10.2. Boru kəmərlərinin tikintisi üzrə podratçıların Assosiasiyası
Boru kəmərlərinin tikintisi üzrə podratçıların Assosiasiyası (PLCA)-1948 –ci ildə yaradılmışdır.
Assosiasiyanın əsas vəzifələri-əmək kontraktlarının, boru kəmərləri sənayesində və tikinti obyektlərində təhlükəsizliyin qorunması problemlərinin və aktual məsələlərinin müzakirəsidir.
Assosiasiya üzvləri milli boru kəmərləri sazişlərinin müzakirəsini aparır və nəzarət edir. Bu Assosiasiyaya daxil olan dörd beynəlxalq ittifaq boru kəmərlərinin tikintisi proseslərində iştirak edirlər. Bunlara Şimali Amerika fəhlələrinin Beynəlxalq İttifaqı, Yük nəqliyyatı sürücülərinin Həmkarlar İttifaqı, Boru kəmərlərinin təmiri üzrə fəhlələrin və boru kəməri işçilərinin Birləşmiş Assosiasiyası və Mühəndislərin Beynəlxalq İttifaqı daxildirlər.
PLCA-ildə bir dəfə, fevral ayında qurultay keçirir. Təşkilat tərəfindən həftəlik fəhlə informasiya bülleteni buraxılır. Texas ştatının Universiteti ilə (Ostin şəhəri) Boru kəmərlərinin tikintisi lügəti nəşr olunur. Hazırda PLCA-ya 218 üzv daxildir, bunlardan
85-i fəxri, 59-u isə əsas fəaliyyətdə olan üzvlərdir.
Dostları ilə paylaş: |