Konosament çoxməqsədli universal sənəd kimi bir sıra funksiyalara malikdir:
konosament daşıyıcı agentin yükü qəbul etməsi barədə qəbz xarakteri daşıyır;
konosament dəniz daşımaları müqaviləsinin məzmunu və mövcudluğunu sübut edən sənəd kimi çıxış edir;
konosament gəmi fraxt edilmədikdə və ya çarter tərtib olunmadıqda, əsasən xətti gəmiçilikdə əsas daşıma sənədi kimidir və yükün konosamentdə göstərilən alıcısından asılı olaraq, konosament adlı, orderli, təqdim edilən formalarda sənədləşdirilir və s.