılması və nəşri zamanın tələbindən doğur. 

Müasir torpaq kimyası torpağın istifadəsi, xassələri və 

mənşəyi ilə bağlı məsələləri həll etmək üçün meydana çıxmış-

dır. Ona görə də onun ümumi tərifini aşağıdakı kimi vermək 

olar: torpaq kimyası – torpaqşünaslığın bölməsi olub, tor-

7


paqəmələgəlməsinin kimyəvi əsaslarını və münbitliyi öyrə-

nir. Bu məsələlərin həllinin əsasını torpağın tərkibini, xassələ-

rini  tədqiq  etmək  və  torpaqda  baş  verən  prosesləri  ion-mole-

kulyar  və  kolloidal  səviyyədə  öyrənmək  təşkil  edir.  Etiraf 

edək  ki,  torpaq  kimyasının  predmeti  xüsusi  təbii-tarixi  cisim 

olan torpaqdır. Torpaq kimyası da torpaqşünaslıq kimi müqa-

yisəli-coğrafi  və  profil-genetiki  metodlardan  istifadə  edir,  bu 

da bir sübutdur ki, torpaq kimyası torpaqşünaslığın digər böl-

mələrindən  ayrı  hesab  edilmir.  Burada  torpağın  spesifik  xas-

sələrini xarakterizə edən metodlar və göstəricilər işlənib hazır-

lanmışdır.  Məsələn,  torpağın  udma  qabiliyyətinin  göstərici-

ləri, humusun qruplar üzrə tərkibi, profil üzrə elementlərin ya-

yılması,  elementlərin  mütəhərrikliyinə  və  bitkilər  tərəfindən 

mənimsənilməsinə  görə  qruplara  bölünməsi,  torpağın  nitrifi-

kasiya qabiliyyəti və s. bu qəbildən hesab edilir. 

Torpaq kimyasına kimya elminin bir bölməsi kimi bax-

maq  düzgün  olmazdı,  çünki  bunun  başlıca  məqsədi  torpaq 

məsələlərinin həllinə həsr edilmişdir. 

Müasir torpaq kimyasının dörd başlıca istiqaməti müəy-

yən edilmişdir:  

1) torpaq kütləsinin kimyası,  

2) torpaq proseslərinin kimyası,  

3) torpaq münbitliyinin kimyası,  

4) analitik torpaq kimyası. 

Yuxarıda adı gedən istiqamətlərin hər biri ayrılıqda ya-

rımbölmələrə  bölünür.  Məsələn,  torpaq  kütləsinin  kimyası 

üç yarımbölmədə aşağıdakı problemləri öyrənir: 

a)  torpağın  tərkibi  haqqında  təlimdə:  torpağın  element 

tərkibi, faza tərkibi, bərk fazanın tərkibi, maye fazanın tərkibi, 

qaz fazanın tərkibi, fazalar sistemində tarazlıq, 

8


b)  torpaq  komponentlərinin  quruluşu  və  xassələri:  sadə 

duzlar, oksidlər və hidroksidlər, gilli minerallar, humus, üzvi-

mineral maddələr

c)  torpağın  xassələri:  udma  qabiliyyəti,  mühitin  reaksi-

yası,  kimyəvi-kolloidal  xassələri,  oksidləşmə-reduksiya  reji-

mi. 


Torpaq proseslərinin kimyası dörd yarımbölmədə aşa-

ğıdakı problemləri öyrənir: 

a) torpaqəmələgəlmədə  maddələr tərkibinin transforma-

siyası:  mineralların  sintezi  və  parçalanması,  üzvi  qalıqların 

parçalanması,  humus  maddələrinin  sintezi,  yeni  əmələgələn 

maddələrin kimyası,  

b)  differensasiya  olunmuş  torpaq  profilində  kimyəvi 

proseslər, 

c)  torpaq  profillərində  və  landşaftlarda  kimyəvi  birləş-

mələrin miqrasiyası və akkumulyasiyası, 

d)  torpağın  tərkibi  və  xassələrinin  hidrotermiki  və  bio-

loji şəraitlərdən asılılığı. 



Torpaq münbitliyi kimyası dörd yarımbölmədə aşağı-

dakı problemləri öyrənir: 

a)  qida  elementlərinin  ehtiyatı:  ümumi  ehtiyatları,  qida 

maddələrinin ehtiyatı, 

b)  qida  maddələrinin  balansı:  xam  landşaftlarda  ele-

mentlərin balansı, aqrofitosenozda elementlərin balansı, 

c) elementlərin mütəhərrikliyi və bitkilərə daxil olması-

nın  kimyəvi  əsasları:  birləşmələr  və  onların  mütəhərrikliyi, 

elementlərin mənimsənilməsi və termodinamiki əsasları, 

d)  torpaq  münbitliyinin  nizamlanmasında  kimyəvi  təd-

birlər. 

Analitik  torpaq  kimyası  üç  yarımbölmədə  aşağıdakı-

ları problemləri öyrənir: 

9


a)  elementlərin  və  maddələrin  kəmiyyətcə  təyini  və 

identifikasiya metodları, 

b)  torpaq  xassələrinin  təyini  metodları:  aktual  turşu-

luğun  təyini,  oksidləşmə-reduksiya  potensialının  təyini,  kol-

loidal-kimyəvi xassələrin təyini, 

c)  spesifik  torpaq  göstəricilərinin  təyini  metodları:  hu-

musun fraksiyalar və qruplar üzrə tərkibi, mübadilə kationları, 

mineral komponentlərin qruplar üzrə tərkibi, torpaq turşuluğu 

və qələviliyinin növləri. 

Yuxarıda  şərh  edilənlər  müasir  torpaq  kimyasının  öy-

rəndiyi problemlərin yalnız bir hissəsdir. Qarşıda hələ bunlar-

dan  heç  də  əhəmiyyəti  az  olmayan  daha  mühüm  məsələlərin 

həlli durur. Məsələn, torpaq profilinin əsaslandırılmış analizi, 

hansı ki, bircinsli ana süxurlar üzərində formalaşan torpaqlar 

haqqında  müxtəlif  hipotezalar  mövcuddur.  Bu  haqda  əsaslı 

surətdə nəzəri və analitik tədqiqatların aparılması vacib prob-

lemlərdən sayılır. 

Dərslikdə verilmiş düstur və tənliklərin asan anlaşılması 

üçün  kitabın  sonunda  latın  və  yunan  əlifbasını,  həmçinin 

Y.L.Meyer  və  D.İ.Mendeleyevin  elementlərin  dövri  sistemi 

cədvəlini oxuculara təqdim edirik. 

 

 



10

I FƏSİL 

QISA TARİXİ OÇERK VƏ TORPAQ KİMYASININ 

PROBLEMLƏRİ 

 

Hər  hansı  bir  elmin  tarixi  ilə  tanış  olmaq  istərkən,  əv-



vəlcə onun inkişaf dialektikasını başa düşməli, uğurlarının və 

uğursuzluqlarının  səbəbini  qiymətləndirməli,  hərəkətverici 

qüvvəsini aydınlaşdırmalı və nəhayət onun cəmiyyətlə inkişaf 

əlaqələrini öyrənmək lazımdır. 

Keçmişi öyrənmək müasir və gələcək zamanı başa düş-

mək üçün vacibdir. V.İ.Vernadskinin təbirincə desək «yenilik-

lər keçmişdə gizlənmiş və gözlənilmədən zühur edənlərdir». 

Elmin  inkişafının  yaxın  və  uzaq  perspektivlərini  gö-

rəndə  onun  elmi-tədqiqat  işlərinin  planlaşdırılması  asanlaşır, 

qanunauyğunluqları aydınlaşır, səhvlərdən və lazımsız təkrar-

lardan  uzaqlaşaraq,  keçmiş  alimlər  nəslinin  təcrübələrinə 

əsaslanaraq düzgün nəticələr çıxarmaq olur. 

Torpaq  kimyasının  inkişafı  çox  uzaq  keçmişdən  baş-

layır.  Belə  ki,  birinci  mərhələdə  toplanmış  kollektiv  təcrü-

bələrin  nəticələri  əsasında  qazanılan  bilgilər  kənd  təsərrüfa-

tının  inkişafına  tətbiq  edilmişdir.  Qədim  əkinçilərin  torpaq 

xassələri  haqqında  olan  fikirlərini  biz  indi  torpağın  kimyəvi 

xassələri  adlandırırıq.  Əkinçilik  təcrübəsində  kimyəvi  mad-

dələr torpağın yaxşılaşdırılması üçün tətbiq olunurdu. Məşhur 

tarixçi-torpaqşünas İ.A.Krupenikov yazırdı ki, hələ bizim era-

dan əvvəl II minilliyin başlanğıcında o zamanın inkişaf etmiş 

ölkələri sayılan Assuriya, Vavilon və Şumerdə torpağın təkrar 

şorlanmasına qarşı kimyəvi mübarizə tədbirləri aparılırdı. Elə 

həmin  zamanlarda  Mərkəzi  Amerika  xalqları  torpaq  turşulu-

ğunu azaltmaq üçün əhəngdən istifadə edirdilər. 

11


Qədim Roma əkinçiləri və filosofları şorlaşmış torpaqlar 

haqqında  məlumata  malik  idilər.  Vergiliy  (eramızdan  əvvəl 

70-19-cu  illər)  əkinçilik,  bağçılıq,  heyvandarlıq  və  arıçılıq 

haqqında olan məşhur  «Georgiki»  poemasında  yazırdı: «Tor-



paq  duzludur,  ona  görə  də  acı  adlandırıblar».  Daha  sonra 

qeyd  edir  ki,  torpağın  şorluğunu  təyin  etmək  üçün  onun  su 

çəkintisini hazırlayıb dadına baxmaq kifayətdir. Qədim yunan 

alimi,  «botanikanın  atası»  Teofrast  (bizim  eradan  əvvəl  372-

287-ci  illər)  gillicəli,  gilli,  qumsal  torpaqlarla  yanaşı  duzlu 

torpaqların da olması haqqında məlumat verirdi. 

Bundan başqa o dövrün alimlərinə torpağın udma qabi-

liyyəti  və  müxtəlif  kimyəvi  maddələrin  tutulub  saxlanması 

haqqında  bilgilər  yaxşı  məlum  idi.  Məşhur  qədim  yunan 

filosofu Aristotel (b.e.ə.384-322-ci illər) torpaq vasitəsilə də-

niz  sularının  duzlardan  təmizlənməsi  haqqında  məlumatlar 

verirdi. 

Daha  sonra  Romanın  filosof-materialisti  Tit  Lukretski 

Kar  (b.e.ə.99-55-ci  illər)  «Maddələrin  təbiəti  haqqında»  poe-

masında  dəniz  suyunun  torpaq  vasitəsilə  duzlardan  təmizlən-

mə mexanizmini təsvir etmişdir.  

 

«Harda ki, yerin yarıqlarından süzülüb sututarlara yığılır, 

Harda ki, öz acı hissələrini torpağın altında qoyur, 

Belə ki, çox asanlıqla torpağa yapışır, 

Onda dəniz suyu şirin və içməli olur». 

 

Əlbəttə, belə izahat müasir zaman üçün çox sadəlöv gö-



rünə bilər. Lakin Tit Lukretski Karın fikrini yeni elmi termin-

lə ifadə etsək ion mübadiləsinin mexanizmini asanlıqla təsəv-

vür etmək olar. 

12


Afrikanın şimali-qərb bölgəsində yaşayan əhali torpağın 

ion mübadiləsi qabiliyyətindən istifadə edərək, dəniz suyunun 

təmizlənməsi  məqsədilə  istifadə  etmələri  haqqında  çoxlu 

məlumatlar  mövcuddur.  Təbaşir,  əhəng  və  karbonatlı  gildən 

İngiltərə əhalisi 2000 il bundan əvvəl gübrə kimi istifadə edir-

dilər. Romanın məşhur yazarı və naturalisti Böyük Pliniy (24-

79-cu illər) «Təbiət tarixi» əsərində Böyük Britaniya adaların-

da  torpağa  əhəngin  tətbiqi  qaydaları  haqqında  xüsusi  qeydlər 

etmişdir.  O,  torpağın  xassələrindən  asılı  olaraq  əhəngin  altı 

tipini  müəyyənləşdirmişdir.  Müəllif  rütubətli  torpaqlar  üçün 

qumsal  əhəng,  quru  torpaqlar  üçün  «yağlı»  əhəngin  tətbiqini 

məsləhət görür və bunlarla birlikdə peyinin verilməsini vacib 

hesab edirdi. O, zaman torpağın qipsləşdirilməsi haqqında ve-

rilmiş qanun indi də İngiltərədə öz qüvvəsini saxlamaqdadır. 

XV-XVI əsrlərdən başlayaraq torpağın kimyəvi xassələ-

ri  haqqında  daha  dolğun  məlumatlar  formalaşdı  və  bu  haqda 

xüsusi ədəbiyyat nəşr olundu. 1850-ci ildə Fransada B.Palissi-

nin  «Əhəngli  torpağı  necə  tanımalı»  kitabı  işıq  üzü  gördü. 

Burada  əhəngli  torpaqların  yayıldığı  ərazilər  və  onların  isti-

fadə  qaydası  haqqında  təlimatlar  öz  əksini  tapmışdı.  İngilis 

filosof-materialisti  və  dövlət  xadimi  F.Bekon  (1561-1626) 

xalq  təcrübələrinə  istinad  edərək,  torpaqla  doldurulmuş  20 

ədəd  qabdan  dəniz  suyunu  süzərək,  istifadə  üçün  yararlı  ol-

duğunu sübut etdi. Bunu torpağın udma qabiliyyəti haqqında 

elmi-tədqiqat  işi  hesab  etmək  olar.  Onun  o  zaman  irəli  sür-

düyü fikir – «üç şey milləti böyük və firavan edər: münbit tor-

paq,  fəaliyyətli  sənaye,  əmlakın  maneəsiz  hərəkəti»  indi  afo-

rizm kimi «Ağılın ensiklopediyası» kitablarında məşhurdur. 

 

 

13



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin