3.8. Nəqliyyat Nazirlərinin Avropa Konfransı
II dünya müharibəsindən sonra Avropa ölkələrində iqtisadiyyat sahələrinin bərpası üçün geniş həcmli proqramlar və layihələrin həyata keçirilməsi başlanılmışdı. Belə bir şəraitdə beynəlxalq nəqliyyat sisteminin inkişafı da diqqət mərkəzində idi. 1953-cü il oktyabr ayının 17-də Brüsseldə (Belçika) Avropa İttifaqı Komissiyalarının fəal dəstəyi ilə 16 Avropa dövləti hökümətlərinin imzladığı protokola əsasən Nəqliyyat Nazirlərinin Avropa Kofransı yaradılmışdır.
|