Bu təşkilat ingiliscə İnternational Union of Marine İnsurance (İUMİ) adlanır və 1874-cü ildə İsveçrənin Bern şəhərində milli sığorta təşkilatlarının birliyi kimi yaranmışdır.
Təşkilatın ümumi rəhbərliyi Şura tərəfindən həyata keçirilir. Onun icraçı komitəsi və müxtəlif komitetləri fəaliyyət göstərir. Təşkilata Baş katib rəhbərlik edir. Bu təşkilat məsləhətverici statusa malikdir və beynəlxalq sığorta, dəniz daşımaları və gəmiçiliklə bağlı fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir.