10.8. ABŞ-ın Boru kəmərləri nəqliyyat sistemi
ABŞ-da nəqliyyat sisteminin bir qrup xüsusiyyətləri diqqəti cəlb edir. Nəqliyyat xidmətinin strukturunda – 32 % - dəmir yolu, 24,5 % - avtomobil, 18 % - dəniz, 14 % - boru kəmərləri, 11 % - daxili su nəqliyyatı və 0,5 % - hava nəqliyyatı yer almışdır.
Boru kəmərləri nəqliyyatı vasitəsilə əsasən neft, neft məhsulları, təbii qaz nəql olunur.
ABŞ- da Boru kəmərləri nəqliyyatının əsas vəzifələrindən biri Cənub-Qərbi Mərkəzdə hasil olunan neftin əsas istehlakçılarının yerləşdiyi Şimal-Şərq ştatlarına çatdırılmasıdır.
ABŞ boru kəmərlərinin uzunluğuna görə dünya birincisidir (290 min km).
Dünyada ilk neft boru kəməri- 1865 - ci ildə ABŞ - da çəkilmişdir.
Dostları ilə paylaş: |