Dərs vəsaiti kimi təsdiq edilib qrif verilmişdir baki "nurlan" 2012



Yüklə 3.97 Mb.
Pdf просмотр
səhifə2/18
tarix23.06.2017
ölçüsü3.97 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   18

7.    Avropa  pambıqları  -Yunanıstan,  Bolqariya,  İspaniya, 
İtaliya və s. 
 

 
 
13 
 
1. 4. Pambıq məhsulunun xarakteristikası, pambığın 
müxt
əlif lif verən sortları 
 
P
ambıq bitkisinin ümumi hissəsinin 33%-i xam pambıq (lif, 
toxumları ilə birlikdə), 22%-i yarpaqlar, 24%-i gövdə (quzapayı), 
12%-i qoza q
ərzəkləri və  9%-i köklərdən ibarətdir. Pambıq  bit-
kisinin 
ən qiymətli hissəsi xam (çiyidli) pambıqdır. Pambıq çiyi-
dinin lifl
ərlə  örtülməsinə  xam  pambıq  deyilir. Pambıq  çiyidinin 
s
əthindən ayrılmış liflərə isə pambıq deyilir. 
Yığılmış  məhsul  pambıq  lifi,  pambıq  pəmbəsi, lint, delint, 
texniki v
ə  səpin məqsədli çiyid zavoda emal üçün daxil olur. 
Pambıq təmizləmə zavodlarının əsas məhsulu lifdir. 
Pambıq  bitkisinin  əksər növlərində  və  sortlarında  liflərin 
r
əngi ağ olur (uzunluğu en kəsiyindən dəfələrlə böyük olan nazik 
v
ə elastik materiala lif deyilir). Bəzi formalarında isə liflərin rəngi 
qonur, boz v
ə qırmızımtıl olur.  
Z
əriflifli pambıqların (Gossypium barbadense L. (G. Peruvia-
num Gav.) lifl
ərinin rəngi krem rəngində olur. 
Orta lifli (Gossypium hirsutum L.
) pambıqların liflərinin rəngi 
ağ  olur.  Ümumiyyətlə  Gossypium  herbaceum L. və  Gossypium 
arboreum L. 
növ pambıqlarında da liflərin rəngi ağ olur. 
Xam  pambıq  məhsulunun  artırılmasında  ən mühüm amil-
l
ərdən biri torpaq-iqlim  şəraitinə  uyğun  məhsuldar  sortların  əldə 
edilm
əsidir. 
Az
ərbaycanda  rayonlaşdırılmış  (2010  -  cu il) əsas lif verən 
pambıq  sortları  aşağıdakılardan  ibarətdir: “30-38”, “AP-317”, 
“Ağdaş-3”, “AzNİXİ-33”,  “AzNİXİ-195”,  “Gəncə - 2”, “Gəncə - 
8”, “
Maraş”, “Antep”, “Gəncə - 80”, “Ağ qızıl” “Gəncə - 78”, 
“G
əncə - 110”, “Gəncə - 103”, “Flora” və s. 
 “3038”. Az
ərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun 
yaratdığı bu sort 1958-ci ildə Ağstafa təcrübə tarlasında tezyetişən 
iki  yeni  pambıq  sortlarının  (2684  x  2680)  çarpazlaşdırılması 
n
əticəsində  hibrid nəslindən təkrar seçmə  yolu ilə  alınmışdır. 
1976-
cı ildən rayonlaşdırılıb. Vegetasiya müddəti orta hesabla 128 
gün, hektar üzr
ə  ümumi məhsulu 31,6 sent. Yaxud  “C-  4727” 

 
 
14 
 
sortundan 27% çox, lif çıxımı 13,1 s, yəni standart olan “C-4727” 
sortundan 48% çox olmuşdur. Bir qozadan alınan xam pambığın 
kütl
əsi  6,3  q,  lif  çıxımı  38,9%,  lifin  uzunluğu  32,1  mm, lifin 
b
ərkliyi 5,45 q, zərifliyi 5300 mteks və qırılma uzunluğu isə 26,6 
qq/teks t
əşkil edir. 
Kolu yığcamdır, budaqlanması 1- 2 tipə mənsubdur, əsas göv-
d
əsi yoğun və möhkəm olduğuna görə yatmağa qarşı davamlıdır. 
Kolun hündürlüyü 90-
120 sm arasında dəyişir. 1- ci meyvə budağı 
4-5-
ci  buğumdan  başlayır,  nəticədə  qozalar yer səthindən 15-18 
sm yüks
əkdə yerləşir ki, bu da maşınla yığıma imkan verir. Əsas 
gövd
ə və buğumları aşağı hissədə ən qısa 1- 2 sm, yuxarı getdikcə 
uzanaraq 6-7 sm-
ə çatır. 
“AzNİXİ - 33” Bu sort, “2272” və “2018” sortlarının hibridi 
olub, çoxt
əkrarlı seçmə yolu ilə alınmışdır. 1989 - cu ildən rayon-
laşdırılmış tezyetişən sortdur. Vegetasiya müddəti 133 gündür. 
Əsas gövdəsinin hündürlüyü 100-110 sm, kolu piramida 
formalı,  ikinci  tip  meyvə  budaqlarına  malikdir.  Qozası  orta 
irilikd
ə, kütləsi 5,6 q., yumurtavari formada olub, iti buruncuq-
ludur. Monopodial budaqları 1- 2 ədəd, meyvə budaqları 1-2 tipə 
aiddir.  Yarpaqları  orta  böyüklükdə, 3-5  dilimli,  açıq-yaşıl  rəng-
d
ədir. Çiçəyi orta böyüklükdə, 11-13  dilimlidir.  Toxumları  nis-
b
ətən  xırda,  sıx  tükcüklü,  zümrüdə  çalan rəngdədir.  Lif  çıxımı 
36,9%- dir. 
“AzNİXİ-33” sortunun lifi texnoloji xüsusiyyətlərinə görə IV 
tip
ə mənsubdur ki, bu da toxuculuq sənayesində ən çox işlədilən 
xammal  sayılır.  Lifin  uzunluğu  33,5  mm,  qırılma  uzunluğu  26,6 
teks, möhk
əmliyi 4,6 q, zərifliyi 5790 m teks. Bir hektardan 
götürül
ən orta məhsuldarlığı  53  s.-  dir. Məhsulu  maşınla  rahat 
yığılır.  
 
“Ağdaş - 3” Bu sort “C- 4727” sortunun mutantlarından eks-
perimental mütagenez üsulu il
ə  alınmışdır.  1983-cü ildən 
rayonlaşdırılıb.  Kolu  piramida  formalı,  hündürlüyü  90-95 sm, 
ad
ətən-  bir, bəzən  iki  monopodial  (boy  budağı)  budaq  əmələ 
g
ətirir.  Əsas  gövdəsi  qırmızı-qəhvəyi rəngli, orta dərəcədə  tük-
cüklü, yer
əyatmağa  qarşı  davamlıdır.  Simpodial  (meyvə) budaq-

 
 
15 
 
ları  2-3 tipə  aiddir. Birinci meyvə  budağı  əsas gövdənin 5-  6-cı 
buğumundan çıxır. Yarpaqları 3-5 zəif dilimli, orta böyüklükdə, ət  
kimi yumşaq, açıq-yaşıl rəngdədir, orta dilimli kütdür. Çiçəyi orta 
böyüklükd
ə, ləçək və  tozcuqları  sarı  rəngdədir. Çiçəkaltlıqları 
uzun v
ə 13-15 dişciklidir. Qozası iri və azacıq ovaldır. Toxumları 
orta böyüklükd
ədir. 1000 toxumunun kütləsi 120-125 qr., lifaltlığı 
(linteri)  açıq-qəhvəyi rəngdədir. Vegetasiya müddəti 130-135 
gündür. “C-4727” sortuna nisb
ətən 3-5  gün  tez  yetişir.  Məhsul-
darlığı  ondan  5-10%  artıqdır.  İstehsalat  şəraitində  “Ağdaş-3” 
sortunun m
əhsuldarlığı hektardan 25-30 sen. təşkil edir. Bir qoza-
sından çıxan pambığın kütləsi 5,6- 6,5 qr.- dır. Lifinin uzunluğu 
33-33,5 mm-  dir. Lifi IV tip
ə  aid edilir, möhkəmliyi 4,8 qq, 
z
ərifliyi 5500-5600, lifin öz-özünə  qırılma  uzunluğu  26-27 
qq/teksdir. Bu sort vilt
ə davamlı deyildir, ilk inkişaf mərhələsində 
x
əstəliyə tutulur. 1990-cı ildə 57575 ha. sahədə əkilmişdir.  
“AzNİXİ - 195”. Sort  təkrar  bekkros  etməklə (Akala - 4-42 
x 3012) x C - 
4727 x 3273) istiqamətli seçmə yolu ilə Azərbaycan 
Elmi-
Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. “AzNİXİ – 
195” pambıq sortu orta lifli G. hirsutum L. növünə aiddir. 1999-ci 
ildən rayonlaşdırılıb. 
Kolu 
yığcam, piramidaşəkillidir, hündürlüyü  90-10 sm-dir. 
Gövdəsi  -  antosian  ləkəli,  zəif  tüklü  və  yatmağa  davamlıdır. 
Meyvə  budaqları  -  I-II tip budaqlanmaya aiddir. Monopodial 
budaqları  -  1-2  ədəd  olur.  Yarpaqları  -  orta  irilikdə,  tünd  yaşıl 
rəngli,  3-5 dilimlidir. Çiçəyi  -  orta  böyüklükdə,  sarımtıl  krem 
rəngindədir.  Tozcuqları  sarı  rənglidir.  Qozası  -  iri,  forması 
yumurtavari olmaqla küt uca malikdir; zəif ulduzcuqludur. Çiyidin 
rəngi bozdur, 1000 ədəd çiyidin mütləq kütləsi - 122 qramdır. Vilt 
xəstəliyinə  nisbətən  davamlı  sortdur.  Tezyetişən  olmaqla  vege-
tasiya müddəti 124 gündür. 
Təsərrüfat  göstəriciləri:  Sortun  potensial  məhsuldarlığı  - 
45-50 sen/hek-
dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı - 
31,8  sen/hek,  bir  qozadan  alınan  xam  pambığın  kütləsi  -  6,2 

 
 
16 
 
qramdır. Lifin uçağanda uzunluğu - 35,0 mm, lif çıxımı -35,6%, 
lif məhsulu - 11,3 sen/hek-dır. 
Lifin texnoloji keyfiyyəti:  Lifin qırılma  yükü  4,9 qq, xətti 
dolğunluğu  -  6000  mteks,  nisbi  qırılma  uzunluğu-29
,
4 qq./teks, 
ştapel  uzunluğu  -  34/35 mm-dir.  “AzNİXİ-195”pambıq  sortu  IV 
ti
pin tələbatına cavab verir. 
Becərmə texnologiyası. Vaxtında və düzgün  aparılmış don-
durma şumu məhsuldarlığın əsas amillərindən biri olmaqla dekabr 
ayının 10 - a kimi başa çatdırılmalıdır. Əgər yoncadan sonradırsa 
oktyabr  ayının  20-dək  üzləmə,  dekabrın  1-ci ongünlüyündə  isə 
şum aparılmalıdır. 
Üzləmə  zamanı  yoncanın  kök  boğazı  8-10  sm  dərinliyində 
kəsilməlidir. Yanvarın 15-dək arat aparılmalıdır. Şumla arat ara-
sında  20  gün  fasilə  verilməlidir.  Əgər  torpağın  su  saxlama  qa-
biliyyəti pisdirsə və ya torpaq qumsaldırsa torpaq yaz aratına qo-
yul
malıdır.  Yaz  aratının  aparılma  müddəti  mart  ayının  15-dən, 
aprel  ayının  5-dək-dir.  Pambıq  altından  çıxmış  sahələrdə  28-30 
sm, yonca altından çıxmış sahələrdə isə birinci il 32-35 sm, ikinci 
il isə 22-24 sm dərinliyində iki  yaruslu və ön kotancıqlı kotanla 
dondurma şumu aparılmalıdır. 
Səpin  qabağı  becərmə  zamanı  “ziq-zaq”  və  ya  yerli  ağır 
maladan istifadə edilməklə sahə tam hamarlanır. Aqrotexniki qay-
dalara düzgün əməl edilməsi toxumun normal çıxışına, nəmliyin 
itməməsinə və alaq otlarının 60-70% məhvinə səbəb olur. 
Torpaqda temperatur 12-14 
0
C  olduqda    respublikanın  qərb 
bölgəsində  aprelin  20-25-də,  Mil-Qarabağ  bölgəsində  15-20-də, 
Şirvan, Muğan-Salyan bölgəsində isə aprelin 5-10-dək səpin apa-
rılmalı,  ümumiyyətlə  aprel  ayının  25-dək  səpin  başa  çatdırıl-
malıdır. 
Mil  - 
Qarabağ  bölgəsində  səpin  zamanı  alaq  otlarına  qarsı 
zolaq üsulu ilə herbisid verilir. 
Səpindən  12-14  saat  əvvəl  toxumlar  nəmləndirilir,  həmçinin 
xəstəlik və zərərvericilərə qarşı dərmanlanır. 
Arat olunmuş torpaqlarda toxumlar 4 sm; yüngül torpaqlarda 
5 sm; səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır. 

 
 
17 
 
Səpin norması hektara tüklü toxumlarda 70-80 kq, lütlənmiş 
toxumlarda    isə  30-35  kq  olmaqla  hər  xətti  metrə  40-45  ədəd 
toxum səpilir. Tam cücərtilər alındıqdan 5-7 gün sonra becərmələr 
başlanır. 
Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 
sm-
lik  əkinlərdə  isə  70-75  sm  enində  aparılır.  Kultivatorun  işçi 
orqanları bitkilərdən 8-10 sm aralı 6-8 sm, pəncələr isə 12-14 sm 
dərinliyə quraşdırılır. 
Cərgə  araları  90  sm  olan  əkinlərdə  isə  bu  dərinlik  10-12  və 
16-
18 sm təşkil edir. Kultivasiyaların aparılması arasında müddət 
22-
25 gün olmalıdır. 
Kətmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-
dək  I kompleks becərmə başa çatmalıdır. 
Seyr
əltmə zamanı  60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki 
(hektarda 100-120 min), 90 sm-lik 
əkinlərdə isə 8-10 sm-dən bir 
bitki (120-
140) min saxlanılmalıdır. Ağır torpaqlarda bu miqdarı 
10-
15% artırmaq olar. 
Fosfor gübr
əsinin 80%-i dondurma şumu altına, yerdə qalanı 
is
ə səpinlə birgə və ya qönçələnmə dövrünədək verilməlidir. 
Azot  gübrəsinin  40%-i  səpin  qabağı  becərmədə,  qalanı 
çiçəklənmə  fazasınadək  verilir.  Kalium  gübrəsinin  şum  altına 
verilməsi məsləhətdir. Mineral gübrələr olmadıqda hər hektara 25 
ton olmaqla dondurma şumunun altına üzvi gübrə peyin verilməli 
və  yaxud  aralıq  paxlalı  bitkilərdən  payızlıq  noxud,  soya  və  s. 
əkilməsi məsləhətdir. 
Qərb  bölgələrində  sələf  yonca  olduqda  azot  75-100; fosfor 
100-
120  kq;  sonrakı  illərdə  isə  əksinə  azot  çox,  fosfor  az  tələb 
olunur. 65-70-
65%  suvarma  rejimində  çiçəkləmədən  əvvəl 
suvarmaya başlanır. 
Şirvan  bölgəsində  azot  160-200 kq, fosfor 130-165 kq; 
kalium 80-
10 kq verilməli, 65-70-65% suvarma rejimində çiçək-
l
əmə fazasından əvvəl suvarılmalıdır.  
Mil  - 
Qarabağ  bölgəsində  azot  120-160; fosfor 85-110; ka-
lium 60-
80  kq  tələb  olunmaqla  70-70-65% suvaram rejimində 
suvarmaya başlanılmalıdır. 

 
 
18 
 
Muğan  -  Salyan  bölgəsində  bu  miqdar  müvafiq  olaraq  150-
160 kq, 120-130 kq, 50-
70 kq təşkil edir. Bu bölgə üzrə suvarma 
çiçəkləmə fazasından əvvəl 70-70-65% rejimində aparılır. 
Pambıq kollarında 13-15 və ya 16-18 ədəd meyvə budağı ol-
duq
da,  yaxud  hər  kolda  3-4  ədəd  normal  qoza  olduqda    avqust 
ayının 5-dək kimyəvi və ya mexaniki ucvurma aparılmalıdır. 
75 qr. 5%-
li PİKS və ya 250 q t.e.m 60% TUR preparatı 250-
300 litr suda həll edilib OVX-28 və ya əl çiləyicisi ilə bir hektara 
çilənir. 
“G
əncə  -78”.  Sort  G. hirsutum L.  növünə  mənsub 3348 və 
3273  sortlarının  çarpazlaşmasından  alınan hibrid nəslindən çox 
t
əkrarlı  istiqamətli seçmə  yolu ilə  Azərbaycan Elmi-Tədqiqat 
Pambıqçılıq  İnstitutunda  yaradılmışdır.  2008-ci ildən  rayonlaş-
dırılmışdır. 
Kolu - orta hündürlükd
ə (110-120 sm), az dağınıq formalıdır. 
Gövd
əsi - orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır. Budaq-
lanması  1-1,5 tiplidir. Qozası  -  iri, yumurtavarı,  ulduzcuqludur. 
Monopodial budaqları - 1-2 ədəd olmaqla zəifdir. Yarpağı - orta 
irilikd
ə, tünd yaşıl rəngli, 3-5 dilimlidir. Çiçəyi - iri, açıq sarımtıl 
r
əngdə, tozcuqları solğun rəngdədir.  
Toxumu  -orta böyüklükd
ə, orta dərəcədə  tüklüdür, kül 
r
əngindədir. 1000 ədəd toxumun kütləsi 110-120  qramdır.  Vilt 
x
əstəliyinə nisbətən davamlı sortdur. Gəncə - 78 pambıq sortu tez 
yetişən olmaqla vegetasiya müddəti 119 gündür. 
T
əsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı  45-
50 sent/ha-
dır, müsabiqəli sort sınağında orta məhsuldarlığı - 31,1 
sent/ha,  bir  qozadan  alınan  xam  pambığın  kütləsi  -7,0 qr., lifin 
uçağanda uzunluğu 34,5 mm, lif çıxımı-36,2%, lif məhsulu - 11,3 
sent/ha-dir. 
Lifin texnoloji keyfiyy
əti. Lifin qırılma yükü - 4,7 qq, xətti 
dolğunluğu - 5820 mteks, nisbi qırılma uzunluğu - 27,2 qq/teks, 
ştapel uzunluğu - 34/35 mm-dir. “Gəncə-78” pambıq sortu lifinin 
texnoloji keyfiyy
ətinə görə V tipin tələbatına cavab verir. 
Bec
ərmə  texnologiyası:    Dondurma  şumu  noyabrda  aparıl-
malıdır. Sahə səpin qabağı malalanmalı və yaxşı hamarlanmalıdır. 

 
 
19 
 
S
əpinə  havada gündəlik orta temperatur 12-13 
0
C olduqda 
başlamaq  lazımdır.  Bu  müddət  Muğan-Salyan və  Şirvan  bölgə-
l
ərində aprelin birinci, Mil-Qarabağ bölgələrində isə ikinci ongün-
lükl
ərinə təsadüf edir. 
Arat  olunmuş  sahələrdə  ağır  qranulometrik  tərkibli torpaq-
larda toxum 4 sm, yüngül torpaqlarda 5 sm d
ərinliyə basdırılma-
lıdır.  Səpsuvar olunacaq sahələrdə  isə  toxum 3-4 sm dərinliyə 
basdırılır. Səpin bütün bölgələrdə aprelin 25-ə başa çatmalıdır. 
C
ərgəarası  becərmələr 60 sm əkinlərdə  40-45 sm enində 
aparmaq lazımdır. Kultivatorun kənar işçi orqanları 6-8 sm, orta 
işçi  orqanları  isə  12-14 sm dərinliyə  quraşdırılmalıdır.  Birinci 
kompleks bec
ərmə mayın 15-nə kimi başa çatdırılmalıdır. 
Seyr
əltmə  cərgəarası  60  sm  əkinlərdə  12-15 sm-də  bir, 20 
sm-lik 
əkinlərdə isə 8-10 sm-də bir bitki saxlanılır. 
Gübr
ə verilərkən fosforun illik normasının 80%-i şum altına, 
20%-i is
ə  səpinlə  birlikdə  və  çiçəkləmə  mərhələsində  yemləmə 
şəklində verilir. 
Azot gübr
ə  normasının  40%-i səpin  qabağı,  digər hissəsi 
qönç
ələmə mərhələsində verilməlidir. Bu mərhələdə kalium güb-
r
əsi də verilib qurtarmalıdır. 
Mineral gübr
ələr olmadıqda şum altına 20 ton peyin verilməsi 
m
əsləhətdir. 
Yüks
ək məhsul  almaq  üçün  Muğan-Salyan bölgələrində 
hektara 150-160 kq azot, 120-130 kq fosfor v
ə 50-70 kq kalium 
t
ələb olunur. Suvarma rejimi 70-70-65% (4 su) sxemində, kütləvi 
çiç
əkləmə mərhələsindən əvvəl başlanmalıdır. 
Mil-
Qarabağ bölgəsində hektara 200-250 kq azot, 160-170 kq 
fosfor v
ə 80-90 kq kalium tələb olunur. Bu bölgədə suvarma 70-
70- 65% (4 su) rejimind
ə, çiçəkləmə mərhələsində başlanır. 
Şirvan  bölgəsində  hektara 180-190 kq  azot, 130-140 kq 
fosfor, 70-80 kq kalium gübr
əsi vermək lazımdır. Suvarma 65-70 
– 65% (3 su) rejimind
ə aparılır. Suvarma arasının müddəti 18-20 
gün olmalıdır. 
Bitkil
ərin ucunun vurulmasını kollarda 13-15 ədəd bar budağı 
əmələ gəldikdə aparmaq lazımdır. 

 
 
20 
 
“G
əncə - 8”. Sort uzaq növarası 3038 x S - 6029 sortlarının 
çarpazlaşmasından  alınan  formaların  nəsilləri üzrə  çox təkrarlı 
seçm
ə  yolu ilə  Azərbaycan Elmi-Tədqiqat  Pambıqçılıq  İnsti-
tutunda  yaradılmışdır.  Orta  lifli  G. hirsutum L. növünə  aiddir. 
2002-ci ild
ə rayonlaşdırılmışdır. 
Kolu  
Ümumi  görünüşünə  görə  ana  forması  3038  pambıq 
sortunu xatırlatsada qozasının iriliyi,  yarpağının nisbətən iri açıq 
yaşıl və ətli olması ilə kəskin fərqlənir. Yığcam, orta hündürlüyü 
90-100 sm-dir. Gövd
əsi - zəif tüklü, zəif antosian ləkəlidir. 
Meyv
ə budaqları -1-1,5 tif budaqlanmaya aiddir. Monopodial 
budaqları - 2 ədəd olur. Yarpağı orta irilikdə, tüksüz, açıq yaşıl, 3-
5 dilimlidir. 
Qozası  orta irilikdə,  uzunsov,  solğun  yaşıl,  səthi 
hamar, 4,5 dilimlidir, uc hiss
əsi bir qədər kütdür. Çiçəyi  iridir, 
sarımtıl  rəngdədir. Ləçəkləri və  tozcuqları  sarı  krem  rəngdədir. 
Çiyidi  -  çirkli zümrüdü r
əngdədir. 1000 ədədinin mütləq kütləsi 
117 qramdır. Vilt xəstəliyinə və zərərvericilərə qarşı nisbətən da-
vamlı sortdur. Tezyetişən sortlar qrupuna aid olmaqla vegetasiya 
müdd
əti 134 gündür. 
T
əsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı 50-
55 sen/hek-
dır.,    müsabiqəli  sort  sınağında  orta  məhsuldarlığı  -
30,0  sen/hek,  bir  qozadan  alınan  xam  pambığın  kütləsi  -  6,5 
qramdır. Lifin uçağında uzunluğu - 34,4 mm, lif çıxımı - 36,1%, 
lif m
əhsulu - 10,4 sen/hek-dır. 
Lifin texnoloji keyfiyy
əti: Lifin qırılma yükü - 4,7 qq, xətti 
dolğunluğu - 6320 mteks, nisbi qırılma uzunluğu - 29,6 qq/teks, 
ştapel  uzunluğu  -34/35 mm-dir. Lifinin texnoloji keyfiyyəti  IV 
tipin t
ələbatına cavab verir. 
Sortun bec
ərilmə  aqrotexnikası:  “Gəncə  -  8” sortunun 
Muğan-Salyan və Mil-Qarabağ bölgələrində əkilməsi tövsiyə olu-
nur. Optimal s
əpin müddəti aprel ayının ikinci ongünlüyüdür. 
Hektarda 90-100 min bitki bec
ərilməlidir. Sort mineral gübrə-
l
ərə, xüsusi ilə azot gübrəsinə çox həssaslıq göstərmir. Ona görə 
d
ə sələfdən asılı olaraq bölgələr üçün optimal gübrə normalarında 
sortun 
əkinlərində yüksək məhsul yetişdirilə bilər. 

 
 
21 
 
Suvarma rejimi: sort üçün 
əlverişli  65-70-  65% (üç su) 
suvarma rejimidir. Birinci suvarma çiç
əkləmə  fazası  ərəfəsində 
aparılmalıdır.  Torpağın  su  tutumundan  asılı  olaraq  suvarmalar 
arası müddət 14-17 gündən  çox olmamalıdır. 
Ucvurma bitkil
ərdə  12-14  ədəd meyvə  budaqları  əmələ 
g
əldikdə,  axırıncı  vegetasiya  suyundan  əvvəl  aparıldıqda    çox 
s
əmərəli olur. Gəncə - 8 pambıq sortu üçün əlverişli sələf  yonca, 
t
ərəvəz, paxlalı və pambıq bitkiləridir. 
“G
əncə  -  110”.  Təcrübi mutaqenez yolu ilə  alınıb.  2009-cu 
ild
ən rayonlaşdırılıb. Tezyetişəndir, hündürlüyü - 90-110 sm, Kolu 

yığcam,  piramidial  formalı,  monopodial  budaqları  -1  ədəd, 
Gövd
əsi - solğun, yaşıl rəngli, zəif tüklü, yatmağa davamlıdır. 
Simpodial budaqları - I-II tip olmaqla, antosian ləkəli, 4-5-ci 
buğumda  əmələ  gəlir.  Yarpağı  -orta iri, 3-5 dilimli, barmaqvari 
tünd  yaşıl, ürəkvari, Çiçəyi - orta iri, sarı krem rəngli,  antosion  
l
əkə  yoxdur,  tozcuğu  sarı  rənglidir.  Çiçək  yanlığı  -9-11  ədəd 
olmaqla orta irilikd
ə, dişli, qozanın 2/3 hissəsini örtür.  Qozası – 
iri yumurtavari, ulduzcuqlu, hamar, qonur l
əkəli,  yaşıl  rənglidir. 
Açımı – normaldır. Məhsulu tökülmür. 
Toxumu    orta iri, 1000 toxumun kütl
əsi 115-120 qr, yumur-
tavari,  tünd  yaşıl  rəngli, orta dərəcədə  tüklüdür.  Lif  uzunluğu  -
36,1 mm, 1 qozanın kütləsi - 6,2 qr.dır. 
“G
əncə  -  2”.   2003  -  cü ildə  rayonlaşdırılıb.  Sort  təcrübi 
mutagenez metodu il
ə Mutant - 24/6 (3273 -NDMM - 0,04% - 18 
saat)  formasından  çox  təkrarlı  istiqamətli seçmə  yolu ilə 
Az
ərbaycan Elmi -  Tədqiqat  Pambıqçılıq  İnstitutunda  yaradıl-
mışdır.  Orta  lifli  G. hirsutum L.  növünə  aiddir.  Kolu  yığcam, 
piramidaşəkillidir, hündürlüyü 100-120 sm-dir. Gövdəsi  qabırğalı 
v
ə möhkəmdir, nisbətən az tüklüdür. Meyvə budaqları -  I-  II tip 
budaqlanmaya  aiddir.  Monopodial  budaqları  -  1-2  ədəd olur. 
Yarpaqları orta irilikdə,  açıq yaşıl rəngli az tüklü, 3-5 dilimlidir. 
Çiç
əyi  orta böyüklükdə, açıq sarı rəngli olmaqla, qaidəsində xalı 
yoxdur.  Qozası  iri,  forması  ovalvari,  səthi hamar və  tünd  yaşıl, 
buruncuğu küt, ulduzcuğu zəif görünür. Çiyidin üzəri lifaltlığı ilə 
örtülü olub, r
əngi bozdur. 1000 ədəd çiyidin mütləq kütləsi 115-

 
 
22 
 
120 qramdır. Vilt xəstəliyinə nisbətən davamlı sortdur.  “Gəncə - 
2”  pambıq  sortu  tezyetişən olmaqla, vegetasiya müddəti 130 
gündür. Sortun potensial m
əhsuldarlığı  50-55  sen/hektardır, 
müsabiq
əli  sort  sınağında  orta  məhsuldarlığı  -30,2 s/ha, bir 
qozadan  alınan  xam  pambığın  kütləsi  -  6,6  qramdır.  Lifin 
uçağanda uzunluğu - 36,1 mm, lif çıxımı - 37,7%, lif məhsulu -
11,4 s/ha dır. Lifin qırılma yükü - 5,0 qq, xətti dolğunluğu -5930 
mteks,  nisbi  qırılma  uzunluğu  -  29,4  qq/teks,  ştapel  uzunluğu- 
34/35 mm-  dir. “G
əncə-  2” pambıq  sortu  IV  tipin  tələbatına 
dolğun cavab verir. Gəncə - Qazax,  Muğan - Salyan, Şirvan  və  
Mil  - 
Qarabağ    bölgələrində  becərilməsi, yonca və  taxıl  bitki-
l
ərindən sonra səpilməsi tövsiyə edilir. Səpinə havada temperatur 
12-13 
0
C olduqda başlamaq lazımdır. Bu müddət Aprelin birinci 
v
ə ikinci ongünlüyünə təsadüf edir. Hektara 60-80  kq  çiyid səpil-
m
əlidir.  Hektarda 90-110  min bitki saxlanılmalıdır. “Gəncə - 2” 
pambıq sortu intensiv  tipli olduğundan, onun əkinlərindən yüksək 
m
əhsul almaq üçün bütün bölgələrdə  azot, fosfor, kalium 
gübr
ələrinin maksimum normalarından istifadə edilməlidir. Bütün 
bölg
ələrdə fosforun 80 %-i, kaliumun isə hamısı dondurma şumu 
al
tına, azot gübrəsini isə 40 % səpin qabağı, qalanı isə yemləmə 
za
manı verilir. 
Suvarılmaya 70- 70 - 65% (4 su) sxemində,  kütləvi çiçəklə-
m
ə  mərhələsindən  əvvəl  başlanılmalıdır.  Suvarma  arasında vaxt 
15-
18 gün olmalıdır. Bitkilərin ucunun vurulmasını kollarda 13-15 
ədəd bar budağı əmələ gəldikdə aparmaq məsləhətdir. Uc vurma 
axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə