Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 3.97 Mb.
Pdf просмотр
səhifə9/18
tarix23.06.2017
ölçüsü3.97 Mb.
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

üsulları 
Pambığın  növ  və  sortunun  bioloji  xüsusiyyətlərindən  başqa, 
müxt
əlif torpaq-iqlim  şəraiti  və  becərmədə  iştirak  edən aqro-
texniki  tədbirlər  pambıq  lifinin  texnoloji  keyfiyyətinə  müxtəlif 
dərəcədə təsir göstərə bilirlər. Lifin texnoloji keyfiyyətini öyrən-
mək  üçün  lifin  uzunluğunu,  yetişkənliyini,  möһkəmliyini, zərif-
liyini,  qırılma  uzunluğunu,  ştapel  uzunluğunu,  metrik  nömrəsini 
və s. bilmək lazımdır.    
Pambıq lifinin texnoloji keyfiyyətini   dəqiq müəyyən etmək 
üçün 
əsas məsələ saһədəki  pambıq kollarından nümunələrin gö-
türü
lməsini  düzgün  təşkil  etməkdən  asılıdır.  Ümumiyyətlə  nü-
mun
ələrin götürülməsi məһsul yığımları ilə əlaqələndirilməlidir. 
Seleksiya sortlarını, bir-birilə  müqayisə, etmək üçün nümu-
nələr  iki  müddətdə  aşağıdakı  qaydada  götürülür:  birinci-ikinci 
yığımda  kolun  birinci-beşinci  meyvə  budağının  birinci-ikinci 
yerlərindəki qozalardan, ikinci yığımda isə altıncı-onuncu meyvə 
budağının  birinci-ikinci  yerlərində  tam  açmış  qozalardan  gö-
türülür. Bu məqsədlə nümunə, bütün variantlardan, 4 təkrarın һər 
birind
ən 100 ədəd tam açmış qozalardakı xam pambıq toplanır.  
Xam  pambığı  yığılacaq  qozaların  sayını  düzgün  müəyyən 
etmək  üçün  100  gözü  olan  qutu  götürülür  və  onun  һər  gözünə 
yalnız bir qozadan yığılan xam pambıq qoyulur. 
 
Əgər100  gözlü  qutu  olmazsa,  onda  50  gözlü  qutu  da  (bu 
şərtlə  ki,  götürülən  nümunələrin  sayı  100  olsun,)  götürmək olar. 
Qutunu 50 gözlü götürdükd
ə  һər  variantdan  iki  dəfə  yığım 
aparmaq lazımdır. 
 
 
 

 
 
98 
 
6. 2. Nümun
ə lentinin hazırlanması 
Götürülmüş nümunələrdə lifi analiz etmək üçün onların lifini 
çiyidd
ən  ayırmaq    lazımdır.  Bunun  üçün  götürülmüş  nümunələr 
yığımlar  üzrə  ayrı-ayrılıqda  on  mişarlı  lifi  çiyiddən  ayıran 
maşından - laboratoria cinindən  (şəkil 41) keçirilir. 
Lif çiyidd
ən  ayrıldıqdan 
sonra h
ər sortun I və II yığım-
larından  alınmış  mahlıcdan 
variantlar  üzr
ə (4 təkrarı əha-
t
ə  etmək  şərtilə) hər birindən 
ayrı-ayrılıqda  nümunə  lenti 
ha
zırlamaq üçün 4-5 qr. mah-
lıc götürülür. Hazırlanmış nü-
mun
ə lentindən qarışıq qüsur-
lar, çiyid v
ə  çiyid  qalıqları 
t
əmizlənməlidir. Nümunə len-
ti 15-18 mm enind
ə hazırlanır. 
Lifin keyfiyy
ətini yoxlamaq 
üçün onu analiz
ə  buraxmaq 
lazımdır.  
Pambıq  lifinin  texnoloji  keyfiyyəti  yoxlanılan  zaman 
laboratoriyalarda otağın nisbi nəmliyi 65 ± 5%, temperaturu isə 20 
0
C ±5 
0
C  olmalıdır.  Pambıq  lifi  çox  hiqroskopik  olduğundan 
n
əmliyi özünə  tez çəkir və  tez də  quruyur. Ona görə  də  düzgün 
n
əticə  almaq üçün lif nümunələri  ən  azı  dörd  saat  laboratoriya 
şəraitində (otaqda) açıq halda  saxlandıqdan sonra analiz  edilir. 
 
6. 3. 
Pambıq lifinin ştapel uzunluğunun əl 
üsulu ilə təyini 
 
Lifin  uzunluğunu  əl  üsulu  ilə  təyin etmək məqsədilə  analiz 
üçün ayrılmış nümunədən təxminən 10 mq. lif götürür və onları 
el
ə  düzəldirlər ki, lifin hər iki tərəfi eyni xətt üzərinə  düşsün. 
Sonra h
əmin  lif dəstəsindən  əl  ştapeli  hazırlanır.  Hazırlanmış 
Şəkil 41.  Laboratoriya cininin 
xarici görünüşü 

 
 
99 
 
ştapel üzəri məxmər çəkilmiş lövhəyə qoyulur və ştapelin hər iki 
uc hiss
əsi  bıçaq  və  ya lansetlə  məxmər lövhəyə  sıxılır.  Sonra 
ştapelin  uc  hissələri  arasındakı  məsafə  millimetrli xətkeşlə 
ölçülür. Lifin ştapel uzunluğu tam ədədlə qurtararsa, onda bir ədəd 
az götürülür, uzunluq k
əsirlə  qurtardıqda  isə  həmin uzunluğa  1 
ədəd əlavə etmək lazımdır. Məsələn  əgər, lifin uzunluğu 26 mm, 
ya 30 mm v
ə  ya  43  mm  olarsa  bu  zaman  lifin  uzunluğu  belə 
götürülür: 25/26; 29/30 mm v
ə  42/43  mm.  Əgər  lifin  ucları 
arasındakı  məsafə  26 mm-dən  artıq,  27  mm-dən az, 30 mm-dən 
artıq,  31  mm-dən az, 43 mm-dən  artıq,    44  mm-dən az olarsa, 
onda lifin uzunluğunu 26/27 mm;   30/31 mm;  43/44 mm və i.a. 
götürm
ək lazımdır. 
Əl ölçüsü ilə  lifin  uzunluğunu  təyin etdikdə  ştapelin  hazır-
lanması və ölçülməsi iki təkrarda aparılır. Müxtəlif nəticə alındıq-
da is
ə üçüncü dəfə müəyyən edilməlidir. 
Lifin z
ərifliyini və möһkəmliyini müəyyən etmək üçün götü-

ləcək nümunələr onların uzunluğu ilə əlaqələndirilir. 
Lifin  uzunluğundan  asılı  olaraq  lif  kütlələrinin  götürülmə 
qaydası  10-cu  cədvəldə)  verilir.  Bu  cədvəldən görünür ki, uzun-
luğu 35-36 mm olan lifin zərifliyini təyin etmək üçün 35-40 mq, 
möhk
əmliyini təyin etmək üçün isə  50-60  mq    ağırlığında  lif 
götürülür. H
ər iki lif kütləsindən lif itkisinə yol verməmək şərtilə 
aşağıdakı qayda üzrə ştapel hazırlanır. 
C
ədvəl  10 
Lifin uzunluğundan asılı olaraq lif nümunəsınin götürülməsi, 
mq-la 
Pambıq lifinin 
uzunluğu, mm 
Bir milliqramda olan 
lifl
ərin sayını və lifin 
z
ərifliyini təyin etmək 
üçün 
Lifinmöhk
əmliyini 
t
əyin etmək üçün 
35/36- ya q
ədər 
35/36 - 44/45 
45/46 v
ə yüksək 
35-40 
40-45 
50-60 
50-60 
60-70 
70-80 
 

 
 
100 
 
Ştapel  iki  əlin  köməyilə  əldə  hazırlanaraq,  xüsusi  sıxıcının 
vasitəsilə məxmər lövһəyə çəkilir və elə edilir ki, lövһəyə qoyulan 
lifl
ərin bir tərəfi düz xətt üzərində dayansın. Lif tamamilə lövhəyə 
ç
əkilib  qurtardıqdan  sonra,  ştapel  maqqaşın  köməyilə  məxmər 
lövһədən götürülür və nümunə sol əlin şəһadət və baş barmaqları 
arasında sıxılaraq yenidən məxmər lövһəyə çəkilir. 
 Bundan sonra is
ə ştapel düz xətt üzərində yerləşən tərəfindən 
millimetrli  kağız  üzərinə  köçürülür  və  ştapelin  orta  һissəsindən 
sıxıcı  vasitəsilə  lövhəyə  sıxılaraq  darağın  əvvəlcə  seyrək (10 
iynə/sm) sonra isə (20 iynə/sm) sıx dişli tərəfi ilə  daranır. Ştapel 
əvvəlcə lap uça yaxın, sonra nisbətən qabaqdan, yəni ortaya yaxın, 
üçüncü  dəfə  isə  sıxıcının  sıxdığı  yerdən  (dodaqlarından)  başla-
yaraq t
ədricən daranır. 
 
Sonra ştapel sıxıcıdan azad olunur və onun daranmış һissəsi 
tamamil
ə sol əldə sıxılaraq, qalan һissəsi isə iki dəfə – seyrək və 
sıx dişli daraqla daranır. 
Birinci  ştapeldə  liflərin  ümumi  miqdarı  2500  -  3000  ədəd 
götürülür. Bir milliqramda olan lifl
ərin  sayını  təyin etmək üçün 
һəmin ştapel on һissəyə ayrılaraq һər biri ayrı-ayrı əşya şüşəsinə 
köçürülür v
ə  üzərində  lif  olan  əşya  şüşələri iki-iki (cüt) mik-
roskopa qoyulur v
ə əşya şüşəsindəki liflər 120-150 dəfə böyüdən 
mikrosko
pun  köməyilə sayılır. 
Sayılan  liflər  ehtiyatla  maqqaş  vasitəsilə  əşya  şüşəsindən 
çıxarılır və bir dəstəyə yığılır. Liflər elə yığılmalıdır ki, onların bir 
tərəfi düz xətt üzərində dayansın.  
Yığılan  lif  dəstəsi  daraqla  daranır  (ehtiyatla)  və  daranan 
zaman  dəstədən  çıxan  liflər  sayılmış  liflərini cəmindən  çıxılır. 
Sonra һəmin lif dəstəsi (ştapel) kəsiciyə qoyulub kəsilir. 
Lifin uzunluğundan asılı olaraq ştapel kəsiciyə elə yönəldilir 
ki, onun düz ucu il
ə kəsicinin bir tərəfinə qədər olan məsafə 11- ci 
c
ədvəldə göstərildiyi kimi olsun. 
Ştapelin  10  mm  uzunluğunda  orta  kəsiyi və  ştapelin  hər iki 
ucundan k
əsilən hissələr iki saat müddətində  laboratoriya  şərai-
tind
ə saxlandıqdan sonra ayrı-ayrılıqda 0,1 mq dəqiqliklə çəkilir. 

 
 
101 
 
C
ədvəl  11 
Lifin uzunluğundan asılı olaraq ştapelin kəsiciyə qoyulma 
ölçüsü 
Pambıq lifinin 
uzunluğu, mm 
Daranma üçün 
ştapelin düz 
ucundan 
sıxıcının 
ara m
əsafəsi, A 
Ştapelin 
k
əsiciyə 
qoyulma 
ölçüsü, B 
Ştapelin 
yuxarı 
sıxıcıda 
qoyulma 
ölçüsü, V 
34 /35 v
ə aşağı 
35/36 - dan 
44/45-
ə qədər 
45/46 v
ə yüksək 
16 
20 
26 




10 
13 
 
Bir  milliqram  ağırlığında  olan  lif  (M) vahidə  qədər dəqiqliklə 
aşağıdakı düstura əsasən hesablanır: 
 
mq
lif
E
E
n
M
j
j
/
2
1
+
=
 
 
Burada: n - lifl
ərin ümumi sayı; 
E
j1

10  mm  uzunluğunda  ştapelin  kəsilən orta hissəsinin 
milliqramla kütl
əsi; 
E
j2

ştapeldən qalan ucların milliqramla kütləsidir. 
 
M
əsələn,  əgər n = 2228 ədəd, E
j1 
= 3,64, E
j2 
= 4,60  olarsa 
onda M = 270,4 olar. 
 
4
,
270
24
,
8
2228
60
,
4
64
,
3
2228
=
=
+
=
M
 
 
Pambıq lifinin zərifliyi ( ) onda bır dəqiqliyə qədər aşağı-
dakı düstura görə hesablanır.     
            

 
 
102 
 
                                 
1
10
Ej
n
x
N
=
 
Burada: 10- 
ştapelin orta kəsiyinin millimetrlə uzunluğu; 
Ej
1
-
ştapeldən kəsilən orta hissənin milliqramla kütləsi. 
  
M
əsələn:  
9
,
6120
64
,
3
22280
64
,
3
2228
10
=
=

=
N
   
9
,
6120
=
N
 
 
6. 4. Xam pambığın liflilik dərəcəsinin 
(indeksinin) t
əyini 
 
Xam  pambığın  liflilik dərəcəsi (indeksi)  100  ədəd  çiyiddən 
alınan təmiz  lifin kütləsinə deyilir. 
Orta nümun
ə  (xam  pambıq)  diqqətli  qarışdırılaraq  bərabər 
qalınlıqda stol üzərinə yayılır və onun 20 müxtəlif yerindən təx-
minən  һər  biri  5  qr.  olmaqla,  100  qr.  ağırlığında  yenidən orta 
nümun
ə  götürülür.  Götürülmüş  orta  nümunələrin hər bir  uça-
ğanından (çiyidlə lifə birlikdə ucağan deyilir) lif ayrılır. Çiyiddən 
lifi  ayırmaq  üçün  bir  əlin  barmaqları  ilə  uçağanın  çiyidini  stola 
sıxır  və  digər  əlin  vasitəsilə  uçağandan  bir  dəstə  lifi  çiyiddən 
ayırırlar.  Uçağandan  һər  dəfə  ayrılacaq  (qoparılacaq)  lif  dəstəsi 
böyük olmamalıdır. Əgər lif böyük dəstə ilə qoparılarsa, onda lif 
ilə çiyidin üzərindəki qabığın һissəsi də qoparıla bilər. Uçağandan 
lif dəstəsini qopardıqda yalnız barmağın ucu   iştirak etməlidir ( 
dırnaq ilə  qoparmaq olmaz). 
 
Lifin  ortadan  qırılmaması  üçün  lifi  ayırdıqda  barmağın 
ucunun  çiyidin  üzərinə  təmas  etməsinə  fikir vermək      lazımdır. 
Çiyidin  üzərindən  pəmpə  altından  başqa  bütün  uzun  liflər qo-
parılmalıdır. Əl vasitəsilə çiyiddən lifi ayırdıqda eyni -vaxtda ora-
da olan  qarışıqlar da (ulyuk, zibil qarışığı və s.) təmizlənməlidir. 
Əl vasitəsilə çiyiddən lif ayrıldıqdan sonra çiyid və lif ayrı-ayrı-
lıqda  texniki tərəzidə 0,01qr. dəqiqliyi ilə çəkilir. Sonradan çəki-
nin nəticəsi 0,1qr. dəqiqliyə qədər yuvarlaqlaşdırılır və götürülən 

munədə olan  çiyidin miqdarı müəyyənləşdirlir. 

 
 
103 
 
Bir qram pambığın liflilik dərəcəsini aşağıdakı tənlik vasitə-
silə müəyyən edirlər:   
n
g
x
L
100
=
 
Burada: g - lifin qramla kütl
əsi; - nümunədəki çiyidin miq-
darı, ədədlə. 
Misal: Çiyidd
ən lif ayrıldıqdan sonra götürülmüş 100 qr. orta 
laboratoriya nümun
əsindən 35,3 qr. lif və 64,2 qr. çiyid alınmışdır 
ki, burada çiyidin ümumi miqdarı 485 ədəd təşkil etmişdir. Onda 
liflilik d
ərəcəsi  
.
278
,
7
485
3
,
35
100
qr
x
L
=
=
 
Liflilik dərəcəsi göstəricisini 0,1 qr. qədər yuvarlaqlaşdırdıq-
da təxminən 7,3  qr. təşkil edəcəkdir. 
Xam  pambığı  laboratoriyada  işlədikdə  liflilik  dərəcəsini 
(indeksini) һesablamaq üçün əvvəl laboratoriya cinindən 1 kq xam 
pambığı keçirərək ondan çıxan çiyid və lif çəkilir,  çiyidin miqdarı 
(sayı)  tapılır.  Sonradan  10  qr.  pambıq  götürülür  və  orada  olan 
çiyidin miqdarı müəyyən edilir.  
Liflilik dərəcəsi aşağıdakı kimi tapılır: 
1
,
4313
10
5
,
653
66
=
=
x
L
 
ədəd çiyid 
Burada: 66 ədədi -10 qr. xam pambıqda olan çiyidin miqdarı; 
653,5  ədədi  -  bir  kq  xam  pambıqda  olan  çiyidin  kütləsi  və  10  - 
nümun
ənin kütləsi, qr.- la. Beləliklə, 1 kq xam pambıqdan  alınan 
lifin kütl
əsi  346,5  qr.  (yəni  1000  qr.  -  653,5 qr. = 346,5 qr.) 
olacaqdır. Onda xam  pambığın liflilik dərəcəsi və ya indeksi 
.
03
,
8
1
,
4313
100
5
,
346
qr
x
=
 
olacaqdır. 
Əgər 100 ədəd çiyidin kütləsi və lif çıxımı məlumdursa, onda 
liflilik d
ərəcəsi (indeksi) bu tənliklə müəyyən edilir. 
 

 
 
104 
 
B
B
x
G
L

=
100
 
 
Burada:  L  -  liflilik d
ərəcəsi (indeksi); G-100  ədəd  çiyidin 
kütl
əsiqr.la;  - lif çıxımı, % - lə 
 
        Misal: Tutaq ki, 100 
ədəd çiyidin kütləsi 6,0 qram, lif 
çıxımı isə 35%- dir. Qiymətləri düsturda yerinə qoysaq liflilik 
d
ərəcəsinin 3,23 qrama bərabər olduğunu görərik. 
 
                      
.
23
,
3
65
210
35
100
35
6
qr
x
L
=
=

=
 
 
Laboratoriya  analizi  aparılmasından  alınmış  nəticələr xüsusi 
c
ədvəldə (cədvəl 12) aşağıdakı kimi qeyd edilir.      
  C
ədvəl  12 
Laboratoriya analizinin n
əticələri 
 
L
abor
at
or
iya
 № 

si
 
Pa
m

ğı

 pa
rti
ya

 
Pa
m

ğı

sor
tu
 
S
ən
aay
e s
o
rtu
 
S
ax
lan
m
a  y
er

X
am
 pa
m

ğı

 küt

si
, q
r. 
 
L
if
in
  k
ü
tl
əs
i,  q
r. 

la
 
T
oxum
un k
üt

si
,q
r.
-la
 
Toxum
un 
m
iq
da
rı,
 ə
d.
 
L
if
lilik
 d
ər
əc
əs
i, q
r. 
-la
 
T
ari
x
 v
ə 
an
al
iz ap
ar

im
zas
ı 
150 
55  3038 

3-cü 
bunt  
14 
5,3 
8,7 
7,2 
7,3 
4.XI. 
2011 
 
Aşağıdakı cədvəldə (cədvəl 13) 100 ədəd çiyidin kütləsi 6,0-
15,0 qram olduqda lif çıxımına görə liflilik dərəcəsinin qiymətləri 
verilmişdir.  
 

 
 
105 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
106 
 
6. 5. Pambıq lifində (mahlıcında) zibil qarışığının və porokun
2
 
(qüsurun) miqdarının təyini 
 
Dövl
ət  standartına  (AZS  162-2005)  əsasən  pambıq  lifinin 
zibilliyi onda olan mineral v
ə  üzvi  qarışıqların  və  porokun 
miqdarını  faizlə  xarakterizə  edir. Mineral zibillərə  torpaq, qum, 
toz v
ə s. üzvi qarışıqlara pambığın yarpağının, gövdəsinin, qoza-
sının,  qərzəyinin hissələri,  şulka,  özəksiz  çiyid  qabığı,  əzilmiş 
(qırılmış) və yetişməmiş (inkişaf etməmiş ) çiyidlər, pəmpə,  tük, 
ölü lif, düyünl
ər (ilməklər) və sairlər aiddir. 
Mahlıcın  (lifin)  zibillik  dərəcəsini  əl  vasitəsilə  müəyyən 
etm
ək üçün analiz  olunacaq materialın zibilliyini təmsil edə bilə-
cək  nümunə  götürülur.  Götürülən nümunənin  bütün  növlər  üzrə 
seçməklə hər zibil qarışığını ayrı-ayrılıqda çəkmək lazımdır. 
Zibil formalarının (porokun) qeydiyyatı. Mahlıcda düyün-
l
ər, yetişməmiş liflər, qoparılmış çiyid qabığı, yetişməmiş çiyidlər 
(ulyuk), üzvi, qeyri - 
üzvi qarışıqlar və başqa zibillər rast gəlinir.  
Düyünl
ər - bərk burulmuş və bir-birinə dolaşan lif qruplarına 
deyilir. Bu cür lifl
ər müxtəlif  formada dolaşmış olurlar ki, onları 
əl ilə  açmaq və  səhmana salmaq çətin olur. Lifləri  ilməkdən 
çıxardıqda  bəziləri  qırılırlar.  Əgər  əl vasitəsilə  dolaşan  liflər 
açılarsa,  onda  onları  dolaşan  zibil  hesablamaq  olmaz.  Kombinə 
edilmiş düyünlər bir neçə qrup liflərin (ikidən az olmamaq şərtilə) 
bir-birin
ə dolaşmasına deyilir.  
Düyünl
əri və  ya kombinə  edilmiş  düyünləri  əl ilə  açıldıqda 
onlardan lifl
ər  ayrıla  bilər. Belə  hallarda həmin  ayrılmış  lifləri 
barmaqlar vasit
əsilə daramaqla (sığallamaqla) onları təmiz, lakin 
az qüsurlu olan lifl
ərə aid etmək lazımdır. 
Yetişməmiş  liflər  --  bir-birinə  yapıxmış  kimi  görünməklə 
üz
əri ağ, nadir hallarda tutqun ağ, açıq-sarı və sarı rəngdə olurlar. 
Yetişməmiş  lifi  seçdikdə  gözləmək  lazımdır  ki,  onlarla  birlikdə 
yetişmiş liflər qarışaraq kənar edilməsin. 
                                                                                 
2
 Porok – 
yetişməmiş, uzununa tam  inkişaf  etməmiş, yoğun lif mənasını verir 

 
 
107 
 
Yetişməmiş  liflərə  sarınmış  yetkin  lifləri  ehmalca  ayırmaqla 
onları az qüsurlu təmiz liflərə aid etmək lazımdır. 
Qoparılmış  çiyid  qabığı.  Lifi çiyiddən  ayırdıqda    bəzən 
çiyidin üz
ərindəki  qabığın  bir  hissəsi liflə  bərabər qopur. Lif ilə 
birlikd
ə çiyiddən qoparılmış qabıq üzərində  müxtəlif uzunluqda 
lif v
ə  ya tük qala bilir. Lif və  tüklə  qoparılmış  qabığa  kənardan 
yapışmış  lif  və  tük də  ola bilər  ki,  onları  da  ayırmaq  lazımdır. 
Bunun üçün pinsetl
ə  qabıq  hissədən tutulur, lif barmaqlar 
vasit
əsilə daranır və ayrılan liflər “təmiz lif” qrupuna  aid edilir. 
Mahlıcı  zibillərdən təmizlədikdə  yalnız  xırda  (2  mm
2
-
ə  qədər) 
qabıq  hissəcikləri  mahlıcın    zibilliyinə, ondan böyük  qırıqlar  isə 
çiyid
ə  aid edilir. 
Yetişməmiş  çiyidlər (ulyuk). Ulyuk üzəri müxtəlif  rəngli 
yetişməmiş  lif ilə örtülü olan müxtəlif  irilikdə yetişməmiş çiyid-
l
ərə deyilir. Bu qrupa iri hissələrə bölünmüş (qırıq) qabıqlar da aid 
edilir. Yetişməmiş çiyidi (ulyuk) seçdikdə onun üzərindəki sərbəst  
yetişmiş liflər ayrılmalıdır. Çiyid qabığının hissəsinin böyüklüyü 
2 mm
2
 
dən  çox  olduğuna  görə  onu liflə  və  ya  tüklə  qopan 
qabıqdan asan ayırd etmək mümkündür. 
Üzvi  - 
mineral  qarışıqlar  və  zibil.  Bu  növ  zibil  qarışığına 
yarpaq,  çiç
əkyanlığı,  gövdə   və qərzək  һissəcikləri, qum, toz, 
kəndir qırığı və s. aiddirlər. 
Qeyd 1. 
Əgər  mahlıcın  zibilliyini  təyin etdikdə   onun 
daxilind
ə  tam  yetişmiş  çiyid  müşaһidə  edilərsə,  onu    seçməklə 
ayrıca  jurnalın  qeyd  һissəsində  “nümunədə  ......  ədəd çiyid 
müşahidə  edilib”  yazılır.  Nümunədə  tapılan  çiyidlər çəkilir  və 
onların kütləsinin ümumi nümunənənin  kütləsinə  nisbətən faizi 
tapılır.  Tapılan  pərəm,  qeyd  qrafasında  yazılır,  lakin  ümumi 
zibilliy
ə əlavə edilmir. 
2.  Zibilliyi mü
əyyən etdikdə  üzvi zibillərin bütün növləri 
k
ənar zibillərdən əlavə bir qrup üzrə birləşdirilir. Kənar zibillər də  
(k
əndir, saman və s.) ayrı bir qrupa birləşdirilir, onların kütləsini 
ümumi  nümunəsinə  olan  faizi  tapılır  və  blankda  «qeyd 
qrafasında» qeydə alınır və ümumi zibilliyə daxil edilir. 

 
 
108 
 
Sınağın  aparılma  üsulu.  Zibilin seçilməsi,  I  və  II  sort 
p
ambıq mahlıcında 50 qr. və III, IV, V və VI sort maһlıcda isə 10 
qr. orta nümun
ədə  müəyyən  edilir.  Əvvəlcə  götürülmüş 
nümunələrdən asan ayrıla biləcək toz və digər qarışıqları yüngülcə 
çırpmaqla (silkələməklə) təmizləyir və ayrılmış zibil və qarışığın 
kütl
əsi  müəyyənləşdirilir.  Zibildən  təmizlənmiş  saf  maһlıcın 
nümunədən  ayrılmış  zibil  və  qarışığının  kütlələri götürülmüş  50 
və ya 10 qr. nümunəyə görə  müəyyən edilir. 
Misal.  
Götürülmüş pambıq nümunəsini   yüngül zibil və iri 
qarışıqdan təmizlədikdən sonra kütləsi 400 qr., zibilin və iri qarı-
şığın kütləsi isə 10 qr. olmuşdur. Onda A- qram pambıq nümunə-
sin
ə düşən zibilin miqdarı aşağıdakı düsturla təyin olunacaqdır. 
 
10
400
10
+
=
A
x
X
 
 
Burada: A
pambığın (orta nümunə) kütləsi, q-la; 
- h
ər orta nümunədən  ayrılmış zibilin miqdarı, q-la; 
Yüks
ək növ pambıqlar üçün - 50 qr., aşağı növlər üçün 10 
qr. götürülür. 
Əgər,  orta  nümunəni  əldə  etmək üçün götürülən 20 çəngə 
pambığın kütləsi “A-X” - dən  az olarsa, onda 21- ci çəngəni də 
götürm
ək lazımdır. 
Ç
əkilmiş orta nümunədən zibili (poroku) 3 dəfəyə seçirlər. 


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə