Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 3.97 Mb.
Pdf просмотр
səhifə4/18
tarix23.06.2017
ölçüsü3.97 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

 
Lifin  inkişaf  etapları.  
Pambıq  lifi  çiyidin  qabığının 
epidermis hüceyr
ələrindən  inki-
şaf  edir, hər bir lif  bir hüceyrə-
d
ən ibarətdir. Liflərin inkişafı 
oturduğu  çiyidin  inkişafı  ilə  bir 
zamanda gedir v
ə  bu dövr 
(çiç
ək  açılan  gündən) orta 
hesabla 50-60 gün ç
əkir (şəkil 8 ). 
Lifin  inkişafı  hər  biri  25-30  gün  çəkən  iki  dövrə  bölünür.  I 
dövrdə  liflər  uzununa  və  diametrinə  görə  böyüyür.  II  dövrdə  lif 
ucu sıxılmış boruya oxşayır, divarları sellüloz və xüsusi piy, mum 
maddələri  ilə  qurulur  və  özü  də  nazikləşir.  Lifin  daxili  hissəsi 
hüceyrə  şirəsi  və  protoplazma  ilə  dolu  olur.  Hər  bir  lifin 
içərisindəki protoplazmada bir ədəd nüvə olur. Lifi eninə kəsdikdə 
forması  yumru  və  divarları  qat-qat  olmaqla  hər  sutkada  bir  lay 
əmələ  gəlir.  Normal  yetişmiş  lifin  divarı  25-30  təbəqədən  təşkil 
olunur (şəkil 9). 
Pambıq bitkisinin növ və sortundan asılı olaraq bir çiyid üzə-
rin
də  müxtəlif  miqdarda  liflər  inkişaf  edir.  Orta  lifli  pambıqda 
sortlardan asılı olaraq bir çiyid üzərində 7 mindən 15 minə qədər 
lif olur. Zəriflifli pambıqlarda isə nisbətən az olur.  
 
 
 
 
Şəkil 7.  Lifin divarındakı 
spiralvarı  burulmuş 
sellüloz saplar  - Fibril 

 
 
36 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 9. Pambıq lifinin həlqəvi (qatlı) quruluşu 
Şəkil 8.  Pambıq lifinin inkişafı:  a – epidermis hüceyrələrinin 
çiç
əkləmə günündə vəziyyəti, b - çiçəkləmənin səhəri 
gününd
əki, c - çiçəkləmədən 2 gün sonrakı vəziyyəti 

 
 
37 
 
Hər bir çiyid lif ilə birlikdə “uçağan” adlanır. 100 (yüz) ədəd 
uça
ğanın  birlikdə  çəkisinə  lifin indeksi  deyilir.  Uçağanların  cə-
minə birlikdə xam pambıq deyilir. 
 
Liflərin qıvrılma qabiliyyətinin də böyük əhəmiyyəti vardır, 
belə ki, əyrilmə zamanı liflərin qıvrımları bir-birinə yaxşı ilişərək 
ipliyi
n möhkəmliyini artırır. 
 
2. 3. Toxuculuq s
ənayesinin pambıq lifinin 
keyfiyy
ətinə tələbatı 
Pambıq  lifi  toxuculuq  sənayesinin  əsasını  təşkil  etməklə 
b
ərabər təyyarəqayırma, kimya, avtomobilqayırma, gön-dəri və s. 
s
ənaye  sahələrində də geniş tətbiq olunur. 
Toxuculuq s
ənayesində  işlədilən liflər içərisində  birinci yeri 
(60%) pambıq lifi tutur. Bu onun təkcə ucuz olması hesabına yox, 
eyni zamanda yüks
ək möhkəmliyinə, hiqroskopikliyinə,  yaxşı 
hörülm
ə  xassəsinə  və  digər qiymətli texnoloji  əlamətlərinə 
gör
ədir. Bununla bərabər insan orqanizmi üçün pambıq lifi heç bir 
z
ərərli təsir göstərmir. 
Pambığın  becərilməsi və 
yığılması  proseslərinin komp-
leks mexanikl
əşdirilməsi səvi-
yy
əsinin getdikcə  yüksəldil-
m
əsi ilə yanaşı pambıq zavod-
larında  onun  emalı  proses-
l
ərində də yeni, mütərəqqi tex-
nika v
ə  texnologiyanın  tət-
biqin
ə  xüsusi  əhəmiyyət veri-
lir. El
ə  bunun nəticəsidir ki, 
son zamanlar pam
bıq  zavod-
larında istehsal olunan mahlıcın keyfiyyətinin yaxşılaşdırılması ilə 
əlaqədar olaraq  texnoloji prosesdə  pambığın  qarışıqlardan 
t
əmizlənməsi üçün müasir  avadanlıqlarla təchiz olunmuş  maşın-
ların (şəkil 10-13) tətbiqi ilə əyirici fabriklərin keyfiyyətli mahlıca 
olan t
ələbatı tam ödənilmişdir. 
Şəkil 10. Müasir cin maşınları 

 
 
38 
 
Pambığın  ən qiymətli məhsulu olan onun lifi, müxtəlif tex-
noloji xüsusiyy
ətlərə malikdir. Müxtəlif sortların liflərini bir-biri 
il
ə  müqayisə  etmək və  onları  qiymətləndirmək üçün texnoloji 
xass
ələrini bilmək və onu təhlil etmək əsas vəzifələrdən biridir. 
Pambıq lifi universal xammalıdır. Onun təxminən 97-98%-ni 
sellüloz t
əşkil  etməklə,  pambığın  bizə  verdiyi  ən qiymətli məh-
suldur.  Odur  ki,  pambıq  lifi  toxuculuq  sənayesində  mühüm yer 
tutur. Toxuculuq s
ənayesində  müxtəlif məmulatlar  hazırlamaq 
üçün müxt
əlif texnoloji xüsusiyyətlərə  malik olan pambıq  lifi 
t
ələb olunur. Sənayenin və  texnikanın  bütün  sahələrində  pambıq 
bitkisinin m
əhsullarından istifadə edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2. 4. Pambıq lifindən hazırlanan məmulatlar  
 
Pambıq lifinin ən qiymətli məhsulu sellülozdur. Bu xüsusiy-
y
ətlərinə  görə  pambıq  unikal  (nadir)  bitkidir.  İş  orasındadır  ki, 
sellüloz dig
ər bitkilərdə  də  (cut, kətan,  şahtərə,  rami,  ağacların 
oduncağında  və  s.)  vardır.  Ancaq  bu  bitkilərdə  sellüloz pambıq 
lifind
əki  kimi  olmayıb,  liqlin  -  sulu  karbon  kompleksi  şəklində 
hüceyr
ə divarlarında, bitki toxumalarındadır. Ona görə də  onların 
buradan çıxarılması mürəkkəb kimyəvi proses tələb edir. Məsələn: 
onları turşuda və ya qələvidə bişirməlidirlər. Oduncaqdan sellüloz 
Şəkil 11.  2 ВП markalı lif təmizləyən qurğu 

 
 
39 
 
almaq üçün onun turşu və ya fermentlərlə parçalanması lazımdır. 
K
ətandan, cutdan, kənafdan lifi də bu üsulla çıxarırlar.  
Yalnız  pambıq  bitkisi  təmiz sellüloz (əyirmək  üçün  hazır 
sellüloz-lif) sintez edir. Ona gör
ə  də  toxuculuq sənayesində 
istifad
ə edilən liflər sırasında pambıq lifi (60%)  birinci yer tutur. 
Pambıq  lifinin  bu  sıraya  çıxması  onun  ucuzluğundan,  möh-
k
əmliyindən, hiqroskopikliyndən,  yaxşı  əyrilmə, toxunma xüsu-
siyy
ətlərindən və s. irəli gəlir. 
Pambıq  lifinin  hiqroskopikliyi  20 
0
C temperatur, 65% nisbi 
rütub
ət  şəraitində  8%-ə  bərabər-
dir. Bu n
əmlik pambıq  parçaya 
xüsusi v
ə  qiymətli gigiyenik xü-
susiyy
ətlər verir.  
Pambıq  lifində  yuxarıdakı-
lardan  başqa  bir  xüsusiyyət də 
göz
ə  çarpır  ki,  o  da  temperatura 
davamlıqdır.  Bu  xüsusiyyətinə 
gör
ə  pambıqdan  hazırlanan par-
çaları  125 
0
C temperaturda bel
ə 
qaynatmaq mümkündür. 
Texnoloji  nişanələrinə  və 
keyfiyy
ətinə  görə  pambıq  lifi  7 
s
ənaye tipinə  bölünür. Birinci üç 
tip - z
əriflifli pambıqlardan (lifi uzun, nazik, möhkəm olanlar), qa-
lan tipl
ər orta lifli pambıqlar verən  sortlardan  alınır.  Zəriflifli 
pambıqların  birinci  tipə  aid  sortları  çox  yüksək keyfiyyətlidirlər 
v
ə onlar həyatda ipəktəhər, ipək kimi liflər  adlanır. 
Pambıq lifinin çeşidinə (assortimentinə) tələbat günü-gündən 
artır. Bu da əhalinin yüksək keyfiyyətli pambıq parçalarına artan 
t
ələbindən irəli gəlir.  Hazırda  yüksək keyfiyyətli lifə  tələbat iki 
qat artmışdır. 
Pambıq  lifindən çox müxtəlif  çeşidli  saplar  istehsal  edilir. 
Lifin keyfiyy
ətinə uyğun olaraq keyfiyyətli pambıq parçalar hazır-
lamaq mümkündür.  
Şəkil 12. ООС-1М markalı 
mexaniki lif çıxaran cihaz 

 
 
40 
 
Ən mükəmməl və zərif iplik əyrilmələri (5-18,5 teks) zəriflifli 
pambıqlardan alırlar.  
Qeyd edilm
əlidir ki, lifin keyfiyyəti nə qədər yüksək olursa, 
sap da bir o q
ədər yüksək keyfiyyətli olur. Kord (çox möhkəm 
parça) sapı (sapın orta qalınlığı 13,3-100 teks
1
) orta lifli pam
bıq-
lardan alınır. 
Z
əriflifli sortlardan hazır-
lanmış  ipliyin  fiziki-mexaniki 
xüsusiyy
ətlərindən asılı olaraq, 
aşağıdakı  sortlara  ayrılır.  Əla, 
birinci v
ə  ikinci sortlar;  orta 
lifli pam
bıqlardan  isə  birinci, 
ikinci v
ə  üçüncü sortlar. Bun-
dan başqa iplik xarici görünü-
şünə görə A, B və V siniflərinə 
bölünür: 
Lifin  xarici  görünüşü 
dedikd
ə lifdə düyünlər, ipliyin üzərinə çıxan qeyri-hamarlıq, gözə 
görün
ən  zibil  qarışıqları  (toxum  qırıqları,  qoza,  yarpaq,  toxum 
qabığı və başqa zibillər), xovluluq (tüklülük) və s. başa düşülür. 
Əyirmə  sənayesində  lifin  iplik  şəklində  emalı  onu  əyirməyə 
hazırlamaqdan  başlayır.  Bu  zaman  pambıq  xammalı  didilir, 
yumşaldılır, zibillərdən təmizlənir, müxtəlif uzunluğa malik liflər 
qarışdırılır, daranır, müəyyən qalınlıqda yığımda olan lent şəklinə 
salınır.  Bütün  bu  əməliyyatlar  ardıcıl  olaraq, yumşaldan,  qarış-
dıran,  darayan  lentvarı  maşınlarla yerinə  yetirilir. Sonra lif lent 
hamarlayıcı-düzləyən  maşınlarda  dartılıb  düzlənir. Bu prosesin 
axırıncı  etapında  zərif  əyrilmiş  iplik  dartılır,  burulur  və  iplik 
şəklində  düyçələrə  (paçatkalara)  sarınır  (şəkil 14). Bu düyçələr 
                                                                                 
1
 
teks - 
lifin eninə ölçüsünü müəyyən etmək üçün beynəlxalq miqyasda 
qəbul  edilmiş vaһid ölçüdür. Bu ölçü lifin uzunluğunun kütləyə olan nisbətini 
göstərir  və  lifin  qalınlığı  adlanır.  Bəzən lif mq/km-lə  (mteks  -  lə)  göstərilir:  
(mteks), y
əni milli teks. Bir teks 1000  mteksə bərabərdir

 
Şəkil 13.
  
УХК  və ХК  markalı 
u
yğunlaşdırılmış pambıqtəmiz-
l
əyən qurğu 

 
 
41 
 
pakovka  adlanır.  Bütün  bu  işlər burma mexanizmlərində  yerinə 
yetirilir. Bu işlərin maşınları daim yeniləşdirilir.  
2. 5. Pambıq lifinin tipləri və onun istifadəsi   
Ümumiyy
ətlə pambıq lifi toxuculuq sənayesində 7 tipə bölü-
nür: 
I-II-III tip lifl
ər  zəriflifli pambıqlardan alınmaqla əsasən Tü-
rkm
ənistan və Tacikistanda becərilən sortlardan əldə edilir. Bunlar 
ən qiymətli, uzun, nazik və möhkəm liflərdir. 
I-
tip  lif  xüsusi  kord  10  T  markalı  xüsusi  möhkəm saplar 
hazırlamaq  üçün  istifadə  olunur ki, bu da gön-dəri sənayesində 
geniş  istifadə  olunur. Toxuculuq müəssisələrində  I-tip  pambıq 
parça  sortlarından  paraşüt,  ba-
tist, zefir, yüngül 
yumşaq  pa-
rça (tül), qa
dın şlyapası, xüsusi 
möhk
əm saplar, toxunma mal-
lar, x
ərəzi (qalantereya) mal-
ları alınır.  
II tip lif xüsusi  9 T mar-
kalı  tikiş  sapları,  aerostat par-
ça
ları,  satin  və  başqa  trikotaj 
ipliyi  (№120-150), perkal (ba-
tist
ə  oxşayan nazik pambıq 
parça), velvet ekstra (m
əxmərə 
oxşar pambıq parça), lionez, nansuk (kətana oxşar nazik pambıq 
parça), corab m
əmulatı, kord (çox möhkəm parça) alınır. 
III tip lifd
ən  -  reps (parça növü), krep (qara rəngli zərif, 
nazik, qırış-qırış parça. Krepdən matəm örtükləri hazırlanır), ala- 
b
əzək və xüsusi baş örtükləri hazırlanır. 
Sonrakı 4 tip, yəni IV, V, VI  və VII tip liflər orta lifli pam-
bıqlardan  əldə  edilir. Bu tipə  daxil olan sortlar zərifliflilərə 
nisb
ətən tezyetişən və məhsuldarlığı yüksək olur.  
IV tip lifd
ən möhkəm  tikiş  sapları  və  parçalar  (3  T  markalı 
kord)  trikotaj,  batist,  markizet,  şifon  (nazik  ipək və  ya  pambıq 
Şəkil 14.  Sarınmış pambıq 
düyç
ələri (paçatkaları) 

 
 
42 
 
parça), poplin (parça növü), markizet (nazik, şəffaf parça), ayaq-
qabı parçası, konveyer lentləri üçün sap, və başqa parçaları  əldə 
etm
ək üçün istifadə edilir.  
V tip lifd
ən - kütləvi parçalar (ağlar, paltarlar), mitkal (saya 
çit), reps, satin, çust, bez, alt paltarları, köynəklər, udman paltar-
ları astarlıq parça və cuna (bint) alınır.  
VI tip lifd
ən melanj parçalar,  bamazı  (bambaz  parça), 
deqonal, üst trikotaj tipli parçalar, üst toxunma geyiml
əri və yun 
parçalara qarışdırmaq üçün istifadə olunur.  
VII tip lif yüks
ək keyfiyyətli  hesab  edilmir.  Onlardan  qalın 
ağ, məhrəba, bamazı, bayka (xovlu yumşaq pambıq parça), çust, 
v
ə  s.  alınır.  VII  tip  lif  V  tipə  yaxındır.  Tezyetişən sortlardan 
alınmaqla ştapel uzunluğu xeyli aşağıdır. 
Lifin  hazır  sapa  oxşayana  kimi  gedən prosesi uzun və 
mür
əkkəb prosesdir. Bu zaman 150-yə  kimi  ardıcıl  əməliyyatlar 
yerin
ə yetirilir. Lifin keyfiyyət  tiplərinin göstəriciləri 2-ci cədvəl-
d
ə verilir.  
Xalqın pambıq parçalara tələbatı get-gedə artır. Ona görə də 
pambıq  istehsalı  daim  artırılmalıdır.  1980-ci ildə  istehsal  olmuş 
lifl
ə  1 milyon 100 min hektar sahəni ötmək və  ya  Daşkənddən 
Moskvaya 10  metr enind
ə lif yolu çəkmək olardı. 
Az
ərbaycanda isə ən çox pambıq əkini 1982 - ci ildə  (305,9 
min hektar), 
ən  çox  pambıq  istehsalı    1981-  ci ildə  (831,2 min 
ton), 
ən çox məhsuldarlıq isə (30,8  s/ha) 1979 - cu ildə əldə edil-
mişdir. 
M
əişətdə  işlədilən  pambıq  parçalara  tələbatın  əsas səbəbi 
onların  yüksək dərəcədə  möhkəmliyi,  yuyulmağa,  işığın  təsirinə 
davamlılığı və s.  dir.  
 
2. 6. Toxuculuqda işlədilən liflərin əsas qrupları, tərkibi və 
xass
ələri 
Toxuculuq s
ənayesində istifadə olunan liflər 2 sinfə bolunür: 
1) t
əbii liflər, 2) kimyəvi liflər: Təbii liflər inkişaf  etmiş tək-tək 
lifl
ərdən alınır ki, bu da daha kiçik liflərə bölünür. Təbii liflər 3 

 
 
43 
 
sinf
ə  bölünür: 1. Bitki mənşəli liflər, 2. Heyvan mənşəli liflər, 
3.Mineral m
ənşəli liflər. 
C
ədvəl  2 
Lifin keyfiyy
ət  tiplərinin göstəriciləri 
 
L
if
   
tip

ri
 
G  ö  s  t  
ə  r  i  c  i  l  ə  r 
M
et
ri
k  n
öm

,  
 
m/q
-l
a (
tek
s)
 
Şt
ape
l  uz
unl
uğu,
 
mm
-l
ə 
Q
ırı
lm
a  uz
unl
uğu 
(ni
sbi
 q
ırı
lm
a yükü

 
km
 -
 lə
 
Lif
 ç
ıx
ım
ı, 
 fa
iz

 
 
Möhk
əmliyi, 
(qırılma yükü) 
N
yut
on

la
 
(az  o
lm
ay
ar
aq

Q
ra
m
 qüvv
ə  
il
ə 

7700 
40-41 
34,5 
32 
0,049 
4,9 
II 
7200 
38-39 
32,5 
33 
0,049 
4,9 
III 
6600 
37-38 
30,5 
34 
0,051 
5,1 
IV 
5800 
35-36 
27,0 
34,5 
0,049 
4,9 

5500 
33-34 
25,0 
36 
0,049 
4,9 
VI 
5000 
32-33 
24,0 
37 
0,051 
5,1 
VII 
4900 
31-32 
23,0 
37- d
ən 
çox 
0,051 
5,1 
 
Bitki m
ənşəli təbii liflər  bitkilərin inkişaf prosesi nəticəsində 
alınır. Bitki mənşəli liflərə pambıq, kətan, kənaf lifləri və s. aiddir. 
T
əbii liflər xətti quruluşlu  heterozəncirli  polimerlər sinfinə daxil-
dir. Pam
bıq lifi yüksək texnoloji xüsusiyyətlərə malikdir. O, başqa 
t
əbii liflərə  nisbətən  ucuz  başa  gəlir və  toxuculuq sənayesində 
daha çox istifad
ə  olunur.  Pambığın  tərkibi sellülozdan ibarətdir. 
T
əbiətdə bitkilərin orqanizmindən sintez olunan birləşməyə mən-
sub bitki hüceyr
ələrinin  qılafını  təşkil  edən mürəkkəb poli-
saxariddir. Kimy
əvi tərkibinə görə sellülozun tərkibi spirtdir, onun 
h
ər halqasında üç  hidroksid qrupu vardır. Pambıq lifinə hava, su 

 
 
44 
 
uzun müdd
ət təsir etmir, turşuların qatılığı artıq olduqda pambıq 
lifl
əri məhv olur. Pambıq lifi tez yanır, yanmış kağız iyi verir, boz 
r
əngli kül əmələ gətirir.  
Heyvan m
ənşəli liflər  heyvanların  üzərində  əmələ  gəlir. 
Heyvan m
ənşəli liflərə misal olaraq yunu və ipəyi göstərmək olar. 
Mineral lifl
ər isə  dağ  süxurları  yataqlarında  olur.  Mineral 
m
ənşəli liflərə  asbest liflər  aiddir.  İplik  hazırlamaq  üçün  təbii 
lifl
ərin qarışdırılması (mineral, bitki və heyvan mənşəli toxuculuq 
lifl
ərin)  onların    keyfiyyətinin yüksəldir,  istehsalı  ucuzlaşdırır, 
müxt
əlif effektli görünüş almağa imkan verir. 
İpək, lazımi uzunluqda liflər (qısa, yəni ştapel lifi) və monolif 
şəklində  tək  elementar  saplar  şəklində  alınır.  Elementar  qısa 
lifl
ərdən və ştapel liflərdən onları əyirməklə və ya başqa üsullarla, 
iplik paltar sapı, burulmuş  məmulatlar və s. alınır. Lifin özündən 
is
ə vata (pambıq), vatin və s. alınır.  
Kimy
əvi liflər təbii və  sintetik üzvi polimerlərdən  alınan 
lifl
ərdir. Kimyəvi liflər kompleks  ardıcıl saplar şəklində də alınır. 
Bir neç
ə elementar saplar bir biri ilə birləşmiş halda alınır. İlkin 
xammalın növündən asılı olaraq,  kimyəvi liflər iki sinfə ayrılır: 
sintetik v
ə süni liflər.  
Sintetik lifl
ər sintetik polimerlərdən  hazırlanır  (yəni kapron, 
lavsan v
ə  s.). Süni liflər isə  təbii polimerlərdən  hazırlanır  (yəni 
asetat, mis ammiaklı liflər). Süni liflər sənaye üsulu ilə təbii ma-
terialların (oduncaq, pambıq puxu) kimyəvi emalından alınır. 
Sintetik lifl
ər də sənaye üsulu ilə alınmaqla, neft, qaz, kömür 
v
ə odunun ilk emalı nəticəsində alınmış məhsulları sintez etməklə 
alınır.  Sintezin    nəticəsində  qatran  alınır  ki,  buna  da  polimerlər 
deyilir (yunanca“poli”-çox,“meros”hiss
ə deməkdir). 
Bu qatranlardan polietilen, polisrtrol, polivinilxlorid, poli-
protilen, poliefir, kapron v
ə s. göstərmək olar. Əgər təbii liflər tə-
bi
ətdə  əmələ  gəlirsə, kimyəvi liflər  xüsusi  maşınlarda  hazırlanır. 
Bunun  üçün  qatranın  –  polimerin toxuma məhlulunu və  ya 
ərintisini filyerin  deşiklərindən keçirərkən nazik cərəyan (struxa) 
əmələ gəlir ki, bu da liflərə çevrilir. Belə üsulla asetat, kapron və 
s. lifl
ər alınır. 

 
 
45 
 
Qeyri üzvi birl
əşmələrdən  alınan  liflər də  bəzən kimyəvi 
lifl
ərə aid edilir. 
S
ənayedə üç növ kimyəvi lif istehsal olunur: monolif (tək-tək 
uzun lifl
ər)  ştapel  (qısa  nazik  lif  parçaları)  və  flamengi sap 
(eşməklə birləşdirilmiş çoxlu nazik uzun lif dəstəsi). 
Kimy
əvi liflərin  qırılmağa  qarşı  davamlılığı  yüksək olur, 
büküldükd
ə əzilmir, öz formasını saxlayır, işığın, rütubətin, kifin, 
bakteriya v
ə kimyəvi maddələrin təsirinə, bəzi növləri isə istiliyin 
t
əsirinə yaxşı davam gətirir. 
Toxuculuqda kimy
əvi liflər ilə  təbii liflərin  qarışığından 
istifad
ə edilməsi yeni parça növləri hazırlanmasını, habelə məmu-
latın keyfiyyətini və görünüşünün yaxşılaşdırılmasını təmin edir.  
Kimy
əvi liflər elastik, uzun, xətti quruluşu və ya az şaxələn-
miş  makro  molekullardan  ibarət olub, molekul kütləsi kifayət 
q
ədər yüksək, əritdikdə parçalanmayan və  ya ucuz həlledicilərdə 
h
əll ola bilən polimerlərdən istehsal edilir. Belə  polimerlərdə  lif 
əmələgətirən kimyəvi liflərin  qırılmağa  qarşı  davamlılığı  yüksək 
olur. 
Lifl
ərin tərkibi və xassələri. Bitki mənşəli təbii liflər bütün 
bitkil
ərin tərkibinə daxil olan sellülozdan ibarətdir. Pambıq lifinin 
kimy
əvi tərkibi 3-cü cədvəldə verilir. 
C
ədvəl  3 
Pambıq lifinin kimyəvi tərkibi 
 
Göst
əricilər 
% - l
ə 
Su  
6,8  (6-8) 
Sellüloz  
84,0  (80-90) 
Hemisellüloz v
ə pektin 
5,3  (4-6) 
Protein  
1,5 
Mum (yağ) 
0,6  (0,5-1,0) 
Kül  
1,7  (1,0-1,8) 
 

 
 
46 
 
Heyvan m
ənşəli təbii liflər isə zülaldan ibarətdir ki, bunların-
da heç bir 
ərzaq əhəmiyyəti yoxdur. Məsələn: yun, keratin adlanan 
zülal madd
əsindən, ipək isə fibroin maddəsindən ibarətdir. 
Lifin elementar t
ərkibi,  onun  hansı  xassəli  lif  olmasını 

əyyənləşdirir.  Məsələn: yunun tərkibində  müəyyən miqdarda  
kükürd olduğundan yanarkən buynuzun yanması iyini verir. 
K
ətan, sərin və möhkəmliyə, mis ammiaklı liflər isə yuyulma-
ğa  daha  davamlıdır.  Nitron    işıq  və  atmosfer təsirinə  davamlı, 
xlorin  müalic
ə  xassəli, asetat liflər isə  ultrabənövşəyi  şüaları 
buraxma qabiliyy
ətinə malikdir. 
 
2.7. Pambıq liflərinin əyrilməsi 
Lifl
ərdən  iplik  hazırlanmasına  əyrilmə  prosesi  deyilir.  Tikiş 
sapı, trikotaj və toxuculuq məmulatları hazırlamaq üçün müxtəlif 
naziklikd
ə  olan  qısa  liflərdən  eşilmə  vasitəsilə  alınan  sapa  iplik 
deyilir. Pambıq lifi əyrilən zaman aşağıdakı proseslərdən keçirilir: 
1.Qarışdırılır, 2.Lif kütləsi yumuşaldılır (şəkil 15), didilir, 3. Atı-
lır, 4. Kardo üsulu ilə daranılır, 5. Zərif daranır, 6. Lentləri düzəl-
dilir,  hamarlaşdırılır,  7.Əyrilməqabağı  prosesdən keçirilir, 8. 
Əyrilir. 
Lif kütl
əsinin  qarış-
dırılmaşı-Əyrilmədə  mü-
xt
əlif sortda və  cinsdə 
lifl
ərdən istifadə  olunur. 
Müxt
əlif cinsli liflərin 
yaxşı qarışdırılması əyril-
m
ədə  əsas  şərt hesab 
olunur.  Əvvəlcə  liflər 
sort
larına  görə  taylardan 
açılarkən bir neçə  didici 
ma
şında qarışdırılır. Son-
ra 
bu maşınlardan çıxan pambıq bir  yerdə şaquli və üfüqi didici 
maşınlarda, daha sonra isə ardıcıl olaraq atma, lent, fitil və əyirici 
maşınlarda  qarışdırılır. 
Şəkil 15.
 
Pambıq lifinin yumşaldılması 

 
 
47 
 
Lif kütl
əsinin didilməsi - Taylarda keçələnmiş şəkildə açılan 
pambıq didilir, müxtəlif növlü lif bir-birinə qarışdırılır və zibildən 
t
əmizlənir. 
Lifin atılması- Didildikdən sonra xırda lif dəstələri döyülmə, 
çırpılma vasitəsi ilə atma maşında tamamilə tək-tək liflərə ayrılır, 
zibil t
əmizlənir. 
Lifin kardo üsulu il
ə daranması - Liflər daranarkən bir - birin-
d
ən  ayrılır,  qısa  liflər uzun liflərdən  çıxarılır,  lifdə  qalmış  zibil 
t
əmizlənir. 
Lifin z
ərif  daranması  -  Bu  üsul  kardo  maşındakı  prosesdən 
sonra  alınan  lentdəki liflərin təmizlənməsi və  uzun liflərin daha 
paralel qaydada düşməsi üçün tətbiq edilir, eyni zamanda deffektli 
(qüsurlu) lifl
ər  zibil  qalıqlarından  təmizlənir. Bu üsulda ancaq 
uzun lifli pambıqları daranmasında istifadə olunur. 
Lentl
ərin düzəlməsi - Lentlər lent maşınında düzəldilir. Çün-
ki,  darayıcı  maşından  alınan  lent  öz  boyu  uzunu bir bərabərdə 
olmur. 
Əyrilməqabağı  proses  -  Əyrilməqabağı  prosesdə  məqsəd 
dara
yıcı  maşından  alınan  lenti  müntəzəmləşdirmək və  nazikləş-
dirm
əkdir. Qeyd etdiyimiz kimi darayıcı maşından alınan lent öz 
boyu uzunu ist
ənilən  hamarlıqda  olmur.  Lentdən  bir  başa  iplik 
almaq üçün onu 200-300 d
əfə  naziltmək  lazım  gəlir.  Nazilmiş 
lentin lifl
əri bir-birinə  zəif  yapışır  və  öz təsirindən  dağılmaması 
üçün fitil maşınında yarımburuq eşilir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə