Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 3.97 Mb.
Pdf просмотр
səhifə6/18
tarix23.06.2017
ölçüsü3.97 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

2. 12. Çiyid  
 
Ortalifli v
ə  zəriflifli  pambıqların  toxumları  oval-uzunsov 
formadadır.  Toxum  xarici  odunlaşmış  qabıqdan,  daxili  nazik 
p
ərdə  kimi  ağ  köynəkdən və  toxum  rüşeymindən ibarətdir. Ye-
tişmiş toxumun kütləsinin 55-60%-i rüşeymin payına düşür və o 
tox
um  qabığı  boşluğunu  tam  tutur.  Qabıq  0,25-0,35 mm nazik-
likd
ə  olmasına  baxmayaraq,  çox  kip  (sıx)  olmaqla  möhkəmdir. 
Qabığın  səthi tünd qonur rənglidir. Ortalifli pambıqların  1000 
toxumunun kütl
əsi 90-160 qr.; zərifliflərdə 120-150 qr.- dır.  
Pambıq  toxumları  (çiyid)  çoxlu  lazımlı  maddələrlə  zəngin 
olduğu üçün sənayedə geniş miqyasda istifadə  edilir. Çiyiddə 20-
25%  yağ,  18-20%  zülal,  nişasta,    fitin,  fosfamidlər, stearin, 
qossipol v
ə digər birləşmələr vardır. Rüşeymdə bu maddələr daha 
çoxdur (34-
43  %)  rüşeymdəki  yağ  27-28%-ə  çatır.  Toxumda 
çoxlu vitaminl
ər də vardır: 3,2-3,1 mq. B

(tiamin), 15-28 mq. B
2
 
(riboflavin), 11 mq. B
3
, 16-32 mq. B

(niatsin v
ə ya PP), 0,3 mq. 
hidrogen, 1,0 mq. B
6
 
(pridoksin),  3,8  mq.  folivoy  turşusu,  3400 
mq. inozit, 1,9 mq. karotinoid v
ə s. Bu vitaminlər insanın həyat 
f
əaliyyətini normal inkişaf etdirmək üçün lazımdır.  
Tiamin (B
1
)  sulu  karbonların  mübadiləsində  iştirak  edir. 
Riboflavin (B
2
)  zülal,  yağ  və  sulu karbonlar mübadiləsinə  təkan 
verir, orqanizmin boyatmasını və inkişafını yaxşılaşdırır.  Niatsin 
(B
5
) is
ə  pellaqra  (PP  vitamininin  çatışmaması)  xəstəliyinin qar-
şısını alır. Pridoksin (B
6
) ür
ək əzələlərinin yaxşı fəaliyyətini təmin 
edir, 
əsəb sisteminin normallığına səbəb olur.  
Toxumdakı  maddələrdən sənayedə  müxtəlif məhsullar isteh-
sal edilir ki, bunlar da xalq t
əsərrüfatının  ayrı-ayrı  sahələrində 
t
ətbiq edilir. 
Pambıq  toxumunun  əsas keyfiyyət göstəriciləri nəmlik, 
tükcüklük v
ə zibillikdir. Birinci sort toxumun nəmliyi 10%, ikinci 
sort toxumun n
əmliyi 11,0%, üçüncü sort toxumun nəmliyi 12,0 
% v
ə dördüncü sort toxumun nəmliyi 13 %, müvafiq olaraq zibil 
v
ə yağlılıq qarışıqları 0,-1,9; 2,0-3,5: 7,0-12,0 və 23,0-35,0% təş-
kil edir. Toxumun tükcüklük d
ərəcəsi  orta  lifli  pambıqlarda  5,0-

 
 
61 
 
10,5%; 6,0-10,5%; 7,0-11,0 v
ə  8,0-13,0% və  zərifliflilərdə  2,0-
6,5%; 3,0-7,5%; 4,0-8,5% v
ə 4,5-9,0%-ə bərabərdir (cədvəl 4 ). 
C
ədvəl  4 
Pambıq çiyidinə qoyulan tələblər 
 
Çiyidin 
növü 
Qüsurlu 
çiyidl
ərin 
miqdarı, % 
- l
ə 
N
əmliyin 
miqdarı, % 
- l
ə 
Tüklülüyün miqdarı, 
% - l
ə (bazis) 
Orta lifli 
pambıq 
növü 
Z
ərif lifli 
pambıq 
növü 

1,5 
10 
5,0-10,5 
2,0-6,5 
II 
3,0 
11 
6,0-10,5 
3,0-7,5 
III 
11,0 
12 
7,0-11,0 
4,0-8,5 
IV 
33,0 
13 
8,0-13,0 
4,5-9,0 
 
Yağ-piy sənayesi müəssisələrində  emal olunmaq üçün gön-
d
ərilən  pambıq  çiyidi  AZS  159-2005  standartının  tələblərinə 
cavab verm
əlidir. 
2. 13. Pambıq yağı 
 
Pambıq  çiyidində  olan maddələrdən  ən qiymətlisi yeyinti 
s
ənayesində  qida  kimi  geniş  yayılmış  pambıq  yağıdır.  Keçmiş 
Sovet  İttifaqında  istehsal  olunan  bitki  yağlarının  22  %-i  pambıq 
yağının payına düşürdü. İstifadə həcminə görə pambıq yağı bitki 
m
ənşəli yağlar içərisində dördüncü yeri tutur. Birinci üç yeri soya, 
gün
əbaxan və yerfındığı (araxis) bitkilərinin yağları tutur. Xardal, 
zeytun,  küncüt,  qarğıdalı,  saflor    və  s. bitkilərdən də  yağ  alınır. 
Orta  Asiya  respublikalarında  bu  yağlardan  ən  çox  işlədilən  yağ 
pambıq  yağıdır.  Pambıq  yağı  dünya  üzrə  istehsal olunan bitki 
yağlarının 11-12%-ni təşkil edir. 
Bel
əliklə  aydın  olur  ki,  pambıq  toxumları  yağ-piy sənayesi 
üçün çox mühüm xammal 
əhəmiyyəti  kəsb etməklə,  yağ  isteh-
salında  istifadə  edilir.  Yağ  ayırma  (ekstraksiya)  zavodlarında 
presl
əmə  və  ya  ekstraksiya  (çıxarma,  ayırma)    üsulu  ilə  1 ton 
texniki çiyidd
ən 170-180 kq xam yağ alınır. 

 
 
62 
 
Yağ- piy sənayesi müəssisələrində pambıq çiyidinin yağlılığı 
laboratoriyada AMB -1006 v
ə  ЯМР  analizatorunda  eləcədə 
“Naaba” aparatının tətbiqi ilə müəyyən edilməli və AZS 165-2005 
standartının tələblərinə uyğun yerinə yetirilməlidir. 
Pambıq  çiyidindən  yağ  alma  texnologiyası  aşağıdakıları 
n
əzərdə tutur: toxumu xırda və iri zibillərdən təmizləmək. Bu iş 
taylarda  aparılır;  axırıncı  təmizlənmə  pnevmatik təmizləmədir. 
Bundan sonra toxumlar, lazım olan nəmliyə çatdırılır. Bu iş nəm-
l
əndirmə kamerasında doydurulmuş buxar  və ya buxar-su qarışığı 
texnologiyası ilə yerinə yetirilir. 
 
Toxumun  emal  texnologiyasında  yerinə  yetirilən ilkin əmə-
liyyatlardan  y
əni qabaqcadan yerinə yetirilən işlərdən biri tükcük-
lü  toxumların  dairəvi  puxayıran  və  toxumu lütləşdirən maşın-
lardan keçirilm
əsidir. Alınmış puxu taylayırlar (presləyirlər) bun-
dan sonra dig
ər emal müəssisələrinə göndərirlər. 
Sonrakı əməliyyat toxumun qabığını soymadır. Bu o demək-
dir ki, toxum k
əsilir beləliklə  qabıq  rüşeymdən  ayrılır.  Sonra 
rüşeym doğrayıb-xırdalayan dəzgahlarda xırdalanır. Belə xammal 
d
əzgahdan 5 dəfə  təkrarən keçirildikdən  sonra  xırdalığına  görə 
yekcins kütl
ə alınır. Bu texnologiya ilə alınmış kütlədən presləmə 
üsulu il
ə və ya ekstraksiya metodu ilə pambıq yağı alınır. 
Emalın  nümunəvi sxeminə  görə  yumşaldılmış  kütlədən  yağ 
alma,  ikiqat presl
əmə ilə həyata keçirilir. Bu halda yumşaldılmış 
kütl
ə seli ələyən xəlbirə daxil olaraq  elektromaqnit separatorun-
dan  keçirilir,  burada  ondakı  ferroqarışıqlar  və  digər  əlavələr tə-
mizl
ənir.  Saflaşdırılmış  (təmizlənmiş)    kütlə  buxarlayan-isladan 
şnekə daxil olur. Burada o isidilir və dolu buxarla isladılır və ya 
bu 
əməliyyat kondensatla yerinə yetirilir. 
Toxumun  sortundan  asılı  olaraq  emal  temperaturu  60-80
0

n
əmlik isə  11,5-17,0 %-ə  kimi  qaldırılır.  Bundan  sonra  həmin 
kütl
ə 100-110 
0
C - d
ə qovurulur.  
Qovurma sexind
ə hazırlanmış kütlə, yağını sıxıb – çıxarmaq 
üçün  sıxıcılara  (preslərə) verilir. Buna baxmayaraq, presin 
(sıxıcının)  altından  çıxmış  jmıxda  16  %-ə  kimi  yağ  qalır.  Buna 
gör
ə  də  təkrar presləmə  əməliyyatı  həyata keçirilir. Bunun  üçün 

 
 
63 
 
jmıx    diskli  dəyirmanlarda  yekcins  xırda  dənəvər kütlə  alınana 
kimi t
ədricən xırdalanır. Bundan sonra alınan jmıxın 60-70 %-i 1 
mm-d
ən xırda  hissəciklərdən ibarət olur. Daha sonra xırdalanmış 
jmıx qovurma  qazanlarda təkrarən istilik emalına keçirilir. 
Yağı  sıxılıb  çıxarılmış  jmıx,  120-130 
0
C kimi yüks
ək tem-
peratura malik olmaqla, n
əmliyi 2-3 % olur. Sonra  jmıx öz-özünə 
yanmasın  deyə  onu  xüsusi  kalonkalarda  (su  qızdırmaq  üçün 
silindr şəkilli qazan) soyudurlar. Saxlanca qoymazdan əvvəl jmıxı 
10-15 mm  böyüklükd
ə  hissəciklərə kimi xırdalayırlar və nəmli-
yini 7%-
ə kimi artırırlar. 
Pambıq  yağının  ekstraksiya  (çıxarma,  ayırma)  texnologiyası 
il
ə  istehsalı  da  iki  etapda  (mərhələdə) gedir. Birinci mərhələdə 
əzik toxum kütləsi  yuxarıda  təsvir  edilən texnologiya ilə  (yad 
qarışıqlardan təmizləmək, nəmləndirmə, qovurma) hazırlandıqdan  
sonra forpresl
ərə (sıxıcılara) daxil olur. Burada, əvvəlcədən, yəni 
ekstraksiyadan qabaq yağı çıxarırlar. Yağı sıxıb çıxarandan sonra 
jmıx əzilib xırdalanır, jmıx yarmasına çevrilir. 
İkinci etapda yarmacıqlar  nəmləndirici şnekdən keçərək emal 
edilir, buradan da xüsusi d
əzgaha keçirilir və burada emal edilir. 
Bu texnologiya ekstraksiya x
ətlərində  (НД-1250 və  s.) yerinə 
yetirilir. H
əlledici kimi benzin tətbiq edilir. 
Şrotun  (cecə)  yağı  ekstraksiya  üsulu  ilə  çıxarıldıqdan  sonra 
yüks
ək temperatura malik olur. Nəmliyi 6-10%-ə yaxın olur. Ona 
gör
ə  də  şrot  dərhal soyudulur. Nəmliyini 7-8%-ə  çatdırdıqdan 
sonra  xırdalayırlar.  Saxlamaya  qoyulan  şrot  da  benzinin  miqdarı 
0,1%-d
ən artıq olmamalıdır. 
Şrotda  sərbəst  yağ  turşularının  olması  qeyri  məqbul  sayılır. 
Bu  hal  yağın  turşuluğunu  artırıb,  mədə  -bağırsaq  xəstəliklərini 
çoxaldır.  Standarta  müvafiq  bitki  yağında  sərbəst  yağ    turşuları 
0,1-0,15 %-d
ən artıq olmamalıdır. 
Yağda  turşuluq  artıq  olduqda  o  yenidən texniki məqsədlər 
üçün emal edilm
əlidir. 
T
əmizlənməmiş pambıq yağı  qırmızı-qonur, bəzən tam qara 
r
ənli, xoşagəlməyən  spesifik iyə və acı tama malik olur. Ona görə 
d
ə  yağdakı  qarışıqlar  aşağıdakı  rafinasiya  (təmizləmə,  saflaşdır-

 
 
64 
 
ma)  üsulları  ilə  təmizlənir. Hidrotasiya, qələvi ilə  rafinasiya, 
adsorbsiya üsulu il
ə ağartma, dezodorasiya. 
 Hidrotasiya  prosesind
ə yağa  az miqdar su qatılır və mütləq 
diqq
ətli olaraq, qatışdırılır. Bundan sonra su çökdürülür və qabın 
dibind
ə fosfamid tərkibli yağlı çöküntü əmələ gəlir, yağ ayrılır. Bu 
çöküntü  hidrotasiya  fuzomu  adlanır.  Daha  sonra  ondan  suyu 
buxarlandırmaqla,  yapışqanlı  duru,  kütlə  alınır.  Bu  kütlə  əsasən 
fosfamid v
ə yağdan ibarətdir. Bu fosfamid konsentratıdır. Bundan 
son
ra yağ qələvilərin sulu məhlulunda rafinasiya edilir. Buradakı 
reaksiya n
əticəsində  sabunlaşma  gedir.  Burada  soapstok  əmələ 
g
əlir və  o  yağdakı  qatışıqları  özü  ilə  aparır.  Soapstok  rafinasiya  
istehsalının tullantısıdır. 
Q
ələvilərdə  rafinasiya  prosesində  sərbəst  yağ  tullantıları  və 
dig
ər qarışıqlar, hətta belə qossipol (antranilida qossipolu şəklin-
d
ə) tam kənar edilir təmizlənir. 
Yağın  adsorbsiya  üsulu  ilə  ağardılması  ağardan  gillə  -  mə-
s
ələn: bentoninlə  aparılır.  Bunları  tətbiq etməzdən  əvvəl sulfat 
tu
rşusu ilə işləyib onun adsorbsiya fəallığını artırırlar. Yağı şəffaf-
laşdırma isə ona ağardıcı gilin qatılması ilə baş verir. Bu zaman 
müxt
əlif rəng verən maddələr (piqmentlər) gilin səthinə  yapışıb 
orada qalırlar. Tam ağardıqdan sonra yağ ona xas olan küləşi - sarı 
r
əng alır. 
Pafinasiya edilmiş yağ, yalnız pambıq yağına xas olan, xoşa-
g
əlməz iy və  tamlı  olur.  Bu  mənfi  halı  aradan  götürmək üçün 
dezodorasiya prosesi h
əyata keçirilir. Bu prosesin mahiyyəti odur 
ki, isidilmiş yağa isidilmiş buxar üfürülür. Bu üfürmə ilə isti buxar 
yağdakı  iy  verən maddələri özü ilə  aparır.  Təmizlənmiş  pambıq 
yağı, mühüm  yeyinti məhsuludur. Onun yüksək  qidalılıq keyfiy-
y
əti vardır.  Bu keyfiyyətin göstəriciləri isə  yağda olan turşuların 
qliserid t
ərkibi ilə müəyyənləşdirilir (əlavə maddələr, karotinoid-
l
ər, tokoferollar, stearinlər və s.). 
Yağın strukturu və xassəsi pambığın bioloji sortundan, becə-
rilm
ə  şəraitindən  asılıdır.  Pambıq  yağının  tərkibində  yağ  turşu-
larından stearin, palmit, olein, aralin, linol, miristin və s. vardır. 

 
 
65 
 
Triqliserid  yağın  əsas  komponenti  sayılır.  Bu  qliserinlə 
turşuların  birləşməsi deməkdir. Bunlarda bir molekul qliserin üç 
molekul yağ turşuları ilə birləşmişdir. Pambıq yağının yağ turşu-
ları aşağıdakılara ayrılır: bərk palmit və linol (22 %), duru olein 
v
ə  linol  (77,2%).  Çiyid  yağında  turşuluq  ədədi AZS 166 -2005 
standartına görə müəyyən edilir. 
Duru triqliseridl
ərin  yağda  çoxalması  pambıq  yağının    duru 
olmasının  əsas  şərtidir. Ona görə  bu  yağ  otaq  temperaturunda 
durulur. 
Qaramal, qoyun, donuz 
piyi pambıq  yağından və digər bitki 
m
ənşəli yağlardan onunla seçilir ki, bunlarda doymuş piy turşuları 
doymamışlardan çoxdur. 
Yağ  turşularının  miqdarına  görə  pambıq  yağı  günəbaxan və 
soya  yağlarına  yaxındır. Pambıq  yağı da o biri yağlar kimi linol 
turşusunun giliseridləri ilə  zəngindir.  Pambığın  sortları  toxumu-
nun yağlılıq dərəcəsinə görə biri-birindən seçilirlər.  
Pambıq  yağının  əsas üstünlüyü onda əvəzedilməz linol 
turşunun olmasıdır. Bu turşu insan bədəninə həddən artıq lazım-
dır.  Bu  turşu  qandan  xolesterinin  çıxarılmasına  şərait yaradır. 
Xolesterinin qanda çoxalması isə ateroskleroza gətirib çıxarır. 
Qanda h
əmin turşunun tamam olmaması isə dərinin spesifik 
x
əstəliklərinin  əmələ  gəlməsinə  səbəb olur. Özünün fizioloji 
xüsusiyy
ətlərinə görə linol turşusu F-vitaminlər qrupuna aid edilir. 
Uşaq bədənində linol əmələ gəlmir. Ona görə də o bədənə mütləq 
qida il
ə (əsasən bitki mənşəli yağlarla) daxil olmalıdır.  
Pambıq  yağı  ilə  müqayisədə  heyvan    yağlarında  (qaramal, 
qoyun, donuz v
ə s. piyi) yuxarıda adı çəkilən xeyirli turşu (linol 
turşusu) çox cüzi miqdardadır. Ona görə də doymamış turşuların 
miqdarına görə pambıq yağı, heyvan  yağına  nisbətən zəngin və 
xeyirli yağdır. 
100 qram pambıq yağında 99 mq., günəbaxan yağında 67 mq, 
zeytun yağında isə cəmi 13 mq. tokoferol yəni E vitamini vardır. 
Bu vitamin sonsuzluq x
əstəliyində  çox  əhəmiyyətlidir. 
Sonsuzluqdan 
əziyyət çəkənlər  pambıq  yağı  (E  vitamini)  qəbul 
etdikd
ə  düşərli olur və  hamiləlik  çox  yaxşı  gedir.  Bu  yağa  yaşlı 

 
 
66 
 
adamın  tələbatı  gündə  12-15 qramdır.  Bundan  başqa  pambıq 
yağında  beta  -  sitosterin  vardır.  Bu  maddə  qan təzyiqini  aşağı 
salmaqla, orqanizmd
əqan damarlarının kövrəkləşməsinin qarşısını 
alır, əsəb sisteminə tənzimləyici təsir edir. 
 
Pambıq  yağının  bir  komponenti  də  sitosterindir. Bu isə 
gün
əşin ultrabənövşəyi şüalarının təsiri ilə D vitaminə çevrilir. D 
vitamini uşaqlarda raxit xəstəliyinin qarşısını alır. Kristallaşdırma 
metodu il
ə pambıq yağından palmitin alınır. Bu isə 45 %-ə kimi 
palmitin turşusu deməkdir. Pambıq palmitini yeyinti sənayesində 
geniş  tətbiq edilir. Qənnadı  məmulatlarına  lazım  olan  strukturu 
verm
ək üçün işlədilir. O eyni zamanda yeyinti məhsullarına yaxşı 
tam v
ə ətir verir. Pambıq yağından palmitini çıxardıqdan sonra  o 
zeytun  yağı xüsusiyyətlərini alır, demək yüksək keyfiyyətli salat 
yağı olur. 
Ərzaqlıq pambıq yağı 32-36 
0
C-d
ə hidrolizə edilərək, bərk piy 
alınır,  buna  “salomas”  (sabunbişirmədə  istifadə  edilən süni piy) 
deyirl
ər. 
 
Pambıq  yağından  müxtəlif sort marqarinlər  alırlar.  Bunun 
üçün o 
əvvəlcə heyvan piyində və ya süddə işlənilir. Bu marqarin 
tamı, rəngi və fiziki xüsusiyyətlərinə  görə kərə yağına oxşayır və 
müxt
əlif qənnadı  kremlərinin, peçenye, piroq və  tortların  hazır-
lanmasında işlədilir. 
Pambıq yağının bir qismi də texniki məqsədlər üçün istifadə 
edilir. Bunun üçün onu qliserin
ə  və  yağ  turşularına  çevirmək 
lazımdır. Qliserin tibb və ətriyyat sənayesində geniş tətbiq edilir. 
Texniki qliserin d
ə hazırlanır ki, buna nitroqliserin deyilir. Pambıq 
yağından stearin, şəkər yağı və s. xüsusi məhsullar hazırlanır. 
Çiyidd
ən  alınan  yağlı  soanet  turşusu  tərkibinə  görə  30% 
olein,  40%  linol  (doymamış)  turşuları  və  30%  doymuş  linol 
turşusundan ibarətdir. 
K-
1 adlanan aviasiya preparatının tərkibinə olein turşusundan 
başqa  xaricdən  alınan  palma  yağı  və  pambıq  yağının  tərkibində 
olan soapstok turşusu daxildir. Bu preparat  viskoz-kord saplarının 
emalında  (işlənməsində)  işlədilir.  Bu  işləmədən sonra saplar 
üz
ərində  statistik elektrik yükləri dəf edilir. Bu preparat lifin 

 
 
67 
 
üz
ərinə yapışaraq fasiləsiz işləməni təmin edir. Soapstokun tətbiqi 
bununla bitmir, o çox yerd
ə işlədilir. 
Soapstokun    yağlı  turşularını  distillə  etdikdən sonra qalan 
qalıq  “qudron”  adlanır.  Qudronun  tərkibində  12% azotlu birləş-
m
ələr, 36% qossipolun çevrilmələri və 52%  yağ turşuları vardır. 
Yapışdırıcı kimi işlədilir, istiyədavamlı materialların istehsalında 
istifad
ə  edilir.  Antiseptikdir,  damlara  vurulan  ağac  materialını 
göb
ələklərdən  qoruyur.  Qudron  asfaltla  qatılanda  hər cür hava 
şəraitində qırlama (asfalt salma) aparmaq mümkün olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
68 
 
III FƏSİL. XAM PAMBIĞIN QƏBUL QAYDASI 
VƏ STANDARTLAŞDIRILMASI 
 
Pambıqtəmizləmə zavodlarında  xam  pambığın  qəbulu iki və 
üç zonalı sistem üzrə həyata keçirilir. 
Üç  zonalı  sistemdə  tədarük  məntəqəsinin  ərazisi üç zonaya 
bölünür:  Giriş  qapısından  tərəzilərə  qədər olan I zonada, əmtəə-
şünas,  xam  pambıqdan  laboratoriya  analizləri üçün nümunələr 
götürür v
ə  onun keyfiyyətini təyin  edir:  II  zonada  xam  pambıq 
ç
əkilir və baş əmtəəşünas tərəfindən onun qəbulu sənədləşdirilir: 
III zonada q
əbul  olunmuş    xam  pambıq, partiyalar üzrə  açıq  və 
bağlı anbarlara vurulur və əmtəəşünas tərəfindən onun keyfiyyəti 
yoxlanılır.  III  zonaya  qurutma  -  təmizləmə  sexi də  daxildir.  İki 
zonalı  sistemdə  isə  xam  pambığın  qəbulu, çəkilməsi və 
keyfiyy
ətinin təyin edilməsi  baş  əmtəəşünas  tərəfindən I zonada 
t
ərəzinin yanında həyata keçirilir. 
Əgər xam pambıq müvafiq standartların tələblərini ödəmirsə, 
onda  onun,  I  zonadan  sonra  buraxmayıb,  yenidən qurudulması, 
t
əmizlənməsi və növləşdirilməsi üçün geri göndərirlər.  
II  zonada  xam  pambığın  partiyalar  üzrə  orta zibillik 
göst
əriciləri aşağıdakı formulla  
                   
f
f
G
Zm
Gp
Z


=
100
100
 
n
əmlik  göstəriciləri isə bu formulla
 
 
             
100
G
W
100
W
f
h
f

+
Gp
    t
əyin edilir. 
Burada:  Z
f 

xam pambığın faktiki zibilliyi, %- lə; G
f
  -xam pam-
bığın  fiziki  kütləsi, kq-la;  Z
m
  -  xam pam
bığın  zibilliyinin  bazis 
nor
ması,%-lə; Gp - xam pambığın zibilliyinə görə hesabi kütləsi, 
kq-  la;  W
h
-  n
əmliyin bazis norması,%  -lə;  W
f
  -
xam  pambığın 
faktiki n
əmliyi,%-lə.Hesabatı  yüngülləşdirmək üçün  hazır 
c
ədvəllərdən istifadə olur. 

 
 
69 
 
3. 1. Əllə və maşınla yığılmış xam pambığın 
standartlaşdırılması 
 
T
ədarük məntəqələrində  xam  pambığın  qəbulu  zamanı  əllə 
yığılmış xam pambıq üçün AZS 150 - 2005 (QOST 10202-71) və 
maşınla  yığılmış xam  pambıq  üçün  isə  AZS 149 -  2005 (QOST 
16298-
81) standartlarına ciddi riayət olunmalıdır. 
Bu standartlara gör
ə xam pambıq xarici görünüşünə görə və 
lifin qırılma qüvvəsinə görə dörd sənaye növünə bölünür. 
Birinci (I), ikinci (II), 
üçüncü (III) v
ə  dördüncü (IV). 
Bun
dan başqa maşınla yığılmış 
xam pambıq yığım növünə görə 
iki qrupa bölü
nür: I qrupa şpin-
delli  maşınlarla  yığılmış  xam 
pam
bıq  və  lifinin  qırılma  qüv-
v
əsi 3,2 qq.-  dən az olmayan, 
maşınla yığımdan sonra toplan-
mış pambıq aiddir. II qrupa qər-
z
əkli pambıq  yığan  maşınlarla 
yığılmış xam pambıq və lifinin 
qırılma qüvvəsi 3,1 qq. və 
ondan az olan, sah
ələrdən tam 
t
əmizləmə məqsədilə toplanmış 
pambıq aiddir. 
Xam  pambığın  qəbulu za-
manı onun sənaye növünü pambıq tədarükü məntəqəsinin əmtəə-
şünası təyin  edir. Əmtəəşünas laboratoriyada xam pambığın orta 
nümun
ələrini  etalonlarla  (şəkil 25) müqayisə  edir və  xarici 
əlamətlərinə  görə, eyni zamanda standartın  tələblərinə  uyğun 
olaraq, onun s
ənaye növünü müəyyən edir. 
Əgər xam pambığın  təhvili və qəbulu zamanı narazılıq yara-
narsa, on
da  xam  pambığın  növünü  ondan  alınan  lifin  möh-
k
əmliyinə görə təyin edirlər. 
Şəkil 25. İçərisində pambığın 
standartı olan qutu (etalon) 

 
 
70 
 
Pambıq  lifinin  qırılma qüvvəsi, yəni möhkəmliyi AZS 155-
2005 standart
ına görə aşağıdakı kimi olmalıdır. I növ - 4,4 qq və 
daha çox; II növ-3,9-4,3 qq, III növ-3,2-3,8 qq, IV növ-3,1 v
ə 
daha  az olur.  
Pambığın zibilliyi və nəmliyi onun orta gündəlik nümunələ-
rin
ə  görə  hər bir təsərrüfat üzrə  məntəqənin laboratoriyasında 

əyyən edilir. 
 
3. 2. M
əhsulun saxlanmasına aid standartlar 
 
 
Xam pambığın tədarük dövrü, məhsul yığımının təşkilindən 
v
ə hava şəraitindən asılı olaraq iki-üç həftə çəkə bilər. Beləliklə, 
t
ədarük dövründə tədarük məntəqələri hər gün illik planın 2-3 və 
h
ətta 8-10 %-i qədər xam pambıq qəbul edə bilər. 
Pambıqtəmizləmə  zavodları  tədarük mövsümündə  tədarük 
olunmuş  xam  pambığın  təxminən 20%-ni emal edirlər.  Xam 
pambığın    əsas kütləsi isə  sonrakı  aylarda  emal  olunmaq  üçün 
uzun müdd
ət (yeni məhsul tədarük olunana qədər) saxlanılır.  
Xam  pambıq  elə  şəraitdə  saxlanılmalıdır  ki,  lifin  və  çiyidin 
t
əbii keyfiyyət göstəriciləri dəyişməsin. Bunun üçün əsas  şərt-
l
ərdən  biri  xam  pambığın  yığılması  zamanı  onun  nəmliyinin 
normaya uyğun olmasıdır. Hansı ki, I növ üçün 9,0%, II növ üçün 
10,0%; III növ üçün 11,0% v
ə IV növ üçün isə 13,0%-dən artıq 
olmamalıdır (cədvəl 5). 
Pambığı  daha  yaxşı  saxlamaq,  onun  uzun  müddət saxlan-
masını düzgün təşkil etmək, eləcə də istehsal olunan mahlıcın və 
başqa  məhsulların  keyfiyyətini  yaxşılaşdırmaq  məqsədi ilə  pam-
bıq partıyalarını 5-ci cədvəldə göstərilən nəmlik dərəcələrinə görə 
komplektl
əşdirmək lazımdır:  
 
 
 
 
 
 

 
 
71 
 
C
ədvəl  5 
Pambıq partiyalarının nəmlik dərəcələrinə görə 
komplektl
əşdirilməsi 
 
Pambığın 
növü 
Yığım 
üsulu 
Ayrıca komplektləşdirmək və 
saxlamaq üçün xam pambığın nəmlik 
d
ərəcəsi, % - lə 

   
əllə 
maşınla 
9-d
ək 
11-d
ək, 11-dən yuxarı 
II 
əllə 
maşınla 
10 - d
ək 
11-d
ək, 11-dən yuxarı 
III 
əllə 
maşınla 
11, 
11-18,    18-d
ən yuxarı 
IV 
əllə 
maşınla 
13-d
ək, 
13-20, 20-d
ən yuxarı 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə