Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 3.97 Mb.
Pdf просмотр
səhifə3/18
tarix23.06.2017
ölçüsü3.97 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

“Maraş”  pambıq  sortu  Türkiyə  Respublikasının  Azərbay-
canda f
əaliyyət göstərən  “МКТ”  İstehsalat  Kommersiya  firması 
t
ərəfindən təqdim  edilmişdir.  Respublikanın  I,  II  zonalarında 
2005-ci ild
ən rayonlaşdırılmışdır.  Sort  orta  tez  yetişəndir. Vege-
tasiya müdd
əti tam çıxışdan ilkin yetişkənliyə qədər 120 gündür. 
Kolu yığcam, konusşəkilli, hündürlüyü  95-100  sm.- dir. Gövdəsi 
möhk
əm, yatıma qarşı davamlı, zəif sallanandır. Simpodial budaq-
ları I tipə aid olub buğumarası 3-5 sm dir. Monopodial budaqların 
sayı  1-2-dir. Qüvvətli  inkişaf  edir.  Yarpaqları  iri  ayalı,  ürək 

 
 
23 
 
şəkillidir.  Qozaları  iri  olub  оvalşəkilli, səthi  sığallı,  yaşıl,  4 
dilimli, uc hiss
əsi  kütdür.  Bir  pambıq  qozasından  çıxan  xam 
pambığın  çəkisi 7,0 qr. olur. Salyan kompleks SSM-də  2001  - 
2003-cü ill
ərdə  sınaqda  olmuşdur.  Müsabiqəli  sınağın  nəticələri 
göst
ərmişdir  ki,  sortun  orta  məhsuldarlığı  33,3  s/ha,  lif  çıxımı 
39,3%,  mahlıc  məhsulu 13,0 s/ha  olmaqla bu göstəriciləri ilə 
standart Az
.NİXİ-33 sortunu müvafiq olaraq 3,4 s/ha, 4,3% və 2,6 
s/ha üst
ələmişdir. Məhsul üzrə zəmanət artımı 10,54 s/ha-dır. Orta 
üçillik  ştapel  uzunluğu  35-36 mm., möhkəmliyi  5,8  qq.  qırılma 
uzunluğu 28,7 km. və  metrlik nömrəsi 5618 mteks-dir. Lifin tex-
noloji göst
əricilərinə görə IV, qismən V tipə aid edilir. Quraqlığa 
v
ə xəstəliyə davamlı, suya az tələbkardır. 
“Antep” 
pambıq sortu Türkiyə respublikasının seleksiyaçıları 
t
ərəfindən  yaradılmışdır.  “МКТ”  firması  tərəfindən təqdim 
edilmişdir. 
Respublikanın  I  və  II  zonalarında  2005-ci ildən  rayonlaş-
dırılmışdır.  Sort  orta  tezyetişəndir. Vegetasiya müddəti  tam 
çıxışdan  ilkin  yetişkənliyə  qədər  123  gündür.  Kolu  yığcam,  sıx 
yarpaqlı,  orta  hündürlükdə  (95-100  sm.),  piramida  formalıdır. 
Gövd
əsi  yaşıl,    yatmaya  qarşı  davamlı,  birinci  meyvə  4  -5-ci 
buğumda  əmələ  gəlir.  Yarpaqları  tünd-yaşıl,  nisbətən  xırda,  bar 
budaqlarında  3  dilimli,  boy  budaqlarında  5  dilimlidir.  Qozaları 
orta irilikd
ə, yumurtavari, sığallı, 3 dilimlidir. Bir qozadan çıxan 
xam  pambığın  kütləsi 7,0 qr.  -  dır.  Yetişmiş  pambıq  tökülmür. 
Toxumu iri, acıya çalır, yumurtaya oxşardır. 1000 ədəd çiyidinin 
kütl
əsi 115 qr.-dır.  Salyan  kompleks  SSM-də  müsabiqəli  sınaq 
zamanı orta üçillik (2001-2003-cü illər)  məhsuldarlığı 32,0 s/ha 
t
əşkil etmişdir (standart Az.NİXİ - 33 sortununku isə 29,9 s/ha). 
Lif  çıxımı  38,0%,  mahlıc  məhsulu  12,2  s/ha  olmaqla  standartı 
müvafiq olaraq 3,4 % v
ə  1,8 s/ha üstələmişdir.  Sortun  lifinin 
ştapel uzunluğu 35-36 mm., möhkəmliyi 5,0 qq, qırılma uzunluğu 
28,3 km., metrlik nömr
əsi 5625 mteks -  dir.  (mteks  -  yəni 
milli t eks .
1000  mteks    bir  teksə  bərabərdir).  Lifinin texnoloji 
göst
əricilərinə görə sort IV tipə, qismən isə V tipə yaxındır. Sort 

 
 
24 
 
hommoz x
əstəliyinə,  payızlıq  sovkaya  qarşı  davamlı,  suya  az 
t
ələbkardır.  
Müst
əqil respublikamızda son illər pambığın zəriflifli sortları 
üzr
ə iş aparılmağa başlanmışdır. İlk nəticələr ümidvericidir. 
“G
əncə  -  80”.  Sort  G. hirsutum  L.  növünə  mənsub olan 
G
əncə -17 pambıq sortundan istiqamətli seçmə yolu ilə yaradılmış 
v
ə 2007- ci ildə rayonlaşdırılmışdır. Kolu - orta hündürlükdə (110 
sm), yığcam, piramida formalıdır. Gövdəsi - yoğun, yatmağa qarşı 
davamlı, zəif tüklüdür. Budaqlanması - 1-1,5 tiplidir. Qozası -orta 
irilikd
ə,  forması  yumurtavaridir,    məhsulu tökülmür. Bir qozada 
xam  pambığın  kütləsi  -5,8 qr-dır.  Monopodial  budaqları  -  1 
ədəddir. 
Yarpaqları  -  orta irilikdə,  tünd  yaşıl  rənglidir, orta dərəcədə 
tüklüdür.  Çiç
əyi - orta irilikdə, açıq limon rənglidir. Ləçəkləri və 
tozcuqları solğun sarı rənglidir. Toxumu - orta irilikdə, orta dərə-
c
ədə  tüklüdür, kül rənglidir. 1000 ədəd toxumun kütləsi  -  120 
qramdır. Vilt xəstəliyinə nisbətən davamlı sortdur. 
 T
əsərrüfat göstəriciləri:  Tezyetişəndir, vegetasiya müddəti 
119 gündür, “G
əncə-80” pambıq sortunun potensial məhsuldarlığı 
45-50 sent/ha-
dır,  müsabiqəli  sort  sınağında  orta  məhsuldarlığı  
30,4 sent/ha -
dır.  Lifin  uçağanda  uzunluğu    34,5  mm,  lif  çıxımı 
34,3%, lif m
əhsulu 10,4 sent/ha-dır. 
Lifin texnoloji keyfiyyəti. Lifinin qırılma yükü  4,7 qq., xətti 
dolğunluğu  -  6000  mteks,  nisbi  qırılma  uzunluğu    29,2  qq/teks, 
ştapel uzunluğu  33/34 mm-dir. 
Gəncə - 80 pambıq sortunun lifinin texnoloji keyfiyyəti   IV  
tipin tələbatına cavab verir. 
Becərmə  texnologiyası.  Vaxtında  və  düzgün  aparılmış 
dondurma  şumu  məhsuldarlığın  əsas  amillərindən  biri  olmaqla 
dekabr ayının 10-a kimi başa çatdırılmalıdır. Əgər yoncadan son-
ra
dırsa  oktyabr    ayının  20-dək  üzləmə,  dekabrın  1-ci ongünlü-
yündə isə şum aparılmalıdır. Üzləmə zamanı yoncanın kök boğazı 
8-
10 sm dərinliyində kəsilməlidir. Yanvarın 15-dək  arat aparılma-
lıdır. 

 
 
25 
 
Şumla arat arasında 20 gün fasilə verilməlidir. Əgər torpağın 
su saxlama qabiliyy
əti pisdirsə və ya torpaq qumsaldırsa sahə yaz 
aratına  qoyulmalıdır.  Yaz  aratının  aparılma  müddəti  mart  ayı-
nın15-dən  aprel  ayının  5-dəkdir.  Pambıq  altından  çıxmış  sahə-
l
ərdə  28-30 sm, yonca altından çıxmış sahələrdə isə birinci il 32-
35 sm, ikinci il is
ə  22-24 sm dərinliyində  iki yaruslu və  ön 
kotancıqlı kotanla dondurma şumu aparılmalıdır. 
S
əpin qabağı becərmə zamanı “ziq-zaq” və ya yerli ağır ma-
ladan istifad
ə  edilməklə  sahə  tam  hamarlanır.  Aqrotexniki  qa-
ydalara düzgün 
əməl edilməsi toxumun normal çıxışına, nəmliyin 
itm
əməsinə və alaq otlarının 60-70% məhvinə səbəb olur. 
Torpaqda temperatur 12-14 
0
C  olduqda    respublikanın  qərb 
bölg
əsində  aprelin 20-25-də  Mil-Qarabağ  bölgəsində  15-20-də, 
Şirvan  və  Muğan-Salyan bölgəsində  isə  aprelin 5-10-dək səpin 
apa
rılmalı,  ümumiyyətlə  aprel  ayının  25-dək səpin  başa  çatdırıl-
malıdır. 
Mil - 
Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zo-
laq üsulu il
ə herbisid verilir. Səpindən 12-14 saat əvvəl toxumlar 
n
əmləndirilir, həmçinin xəstəlik və  zərərvericilərə  qarşı  dərman-
lanır. 
Arat  olunmuş  torpaqlarda  toxumlar  4,  yüngül  torpaqlarda  5, 
s
əpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır. 
S
əpin norması hektara tüklü toxumlarda 70-80 kq, lütlənmiş 
toxumlarda is
ə  30-35 kq olmaqla hər xətti metrə  40-45  ədəd 
toxum s
əpilir. Tam cücərtilər alındıqdan 5-7 gün sonra becərmələr 
başlanır. 
C
ərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 
sm-lik 
əkinlərdə  isə  70-75  sm enində  aparılır.  Kultivatorun  işçi 
orqanları bitkilərdən 8-10 sm aralı 6-8 sm, pəncələr isə 12-14 sm 
d
ərinliyə quraşdırılır. 
C
ərgə  araları  90  sm  olan  əkinlərdə  isə  bu dərinlik 10-12 və 
16-18 sm t
əşkil edir. Kultivasiyaların aparılması arasında müddət 
22-
25 gün olmalıdır. 
K
ətmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-
d
ək 1-ci kompleks becərmə başa çatmalıdır. 

 
 
26 
 
Seyr
əltmədə  60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki (hek-
tarda 100-120 min), 90 sm-lik 
əkinlərdə isə 8-10 sm-dən bir bitki 
(120-14
0  min)  saxlanılmalıdır.  Ağır  torpaqlarda  bu  miqdarı  10-
15% artırmaq olar. 
Fosfor gübr
əsinin 80%-i dondurma şumu altına, yerdə qalanı 
is
ə səpinlə birgə və ya qönçələmə dövrünədək verilməlidir. 
Azot gübr
əsinin 40%-i səpin qabağı becərmədə, qalanı çiçək-
l
ənmə  fazasınadək verilir. Kalsium gübrəsinin  şum  altına  ve-
rilm
əsi məsləhətdir. Mineral gübrələr  olmadıqda  hər hektara 25 
ton olmaqla dondurma şumunun altına üzvi gübrə peyin verilməli 
v
ə  yaxud  aralıq  paxlalı  bitkilərdən  payızlıq  noxud,  soya və  s. 
əkilməsi məsləhətdir. 
Q
ərb bölgələrində  sələf yonca olduqda azot 75-100; fosfor 
100-
120  kq,  sonrakı  illərdə  isə  əksinə  azot çox, fosfor az tələb 
olunur. 65-70-65% suvarma rejimind
ə  çiçəkləmədən  əvvəl 
suvarılmağa başlanır. 
Şirvan  bölgəsində  azot 160-200 kq; fosfor 130-165 kq; ka-
lium 80-100 kq verilm
əli, 65-70-65% suvarma rejimində  çiçək-
l
əmə fazasından əvvəl suvarılmalıdır. 
Mil-
Qarabağ bölgəsində azot 120 -160; fosfor 85-110; kalium 
60-80 kq t
ələb olunmaqla 70-70-65% suvarma rejimində  su-
varılmaya başlanmalıdır. 
Muğan-Salyan bölgəsində bu miqdar müvafiq olaraq 150-160 
kq, 120-130 kq, 50-70 kq t
əşkil  edir.  Bu  bölgə  üzrə  suvarma 
çiç
əkləmə fazasından əvvəl 70-70-65% rejimində aparılır. 
“G
əncə -80” sortu fosfor gübrəsinə daha çox həssas olduğuna 
gör
ə bu sortun əkinlərində bölgələr üzrə fosfor gübrəsinin optimal 
norması  maksimum  götürülməlidir. Birinci vegetasiya suvar-
masına  isə  bitkilərdə  çiçəkləmə  müşahidə  edildikdə  başlanıl-
malıdır. 
Pambıq  kollarında  13-15 və  ya 16-18  ədəd meyvə  budağı 
olduqda, yaxud h
ər kolda 3-4  ədəd normal qoza olduqda avqust 
ayının 5-dək kimyəvi və ya mexaniki ucvurma  aparılmalıdır. 75 
qr. 5%-
li PİKS və  ya 250 q., təsiredici maddə  hesabı ilə 60%-li 

 
 
27 
 
TUR  preparatı  250-300 litr suda həll edilib OVX-28 və  ya  əl 
çil
əyicisi ilə bir hektara çilənir. 
“G
əncə -103”. Sort təcrübi mutagenez metodu ilə “AzNİXİ-
104-XLO-0,02% +18 saat” m
ənşəli mutant formasından çox 
t
əkrarlı  istiqamətli seçmə  yolu ilə  Azərbaycan Elmi-Tədqiqat 
Pambıqçılıq  İnstitutunda    yaradılmış  və  2009-cu ildə  rayonlaş-
dırılmışdır. “Gəncə -103” pambıq sortu orta lifli G. Hirsutum L. 
növün
ə aiddir. Kolu - 100-120 sm hündürlükdə, yığcam, piramida 
formalıdır.  Gövdəsi  -  açıq  yaşıl  rəngli, zəif tüklüdür.  Yatmağa 
qarşı davamlıdır (şəkil 4). 
Simpodial budağı - I - II tipə aid olmaqla, birinci meyvə bu-
dağı  4-5-ci  buğumda  yerləşir.  Monopodial  budağı  -  1-2  ədəd 
olmaqla zəifdir. Yarpağı - orta böyüklükdə, 3-5 dilimli, tünd ya-
şıldır.  Çiçəyi  -  orta  böyüklükdədir.  Sarımtıl  rəngdədir,  ləçək-
lərində antosian ləkələr yoxdur. Tozcuqların rəngi sarımtıl rəngin-
dədir.  Qozası  -  orta  böyüklükdə  olub,  yumurtavaridir.  Küt  uclu 
olub, səthi hamardır, rəngi yaşıldır. Çiyidinin rəngi bozdur, 1000 
ədəd  çiyidin  kütləsi  -  121  qramdır.  Vilt  xəstəliyinə  və  zərərveri-
cilərə qarşı davamlı sortdur. 
“Gəncə  -103”  pambıq  sortu  tezyetişən  olmaqla  vegetasiya 
müddəti 127 gündür. 
Təsərrüfat  göstəriciləri.  Sortun  potensial  məhsuldarlığı  45-
50 sen/hek-
dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı - 41,8 
sen/  hek,  bir  qozadan  alınan  xam  pambığın  kütləsi  6,3  qramdır.  
Lifin u
çağanda uzunluğu 35,7 mm, lif çıxımı 39,1%, lif məhsulu  
16,3 sen/hek-
dır. 
Lifin texnoloji keyfiyyəti: Lifin qırılma yükü - 4,8 qq., xətti 
dolğunluğu  -5943  mteks,    nisbi  qırılma  uzunluğu    28,2  qq/teks, 
ştapel uzunluğu  35/36 mm-dir. 
“Gəncə -103” pambıq sortu IV tipin tələbatına cavab verir. 
Becərmə texnologiyası. Vaxtında və düzgün  aparılmış don-
durma şumu məhsuldarlığın əsas amillərindən biri olmaqla dekabr 
ayının  10-a  kimi  başa  çatdırılmalıdır.  Əgər  yoncadan  sonradırsa 

 
 
28 
 
oktyabr  ayının  20-dək  üzləmə,  dekabrın  l-ci ongünlüyündə  isə 
şum aparılmalıdır. 
Əgər  torpağın  su  saxlama  qabiliyyəti  pisdirsə    və  ya torpaq 
qumsaldırsa torpaq yaz aratına qoyulmalıdır. 
Səpin  qabağı  becərmə  zamanı  “ziq-zaq”  və  ya  yerli  ağır 
maladan istifadə edilməklə sahə tam hamarlanır. Aqrotexniki qay-
dalara  düzgün  əməl  edilməsi  toxumun  normal  çıxmasına,  nəm-
liyin itməməsinə və alaq otlarının 60-70% məhvinə səbəb olur. 
Torpaqda temperatur 12-14 
0
C  olduqda  respublikanın  qərb 
bölgəsində aprelin 20-25-də,  Mil-Qarabağ bölgəsində 15-20 - də, 
Şirvan,  Muğan-Salyan  bölgəsində  isə  aprelin  5-10-dək  səpin 
aparılmalı,  ümumiyyətlə  aprel  ayının  25-dək  səpin  başa 
çatdırılmalıdır. 
Səpindən 12-14 saat əvvəl toxumlar nəmləndirılir, həmçinin 
xəstəlik  və  zərərvericilərə  qarşı  dərmanlanır.  Arat  olunmuş  tor-
p
aqlarda toxumlar  4 sm; yüngül torpaqlarda 5 sm;  səpsuvar ol-
duq
da isə 3-4 sm dərinliyində basdırılır. 
Səpin norması adi səpinlərdə hektara 70-80 kq, dəqiq səpində 
isə  20  kq-dək  toxum  götürülür.  Səpin  aqreqatı  adi  səpində  hər 
metrə  35-40,  dəqiq  səpində  isə  hər  yuvaya  2-3  ədəd  toxum 
düşməyə görə nizamlanır. 
Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm. 90 
sm-
lik əkinlərdə isə 70-75 sm enində aparılır. Kətmənləmə 3-6 sm 
dərinlikdə aparılmalıdır. May ayının 15-dək I kompleks becərmə 
başa çatmalıdır. 
Seyrəltmə 60 sm -lik əkinlərdə 12-15 sm-dən bır, 90 sm-lik 
əkinlərdə isə 8-10 sm-dən bir bitki saxlanılmalıdır. 
 
Ağır torpaqlarda bu miqdarı 10-15% artırmaq olar. 
Fosfor gübrəsinin 80%-i dondurma şumu altına, yerdə qalanı 
isə səpinlə birgə və ya qönçələmə dövrünədək verilməlidir. Azot 
gübrəsinin  40%-i  səpin  qabağı  becərmədə,  qalanı  çiçəklənmə 
fazasınadək  verilir.  Kalium  gübrəsinin  şum  altına  verilməsi 
məsləhətdir.  Mineral  gübrələr  olmadıqda  hər  hektara  25  ton  ol-

 
 
29 
 
maqla don
durma şumunun altına -üzvi gübrə peyin verilməsi məs-
ləhətdir. 
Pambıq kollarında 13-15 ədəd meyvə budağı olduqda, yaxud 
hər  kolda  3-4  ədəd  normal  qoza  olduqda  avqust  ayının  5-dək 
kimyəvi və ya mexaniki ucvurma aparılmalıdır. Ucvurma axırıncı 
vegetasi
ya suyundan əvvəl apardıqda çox səmərəli olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.
 
Yetişmə fazasında 
“G
əncə -103” sortu əkilmiş 
pambıq tarlasının ümumi 
görünüşü 
 

 
 
30 
 
II FƏSİL. XAM PAMBIĞIN EMALI PROSESİ 
  
2. 1. Xam pambıq emal edilərkən ondan alınan məhsullar- lif 
v
ə çiyid 
 
Xam  pambıq  emal  edilərkən ondan əsas məhsul olan lif və 
çiyid  alınır  ki, çiyid və  lifdən xalq təsərrüfatında  və  heyvandar-
lıqda geniş istifadə edilən məhsullar alınır.  
Xam pambıq zavodda emal edilərkən ondan 35-36% mahlıc, 
60-61% çiyid,  2-
2,5% pambıq linti alınır, 1-1,5% isə itkiyə gedir.  
M
əhz ona görə  də  əhalinin  yaxşı  və  ucuz parçalara olan 
ehtiyacını tam ödəmək üçün pambığın lif çıxımını artırmaq lazım-
dır. 
Pambığın mahlıcından (lif) paltar üçün parça toxunmasından 
əlavə, sap, kəndir,  balıq  tutmaq  üçün  əşyalar,  qayışlar  (zavod, 
fabrik v
ə  digər makinalar üçün), rezin borular üçün  xüsusi 
toxumalar, süni in
ək,  partlayıcı  maddələr, foto və  kino lentləri, 
laklar, yüks
ək, növ kağızlar və bir çox digər məlumatlar hazırla-
nır.  
Pambığın ikinci əsas məhsulu çiyiddir (yəni toxum). Toxum 
çox qiym
ətli  xammaldır.  Toxumun  bir hissəsi səpin materialı 
kimi, 
əksər hissəsi isə  müxtəlif məlumatlar  almaq  üçün  işlənir. 
Toxumun 
ən  əsas məhsulu  yağdır.  Pambığın  sort  və  növündən 
asılı olaraq toxumun tərkibində 17-27% və daha çox  yağ vardır. 
Pambıq yağında bir çox zülallar, boyalar, qatranlar və s. olur. 
Pambıq  çiyidindən xalq təsərrüfatında  geniş  miqyasda 
işlədilən  yağ,  piy,  sabun,  qliserin  və  habelə  heyvandarlıqda 
qüvv
əli yem kimi istifadə  edilən  jmıx  və  şeluxa  alınır.  Pambıq 
toxumu  yağ  zavodunda  yağ  üçün  emal  olunduqda,  üst  qabığı  – 
şeluxa (şulka), sıxılmış nüvə hissəsi isə jmıx üçün ayrılır. 
Zavodda  1 ton xam-
pambıqdan  592  kq  çiyid,  345  kq  lif 
alınır. 592 kq çiyiddən isə 10 kq hiqroskop vatası (pambıq), 13  
kq paltar vatası, 250 kq şirəli yem, 28 kq lint, 11 kq qliserin,  
25 kq spi
rt,  178  kq  sabun,190  kq  şulka,  113  kq  yağ  əldə  etmək 

 
 
31 
 
olur. 345 kq lifd
ən isə 42000 m tağalaq sapı, 3400 - 4000 m parça, 
280 kq iplik 
əldə edilir (sxem 1 ).  
 
 
Q.  S.  Pasıpanov  və  b. (2006) göstərirlər ki, 1 ton xam 
pambıqdan 320-420 kq lif və 560-580 kq toxum alınır. Bu qədər 
lifd
ən 3500 - 4000 m
2
 parça toxumaq, bu q
ədər toxumdan isə 112 
kq yağ, 270 kq jmıx, 170 kq şulka, 8 kq lint (gödək lif-lifaltlığı) 
almaq olur. Bir kiloqram pambıq lifindən 20 metr batist və ya 12 
metr satin, 5 metr m
ələfə ağı və ya 40-140 tağalaq sap alınır.  
Emal edilmiş pambığın qalan hissələri xammal itkiləridir (iri 
v
ə xırda zibil qarışıqları, nəmlik, quru maddə, puç toxumlar və s.). 
Yalnız toxumun ilk emalı zamanı itki 7-8% təşkil edir. 
Pambıqdan alınan bütün bu xammallar çox qiymətli olmaqla, 
s
ənaye üçün əvəzedilməz məhsul sayılır. Hal- hazırda xalq təsər-
Sxem 1.  
Pambıqdan alınan məhsullar 

 
 
32 
 
rüfatının elə sahəsi yoxdur ki, orada pambıqdan hazırlanan məh-
sullar işlədilməsin. Ona görə də xalq arasında pambığa “ağ qızıl” 
dem
ək özünü doğruldur. 
Pambığın  əsas məhsulundan  olan  çiyidli  pambıqdan  başqa 
onun bütün vegetativ hiss
ələri də  böyük qiymətə  malikdirlər və 
emal edils
ə  yaxşı olar.  Bu hissələrdə  aşağıdakı  dəyərli maddələr 
var
dır: üzvi turşular, sulu karbonlar, polifenollar (qossipol, dabbaq 
v
ə s. maddələr) sterinlər, vitaminlər, boy nizamlayıcıları, fosforun 
tör
əmələri, zülal maddələri, amin turşuları və s. 
Pambıqdan 
alınan 
əsas məhsullar  aşağıdakı-
lardır:
 
1-flanel, 2-  d
əsmal 
materialı,  3-viskoz  (şəkil 
5), 4-satin, 5-trikotaj, 6-
çit, 7-alt pal
tarı,  8-ştapel, 
9-
daranmış  mahlıc,  10- 
pam
bıq,  11-  lint, 12 -
müxt
əlif saplar, 13 - iplik, 
14  - 
fibra  (kip  sıxılmış 
karton), 15 – sellofan, 16- 
qaytan (k
əndir), 17- sellü-
loz, 18- 
kağız, 19- lif, 20 - çiyid, 21- asetilselloz, 22- süni ipək, 
23- asetat ip
əyi, 24 - süni  fetr (ən zərif keçə), 25-sınmayan şüşə, 
26-  mü
şəmbə  (linoleum), 27-yanğınsöndürmə  əlcəyi, 28 -  süni 
d
əri, 29 - izoləedici lent, 30- karton, 31- jmıx, 32- ləpə (rüşeym), 
33- 
çiyid qabığı, 34 - kapron, 35 - neylon, 36 - “E” vitamini, 37 - 
fitin, 38 - süni kauçuk, 39 - kolloid madd
ə, 40 - partlayıcı maddə, 
41  -  t
əyyarə üçün lak, 42- fotolent, 43- əlif yağı, 44- steorin, 45- 
qliserin, 
46  - 
çiyid  yağı,  47-  sabun, 48-  qlükoza, 49-  liqnin,  50-  çaxır 
spirti, 51 -endotal, 52 -
polisilvan qatranı, 53 -furfurol,  54 - kağız, 
55  - 
filtr  kağızı,  56-elektrik  qaytanı,  57-yanacaq, 58-spirt, 59 - 
karbonat  turşusu,  60-gövdə  və  qərzək, 61 -yarpaq və  kök, 62 - 
kalsium-oksalat, 63-qatran, 64- 
limon turşusu, 65-nişasta (şəkil 6).    
  
Şəkil 5.
 
Pambıqdan hazırlanmış 
 
viskoz parçalardan  tikilmiş  paltarlar 

 
 
33 
 
2. 2. Lifin quruluşu və inkişafı 
 
Pambıq çiyidinin səthində onu başdan  başa örtən tük kütləsi 
kimi 10-
15  min  pambıq  lifi  olur.  Bu  örtük  bir  tərəfdən toxumu 
h
əddən artıq isinməkdən, çürüməkdən (bu hal həddən artıq nəmli 
torpağa  düşmüş  çiyiddə  olur) qoruyur. Digər tərəfdən həmin lif 
örtüyü n
əmlik çatmayanda öz üzərində o qədər nəmlik toplayır ki, 
bunun  hesabına  toxum  cücərə  bilir.  Bundan  başqa  həmin  lif  
örtüyü  torpağa  pərçimlənir  (yapışır)  və  toxum cücərərkən onun 
qabıqdan azad olmasına şərait yaradır.  
Yayda  is
ə  qoza  açılanda  lif  toxumun içinə  zərərvericilərin  
girm
əsinə mane olur, payızda  isə toxum üzərindəki liflər yağış və 
şeh suyunu özünə hopdurub, toxumun lazımsız vaxt cücərməsinin 
qarşısını alır.  
H
əyat qabiliyyətini hələ  də  özündə  saxlayan liflər üzvi 
hüceyr
ələrdir ki, bunun da komponentləri hüceyrə qabığı, nüvə və 
sitoplazmadır.    Adi  bitki  hüceyrəsindən lif  hüceyrəsinin fərqi 
onun çox iri ölçüd
ə  və  çox  inkişaf  etmiş  hüceyrə  qabığından 
(qeyri adi uzunluqda) ibar
ət olmasıdır. Hüceyrənin uzunluğu 30-
40 mm, diametri is
ə  15-25 mikrometrə  (mkm)  çatır.  Lif  hücey-
r
əsinin uzununun eninə nisbəti geniş diapazonda dəyişir. Bu fərq 
sortlardan, növl
ərdən və becərmə şəraitindən asılı olaraq müxtəlif 
ola bil
ər. Lifin inkişaf prosesi ərzində hüceyrə divarının qalınlığı 
sür
ətlə artır və daha sonra hüceyrə tam şəkildə sellüloz ilə dolur. 
Sellülozun sintezi hüceyr
ə  -  lifin  əmələ  gəlməsi ilə  birgə 
başlayır. Bu proses 10 gündən sonra fəallaşmağa başlayır. Sonrakı 
10 günlükd
ə sellüloz əmələgəlmə prosesi 2,5 dəfə artır. 
Tezyetişən sortlarda bu proses 15-25 - ci gündə, gec yetişən-
l
ərdə isə 30-40 gündə özünün maksimumuna çatır. Bu müddətdən 
sonra  sellüloz  toplama  tempi  yavaşıyır.  Tezyetişən sortlarda  bu 
proses 40 günd
ən, orta tez yetişənlərdə 50-55, gecyetişənlərdə isə 
70 günd
ən sonra əsasən başa  çatır.  Qeyd  etmək  lazımdır  ki,  lif 
əmələgələn hüceyrədə sellüloz təbəqələri (şəkil 7) artdıqca  o da 
uzanmağa başlayır. Sortdan asılı olaraq bu proses 50-75 gün çəkir 
v
ə bundan sonra hüceyrələr ölürlər. 

 
 
34 
 
 

 
 
35 
 
Pambıq  lifində  sellülozun radiometrik üsulla öyrənilməsi 
göst
ərir ki, bu sintez lifin özündə  onda olan monosaxaridlərin 
hesabına gedir. Ona görə də erkən inkişaf fazasında lifdə qlükoza 
v
ə  fruktozanın  miqdarı  kəskin sürətdə  azalır,  aşağı  molekulyar 
sellülozun miqdarı isə çoxalır. 
Pambıq lifinin tərkibində 80-90% sellüloz, 4-6% hemisellüloz 
v
ə  pektinlər, 0,5-1%  yağ-mum, 
0,2-0,3% azot v
ə  zülallar və  s. 
madd
ələr vardır. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə