Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 3.97 Mb.
Pdf просмотр
səhifə5/18
tarix23.06.2017
ölçüsü3.97 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

 
2. 8. Lifin texnoloji əlamətləri 
 
Pambıq  lifinin  keyfiyyəti  onun  nazikliyi,  uzunluğu,  möh-
kəmliyi,  elastikliyi  və  qıvrımlığı  ilə  xarakterizə  edilir.  Növlərin 
əsas  xüsusiyyətlərini  düzgün  təyin  etmək  üçün  əvvəlcə  lifin 
keyfiyyətinin öyrənilməsi lazım gəlir. 
Lifin  keyfiyy
ətinin təyini.  Pambıq  məhsulunun keyfiyyəti 
lifin texnoloji xass
ələri ilə xarakterizə olunur ki, bu da xam pam-
bığın lif çıxımı, lifin uzunluğu, nazikliyi, möhkəmliyi, qıvrımlılığı 
v
ə yetişkənliyi ilə müəyyən edilir. 

 
 
48 
 
Lifi tam xarakteriz
ə  etmək üçün, onun üzülmə  uzunluğu  və 
yetişkənliyi də nəzərə alınmalıdır. Bu göstəriciləri təyin etməkdən 
ötrü nümun
ə  bitkilər kökü üzərində  ikən məhsul  yığımına  baş-
lanmamış götürülməlidir. 
Nümun
ənin götürülməsi.  Laboratoriya analizlərinin nəti-
c
əsinə  nümunənin götürülmə  üsulu da çox təsir edir. Xam pam-
bığın  və  lifin keyfiyyət göstəriciləri  qozaların  bitki  üzərində 
yerl
əşdiyi yerlə əlaqədar olaraq kəskin dəyişir. Ona görə nümunə 
kolların  hamısından  eyni  və  tipik yerlərdən götürülməlidir. Sor-
tların  xarakteristikasının,  yaxud  məhsulun keyfiyyətinə  torpaq-
iqlim şəraitinin və aqrotexnikanın təsirinin öyrənilməsi üçün kol-
ların ikinci-üçüncü bar budaqlarının ilk qozalarından ibarət cəmi 
100 qoza götürülür ki, buna analiz nümun
əsi deyilir. 
Lif  çıxımı.  Pambığın  lif  çıxımı  kütləcə  100 hissə  xam 
pambıqdan alınan xalis lifin kütləsinə deyilir və %-lə ifadə olunur. 
Lif çıxımı lifin yoğunluğu və uzunluğu ilə bərabər, toxumun 
üz
ərində olan miqdarı ilə də əlaqədardır. Mədəni növlərdə lif xam 
pambığın 20-40%-ə qədərini təşkil edir. Lif çıxımı təcrübi olaraq 
üç qrupa bölünür: li
f  xam  pambığın  30%-dən az hissəsini təşkil 
etdikd
ə  aşağı,  30-33%-ə  qədər olduqda orta, 33%-dən çox 
olduqda yüks
ək hesab edilir. 
Hazırda  becərilən orta və  uzun  lifli  sortların  lif  çıxımı  32-
40%, z
ərif liflilərinki 29-34%-dir. 
Lifin  yetişkənliyi.  Lifin  yetişkənliyi  onun  divarlarında 
sellülozun toplanması ilə müəyyən edilir. Yetişkənliyi təyin etmək 
üçün müxt
əlif üsullar mövcuddurAncaq nisbətən dəqiq və sadə 
üsul  lifin  xarici  diametrinin,  onun  kanalının  (borusunun) 
diametrin
ə olan nisbətinə əsasən təyin edilir. 
                 
Lifin yetişkənliyi  
1
Д
Д
=
  
Burada: D – lifin xarici diametri, D
1
 – 
kanalının diametri. 
Lifin xarici diametri n
ə  qədər  artıq  (enli)  və  kanalı  ensiz 
olursa o q
ədər çox sellüloz toplanmış olur ki, bu da yetişkənliyin 
yüks
ək  olmasını  göstərir.  Son  zamanlar  yetişkənliyi təyin etmək 

 
 
49 
 
üçün polyariz
ə edilmiş işıqla işıqlandırma üsulundan geniş istifadə 
edilir. Bu üsul üzr
ə müxtəlif yetişkənlik dərəcələri liflərin rənginə 
əsasən təyin edilir. Lifin yetişkənliyini okulyarında dərəcəli lövhə 
olan mikros
kop  altında  baxmaqla  qıvrımların  sayına  əsasən də 
t
əyin etmək  mümkündür.  Yetişmiş  lifin  1  mm-də  10-12  qıvrım 
olur. 
Lifin uzunluğu. Lifin uzunluğu pambığın mədəni növlərində 
18-50 mm-dir, h
ətta 55-60 mm-ə çatır. Ən uzun lif Misir pambı-
ğının  xüsusi  forması  olan  Si-Ayland (dəniz kənarı)  tipli  və zərif 
lifli sortlardan alınır. 
Hazırda  Azərbaycanda becərilən  orta  lifli  sortların  əksəriy-
y
ətində lifin uzunluğu 30-32 mm, bəzilərində 35-36 mm, zəriflifli 
sortlarda 38-42 mm-
ə qədərdir. Digər göstəriciləri ilə bərabər, lif 
n
ə qədər uzun olarsa, o qədər keyfiyyətli və qiymətli hesab edilir. 
Lifin uzunluğu çox hallarda velvet taxtasında ölçülür. Bunun üçün 
nümun
ə  qozalarının  dilimlərinin orta hissəsindən olmaqla 20 
uçağan  (lifli  toxum) götürülür. Hər toxumun xalaza hissəsinə 
yaxın  yan  tərəfdən eni 2-2,5  mm,  qalınlığı  0,5  mm  lif  dəstəsi 
ayrılır.  Toxumlar  velvet  taxtasının  (şəkil  16)  sıxacları  altına  sıx 
b
ərkidilir, ayrılmış lif dəstəsi xüsusi daraqla daranır, sonra diş fır-
çası ilə sığallanır. Bütün liflər paralel vəziyyətə  gətirilərək dərə-
c
əli şüşə lövhə ilə ölçülür və götürülmüş uçağanların sayına əsa-
s
ən uzunluğu hesablanır. 
Lifin möhk
əmliyi.  Lifin möhkəmliyi  onun  qırılması  üçün 
s
ərf edilən qüvvə  ilə  ölçülür və  qramlarla hesablanır.  Normal 
yetişmiş  bir  lifin  möhkəmliyi 4-7 qrama qədərdir. Orta və  uzun 
lifli sortlarda 4,2-  5,5, z
ərif liflilərdə  5-7 qram olur. Lifin möh-
Şəkil  16. Lifin uzunluğunu ölçmək üçün velvet  taxtası 

 
 
50 
 
k
əmliyi onun divarlarının qalınlığından asılı olmaqla bərabər, ye-
tişdirilmə şəraiti ilə də əlaqədardır. Normal şəraitdə becərilmiş və 
yaxşı  yetişmiş  pambıq  lifinin  divarlarında  sellüloz  qatı  çox 
toplanır,  ancaq  lifin  ümumi  diametri  ilə  əlaqədar deyildir. Lifin 
möhk
əmliyi  Şopperin  dinamometri    (ДШ-3М)  ilə  ölçülür. Zərif 
lifli sortlarda lifin diametri az olmasına baxmayaraq çox möhkəm 
olur.  
Son dövrl
ərdə lifin möhkəmliyini Nyutonla (N) da göstərirlər 
(1N=1000 qq). Orta lifli sortlarda lifin möhk
əmliyi 0,043-0,049 
N, z
ərif liflilərdə isə 0,046-0,052 N arasında dəyişilir.  
Lifin  qıvrımlılığı.  Lifin  qıvrımlılığı  ən  əsas texnoloji 
xass
ələrdən hesab edilir. Qıvrımlılıq (şəkil 17) çox olduqda liflə-
rin biri dig
ərinə  yaxşı  yapışaraq  əyrilən  zaman  sapın  və  ondan 
toxunan parçanın möhkəm olmasına səbəb olur. Qıvrımlılıq  lifin 
1 mm-d
ə  olan  qıvrımların  sayı  ilə  hesablanır  ki,    bu  da  lifin 
yetişkənliyindən və  pambığın  botaniki  növündən  asılıdır.  Zərif 
lifli  sortlarda  qıvrımlılıq  daha  çox  olur  və  1 mm-də  10-12-  yə 
çatır. Eyni zamanda qıvrımların bərabərliyi də mühüm keyfiyyət 
göst
əricisi kimi əhəmiyyətə malikdir. 
Lifin elastikliyi. 
Lifin elastikliyi, yaxud uzanma qabıliyyəti, 
onun möhk
əmliyi və  nazikliyi ilə  sıx  əlaqədardır.  Nazik  və  mö-
hk
əm lif daha elastik olur. Zərif lifli sortlarda lif nazik, möhkəm 
v
ə yüksək dərəcədə elastikdir. 
Lifin nazikliyi –  (metrik nömr
əsi). Lifin nazikliyini xara-
kteriz
ə  edir. Lifin nazikliyi onun en kəsiyinə  mikroskop  altında 
baxılmaqla  təyin edilir və  mikronla  hesablanır  (mikron  metrin 
milyonda bir hiss
əsidir).  
M
ədəni növlərdə lifin diametri 7-10-25 mikron, orta hesabla 
15-20 mikrona b
ərabərdir. Mikroskop üsulu en kəsiyi dairəvi olan 
lifl
ərdə düzgün nəticə verir. Ümumiyyətlə, lifin en kəsiyi müxtəlif 
Şəkil 17.  Pambıq lifinin  qıvrımlığı (burğuvariliyi) 

 
 
51 
 
formalı  olduğu  üçün  naziklik  çox  hallarda  metrik  nömrə  adlanır 
ki, bu da bir qram lifin metrl
ə, yaxud bir milliqramda olan lifin 
millimetrl
ə  uzunluğunu  göstərir. Lifin nazikliyini tekslə  (m/q) 
göst
ərirlər. Lif  nə qədər nazik olarsa, metrik nömrə o qədər yük-
s
ək olar və  əksinə. Nisbətən qaba lifin metrik nömrəsi  2500, 
nazik lifinki 8000-dir. Orta v
ə  uzun lifli sortlarda metrik nömrə 
4500-6500 (
əksəriyyətində 5000-5500), zərif lifli sortlarda 6500 - 
8000-
dir. Nazik lif yumşaq, zərif və ipək kimi olur. 
Lifin qırılma uzunluğu (nisbi qırılma yükü). Lifin qırılma 
(üzülm
ə)  uzunluğunu  tapmaq  üçün  onun  metrik  nömrəsi 
möhk
əmliyinə  (qramla) vurulur, metrlə  və  yaxud da N x  tekslə 
ölçülür. Bu uzunluq (n
əzəri  olaraq)  sap  asılan  zaman  öz  çəkici 
qüvv
əsi ilə  hansı  məsafədə  qırılmasına  deyilir  və  km-lə  də 
hesablanır (1000 - ə bölünməklə). 
F
ərz edək ki, bir lifin möhkəmliyi 5 qram, metrik nömrəsi 
7000  -  di
r.    Bu  halda  lifin  qırılma  uzunluğu   
1000
5
7000

=  35  km   
olur.  
Hazırkı uzun və orta lifli sortlarda bu uzunluq 25-27 km, zərif 
liflil
ərdə 33-36 km, bəzi sortlarda 36-37 km-dir. 
 
2. 9. Pambıqtəmizləmə sənayesində lif, lint və toxum 
almaq üçün x
am pambığın işlənməsi 
 
Xam  pambığın  ilk  emalı,  pambıqtəmizləmə  zavodlarında 
aparılan aşağıdakı əməliyyatlardan keçir.  
1.
 
Xam pambığın başqa qarışıqlardan ilk təmizlənməsi  
2.
 
Lifin toxum
dan ayrılması 
3.
 
Lifin t
əmizlənməsi 
4.
 
Lifin kipl
ərə preslənməsi 
5.
 
Qısa liflərin (tiftiklərin) toxumdan təmizlənməsi 
6.
 
Tullantı  və  ya  uqarın  (çiyiddən  lifi  maşınla  təmizlədikdə 
çıxdaş olmuş liflər) təmizlənməsi 

 
 
52 
 
Xam  pambığın  başqa  qarışıqlardan  ilk  təmizlənməsi (budaq 
hiss
ələri, yarpaqlar, çiçək, qoza və s.) müxtəlif sistem təmizləyici 
maşınlarda  aparılır.  Xam  pambıq  təmizləndikdən sonra lifi 
toxumdan ayıran maşınlara verilir. 
Ortalifli  sortların  lifini  toxumdan  ayırmaq  üçün  mışarlı 
lifayıranlar (şəkil 18), zəriflifli pambıqlar üçün isə valikli (yastıq-
lı, barabanlı) lifayıranlardan (şəkil 20 )  istifadə olunur. 
Zavodda  xam  pambığın  emalı  texnologiyası  aşağıdakılardan 
ibar
ətdir: 
 
1. Əvvəlcədən zibilli və nəmli pambıq quruducu - təmizləyici 
sex
ə daxil olur. O bu-
rada kondisiya n
əm-
liyin
ə  kimi qurudulur 
v
ə xırda zibillərdən tə-
mizl
ənir. 
2. Bundan sonra 
pambıq 
təmizləyici 
sex
ə  daxil olur. Bura-
da m
əhsul iri və xırda 
zibill
ərdən 
axırıncı 
d
əfə təmizlənir və so-
nra t
ələb olunan tex-
noloji n
əmliyə çatdırılır. 
3. Bu etapda xam pambıq, lifi çiyiddən ayıran sexə göndərilir 
v
ə burada cinləmə (lintsizləşdirmə) prosesi gedir. Bu prosesdə lif 
çiyidd
ən  ayrılır.  Sonra  ayrılmış  lif  presləmə  şöbəsinə  göndərilir. 
Orada  185 -200 kq-
lıq kiplər yəni taylar şəklində preslənir (şəkil 
19; 21-23). Toxumlar is
ə  gödək  lif  altlıqları  ilə  bərabər elevator 
vasit
əsilə,  şnek  (navalçaşəkilli konveyer) və  lentvarı  transpor-
tyorla  linter şöbəsinə nəql edilir. 
 Burada toxumlardan çox t
əkrarlı proseslə linter (pux, tiftik) 
çıxarılır. Bu məhsul da xüsusi boru ilə presləmə sexinə nəql edilir 
v
ə preslənir. 
 Sonra tul
lantıları emal edən sexdə lifli ulyukdan (ölü, toxum-
lardan) regenerasi
yaya uğramış lif istehsal edilir. Lifli tullantılar-
Şəkil 18. 5 ДП-130 markalı mişarlı cin 
 

 
 
53 
 
dan kondisiya siklonundan (v
ə  toxum konveyerlərindən)  çıxdıq-
dan sonra pux (tiftik) istehsal edilir. 
 
2. 10. Lintin, delintin, pambıq puxunun və lifli ulyukun 
emalı (işlənməsi) 
 
Pambıq  çiyidindən  əsas uzun lifləri  çıxardıqdan  sonra  onun 
üz
ərində  20 mm-dən uzun 
olmayan lifl
ər  -  pux (tiftik) 
qalır.  Çiyidin  kütləsinə  görə 
bunların  miqdarı  12-13 %-
d
ir. Quruluş və inkişafına gö-
r
ə  pux demək olar ki, lifdən 
heç n
ə ilə seçilmir. Fərq yal-
nız  bunların  divarlarının  na-
zikliyidir, y
əni puxda bir 
neç
ə  sellüloz təbəqəsi  əmələ 
g
əlir. Ona görə də o əsas lif-
d
ən  davamsızdır,  möhkəm 
deyildir. 
Tiftiyi  toxumd
an  ayır-
maq üçün pambıq təmizləyən 
zavodlarda toxumun xüsusi 
lunter  maşınlarında  (5  ЛП, 
ОВМ - 4 və s.) linterləşdirmə 
prosesi h
əyata keçirilir. Lifçiklər  ardıcıl  olaraq, iki və  ya üç 
d
əfəyə linterləşdirmə ilə emal edilir. Bu işin yekununda toxumdan 
6,4 % 
lint çıxarılır. 
Əsas lif kütləsinin 10%-ə qədəri lint ola bilər. Pambıq linti lif 
uzunlu
ğuna görə 3 tipə, keyfiyyətinə görə isə 4 sorta ayrılır. I tip 
lintin ştapel uzunluğu 13-14 mm, II- 7-8 mm və ya 12-13-ə kimi, 
III tip 6-7 mm v
ə  bundan az ölçülü olur. Lintin sortluğu  lifin 
yetişmə  dərəcəsinə, tərkibindəki  zibilin miqdarına,  verdiyi  külün 
miqdarına,  salamat  çiyidin  miqdarına  görə  müəyyənləşdirilir. 
Şəkil 19.   Pambıq mahlıcını kip 
şəklinə salınması 

 
 
54 
 
Birinci sortun zibilliyi 3,5-6,5 %, II-5,0-9,0 %, III-7,0-11 % v
ə IV 
sort 12-17 %. 
T
ərkibində salamat toxumların miqdarına görə müvafiq  ola-
raq  -0,0-0,10%; 0,2-0,25%; 0,25-  0,35%, 0,5%. Lintin t
ərkibin-
d
əki külün miqdarı birinci sortda 1,5-1,7 %, ikinci sortda isə 1,8-
1,9% olur. 
Üçüncü  tip  lint    pambıq 
sellülozu  almaq üçün 
əla 
mate
rialdır.  Lifdən sellülo-
zun  çıxarılma  texnologiyası 
bel
ədir:  Əvvəlcə  lif didilir, 
yumşaldılır,  sonra    bişirilir, 
daha sonra ağardılır, turşu ilə 
işlənir, yuyulur, qurudulur və 
qablaşdırılır.  Pambıq  zavod-
larında möhkəmcə  preslənib, 
tay 
əmələ gətirilir. 
Ona gör
ə  də  kipdən 
açılmış lint diqqətli dağıdılıb, 
didilir  ki,  buradakı  prosesdə 
xammalda olan mexaniki qarışıqlar birdəfəlik təmizlənmiş olsun. 
H
əmin proseslə birlikdə ümumi kütlədə miqdarı 3-8% olan xırda 
lifl
ər də təmizlənir. 
Yumşaldılıb  didilmiş  lifi  daimi  yerdə  qoyulmuş  natural-
ç
ənlərdə qələvi ilə birlikdə 135-160 
0
C tem
peraturda bişirilir. 
Lintin  yaxşı  təmizlənməsi və  bişirmənin eyni qaydada 
getm
əsi üçün çənə 0,3-0,6 %-li fəal maddə (məsələn OP-10)  qa-
tılır.  Bişirmə  dövründə  lintdə  qalmış  mexaniki  qarışıqlar  da 
t
əmizlənir. Texnologiyanın sonrakı etapında lintin (bu ana kimi o 
bulanıq – çirkli - boz rəngdə olur) ağardılması prosesi gedir. Bu 
proses müxt
əlif oksidləşdiricilər: natrium hipoxlorin və  ya 
kalsiumla aparılır. Ağartma bu agentlərlə qələvi şəraitdə bir saat 
müdd
ətində  30-40 
0
C temperaturda h
əyata keçirilir. Bu zaman 
hipoxlorinin t
əsiri ilə  lintdə  qalmış  son  qalıqlar  parçalanır  və 
sellülozun fiziki-mexaniki xüsusiyy
ətləri xeyli yaxşılaşır. 
Şəkil 20. ДВ -1М markalı fırlanan 
silindrli (valikli) cin
 

 
 
55 
 
Ağardıcı agent kimi xlor iki oksiddən də istifadə edilə bilər. 
Hipoxloridin qalıqlarını  aradan qaldırmaq üçün sellüloz  turşu ilə 
işlənməlidir.  Sellüloz  kükürd,  xlor,  quzuqulağı  və  s.  turşuların 
duru m
əhlulları  ilə  işlənir. Nəticədə  sellülozun keyfiyyəti ciddi 
sür
ətdə  yaxşılaşır və o rəngsiz parlaq efirlərin alınması üçün ya-
rar
lı olur. 
Lintin  emalında  tamamlayıcı  əməliyyat  qurutmadır.  Bu  za-
man sellülozun n
əmliyi müəyyən edilmiş səviyyə -10% və bundan 
az h
əddə salınır. 
Hazır  (həll oluna bilən) 
sellüloz marka v
ə sortundan 
asılı  olaraq  95-98% olan 
sellülozdan ibar
ətdir. Bu 
malın  keyfiyyətinə  müvafiq 
sellüloz efirl
ərinin  çıxarı 

əyyənləşir. 
Yuxarıda  təsvir edilən 
texnologiya v
ə  fiziki-mexa-
niki xüsusiyy
ətlər ilə  sellü-
lozu üçüncü tip lint
ə  oxşar 
delintd
ən də almaq olar. 
Pambıq sellülozu çox yüksək keyfiyyətli  lif  və plastik kütlə 
alınmasında istifadə edilir. Bundan viskoz  (süni ipək) ştapeli, ase-
tat lifi istehsal edilir. Asetat lifi yuna v
ə  ipəyə  qatdıqda  çox 
keyfiyy
ətli saplar  alınır.  Bu  liflər toxuculuqda və  trikotaj isteh-
salında geniş yayılmışdır. Asetat lifindən alınan mallar möhkəm-
liyi v
ə qəşəng xarici görünüşünə görə seçilir. 
Sellülozdan eyni zamanda plastik kütl
ələr də  alınır.  Ondan 
üçasetatsellüloz, asetobutilatsellüloz v
ə s. emal edilir. 
Üçasetatsellülozdan (triasetatsellüloz) yanmayan kinolentl
ər 
hazırlanır.  Ondan  alınan  lentlər eyni zamanda elektrik motor-
larında  izoləedici material kimi istifadə  edilir. Belə  material 
motorların kütləsini azaltmaqla, gücünü nisbətən artırır. 
 
Yuxarıda adı çəkilən plastik kütlələrdən digər plastik kütlələr 
alınır ki, bunlar yüksək davamlılığı, yüngüllüyü və elastikliyi ilə 
Şəkil 21.
 
  
Pambıq kiplərinin 
hazırlanması 

 
 
56 
 
seçilir. Bu materiallar aviasiya, avtomobil s
ənayesi və sənayenin 
dig
ər sahələrində istifadə edilir. 
Asetilsellülozdan maşınqayırmada geniş istifadə edilən laklar, 
m
üşəmbələr  (linoleum)  alınır.  Bu  materiallar  mənzil və  sənaye 
obyektl
əri tikintisində geniş tətbiq olunurlar. 
Lintd
ən alınan sellüloz tibbidə istifadə edilən lif istehsalında, 
karton istehsalında, elektrotexnika sənayesində işlədilir. 
Karboksimetilsellüloz  yüks
ək keyfiyyətli viskoz kordunun 
(çox möhk
əm parça), yüksək keyfiyyətli kağızların və s. istehsa-
lında geniş tətbiq edilir. 
Ancaq o da qeyd edilm
ə-
lidir ki, delintirovka (lintsiz-
l
əşdirmə) ilə  linti və  toxumu 
tam çıxarmaq olmur. Hətta üç 
d
əfə  delintirovkadan sonra 
bel
ə  lifin  yarısı  toxum  üzə-
rind
ə qalır. Buna görə də yağ-
piy  kombinatlarına  daxil  ol-
muş  toxum  təkrar delintirov-
kaya m
əruz  qalır.  Buna  görə 
d
ə  yağ  zavodlarında  lint-
sizl
əşdirmə  prosesi davam edir. Orada xüsusi texnologiya nəti-
c
əsində lüt toxumlar alınır. Həmin toxumlar səpində istifadə edil-
dikd
ə xüsusi səpin texnologiyası nəticəsində səpin normasına 3- 4 
qat q
ənaət edilmiş olur. 
Deyildiyi kimi yağ zavodunda xeyli miqdar delint  (lifaltlığı) 
m
əhsulu  alınır.  Bu  məhsul isə  pambıq  sellülozu istehsalında  xü-
susi 
əhəmiyyət kəsb edir. Təkrar delintirovka prosesində toxumun 
s
əthindəki  lifaltlığı  qaşınıb  çıxarılır,  lintsizləşdirmədə  isə  toxum 
üz
ərindəki lifciklər mişarların dişlərinə ilişərək, oradan ayrılır. 
S
əpin materialı xüsusi maşınlarda lütləndirilir yəni 5 mm-dən 
d
ə gödək liflərdən təmizlənir. 
Delintirovka vaxtı texniki toxumlardan çıxarılan delintin miq-
darı 6%, toxumluq çiyiddən çıxarılanda isə 7% təşkil etməlidir. 
Şəkil 22.
 
 
Hazır pambıq kipləri 

 
 
57 
 
Müxt
əlif toxum  lütləndirmə üsulu ilə alınan delint tərkibində 
yüks
ək  miqdarda  sellüloz  alınması  ilə  xarakterizə  edilir. Çiyidin 
mexaniki işlənməsindən sonra onda 85,5% sellüloz, 8,31% liqnin, 
23,7% pentazon, 1,65% kül alınır. 
Delint özü d
ə  emala gedir. 
Hidroliz üsulu il
ə  ondan  aşağı 
molekulyar madd
ələr qlükoza və 
s.  alınır.  Bu  qlükoza  isə  sorbit 
alınmasında  xammal  hesab  edi-
lir. Sorbit diabet x
əstələri üçün 
şəkəri əvəz edir. 
Hidroliz  zamanı  lifaltlığın-
dan qlükoza çıxarı 65%-ə çatır. 1 
ton delintd
ən 650-700 kq kris-
tallaşmış  qlükoza  və  150  kq  yem  drojları  alınır.  Delintdən qlü-
kozanın  çıxarılması  prosesində  tullantı  kimi  hidrol  alınır  ki, 
bundan da sulu karbonların – liqninin, lizinin sintezi mümkündür. 
Pambıqtəmizləmə  zavodlarında  xam  pambığın  emalı  döv-
ründ
ə lif, lint və delintdən başqa pambıq puxu şəklində xammal, 
lifli  ölü  toxum  (ulyuk)  alınır  ki,  bunların  da  sənayenin xammalı 
kimi 
əhəmiyyəti vardır. Bunlar əvvəlki xammalın 0,02-0,20 %-ni 
t
əşkil edir. 
Standartlara müvafiq olaraq pux iki qrupa ayrılır. 1- ci qrup 
puxda 10-12 m
m uzunluqda lif qarışığı da labüddür. Bu xammal 
əsasən vata (pambıq) hazırlığına gedir. Pambıq puxu da bu qrupa 
aiddir.  İkinci  qrup  pux  isə  əsasən  pambıq  sellülozu  istehsalında 
istifad
ə edilir. Çox zibilli olan ikinci qrup pux toplanır: 3-cü və 4-
cü sort 
pambıqların  emalından  alınan  pux,  tükcüklü  toxumların 
delintrovkası  zamanı  alınan  pux,  yəni pambıqtəmizləmə  zavo-
dunun binalarına uçub dolmuş pux toplanır. Belə pambıq puxu dö-
şək hazırlamada, ədyal (yorğan) istehsalında yüngül mebel, izolə-
edici ma
terialların  istehsalında,  kağız  hazırlığında  işlədilir. Bun-
dan başqa kataloq kartonu hazırlığında və s. istifadə edilir. 
Lifli ulyuk mayalanmamış toxum kisələridir. Üzərində gödək 
lifcikl
ər  vardır.  Ulyuk  üzərinin lifcikliyi və  zibilliyinə  görə  iki 
Şəkil 23.  Zavod ərazisində 
h
azır pambıq kipləri 

 
 
58 
 
qrupa bölünür: birinci tip ulyukun  t
ərkibi belədir: 40% ağ, zəif - 
sarı  rəngli  lif,  14  %  zibil.  İkinci  tip  ulyuk  isə  30% lifdən, 20% 
zibil qarışıqlarından ibarətdir və rəngi açıq krem rəngdən tutqun 
sarıya çalır. Bəzən də açıq-qonur rəngli olur. Lifli ulyukda tozcuq 
kimi hiss
ələr də vardır ki,  bunlar da tam  yetişməməmiş toxum-
ların qalığıdır. Bunlardan başqa lifaltlığı ilə örtülmüş, puç toxum-
lar (qırıq-qırıq edilmiş toxumlar) da rast gəlinir. 
Emal prosesind
ə  lifli  ulyukdan    regenerasiyaya  uğramış  lif 
alınır,  bu  da  çox  zibilli  olması  ilə  xarakterizə  edilir. Bunlarda 
çoxlu lif qüsuru vardır, qeyri normal uzunluqda olur, ştapel uzun-
luğu əsas lif uzunluğundan 2-6 mm gödək olur.  
Regenerasiyaya uğramış lif iki sorta bölünür: 1- ci sortun lifi 
3,9 qr. qüvv
ə (qq) möhkəmlikdə, zibilliyi 10%, nəmliyi 9,0%-dir. 
İkinci  sortda  bu  göstəricilər müvafiq olaraq belədir: möhkəmliyi 
3,8 qr. qüvv
ə  və  az, zibilliyi 20%, nəmliyi 12%-dir. Bu emal 
m
əhsulundan mebel və  paltar  pambığı,  pambıq  gödəkcə  (sırıqlı) 
v
ə digər texniki pambıq məmulatları hazırlanır. 
 
2. 11. Q
ərzəkli xam pambığın təmizlənməsi 
İkinci  maşın  yığımından  sonra  sahədə  qalmış  xam  pambıq 
əsasən lifli kiçik kütlədən,  yarı  açılmış  və  ya  heç  açılmamış 
qozadan, budaqdan v
ə  digər 
qarışıqlardan ibarətdir. Bunları 
q
ərzək  yığan  maşınlarla  yığır 
v
ə  kənar  qarışıqlardan  təmiz-
l
əyirlər. Bu əməliyyat  УПХ-
1,5  М  markalı  universal sahə 
pam
bıqtəmizləyəni vasitəsilə 
h
əyata keçirilir (şəkil 24). 
Xam  pambığın  hazır  mə-
hsula çevrilm
əsi üçün ümumi 
kompleks  işlər pambığın  ilkin  emalının  texnoloji  prosesi  adlanır 
v
ə  aşağıdakı  prosesləri özündə  birləşdirir:  1)  pambıq  tədarükü  
m
əntəqəsinin quruducu-təmizləyici sexində  xam pambığın 
Şəkil 24.
 
Kombin
ə edilmiş 
pambıqtəmizləyən qurğu 

 
 
59 
 
qurudulması  və  təmizlənməsi;  2)  pambıq  təmizləmə  zavodunun 
t
əmizləyici sexində xam pambığın qurudulması, iri və xırda zibil-
l
ərdən təmizlənməsi; 3) cinləmə  və  liftəmizləmə, çiyidin linter-
l
ənməsi və lintin təmizlənməsi; 4) lifli tullantıların emalı; 5) pam-
bıqtəmizləmə  zavodunun  baş  korpusunda lifin, lintin və  lifli 
tullantıların kip halına salınması.  
Pambıqtəmizləmə zavodunda xam pambığın ilkin emalı yeni 
texnika v
ə texnologiyanın inkişafına, elmi-tədqiqat işlərinin nəti-
c
ələrinə əsaslanaraq Mərkəzi Elmi -Tədqiqat Pambıqçılıq İnstitutu 
t
ərəfindən  hazırlanmış  reqlamentli  texnoloji  proses  əsasında 
h
əyata keçirilir. 
Emal olunan xam pambığın xarakterindən asılı olaraq texno-
loji proses üç variant üzr
ə aparılır.  
Birinci variantda n
əmliyi 11% -dən çox olmayan, maşınla və 
yığılmış I-IV növ və əllə yığılmış III-IV növ xam pambığın emalı 
t
əmin olunur. 
 
İkinci variant nəmliyi 14%-dən az olan maşınla əllə yığılmış 
xam pambıq  emalı üçün nəzərdə tutulur.  
Üçüncü variantda 
əllə yığılmış I-II növ xam pambığın emalı 
zamanı  texnoloji  prosesin  sxemində iri zibil təmizləyicilərinin II 
batareyasını çıxarmaqla emalı nəzərdə tutulur. 
Zavodda pambığın ilkin emalı prosesi bununla da tamamlanır. 
Presd
ən  çıxmış  pambıq  vaqonlara  yüklənərək, toxuculuq fabrik-
l
ərinə göndərilir.  
İlkin  emaldan  çıxmış  çiyid  lifsizləşdirilir,  yəni lintdən azad 
edilir. Bel
ə ki, ilk emaldan sonra çiyidin üzərində xeyli xırda liflər 
(p
əmbə)  qalır  ki,  bu  da  sənayedə  geniş  tətbiq edilən məhsuldur. 
H
əmin məhsuldan tibbidə istifadə olunan pambıq və kobud satin 
parçalar hazırlanır. 
 Lint m
əhsulu  linter  maşınları  vasitəsilə  ilkin  emal  olunmuş 
çiyidd
ən  çıxarılır  və  lintin çiyiddən  ayrılma  prosesi  lintsizləş-
dirilm
ə adlanır. 
Texniki  toxumlar  yağ  zavoduna  verilir.  Toxumluq  çiyid  isə 
toxumluq çiyid emal ed
ən sexdə növlərə ayrılır, lütlənir və kimyə-
vi yolla z
ərərsizləşdirilir. 
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə